Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4306/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunazidd hərəkətləri nəticəsində İddiaçı MMC-yə dəymiş 22 300 manat faktiki ziyan, eləcə də iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 157 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəməyə aralarında bağlanmış barışıq sazişini təqdim edərək, onun təsdiq edilməsini və məhkəmə iclsının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlərdir. Məhkəmə barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin məhkəməyə təqdim etdikləri barışıq sazişinə əsasən: 2.1.İddiaçının hüquq və vəzifələri: 2.1.1 İddiaçı 22300 manat pul tələbindən saziş imzalanan günədək ödənilmiş 2000 manat məbləğini qəbul edir; 2.1.2 Bu saziş üzrə 2800 manat məbləği cavabdehə güzəşt edir və qalıq 17500 manatı tam məbləğdə qəbul etdikdən sonra cavabdehə qarşı hansı bir tələb və ya iddia irəli sürmür; 2.1.3 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır; 2.2.Cavabdehin hüquq və vəzifələri: 2.1.1 Cavabdeh öhdəsinə götürür ki, saziş imzalanan günədək iddiaçıya cəmi 2000 manat ödəməlidir, qalan məbləği isə bərabər hissələrə bölünməklə xx.xx.2026-cı ilədək şərtsiz ödəyəcəkdir; 2.1.2 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, onlar arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixli bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 2.1. İddiaçının hüquq və vəzifələri: 2.1.1 İddiaçı 22300 manat pul tələbindən saziş imzalanan günədək ödənilmiş 2000 manat məbləğini qəbul edir; 2.1.2 Bu saziş üzrə 2800 manat məbləği cavabdehə güzəşt edir və qalıq 17500 manatı tam məbləğdə qəbul etdikdən sonra cavabdehə qarşı hansı bir tələb və ya iddia irəli sürmür; 2.1.3 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır; 2.2. Cavabdehin hüquq və vəzifələri: 2.1.1 Cavabdeh öhdəsinə götürür ki, saziş imzalanan günədək iddiaçıya cəmi 2000 manat ödəməlidir, qalan məbləği isə bərabər hissələrə bölünməklə xx.xx.2026-cı ilədək şərtsiz ödəyəcəkdir; 2.1.2 Barışıq sazişinin təsdiqi üçün məhkəməyə yazılı müraciət edəcək və saziş ilə həll edilməli olan məsələlərin həllinə süni maneə yaratmayacaqdır. İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-4306/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4306/2025
23.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver