Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-663/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı Təhsil Kompleksi MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Təhsil Kompleksi MMC-nin cavabdeh X2rşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Təhsil Kompleksi MMC-nin cavabdeh X2rşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi olaraq 4222 manat (1995 Böyük Britaniya funtu), 650 manat avia bilet, 1560 manat miqrasiya və 466.79 manat əlavə ödənilmiş məzuniyyət pulunun, 89 manat dövlət rüsumunun, ümumilikdə 6988 manat məbləğində pulun cavabdeh X3 tutularaq İddiaçı Təhsil Kompleksi MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh intensiv dil öyrətmə vəzifəsinə qəbul olunmuşdur. Müqavilə 30 İyun 2024-cü il tarixinə qədər bağlanmışdır. xx.xx.2023-cü il tarixli cavabdehlə iddiaçı arasında olan əmək müqaviləsinə eyni tarixli əmək müqaviləsinə əlavə imzalanmışdır. Əmək müqaviləsinə əlavənin 12-ci maddəsinin 5-ci bəndinə əsasən işçi işə götürəndən tərəfindən 2 il ərzində əmək müqaviləsinə xitam verərsə, işçi işəgötrürənin işçinin peşə hazırlığının təşkili üçün çəkdiyi xərcləri işəgötürənə tam ödəməyə borcludur. Cavabdeh 2024-cü ilin Yay tətilində olan qeyri-iş günlərində öz ölkəsi Bolqarıstan Respublikasına getmiş, daha sonra isə Azərbaycana qayıtmamışdır. Cavabdehlə elektron poçt vasitəsilə yazışmalar aparılmış və ona əmək funksiyasını yerinə yetirmək üçün 1 ay müddətinə vaxt verilmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək işə çıxmaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixli Əmrlə işçi ilə iddiaçı arasında olan Əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin bu cür məsuliyyətsiz davranışı, o cümlədən hər hansı əsas olmadan işdən ayrılması ilə iddiaçının Azərbaycan Respublikasının təhsil müəssisəsi kimi təmsil olunduğu beynəlxalq təhsil qurumlarında reytinqi və imicinə xələl gəlir və Azərbaycan təhsilinə fayda vermək üçün dəvət edilən beynəlxaq müəllimlər təhsil müəssisəsində və ya digər təhsil müəssisəsində çalışmaq üçün ölkəmizə gəlməkdən ehtiyat edir. Cavabdehin peşə hazırlığının təşkili üçün iddiaçı tərəfindən mühüm məbləğdə vəsait xərclənmişdir. Belə ki, cavabdehin ixtisaslaşması və işə cəlbedilməsi üçün Böyük Britaniyada fəaliyyət göstərən "TİC recruitment and training" şirkətinə tərəfimizdən 4222 manat (1995 GBP) vəsait ödənilmişdir. İşçinin müqavilədə nəzərdə tutulan müddətdə işəgötürənlə işləməsi nəticəsində işçiyə çəkilmiş xərclər artıq işəgötürən üçün maddi zərərdir və bu xərclər yeni müəllimin hazırlanması və Azərbaycana dəvət edilməsi üçün yenidən çəkilməlidir. Həmçinin, işçi yay tətilinə çıxmazdan əvvəl ona məzuniyyət ödənişi artıq ödənilmişdir. Belə ki, məzuniyyət ödənişi olaraq əlavə 466.79 manat ödəniş ödənilmişdir. Habelə işçinin aviabileti üçün 650 manat və işçinin iş icazəsi miqrasiya rüsumu üçün 1560 manat ödəniş məktəb tərəfindən həyata keçirilmişdir. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı Təhsil Kompleksi MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarına İddiaçı Təhsil Kompleksi MMC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əlavə edilmişdir. Əmək müqaviləsinə Əlavənin 12ci maddəsinin 5-ci bəndinə əsasən işçi işə götürəndən tərəfindən 2 il ərzində əmək müqaviləsinə xitam verərsə, işçi işəgötrürənin işçinin peşə hazırlığının təşkili üçün çəkdiyi xərcləri işəgötürənə tam ödəməyə borcludur. İş materiallarında olan İddiaçı Təhsil Kompleksi MMC-nin xx.xx.2024-cü il tarixli K- 039 nömrəli əmrinə əsasən müəyyən edilir ki, işçi X1 ərizəsi əsasında xx.xx.2024-cü il tarixdən 56 təqvim günü əmək məzuniyyəti verilmişdir. İşçi X4 işə başlama tarixi xx.xx.2024-cü il tarix qeyd edilmişdir. İş materiallarında olan İddiaçı Təhsil Kompleksi MMC-nin xx.xx.2024-cü il tarixli X- 055 nömrəli əmrinə əsasən müəyyən edilir ki, işçi X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtləri (Əlavənin 12-ci maddəsinin 5-ci bəndi) və aşağıdakı hüquq normaları çıxış edir. Əmək Məcəlləsinin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı Təhsil Kompleksi MMC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əlavə edilmişdir. Əmək müqaviləsinə Əlavənin 12-ci maddəsinin 5-ci bəndinə əsasən işçi işə götürəndən tərəfindən 2 il ərzində əmək müqaviləsinə xitam verərsə, işçi işəgötrürənin işçinin peşə hazırlığının təşkili üçün çəkdiyi xərcləri işəgötürənə tam ödəməyə borcludur. İddiaçı Təhsil Kompleksi MMC-nin xx.xx.2024-cü il tarixli K-039 nömrəli əmrinə əsasən işçi X1 ərizəsi əsasında xx.xx.2024-cü il tarixdən 56 təqvim günü əmək məzuniyyəti verilmişdir. İşçi X4 işə başlama tarixi xx.xx.2024-cü il tarix qeyd edilmişdir. Cavabdeh 2024-cü ilin yay tətilində olan qeyri-iş günlərində öz ölkəsi Bolqarıstan Respublikasına getmiş, daha sonra isə Azərbaycana qayıtmamış, əmək funksiyalarının icrasına başlamamışdır. Cavabdehlə elektron poçt vasitəsilə yazışmalar aparılmış və ona əmək funksiyasını yerinə yetirmək üçün 1 ay müddətinə vaxt verilmiş, İddiaçı Təhsil Kompleksi MMC-nin xx.xx.2024-cü il tarixli X-055 nömrəli əmrinə əsasən, işçi X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Bununla da, tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtləri cavabdeh X6 tərəfindən pozulmuşdur. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Məhkəmə tələb iddia həddində baxır. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüsü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məhkəmə xərci kimi cavabdehə aid edilməlidir. Məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, maddi zərərin əvəzi olaraq 4222 manat, 650 manat avia bilet xərci, 1560 manat miqrasiya xərci və 466.79 manat əlavə ödənilmiş məzuniyyət pulu, 89 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6988,79 manat məbləğində pulun cavabdeh X3 tutularaq İddiaçı Təhsil Kompleksi MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Təhsil Kompleksi MMC-nin cavabdeh X2rşı “pul” tələbinə dair iddiası təmin edilsin. Maddi zərərin əvəzi olaraq 4222 manat, 650 manat avia bilet xərci, 1560 manat miqrasiya xərci və 466.79 manat əlavə ödənilmiş məzuniyyət pulu, 89 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6988,79 (altı min doqquz yüz səksən səkkiz manat yetmiş doqquz qəpik) manat məbləğində pulun cavabdeh X3 tutularaq İddiaçı Təhsil Kompleksi MMC-yə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-663/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-663/2025
15.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver