Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-221/2026 04.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı əmək haqqının, əmək məzuniyyəti kompensasiyasının ödənilməsi, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina - apellyasiya icraatına xitam) Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı, Cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinin nümayəndəsi nümayəndə2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı ** nömrəli ##.##.2020-ci il tarixli əmrlə Abşeron rayon Xırdalan Bələdiyyəsinə Tikinti və Ərazi İdarəetmə şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmiş, ##.##.2021-ci il tarixli ** nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndinə əsasən, bağlanmış əmək müqaviləsinə xitam verilmiş, *** nömrəli ##.##.2022-ci il tarixli əmrlə Abşeron rayon Xırdalan Bələdiyyəsinə vergi xidməti orqanının rəisi vəzifəsinə təyin edilmiş, ##.##.2025-ci il tarixli ** nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndinə əsasən, bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2. İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, əlavə veriləcək məbləğ kimi 12010,36 manat hesablanmış, 3000 manat ödənilmiş, qalıq borc 9010,36 manat təşkil edir.
3. Abşeron rayon Xırdalan Bələdiyyəsinin ##.##.2025-ci il tarixli iclasının * saylı protokolundan görünür ki, İddiaçı öhdəliklərini yüksək səviyyədə yerinə yetirdiyinə görə fevral ayı üçün 7000 manat mükafat hesablanmışdır.
4. Abşeron rayon Xırdalan Bələdiyyəsinin ##.##.2025-ci il tarixli ** saylı əmrindən görünür ki, X8 orqanın rəisi İddiaçı öhdəliklərini yüksək səviyyədə yerinə yetirdiyinə və bələdiyyə büdcəsinin gəlirlərinin artırılmasına görə fevral ayı üçün 7000 manat mükafatın hesablanıb verilməsi əmr edilmişdir.
5. Azərbaycan Respublikası ƏƏSMN X5 Xidməti Abşeron Xızı Regional Şöbəsinin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, *** saylı məktub və ona əlavə edilmiş sənədlərə baxış keçirilmiş, baxış zamanı ##.##.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə qanunamüvafiq qaydada ##.##.2025-ci il tarixdə xitam verildiyi, lakin son haqq-hesabın ödənilmədiyi müəyyən edilmiş, bununla bağlı Abşeron rayon Xırdalan Bələdiyyəsinin sabiq sədri Musayev Orxan Elxan oğlu Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.
6. Abşeron rayon Xırdalan Bələdiyyəsinin ##.##.2025-ci il tarixli iclasının ** saylı iclasının ** saylı qərarından görünür ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin ##.##.2025ci il tarixli iclasının * saylı protokolunun ** saylı qərarının ləğv edilməsi qərara alınmışdır.
7. Abşeron rayon Xırdalan Bələdiyyəsinin ##.##.2025-ci il tarixli iclasının ** saylı protokolundan görünür ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin ##.##.2025-ci il tarixli iclasının * saylı protokolunun ** saylı qərarı ləğv edilmişdir.
8. Abşeron rayon Xırdalan Bələdiyyəsinin məhkəməyə ünvanladığı məlumatdan və hesab cədvəlindən görünür ki, İddiaçı 2025-ci ilin ## ###### tarixinə işlədiyi 11 iş gününə düşən 577,50 manat, son haqqı-hesab məbləği 6453,33 manat, ümumilikdə 7030,83 manat təşkil edir. Belə olduğu halda əmək haqqının hesablanması qaydası dəyişmiş, 7030,83 manat məbləği 10%, 3%, DSMF 0.5%, işçilik fondu 2%, icbari sığorta 1%, silahlı qüvvələr 1%, 1% YAP tətbiq olunduqda ümumi tutqu cəmi 1005,47 manat təşkil etmiş olur. Ümumi məbləğ olan 7030,83 manatın tərkibində hesablanmış 1005,47 manat çıxıldıqda işçiyə borc məbləğ 6025,36 manat təşkil edir. İddiaçı ##.##.2025-ci ildə avans olaraq ödənilən 3000 manat hal hazırda borc olan 6025,36 manat məbləğlə əvəzləşdirilməsi nəzərə alınmaqla, işçiyə müəssisə tərəfindən qalıq borc məbləğ 3025,36 manat təşkil edir. Apellyasiya icraatı zamanı əldə edilmiş:
9. Məhkəmənin müvafiq sorğuları əsasında Abşeron Rayon Xırdalan Bələdiyyəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən Xırdalan Bələdiyyəsinin 2025-ci il üzrə maliyyə vəziyyətinə dair məlumatlar və borc sənədləri məhkəməyə göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı iddia ərizəsi və tələbn artırılmasına dair ərizizələrlə məhkəməyə müraciət edərək, “ödənilməmiş əmək haqqı, mükafat və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 9010 manat pulun və həmin pul vəsaitinin gecikdirilməsinə görə 15677 manat, İddiaçı tərəfindən hüquqlarının məhkəmədə müdafiə olunması üçün ödənilmiş 600 manat olmaqla, cəmi 25287 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi və Abşeron rayon Xırdalan Bələdiyyəsinin ##.##.2025-ci il tarixli, ** saylı iclasının ** saylı qərarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ###### 2022-ci il tarixindən ## ###### 2025-ci il tarixədək X8 Xidmətində rəis vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində öz vəzifə səlahiyyətləri çərçivəsində qanunvericiliyə, Bələdiyyə Nizamnaməsinə və rəhbərliyin göstərişlərinə uyğun olaraq məsuliyyətlə fəaliyyət göstərmiş, xüsusi ilə əmlak və torpaq vergilərinin yığımı sahəsində sistemli və məqsədyönlü iş prinsipi tətbiq olunmuş, nəticədə əvvəlki illərlə müqayisədə bələdiyyə büdcəsinə daxilolmalar əhəmiyyətli dərəcədə artmışdır. Bütün bu əldə olunan nəticələrə görə, ona Abşeron rayon Xırdalan Bələdiyyəsinin kollegial qərarları ilə dövri mükafatlar təyin olunmuşdur. Mükafatlandırmalar Bələdiyyənin kollegial orqanı tərəfindən rəsmi iclas protokolları əsasında təsdiq olunmuş, həmin protokollar Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil edilmiş və hüquqi qüvvəyə minmişdir. Ona təyin olunmuş mükafatlar rəsmi əmək haqqı ilə birlikdə kartına köçürülmüş, lakin işdən çıxdıqdan sonra ona təyin olunmuş mükafatlar yeni seçilmiş Bələdiyyə sədri tərəfindən müxtəlif bəhanələr gətirilməklə ödənilməkdən imtina olunmuşdur. Bununla bağlı aidiyyatı orqanlara şikayət etmiş, şikayət əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq ƏƏSMN yanında DƏMX Abşeron rayon Xızı regional şöbəsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “əmək müqavilənizə xitam verilərkən, son haqqhesabınız, işdən çıxdığınız sonuncu iş günü ödənilməmiş və işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83.2 və 172.4cü maddələrinin tələbləri pozulmuş və İXM-nin 192.4-cü maddəsinə əsasən Musayev Orxan Elxan oğlunun barəsində ##.##.2025-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunmuş və ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.”. Beləliklə, qeyd olunanlardan göründüyü kimi, Xırdalan Bələdiyyəsi tərəfindən ona qarşı qanunsuzluğa yol verilmiş, işdən çıxdığı gün son haqq-hesabı bu günə kimi ödənilməmişdir. Göstərilənlərə görə iddia təmin edilməlidir.
12. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Abbasova) iddia qismən təmin edilərək, 3025,36 manat məbləğində ödənilməmiş əmək haqqı və vaxtında ödənilməyən əmək haqqına görə hesablanmış ödənc kimi 5264,12 manat, cəmi 8289,48 manat və hüquqi xidmət haqqı üzrə 200 manat pul vəsaitinin Abşeron rayon Xırdalan Bələdiyyəsindən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ##.##.2022-ci il tarixli əmrlə Abşeron rayon X9 Xidməti Orqanının rəisi vəzifəsinə təyin edilmiş və ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndinə əsasən öz təşəbbüsü işdən azad edilmişdir. İddiaçı qeyd edir ki, ona cavabdeh təşkilat tərəfindən 2024-cü ilin fevral ayından ##.##.2025-ci il tarixədək 12010,36 manat əmək əmək haqqı, məzuniyyət və mükafat pulu hesablanmış, həmin məbləğdən cəmi 3000 manat iddiaçının hesabına köçürülmüş, qalan 9010 manat pul ona ödənilməmişdir. Cavabdehin nümayəndəsi isə bildirib ki, iddiaçıya Xırdalan Bələdiyyəsinin ##.##.2025-ci il tarixli, ** saylı protokolunun ** saylı qərarı əsasında ##.##.2025-ci il tarixli ** saylı əmrlə hesablanmış 7000 manat mükafat Bələdiyyənin ##.##.2025-ci il tarixli, ** saylı iclasının ** saylı qərarı ilə ləğv edildiyini, cəmi 6025,36 manat ödənilməmiş borcdan 3000 manat pulun iddiaçıya ödənildiyini və hazırda Bələdiyyənin iddiaçıya cəmi 3025,36 manat borcunun qaldığını bildirmiş və bu barədə zəruri olan sənədləri təqdim etmişdir.
14. Məhkəmə qeyd edib ki, cavabdeh tərəf əmək haqqından qalan 3025,36 manat məbləğin ödənilməməsini etiraf etmiş və bununla bağlı məhkəməyə sübutları təqdim etmişdir. Belə olan halda, iddiaçı ona ödənilməli olan lakin ödənilməmiş qalan əmək haqqının ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçıya ödənilməli olan, lakin ödənilməyən əmək haqlarının məbləği isə İddiaçı hesabından çıxarışa əsasən cəmi 3025,36 manat təşkil edir. Ona görə də, iddiaçıya ödənilməmiş 3025,36 manat əmək haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edib ki, iddiaçı tərəfindən irəli sürülmüş əmək haqqının vaxtında verilmədiyi üçün hər gecikdirilmiş günə görə hesablanmış məbləğin ən azı bir faizi həcmində gündəlik ödəncin verilməsi ilə bağlı tələblər də əsaslıdır. İddiaçıya ödənilməli olan 3025,36 manat əmək haqqının ##.##.2025-ci il tarixdə verilməli olduğunu nəzərə aldıqda və həmin tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixə, yəni ## ###### 2025-ci il tarixə hesablandıqda müəyyən olunur ki, iddiaçıya ödənilməli olan əmək haqqı 174 gün gecikdirilmişdir. İddiaçının cavabdeh təşkilatda işlədiyi müddətdə ona ödənilməli olan əmək haqlarının gecikdirildiyini nəzərə alaraq məhkəmə hesab edib ki, hər itirilmiş gün üçün əmək haqqının 1%-i həcmində ödənc hesablanmaqla, vaxtında ödənilməyən əmək haqqına görə hesablanmış ödənc kimi cəmi 5264 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin Abşeron rayon Xırdalan Bələdiyyəsinin ##.##.2025-ci il tarixli, ** saylı iclasının ** saylı qərarının etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək hesab edib ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 83.1, 83.2, 110.1, 143.1, 143.2, 144.2, 154, 156.1, 157, 172, 195, 196, 287, 288, 294-cü maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarına, “Bələdiyyələrin statusu haqqında” Qanunun 2.1, 36.1-ci maddələri, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanununun 8, 9-cu maddələri və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı İddiaçı qətnamənin iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti vermişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə iddianın təmin edilməyən hissəsində əsassızdır. Məhkəmə iddianı qismən təmin edərkən Abşeron rayon Xırdalan Bələdiyyəsinin ##.##.2025-ci il tarixli qərarı ilə Abşeron rayon Xırdalan Bələdiyyəsinin ##.##.2025-ci il tarixli iclasının * saylı protokolunun ** saylı qərarının ləğv edilməsi barədə qərarına istinad etmişdir ki, bununla da qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmişdir. Xırdalan Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli iddia ərizəsinə etirazda iddia etiraf edilmiş, iddiaçıya ödənilməmiş son haqq-hesab 9010 manat vəsaitin aylıq olaraq 500 manat olaraq ödəməyə razı olduğu bildirmişdir. Göründüyü kimi cavabdeh iddia tələbini etiraf etdiyi halda, məhkəmənin sonrakı gedişatında Xırdalan Bələdiyyəsinin ## ####### 2025-ci il tarixli, ** saylı iclasının ** saylı qərarını məhkəməyə təqdim edərək Abşeron rayon Xırdalan Bələdiyyəsinin ##.##.2025-ci il tarixli iclasının * saylı protokolunun ** saylı qərarının ləğv edildiyi bildirilmişdir. Xırdalan Bələdiyyəsinin ## ####### 2025-ci il tarixli, ** saylı iclasının ** saylı qərarı etibarsız hesab edilməlidir. İşdən çıxdıqdan sonra iddiaçıya təyin olunmuş mükafatlar yeni seçilmiş bələdiyyə sədri tərəfindən müxtəlif bəhanələr gətirilməklə ödənilməkdən imtina olunmuşdur. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Lakin son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) verilməmişdir. Xırdalan Bələdiyyəsi tərəfindən iddiaçının hüquqlarının pozulması və Əmək Məcəlləsinin tələblərinin pozulması işin mübahisəsiz halı olmuşdur. Hətta bununla bağlı inzibati xəta haqqında protokol tərtib olunmuş, keçmiş bələdiyyə sədrinin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırkı işə baxan məhkəmə prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq iddiaçının ona dəymiş ziyanla bağlı iş materiallarında olan sübutlarına heç bir münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 600 manat məbləğində pul vəsaiti Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülmüşdür. Lakin məhkəmə mötəbər sübutu nəzərə almamış, həmin hissədə qanunsuz olaraq 200 manat tutulması qənaətinə gəlmişdir. Məhkəmə iddia tələbini Xırdalan Bələdiyyəsinin 01oktyabr 2025-ci il tarixli, ** saylı iclasının ** saylı qərarının etibarsız hesab edilməsi hissəsində təmin etməyərkən heç bir əsaslandırma aparmamış, yalnız qanunvericiliyinin normalarını sadalamaqla kifayətlənmişdir. İşə baxan məhkəmə Abşeron rayon Xırdalan Bələdiyyəsinin ##.##.2025-ci il tarixli iclasının ** saylı iclasının ** saylı qərarına istinad etsə də, qərarın qanunsuz və əsassız olduğunu, Xırdalan Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli iddia ərizəsinə etirazda iddianı etiraf edildiyini, hətta İddiaçı ödənilməmiş son haqq-hesab 9010 manat vəsaitin aylıq olaraq 500 manat olaraq ödəməyə razı olduğuna əhəmiyyət verməmişdir. Bundan başqa məhkəmə qətnaməsində Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bununla bağlı bildirir ki, həmin maddə maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımla bağlı məsələləri tənzimləyir. Müqavilə əsasında işə cəlb olunmuş vəkilə hüquqi xidmət haqqı üzrə 400 manat pulun ağlabatan hesab edilməsi ilə bağlı məhkəmənin gəlmiş olduğu qənaət tamamilə əsasız olmuşdur. Beləliklə işə baxan məhkəmə həm maddi həm prosessual normaların tələblərini kobud surətdə pozaraq əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətindən imtina edilməsi barədə yazılı ərizəsini təqdim edərək, şikayətdən imtinanın nəticələrinin ona aydın olduğunu bildirdi. Məhkəmə kollegiyasından apellyasiya icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 izahatında iddiaçının apellyasiya şikayətindən imtinanın qəbul edilməsinə heç bir etirazı olmadığını bildirdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsini yalnız iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirərək, qətnamənin bu hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mübahisələndirilən həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən iddiaçı tərəfin (apellyatorun) apellyasiya şikayətindən imtina etməsi barədə yazılı ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
25. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər.
26. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur.
27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də, apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı İddiaçı oğlunun apellyasiya şikayətindən imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissəsi üzrə iddiaçı İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə dair apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.