Məhkəmə qərarları › İş №2(1-8)-1061/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1061/2026

10.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1061/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh3 qarşı iddiası ilə bağlı birinci iddia ilə bağlı iş, iddiaçı iddiaçı1 cavabdehlər Bakı şəhəri ** saylı dövlət Notariat Kontoru, cavabdeh2 və cavabdeh3 qarşı birləşdirilmiş ikinci iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: bağışlama müqaviləsinin ləğv edilməsi, mənzilə köçürülmə; bağışlama müqaviləsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh3 qarşı “bağışlama müqaviləsinin ləğvi, mənzilə istifadə və sahiblik hüquqlarının tanınması və mənzilə köçürülmə” tələbi ilə bağlı birinci iş, iddiaçı iddiaçı1 cavabdehlər Bakı şəhəri ** saylı dövlət Notariat Kontoru, cavabdeh2 və cavabdeh3 qarşı “bağışlama müqaviləsinin ləğv olunması və sair” tələbinə dair birləşdirilmiş ikinci iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən ikinci iş üzrə iddiaçı iddiaçı1 (vəkil vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. cavabdeh2 ilə X1 ##.##.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.

2. ünvan 2 ünvanında yerləşən mənzil iddiaçı1 adına ##.##.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

3. “Daşınmaz əmlakın bağışlamasına dair” ##.##.2013-cü il tarixli müqaviləyə əsasən, iddiaçı1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2013-cü il tarixli, 06/608 Nömrəli forma 1 arayışa və **** nömrəli reyestr kitabının, 121877-ci səhifəsində, reyestr nömrəsi 006011000063-05101-093034, qeydiyyat nömrəsi 1111018074 olan, ##.##.2011-ci il tarixli reyestrdən çıxarış əsasında ünvan 2 ünvanında yerləşən, y/s 16,59 kv.m. yardımçı sahəsi 15,3 kv.m., ümumi sahəsi 31,89 kv.m. olan bir otaqlı şəxsi mənzili cavabdeh2 bağışlamışdır.

4. ünvan 2 ünvanında yerləşən mənzil cavabdeh2 adına ##.##.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

5. “Daşınmaz əmlakın bağışlanmasına dair” ##.##.2023-cü il tarixli müqaviləyə əsasən, cavabdeh2, ünvan 2 ünvanında 31,89 kv.m., yaşayış sahəsi 16,59 kv.m., yardımçı sahəsi 15,3 kv.m. olan bir otaqlı mənzili tam mülkiyyət üzrə cavabdeh3 hədiyyə etmişdir.

6. iddiaçı2 həmçinin Suraxanı rayon Polis idarəsinə müraciət edərək oğlu Kamalın xəstəliyi ilə bağlı olaraq sosial şəbəkələr və xalq tərəfindən maddi yardım kimi toplanmış 114.000 manat, qohumlar tərəfindən nağd şəkildə verilmiş 10.000 manat pul vəsaitinin və ona məxsus olan qızıl-zinət əşyalarının cavabdeh cavabdeh2 alınaraq ona verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis Idarəsinin müstəntiqi Qasım Abbasovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ”##.##.2023-cü il tarixli Qərarı ilə, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, araşdırma zamanı həyata keçirilmiş istintaq hərəkətləri ilə kifayət qədər sübuta yetirilmişdir ki, cavabdeh2 övladı Kamal üçün yığılmış yardım vəsaitini onun Türkiyə Respublikasında və Iran Islam Respublikasında müalicəsi, müayinəsi və sair, həmçinin övladı Kamalın müalicəsi üçün alınmış borcların ödənilməsi və ailəsi üçün lazımi ehtiyaclara xərcləmişdir. iddiaçı2 ərizədə göstərdiyi xüsusatları təsdiq edən kifayət qədər dəlil və sübutlar, həmçinin rəsmi və hüquqi razılaşma olmamış və istintaq araşdırmasına təqdim olunmamışdır. Bu hallar materiala əlavə olunmuş sənədlərlə də sübuta yetirilməmişdir və öz əksini tapmamışdır. Bu da onu sübut edir ki, cavabdeh2 əməlində dələduzluq cinayət əməlinin tərkib əlamətləri yoxdur.

7. Cinayət işinin rədd edilməsi ilə bağlı materiallarda iddiaçı2 verdiyi izahatdan müəyyən olunur ki, o, 2022-ci ilin mart ayından atasının onlara bağışladığı ünvan 2 ünvanında yerləşən mənzildə yaşamış, iddiaçı2 daimi olaraq həmin mənzildə yaşamamış, azyaşlı övladları ilə birlikdə Cəlilabad şəhərində yaşamış və azyaşlı övladları Cəlilabad şəhər X6 R.Abdullayev adına * nömrəli tam orta məktəbdə təhsil almışlar.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı2 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2011-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş ##.##.2012-ci il təvəllüdlü X4, ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2018-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra iddiaçı iddiaçı2 yanında qalması, Suraxanı Rayon Məhkəməsinin e-**(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla, cavabdeh2 ##.##.2012-ci il təvəllüdlü X4, ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2018-ci il təvəllüdlü X3 ##.##.2023-cü il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün iddiaçı2 xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. Iddiaçı iddiaçı2 (bundan sonra birinci iş üzrə iddiaçı) nümayəndəsi və vəkili vəkil3 cavabdehlər cavabdeh2 və cavabdeh3 (bundan sonra birinci və ikinci iş üzrə cavabdehlər, yaxud ad və soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, * saylı evin ** saylı mənzilin cavabdeh2 tərəfindən cavabdeh3 bağışlanmasına dair ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə iddiaçı2 və övladlarının istifadə hüquqlarının tanınması, iddiaçı2 azyaşlı uşaqları ##.##.2012-ci il təvəllüdlü X4, ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2018-ci il təvəllüdlü X3 ilə birlikdə mübahisəli mənzilə köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddiaçı2 cavabdeh cavabdeh2 ilə ## #### 2011-ci il tarixində birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladları- ##.##.2012-ci il təvəllüdlü X4, ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2018-ci il təvəllüdlü X3 anadan olmuşlar. Hal-hazırda övladları onunla bir yerdə yaşayır və uzun müddətdir ki, faktiki olaraq iddiaçı2 himayəsindədirlər. Eyni zamanda, iddiaçı2 cavabdeh cavabdeh2 qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. iddiaçı2 cavabdeh cavabdeh2 ilə ailə qurduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V Massivi, * saylı evin * nömrəli mənzilinə köçmüş, o cümlədən, valideynləri tərəfindən ona hədiyyə olunmuş cehiz əşyalarını da həmin evə gətirmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V Massivi, * saylı evin, * nömrəli mənzilinə mülkiyyət hüququ ##.##.2013-cü il tarixli, 4Ə-1/*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən atası tərəfindən ailələrinə bağışlanmışdır. Lakin milli mentalitetə uyğun olaraq bağışlama müqaviləsi ilə mənzil iddiaçı2 deyil, ailə başçısı və kişi cinsinə mənsub olduğundan cavabdeh cavabdeh2 mülkiyyətinə verilmişdir. iddiaçı2 cavabdeh cavabdeh2 ilə 10 ildən uzun müddətə ailə münasibətlərində olmuş, birgə təsərrüfat idarə etmişlər. Lakin bir müddət sonra cavabdehin iddiaçı2 qarşı münasibətləri kəskin dəyişmişdir. Cavabdeh heç bir səbəb olmadan hər gün evdə söz-söhbət yaradır, öz hərəkətləri ilə ailələrinin dağılmasına çalışırdı. Sonuncu dəfə cavabdeh ilə aralarında yenə də münaqişə yaranmış, cavabdeh iddiaçı2 birgə yaşadıqları evdən qovaraq küçəyə atmışdır. Bundan sonra isə iddiaçı2 yaşadıqları evə buraxmamışdır. Hətta evdə olan cehiz əmlaklarını belə götürməyinə icazə verməmişdir. Cehiz əşyaları, hətta geyim paltarları və şəxsi əşyaları da cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə qalmışdır. iddiaçı2 dəfələrlə tələb etsə də, cavabdeh onları mənzili buraxmamaqla yanaşı cehiz əşyalarını, özünün və uşaqlarının paltarlarını və şəxsi əşyalarını qaytarmaq istəmir. Bu əşyalar sonuncu dəfə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V Massivi, * saylı evin, * nömrəli mənzilində qalmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən vəkil sorğusuna verilən cavabla iddiaçı2 məlum olmuşdur ki, cavabdeh cavabdeh2 mübahisəli evə istifadə hüququnun tanınmaması üçün mənzili qardaşı, digər cavabdeh cavabdeh3 bağışlamışdır. Həmin bağışlama müqaviləsi iddiaçı2, “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən dərhal sonra, yəni ##.##.2023-cü il tarixdə bağlanmış, 4Ə-*** reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Buradan da aydın olur ki, cavabdeh cavabdeh2 iddiaçı2 və övladlarının həmin mənzilə olan istifadə hüququndan məhrum olması məqsədilə formal bağışlama müqaviləsi tərtib edərək, iddiaçı2 razılığı olmadan həmin mənzili özgəsinin mülkiyyətinə vermişdir. Beləliklə, bu cür müqavilə görünüş üçün bağlanmaqla, tamamilə etibarsız hesab olunmalıdır.

11. Iddiaçı iddiaçı1 (bundan sonra ikinci iş üzrə iddiaçı) nümayəndəsi və vəkili vəkil3 cavabdehlər Bakı şəhəri ** saylı dövlət Notariat Kontoru, cavabdeh2 və cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, * saylı evin, ** saylı mənzilin cavabdeh2 tərəfindən cavabdeh3 bağışlanmasına dair ##.##.2013-cü il tarixli, 4Ə-1/*** reyestr nömrəli müqavilənin ləğv olunması və eyni zamanda cavabdeh2 həmin mənzili qardaşı cavabdeh3 bağışlamasına dair ##.##.2023-cü il tarixli, 4-*** reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı1 qızı iddiaçı2 cavabdeh2 ilə ## #### 2011-ci il tarixində birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Hazırda uşaqlar iddiaçı1 qızı iddiaçı2 ilə bir yerdə yaşayır və uzun müddətdir ki, faktiki olaraq qızının himayəsindədirlər. iddiaçı1 qızı cavabdeh2 ilə ailə qurduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V massivi, * saylı evin, * nömrəli mənzilinə köçmüş, o cümlədən ona verilən cehiz əşyaları da həmin evə gətirmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V massivi, * saylı evin, * nömrəli mənzili ##.##.2013-cü il tarixli, 4Ə-1/*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən iddiaçı1 tərəfindən qızının ailəsinə bağışlanmışdır. Lakin milli mentalitetə uyğun olaraq bağışlama müqaviləsi ilə mənzili qızının deyil, ailə başçısı və kişi cinsinə mənsub olduğundan cavabdeh cavabdeh2 mülkiyyətinə vermişdir. Mənzili cavabdeh2 mülkiyyətinə verdikdə əsas şərti isə qızının rahat ailə həyatı sürməsi olmuşdur. Məhz qızının firavanlığı və milli dəyərləri də nəzərə alaraq Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V massivi, * saylı evin * nömrəli mənzili bağışlama müqaviləsi ilə cavabdeh cavabdeh2 mülkiyyətinə vermişdir. Qızı və cavabdeh cavabdeh2 10 ildən çox müddətə ailə münasibətlərində olmuşlar. Lakin bir müddət sonra cavabdeh cavabdeh2 iddiaçı2 qarşı olan münasibətləri kəskin dəyişmiş, cavabdeh heç bir səbəb olmadan hər gün evdə söz-söhbət yaratmış, öz hərəkətləri ilə ailəsinin dağılmasına çalışmışdır. Sonuncu dəfə cavabdeh ilə qızı arasında yenə də münaqişə yaranmış, cavabdeh iddiaçı2 birgə yaşadıqları evdən qovmuşdur. Bundan sonra isə iddiaçı1 qızını birgə yaşadıqları evə buraxmamışdır. Hətta evdə olan cehiz əmlaklarını belə götürməyinə icazə verməmişdir. iddiaçı1 birgə nikahdan olan uşaqları, cavabdeh cavabdeh2 ilə həmin evdə birgə yaşamış və birgə təsərrüfat aparmışlar. Həmin mənzildə iddiaçı1 qızı cavabdehlə bərabər hüquq və vəzifələrə malikdir. iddiaçı1 qızı mənzilinə olan istifadə hüquqlarının tanınması üçün “istifadə hüququnun tanınması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra həmin işə məhkəmə baxışında cavabdeh cavabdeh2 nümayəndəsi qəti olaraq bildirmişdir ki, cavabdeh qızı və nəvələrini evə buraxmaq istəmir, hətta ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin mənzili qardaşı cavabdeh3 bağışlamışdır. Bununla da iddiaçı1 məlum olmuşdur ki, cavabdeh iddiaçı1la arasındakı bağışlama müqaviləsinin öhdəliklərini icra etmir.

13. Birinci və ikinci iş üzrə cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ##.##.2013-cü il tarixli mənzilin bağışlama müqaviləsi ilə iddiaçı1, mübahisəli mənzili cavabdeh2 bağışlamışdır. iddiaçı2 ilə cavabdeh2 nikah münasibətlərinə daxil olmamışdan əvvəl iddiaçı iddiaçı1 cavabdeh cavabdeh2 ailəsi ilə birgə biznes fəaliyyəti ilə məşğul olmuş, onun bu fəaliyyətlə bağlı cavabdeh2 ailəsinə borcu yaranmışdır və daha sonra sözügedən mənzil tərəflər rəsmi nikaha daxil olduqdan sonra cavabdeh2 keçmiş borcun əvəzi kimi verilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra Cəlilabad rayonunda yaşamış və oğlu - X2 pisləşməsi ilə əlaqədar olaraq, onun müalicə olunması məqsədli ilə 2022-ci il tarixdən etibarən mübahisəli mənzildə yaşamağa başlamışlar. Onların arasında mövcud olan nikah münasibətləri 2022-ci il iyun ayında pisləşmişdir. Nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət edilmiş və bununla bağlı qətnamə 2024-cü il tarixdə qəbul olunmuşdur. Həmin mənzil X2 müalicə olunması məqsədilə satılmalı olduğundan, eyni zamanda cavabdehin “xxxx” ASC-də kredit müqaviləsi üzrə ödənilməmiş borcunun mövcud olması, eləcə də keçmiş borcun sadəcə ona qarşı deyil, ümumilikdə ailəsinin qarşısında mövcudluğu səbəbindən mənzili qardaşı, ailənin digər üzvü olan cavabdeh3 Kainat oğlunun adına keçirmişdir.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə birinci və ikinci iddia ilə bağlı mülki işlər bir icraatda birləşdirilmişdir.

15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh3 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı iddiaçı1 cavabdehlər Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru, cavabdeh2 və cavabdeh3 qarşı “bağışlama müqaviləsinin ləğv olunması və digər bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiasının təmin olunması, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, * saylı evin, ** saylı mənzilin cavabdeh2 tərəfindən cavabdeh3 bağışlanması barədə ##.##.2023-cü il tarixli *Ə-*** saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, * saylı evin, ** saylı mənzilin iddiaçı1 cavabdeh2 bağışlanmasına dair ##.##.2013-cü il tarixli *Ə-*/*** saylı mənzilin bağışlanma müqaviləsinin ləğv olunması, cavabdehlər cavabdeh2 və cavabdeh3 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, * saylı evin, ** saylı mənzili əvvəlki mülkiyyətçi iddiaçı1 təhvil verilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı2 ##.##.2023-cü il tarixdə Suraxanı rayon Polis idarəsinə ərizə ilə müraciət etməsi nəticəsində münasibətlərin kəskinləşməsi halı cavabdeh2 məlum olsa da, o görünüş üçün formal xarakterli müqavilə bağlayaraq həmin mənzili qardaşı cavabdeh3 hədiyyə etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bağışlamanın hansı əsasdan irəli gəlməsini əsaslandıra bilməmişdir. Ilkin bağışlamanın məqsədi ailə dəyərlərinin qorunması, etibarlı ailə münasibətlərinin formalaşması, ailə üzvləri arasında mənəvi bağların güclənməsi təşkil etsə də, cavabdeh tərəfindən ikinci dəfə mənzilin öz yaxın qohumunun adına özgəninkiləşdirilməsi görünüş üçün bağlanmış və formal xarakter daşımışdır. Iddiaçı ilə cavabdeh arasında mövcud olan bağışlama müqaviləsinin bağlanmasından artıq uzun müddət keçməsinə baxmayaraq, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr kobudcasına pozulmuş, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas yaratmışdır. Mübahisəli mənzil ##.##.2023-cü il tarixdə cavabdeh2 tərəfindən cavabdeh3 hədiyyə olunduğundan və iddiaçı tərəfindən hədiyyədən imtina haqqında bildirişi ##.##.2024-cü il tarixdə hədiyyə alana göndərdiriyindən və bununla bağlı olaraq ##.##.2024-cü il tarixdə müqavilənin ləğv olunması ilə bağlı iddia qaldırıldığından bağışlamaqdan imtina hüququ ilə bağlı bir illik müddət ötürülməmişdir.

17. Iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh3 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı hər iki bağışlama müqaviləsinin tərəfi olmamış, mülkiyyətçilər öz iradələrinə uyğun olaraq mənzilə dair bağışlama müqavilələri bağlamış və qanunvericiliyin tələbinə uyğun olaraq bağışlamaqdan imtina hüququ da mülkiyyətçiyə məxsus olan hüquqdur.

18. Həmçinin cinayət işinin rədd edilməsi ilə bağlı materiallarda iddiaçı2 verdiyi izahatdan müəyyən olunur ki, o, 2022-ci ilin mart ayından atasının onlara bağışladığı ünvan 2 ünvanında yerləşən mənzildə yaşamış, iddiaçı2 daimi olaraq həmin mənzildə yaşamamış, azyaşlı övladları ilə birlikdə Cəlilabad şəhərində yaşamış və azyaşlı övladları Cəlilabad şəhər X6 R.Abdullayev adına * nömrəli tam orta məktəbdə təhsil almışlar. Iddiaçı iddiaçı2 mübahisəli mənzildə yaşamadığından onun həmin mənzilə istifadə hüququ yaranmamışdır.

19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 340, 390, 421, 422, 666 və 673-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 17ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2024-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

20. Birinci və ikinci iş üzrə cavabdehlər cavabdeh2 və cavabdeh3 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, * saylı evin ** saylı mənzilinin cavabdeh2 tərəfindən cavabdeh3 ##.##.2023-cü il tarixli *Ə-*** saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, * saylı evin ** saylı mənzilinin iddiaçı1 tərəfindən cavabdeh2 bağışlanmasına dair ##.##.2013-cü il tarixli *Ə-*/*** saylı mənzilin bağışlanma müqaviləsinin ləğv olunması, cavabdehlər cavabdeh2 və cavabdeh3 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, * saylı evin ** saylı mənzilinin əvvəlki mülkiyyətçi iddiaçı1 təhvil verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş dəlillər işin hallarına uyğun deyildir. Eyni zamanda, birinci instansiya məhkəməsi özözünü21.təkzib etmişdir. Həmin bağışlama müqaviləsində bağışlamanın hər hansı şərt qarşılığında həyata keçirilməsi müəyyən edilməyib. Həmçinin məhkəmə öz qətnaməsində özözünü təkzib edir. Belə ki, qətnamədə ilkin olaraq qeyd edilir ki, iddiaçı hər iki bağışlama müqaviləsinin tərəfi olmamış, mülkiyyətçilər öz iradələrinə uyğun olaraq mənzilə dair bağışlama müqavilələri bağlamış və qanunvericiliyin tələbinə uyğun olaraq bağışlamaqdan imtina hüququ da mülkiyyətçiyə məxsus olan hüquqdur. Həmçinin cinayət işinin rədd edilməsi ilə bağlı materiallarda iddiaçı2 verdiyi izahatdan müəyyən olunur ki, o, 2022-ci ilin mart ayından atasının onlara bağışladığı ünvan 2 ünvanında yerləşən mənzildə yaşamış, iddiaçı2 daimi olaraq həmin mənzildə yaşamamış, azyaşlı övladları ilə birlikdə Cəlilabad şəhərində yaşamış və azyaşlı övladları Cəlilabad şəhər X6 R.Abdullayev adına * nömrəli tam orta məktəbdə təhsil almışlar. Iddiaçı iddiaçı2 mübahisəli mənzildə yaşamadığından onun həmin mənzilə istifadə hüququ yaranmamışdır. Qətnamədə ilkin bağışlamanın məqsədinin ailə dəyərlərinin qorunması, etibarlı ailə münasibətlərinin formalaşması, ailə üzvləri arasında mənəvi bağların güclənməsini qeyd etsə və bunun guya cavabdeh tərəfindən pozulduğunu iddia etsə də özü də qətnamədə göstərir ki, iddiaçı iddiaçı2 mübahisəli mənzildə yaşamadığından onun həmin mənzilə istifadə hüququ yaranmamışdır. Belə olan halda ailə dəyərlərinin pozulmasının nədə ehtiva olunması sual yaradır. Ümumiyyətlə, tərəflər arasında ailə münasibəti kimi göstərilmiş ər-arvad münasibətləri nikah azadlığı prinsipinə əsaslanmış və iddiaçı2 tərəfindən qaldırılmış iddia əsasında pozulmuşdur. Həmçinin bağışlamadan imtina haqqında bildiriş ümumiyyətlə cavabdehə təqdim edilməyib.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Nigar Nəbizadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş və iddiaçı iddiaçı1 cavabdehlər Bakı şəhəri ** saylı dövlət Notariat Kontoru, cavabdeh2 və cavabdeh3 qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, * saylı evin ** saylı mənzilinin cavabdeh2 tərəfindən cavabdeh3 ##.##.2023-cü il tarixli *Ə-*** saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, * saylı evin ** saylı mənzilinin iddiaçı1 tərəfindən cavabdeh2 bağışlanmasına dair ##.##.2013-cü il tarixli *Ə-*/*** saylı mənzilin bağışlanma müqaviləsinin ləğv olunması, cavabdehlər cavabdeh2 və cavabdeh3 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, * saylı evin ** saylı mənzilinin əvvəlki mülkiyyətçi iddiaçı1 təhvil verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” ## ##### 2024-cü il Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab etmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.

24. Birinci instansiya məhkəməsi ilkin bağışlama müqaviləsinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, bu müqavilənin bağlanması ailə üzvləri arasında ailə dəyərlərinin qorunması, sağlam və etibarlı ailə münasibətlərinin formalaşdırılması, mənəvi bağların möhkəmləndirilməsi məqsədinə xidmət etmişdir. Cavabdeh isə vicdanlı davranmayaraq ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini hədiyyə verənin qızına münasibətdə kobud şəkildə pozmuşdur. Məhkəmənin bu mövqeyinə münasibətdə ilk öncə qeyd edilməlidir ki, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Belə ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; - hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; - hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Baxılan işdən də müəyyən edilir ki, mübahisə predmeti olan müqavilə Mülki Məcəllənin 668.1.1-ci maddəsinin tələblərinə uyğun şəkildə notariat qaydasında bağlanmış, iddiaçı tərəfindən müqavilənin mətninə hər hansı şərtin əlavə edildiyi müəyyən edilməmişdir. Məhkəmənin Mülki Məcəllənin 673.1-ci maddəsində sadalanan əsaslara istinadı ilə əlaqədar isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında da xüsusi olaraq vurğulanmışdır ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.

25. Hazırkı işin hallarından da müəyyən edilir ki, 795 nömrə ilə ##.##.2011-ci il tarixində Suraxanı rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edən şəxs iddiaçının qızı iddiaçı2 olmuşdur. Iddiaçının qızı iddiaçı2 həmçinin Suraxanı rayon Polis idarəsinə müraciət edərək oğlu Kamalın xəstəliyi ilə bağlı olaraq sosial şəbəkələr və xalq tərəfindən maddi yardım kimi toplanmış 114.000 manat, qohumlar tərəfindən nağd şəkildə verilmiş 10.000 manat pul vəsaitinin və ona məxsus olan qızıl-zinət əşyalarının cavabdeh cavabdeh2 alınaraq ona verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon RPI-nin ##.##.2023-cü il tarixli Qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Suraxanı rayon Polis Idarəsinin ##.##.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd olunmuşdur ki, araşdırma zamanı həyata keçirilmiş istintaq hərəkətləri ilə kifayət qədər sübuta yetirilmişdir ki, cavabdeh2 övladı Kamal üçün yığılmış yardım vəsaitini onun Türkiyə Respublikasında və Iran Islam Respublikasında müalicəsi, müayinəsi və sair, həmçinin övladı Kamalın müalicəsi üçün alınmış borcların ödənilməsi və ailəsi üçün lazımi ehtiyaclara xərcləmişdir. iddiaçı2 ərizədə göstərdiyi xüsusatları təsdiq edən kifayət qədər dəlil və sübutlar, həmçinin rəsmi və hüquqi razılaşma olmamış və istintaq araşdırmasına təqdim olunmamışdır. Bu hallar materiala əlavə olunmuş sənədlərlə də sübuta yetirilməmişdir və öz əksini tapmamışdır. Bu da onu sübut edir ki, cavabdeh2 əməlində dələduzluq cinayət əməlinin tərkib əlamətləri yoxdur.

26. Bundan başqa məhkəmə - qətnamənin iddiaçılar tərəfindən mübahisələndirilməmiş hissəsində, yəni iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh3 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması”na dair iddia tələblərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hər iki bağışlama müqaviləsinin tərəfi olmamış, mülkiyyətçilər öz iradələrinə uyğun olaraq mənzilə dair bağışlama müqavilələri bağlamışdır. Həmçinin cinayət işinin rədd edilməsi ilə bağlı materiallarda iddiaçı2 verdiyi izahatdan müəyyən olunur ki, o, 2022-ci ilin mart ayından atasının onlara bağışladığı ünvan 2 ünvanında yerləşən mənzildə yaşamış, daimi olaraq həmin mənzildə yaşamamış, azyaşlı övladları ilə birlikdə Cəlilabad şəhərində yaşamış və azyaşlı övladları Cəlilabad şəhər X6 R.Abdullayev adına * nömrəli tam orta məktəbdə təhsil almışlar. Iddiaçı iddiaçı2 mübahisəli mənzildə yaşamadığından onun həmin mənzilə istifadə hüququ yaranmamışdır.

27. Göründüyü kimi, iddiaçı2 (hər iki iddiaçı iddia ərizələrində qeyd etdiyi kimi) mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, * saylı evin ** saylı mənzilindən məcburi şəkildə çıxarılmamış, onlar ailə olaraq həmin mənzildən daimi yaşayış yeri olaraq istifadə etməmişlər.

28. Mübahisələndirilən qətnamədən isə görünür ki, məhkəmə hədiyyə alan cavabdeh2 hədiyyə verən iddiaçı1 qızına münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrinin pozulmasının nədə (hansı hərəkət və ya hərəkətsizlikdə) ifadə olunmasını, pozuntunun kobud olub-olmamasını və Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsasən bağışlamadan imtinanı şərtləndirən digər halların mövcudluğunu araşdırmadan, yalnız Məcəllənin qeyd olunan maddəsinə formal istinad etməklə iddianın təmin olunması barədə nəticəyə gəlmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi və yuxarıda sadalanan halların bağışlama müqaviləsindən imtina üçün əsas olub-olmadığını maddi hüquq normaları baxımından lazımi qaydada hüquqi qiymət verməmişdir. Iddiaçı iddiaçı1 ünvan 2 ünvanında yerləşən mənzilini ##.##.2013-cü il tarixdə həyata keçirilmiş bağışlamasından imtinasının qəbulundan, bu barədə istinad etdiyi dəlillər öz təsdiqini tapmadığından imtina edilməlidir.

29. Işdə olan materiallarından həmçinin müəyyən edilir ki, ##.##.2023-cü il tarixdə cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzili qardaşı cavabdeh3 hədiyyə etmişdir. Yuxarıda sadalananlardan da göründüyü kimi, iddiaçı iddiaçı1 mübahisəli mənzili bağışlamaqdan imtinasına əsas verən halların mövcudluğunu işdə olan sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. ##.##.2023-cü il tarixli bağışlama müqaviləsi bağlanan zaman iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmuş, bu səbəbdən də, o, sözügedən müqaviləni bağlamaqla özünə məxsus mülkiyyət hüququnun ünsürlərindən biri olan sərəncam hüququndan istifadə etməklə haqlı olmuşdur. Belə olan halda hazırkı iddia tələbi məhz buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd edilməlidir. Belə ki, hüquq münasibətinin strukturuna daxil olan üç elementdən (münasibətin subyekti, obyekti və məzmunu) heç birinin iddiaçıya aidiyyəti yoxdur. Iddiaçı müqavilə münasibətlərinin subyekti deyildir, müqavilənin predmeti də iddiaçıya hər hansı əşya hüququ ilə məxsus olmayan əmlakın əvəzsiz qaydada özgəninkiləşdirilməsi ilə əlaqədardır. Bundan başqa, müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə (məs. əmlakı təhvil vermək, əvəzində başqa əmlakın verilməsini tələb etmək, müqavilə ləğv edildiyi təqdirdə dəymiş zərəri tələb etmək və s.) müqavilənin tərəflərinə aiddir. Belə olan halda iddiaçının mübahisə predmeti olan müqavilələrin mübahisələndirməyə müvafiq subyektiv hüququnun mövcudluğu müəyyən edilmir.

30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, Mülki Məcəllənin 324.1, 324.2, 324.3, 329.1, 337.1-337.5, 397.2, 666.1-666.3, 668.1, 673.1.1, 673.1.2, 673.3, 673.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

31. Qətnamədən ikinci iş üzrə iddiaçı iddiaçı1 (vəkil vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı1 iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini, iddiaçı1 iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarının təhlili göstərir ki, mübahisəli daşınmaz əmlakın bağışlanması zamanı hədiyyə verənin həqiqi iradəsi əmlakı cavabdehin şəxsi mülkiyyətinə verməkdən deyil, ailənin – yəni qızının, kürəkəninin və azyaşlı nəvələrinin birgə yaşayış ehtiyaclarının təmin edilməsindən ibarət olmuşdur. Bağışlama müqaviləsinin formal olaraq cavabdehin adına rəsmiləşdirilməsi bağışlamanın hüquqi və sosial mahiyyətini dəyişmir və bu hal mübahisənin həlli zamanı mütləq araşdırılmalı olan əsas faktiki məsələlərdən biridir. Apellyasiya instansiyası məhkəməsi isə bağışlamanın məqsədini və hədiyyə verənin real iradəsini müəyyən etmədən, yalnız müqavilədə göstərilmiş subyektiv tərəfi əsas götürməklə nəticəyə gəlmişdir. Halbuki bağışlamanın ailəyə mi, yoxsa yalnız ər-arvaddan birinə mi hədiyyə edildiyi məsələsi Mülki Məcəllənin müvafiq normaları ilə yanaşı, Ali Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, bağışlama zamanı mövcud olan ailə münasibətlərinin xarakteri, ailə üzvlərinin birgə yaşayışı, nikahın davametmə müddəti və bağışlamanın edildiyi sosial-məişət şəraiti nəzərə alınmaqla müəyyən edilməlidir. Bu istiqamətdə heç bir araşdırma aparılmaması maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini göstərir. Bununla yanaşı, işin faktik hallarından aydın olur ki, tərəflər arasında nikahın pozulması ilə bağlı məhkəmə mübahisəsi yarandıqdan dərhal sonra cavabdeh tərəfindən mübahisəli daşınmaz əmlak üçüncü şəxsə – öz qardaşına bağışlanmışdır. Həmin bağışlama əməli məhz ailədaxili mübahisənin kəskinləşdiyi, tərəflər arasında əmlak və uşaqların mənafeyi ilə bağlı ziddiyyətlərin yarandığı dövrdə həyata keçirilmişdir. Bu hal bağışlamanın sırf mülki-hüquqi sərəncam aktı olmaqdan daha çox, mövcud mübahisədən yayınmaq və ailənin digər üzvlərinin, xüsusən də azyaşlı uşaqların mənafelərini nəzərə almamaq niyyəti ilə həyata keçirildiyini göstərən mühüm faktiki göstəricidir. Cavabdehin davranışlarının ümumi məzmunu onun ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrə münasibətini də aydın şəkildə ortaya qoyur. Belə ki, iş materiallarından görünür ki, Surə Axundova və azyaşlı uşaqlar faktiki olaraq yaşayış yerindən kənarlaşdırılmış, onların mənzilə daxil olmasına maneələr yaradılmış, şəxsi əşyalarının istifadəsinə imkan verilməmişdir. Eyni zamanda, uşağın mənafeyi üçün yığılmış pul vəsaitinin məqsədyönlü şəkildə istifadə edilməməsi, habelə tərəflər arasında yaranmış mübahisənin polis orqanlarının qədər gedib çıxması ailə münasibətlərinin ciddi şəkildə pozulduğunu təsdiq edir. Eyni zamanda, cavabdehin tərəflər arasında nikahın pozulması ilə bağlı məhkəmə mübahisəsi yarandıqdan dərhal sonra mübahisəli daşınmaz əmlakı üçüncü şəxsə – öz qardaşına bağışlaması faktı iş materialları ilə təsdiq edildiyi halda, apellyasiya instansiyası məhkəməsi bu halın hüquqi əhəmiyyətini qiymətləndirməmiş, həmin əqdin bağlanma vaxtının, məqsədinin və mübahisənin predmeti ilə əlaqəsinin müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Halbuki qeyd olunan hal cavabdehin davranışlarının mahiyyətinin və mübahisəli əmlaka münasibətdə həqiqi niyyətinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bundan əlavə, məhkəmə tərəfindən təqdim olunmuş sübutlara seçmə yanaşma nümayiş etdirilmiş, tərəflərin izahatları və iş üzrə mövcud olan digər sübutlar bir-biri ilə müqayisəli və məcmu şəkildə qiymətləndirilməmişdir. Nəticədə, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki hallar ilə uzlaşmır, qəbul edilmiş qərarın əsaslandırma hissəsi isə sübutların real məzmununu və onların hüquqi nəticələrini əks etdirmir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

33. Kassasiya şikayətinə qarşı cavabdehlər cavabdeh2 və cavabdeh3 nümayəndəsi vəkil vəkil2 tərəfindən etiraz daxil olmuşdur.

34. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı kassasiya şikayəti iddiaçı2 münasibətdə geri qaytarılmışdır. Onun “bağışlama müqaviləsinin etibarsız hesab olunması, mənzilə köçürülmə və istifadə hüququnun tanınması” barədə ilkin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, həmin hissədən isə apellyasiya şikayəti verilməmişdir. Bu baxımdan, hazırkı kassasiya baxışı ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisə aid deyil və bu səbəbdən “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun müddəalarının hazırkı mübahisəyə tətbiqi mümkün deyildir. Digər tərəfdən qeyd edilməlidir ki, mübahisənin predmeti bağışlama müqaviləsinin hüquqi qüvvəsi ilə bağlıdır və bu münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-cı maddəsi və əlaqəli normalarla tənzimlənir. Həmin normalara əsasən, bağışlama müqaviləsi hədiyyə verənin öz əmlakını qarşılıqsız şəkildə digər şəxsə verməsini nəzərdə tutur və müqavilədə ayrıca şərt müəyyən edilmədiyi halda bağışlama şərtsiz hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsi bağışlamadan imtinanın konkret əsaslarını müəyyən etmişdir. Hədiyyə alanın ağır cinayət törətməsi, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobud şəkildə pozması və ya bağışlama ilə bağlı öhdəlikləri icra etməməsi kimi hallar istisna olmaqla bağışlamadan imtina edilə bilməz. Hazırkı iş üzrə isə həmin əsasların mövcudluğu sübuta yetirilməmişdir. Iddiaçı tərəf mübahisəli mənzilin guya ailənin yaşayış ehtiyaclarının təmin olunması məqsədilə bağışlandığını, bağışlamanın faktiki olaraq qıza, kürəkənə və nəvələrə yönəldiyini iddia etsə də, ##.##.2013-cü il tarixli notarial qaydada bağlanmış bağışlama müqaviləsində belə hər hansı şərt və ya qeyd nəzərdə tutulmamışdır. Müqavilədə nə mənzilin “ailəyə” verilməsi, nə üçüncü şəxslərin istifadə hüququnun qorunması, nə də gələcək ailə münasibətlərinin bağışlamanın hüquqi taleyinə təsir göstərəcəyi barədə müddəa mövcuddur. Əksinə, müqavilənin məzmunundan açıq şəkildə görünür ki, mənzil tam və şərtsiz şəkildə cavabdeh2 mülkiyyətinə verilmişdir. Mülki hüquqda qəbul olunmuş müqavilənin tamlığı prezumpsiyasına əsasən tərəflər arasında bağlanmış yazılı müqavilə onların yekun və həqiqi iradəsini ifadə edir. Müqavilədə nəzərdə tutulmayan şərtlərin sonradan tərəflərdən birinin izahatı və ya fərziyyələri əsasında əlavə edilməsi yolverilməzdir. Bu səbəbdən iddiaçı tərəfin sonradan “əsl niyyət fərqli olmuşdur”, “bağışlama ailəyə edilmişdir”, “mənəvi şərt mövcud olmuşdur” və ya “ailə münasibətləri davam etməli idi” kimi arqumentlərlə müqaviləyə əlavə məzmun verməyə çalışması hüquqi müəyyənlik və müqavilə sabitliyi prinsiplərinə ziddir. Əks yanaşma notarial qaydada bağlanmış istənilən müqavilənin sonradan subyektiv münasibətlərə istinad edilərək mübahisələndirilməsinə səbəb ola bilər ki, bu da mülki dövriyyənin sabitliyini aradan qaldırar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən müqavilənin məzmunu tərəflərin razılaşmasından ibarətdir və tərəflər yalnız razılaşdırdıqları şərtlərlə bağlı hüquq və vəzifə daşıyırlar. Həmin Məcəllənin 391.1-ci maddəsinə görə isə müqavilənin şərhi yalnız müqavilə mətnində qeyri-müəyyənlik olduqda mümkündür. Hazırkı müqavilədə isə bağışlamanın şərtli olması və ya ailə münasibətlərindən asılılığı barədə heç bir qeyri-müəyyənlik yoxdur. Bundan əlavə, müqavilə notarial qaydada təsdiqlənmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən notarius tərəflərə notariat hərəkətinin hüquqi nəticələrini izah etməli və onların qanuni mənafelərinin qorunmasına köməklik göstərməlidir. Bu baxımdan, əksi sübut edilməyənədək notarial qaydada bağlanmış müqavilənin mahiyyətinin və nəticələrinin tərəflərə izah olunduğu prezumpsiyası qüvvədədir. Deməli, bağışlama müqaviləsini imzalayan şəxslərin həmin əqdin hüquqi nəticələrini anlayaraq hərəkət etdikləri qəbul edilməlidir. Kassasiya şikayətində daha sonra qeyd edilir ki, bağışlamanın əsl məqsədi ailənin yaşayışını təmin etmək olmuş, tərəflər arasında nikah münasibətləri pozulduqdan sonra isə cavabdeh2 mənzili qardaşı cavabdeh3 bağışlamaqla ailə üzvlərinin maraqlarından yayınmağa çalışmışdır. Həmçinin iddiaçı2 və uşaqların mənzilə buraxılmaması, ailədaxili münasibətlərin pisləşməsi və digər hallar göstərilərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə istinad olunur. Lakin qeyd edilməlidir ki, həmin hallar bağışlama müqaviləsinin bağlandığı anda onun etibarsızlığını göstərən hüquqi əsas hesab edilə bilməz və sonradan yaranmış ailədaxili münasibətlər özlüyündə notarial qaydada bağlanmış əqdin hüquqi qüvvəsini aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, əqdin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş şərtlərin pozulması sübuta yetirilməlidir. Əqdin etibarlı hesab olunması üçün tərəflərin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti, iradə və iradə ifadəsinin uyğunluğu, habelə müqavilənin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğunluğu vacibdir. Hazırkı iş üzrə ##.##.2023-cü il tarixli bağışlama müqaviləsi bağlanarkən həmin tələblərin hamısına riayət edilmiş, tərəflərin iradəsi sərbəst şəkildə ifadə olunmuş və müqavilə qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmişdir. Buna görə də həmin müqavilənin etibarsız hesab olunması üçün hüquqi əsas mövcud deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

35. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

36. Maddə 329.1. Əgər qanunla başqa müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

37. Maddə 337. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından

38. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

39. Maddə 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

40. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

41. Maddə 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır.

42. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

43. Maddə 666.2. Bağışlama müqaviləsinin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

44. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır. 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. Daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5.Gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.

45. Maddə 673.1.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

46. Maddə 673.3. Imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.

47. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” ## ##### 2024-cü il Konstitusiya Məhkəməsinin Plenum Qərarı:

48. “... Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

57. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə ikinci iş üzrə iddiaçı tərəfindən ikinci iş üzrə iddianın rədd edilməsi hissəsində qismin mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir. Birinci iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi birinci iddia üzrə iddiaçı iddiaçı2 tərəfindən mübahisələndirilməmişdir. Halbuki bağışlamanın ailəyə, yoxsa yalnız ər-arvaddan birinə hədiyyə edilib-edilməməsi məsələsini, nikahın tərəfi kimi birinci iddia üzrə iddiaçı iddiaçı2 rədd olunmuş tələbi çərçivəsində mübahisələndirə bilərdi.

64. Apellyasiya instansiyası məhkəməsi ikinci iş üzrə iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırkı qərarın 23-29-cu paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, hər hansı müqavilənin etibarsız sayılması üçün Mülki Məcəllədə müəyyən edilmiş tələblərə uyğun olmamalıdır. Məcəllənin müəyyən etdiyi tələbləri hazırkı mübahisəyə tətbiq edərkən müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur.

65. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

66. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. Iradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

67. Işin hallarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ##.##.2023-cü il tarixdə cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzili qardaşı cavabdeh3 hədiyyə etmişdir. Ikinci iş üzrə iddiaçı iddiaçı1 mübahisəli mənzili bağışlamaqdan imtinasına əsas verən halların mövcudluğunu işdə olan sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. ##.##.2023-cü il tarixli bağışlama müqaviləsi bağlanan zaman cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi olmuş, bu səbəbdən də, o, sözügedən müqaviləni bağlamaqla özünə məxsus mülkiyyət hüququnun ünsürlərindən biri olan sərəncam hüququndan istifadə etməklə haqlı olmuşdur. Belə olan halda hazırkı iddia tələbi məhz buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd edilməlidir. Belə ki, hüquq münasibətinin strukturuna daxil olan üç elementdən (münasibətin subyekti, obyekti və məzmunu) heç birinin iddiaçıya aidiyyəti yoxdur. Iddiaçı müqavilə münasibətlərinin subyekti deyildir, müqavilənin predmeti də iddiaçıya hər hansı əşya hüququ ilə məxsus olmayan əmlakın əvəzsiz qaydada özgəninkiləşdirilməsi ilə əlaqədardır. Bundan başqa, müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifə (məs. əmlakı təhvil vermək, əvəzində başqa əmlakın verilməsini tələb etmək, müqavilə ləğv edildiyi təqdirdə dəymiş zərəri tələb etmək və s.) müqavilənin tərəflərinə aiddir. Belə olan halda iddiaçının mübahisə predmeti olan müqavilələrin mübahisələndirməyə müvafiq subyektiv hüququnun mövcudluğu müəyyən edilmir.

68. Məhkəmə kollegiyası bağışlama müqaviləsinə iddiaçının razılığının olmaması barədə dəlili ilə bağlı həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.Ibrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə kollegiyasının ## #### 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” ## ##### 2004-cü il tarixli Qərarında əks olunmuş mövqeyini diqqətə çatdırır. Həmin məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, alqısatqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Hazırkı işdə müəyyən edilən hal isə ondan ibarətdir ki, bağışlanan (özgəninkiləşdirilən) əmlak əvvəl yalnız ikinci iddia üzrə iddiaçı iddiaçı1 mülkiyyətində olmuş, ikinci bağışlama müqaviləsi bağlanarkən isə sonuncunun mülkiyyətində olmamışdır.

69. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

70. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

71. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

72. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

74. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ikinci iş üzrə iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar