Məhkəmə qərarları › İş №2(1-8)-107/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-107/2026

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-107/2026 23.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi (borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2025-ci il tarixli 2(104)-1750/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 23 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 25500 manat məbləğində borc vermiş, borc alan həmin pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə alaraq, borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı pretenziya məktubu ünvanlayaraq cavabdehi 25500 manat məbləğin 3 gün ərzində ödənilməsi barədə xəbərdar etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə məlumatlandırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25500 manat borcun, habelə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödədiyi 166,5 manatın, 0,4 manat bank xidmət h aqqının, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 325 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh müqavilə şərtlərini kobud surətdə pozaraq hər hansı ödəniş etməmiş, bununla bağlı iddiaçı tərəfindən pretenziya məktubu ilə müraciət olunsa da, cavabdeh pulu ödəməkdən imtina etmişdir.

5. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-1891/2025 nömrəli (hakim Elşad Bayramov) iddia təmin edilmişdir.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya 25500 manat borcu olmuşdur, borcu xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüş, öhdəlik icra edilməmişdir.

7. Məhkəmə iş üzrə gəldiyi nəti cəni Mülki Məcəllənin 385.1, 739.1 və 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 107 və 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, 2023-cü ilin yanvarın əvvəlində İddiaçı onlara müraciət edərək mərhum qardaşı X1 işlətdiyi şəhərarası 7 saylı marşrut xəttini 25000 manat qarşılığında satmışlar. Asan xidmət vasitəsi ilə onun savadsızlığından istifadə edib ona xx.xx.2023-cü il tarixdə kredit müq aviləsi bağlatdırmışlar. Onlar 6 ay müddət istəmişlər ki, marşrut xəttlərini öz adlarına rəsmiləşdirsinlər. Onun mərhum qardaşı X1 adına idi. 6 ay keçməsinə baxmayaraq iddiaçı heç bir rəsmiləşmə işi etməmişdir. İddiaçı mərhum qardaşı ilə onun yanına gələrək demişlər ki, “VÖEN də sosialda və bütün sənədləşmə qardaşının adına qalsın biz işlədək”. Mərhum qardaşı ilə o razılaşmışlar. xx.xx.2025-ci ildə qardaşı dəm qazının toksik təsiri nəticəsində faciəvi şəkildə vəfat etmişdir. Mart ayında iddiaçı onun yanına yenidən gələrək demişdir ki, “maşını reysə buraxmırlar, bizim pulumuzu ver”. O da demişdir ki, qardaşı rəhmətə gedib onda pul yoxdur (bununla bağlı audio səs yazıları təqdim edilmişdir). Cavabdeh onu məhkəməyə vermişdir. xx.xx.2023-cü il tarixdə Asan Xidmət vasitəsi ilə kredit müqaviləsi bağlayaraq digər müqaviləni pərdələmiş olmalarını nəzərə almamışdır. Əslində bu kredit müqaviləsi olmamış, mərhum qardaşı X2 ilə cavabdeh arasında şəhərarası 7 saylı marşrut xəttinin alğı-satqısı olmuşdur.

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1750/2025 nömərli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rüfət Məcidov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-1891/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, g əlinmiş nəticələri qanunvericiliyin tələblərinə uyğun hesab etmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağlanan əqd yalan əqd hesab edilir ki, cavabdehin iddia etdiyi kimi kredit müqaviləsi ilə alğı-satqı müqaviləsinin pərdələnməsinə dair sübut mövcud olmamaqla yanaşı hansı üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq istədiklərinə- dair də sübutlar mövcud deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1750/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir.

14. Ka ssasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b)

15. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 42 5.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi b ütün hallar üçün cavabdehdir.

21. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edi lmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

34. Kassasiya şikayətinin işin faktiki hallarının düz gün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

35. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrin i rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2025-ci il tarixli 2(104)-1750/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar