Məhkəmə qərarları › İş №2(1-8)-207/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-207/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-207/2026 03.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi (nisyə satılmış əşyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 noyabr 2025-ci il tarixli 2(106)-1376/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 3 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inziba ti binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı X2 9000 manat dəyərində qızılları cavabdehə vermişdir. İşdə olan əlyazmada Cavabdeh 2-ci gün 3500, 4-5-ci gündə 2500 manat, yerdə qalan pulu ayın axırına verəcəyini, əgər verməsə lazım olan yerlərə aparılmasını qeyd etmişdir.

2. Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2024-cü il tarixli qərarı ilə, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda araşdırma zamanı barəsində şikayət olunan Cavabdeh izahatından göstərilmişdir: “2023cü ilin mart ayının sonlarında Kəmalə adlı şəxs ona zəng vuraraq demişdir ki, telefon nömrəsini ona Sevinc verib o, Sevincin qudasıdır. Sevinc Kəmaləyə demişdir ki, o qızıl alveri ilə məşğul olur, əgər mal lazımd ırsa o ikinci əl malları ona sata bilər. O, qızılın 1 qramının qiymətini ondan soruşmuş, Kəmalə 01 qramı 95 manata satdığını demiş, o da Kəmaləyə demişdir ki, bahadır. Kəmalə demişdir ki, o aşağı qiymətə sata bilməz və onlar sağollaşmışlar. Təxminən 2023-cü ilin aprel ayının sonlarında Kəmalə zəng vuraraq demişdir ki, ikinci əl mal var 85 manata satdığını təklif etmişdir. O, da Kəmaləyə demişdir ki, təzə mal almışdır, əlində pulu yoxdur. Təxminən 2023-cü il may aylarinda Kəmalə zəng vurub telefona qeyri-rəsmi nikahda olan Anar cavab verərək həmin telefonu o, işlətdiyini bildirmişdir. Bundan sonra ona Anarın bacısı Sevinc zəng vuraraq demişdir ki, nəyə görə Kəmalədən mal götürmədin Kəmalə gileylənib ki, gedib ondan mal almırsan. O, da Sevincə demişdir ki, Kəmalə nisyə mal vermir, buna görə də almır. Bundan sonra Kəmalə özü zəng vuraraq demişdir ki, gəl mal seç, birinci götürdüyün malın pulunu verdikdən sonra ikincini götürərsən. Bundan sonra xx.xx.2023-cü il tarixdə o qızı ilə birlikdə Kəmalənin yasadığı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Gənclər şəhərciyində yerləşən evinə getmişdir. Hamin vaxt Kəmalə ona 5800 manatlıq qızıl-zinət əşyalarını nisyə vermişdir. O, Kəmaləgildən evinə gələndən sonra Kəmalə zəng vuraraq demişdir ki, malların pulunu səhv hesablayıb 6000 manatlıq mal verib, o da onunla razılaşmışdır. Bundan sonra o Kəmalənin göndərdiyi Röyalə adlı şəxsin bank hesab kartına 1580 manat pul göndərmişdir. Bundan sonra Kəmaləyə demişdir ki, 1900 manat pulu yığılıb ondan toy komplekti istəyirlər. Kəmalə də pulu onunla Moskva univermağının yaxınlığında görüşüb verdikdə o da, kopmlekti ona verəcəkdir. Kəmalə də ona 2100 manatlıq komplekti vermiş, bir müddət sonra isə demişdir ki, o, qızıl komplekti 3000 manat hesablayacaq, pulunu verəndə 200 manat hörmət edəcəkdir. Kəmalə ona demişdir ki, əvvəlki borcunu bağlasın. O da, Kəmaləyə ödəmə terminal ilə müxtəlif vaxtlarda 1500, 1250, 2000 və 2300 manat pul göndərmişdir. Həmin ərəfədə o Kəmalədən 4200 manatlıq nisyə mal götürmüşdür. Bundan başqa 300, 400 və 100 manat kartdan karta pul göndərmişdir. Onun hesabına görə Kəmaləyə 9150 manat pul qaytarmış və ona 2800 manat borcu qalmışdır.

3. «WhatsApp» mesajlaşma mübadilə sistemindən əldə edilmiş səs yazılardan X3 ilə Cavabdeh arasında qızıl alqı-satqısına görə pul münasibətlərinin yaranması və sonuncunun götürdüyü qızıllara görə Kəmalə Əliyevaya borclu olm ası, borcunu ödəmək üçün əlavə vaxt istəməsi müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və 9000 manat dəyərində qızılları cavabdehə vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam həcmdə yerinə yetirməmiş, aldığı qızılların dəyəri kimi borclu qaldığı 9000 manat pulu verməli olduğu halda iddiaçıya verməmişdir.

6. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il il tarixli, 2(038)-501/2 024 nömrəli qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddianın təmin edilməsi, 9000 manat cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş əlyazma qəbz, cavabdehin HK 1/8822 saylı material üzrə alınmış izahatı, həmçinin iş materiallarına 1 ədəd DVD diskdə əlavə edilmiş səs yazılarla iddiaçı tərəfindən cavabdehə iddia ərizəsində göstərilən dəyərdə qızılların verilməsi öz təsdiqini tapsa da, cavabdehin həmin qızıllara görə ödənişlər etməsi və bunu təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2.1, 442, 445.2.1 567, 385.1, 600.1 və 601.1-ci, Mülki Prosessual Məcəllənin 9.3, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməs ində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Belə ki, cavabdeh ortaq tanışları vasitəsilə iddiaçı ilə münasibətləri yaranmış, iddiaçı X3 9000 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədilə cavabdehə vermişdir. Cavabdehdə qızıl-zinət əşyalarını sataraq iddiaçıya 9050 manat məbləğində ödəniş etmişdir. Bunun təsdiqi olaraq iddiaçının cavabdehə göndərdiyi səs yazıları vardır. C avabdeh iddiaçıya ödəniş məbləğində artıq ödəniş etməsinə baxmayaraq iddiaçı əsassız yerə əlavə olaraq cavabdehdən pul tələb edir. İddiaçı məhkəmədən öncə bu barədə Abşeron rayon Polis idarəsinə müraciət etmiş, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur, bu səbəbdən Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Əlavə olaraq qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam araşdırılmayaraq aidiyyat qaydalarına toxunulmamışdır. Tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq mənfəət, qazanc gəlir əldə etmək olmuşdur.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1376/2025 nömərli 5 noyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Aytən Novruzova (sədrlik edən və məruzəçi), Mirtəlif Sadıqov və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il il tarixli, 2(038)-501/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilən arqumentlər sübutlarla təsdiq edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilən hüquq normaları düzgün seçilmiş, maddi və prosessual hüquq normalarının pozulması halları müəyyən edilməmişdir. Belə ki, sahibkar fəaliyyəti gəlir əldə etmək məqsədilə mütəmadi əsasda həyata keçirilən müstəqil fəaliyyət kimi tanınır. Lakin, iş materiallarında tərəflərin sahibkar kimi dövlət qeydiyyatında olmaları barədə heç bir sənəd yoxdur. Eyni zamanda “Elektron məhkəmə” inform asiya sistemi vasitəsilə edilmiş sorğular nəticəsində bu hal aşkarlanmamışdır. Bu səbəbdən, tərəflər arasında yaranmış münasibətlər Mülki Məcəllənin 14 və 385-ci maddələrinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər arasında olan mülki öhdəlik xarakteri daşıyır və sahibkarlıq münasibəti kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1376/2025 nömərli 5 noyabr 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b)

15. Kassasiya şikayətinə qarşı etirazın də lilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşd irilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

20. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansi yası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

27. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazdakı, apellyasiya şikayətindi və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiy a instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

32. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

33. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalar ı düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1376/2025 nömrəli iş üzrə 5 noyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar