Məhkəmə qərarları › İş №2(1-8)-261/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-261/2026

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-261/2026 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3953/2025 nömrəli, 14 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları

1. Cavabdeh İddiaçı baldızı qızıdır. İddiaçının oğlu Xəlfəli Sultanov xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyata keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuşdur. İddiaçı cavabdehin oğlu Xəlfəli Sultanovdan hissə-hissə olmaqla ümumilikdə 26 000 manat borc pul aldığını və qaytarmadığını iddia edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26000 manat borc pulun və ödənilmiş 168 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh iddiaçının oğlu X1 2022-ci ilin sonlarında Bakı şəhərində metro çıxışlarında ətir dükanının açılması və qısa müddətə qaytarılması şərti ilə əvvəlcə 20 000 manat, daha sonra isə 6000 manat borc pul almışdır. Oğlu xx.xx.2023-cü ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və xx.xx.2023-cü il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin götürülmüş borc indiyə kimi cavabdeh tərəfindən qaytarılmamışdır. Cavabdehdən pulu şəxsi müraciəti əsasında ala bilməmişdir.

4. Birinci instansiya məhkəməsində cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Ramal onun xalası oğludur. Ramal da bildirib ki, Xəlfəli ondan borc pul götürüb. Borc məsələsi Xəlfəlinin ölümündən sonra açılıb. Xəlfəli onu bir neçə şəxsdən borc pul götürməyə məcbur etmiş, söz vermişdir ki, sonra hamısını qaytaracaq.

5. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Xəlfəli ona bildirib ki, iş qurmaq üçün Yaşar adlı şəxsdən 12 000 manat məbləğində borc götürmüşdür.

6. Məhkəmə iclasında şahid X4 izahatında bildirmişdir ki, o, cavabdehin şikayəti əsasında həbs olunmuşdur. İddiaçıya və onun xalası oğlu olan Xəlfəliyə 30 000 manat məbləğində pul lazım idi, lakin bank tərəfindən onlara həmin məbləğdə kredit verilə bilmədiyindən o, sənədləşmə işlərinin aparılması və bankdan həmin məbləğdə kreditin götürələrək onlara verilməsi üçün pul almışdır. Bu məqsədlə Xəlfəli ona 10 000 manat, Aytənin atasından isə 5000 manat məbləğində pul almışdır. Lakin onlara söz verdiyi kimi bankdan həmin məbləğdə krediti götürərək onlara verməmiş və onları aldatmışdır. Bir müddət sonra cavabdeh ona bildirdi ki, o, Şahnaz adlı bir xanımdan faizlə pul götürüb, indi həmin xanım ondan pulunu geri istəyir. Buna görə də, ona 5000 manat məbləğində pul lazımdır. O, cavabdehə bildirəndə ki, onda 5000 manat məbləğində pul yoxdur, bu zaman cavabdeh ona təklif etmişdir ki, atasına yanına gedərək özünü şirkət işçisi-kurator kimi təqdim etsin və bildirsin ki, guya onun adına şirkət açılacaq və bunun üçün pul lazımdır. O, cavabdehin dediyi kimi etmiş və cavabdehin atası da həmin pulu ona vermişdir. Sonradan eşitmişdir ki, cavabdehin borclarının ödənilməsi üçün Xəlfəli digər xalası oğlundan faizə pul götürmüşdür. Xəlfəli ondan pulu istəyəndən sonra cavabdeh ona demişdir ki, onun qohumları arasında yalnız Xəlfəli ona kömək edir, Xəlfəli Aytənin borcla rını ödəmək üçün başqa adamlardan borca pul götürür. Xəlfəlinin ondan pul götürəndə məqsədi Aytənin borclarını ödəmək idi. Bunu Xəlfəli də, Aytən də ona demişdi. Xəlfəli əvvəlcə onunla telefonla əlaqə saxlayanda Aytənin xalası oğlu olduğunu bildirməmişdi. Sonradan öyrənəndə demişdir ki, əgər Aytənin xalası oğlu olduğunu desəydi ona pul verilməyəcəyindən qorxurdu. Bundan sonra Xəlfəli ona etiraf etmişdir ki, pul əslində ipoteka ilə mənzil götürmək üçün deyil, Aytənin borclarını ödəmək üçün istəyir. Hətta, Xəlfəli bildirdi ki, bu vaxta qədər o, Aytənə 15 000 manat məbləğində də borc vermişdir.

7. Məhkəmə iclasında şahid X5 izahatında bildirmişdir ki, cavabdeh onun xalası qızıdır. Cavabdeh ona zəng edərək bildirib ki, mağaza açmaq üçün pul lazımdır, valideynlərinin isə bundan xəbəri yoxdur. O, cavabdehə bildirmişdir ki, bu məsələni valideynlərinə desin. Xəlfəli ona Aytənin borcu olması barədə heç bir şey deməmişdir.

8. Birinci instansiya məhkəməsində şahid X2 izahatında bildirmişdir ki, Xəlfəli cavabdehə pulu verdikdən sonra ona bildirmişdir ki, "xxxx"-dan 26 000 borc pul götürüb cavabdehə vermişdir. Hətta o, özü də cavabdehə borc pul vermişdir. Xəlfəli bunu eşidəndə dedi ki, o da cavabdehə borc verib. Xəlfəli cavabdehə borc verdiyini ona “WhatsApp” soslial şəbəkəsi vasitəsi ilə mesaj yazaraq bildirmişdir.

10. Məhkəmə iclasında şahid X10 izahatında bildirdi ki, cavabdeh onun bibisi qızıdır. 2022-ci ilin avqust ayında Xəlfəli ondan borc aldı, ancaq borcun Aytənə verilməsi üçün götürdüyünü bildirməmişdir.

9. Məhkəmə iclasında şahid X10 izahatında bildirmişdir ki, cavabdeh onun bibisi qızıdır. 2022-ci ilin avqust ayında Xəlfəli ondan borc aldı, ancaq borcun Aytənə verilməsi üçün götürdüyünü bildirmədi.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-456/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia qismən təmin edilmiş, 15 000 manat məbləğində pul vəsaiti və 135 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı oğlu Xəlfəli Sultanovun cavabdehə 26 000 manat borc pul verdiyini iddia edir. Bu halda birincisi, 26 000 manat məbləğində pulun iddiaçının oğlu Xəlfəli Sultanov tərəfindən cavabdehə borc verilibverilməməsi, ikincisi borcun verilməsi sübuta yetirildiyi halda, borc müqaviləsinin etibarl ı olub-olmaması askpektindən çıxış edərək mübahisəyə hüquqi qiymət verilməlidir.

12. Birinci aspektlə bağlı məhkəmə qeyd etmişdir ki, borc müqaviləsinin anlayışı MMnin 739.1-ci maddəsində göstərilmişdir. Həmin maddədən də göründüyü kimi, borc verən tərəfindən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüququnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana faktiki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər.

13. Hazırkı mübahisədə də, iddiaçı pulun oğlu tərəfindən cavabdehə hissə-hissə (20 000 manat və 6 000 manat) olmaqla nağd qaydada verilməsini bildirir. Məhkəmə hesab etmişdir ki, bu halda 26 000 manat məbləğində pulun cavabdehə veril məsini iddiaçı sübut etməlidir. 26 000 manat məbləğində borc pulun iddiaçının oğlu Xəlfəli Sultanov tərəfindən cavabdehə verilməsini əks etdirən yazılı sübut mövcud deyil. İddiaçının qızı şahid X9 Sultanovun cavabdehə 26000 manat borc verdiyini və həmin borcu Xəlfəlinin ona həm şifahi, həm də “WhatsApp” soslial şəbəkəsi vasitəsi yazdığı mesajla bildirdiyini qeyd etsə də, məhkəmə şahidin bu dediklərini inandırıcı hesab etmir. Əvvəla, həmin mesaj mətninin nə vaxt və kim tərəfindən göndərilməsi müəyyən edilmir. Digər bir tərəfdən, mesajın mətnində 26000 manat pulun verildiyi qeyd edilsə də, cavabdehin adı orada göstərilmir. Lakin məhkəmə iclasında dindirilən Yaşar Əbdürəhmanov bildirmişdir ki, Xəlfəli cavabdehin borclarının ödənilməsinə kömək etmək üçün bir neçə dəfə onunla telefon vasitəsi i lə danışıb. Bir dəfə Xəlfəli danışanda ona demişdir ki, cavabdehin ona (Xəlfəliyə) 15000 manat borcu var.

14. Məhkəmə Yaşar Əbdürəhmanovun Xəlfəli Sultanovun cavabdehə 15000 manat borc verməsi ilə bağlı ifadəsini daha ağlabatan və inandırıcı hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehə hər hansı bir məbləğdə borc verdiyini Xəlfəli Sultanov və cavabdehdən başqa heç kim bilməmişdir. Məlumdur ki, Xəlfəli Sultanov artıq həyatda yoxdur, o, xx.xx.2023-cü il tarixdə şəhid olmuşdur. Cavabdeh isə ona Xəlfəlinin hansı məbləğdə borc verdiyini əvvəlcə, ümumiyyətlə qəbul etməmiş, sonradan isə Xəlfəli Sultanovun onun kart hesabına az məbləğdə pul göndərdiyini, həmin pulların isə sonradan qaytardığını bildirmişdir. Məhkəmənin qərarı əsasında "xxxx" ASC-dən təqdim edilmiş məlumatdan isə görünür ki, 2022-ci ilin sentyabr-oktyabr aylarında Xəlfəli Sultanovun kart hesabından (son 4 rəqəmi ***3719) cavabdehin kart hesabına (son 4 rəqəmi ***0745) ümumilikdə 2091 manat pul vəsaiti köçürülmüşdür. Həmçinin, cavabdehin kart hesabından Xəlfəli Sultanovun kart hesabına 2022-ci ilin sentyabr-oktaybr aylarında cəmi 210 manat pul köçürülmüışdür.

15. Görümdüyü kimi, Xəlfəli Sultanovun cavabdehə borc verdiyini yalnız X3 birbaşa özündən eşitmişdir. Məhkəmə Yaşar Əbdürəhmanovun məhkəmədə verdiyi izahatını həm də ona görə inandırıcı hesab edir ki, şahid ona kredit verilməsinə kömək etmək məqsədilə Xəlifəlidən 10000 manat aldığını da səmimi etiraf etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının oğlu Xəlfəli Sultanov tərəfindən cavabdehə 26000 manat deyil, 1 5000 manat borc verildiyi şahid Yaşar Əbdürəhmanovun ifadəsi ilə öz təsdiqini tapmışdır. 16. 15 000 manat məbləğində pulun verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.

17. Əqdin yazılı formasına əməl edilməməsi o halda etibarsızlığa səbəb olur ki, belə forma tələbi ya qanunda, ya da tərəflərin özlərinin razılaşmasında nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 740-cı maddəsində də borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

18. İşin şərh edilən halları ilə sübuta yetirilmişdir ki, 15 000 manat məbləğində pul Xəlfəli Sultanov tərəfindən borc məqsədilə cavabdehə verilmişdir. Başqa sözlə, 15 000 manat məbləğində pulun cavabdehə borc verilməsi faktı baş vermişdir. Lakin Mülki Məcə llənin 740-cı maddəsinin məzmunundan da göründüyü kimi, borcun məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 15 000 manat məbləğində pulun Xəlfəli Sultanov tərəfindən cavabdehə verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqaviləsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir.

19. Mülki Məcəllənin 337.1-ci maddəsində əhəmiyyətsiz və mübahisələndirilən olmaqla əqdlərin iki növü göstərilm işdir. Aralarındakı əsas fərq isə ondan ibarətdir ki, mübahisələndirilən əqdlər bağlandıqdan sonra onlar barəsində mübahisə irəli sürülənə qədər etibarlı görünsələr də, əhəmiyyətsiz əqdlər bağlandıqları andan etibarsız olur və elə ilk andan heç bir hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmur. İddiaçı tərəfindən verilmiş pula dair müqavilə də əhəmiyyətsiz əqddir, tərəflər arasında həmin müqavilənin yazılı forma tələbinə əməl edilməmişdir.

20. Məhkəmə qeyd edir ki, borc müqaviləsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur.

21. Əhəmiyyətsiz əqdlər üzrə əldə edilənlərin geri q aytarılması ilə bağlı AR Konstutusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarındakı hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.... Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun hə min əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyər inin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

22. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə hazırkı mübahisə üzrə belə qənaətə gəlmişdir ki, iddiaçının oğlu Xəlfəli Sultanovun cavabdehə verdiyi 15 000 manat məbləğində pul vəsaitinə münasibətdə cavabdeh heç bir hüquqi əsas olmadan varlanmışdır. Pulun verilməsinin hüquqi əsas yaratmaması ilə bağlı əsaslar isə yuxarıda ətraflı şərh edilmişdir. Odur ki, cavabdeh etibarsız əqdin nəticələrinə uyğun olaraq iddiaçıdan aldığı pulu qaytarmağa borcludur.

23. İddiaçının oğlu Xəlfəli Sultanovun verdiyi borcu tələb etməyə subyektiv hüququnun olması ilə bağlı isə məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı Xəlfəli Sultanovun qanun üzrə hüquqi varisidir. Mülki Məcəllənin 1151.1-ci ma ddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Borc tələbi də miras qoyanın əmlak hüquqlarına daxil olduğundan və həmin tələb hüququ da vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçdiyindən iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subuektiv hüquqa malkdir

24. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1, 329.2, 331.1, 337.1, 337.5, 739.1, 740.2, 1091.1, 1091.2-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 76.1, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxar ılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə Xəlfəli Sultanovun kartına 2022-ci ilin sentyabr ayında öz kartından ümumilikdə 2091 manat pul vəsaiti köçürdüyünü və həmin pulu da Xəlfəliyə qaytardığımı bildirsə də, məhkəmə dindirilmiş şahidlərin heç bir mötəbər sübuta əsaslanmayan ziddiyyətli ifadələrinə əsasən iddia tələbini qismən təmin etmişdir. Borc müqaviləsi olsaydı belə, bu qanunun mənasına görə əhəmiyyətsiz əqd ola bilərdi. (MM-nin 337.1). Həmçinin, qətnamənin 6cı bəndində qeyd edilir ki, guya nümayəndəsi izahatında iddia tələbinə etiraz edərək bildirib ki, Xəlfəli Sultanov ona bildirib ki, iş qurmaq üçün Yaşardan 12.000 manat borc pul götürüb, Yaşar özü iddia edirdi ki, Xəlfəli Yaşara 10.000 manat pul verib. Xəlfəli özü demişdir ki, Yaşar a 12.000 manat pul verib, Yaşar da bunu təsdiqləyir. Bir sözlə, həmin fikirlər qətnamədə düzgün qeyd olunmayıb. Həmçinin, qətnamənin 7-ci bəndində Yaşarın danışıqları göstərilib ki, Xəlfəlinin bildirdiyinə görə o, mənə, yəni Aytənə 15.000 manat pul verib. Bu yalan fikirdir. Məhkəmədə dönə-dönə hakim tərəfindən Yaşara sual verərək, Xəlfəli sənə demişdirmi ki, Aytənin Xəlfəliyə borcu var, Yaşar isə bundan xəbərinin olmadığını bildirmişdir. Sonra Yaşar qeyd etmişdir ki, Aytənin şikayəti əsasında həbs olunduğuna görə ondan qisas almaq məqsədilə bunları deyib. Xəlfəli sonda demişdir ki, mən Aytənə kömək etmək istəyirəm, bu fikirlərin hamısı yanlış fikirlərdir. Lakin, işə baxan hakim iş üçün mühüm əhəmiyyəti olan bu fikirlərə hüquqi qiymət verməmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3953/2025 nömrəli mülki iş üzrə 14 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), S.Səlimova və Z.İbrahimov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh İddiaçı xeyrinə 15000 manat pul tutulması hissəsində dəyişdirilmiş və cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği 12091 (on iki min doxsan bir) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq birinci instansiya məhkəməsinin cavabdehdən pulun tutulması ilə bağlı mövqeyini əsaslı hesab etsə də, tutulmalı məbləğin miqdarı ilə b ağlı hissədə gəldiyi nəticəni işin hallarına uyğun hesab etməmişdir.

29. Belə ki, X14 Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(099)-151/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Yaşar Əbdürəhmanov ifadəsində bildirmişdir ki, Cavabdeh ona pul göndərməkdə davam edən zaman bir nəfər şəxs ona zəng vurmuş və adının Xəlfəli olmasını, Aytənin xalası oğlu olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Xəlfəli onun **********636400 seriyalı plastik kartına 2000 manat və xx.xx.2022-ci il tarixdə 500 manat pul göndərmişdir. Bundan sonra isə Xəlfəli təxminən 30 gün ərzində onun kart hesabına hissə-hissə 7500 manat pul göndərmişdir. Xəlfəli ümumilikdə ona 10000 manat pul göndərmişdir.

30. Həmin cinayət işi üzrə zərərçəkmiş qismində ifadə vermiş Cavabdeh bildirmişdir ki, Şahid istədiyi pulları ödəyə bilmədiyi üçün hazırda vəfat etmiş xalası oğlu Xəlfəli Sultanovdan borc pul istəmiş, sonuncu da verməyə razılaşmışdır. O da Xəlfəli Sultanovdan pulu birbaşa Yaşara göndərməyini istəmiş, Yaşara da pulu xalası oğlundan almasını demişdir.

31. Göründüyü kimi, cavabdeh hazırkı işdə xalası oğlu Xəlfəli Sultanovdan borc pul aldığını etiraf etməsə də, cinayət işinə məhkəmə iclasında baxılarkən bu faktı etiraf etmişdir.

32. Həmçinin, həmin cinayət işi üzrə məhkəmə iclasında dindirilən Yaşar Əbdürəhmanov da etiraf etmişdir ki, əldə etdiyi 57653 manat pulun 10000 manatını ona Aytənin xalası oğlu Xəlfəli vermişdir.

33. Cinayət işinə baxan məhkəmə hökmdə bu qənaətə gəlmişdir ki, X16 Əbdürəhmanova pulu Cav abdeh əvəzindən və onun hesabına vermişdir.

34. Göründüyü kimi, Cavabdeh iddiaçının oğlu Xəlfəli Sultanovdan borc pul istəməsi, Xəlfəli Sultanovun onunla razılaşması və 10 000 manat məbləğində pulu onun tapşırığına əsasən Yaşar Əbdürəhmanovun kart hesabına köçürməsi X14 Məhkəməsinin qüvvədə olan xx.xx.2025-ci il tarixli hökmü ilə tam təsdiq olunur.

35. Yaşar Əbdürəhmanov hazırkı mülki iş üzrə şahid qismində ifadə verərkən X11 Zeynalovaya verdiyi pulun məbləğini konkret göstərməmiş, onun təxminən 1000015000 manat olmasını bildirmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı isə konkret məbləğlər və aydın fikirlər səsləndirmişdir.

36. Məhkəmə kollegiyası Yaşar Əbdürəhmanovun hazırkı mülki iş üzrə şahid kimi verdiyi ifadənin ziddiyyətli, qeyri-müəyyən olduğunu və konkret olmadığını nəzərə al araq onun cinayət işinin istintaqı zamanı verdiyi və hökmdə öz əksini tapan ifadəsini, eləcə də, Cavabdeh həmin cinayət işi üzrə zəzərçəkmiş kimi verdiyi ifadədə Xəlfəli Sultanovdan borc pul aldığını etiraf etməsini mötəbər sübut kimi qəbul etmişdir.

37. Məhkəmə kollegiyası eyni zamanda hökmlə müəyyən olunan faktın, yəni X12 Əbdürəhmanova pulu Cavabdeh əvəzindən və onun hesabına verməsi barədəki halın mötəbərliyini də nəzərə almışdır.

38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburiliyi işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşmır.

39. Məhkəmə kollegiyası həmçinin Cavabdeh adına olan və iş materiallarına əlavə edilmiş bank hesabından çıxarışa əsasə n müəyyən etdi ki, Cavabdeh istifadəsində olan 416973******0745 nömrəli plastik kart hesabına Xəlfəli Sultanovun istifadəsində olan 416974******3719 nömrəli plastik kart hesabından xx.xx.2022-ci ildə 391 manat, xx.xx.2022-ci ildə 700 manat, xx.xx.2022-ci ildə 400 manat, xx.xx.2022-ci ildə 300 manat, xx.xx.2022-ci ildə 300 manat olmaqla, cəmi 2091 manat pul köçürülmüşdür. Bu, Kapital Bank ASC-nin xx.xx.2025-ci il tarixli məktubu və həmin məktuba əlavə olunmuş bank hesabından çıxarışla təsdiq olunur (i.v.107-108).

40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlmişdir ki, iddiaçının tələbi yalnız 12091 manat (10000 manat+2091 manat) hissəsində öz təsdiqini tapır və ona görə də qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulacaq pulun miqdarı hissəsində dəyişdirilməli və həm in məbləğ 12091 manat müəyyən edilməlidir.

41. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1, 329.2, 331.1, 337.1, 337.5, 739.1, 740.2, 1091.1, 1091.2-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 217.2 və 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2025-ci il tarixli, 2(103)-3953/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 329.1, 337.1, 337.5, 739.1, 739.2, 1091.1, 1091.2, 1092.1, MPM-in 8 8, 217.3, 218.1 və 220.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, qeyd olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmamış, həmin normalar mübahisəyə düzgün tətbiq edilməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, tərəflər arasında ümumiyyətlə borc münasibətləri yaranmamış, nə də ki, cavabdeh əsassız varlanmamışdır. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür. Hazırkı iş üzrə Sultanov Xəlfəli tərəfindən Cavabdeh pul vəsaiti verilməmişdir. İddia tələbində və məhkəmə qətnamələrində göstərilən məbləğin Sultanov Xəlfəli tərəfindən Cavabdeh verilməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən iş materiallarına əlavə edilmiş bank hesabından çıxarışa əsasən Cavabdeh kart hesabına köçürülən 2091 manat isə cavabdeh tərəfindən geri qaytarılmışdır. Bununla bağlı bank çıxarışı əlavə olunur. Məhkəmədə şahid qismində dindirilən X4 da izahatında Sultanov Xəlfəli tərəfindən Cavabdeh hər hansı məbləğdə pul vəsaitinin verilməsi və ümumiyyətlə hər hansı məbləğ verilsə belə, bu məbləğin borc olaraq verildiyini təsdiq edən ifadələr verməmişdir. Apellyasiya instansiyası məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmünə və məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Yaşar Əbdürəhmanovun izahatına düzgün qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin 22-ci hissəsində qeyd etmişdir ki, “həm çinin həmin cinayət işi üzrə məhkəmə iclasında dindirilən Yaşar Əbdürəhmanov da etiraf etmişdir ki, əldə etdiyi 57653 manat pulun 10000 manatını ona Aytənin xalası oğlu Xəlfəli vermişdir.” Lakin qeyd edilən bu izahat dələduzluqla əldə edilən məbləği ehtiva edir, belə ki, bu məbləğ bank tərəfindən Xəlfəliyə kredit verilmədiyindən Yaşar Əbdürəhmanovun sənədləşmə işlərinin aparılması və bankdan kreditin götürülərək onlara verilməsi üçün bunun müqabilində aldığı 10000 manatı ehtiva edir. Bu məqsədlə Xəlfəlinin ona 10000 manat, Aytənin atasından isə 5000 manat məbləğində pul aldığını birinci instansiya məhkəməsində verdiyi izahatında da qeyd etmiş, həmçinin onlara söz verdiyi kimi bankdan həmin məbləğdə krediti götürərək onlara verməmiş və onları aldatdığını bildirmişdir.

44. Bakı Apellyasiya Məhkəməsi cavabdehin cinayət işinə məhkəmə iclasında baxılarkən Xəlfəli Sultanovdan borc pul almasını etiraf etdiyinə istinad etsə də, bununla bağlı qeyd edilməlidir ki, Cavabdeh hansı məbləğdə borc pul almasını etiraf etməsinə düzgün qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsində də, cavabdeh Xəlfəli Sultanovun onun kart hesabına az məbləğdə pul göndərdiyini, həmin pulların isə sonradan qaytarıldığını bildirmişdir. Eləcə də cinayət işinə baxılarkən Cavabdeh məhz bu az məbləğdə kart hesabına göndərilən məbləğləri nəzərdə tutmuşdur. Cavabdeh cinayət işinə məhkəmə iclasında baxılarkən Xəlfəli Sultanovdan məhz 10000 manat borc aldığını etiraf etməmişdir.

45. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməmişdir.

46. Məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd edilən bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibars ızdır.

49. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

50. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

51. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

52. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

53. Maddə 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

54. Maddə 740.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

55. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

56. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi

71. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

73. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

74. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)3953/2025 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar