Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-108/2026 05.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 sentyabr 2025-ci il tarixli, 2(104)1164/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 mart 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında ol an yazılı dəftərdən görünür ki, martda 675 manat, apreldə 500 manat, mayda 400 manat, iyunda 400 manat, iyulda 400 manat, avqustda 400 manat, 5.245 manat verilməsi və bu barədə dəftərdə müvafiq qeydiyyat aparılmasına dair imzalar vardır. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehdən 15.500 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, Vüqar Ağayevdən obyekti satın almışdır. Sonradan obyekti məhkəmə qətnaməsinə əsasən Vüqar Ağayevə geri qaytarmışdır. Cavabdehə obyektin satın alınmasına görə 19.000 manat ödəmişdir. Həmin məbləğin təxminən 15.500 manat hissəsini cavabdeh o ndan götürərək Vüqar Ağayevə vermişdir. Cavabdeh ondan pulu götürərkən onda olan dəftərə imza etmişdir. Cavabdehin onun pulunu qaytarmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir.
4. Ağdam Rayon Məhkəməsinin 9 aprel 2025-ci il tarixli, 2(013)-696/2025 saylı qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia təmin edilməmişdir.
5. Məhkəmə iddianı əsassız hesab edərək qeyd etmişdir ki, cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxaşı zamanı müəyyən olunmamışdır.
6. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün AR Mülki Məcəllənin 386.1-ci maddəsində nəzərdə tutulan əaslardan heç biri mövcud olmamışdır. Məhz bu səbəbdən məhkəmə qeyd etmişdir ki, iddia təmin oluna bilməz.
7. İddiaçı iddia tələbini əsaslandırmaq üçün məhkəməyə özünə məxsus dəftəri təqdim edərək orada cavabdehin imzasının olduğunu bildirmişdir. Həmin dəftərə baxış keçirilərkən orada hər hansı bir şəxsin cavabdehə pul verməsini müəyyən etmək mümkün olmamışdır.
8. Göründüyü kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmişdir, qanunvercilik isə bu vəzifəni iddiaçının üzərinə qoymuşdur. Ona görə də iddia rədd olunmalıdır.
9. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 386.1-ci maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 88, 216-220, 227, 233 və 357-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı, apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi nin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh məhkəməyə yalan izahat verərək ondan heç vaxt pul almadığını bildirmişdir. Ancaq həqiqətən də o, cavabdehə 15.000 manat pul vermişdir. Cavabdeh pulu ondan götürən zaman ona məxsus dəftərə imza etmişdir. O, məhkəməyə cavabdeh tərəfindən imza edilmiş dəftər təqdim etmişdir. Məhkəmə onun təqdim etdiyi sübuta əhəmiyyət verməmişdir. O, təqdim etdiyi dəftərdə olan imzaların cavabdeh tərəfindən icra edil məsini müəyyən etmək üçün ekspertiza təyin etməsini israrla xahiş etsə də, məhkəmə onun xahişinə əhəmiyyət verməmişdir. Məhkəmə işə baxarkən sübut kimi təqdim etdiyi dəftərə baxış keçirərək cavabdehə pul verilməsini müəyyən etməyin mümkün olmadığını göstərmişdir. Hesab edir ki, birinci inistansiya məhkəməsi cavabdehə pul verilib-verilmədiyini müəyyən etmək üçün xüsusi bilik tələb olunduğundan ekspertiza (tərəflərdən birinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə) təyin etməli idi. Məhkəmə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
12. AR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2025-ci il tar ixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş qeyd kitabçasının 1 mart tarixli səhifəsində qeyd olunmuş “675 m”; “may 400 m”; “iyun 400 m”; “iyul 400 m”; “avqust 400 m” yazıları qarşısındakı imzalar; 2 mart tarixli səhifəsində “5245 m”; “avqust 300” yazıları qarşısındakı imzalar cavabdeh tərəfindən icra olunmuşdur.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 sentyabr 2025-ci il tarixli, 2(104)-1164/2025 saylı qətnaməsi ilə (hakimlər Fikrət Mehdiyev (sədrlik edən, məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Ağdam Rayon Məhkəməsinin 9 aprel 2025-ci il tarixli, 2(013)-696/2025 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, cavabdehdən 7.820 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
14. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, apellyator şikayətində cavabdehin pulu ondan götürən zaman ona məxsus dəftərə imza etdiyini bildirmiş və həmin imzanın cavabdehə məxsus olub-olmaması ilə bağlı ekspertiza keçirilməsinin zəruri olduğunu qeyd etmişdir.
15. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, həmin rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək qeyd etmişdir ki, həmin rəy əsaslıdır. Çünki, ekspert tədqiqat apararkən apellyatorun imza və sərbəst xətt nümunələrini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.
16. Cavabdeh, iddiaçından heç bir pul məbləği götürmədiyini qeyd etsə də, bununla bağlı hər-hansı mötəbər sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, biri nci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğun deyil, iddia tələbi üzrə iddiaçının apellyasiya şikayətində irəli sürülən dəlillər isə qanunidir və mahiyyətcə düzgün olmayan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olmuşdur.
18. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, cavabdeh əvvəlki məhkəmə iclasında borc almamasını və ona təqdim edilmiş qeyd kitabçasında olan imzanın ona məxsus olmadığını israrla bildirsə də, ekspert rəyi ilə qeyd kitabçasında cavabdeh tərəfindən yeddi yerdə yazıların qarşısındakı imzaların ona məxsus olduğu təsdiq olunmuşdur.
19. Məhkəmə kollegiyası cavabdehin bu izahatını inandırıcı hesab etməmiş və özünü müdafiə xarakterli hal kimi qiymətləndirmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə birinci in stansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsaslıdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi düzgün deyil, mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas olmuşdur.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilməlidir.
22. Məhkəmə k ollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 14.1, 14.2.7, 21.1, 21.2, 21.3, 1091.1,1091.2,1092.1,1092.1.2, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü, habelə MPM-nin 14.2, 77.1, 88, 217.4, 402 və 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onu cəmi bir dəfə, təxminən 2016–2017-ci illərdə, əmisi oğluna məxsus obyektdə fəhlə işlədiyi vaxt görmüşdür. Onunla hər ha nsı işbirliyi və ya alış-veriş münasibətləri olmamışdır. İş üzrə təyin edilmiş ekspertizanın rəyi ilə qətiyyən razı olmamışdır. Belə ki, həmin rəy ziddiyyətli olmuş və həqiqəti əks etdirməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi qeyd kitabçasının 1 mart tarixli səhifəsində qeyd olunmuş “675 m”, “may 400 m”, “iyun 400 m”, “iyul 400 m”, “avqust 400 m” yazılarının qarşısındakı imzalar, eləcə də 2 mart tarixli səhifəsində göstərilmiş “5245 m”, “avqust 3 yüz” yazılarının qarşısındakı imzalar ona məxsus olmamışdır. Həmin imzalar həm bir-birindən fərqlənmiş, həm də adi gözlə baxıldıqda belə onun imza nümunəsinə oxşamadığı aşkar görünmüşdür. Təqdim edilmiş xarici pasportun surətindən də göründüyü kimi, imzaların atıldığı tarixlərdə o, ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. Bu hal da q eyd dəftərindəki imzaların saxtalaşdırıldığını sübut etmişdir. İmzalar saxtalaşdırılarkən mümkün qədər az hərfdən istifadə edilmiş, saxtakarlığın üzə çıxmaması məqsədilə “manat” sözü əvəzinə “m” hərfi yazılmışdır. Həmçinin rəqəmlər qeyd edildikdən sonra “pulu aldım” kimi ifadələrin yazılmaması ya unudulmuş, ya da bilərəkdən hərflərdən minimum istifadə olunmuşdur. İş üzrə imzanın kim tərəfindən icra edilməsi barədə ekspertiza təyin edilsə də, həqiqətə nail olmaq üçün yazıların, hərflərin və rəqəmlərin kim tərəfindən icra edilməsi məsələsi işə baxan məhkəmə tərəfindən diqqətdən kənarda qalmışdır. Halbuki bu kimi əhəmiyyətli hallar aydınlaşdırılmalı idi. Qeyd olunanlara baxmayaraq, ekspert natamam rəy vermiş və imzaların onun tərəfindən icra edilməsi barədə həqiqətə uyğun olmayan nəticəyə gəl mişdir. Qeyd dəftərindəki imzaların saxta olmasına dair digər sübut ondan ibarət olmuşdur ki, onun əmisi oğlu X1 Məmmədovaya qarşı təxminən iki il əvvəl iddia qaldırarkən, əgər belə bir qeyd dəftəri mövcud idisə, həmin vaxt niyə təqdim edilməmişdir. Bildiyinə görə, həmin iş üzrə İddiaçı Ali Məhkəməyə qədər verdiyi şikayətlər təmin edilməmiş və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə onun şikayəti rədd edilmişdir. Məhz bu səbəbdən iddiaçının ona qarşı qərəzli iddia qaldırdığı qənaətinə gəlinmişdir. Qeyd dəftərindəki yazılar və imzalar adi gözlə baxıldıqda belə açıq şəkildə fərqlənmişdir. Lakin xüsusi biliyə malik ekspert bunu nəzərə almamışdır. Təkrar ekspertiza təyin edilməklə, imzalarla yanaşı hərflərin və rəqəmlərin kim tərəfindən icra edildiyi müəyyən edilərsə, kimin haqlı, k imin haqsız olduğu aydın olar və həqiqət üzə çıxar. Şərh olunanlara əsasən hesab edilmişdir ki, kassasiya şikayəti qanuni və əsaslı olduğundan təmin edilməli, iş üzrə təkrar xəttşünaslıq ekspertizası təyin edilməli və ekspert qarşısında “qeyd dəftərindəki hərflər və rəqəmlər kim tərəfindən icra edilmişdir?” sualı qoyulmalıdır. Mülki qanunvericiliyə əsasən ekspertin rəyi sübut növlərindən biri olmaqla, məhkəmə üçün məcburi xarakter daşımamışdır. Bundan əlavə, qeyd dəftərində pul məbləğləri göstərilsə də, “pulu aldım”, “pulu verdim”, tarix və digər zəruri qeydlərin olmaması da həmin qeyd dəftərinin saxta olmasına dəlalət etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs i
26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədə lənməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə
416. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
42. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
44. Belə ki, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh, iddiaçından heç bir pul məbləği götürmədiyini qeyd etsə də, bununla bağlı hər-hansı sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işə əlavə edilmiş ekspert rəyi ilə təsdiq olunur ki, cavabdeh iddiaçıdan yuxarıda göstərilən məbləğdə pul almışdır.
45. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, o cümləd ən ekspert rəyini əsas tuturaq qeyd etmişdir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Yəni, cavabdeh bu cür varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmadan iddiaçıdan qeyd olunan məbləğdə pul almışdır. Ona görə də varlanmış şəxs kimi cavabdeh, əldə etdiklərini məhrum olanın, yəni iddiaçının tələbi ilə ona qaytarmağa borcludur.
46. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlib, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməyib, habelə mübahisəli hüquq münasibətini tə nzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 sentyabr 2025-ci il tarixli, 2(104)-1164/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə diyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.