Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1076/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçılar iddiaçı3, iddiaçı7, iddiaçı6, iddiaçı8, iddiaçı11, iddiaçı4, iddiaçı1, iddiaçı9, iddiaçı5, iddiaçı2 və iddiaçı10 cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvülərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi, istismar aktının alınması öhdəliyinin qoyulması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı3, iddiaçı7, iddiaçı6, iddiaçı8, iddiaçı11, iddiaçı4, iddiaçı1, iddiaçı9, iddiaçı5, iddiaçı2 və iddiaçı10 cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə bütün tikinti sənədlərini əlavə etməklə yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Cavabdeh MTK-nın sədri X4 ilə iddiaçı3 arasında bağlanmış ##.##.2018-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv metr olan *** nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
2. Cavabdeh MTK-nın sədri X4 nümayəndəsi X2 ilə iddiaçı7 arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə ilə, ünvan 1 məhəllə ünvanında yerləşən, 16 mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 153 kv metr olan *** nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
3. Fiziki şəxs X3 ilə iddiaçı6 arasında bağlanmış ##.##.2006-cı il tarixli müqaviləyə əsasən, ünvan 1 məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv metr olan *** nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
4. Fiziki şəxs X3 ilə iddiaçı9 arasında bağlanmış ##.##.2006-cı il tarixli müqaviləyə əsasən, ünvan 1 məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 105 kv metr olan ** nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
5. Fiziki şəxs X3 ilə iddiaçı8 arasında bağlanmış ##.##.2006-cı il tarixli müqavilə ilə, ünvan 1 məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130 kv metr olan * nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
6. Cavabdeh MTK-nın nümayəndəsi X2 ilə X5 arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 130 kv metr olan ** nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
7. Cavabdeh MTK-nın nümayəndəsi X2 ilə X8 arasında bağlanmış ##.##.2021-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 135 kv metr olan *** nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
8. Fiziki şəxs X3 ilə iddiaçı11 arasında bağlanmış ##.##.2006-cı il tarixli müqavilə ilə, ünvan 1 məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 135 kv metr olan *** nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
9. Fiziki şəxs X3 ilə iddiaçı5 arasında bağlanmış ##.##.2005-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 125 kv metr olan ** nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
10. X3 ilə iddiaçı2 arasında bağlanmış ##.##.2008-ci il tarixli müqavilə ilə, ünvan 1 məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, mansard mərtəbəsində yerləşən ümumi sahəsi 91 kv metr olan *** nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
11. Fiziki şəxs X3 ilə iddiaçı10 arasında bağlanmış ##.##.2005-ci il tarixli müqavilə ilə, ünvan 1 məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv metr olan *** nömrəli mənzili izolə olunmuş 1 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir.
12. Cavabdeh MTK-nın sədri Svetlana Kazımovaya ünvan 1 məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının payçıları tərəfindən ünvanlanmış məktubun surətindən görünür ki, pay haqqını tam ödədiklərini göstərərək maliyyə arayışının 30 gün müddətində onlara təqdim edilməsini xahiş etmişlər, əks halda məhkəməyə müraciət edəcəklərini bildirmişlər.
13. Iddiaçılar Cavabdeh MTK-ya məktub ünvanlayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etdiklərini bildirərək maliyyə arayışlarını və xxxx” MTK-nın üzvlərinin ümumi yığıncağının qərarını onlara təqdim edilməsini xahiş etmişlər.
14. Milli Gəlirlər Baş Idarəsinin X6 Qeydiyyat Idarəsinin ##.##.2023-cü il tarixli məktubu ilə, Cavabdeh MTK-nın sədri ##.##.2007-ci il tarixdən ##.##.2015-ci il tarixədək X3, ##.##.2015-ci il tarixdən hazırkı vaxtadək X4r. Həmçinin, Cavabdeh Kiçik müəssisəsinin ##.##.2007-ci il tarixdə təşkilati-hüquq forması dəyişdirilərək Cavabdeh Mənzil-Tikinti Kooperativinə çevrilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. Iddiaçılar iddiaçı3, iddiaçı7, iddiaçı6, iddiaçı8, iddiaçı11, iddiaçı4, iddiaçı1, iddiaçı9, iddiaçı5, iddiaçı2 və iddiaçı10 cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvülərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə bütün tikinti sənədlərini əlavə etməklə yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması öhdəliyinin Cavabdeh MTK-nın uzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
16. Iddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onlar mənzilə dair pay haqqını tam ödəmələrinə baxmayaraq, nə maliyyə arayışı, nə də mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək onlara təqdim edilməmişdir. Həmin sənədlərin təqdim edilməsi üçün dəfələrlə MTK-nın nümayəndəsi Venera Rüstəmovaya müraciət etsələr də, müxtəlif bəhanələr gətirərək həmin sənədləri iddiaçılara təqdim etməkdən boyun qaçırmışlar, payçılar birlikdə MTK-nın sədri Svetlana Kazımovaya məktubla müraciət edərək sənədlərin verilmədiyi halda məhkəməyə müraciət edəcəklərini bildirsələr də, həmin sənədlər onlara təqdim edilməmiş, bu da onların mənzilə Çıxarış almalarına süni maneçilik törətməklə qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Iddiaçılar qeyd edilən mənzillərdə müvafiq bina tikilib qurtardıqdan və müqavilədə nəzərdə tutulan müddətdən etibarən yaşadıqlarını və mənzilə dair pay haqqını ödəmələri ilə bağlı Cavabdeh MTK tərəfindən onlara qarşı hər hansı bir pretenziya olmamışdır, hal-hazırda yaşadıqları binada yanğından mühafizə sistemində olan problemlər, binanın mərtəbələrində daxili yanğın su kranlarının, avtomatik yanğın xəbərverici siqnalizasiya qurğularının quraşdırılmaması və sair bu kimi bir sıra problemlər Cavabdeh MTK tərəfindən aradan qaldırılmadığı üçün bina indiyədək istismara qəbul edilməmişdir.
17. Bakı şəhəti Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Şövkətli-Mənsimli) iddia təmin edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 2 məhəllə ünvanında inşa edilmiş çoxmərtəbəli bina istismara qəbul aktının alınmamasına baxmayaraq, sakinlərin istifadəsinə verilmişdir. Iddiaçılar tərəfindən həmin binanın tərkib hissəsi olan müvafiq mənzillərin inşasına dair bağlanılmış müqavilələrdən də görünür ki, müvafiq mənzillər tikildikdən sonra iddiaçılara təhvil verilməli və iddiaçılar isə mənzillərin dəyərini ödəməlidir, yəni, mənzil tikintisi ilə bağlı iddiaçılarla bağlanmış müqavilələr podrat müqavilələridir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılarla podrat müqavilələrinin X3, X2 və ya X4 arasında bağlanmasından asılı olmayaraq onlar kooperativin üzvü hesab olunur. Belə ki, yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənziltikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş və mənzilin dəyərini ödəyən istənilən şəxs avtomatik olaraq kooperativin üzvü hesab olunur. Yəni, mənzil tikinti koopartivinə üzv olmayan şəxsin ilki olaraq mütləq qaydada “xxxx” MTKnın üzvü olduqdan sonra yaşayış sahəsinin verilməsi barədə ümümi yığıncağın qərarının verilməsi barədə imperativ qayda qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, iddiaçıların bir qismi mənzillərə pay haqqının əldə edilməsinə dair müqaviləni Cavabdeh MTK ilə deyil, MTK-nın ilkin sədri fiziki şəxs X3 ilə bağlamış olsalar belə, müvafiq mənzillərə dair müqavilələr bağlandığı tarixdən həmin mənzillər iddiaçıların faktiki istifadəsində və sahibliyindədir. Yəni, iddiaçılar mənzilin dəyərini, yəni pay haqqını tam ödəməklə bilavasitə MTK-nın üzvləri hesab olunmuşlar.
20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 178.3, 752.1 və 752.2-ci, Mənzil Məcəlləsinin 110.4, 110.5, 112.1, 113.1, 113.2 və 113.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2010-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçılar göstərilən tələblərlə bağlı məhkəmədən əvvəl MTK-ya müraciət etmədən süni məhkəmə mübahisəsi yaratmışlar. Halbuki sübut qismində məhkəməyə təqdim etdikləri müqavilələrdən görünür ki, müqavilələrin 5-ci bəndində tərəflərin razılaşdıqları şərtə görə mübahisəli məsələlər ilk növbədə danışıqlar yolu ilə tərəflərin razılığı ilə həll edilməli, bu mümkün olmadıqda isə məhkəmə orqanına müraciət olunmalıdır. Nəzərə alınmalıdır ki, həmin şərt sadəcə müqavilədə göstərilən şərtlərlə bağlı mübahisə vəziyyətini deyil, ümumiyyətlə müqavilə tərəfləri arasında müqavilədən irəli gələn bütün mübahisələri nəzərdə tutmuşdur. Məhkəmə yekun qərar çıxaranda nəzərə almalı idi ki, məhz həmin müqavilə şərtinə görə iddiaçılar MTK ilə aralarında mübahisə yarandığını, yəni iddia ərizələrində göstərikləri tələblə eyni məzmunlu müraciəti ilk növbədə məhkəmədən kənar MTK-ya təqdim etdiklərini və MTK tərəfindən həmin müraciətin həll edilməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Sözügedən yaşayış binasının mənzillərinin pay qismində verilməsinə dair iddiaçıların təqdim etdikləri müqavilələrin rekvizitlərinə əsasən bəzi müqavilələr X3 tərəfindən fiziki şəxs qismində imzalanıb möhürlənmiş, bəziləri isə MTK tərəfindən imzalansa da, MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı tərtib edilməmişdir. Məhkəmə nəzərə almalı idi ki, ümumiyyətlə MTK-nın fəaliyyət göstərdiyi müddətdə hər hansı payçıya payın verilməsinə dair MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı verilməmişdir. Payın verilməsinə dair yalnız imzalanmış müqavilənin nüsxəsi və payın dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışı verilmişdir. Kooperativdə olan payın verilməsinin bu cür sənədləşdirilməsi kooperativlərin fəaliyyətində geniş surətdə tətbiq edilərək adət halını almış və məhz bu sənədlərin əsasında dövlət qeydiyyat orqanı payçıların kooperativdən əldə etdikləri mənzillərə hər hansı problem yaratmadan onların mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirmişdir. Eyni zamanda MTK tərəfindən binanın istismarına icazə verilməsi ilə bağlı dəfələrlə müvafiq dövlət qurumlarına müraciət edilməsini məhkəmə nəzərə almamış, həmin müraciətin lüzumsuz olaraq yenidən edilməsi barədə öhdəliyi MTK-nın üzərinə qoyulmuşdur.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Ikram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiya məhkəməsi şikayətin əsas dəlillərindən biri olan iddiaçıların hazırkı tələbləri ilə məhkəmədən əvvəl MTK-ya müraciət etməsi dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçıların imzası ilə təsdiqlənmiş məktubdan müəyyən olunur ki, iddiaçılar cavabdeh MTK-dan pay haqqının tam ödənilməsinə dair maliyyə arayışlarının tədqim edilməsini xahiş etmiş, 30 gün ərzində həmin arayışlar təqdim edilməzsə, məhkəməyə müraciət edəcəklərini bildirmişlər. Beləliklə MTK-nın iddiaçıların hazırkı tələbləri barədə əvvəlcədən məlumatı olmuşdur.
25. Bundan başqa, cavabdeh apellyasiya şikayətində eyni zamanda MTK-nın fəaliyyət göstərdiyi müddətdə hər hansı payçıya payın verilməsinə dair MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilmədiyini, payın verilməsinə dair yalnız imzalanmış müqavilənin nüsxəsi və payın dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışının verildiyini, məhz bu sənədlərin əsasında dövlət qeydiyyat orqanı payçıların kooperativdən əldə etdikləri mənzillərə hər hansı problem yaratmadan onların mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirdiyini qeyd etmişdir.
26. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinə münasibətdə isə qeyd etmişdir ki, yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş və mənzilin dəyərini ödəyən istənilən şəxs avtomatik olaraq kooperativin üzvü hesab olunur. Ümumi yığıncağın qeyd olunan qərarı mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Müqavilələrin surətindən də görünür ki, pay haqqı iddiaçılar tərəfindən tam ödənilmişdir.
27. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh binanın istismarına icazə verilməsi ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin mülki iş materiallarında da buna dair sübutlar mövcud deyildir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi iddiaçıların müqavilələrində nəzərdə tutulmuş cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması şərtinə riayət etməmələrini nəzərə almadan əsassız və qanunsuz nəticəyə.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Iddiaçı iddiaçı1 kassasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
34. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
37. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
38. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
39. Maddə 178.8.ttikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
40. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
41. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
42. Maddə 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır.
43. Maddə 110.5. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir.
44. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.
45. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
46. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.
47. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
48. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarı:
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
60. Cavabdeh Cavabdeh mənzil-tikinti kooperativinin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
61. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
62. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh mənzil-tikinti kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.