Məhkəmə qərarları › İş №2(102)-1711/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1711/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1711/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X1 və X3 ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabdehlər Azərba ycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2(103)-779/2023 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin kassasiya şikayətinə 17 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Müdafiə Nazirinin Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı 9 yanvar 2013-cü il tarixli, 17/2 saylı məktubu ilə Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Biləcəri -1” hərbi şəhərciyinin ərazisində yerləşən 2,0 ha, 1,3 ha, 0,26 ha və “Biləcəri - 7” hərbi şəhərciyinin ərazisində yerləşən 1,6 ha torpaq sahələrinin istifadəsiz qaldığı, orada yerləşən qeyri-yaşayış binalarının istismara yararsız olduğu və onların bərpasının iqtisadi cəhətdən səmərəsizliyi, hərbi məqsədlər üçün istifadəsinin perspektivsizliyi nəzərə alınaraq, gələcəkdə onlardan daha səmərəli istifadə edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına götürülməsi ilə bağlı müvafiq tədbir görülməsi xahiş edilmişdir.

2. İcarəyə verilmiş əmlakın 19 mart 2013-cü il tarixli, 4827 №-li alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 1057,3 kv.m əmlak kompleksi 148020 manata Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Ko mitəsi tərəfindən Cavabdeh3 satılmışdır.

3. Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 3 iyun 2013-cü il tarixli, 4341 №-li alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanındakı 1057,3 kv.m əmlak kompleksinin istifadəsində olan 20000 kv.m. torpaq sahəsi 192000 manata Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh3 satılmışdır. 4. ünvan 3 ünvanında yerləşən 1057,3 kv.m. əmlak kompleksi və yerləşdiyi 2,0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 08 iyul 2013-cü il tarixdə Cavabdeh3 adına qeydə alınmışdır.

5. Mübahisə həmin müqavilələrin qanuniliyi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bundan sonra “iddiaçı” və ya “Nazirli k”) iddia ərizəsi (tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən “Biləcəri-1” (2.0 ha) hərbi şəhərciyinin qeyi-yaşayış və torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh3 arasında bağlanmış 19 mart 2013-cü il tarixli, 4827 nömrəli icarəyə verilmiş əmlakın (1057,3 kv.m) alqı-satqı müqaviləsinin, 03 iyun 2013-cü il tarixli, 4341 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin (2.0 ha) alqı-satqı müqavilsənini etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Dövlət Reyestrinin ********** nömrəli, 08 iyul 2013-cü il tarixli qeydinin və onun əsasında verilmiş RX ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırmışdır ki, sözügedən qeyri-yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır. Həmin qeyri-yaşayış sahəsi və torpaq sahəsinin hüdudları Bakı şəhər X2 İcraiyyə Komitəsinin 22 may 1950-ci il tarixli, 32 №- li qərarı ilə müəyyən edilmişdir. Buna baxmayaraq qeyd olunan sahələr Cavabdeh3 satılmışdır və hazırda sonuncunun mülkiyyətindədir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23, 46-cı, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun 6 və 31-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, Azərbaycan Resupblikasının Prezidentinin “Dövlət Əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 06 iyun 2007-ci il ta rixli, 586 saylı Fərmanına uyğun olaraq dövlətə məxsus daşınmaz əmlakın, o cümlədən Müdafiə Nazirliyinin tabeliyindəki müəssisələr tərəfindən istifadə olunmayan daşınmaz əmlakın səmərəli istifadə edilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində tədbirlər həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən komitəyə ünvanlanmış məktublar da nəzərə alınmış və hazırkı mülki iş üzrə mübahisə predmeti olan sahələr özəlləşdirilərək satılmışdır.

10. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi də iddianı qəbul etməyərək bildirmişdir ki, idarəyə alqı-satqı müqavilələri təqdim olunduqdan sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir və bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(001)1193/2015 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Fərrux Qasımov)

12. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirinin məktubu isə qanundan üstün hüquqi qüvvəyə malik deyildir və hal-hazırki mülki iş üzrə mübahisə predmeti olan əqdlərin bağlanması üçün əsas hesab oluna bilməzdi.

13. Birinci instansiya məhkəməs i qeyd edib ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun 6.2.4-cü maddəsində Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak özəlləşdirilməsi qadağan olunan əmlak növünə aid edilib.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 19 mart 2013-cü il tarixli, 4827 №-li icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi və 3 iyun 2013-cü il tarixli, 4341 №-li özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması ilə bağlanmışdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbayca n Respublikasının Torpaq Məcəlləsinin 23, 46-cı, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun 6.2.4, 31.1.1-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.5-ci bəndinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri: - iddia ərizəsində cavabdeh kimi göstərilsə də, məhkəmə işə onun iştirakı olmadan baxıb; - Mülki Məcəllənin 337.1, 339-349-cu maddələrində əqdin etibarsız hesab edilməsi üçün nəzərdə tutulan şərtlər hazırki işdə mövcud deyil; - işdən görünür ki, iddian ın predmeti olan 2 ha torpaqda yerləşən qeyri-yaşayış binaları Azərabaycan Respublikası Müdafiə Nazirinin 09 yanvar 2013-cü il tarixli, 17/2 nömrəli məktubu əsasında Əmlak Məsələri Dövlət Komitəsinin sərəncamına verilib. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.4-cü bəndinə görə dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların, dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin fəaliyyəti üçün lazım olmayan və yararsız olan əmlakın onların müraciətləri əsasında sərəncama götürülməsi Əmlak Məsələri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Bu baxımdan Müdafiə Nazirliyinin öz balansında olan və istismara yararsız qeyri-yaşayış binalarını Əmlak Məsələri Dövlət Komitəsinin sərəncamına verməsini qadağan edən hər hansı norma yoxdur; - məhkəmə Torpaq Məcəlləsinin 23-cü maddəsinin məzmununa düzgün diqqət yetirməmiş və əsassız olaraq həmin maddəyə istinad etməklə mübahisəli torpaq sahəsini müdafiə təyintalı hesab etmişdir; - özəlləşdirilmiş torpaq sahəsi hər hansı hərbi hissənin operativ istifadəsində olmadığına görə həmin torpaq sahəsinin özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının təsnifatına daxil edilməsi əsassızdır. - məhkəmə hüquq normalarının tətbiqində səhvə yol verərək, işin hallarını hərtərəfli və obyektiv araşdırmadan yalnış qənaətə gəlmişdir. Məhkəmənin yol verdiyi digər kobud qanun pozuntusu ondan ibarətdir ki, özəlləşmə ilə bağlı inzibati orqanın hərəkətləri, o cümlədən sözügedən inzibati akt inzib ati qaydada mübahisələndirilmədən onun nəticəsi kimi baş vermiş sonrakı hüquqi nəticələr (alqı-satqı və s.) mübahisələndirilə bilməzdi.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2015-ci il tarixli, 2(103)-3391/2015 nömrəli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Toğrul Əliyev)

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xa hiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2016-cı il tarixli 2(102)-109/2016 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Kassasiya məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. ç) Azərbaycan Respublikası Konstitusiya məhkəməsindəki icraat

24. Cavabdeh3 şikayətlə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin mülki kollegiyasının 14 yanvar 2016-cı il 14 yanvar tarixli qərarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahələrindən çıxarılma və həmin sahələrin qaytarılması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktının icra edilməməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüququi mövqeyi: - “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 və 2.1-ci maddələrində göstərilmişdir ki, dövlət əmlakının özəlləşdirilməsi dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir ki, əsas məqsədi də iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struk tur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir; - Konstitusiya Məhkəməsi Plenumunun Ş.Əliyevanın şikayəti üzrə 11 oktyabr 2019cu il tarixli Qərarında qeyd olunduğu kimi, məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqan larının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur; - məhkəmələr mübahisəli əmlakın hərbi hissələrin, daxili və sərhəd qoşunlarının məhz operativ istifadəsində olub-olmamasını araşdırmamış, onun hərbi hissələrin istifadəsində olan əmlak olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu nəticəsinə gəlmişlər; - bununla əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş əmlaka dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinin əsaslarını sadalamış, belə müqavilələrə etimadın, habelə vətəndaşın daşınmaz əmlakın dövlət reyestrində çıxarış ilə təsdiqlənmiş mülkiyyət hüq uqunun qorunmasını vurğulamışdır. - hazırkı iş üzrə alqı-satqı müqavilələrinin qanunvericilikdə göstərilən məcburi (imperativ) normalarının tələblərinə uyğun olmamasına dair dəlillərinin olmadığı halda, məhkəmələr müqavilələri etibarsız hesab etmiş, Cavabdeh3 əmlaklar üzərində mülkiyyət hüququna müəyyən müddətdən sonra xitam verilmiş, nəticədə onun qeyd edilən dövlət orqanlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpağın vicdanlı şəkildə əldə etməsini nəzərə almamışlar; - Avropa Məhkəməsi Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərə dair bir çox işlərdə “lazımi idarəetmə” prinsipinin əhəmiyyətini qeyd etmişdir. Bu prinsip, xüsusilə əhəmiyyətli məsələlərdə, o cümlədən mülkiyyət hüququ da daxil olmaqla əsas insan hüquqları ilə bağlı olan hallarda dövlət orqanlarının operativ qaydada və ən başlıcası ardıcıl olaraq davranmasını tələb edir; (Beyeler İtaliyaya qarşı iş üzrə 2008-ci il 28 may, §120; Megadat kompaniyası Moldovaya qarşı iş üzrə 2008-ci il 8 aprel, §72; Moskal Polşaya qarşı iş üzrə 2019-cu il 15 sentyabr, §72 tarixli Qərarlar). - “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüq uq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir; (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). - lakin hazırkı iş üzrə alğı-satqı müqavilələlərinin qanunvericilikdə göstərilən məcburi (imperativ) normalarının tələblərinə uyğun olmamasına dair dəllərinin olmadığı halda, məhkəmələr müqavilələri etibarsız hesab etmiş, Cavabdeh3 əmlaklar üzərində mülkiyyət hüququna müəyyən müddətdən sonra xitam verilmiş, nəticədə onun qeyd edilən dövlət orqanlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpağın vicdanlı şəkildə ə ldə etməsini nəzərə almamışlar. d) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun icraatı

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2016-cı il tarixli 2(102)-109/2016 saylı qərarını və onunla əlaqədar Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 15 iyul 2015-ci il tarixli 2(103)-3391/2015 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun mövqeyi: - işə baxan məhkəmələr mübahisəli əmlakın Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olub-olmamasını araşdırmamış, eyni zamanda cavabdehin vicdanlı əldə edən şəxs olmasına hüquqi qiym ət verməmişlər; - həmçinin mübahisəli əmlakın özəlləşdirmə çərçivəsində cavabdehin mülkiyyətinə verildiyi nəzərə alındıqda, özəlləşdirmə barədə inzibati akt hüquqi qüvvədə olduğu təqdirdə onun əsasında bağlanmış müqavilənin etibarsız sayılması tələbinə mövcud qanunvericiliyə uyğun şəkildə qiymət verilməmişdir e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2(103)-779/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin olunmaması qət edilmişdir. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Fuad Talışinski)

30. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini dəlilləri üzrə ilk növbədə qeyd edib ki, iddia tələbi apellyator olan cavabdehin mülkiyyətdən məhrum edilməsinə yönəldiyindən, bu məhrumetmənin qanuni olub-olmaması qiymətləndirilməlidir. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur Azərbaycan Respublikası Torpaq Məcəllləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağl ı vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

31. Mülkiyyət hüququ yalnız o şərtlə məhdudlaşdırıla bilər ki, belə məhdudlaşdırma həqiqətən cəmiyyətin ümumi rifahı və maraqları naminə edilmiş olsun, habelə qeyrimütənasib və əsassız xarakter daşımaqla ayrılmaz insan hüquq və azalıqlarının pozulmasına gətirib çıxarmasın.

32. Torpaq Məcəlləsinin 46-cı maddəsininin 1 və 2-ci hissələrinə görə, dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində ol an torpaqlara daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 23-cü maddəsinin 1-ci hissəsinə əsasən, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 və 2.1-ci maddələrində göstərilmişdir ki, dövlət əmlakının özəlləşdirilməsi dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir ki, əsas məq sədi də iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

33. Konstitusiya Məhkəməsi Plenumunun Ş.Əliyevanın şikayəti üzrə 11 oktyabr 2019-cu il tarixli Qərarında qeyd olunduğu kimi, məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur. Həmin Qanunun 31.1.1-ci maddəsində isə bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdin etibarsız hesab edilməsi üçün əsas kimi qeyd edilmişdir.

34. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, Müdafiə Naziri 9 yanvar 2013-cü il tarixli məktubla Müdafiə Nazirliyinin balansında olan mübahisəli ərazidə yerləşən torpaq sahələrinin istifadəsiz qaldığı, orada yerləşən qeyri-yaşayış binalarının istisma ra yararsız olduğu və onların bərpasının iqtisadi cəhətdən səmərəsizliyi, hərbi məqsədlər üçün istifadəsinin perspektivsizliyini nəzərə alaraq, gələcəkdə onlardan daha səmərəli istifadə edilməsinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına götürülməsi ilə bağlı müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisəli əmlaklar Cavabdeh3 icarəyə verilmiş, həmin əmlaklar 19 mart və 3 iyun 2013-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh3 satılmış, 8 iyul 2013-cü il tarixli çıxarış üzrə həmin əmlaklar xüsusi mülkiyyət hüququ əsasında sonuncunun adına qeydə alınmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddianı təmin edən birinci instansiya məhkəməsi mübahisəli əmlakın hərbi hiss ələrin, daxili və sərhəd qoşunlarının məhz operativ istifadəsində olub-olmamasını araşdırmamış, onun hərbi hissələrin istifadəsində olan əmlak olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu nəticəsinə gəlmişdir.

36. Hazırki apellyasiya icraatında araşdırma zamanı isə mübahisələndirilən torpaq sahəsi və qeyri-yaşayış sahəsinin Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrinin istifadəsində və ya operativ idarəçiliyində olması, habelə Müdafiə Nazirliyinin operativ idarəçiliyi üçün nəzərdə tutulması müəyyən olunmamış, həmçinin bu barədə iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda mübahisəyə baxan birinci instansiya məhkəməsi həmin əmlakın Müdafiə Nazirliyinin balansında olmasına əsaslanmaqla, iddianın təmin olunması barədə nəticəyə gələrək, həmin əmlakların istifadəyə yararsız olması və səmərəli istifadə edilməsi barədə Müdafiə Nazirliyi tərəfindən həmin əmlakların Əmlak Komitəsi tərəfindən balansa götürülməsi barədə Müdafiə Nazirliyinin müvafiq məktubuna düzgün qiymət verməmiş, apellyator olan cavabdehin mübahisələndirilən əmlakların qanunvericiliyin tələblərinə uyğun əldə etməsinə lazımi hüquqi qiymət vermədən, mülkiyyətçinin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən qənaətə gəlməklə, işin həqiqi hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, mübahisəli əmlaklar müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında apellyator olan cavabdehə icarəyə verilsə də, sonradan alqı-satqı edilsə də, iddiaçı tərəfindən bu barədə müvafiq ic ra hakimiyyəti orqanının qərarları mübahisələndirilməmişdir. Belə olan halda inzibati orqanın mübahisələndirilən əmlakların icarəyə verilməsi, alqı-satqısı özəlləşdirilməsi barədə aktı mübahisələndirilmədən həmin aktların nəticəsində bağlanmış əqdlər mübahisələndirilə bilməzdi. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu halını nəzərə almamışdır.

38. Bununla əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş əmlaka dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinin əsaslarını sadalamış, belə müqavilələrə etimadın, habelə vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiqlənmiş mülkiyyət hüququnun qorunmasını vurğulamışdır.

39. Avropa Məhkəməsi Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərə dair bir çox işlərdə “lazımi idarəetmə” prinsipinin əhəmiyyətini qeyd etmişdir. Bu prinsip, xüsusilə əhəmiyyətli məsələlərdə, o cümlədən mülkiyyət hüququ da daxil olmaqla əsas insan hüquqları ilə bağlı olan hallarda dövlət orqanlarının operativ qaydada və ən başlıcası ardıcıl olaraq davranmasını tələb edir (Beyeler İtaliyaya qarşı iş üzrə 2008-ci il 28 may, §120; Megadat kompaniyası Moldovaya qarşı iş üzrə 2008-ci il 8 aprel, §72; Moskal Polşaya qarşı iş üzrə 2019-cu il 15 sentyabr, §72 tarixli Qərarlar). 40. “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).

41. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, hazırkı iş üzrə alqı-satqı müqavilələrinin qanunvericilikdə göstərilən məcburi (i mperativ) normalarının tələblərinə uyğun olmamasına dair dəlillər olmadığı halda, birinci instansiya məhkəməsi müqavilələri etibarsız hesab etmiş, Cavabdeh3 əmlaklar üzərində mülkiyyət hüququna müəyyən müddətdən sonra xitam vermiş, nəticədə onun qeyd edilən dövlət orqanlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpağın vicdanlı şəkildə əldə etməsini nəzərə almamışdır.

42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 141.1, 141.2, 141.3, 337.1, 358.1, Torpaq Məcəlləsinin 23, 46-cı, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6.2.4 və 31.1.1-ci maddələri ilə əsaslandrımışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

43. İd diaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti belə əsaslandırılıb: - qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur; - Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23.1-ci maddəsinə əsasən hərbi hissələrin, hərbi təhsil müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrin və təşkilatların daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Torpaqların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvaf iq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 4 avqust 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti) həyata keçirir. Lakin iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 4 avqust 1999-cu il tarixli Fərmanının 2-ci bəndini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərindən istifadə edərək, mübahisəli torpaq sahəsini bir kateqoriyadan digərlərinə keçirilməsinə sərəncam vermişdir. Nəticədə, müdafiə təyinatlı torpaq sahəsi qanunsuz olaraq özəlləşdirilmişdir; - işdə olan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin statusu müdafiə təyinatlı torpaqdır. Çünki həmin torpaq Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur və giriş-çıxış Müdafiə Nazirliyinin icazəsi ilə mümkündür və həmin ərazidə Müdafiə Nazirliyinə məxsus olan tikililər mövcuddur. Azərbaycan Respublikasının qanunvericiliyində müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirs ə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əq dlər ola bilər. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

23. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar

1. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.

2. Mühafizə, sanitariya və qoruyucu zonaları müəyyən edilən, hərbi obyektlərin tikintisi üçün verilən torpaq sahələri həmin zonaların əhatə etdiyi torpaqlarla birlikdə təhkim edilir, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin əvə zi ümumi sahə üçün ödənilir.

3. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

4. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlardan istifadə rejiminin əhalinin təhlükəsizliyini təmin edəcək tələbləri müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə razılaşdırılaraq müəyyən edilir.

5. Müdafiə və təhlükəsizlik ehtiyacları ilə əlaqədar müvəqqəti keçirilən təlimlər və digər tədbirlər üçün vətəndaşların və hüquqi şəxslərin torpaq sahələri müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının istifadəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda, müddət və şərtlərlə verilə bilər.

6. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün verilmiş torpaqların istifadə edilməyən və kənd təsərrüfatına yararlı sahələri bu maddənin 1-ci bəndində göstərilən istifadəçinin razılığına əsasən, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə kənd təsərrüfatı istehsalı üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər.

7. Müdafiə və təhlükəsizlik təyinatlı torpaq sahələrinin istifadəyə verilməsi müddəti bitdikdən sonra bu maddənin 1-ci bəndində göstərilmiş istifadəçilər öz hesablarına həmin sahələri təyinatı üzrə əvvəlki vəziyyətə gətirməyə borcludurlar.

8. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

46. Dövlətin to rpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.

4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Q anunu Maddə 6.2.4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağandır. Maddə 31.1.1. Bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qi smən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

47. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. İş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir. 51.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbi ilə bağlı hazırki qərarın 30-42-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

52. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayə ti üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə Azırbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında əks edilən hüquqi mövqelər baxımından qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

53. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

54. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər iddia ərizəsinin də dəlilləri olub, məhz həmin dəlillərə qiymət verməklə, apellyasiya instansiyası məhkəməsi id dianı tənim etməyib.

55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-779/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar