Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2066/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh5, X6, X2 və X13 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahələrinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər X7 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh5, X6, X2 və X13 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahələrinin geri qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-844/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhər X3 İcraiyyə Komitəsinin 7 iyun 1960-cı il tarixli, 40 nömrəli qərarına əsasən 6,5 hektar torpaq sahəsi Müdafiə Nazirliyinə verilmişdir.
2. Torpaq sahəsindən istifadə hüququ verən 003516 nömrəli aktdan görünür ki, 6,8 hektar torpaq sahəsindən pioner düşərgəsi kimi istifadə etmək üçün icazə verilmişdir.
3. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Maddi-texniki təminatı rəisi – X15texniki təminat üzrə müavini, polkovnik T.Mirzəyev tərəfindən İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin direktoru K.Həsənova ünvanlanmış 21/361 nömrəli, 17 aprel 2004-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi mərkəzi ordu idman klubunun nəzdində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəs i, Yesenin küçəsi, 92 ünvanında yerləşən və üzərindəki tikililər və qurğularla birlikdə 6,8 hektar torpaq sahəsini əhatə edən "Sputnik idman-sağlamlıq düşərgəsinin Azərbaycan Respublikası Qanunları çərçivəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsinə və gələcəkdə özəlləşdirilərək məqsədyönlü istifadəsinə etiraz etmirlər.
4. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 1584 nömrəli, 22 aprel 2004-cü il tarixli icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti (Departamentin Kiçik özəlləşdirmənin təşkili və torpaq sektorunun baş məsləhətçisi H.Mustafayevin şəxsində) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cəmiyyətinin direktoru İ.M.Əhmədovun şəxsind ə) arasında - ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3770,7 kvadrat metr təşkil edən, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin müddəti 22 aprel 2004-cü il tarixdən 22 oktyabr 2004-cü il tarixədək müəyyən edilmişdir.
5. İcarəyə verilmiş əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamenti ilə (Departamentin direktor müavini X4 şəxsində) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cəmiyyətinin direktoru X9 şəxsində) arasında - ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3770,7 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsinin ********* manata satılması barədə müqa vilə bağlanmışdır.
6. Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair 294 nömrəli, 10 oktyabr 2004-cü il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarəolunması və özəlləşdirilməsi Departamenti ilə (Departamentin direktor müavini X4 şəxsində) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cəmiyyətin direktoru X9 şəxsində) arasında - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 2184 saylı "Mülkiyyət hüququ haqqında" şəhadətnamə əsasında özəlləşdirilmiş Əzizbəyov (hazırda Xəzər) rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 92 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qanunvericiliklə müəyyən edi lmiş sənədlərə əsasən torpaq sahəsinin tikinti və infrastruktur altında yerləşən hissəsi 22553,9 kvadrat metr, sərbəst sahəsi 42545,5 kvadrat metr olmaqla ümumi torpaq sahəsi 65099,4 kvadrat metr təşkil edən torpaq sahəsinin ********* manata satılması barədə müqavilə bağlanmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 16 aprel 2015-ci il tarixli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 3770,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinə xx.xx.2004-cü il tarixli 002184 saylı, ümumi sahəsi 65099.4 kvadrat metr olan torpaq sahəsinə xx.xx.2004-cü il tarixli 000247 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. ünvan 2 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni (000326 saylı xx.xx.2006-cı il tarixli 65099.4 kvadrat metr torpaq sahəsinə və 000325 saylı, xx.xx.2006cı il tarixli, 3770.7 kvadrat metr qeyri-yaşayış sahəsinə dair şəhadətnamələr verilmişdir) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" MMC-dən almışdır. Cavabdeh1 adına sözügedən xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. X19 tərəfindən təsdiqlənmiş xx.xx.2011-ci il tarixli 4Ə-01/07 reyestr nömrəli bağışlama müqaviləsinə və X19 tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli 3M-01/307 reyestr nömrəli bağışlama müqaviləsinə dəyişiklik edilməsi barədə sazişə əsasən (ümumi sahəsi 846.4 kvadrat metr, torpaq sahəsi 1.325652 hektar torpaq sahəsi təşkil edən Yesenin küçəsi, 92 saylı ünvanda yerləşən əmlak kompleksi) Cavabdeh5 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. X19 tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli, 4Ə-1-04 reyestr nömrəli alqı-satqı müqaviləsinə və X19 tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli 3M-01-305 reyestr nömrəli alqı-satqı müqaviləsində dəyişiklik edilməsi barədə sazişə əsasən (ümumi sahəsi 823 kvadrat metr, torpaq sahəsi 1.180016 hektar torpaq sahəsi təşkil edən Yesenin küçəsi, 92 C saylı ünvanda yerləşən əmlak kompleksi) X1 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. X19 tərəfindən təsdiqlənmiş xx.xx.2011-ci il tarixli 4Ə-1/03 reyestr nömrəli alqı-satqı müqaviləsinə və X19 tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli 3M-01/306 reyestr nömrəli alqı-satqı müqaviləsində dəyişiklik edilməsi barədə sazişə əsasən (ümumi sahəsi 4 09,2 kvadrat metr, torpaq sahəsi 1.713668 hektar torpaq sahəsi təşkil edən Yesenin küçəsi, 92 A saylı ünvanda yerləşən əmlak kompleksi) X5 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. X19 tərəfindən təsdiqlənmiş xx.xx.2011-ci il tarixli 4Ə-06 reyestr nömrəli alqı-satqı müqaviləsinə və X19 tərəfindən təsdiqlənmiş xx.xx.2012-ci il tarixli, 3M-01/304 reyestr nömrəli alqı-satqı müqaviləsində dəyişiklik edilməsi barədə sazişə əsasən (ümumi sahəsi 1692,1 kvadrat metr, torpaq sahəsi 2.105321 hektar torpaq sahəsi təşkil edən Yesenin küçəsi, 92 B saylı ünvanda yerləşən əmlak kompleksi) X9 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydi yyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 409,2 kvadrat metr, tikili və ümumi sahəsi 1.713668 hektar olan torpaq sahəsi X5 adına qeydiyyata alınmışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 823 kvadrat metr olan tikili və ümumi sahəsi 1.180016 hektar olan torpaq sahəsi X1 adına 28 aprel 2012-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 1692,1 kvadrat metr olan tikili və ümumi sahəsi 2,105321 hektar olan torpaq sahəsi X9 adına 3 may 2012-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 92 ünvanında yerləşən ümumi sahəsi 3770,7 kvadrat metr olan qeyri-yaşayış sahəsi və ümumi sahəsi 6,3246 hektar olan torpaq sahəsi Ca vabdeh1 adına 26 yanvar 2011-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 92 ünvanında yerləşən ümumi sahəsi 846,4 kvadrat metr olan tikili və ümumi sahəsi 1,325652 hektar olan torpaq sahəsi Cavabdeh5 adına 01 may 2012-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komi təsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, "xxxx" MMC-yə, Cavabdeh1, Cavabdeh5, X6, X2 və X13 qarşı iddia ərizəsi və ona əlavələrlə məhkəməyə müraciət edərək ünvan 6 ünvanında “Mərdəkan-2” hərbi şəhərciyinin (65099,4 kvadrat metr) torpaq sahəsinin və həmin ərazidə yerləşən qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "xxxx" MMC-yə icarəyə verilməsinə dair 22 aprel 2004-cü il tarixli, 1584 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin, həmin əmlakın 712 nömrəli, 28 may 2004-cü il tarixli alqı-satqı müqaviləsinin, həmin əmlakın yerləşdiyi torpaq sahəsinin "xxxx" MMC-yə satılması barədə 294 nömrəli, 01 oktyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin, ünvan 6 ünvanında “Mərdəkan-2” hərbi şəhərciyinin (65099,4 kvadrat metr) torpaq sahəsinin və həmin ərazidə yerləşən qeyriyaşayış sahələrinin "xxxx" MMC tərəfindən Cavabdeh1 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət şəhadətnaməsi haqqında 000325 saylı, 13 mart 2006-cı il tarixli və 000326 saylı şəhadətnamələrin və əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən reyestrdə 26 yanvar 2011-ci il tarixli qeydin ləğv edilməsi, Cavabdeh1 Cavabdeh5 əmlak kompleksinin bir hissəsini bağışlaması haqqında 3 avqust 2011-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında 3 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 X6 əmlak kompleksinin bir hissəsini satması haqqında 2 avqust 2011-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında 3 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 X2 əmlak kompleksinin bir hissəsini satması barədə 2 avqust 2011-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə dəyişikliklər edilməsi barədə 3 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 X13 əmlak kompleksinin bir hissəsini satması haqqında 3 avqust 2011-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında 3 mart 2012-ci il tarixli sazişin etibarsız he sab edilməsi və ******* nömrəli çıxarışın ləğv edilməsi, Müdafiə Nazirliyinə məxsus “Mərdəkan-2” hərbi şəhərciyinin yerləşdiyi torpaq sahəsinin və həmin ərazidə yerləşən inzibati binaların Müdafiə Nazirliyinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ə.Qəhrəmanov) 10 avqust 2015-ci il tarixli, 2(003)-3054/2015 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Azərbaycan Respublikası İqtisadi-İnkişaf Nazirliyi Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 3770,7 kvadrat metr təşkil edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə "xxxx" MMC-yə icarəyə verilməsinə dair 22 aprel 200 4-cü il tarixli, 1584 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin, həmin əmlakın Azman” MMCyə satılması barədə 712 nömrəli, 28 may 2004-cü il tarixli alqı-satqı müqaviləsinin, həmin əmlakın yerləşdiyi ümumi sahəsi 65099,4 kvadrat metr torpaq sahəsinin "xxxx" MMC-yə satılması barədə 294 nömrəli, 1 oktyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-nin adına ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 3770,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2004-cü il tarixli, 002184 saylı, ümumi sahəsi 65099,4 kvadrat metr olan torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli, 000247 saylı mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 6 ünvanında “Mərdəkan-2” hərbi şəhərciyinin (65099,4 kvadrat me tr) torpaq sahəsinin və həmin ərazidə yerləşən qeyri-yaşayış sahələrinin "xxxx" MMC tərəfindən Cavabdeh1 satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət şəhadətnaməsi haqqında 000325 saylı, 13 mart 2006-cı il tarixli və 000326 saylı şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 verilmiş MA seriyalı, ******* saylı, 26 yanvar 2011ci il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh1 Cavabdeh5 əmlak kompleksinin bir hissəsini bağışlaması haqqında 3 avqust 2011-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında 3 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və ******* nömrəli, 1 may 2012-ci il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh1 X6 əmlak kompleksinin bir hissəsini satması haqqında 2 avqust 2011 -ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında 3 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və ******* nömrəli, 26 aprel 2012-ci il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh1 X2 əmlak kompleksinin bir hissəsini satması barədə 2 avqust 2011- ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə dəyişikliklər edilməsi barədə 3 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və ******* nömrəli, 28 aprel 2012-ci il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh1 X13 əmlak kompleksinin bir hissəsini satması haqqında 3 avqust 2011-ci il tarixli, ******* nömrəli alqısatqı müqaviləsinin və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında 3 mart 2012-ci il tarixli sazişin etibarsız hesab edilməsi və **** *** nömrəli, 3 may 2012-ci il tarixli çıxarışın ləğv edilməsi və ünvan 6 ünvanında “Mərdəkan-2” hərbi şəhərciyinin 6,8 hektar torpaq sahəsinin və həmin ərazidə yerləşən inzibati binaların Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qaytarılması qət edilmişdir.
15. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəllənin 337-ci, Torpaq Məcəlləsinin 23, 46-cı, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun 6, 29, 31-ci maddələrinə və işin müəyyən olunmuş faktiki hallarına istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi qanunvericiliklə qadağan edildiyindən özəlləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlandığı andan etibarsız əqd hesab edilir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Cavabdehlər Cavabdeh5, X14, X8 və X16 apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli, 2(003)-3054/2015 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
17. Ağellyasiya şikayəti işin faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, həmin şəxslər qeyri-yaşayış sahəsini hər hansı bir qeyri-qanuni üsulla yox, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əldə etmişlər. Həmçinin həmin qeyri-yaşayış sahəsi əldə edilərkən Mülki Məcəlləsinin 140-cı maddəsində qeyd edildiyi kimi daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına riayət edilməklə xüsusi mülkiyyətə qəbul edilmişdir. Cavabdehlər ərazini alarkən onun Müdafiə Nazirliyinə məxsus olub-olm aması barəsində məlumatları olmayıb. Xəzər Rayon Məhkəməsinin birtərəfli qaydada çıxardığı qətnamə həmin şəxslərin hüquqlarını birmənalı şəkildə pozur. Cavabdehlər eyni zamanda iddia müddətinin ötürüldüyünə istinad etmişlər.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1 mart 2016-cı il tarixli, 2(103)2076/2016 nömrəli qətnaməsi ilə (hakimlər-V.Həsənov (sədrlik edən və məruzəçi), C.Səfiyeva və N.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli, 2(003)-3054/2015 nömrəli qətnaməsi apellyasiya şikayəti vermiş tərəflərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi və qeyri-yaşayış sahəsi faktiki olaraq dövlət mülkiyyətində olmaqda davam etdiyinə, özəlləşdirilməsinə imkan verən Nazirlər Kabinetinin müvafiq qərarı olmadığına və özəlləşdirilməsinin qadağan olunmasına baxmayaraq özəlləşdirilməklə dövlətin mülkiyyət hüququ pozulmuşdur. Torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin icarəyə verilməsi müqavilələri və həmin müqavilələrdən sonra daşınmaz əmlakların satılmasına dair alqısatqı müqavilələri bağlandıqları andan etibarsız olan müqavilələrdir. Belə müqavilələr isə heç bir hüquqi nəticə yaratmadığı kimi, həmin əqdlərə istinad olunaraq sonrakı özgəninkiləşdirmə ilə bağlı əqdlər və həmin əqdlər əsasında aparılmış reyestr qeydiyyatları da özlüyündə əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya d igər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə tələblərə iddia müddəti tətbiq edilmir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia dövlətin mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən bu tələb iddia müddəti şamil edilməyən tələblərə aiddir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
20. Cavabdehlər Cavabdeh5, X14, X8 və X16 apellyasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1 mart 2016-cı il tarixli, 2(103)-2076/2016 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlərV.İbayev (sədrlik edə n və məruzəçi), Ə.Mirzəliyev və Q.Əsgərov) 27 iyul 2016-cı il tarixli, 2(102)-3459/2016 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2016-cı il 1 mart tarixli, 2(103)-2076/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Kassasiya məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. ç) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində icraat
23. Cavabdeh5, X14, X8 və X16 şikayətlə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin Mülki kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsini xahiş etmişlər.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrilərinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2016-cı il 27 iyul tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1, 418.2-ci maddələrinə uyğun olmayan hesab edilmiş, müvafiq məhkəmə aktının icra edilməməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərar a alınmışdır.
25. Konstitusiya Məhkəməsinin Plenumu bu Qərarında qeyd etmişdir ki, dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun Ş.Əliyevanın şikayəti üzrə 2019-cu il 11 oktyabr tarixli Qərarı).
26. Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktlarından isə görünür ki, mübahisəli əmlakın müdafiə və sərhəd qoşunlarının məhz operativ istifadəsində olub-olmaması məhkəmələr tərəfindən araşdırılmamış, yalnız mübahisəli əmlakın Müdafiə Nazirliyinin balansında olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu qənaətinə gəlinmişdir.
27. Müdafiə Nazirliyinin razılığı ilə dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş mübahisəli əmlaka dair icarə və alqı-satqı müqavilələrinin qanunvericiliyin hər hansı imperativ qaydasına zidd olmasına dair dəlillərin mövcud olmadığı halda məhkəmələr müqavilələri etibarsız hesab etmiş, ərizəçilərin qeyd edilən dövlət qur umlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli torpağı vicdanlı şəkildə əldə etmələrini nəzərə almamışlar. d) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 13(102)-1(k)/2022 saylı iş üzrə qərarı ilə (məruzəçi hakim Zaur Əliyev) kassasiya instansiyası məhkəməsinin 27 iyul 2016-cı il tarixli, 2(102)-3459/2016 nömrəli qərarı və onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 mart 2016-cı il tarixli, 2(103)-2076/2016 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
29. Plenum hesab etmişdir ki, mübahisəli əmlakın özəlləşdirmə çərçivəsində cavabdehlərin icarəsinə, daha sonra isə mülkiyyətinə verildiyi nəzərə alındıqda, özəlləşdirmə barədə inzibati aktlar hüquqi qüvvədə olduğu təqdirdə onlar əsasında bağlanmış müqavilələrin etibarsız sayılması tələblərinə mövcud qanunvericiliyə uyğun şəkildə qiymət verilməlidir.
30. Ali Məhkəmənin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən mülki məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Nəzərə alınmalıdır ki, etibarsızlıq əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Ona görə də, müqavilə etibarsız sayılarkən əqdin hansı etibarlılıq şərtlərinin (hüquq qaydasının) pozulması ilə bağlandığı məhkəmə tərəfindən dəqiq müəyyən edilməli və bu qənaət işdəki sübutlar və qanun normaları ilə əsaslandırılmalıdır. Ona görə də, etibarsız sayılması tələb edilən müqavilələrin bağlanmasının əsasını təşkil edən müb ahisəli halların tam və hərtərəfli araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmalı, iddiaçının tələbini əsaslandırdığı hallar, habelə cavabdehlərin etirazları təqdim olunmuş sübutlar əsasında ətraflı yoxlanılmalı, hər bir iddia tələbinə və etiraza aidiyyəti maddi hüquq normalarının şərtləri əsasında yekun hüquqi qiymət verilməklə iddia həll edilməlidir. e) Apellyasiya məhkəməsindəki ikinci icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – X10 (sədrlik edən və məruzəçi), X11 və X12) 2(103)-844/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh5, X14, X8 və X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, i ddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, "xxxx" MMCyə, Cavabdeh1, Cavabdeh5, X6, X2 və X13 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahələrinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir.
32. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, mübahisəli əmlakın özəlləşdirmə çərçivəsində cavabdehlərin icarəsinə, daha sonra isə mülkiyyətinə verildiyi nəzərə alındıqd a, özəlləşdirmə barədə inzibati aktlar hüquqi qüvvədə olduğu təqdirdə onlar əsasında bağlanmış müqavilələrin etibarsız sayılması tələblərinə mövcud qanunvericiliyə uyğun şəkildə qiymət verilməlidir.
33. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Hazırkı iş üzrə iddiaçı, yəni Müdafiə Nazirliyi balansında olmuş torpaq və qeyriyaşayış sahələrinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qanunvericiliyə zidd şəkildə özəlləşdirilməklə "xxxx" MMC-yə icarəyə verildiyini və satıldığını bildirir. İddiaçının mövqeyinə görə hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlak ın özəlləşdirilməsi qadağandır.
35. İddiaçı, göstərilən səbəblərdən mübahisəli əmlakın Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "xxxx" MMC-yə icarəyə verilməsi və satılması, habelə həmin əmlakın digər cavabdehlərə özgəninkiləşdirilməsi barədə müqavilələrinin etibarsız sayılmasını, onlar əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsini və əmlakın geri qaytarılmasını tələb edir.
36. Cavabdehlər isə mübahisəli əmlakın icarəyə verilməsinə və gələcəkdə özəlləşdirilərək məqsədyönlü istifadəsinə etiraz edilməməsi barədə Müdafiə Nazirliyinin 17 aprel 2004-cü il tarixli məktubu əsasında özəlləşdirmənin aparıldığını və sonrakı müqavilələrin bağlandığını, habelə özlərinin vicdanlı əldə edən şəxslər olduqlarını bildirərək iddiaya etiraz etmişlər.
37. Birinci insta nsiya məhkəməsi iddianı təmin edərkən Torpaq Məcəlləsinin 23-cü və 46-cı, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2.4-cü, habelə Mülki Məcəllənin 337-ci maddəsinə istinad edərək mövqeyini onunla əsaslandırmışlar ki, mübahisə predmeti olan torpaq sahəsi və qeyri-yaşayış sahəsi faktiki olaraq dövlət mülkiyyətində olmaqda davam etdiyinə, özəlləşdirilməsinə imkan verən Nazirlər Kabinetinin müvafiq qərarı olmadığına və özəlləşdirilməsi qadağan olunmasına baxmayaraq özəlləşdirilməklə dövlətin mülkiyyət hüququ pozulmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi qanunvericiliklə qadağan edildiyindən özəlləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlandığı andan etibarsız əqd hesab edilir.
38. Cavabdehlərin şikayəti əsasında konsti tusiya işinə baxan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu, Ş.Əliyevanın şikayəti üzrə 2019-cu il 11 oktyabr tarixli Qərarına istinadən qeyd etmişdir ki, “dövlət əmlakının özəlləşdirilməsi iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın genişləndirilməsinə, sağlam rəqabət mühitinin yaradılmasına xidmət edir. Məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakların siyahısı məhdud şəkildə mü əyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktlarından isə görünür ki, mübahisəli əmlakın müdafiə və sərhəd qoşunlarının məhz operativ istifadəsində olub-olmaması məhkəmələr tərəfindən araşdırılmamış, yalnız mübahisəli əmlakın Müdafiə Nazirliyinin balansında olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu qənaətinə gəlinmişdir....Müdafiə Nazirliyinin razılığı ilə dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş mübahisəli əmlaka dair icarə və alqı-satqı müqavilələrinin qanunvericiliyin hər hansı i mperativ qaydasına zidd olmasına dair dəlillərin mövcud olmadığı halda məhkəmələr müqavilələri etibarsız hesab etmiş, ərizəçilərin qeyd edilən dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli torpağı vicdanlı şəkildə əldə etmələrini nəzərə almamışlar”. Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, öz səhvləri nəticəsində dövlətin mülkiyyət hüquqlarına zərər vurulduğu hallarda “lazımi idarəetmə” (good governance) prinsipi baxımından, dövlət vaxtında, düzgün və ardıcıl hərəkət etməli (Osipkovs və digərləri Latviyaya qarşı iş üzrə § 80, 2017-ci il 4 may, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə §§ 138-139, 2018-ci il 12 iyun, Maltseva və digərləri Rusiyaya qarşı iş üzrə § 32, 2019-cu il 17 dekabr tarixli Qərarlar) və həmçinin belə səhvlərin aradan qaldırılm asının müvafiq şəxsin hüquqlarının pozulması ilə nəticələnməməsinə xüsusi diqqət yetirməlidir (Qladışeva Rusiyaya qarşı iş üzrə § 80, 2011-ci il 6 dekabr, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə § 140, 2018-ci il 12 iyun tarixli Qərarlar).
39. Seryogin və digərləri Rusiyaya qarşı iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlı və qanun çərçivəsində davranan hesab edilir.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sü buta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
41. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
42. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
43. Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır.
44. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir
45. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, iddiaçı belə sübut növü təqdim etməmişdir.
46. Hazırkı işdə mübahisəli əmlaka dair icarə və alqı-satqı müqavilələri qanunvericiliyin hər hansı imperativ qaydasına zidd bağlanmamışdır. Belə ki, mübahisəli əmlak Müdafiə Nazirliyinin razılığı ilə dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş, ərizəçilər qeyd edilən dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli torpağı vicdanlı şəkildə əldə etmişlər. Digər tərəfdən, iddiaçı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə istinad edərək mübahisəli daşınmaz əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlakların siyahısına daxil olduğunu bildirsə də, bununla, yəni həmin əmlakın Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak olduğunu sübuta yetirə bilməmiş, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli daşınmaz əmlakdan əvvəllər pioner düşərgəsi kimi istifadə olunmuşdur.
47. Digər tərəfdən, iddiaçı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6cı maddəsinə istinad edərək mübahisəli daşınmaz əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlakların siyahısına daxil olduğunu bildirsə də, bununla, yəni həmin əmlakın Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanları nın operativ istifadəsində olan əmlak olduğunu sübuta yetirə bilməmiş, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli daşınmaz əmlakdan əvvəllər pioner düşərgəsi kimi istifadə olunmuşdur
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mü mkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
49. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
50. Həmçinin, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Plenum qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sıras ına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqısatqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5- ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyini və maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını nəzərə alaraq bu mövqe ilə razılaşmamış və apellyasiya şikayətinin dəlillərini əsaslı saymışdır.
52. Məhkəmə kol legiyasının qənaətinə görə iddiaçı MPM-nin 77-ci maddəsinin tələbinə əməl etməyərək öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, işə baxan məhkəmə tərəfindən isə iş üzrə toplanmış sübutlar MPM-in 88-ci maddəsinin tələbinə uyğun şəkildə düzgün qiymətləndirilməmiş və işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır (MPM-in 385.1.1 və 385.1.4-cü mad). Ona görə də qətnamə ləğv olunmalı və iddia rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
53. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-844/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qər ar qəbul edilməsini xahiş etmişdir.
54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanında yerləşən torpaq sahəsi Bakı şəhər X3 İcraiyyə Komitəsinin 07 iyun 1960-cı il tarixli, 40 nömrəli qərarına əsasən 6,5 hektar torpaq sahəsi Müdafiə Nazirliyinin balansına verilmişdir. Lakin buna baxmayaraq təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansında olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi qeyd olunan ünvanda yerləşən ümumi sahəsi 3770,7 kvadrat metr qeyri-yaşayış sahəsini icarəyə vermiş və sonradan “alqı-satqı” müqaviləsi bağlamışdır. Alqı-satqı müdaviləsi əsasında "xxxx" MMC-nin adına ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 3770,7 kvadrat metr olan qeyri-yaşayış sahəsinə 1 iyul 2004-cü il t arixli 002184 saylı, ümumi sahəsi 65099,4 kvadrat metr olan torpaq sahəsinə 12 oktyabr 2004-cü il tarixli 000247 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Öz növbəsində "xxxx" MMC həmin torpaq sahəsini hissələrlə ayrı-ayrı vətəndaşlara alqı-satqı müqavilələri əsasında satmışdır. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23.1 maddəsinə əsasən hərbi hissələrin, hərbi təhsil müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrin və təşkilatların daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı to rpaqlar hesab edilir. Torpaqların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 4 avqust 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti) həyata keçirir. Lakin, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 4 avqust 1999-cu il tarixli Fərmanının 2-ci bəndini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərindən istifadə edərək, mübahisəli torpaq sahəsini bir kate qoriyadan digərlərinə keçirilməsinə sərəncam vermişdir. Nəticədə, müdafiə təyinatlı torpaq sahəsi qanunsuz olaraq özəlləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiq təcrübəsinin bəzi məsəllələri haqqında” 2 saylı 14 fevral 2003-cü il tarixli qərarında qeyd olunub ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilmədən buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşdə olan sənədlərdən müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin statusu müdafiə təyinatlı torpaqdır. Azərbaycan Respublikasının qanunvericiliyində müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Dövlət əmlakın öz əlləşdirilməsi haqqında” Qanunun 31.1 və 31.1.1-ci maddələrinə əsasən həmin Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır.
55. Apellyasiya şikayətində mülki qanunvericiliyin əqdlərin etibarsızlığına dair normalarına istinad edilərək göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi qanunun tələblərini kobud şəkildə pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan, bu dəlillər məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
56. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərba ycan Respublikası Mülki Məcəlləsi
57. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir
58. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dö vlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
59. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
60. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
61. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
62. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya də yişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
63. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
64. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
65. Maddə
23. Hərbi hissələrin, hərbi t əhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.
66. Maddə
46. Dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar, habelə dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 67. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
68. Maddə 6.2.4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağandır.
69. Maddə 31.1.1. Bu Qanunun və dövlət əmlakının özəlləşdi rilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
77. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
78. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
82. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə mali k olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi hazırkı işdə mübahisəli əmlaka dair icarə və alqı-satqı müqavilələri qanunvericiliyin hər hansı imperativ qaydasına zidd bağlanmadığını,belə ki, mübahisəli əmlakın Müdafiə Nazirliyinin razılığı ilə dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verildiyini, cavabdehlərin qeyd edilən dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli torpağı vicdanlı şəkildə əldə etdiklərini,digər tərəfdən, iddiaçının “Dövlət əmlakı nın özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə istinad edərək mübahisəli daşınmaz əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlakların siyahısına daxil olduğunu bildirsə də, bununla, yəni həmin əmlakın Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak olduğunu sübuta yetirə bilmədiyini, bu barədə hər hansı mötəbər sübut təqdim etmədiyini, əksinə, işin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli daşınmaz əmlakdan əvvəllər pioner düşərgəsi kimi istifadə olunduğunı müəyyən edərək müvafiq nəticəyə gəlmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdır ılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
84. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 fevral 2023-cü il tarixli 2(103)844/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar