Məhkəmə qərarları › İş №2(103)-1344/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1344/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1344/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-200/2017 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından ərizəçilər Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı Cavabdeh MTK-ya qarşı yaşayış və qeyri-yaşayış sahələrinin təhvil verilməsi, pul və maddi ziyan tələbinə dair X1, X6, X7 iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-200/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh MTK tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-5643/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-200/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə ərizəçilər Maraqlı şəxs2 Qilman oğlu və Maraqlı şəxs1ov oğlu maraqlarına toxunan şəxs qismində prosesə cəlb edilməsi və apellyasiya şikayəti verilməsi üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-200/2017 saylı qətnaməsinin onlara rəsmi qaydada verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-15034/2016 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.4, 46, 55.1, 55.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, belə ki, Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə əsasən maraqlı şəxslər mülki prosesdə işdə iştirak edən şəxslərin sırasına aid edilmişdir. Mülki iş materiallarını araşdıran zaman müəyyən edilmişdir ki, Cavabdeh MTK məhkəmə proseslərində vəkillə təmsil edilmiş və vəkilə Cavabdeh MTK-nın möhrü ilə təsdiq edilmiş etibarnamə verilmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışa əsasən Cavabdeh MTK-nın qanuni təmsilçisi Hikmət Yigitdöldür və xx.xx.2007-ci il tarixli təsisçilərin pay bölgüsünün aparılması üçün Cavabdeh MTK-nın təsisçilərinin ümumi yığıncağında yekdilliklə qərar qəbul edilmişdir. Ərizəçinin istinad etdiyi hallar korporativ mübahisə xarakteri kəsb edir. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-200/2017 saylı mülki iş materiallarından məlum olur ki, İddiaçı və Cavabdeh MTK-nın sədri Hikmet Yiğitdöl arasında ayrı-ayrı daşınmaz əmlaklarla bağlı 5 müqavilə bağlanmış, cavabdeh tərəf səlahiyyətsiz şəxs olması ilə bağlı müqavilələrin etibarsızlığına istinad etməmişdir. Eyni zamanda ərizəçi təqdim etdiyi xx.xx.2007-ci il tarixli X4 əslini məhkəməyə təqdim etməmiş, Cavabdeh MTK-nın Nizamnaməsində istinad etdiyi halı sübut edən maddənin mövcudluğu ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Mülki qanunvericiliyin tələbinə görə səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Sözügedən müqavilələr Cavabdeh MTK-nın qanuni təmsilçisi, təsisçilərindən biri, o cümlədən sədri tərəfindən imzalanmışdır. Ərizəçi Cavabdeh MTK-nın qanuni təmsilçisi, təsisçilərindən biri, o cümlədən sədri olan Hikmət Yiğitdölün imzaladığı bütün müqavilələrdə səlahiyyət həddini aşmaqla onun maraqlarına toxunduğunu, zərər vurduğunu hesab edirsə, bu zaman o korporativ mübahisə və ya deliktdən irəli gələn mübahisə kimi Cavabdeh MTK-nın qanuni təmsilçisi, təsisçilərindən biri, o cümlədən sədri olan Hikmət Yiğitdölə qarşı ayrı iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərlə yanaşı, ərizəçi 2017-ci ildən keçən dövr ərzində qətnamədən xəbərsiz olması ilə bağlı hər hansı ağlabatan səbəb qeyd etməmişdir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi: Maraqlı şəxs2 və Maraqlı şəxs1 qərardaddan şikayət verərək, Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-15034/2016 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 357.1, 357.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Maraqlı şəxs2 və Maraqlı şəxs1 “X9” MTK-nın təsisçiləridirlər. “X9” MTK-nın nizamnaməsinə əsasən hər biri MTK-da 20 % paya sahibdirlər. Xətai rayon İcra şöbəsindən daxil olmuş məktubdan məlum olmuşdur ki, Xətai rayon məhkəməsinin 22 fevral 2017-ci il tarixli, 2(011)-200/2017 saylı qətnaməsi ilə cavabdeh “X9” MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A-2 blokunun 11-ci mərəbəsində yeləşən və ümumi sahəsi 124,7 kv.m olan 3 otaqlı, 39 saylı mənzilin, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A-2 blokunun 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,7 kv.m olan 3 otaqlı 40 saylı mənzilin cavabdeh “X9” MTK-dan alınaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli,2(193)-5643/2017 saylı qətnaməsi ilə Xətai rayon məhkəməsinin 22 fevral 2017-ci il tarixli, 2(011)-200/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmşdır. Qətnamə 15 avqust 2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir və icraya yönəlmişdir. Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmə icraçılarından yuxarıda göstərilən qətnamənin olduğu barədə məlumat əldə etmişlər. Həmin qətnamə onların maraqlarına toxunur, hüquqlarını pozur. Belə ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A-2 blokuna Maraqlı şəxs2 və Maraqlı şəxs1 sərmayə qoymuşlar və həmin mənzilləri də satmaq səlahiyyəti onlara məxsus olmuşdur. Belə ki onlar “X9” MTK-nın təsisçiləridir və hərəsi 20%paya sahibdirlər. “X9” MTK-nın təsisçilərinin ümumi yığıncağının 01 iyul 2007-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A-2 blokunun yaşayış və qeyri-yaşayış sahələri “X9” MTK-nın sədri tərəfindən yalnız təsisçi kimi onların razılığı ilə satıla bilərdi və gələn gəlir də onlara çatmalı idi. Halbuki həmin mənzillərin satılmasından onların məlumatı olmamış və gəlir onlara ödənilməmişdir. Alqı-satqı zamanı alıcı və satıcı tərəfindən digər qanunsuzluqlar da baş vermişdir. Ərizəçilər Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmədən Xətai rayon məhkəməsinin 22 fevral 2017-ci il tarixli, 2(011)-200/2017 saylı qətnaməsinin onların maraqlarına toxunulan şəxslər kimi tanınmaları barədə qərar qəbul edilməsini və apellyasiya şikayəti vermək üçün həmin qətnamənin onlara rəsmi təqdim edilməsini xahiş etmişlər. Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-15034/2016 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-15034/2016 saylı qərardadı tamamilə qanunsuz və əsassızdır. Ərizəçinin istinad etdiyi halların korporativ mübahisə xarakteri kəsb etməsi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, müqaviləni bağlayan tərəf “X9” MTK-nın sədri Hikmət Yigitgöl olsa da, o həmin müqaviləni bağlayarkən səlahiyyət həddini aşaraq MTK-nın ali idarəedici orqanı olan ümumi yığıncağının qərarını pozmuşdur. Bununla bağlı ərizəçilər tərəfindən mötəbər sübutlar təqdim edilməsinə baxmayaraq işə baxan məhkəmə sübutlara obyektiv qiymət verməyərək ərizəni təmin etməmişdir. Məhkəmə qətnaməsində göstərilir: “Eyni zamanda ərizəçi təqdim etdiyi 01 iyul 2007-ci il tarixli X4 əslini məhkəməyə təqdim etməmiş (həmin protokolun təsdiq edilmiş surəti şikayətə əlavə edilir), “X9” MTK-nın nizamnaməsində istinad etdiyi halı sübut edən maddənin mövcudluğu ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.” İşə baxan məhkəmənin bu mövqeyi qanunsuz və əsasızdır. Belə ki, məhkəmə baxışı zamanı 01 iyul 2007-ci il tarixli X4 qanuniliyi heç bir şübhə doğurmamışdır. İkinci məsələyə gəlincə Kooperativlərdə ümumi yığıncağın ali idarəedici orqan olduğu AR Mülki Məcəlləsində təsbit edildiyindən bunun sübutedilməsinə ehtiyac yoxdur və qanunvericiliyin tələbinə görə MTK təsisçiləri,həmçinin MTK sədri də ümumi yığıncağı qərarına tabe olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-200/2017 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.46. Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. 55.2. Onlar bu Məcəllənin 4.3 ‒ 4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyır. 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 385, 387; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və sübuta yetirilməyən mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, maraqlarına toxunan şəxslərin qətnamənin əldə edilməsi üçün belə bir ərizə ilə müraciət etməsi prosessual cəhətdən müzakirə tələb etmir, maraqlı şəxs kimi tanınma barədə ərizənin verilməsi isə apellyasiya (kassasiya və ya əlavə kassasiya) şikayətinin verilməsi zamanı müzakirə predmeti ola bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 422.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu şikayət, ərizə və ya protestə yazılı icraat qaydasında baxır. 423.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər. 423.4. Şikayət və ya protest məhkəmə aktının işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ərizə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər tərəfindən məhkəmə aktı barədə məlumatlı olduqları gündən 2 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra ərizənin verilməsinə yol verilmir.423.5. Şikayət və ya ərizə onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.424.1. Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.424.2. Kassasiya qərarlarının ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:424.2.1. kassasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmayan hesab edilmiş hüquq normasına əsasən qəbul edilmişsə;424.2.2. kassasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə;424.2.4. kassasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsi onun təsviri və ya əsaslandırıcı hissəsinə müvafiq olmazsa;424.2.5. işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa; 424.2.6. kasasiya instansiyası məhkəməsinin qərarı bu Məcəllənin 418.6-cı maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşsa. 429.0. Əlavə kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun hüququ vardır:429.0.1. kassasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən, təqdimatı, protesti və ya şikayəti isə təmin etmədən saxlamaq;429.0.2. kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək;429.0.3. kassasiya instansiyası məhkəməsinin qərarını tam və ya qismən və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tam və ya qismən ləğv etmək, işi kassasiya və ya apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək; 429.0.4. kassasiya instansiyası məhkəməsinin qərarını tamamilə, yaxud qismən ləğv etmək, bu Məcəllənin 259.0.1, 259.0.2, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlamaq və ya bu Məcəllənin 261.0.1—261.0.3, 261.0.6 və 261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam vermək; 429.0.5. kassasiya instansiyası məhkəməsinin qərarını ləğv etmək və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını qüvvədə saxlamaq.429.0.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrar baxılmasının yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə etmək. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən: Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. 2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. 3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Qərardadda qeyd edilmişdir ki: məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Yəni, şikayət hüququ olan şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş şikayətin verilməsindən ibarət prosessual təminatın həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə xələl gətirməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu istinad edilən qərarında vurğulamışdır ki, məhkəmə aktlarından apelyasiya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imkan yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apelyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur; Qeyd edilənlər baxımından məhkəmə tərkibi belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Bu Qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125 (V, Vİ), Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 1,3,4,18, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1 və 6-ci maddələrinə görə: məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur; məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi qadağandır; məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir; Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Ədalət mühakiməsinin həyata keçirilməsinə dair müddəaların pozulması qanunda nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur; Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən (qanunla müəyyən olunmuş qaydada) həyata keçirilir. Qeyd edilən qanunvericilik müddəalarının hüquqi təfsiri (mənası) iyerarxik məhkəmə sistemində məhkəmə icraatının aparılması prosedurunun yalnız icraat zamanı qüvvədə olan mülki prosessual qanunvericiliyə uyğun olaraq birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin səlahiyyət həddində baxılmasını müəyyən edir. Mübahisəyə (iddia tələbinə) yenidən apellyasiya icraatı qaydasında baxılması prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır, habelə apellyasiya icraatı üzrə nəticə üzərindən yeni araşdırmanın aparılması (səlahiyyətlərdən kənar olaraq) yolverilməzdir və bu səlahiyyətlərə yalnız kassasiya instansiya məhkəməsi malikdir. Qeyd edilənlərə əsasən prosessual müddətlərin ötürülməsi və ümumiyyətlə təkrar apellyasiya icraatın mümkünlüyü müzakirə edilməlidir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan)sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq, hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə prosesi qanuni qüvvəsini almış məhkəmə aktı qəbul edilərək artıq bitmiş və hətta apellyasiya instansiya məhkəməsinin icraatında da olaraq kifayət qədər müddətləri ötürmüşdür. Lakin informasiya əldə etmək haqqında qanunvericiliyə və ya iddia verildiyi halda sübutların təmin edilməsi qaydasında müvafiq müraciətlər kimi ərizəçinin vətəndaş hüquqlarından istifadə etmək imkanları tükənməmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Ərizəçilər Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-200/2017 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar