Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1079/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxna qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Ərizəçi Ərizəçi ##.##.1988-ci il tarixdə Udmurtiya MSSR-nin Yar rayonu "Şərq" kolxozunda işə qəbul edilib;
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnun Sosial Ödənişlərin Təyinatı üzrə X2 Imran Paşa oğluna ünvanladığı ##.##.2025-ci il tarixli məktubda göstərilib ki, təqdim edilmiş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 20 il 2 ay 27 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 17 il 7 ay 16 gün sığorta stajına uyğun 17762,58 manat və ##.##.2021-ci il tarixindən ##.##.2024 cü il tarixinədək 7242,11 manat olmaqla, ümumilikdə 25004,69 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ ##.##.2025-ci il tarixində qüvvədə olmuş qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına (280 manat) imkan vermir. Məlumat üçün bildirilir ki, ##.##.2025-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat, minimum əmək pensiyasının məbləği isə 320 manat müəyyən edilmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilir ki, təqdim edilmiş əmək kitabçasının surətində ##.##.2022-ci il tarixindən "xxxx" MMC-də əmək fəaliyyətinə başlamağı qeyd edilsə də, sözügedən müəssisə tərəfindən xeyrinə məcburi dövlət sosial sığorta haqları ##.##.2021-ci il tarixindən ödənilmişdir. Bu səbəbdən ##.##.2021-ci il tarixindən ##.##.2022-ci il tarixinədək olan dövr ümumi sığorta stajınıza daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilir ki, hazırda adına qüvvədə olan əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmayıb. Əlavə olaraq bildirilir ki, əmək müqaviləsinə xitam verildikdən sonra təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və məhkəmə qaydasında şikayət vermək hüququ vardır;
4. 18538556 №li kommunist partiyası biletində göstərilib ki, Ərizəçi Ermənistan SSR Amasiya rayon Icraiyyə Komitəsinin Kommunist partiyasının hesabına 1981-ci ilin mart ayından üzvlük haqqı ödəmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ##.##.1976-cı il tarixdən ##.##.1978-ci tarixədək və ##.##.1980-ci il tarixdən ##.##.1988-ci il tarixədək Ermənistan SSR Amasiya rayonu Quzukənd heyvandarlıq və südçülük Sovxozunda çoban vəzifəsində işləməyi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, # #### 1959-cu ildə Ermənistan SSR Amasiya rayonu Çivinli kəndində anadan olmuşdur. 1976-cı ildə Ermənistan SSR Amasiya rayonu Güllücə kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxna müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli 3-17 1/2-N-43513/2025-CI il tarixli məktubuna əsasən ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Ermənistan SSR Amasiya rayonu Quzukənd heyvandarlıq və südçülük Sovxozunda ##.##.1976-cı il tarixdən ##.##.1978-ci tarixədək və ##.##.1980-ci il tarixdən ##.##.1988-ci il tarixədək çoban vəzifəsində işləmişdir. ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar olaraq əmək kitabçasını işlədiyi müəssisədən- Ermənistan SSR Amasiya rayonu Quzukənd heyvandarlıq və südçülük Sovxozundan götürə bilməmişdir. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar köçdüyü Udmurtiya Muxtar SSR-nin Yar rayonu "Şərq" kolxozunda ##.##.1988-ci il tarixdən ##.##.1989-cu il tarixədək olan dövrdəki əmək fəaliyyəti də elə bu səbəbdən yenidən açılmış əmək kitabçasına qeyd edilmişdir. 1989 2004-cü illərdə Azərbaycan SSR və Azərbaycan Respublikasında müxtəlif qurumlarda müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. ##.##.2022-ci il tarixdən hazırki tarixədək "xxxx" MMC-də bağban vəzifəsində işləyir. ##.##.1976-cı il tarixdən ##.##.1978-ci tarixədək və ##.##.1980-ci il tarixdən ##.##.1988-ci il tarixədək olan dövrdə əmək fəaliyyətini təsdiq edən hüquqmüəyyənedici sənəd mövcud olmadığına, həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyinə, həmin sənədlərin bərpası mümkün olmadığına görə qeyd edilən dövrdə Ermənistan SSR Amasiya rayonu Quzukənd heyvandarlıq və südçülük Sovxozunda işləməyi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün bu ərizə ilə məhkəməyə müraciət etmişdir. Ermənistan SSR Amasiya rayonu Quzukənd heyvandarlıq və südçülük Sovxozunda ##.##.1976-cı il tarixdən ##.##.1978-ci tarixədək və ##.##.1980-ci il tarixdən ##.##.1988-ci il tarixədək çoban vəzifəsində işləməyi faktını həmin dövrdə onunla eyni sovxozda işləmiş şahidlər də təsdiq edə bilərlər.
7. Şahid şahid3 öz ifadəsində göstərmişdir ki, ərizəçi ilə birlikdə Amasiya rayonu, Çivilli kəndində yaşamışlar. Ərizəçi Quzukənd Sovxozunda çoban vəzifəsində işləmişdir. Onun (ərizəçinin) atasının görmə qabiliyyəti zəif olduğundan və o da evin böyük oğlu olduğundan hərbi xidmətdən əvvəl və qayıtdıqdan sonra orada çoban vəzifəsində işləyib. Əmək kitabçasını kim çalışıb əldə edə bilibsə, almışdır. 1981-1988-ci illərdə ərizəçi onunla birlikdə işləyib.
8. Şahid şahid2 öz ifadəsində göstərmişdir ki, ərizəçi onunla həm kəndlidir və çoban vəzifəsində işləmişdir. O, 1966-cı ildən Quzukənd Sovxozunda işləmiş, fəhlə kimi işləmişdir. Ərizəçi onuncu sinfi bitirən kimi işləmiş, hərbi xidmətə getmiş və geri qayıtdıqdan sonra yenə çoban vəzifəsində işləyib. Ərizəçinin, onun yanında neçənci ildən işləməyə başlaması yadında deyildir. Ərizəçi ondan əvvəl Ermənistan SSR-dən Azərbaycan Respublikasına gəlmişdir.
9. Şahid şahid1 öz ifadəsində göstərmişdir ki, o ərizəçini Çivilli kəndindən tanıyır. Belə ki, onunla qonşu olmuş və onunla birlikdə işləmişdir. O, 1975-ci ildən çoban vəzifəsində işləmiş, 1976-1978-ci illərdə hərbi xidmətdə olmuş, daha sonra hərbi xidmətdən qayıtdıqdan sonra sovxozda çoban vəzifəsində, 1980-ci ildən Quzukənd Süd və Heyvandarlıq Sovxozunda ferma müdiri olmuşdur. Ərizəçi isə orta məktəbi 1976-ci ildə bitirmiş, o vaxtdan çoban vəzifəsində işləmişdir. 1988-ci ildə oradan birlikdə çıxmışlar. O həm də zootexnikdir.
10. Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi Niyazlı Kənan Mahmud oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ərizəçi öz ifadəsində heç bir halı dəqiq xatırlamadığını bildirmiş, eyni zamanda o, 1988-ci ilin avqust ayına qədər işləməsini iddia etsə də, onun əmək kitabçasından 1988-ci ildə artıq işə qəbul olunduğu məlum olur. Özü də qeyd edir ki, artıq 50 il müddəti keçdiyindən illəri dəqiq xatırlaması mümkün deyildir. Yəni iş stajının təsdiq edilməsi üçün, özü həmin tarixləri dəqiq xatırlamalı və ikidən az olmamaqla şahid öz ifadəsi ilə bunu təsdiq etməlidir. Halbuki hesab edir ki, indiki mərhələdə ərizəçinin özü tarixləri dəqiq xatırlamadığından və ərizəsini tam müdafiə edə bilməmişdir. Bu səbəbdən mülki işin baxılmasına etiraz edir. Onun şahid kimi göstərdiyi dörd nəfərdə əmək kitabçası mövcuddur. şahid3 əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilmiş, şahid1 barəsində hər hansı bir əmək pensiyasının təyin olunması müəyyən olunmamış, ona sosial müavinət təyin olunmuşdur. Amalya xanıma da hər hansı əmək pensiyası müəyyən olunmamış, yalnız şahid2 2014-cü ildə ona əmək pensiyası təyin edildiyi müəyyən olunmuşdur.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ərizəçi Ərizəçi ##.##.1977-ci ildən ##.##.1978-ci ilə qədər və ##.##.1980-cı ildən ##.##.1988-ci ilə kimi Ermənistan SSR Amasiya rayonu Quzukənd Heyvandarlıq və Südçülük Sovxozunda çoban vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Leyla Talıbova).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.
13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi Ərizəçi Ermənistan SSR-də anadan olmuşdur. Yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxna müraciət etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli 3-17 1/2-N- 43513/2025-ci il tarixli məktubuna əsasən ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hazırda ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ##.##.1976-cı il tarixdən ##.##.1978-ci tarixədək və ##.##.1980-ci il tarixdən ##.##.1988-ci il tarixədək Ermənistan SSR Amasiya rayonu Quzukənd heyvandarlıq və südçülük Sovxozunda çoban vəzifəsində işləməyi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə hesab edir ki, ərizəçi Ərizəçi 1959-cu ildə anadan olmuş və həmin şəxsin doğulduğu tarix göstərilmədiyindən 18 yaşının tamam olduğu tarix ##.##.1977-ci il kimi qəbul edilməli və onun əmək fəaliyyətinə başlaması dövrü ##.##.1977-ci ildən hesablanmalıdır. Ərizəçinin ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla məhkəmə hesab etmişdir ki, Ərizəçi ##.##.1977-ci ildən ##.##.1978-ci ilə qədər və ##.##.1980-cı ildən ##.##.1988-ci ilə kimi Ermənistan SSR Amasiya rayonu Quzukənd Heyvandarlıq və Südçülük Sovxozunda çoban vəzifəsində işləməsi faktı nəzərə alınmalıdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.11, 308, 309.1, 311-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı qərarına istinadən əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Maraqlı şəxsin nünayəndəsi apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək ərizənin təmin olunan hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəyyən səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Belə ki, hazırkı iş üzrə ərizəçi hansı səbəbdən əmək kitabçasının olmamasını əsaslandıra bilməmişdir. Ərizəçidən fərqli olaraq şahidlərin hər birində əmək kitabçasının mövcud olması bu məsələdə yaranan əlavə suallar doğurur ki, ərizəçi tələbini əsaslandırarkən bu məsələyə də aydınlıq gətirməlidir. Əlavə olaraq, ərizəçi öz ifadəsində heç bir halı dəqiq xatırlamadığını bildirmiş, eyni zamanda o, 1988-ci ilin avqust ayına qədər işləməsini iddia etsə də, onun əmək kitabçasından 1988-ci ildə artıq işə qəbul olunduğu məlum olur. Özü də qeyd edir ki, artıq 50 il müddəti keçdiyindən illəri dəqiq xatırlaması mümkün deyildir. Yəni iş stajının təsdiq edilməsi üçün ərizəçinin özü həmin tarixləri dəqiq xatırlamalı və ikidən az olmamaqla şahid öz ifadəsi ilə bunu təsdiq etməlidir. Halbuki ərizəçinin özü tarixləri dəqiq xatırlamadığından ərizəsini tam müdafiə edə bilməmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019-cu il tarixli, ** saylı Qərarına əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
19. Məhkəmə ərizəçi Ərizəçi ##.##.1977-ci ildən ##.##.1978-ci ilə qədər və ##.##.1980-cı ildən ##.##.1988-ci ilə kimi Ermənistan SSR Amasiya rayonu Quzukənd Heyvandarlıq və Südçülük Sovxozunda çoban vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən etməsinə baxmayaraq, həmin dövrlərdə işləməsini ən azı iki şahid təsdiq etməmişdir. Belə ki, şahid1 öz ifadəsində göstərmişdir ki, 1976-cı ildə iş yerindən çıxmış, 1978-ci ildə işə yenidən qəbul edilmişdir. Bu halda o, ərizəçinin 1977-1978ci illərdə müəssisədə işləməsini təsdiq edə bilməzdi. Məhkəmə ərizəçinin ##.##.1977-ci il tarixdən ##.##.1978-ci ilədək işləməsi faktını müəyyən etsə də, bu dövrü yalnız bir şahidşahid2 təsdiq etmişdir. Həmçinin iş üzrə hər üç şahid ərizəçinin hansı dövrlərdə müəssisədə işlədiyini dəqiq (ən azından aylarla olmaqla) xatırlamamışdır. Bu halda ərizənin təmin edilməsi üçün əsaslar iş üzrə formalaşmamışdır.
20. Məhkəmə iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən işdə olan sübutlar düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməyərək ərizəçinin dəlillərinə düzgün münasibət bildirilməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Ikram Şirinov və Namiq Cəfərov).
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər ərizənin rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki hazırki icraat üzrə ərizəçinin sığorta stajının tamamlanıb tamamlanmaması və ona yaşa görə əmək pensiyası təyin edilməsi məsələsi həll edilmir. Yəni, ərizəçi xüsusi icraat qaydasında müraciət edərkən tələbi maraqlı şəxsi ona pensiya təyin etməyə məcbur etmək olmamışdır. Hər bir halda qeyd olunan dövr üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin ərizəçiyə əmək pensiyası təyin edilməsi zamanı müsbət təsiri olacağı istisna edilmir. Başqa sözlə ərizəçi mülki mühakimə icraatı qaydasında iş stajının müəyyən olunmasına nail olmaq istəyir. Çünki pensiya təyin edən qurum pensiya təyin etmək üçün ərizəçidən iş stajını təsdiq edən sənəd yaxud bu faktı təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə aktı tələb edir. Buna görə də ərizəçi işlədiyini iddia etdiyi qurumu və müddəti göstərməklə iş stajının, yəni konkret hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini istəyir. Çünki təsdiq olunarsa hüquqi fakt kimi bunun əhəmiyyəti ola bilər. Ərizəçi isə bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ancaq qeyd olunduğu kimi bu istəyinin qanunla müəyyən edilmiş qaydada reallaşmasına inzibati orqan olan maraqlı şəxs səlahiyyətləri çərçivəsində yardım etmir, əksinə məhkəmənin müəyyən etdiyi faktı da mübahisələndirməklə ərizəçinin düşdüyü vəziyyətin bir qədər də ağırlaşdırılmasına şərait yaradır ki, bu da pensiya yaşına çatmış ərizəçinin hüquqlarının pozulmasına səbəb olur.
23. Ərizəçi Ərizəçi ##.##.1977-ci ildən ##.##.1978-ci ilə qədər və ##.##.1980-cı ildən ##.##.1988-ci ilə kimi Ermənistan SSR Amasiya rayonu Quzukənd Heyvandarlıq və Südçülük Sovxozunda çoban vəzifəsində işləməsini həmin kənddə onunla birgə yaşamış və sovxozda birgə işləmiş, əmək kitabçası olan 3 şahid ifadələri ilə təsdiq edir. Şahid ifadələrini mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar olmalıdır. Maraqlı şəxs ərizəçinin hansı səbəbdən əmək kitabçasının olmamasını əsaslandıra bilməməkdə və 50 ilə yaxın müddət keçməsinə baxmayaraq işlədiyi tarixləri dəqiq xatırlamamaqda qınayır, şahidlər isə ərizəçinin iddia etdiyi dövrdə, yerdə və işdə işlədiyini göstərsə də birinci instansiya məhkəməsi bunu nəzərə alaraq ərizəni qismən təmin etməklə hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən etmişdir. Başqa sözlə, 3 şahidin ifadəsi ilə ərizəçinin ##.##.1977-ci ildən ##.##.1978-ci ilə qədər və ##.##.1980-cı ildən ##.##.1988-ci ilə kimi Ermənistan SSR Amasiya rayonu Quzukənd Heyvandarlıq və Südçülük Sovxozunda çoban işləməsi faktı təsdiq edilir. Şahid ifadələrini təkzib edən hər hansı sübut müəyyən edilmədi, bu ifadələrin sübut kimi qəbul olunmasını istisna edən hallar da mövcud deyil.
24. Maraqlı şəxs şikayətində məhkəmənin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən etməsinə baxmayaraq, ərizəçinin həmin dövrlərdə işləməsini ən azı iki şahidin təsdiq etmədiyini, belə ki, şahid1 ifadəsində 1976-cı ildə iş yerindən çıxdığını, 1978-ci ildə işə yenidən qəbul edildiyini, bu halda onun, ərizəçinin 1977-1978-ci illərdə müəssisədə işləməsini təsdiq edə bilmədiyini, ərizəçinin ##.##.1977-ci il tarixdən ##.##.1978-ci ilədək işləməsi faktını müəyyən etsə də, bu dövrü yalnız bir şahid şahid2 təsdiq etdiyini, həmçinin iş üzrə hər üç şahid ərizəçinin hansı dövrlərdə müəssisədə işlədiyini dəqiq (ən azından aylarla olmaqla) xatırlamadığını, bu halda ərizənin təmin edilməsi üçün əsaslar iş üzrə formalaşmadığını göstərsə də bu dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, ərizəçi milli münaqişə və etnik təmizləmə nəticəsində məcburən Ermənistan Respublikasından qaçqın kimi Azərbaycan Respublikasına gəlmişdir və məlum səbəblərdən əmək kitabçasını əldə edə bilmədiyi və ya özü ilə gətirə bilmədiyi başadüşülən olmalıdır. Məhkəmə iclasında ifadə verən şahidlərin əmək kitabçasında işlədiyi illərin bir qisminin ərizəçinin işlədiyi illərin bir qismi ilə üst-üstə düşməsi də şikayətin dəlillərini əsaslı etmir. Çünki şahidlərin əmək kitabçasındakı qeydlər onların ərizəçi ilə bir sovxozda işləməsini birbaşa təsdiq edir. Bundan əlavə, şahidlər ərizəçi ilə eyni ərazidə yaşamış, eyni yerdə və eyni peşədə(fəhlə, çoban) işləmişdir. Maraqlı şəxsin mövqeyindən belə çıxır ki, əmək kitabçasındakı qeydin ərizəçinin göstərdiyi dövrü tam əhatə etmirsə şahidlərin ifadəsi ümumiyyətlə heç bir əhəmiyyət kəsb etmir. Bu cür yanaşma səhv olmaqla sübutların qiymətləndirilməsi səlahiyyətinin məhkəməyə aid olması ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri ilə də uzlaşmır.
25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, hazırki hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlərə baxılarkən Ermənistan SSR-nin ərazisində yaşamış şəxslərlə Azərbaycan Respublikasında yaşamış şəxslər fərqləndirilməlidir. Çünki, milli münaqişə nəticəsində qovulmuş və deportasiya olunmuş şəxslərin maraqlı şəxsin arzuladığı və istədiyi formada sübutlar toplaması və təqdim etməsi məlum hadisələrə görə bəzən obyektiv səbəblərdən mümkünsüz sayılır. Ona görə də maraqlı şəxsin qeyd olunan kateqoriyadan olan ərizəçiyə münasibətdə şikayətində göstərdiyi, yəni iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır kimi tələbin məcburi olması ədalətli yanaşma deyildir. Bir daha qeyd olunur ki, hər üç şahid ərizəçi ilə bir kənddə yaşamış və bir sovxozda işləmişlər. Şahidlərdən ikisi tam olaraq, hətta ərizəçidən də qabaq həmin sovxozda işləmiş, digəri isə 1981-1988-ci ilə qədər işləsə də ərizəçini həmkəndlisi kimi tanıyıb və sovxozda işlədiyini görmüşdür. Belə çıxır ki, bir şahidin ərizəçinin göstərdiyi dövrdə tam işləməməsi və buna dair əmək kitabçasında qeydin olmaması, digərinin isə hərbi xidmətdə olduğu dövrdə ərizəçinin 1977-1978-ci illərdə işləməsini bilavasitə görməməsi yaxud hər üç şahidin ərizəçinin hansı dövrlərdə müəssisədə işlədiyini dəqiq (ən azından aylarla olmaqla) xatırlamaması onların ifadəsinin mötəbərliliyini inkar etmiş olur. Əlbətdə ki, bu milli münaqişə nəticəsində qovulmuş və deportasiya olunmuş şəxslərə, o cümlədən hazırki iş üzrə ərizəçiyə münasibətdə açıq-aşkar ədalətsiz yanaşmadır ki, bu da yolverilməz sayılmalıdır.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2, 21.1-ci maddələrinə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı Qərarına istinadən əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
27. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs X1 (nümayəndəsi və vəkili Niyazlı Kənan Mahmud oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi şikayətin dəlillərinə formal yanaşmış, şahidlərin eyni tarixlərdə eyni müəssisədə işləməsi halında ərizəçinin iş stajına dair şahidlik edə biləcəyi halını gözardı etmişdir. Bir halda ki, şahid şahid1 1977-1978-ci mübahisəli müəssisədə işləməmişdir, belə olduqda ərizəçinin iş stajına dair həmin dövrləri öz ifadəsi ilə təsdiq edə bilməzdi. Beləliklə, 1977-1978-ci illərə dair yetəri qədər sübut iş üzrə formalaşmamış, apellyasiya məhkəməsi bu hala ötəri münasibət bildirmişdir.
29. Iş üzrə təqdim edilmiş sübutlar qətnamənin ləğv edilməsi üçün kifayət qədər əsaslı olsa da, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla səhvə yol vermişdir.
30. Məhkəmə kollegiyası tərəfindən qətnamə qəbul edilərkən işdə olan sübutlar düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməyərək şikayətin dəlillərinə düzgün münasibət bildirilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.
33. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
34. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
35. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işdəki sübutlar əsasında bu qənaətə gəlmişlər ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hüquqi faktın tanınması üçün prosessual əsaslar mövcuddur.
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və maraqlı şəxsin kassasiya şikayəti ilə eynilik təşkil edən dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
43. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.