Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-677/2026 28.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, ərizəçi Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, maraqlı şəxs2 Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, # ##### 1958-ci il tarixdə maraqlı şəxs2 Böyük Mərcanlı kəndində anadan olmuşdur. Məlum hadisələrlə əlaqədar ailəsi ilə birlikdə 1993-cu il tarixdə daimi yaşadığı maraqlı şəxs2dan məcburi köçkün düşərək Biləsuvar rayonu * saylı qəsəbə ev 143 ünvanda məskunlaşmışdır. Özü ailəlidir, ixtisasca mexanikdir, pensiya yaşına çatmış və əmək pensiyası təyin edilmişdir. O, 1975-ci il tarixdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin X2 Texnikumuna qəbul olmuş, 1977-1979-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, həqiqi hərbi xidməti bitirdikdən sonra, yəni 1979-cu il tarixdən 1981-ci il tarixədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin X2 Texnikumunda təhsilini davam etdirmişdir. Təhsilini bitirdikdən sonra, yəni 1981-ci il tarixdən ## ###### 1993-cü il tarixədək maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxozda anbardar vəzifəsində işləmişdir. Lakin maraqlı şəxs1 tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası hesablanan zaman onun 1981-ci il tarixdən ## ###### 1993-cü il tarixədək maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxozda anbardar vəzifəsində işlədiyi illər nəzərə alınmamışdır. O, əmək pensiyasının yenidən hesablanması üçün maraqlı şəxsə müraciət etmişdir. Onun 1982-1993-cü illər üzrə əmək fəaliyyəti dövrü 2020-ci ilə qədər işğal zonası sayılan ərazidə olduğu üçün ona həmin dövrün araşdırılaraq sığorta stajına daxil edilməsinin mümkün hesab edilməməsi bildirilmişdir. Bundan başqa, 1981-ci il tarixdən ## ###### 1993-cü il tarixədək işləməsinə dair sənədləri almaq üçün maraqlı şəxs2 Dövlət Arxiv İdarəsinə müraciət etmiş, lakin ona arxiv sənədlərinin işğal zonasında qalmasını bildirmişlər. Bütün bunları nəzərə alaraq, özünün 1981-ci il tarixdən ## ###### 1993-cü il tarixədək maraqlı şəxs2 “Məhəmməd Füzuli adına kolxoz”da anbardar vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. maraqlı şəxs2 Məhkəməsinin # ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Tərlan Nüsrətov) ərizə təmin edilərək, Ərizəçi 1981-ci il tarixdən ## ###### 1993-cü il tarixədək maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxozda anbardar vəzifəsində işləməsi faktının müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, maraqlı şəxs2 ## ###### 1993-cü il tarixdə Ermənistan Respublikası tərəfindən işğal olunan zaman maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxozun arxiv sənədləri işğal zonasında qalmış və bu səbəbdən də maraqlı şəxs tərəfindən məhz bu illərin Ərizəçi iş stajına daxil edilməsi mümkün olmamışdır. Bundan başqa, Ərizəçi 1981-ci il tarixdən ## ###### 1993-cü il tarixədək maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxozda anbardar vəzifəsində işləməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Ərizəçi Ərizəçi ona əmək pensiyası təyin edilməsinə baxmayaraq, 1982-1993-cü illər üzrə onun əmək fəaliyyəti dövrü 2020-ci ilə qədər işğal zonası sayılan ərazidə olduğu üçün həmin dövrün araşdırılaraq sığorta stajına daxil edilməklə, yenidən əmək pensiyasının hesablanması mümkün hesab edilmədiyinə görə öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi məqsədilə “əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Ərizəçi 1981-ci il tarixdən ## ###### 1993-cü il maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxozda anbardar vəzifəsində işləməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, o, ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişlər. Bundan başqa, ərizəçi Ərizəçi 1981-ci il tarixdən ## ###### 1993cü il tarixədək maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxozda anbardar vəzifəsində işləməsi faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə mövqeyini “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı ## ##### 2019-cu il tarixli Qərarının 1.2-ci,1.3-cü,1.4-cü, 13.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, hazırkı iş üzrə qeyd olunan dövrlərin təsdiq edilməsində ərizəçinin hüquqi marağı həmin dövrlərin nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanmasıdır. İşdən bəlli olur ki, ərizəçiyə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyinatı aparılmışdır, yəni ərizəçinin ##.##.2006-cı il tarixinədək 25 il ümumi sosial sığorta stajının olmamasına baxmayaraq onun ##.##.2006-cı il tarixindən fərdi şəxsi hesabında pensiya kapitalı qeyd olunduğundan ona mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq ##.##.2006-cı il tarixinədək 25 il sosial sığorta stajı bağışlanılmışdır. Belə ki, ərizəçinin ##.##.2006-cı il tarixinədək təsdiq edilən dövrlərdə nəzərə alınarsa 25 il sosial sığorta stajı tamamlanmır. Yəni inzibati orqan tərəfindən ərizəçiyə yaşa görə əmək pensiyası təyin edilərkən 25 il olaraq nəzərə alınan stajın tərkibində olan 1981-ci il tarixindən 1993-cü il tarixinədək olan dövrün məhkəmə tərəfindən təsdiq edildiyi təqdirdə onun əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün deyildir. Qeyd olunanlardan belə nəticəyə gəlinir ki, 1981ci il tarixindən 1993-cü il tarixinədək olan dövrün məhkəmə tərəfindən təsdiq edilməsi ərizəçiyə münasibətdə şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə, xitam verilməsinə əsas olmur. Sözügedən halar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamış və əsassız qətnamə çıxarılmışdır. İŞİN HALLARİ: maraqlı şəxs1 tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 3-17-## ###### 2025-ci il tarixli */*-B-******/**** saylı məktubunun surətindən görünür ki, Ərizəçi əmək pensiyasının yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş Ərizəçi əmək pensiyasının yenidən hesablanması mümkün hesab olunmur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi maraqlı şəxs2 İcra Hakimiyyəti maraqlı şəxs2 ## ###### 2026-cı il tarixli 3-48-11RA/2 V-**-**/**** saylı məktubundan görünür ki, maraqlı şəxs2 ## ###### 1993-cü il tarixdə işğal olunan zaman maraqlı şəxs2 İctiami İaşə Birliyinin arxiv sənədləri işğal zonasında qalmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş: X6 ifadəsində bildirmişdir ki, Ərizəçi tanıyır və həmkəndlidir. Özü # ##### 1959-cu ildə maraqlı şəxs2 Böyük Mərcanlı kəndində anadan olmuş və ixtisasca aqronomdur. O, 1976cı il tarixdən 1981-ci il tarixədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin X2 Texnikumunda təhsil almışdır. Təhsilini bitirdikdən sonra, yəni 1981-ci il tarixdən ## ###### 1993-cü il tarixədək maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxozda aqronom vəzifəsində işləmişdir. Onun özünün də həmin kolxozda aqronom vəzifəsində işləməyi faktı məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə ki, maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxozun müəyyən dövrlər üzrə arxiv sənədləri işğal zonasında qalmışdır. Məhz bu səbəbdən də, özü, ərizəçi Ərizəçi və həmin kolxozda işləmiş bir sıra şəxslər bu problemlə üzləşmişdir. maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxoz rayonun Böyük Mərcanlı kəndində yerləşirdi, kolxozun əsas fəaliyyəti taxılçılıq və heyvandarlıq sahələri olmuşdur. Ərizəçi maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxozda işlədiyi müddət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur. Qarayev Qüdrət İsrəfil oğlu ifadəsində bildirmişdir ki, Ərizəçi tanıyır. Belə ki, onlar həmkəndlidirlər. Özü ## #### 1955-ci ildə maraqlı şəxs2 Böyük Mərcanlı kəndində anadan olmuş və ixtisasca mühəndisdir. Belə ki, 1976-cı il tarixdən 1982-ci il tarixədək X4 İnstitutunun Bakı Filialında təhsil almışdır. Təhsilini bitirdikdən sonra, yəni 1981-ci il tarixdən ## ###### 1993-cü il tarixədək maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxozda mühəndis vəzifəsində işləmişdir. Onun özünün də həmin kolxozda aqronom vəzifəsində işləməyi faktı məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə ki, maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxozun müəyyən dövrlər üzrə arxiv sənədləri işğal zonasında qalmışdır. Məhz bu səbəbdən də, özü, ərizəçi Ərizəçi və həmin kolxozda işləmiş bir sıra şəxslər bu problemlə üzləşmişdir. maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxoz rayonun Böyük Mərcanlı kəndində yerləşirdi, kolxozun əsas fəaliyyəti taxılçılıq və heyvandarlıq sahələri olmuşdur. Ərizəçi maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxozda işlədiyi müddət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ: X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçıya 2023-cü ildə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda əmək kitabçasını təqdim edə bilməmişdir. Həmçinin kolxozda işlədiyi dövr üzrə əmək fəaliyyəti əmək kitabçasında qeydə alınmadığından və həmin kolxoz tərəfindən əmək kitabçası təqdim edilmədiyindən, həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Bununla belə, iddiaçı bu halların baş verməsinin səbəblərini əsaslandıra bilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin də əmək kitabçaları mövcud olmamış, lakin onların da kolxozda işlədikləri dövrlər məhkəmə qaydasında müəyyən edilərək sosial sığorta stajına daxil edilmişdir. İddiaçıya pensiya avtomatlaşdırılmış qaydada təyin edilərkən, 2006-cı ilədək 25 illik sosial sığorta stajını tam başa vurmadığına baxmayaraq, ona 25 illik sosial sığorta stajı nəzərə alınmışdır. Bundan əlavə, iddiaçının Füzuli adına kolxozda işlədiyi dövr sosial sığorta stajına daxil edilsə belə, onun ümumi sosial sığorta stajı yenə də 25 ilə çatmır. Həmçinin həmin dövrün staja əlavə edilməsi iddiaçı ilə maraqlı şəxs arasında mövcud hüquq münasibətlərinin dəyişməsinə, eləcə də təyin edilmiş pensiyanın məbləğinin artmasına səbəb olmayacaqdır. Qeyd edilənləri nəzərə alaraq, şikayətin təmin edilməsini xahiş etdi. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, 1981–1993-cü illərdə Füzuli adına kolxozda ərzaq anbardarı vəzifəsində işləmişdir. Həmin dövrə aid əmək fəaliyyətimi təsdiq edən sənədlər kolxozun idarəsində qalmışdır. Birinci instansiya məhkəməsində şahid qismində Paşayev Xalqverdi və Qarayev Qüdrət dindirilmişlər. Paşayev Xalqverdi həmin kolxozda aqronom, Qarayev Qüdrət isə çilingər vəzifəsində çalışmışdır. 2023-cü ilin # ##### tarixindən yaşa görə əmək pensiyası alır. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. MPM-in 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli * saylı Qərarın 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Qərarın 1.4-cü bəndində göstərilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə, qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə, belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Adıçəkilən Qərarın 13.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığorta olunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığorta olunana əmək pensiyası təyin edilir. maraqlı şəxs1 Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2 və 3.2.2-ci bəndlərinin tələblərinə əsasən 2006-cı il ######ın # dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: İlk öncə məhkəmə tərkibi bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmə tərkibi maraqlı şəxsin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə təqdim edilmiş sübutlardan və tərəflərin izahatlarından aşkar görünür ki, Ərizəçi 1981-ci il tarixdən ## ###### 1993 cü il tarixədək maraqlı şəxs2 Məhəmməd Füzuli adına kolxozda anbardar vəzifəsində işləmişdir. Bu fakt həmçinin şahid ifadələri ilə də təsdiq olunmuşdur. Maraqlı şəxs öz apellyasiya şikayətində 1981-ci il tarixindən 1993-cü il tarixinədək olan dövrün məhkəmə tərəfindən təsdiq edilməsi ərizəçiyə münasibətdə şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə, xitam verilməsinə əsas olmadığını bildirsə də, bu hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə mane olan hal kimi qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, məhkəmə tərkibi diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən maraqlı şəxs apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən ərizənin təmin olunmasını istisna edən hallar barədə mötəbər sübutlarını verməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb və MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. maraqlı şəxs2 Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-677/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-677/2026
28.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver