Məhkəmə qərarları › İş №2(1-8)-792/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-792/2026

19.05.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-792/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi Qubadlı rayonundan məcburi köçkündür.

2. X5 ##.##.1979-cu il tarixdə Partiyanın 23-cü qurultayı kolxozuna baş mühasib, ##.##.1989- cu il tarixdə Qubadlı rayonu, “Məşədi Əzizbəyov” adına kolxoza baş mühasib vəzifəsinə təyin edilmişdir.

3. X1 ##.##.1974-cü il tarixdə Qubadlı rayonu, “Məşədi Əzizbəyov” adına kolxoza sürücü vəzifəsinə işə götürülmüşdür.

4. Qubadlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsi ilə X6 1979-cu ilin iyul ayından 1993-cü ilin avqust ayının 31-dək Qubadlı rayonu, “Məşədi Əzizbəyov” adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1981-ci ilin avqust ayından 1983cü ilin may ayınadək, 1985-ci ilin avqust ayından ## ###### 1993-cü il tarixədək Qubadlı rayonu, Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işlədiyi müddətin sığorta stajına hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, ##.##.1965-ci il tarixdə Qubadlı rayonu, Xocahan kəndində doğulmuşdur. Müharibə nəticəsində məcburi köçkün düşmüşdür. Pensiya yaşına çatdıqda əmək pensiyası almaq hüququndan istifadə edə bilməyi üçün iş stajına dair sənədlərin təqdim olunması tələb olunacaq. Lakin ##.##.1993-cü ildə işlədiyi ərazi işğala məruz qaldığı üçün, həmin müəssisəyə məxsus bütün sənədlər məhv edilmişdir. 1983-1985-ci il aralığında Rusiya dövlətində hərbi xidmətdə olmuş və “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işləmişdir. Həmkəndliləri bunu təsdiq edə bilər. Sığorta stajının müəyyən edilməsi pensiya hüququnun həyata keçirilməsi üçün lazımdır.

7. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, ərizəçinin məhkəmənin icraatında olan *(***)-***/**** nömrəli mülki iş üzrə ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda qeyd edilir ki, ərizəçi tərəfindən iş materiallarına şahidlər barəsində məlumatlar və ya onların əmək kitabçasının surətləri əlavə edilməmişdir.

9. Qubadlı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ramiz Quliyev) ərizə təmin edilərək, ərizəçinin 1981-ci ilin avqust ayından 1983-cü ilin may ayınadək, 1985-ci ilin avqust ayından ## ###### 1993-cü il tarixədək Qubadlı rayonu, Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir.

10. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ərizəçi həqiqətən də 1981- 1983-cü ilədək və 1985-1993-cü ilədək Qubadlı rayonu, Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozunda fəhlə işləmişdir. Bu hal ərizəçinin, o cümlədən şahidlərin məhkəmə iclasında verdikləri izahatları və onların həmin kolxozda işləmələrini təsdiq edən müvafiq sənədlərlə sübut olunmuşdur.

11. Məhkəmə öz hüquqi mövqeyini AR MPM-nin 307.1, 308-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Maraqlı şəxs apellyasiya şikayəti verərək, iş üzrə Qubadlı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin işlədiyini iddia etdiyi dövr ən azı iki şahidin işlədiyi dövrlə üst-üstə düşməli olduğundan, sadalanan şahid ifadələrindən aşağıda qeyd olunan nəticələrə gəlmək mümkündür: 1-ci şahid N.Quliyevin özünün yuxarıda adı qeyd olunan kolxozda işləməsinə dair əmək kitabçası olmamış, göstərilən illərdə kolxozda işləməsi yalnız müvafiq qətnamə ilə tanınmışdır, hansı ki, qiyabi formada çıxarılmış qətnamədir. Odur ki, həmin şahidin ifadəsi tamamilə mötəbər sübut kimi qəbul edilə bilməz. 2ci şahid M.Həsənov özü 1979-1981-ci ilə kimi ümumiyyətlə ərizəçi ilə eyni kolxozda işləməmiş, işlədiyi “23-cü Partiya Qurultayı” kolxozu ilə ərizəçinin işlədiyini bildirdiyi “Məşədi Əzizbəyov adına” kolxozun arasındakı məsafə qısa olduğu üçün ərizəçinin həmin illərdə qeyd olunan kolxozda işlədiyini, özünün 1989-cu ildən “Məşədi Əzizbəyov adına” kolxozda işlədiyini bildirmişdir. Göründüyü kimi, ərizəçi ilə birgə işlədiyi dövrün tam mövcud olmaması səbəbindən ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, yalnız 3-cü şahid Ə.Ağayev 1974-cü ildən 1993-cü ilədək “Məşədi Əzizbəyov adına” kolxozda ərizəçi ilə birgə işləmişdir. Lakin yuxarıda qeyd olunan xüsusatlara baxmayaraq, ərizəçinin ərizəsi təmin edilərək, 1981-ci ilin avqust ayından 1983-cü ilin may ayınadək, 1985-ci ilin avqust ayından ## ###### 1993-cü il tarixədək Qubadlı rayonu, Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işləməsi faktı müəyyən edilmişdir. Halbuki, ərizəçinin işlədiyi illəri əhatə edən dövrün təsdiqlənməsi ən azı iki şahid tərəfindən mötəbər sübutlarla yanaşı təsdiqlənməli idi. Əlavə olaraq ərizəçi məhkəməyə müraciət edərkən, gələcəkdə pensiya təyin edən orqana müraciət edəcəyi zaman iş stajına dair sənədlərin təqdim olunması faktoruna görə hazırda iş stajının təsdiqlənməsi ilə bağlı müraciət etdiyini bildirmiş, lakin hazırda işlədiyinə və əmək kitabçası olmasına dair heç bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən qətnamədən qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya şikayəti vermək zərurəti yaranmışdır. 2006-cı il ######ın #-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Lakin iş materiallarından göründüyü kimi, ərizəçinin məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair əmək kitabçası mövcud olmadığı halda, məhkəməyə dəvət olunan və ərizəçi ilə birgə işləyən iki şahidin əmək kitabçası vardır. Bu isə ərizəçinin əmək kitabçasının üzrlü səbəbdən təqdim edə bilməməsini əsaslandırmır. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi ücün catışmayan is stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və va sistemdə birgə isdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: Ən azı iki nəfər sahid olmalı; Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli): Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Lakin hazırkı iş üzrə məhkəmə iclasında iştirak etmiş şahidlərdən yalnız biri ərizəçinin 1974-cü ildən 1993-cü ilədək “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işləməsi faktını təsdiq etmişdir. Ərizəçinin 60 yaşı ##.##.2025-ci il tarixdə tamam olmuşdur. Yəni hazırda iddia olunan 12 il 6 ay güzəştli staja münasibətdə cəmi 9 il 9 ay həmçinin, hazırkı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququn yaranması üçün azı 25 il ümumi sığorta stajı olmalı, bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmalıdırlar. Beləliklə, ərizəçinin kolxozda işləməsi faktının təsdiq etdirməsində məqsəd ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsidir. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Sözügedən məhkəmə qətnaməsi ilə xüsusi icraat qaydasında təsdiq edilmiş 9 il 9 ay (1981-1983 və1985-1993-cü illər) ərizəçiyə hazırkı qanunvericiliklə sosial təminat sahəsində heç bir hüquqi nəticə yaratmır. Yəni, ərizəçi 9 il 9 ay sığorta stajına münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etmir. Halbuki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi ilə nəticələnsin. Axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Normativ sənədin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Alınma mənbəyini göstərə bilmədən sahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə yönəlməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Həmçinin, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalıdır. Yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəvə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən, məruzəçi), Səyyad Qafari və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qubadlı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq qeyd etmişdir ki, tərəfin apellyasiya şikayətində göstərdikləri dəlillər əsassızdır, həmin dəlillər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

16. Belə ki, işdə ifadə verən şahidlərin ərizəçi ilə eyni kolxozda işləməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilmiş, həmin sübutların mötəbərliyini təkzib edən hər hansı sübutlar iş materialları ilə müəyyən edilmir, nə də apellyator tərəfindən apellyasiya şikayətinə etirazını əsaslandığı hallara dair heç bir sübut əlavə edilməmişdir.

17. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 60-cı, habelə MPM-nin 307.2.11, 308, 372.6, 372.7, 384.0.1, 402.1-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsinə icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. Maraqlı şəxs kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, ərizəçinin məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair əmək kitabçası mövcud olmadığı halda, məhkəməyə dəvət olunan və ərizəçi ilə birgə işləyən iki şahidin əmək kitabçası vardır. Bu isə ərizəçinin əmək kitabçasının üzrlü səbəbdən təqdim edə bilməməsini əsaslandırmır. Məhkəmə iclasında iştirak etmiş şahidlərdən yalnız biri ərizəçinin 1974-cü ildən 1993-cü ilədək “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işləməsi faktını təsdiq etmişdir. Belə ki, 1-ci şahid N.Quliyevin özünün yuxarıda adı qeyd olunan kolxozda işləməsinə dair əmək kitabçası olmamış, göstərilən illərdə kolxozda işləməsi yalnız müvafiq qətnamə ilə tanınmışdır, hansı ki qiyabi formada çıxarılmış qətnamədir. Odur ki, həmin şahidin ifadəsi tamamilə mötəbər sübut kimi qəbul edilə bilməz. 2-ci şahid M.Həsənov özü 1979-1981-ci ilə kimi ümumiyyətlə ərizəçi ilə eyni kolxozda işləməmiş, işlədiyi “23-cü Partiya Qurultayı” kolxozu ilə ərizəçinin işlədiyini bildirdiyi “Məşədi Əzizbəyov adına” kolxozun arasındakı məsafə qısa olduğu üçün ərizəçinin həmin illərdə qeyd olunan kolxozda işlədiyini, özünün 1989-cu ildən “Məşədi Əzizbəyov adına” kolxozda işlədiyini bildirmişdir. Göründüyü kimi, ərizəçi ilə birgə işlədiyi dövrün tam mövcud olmaması səbəbindən ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz; Beləliklə, yalnız 3-cü şahid Ə.Ağayev 1974-cü ildən 1993-cü ilədək “Məşədi Əzizbəyov adına” kolxozda ərizəçi ilə birgə işləmişdir. Ərizəçinin 60 yaşı ##.##.2025-ci il tarixdə tamam olmuşdur. Yəni hazırda iddia olunan 12 il 6 ay güzəştli staja münasibətdə cəmi 9 il 9 ay. Həmçinin, hazırkı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququn yaranması üçün azı 25 il ümumi sığorta stajı olmalı, bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmalıdırlar. Beləliklə, ərizəçinin kolxozda işləməsi faktının təsdiq etdirməsində məqsəd ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsidir. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, səbəb olan faktlarımüəyyən edir. Sözügedən məhkəmə qətnaməsi ilə xüsusi icraat qaydasında təsdiq edilmiş 9 il 9 ay (1981-1983 və 1985-1993-cü illər) ərizəçiyə hazırkı qanunvericiliklə sosial təminat sahəsində heç bir hüquqi nəticə yaratmır. Yəni, ərizəçi 9 il 9 ay sığorta stajına münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etmir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə 60. İ Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı Qərarı

22. Bənd 1.2 Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

23. Bənd 13 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

30. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

36. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, ərizəçinin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. Ərizəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

38. Belə ki, apellyasiya instansiya məhkəməəsi müəyyən etmişdir ki, ərizəçi həqiqətən 1981cü ildən 1983-cü ilədək və 1985-cü ildən 1993-cü ilədək Qubadlı rayonu, Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozunda fəhlə işləmişdir. Bu hal ərizəçinin, o cümlədən şahidlərin məhkəmə iclasında verdikləri izahatları və onların həmin kolxozda işləmələrini təsdiq edən müvafiq sənədlərlə təsdiq olunmuşdur.

39. Apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq qeyd etmişdir ki, tərəfin apellyasiya şikayətində göstərdikləri dəlillər əsassızdır, həmin dəlillər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

40. Belə ki, işdə ifadə verən şahidlərin ərizəçi ilə eyni kolxozda işləməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilmiş, həmin sübutların mötəbərliyini təkzib edən hər hansı sübutlar iş materialları ilə müəyyən edilmir, nə də apellyator tərəfindən apellyasiya şikayətinə etirazını əsaslandığı hallara dair heç bir sübut əlavə edilməmişdir.

41. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı Qərarının 13-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən AR MPM-nin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

42. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi ərizəçinin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nizirliyinin tabeliyində DSMF X3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar