Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1875/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) hakimlər: X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X5 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi Ərizəçi, onun nümayəndəsi Qanuni nümayəndə, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək fəaliyyəti ilə məşğul olması və sosial sığorta stajının işlədiyi müddətə qədər müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əmək kitabçasının bərpa edilməsi, onun ##.##.1989-cu il tarixdən ##.##.1994-cü il tarixə kimi “xxxx” kooperativində tikici sahəsində işləməyi faktının müəyyən edilməsi və sosial sığorta stajının işlədiyi yerə görə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. ##.##.2026-cı il tarixli məhkəmə iclasında ərizəçinin nümayəndəsi Qanuni nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizəni dəqiqləşdirərək, ərizəçinin ##.##.1989-cu il tarixdən 1992-ci ilin noyabr ayınadək “xxxx” Kooperativində tikiş sahəsində əmək fəaliyyəti ilə məşğul olması və sosial sığorta stajının işlədiyi müddətə qədər müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, o, ## #### 1965-ci il tarixdə Bakı şəhərində anadan olub. ##.##.1983-cü il tarixdən əmək fəaliyyətinə başlayıb. Yaş həddini nəzərə alıb, ## #### 2023-cü il tarixində ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək xahiş edib ki, təqaüdə çıxmağı barədə qərar qəbul etsinlər. Lakin ona bildiriblər ki, araşdırma zamanı onun 58 yaşının tamam olduğu tarixə ümumi iş stajının 25 ildən az təşkil etdiyi 22 il 3 ay müəyyən olunub. Ərizəçi ## ##### 1983cü il tarixdən əmək fəaliyyətinə başlayıb. Əmək kitabçasında iş stajının əvvəli yazılsa da, ## ######## 1989-cu il tarixdən ##.##.1994-cü il tarixə kimi işləsə də, uşaqları balaca olan vaxtı əmək kitabçasının arasından həmin vərəqləri çıxarıb, cırıblar və nəticədə vərəqlər yararsız vəziyyətə düşdüyündən atılıb. Əmək kitabçasına baxdıqda, əmək kitabçasının 5, 6, 7 və * saylı vərəqlərinin olmadığı açıq-aydın görünür. Əmək kitabçasının 4-cü səhifənin, 5-ci sırasında qeyd olunur ki, o, ## ###### 1989-cu il tarixdə “Uvolena perevodam” 1-ci bəndinə əsasən “xxxx” st 36 p-5 düşməsi ilə vəzifəsindən həmin tarixdə, işini dəyişməklə, Kooperativə, “şveya” vəzifəsinə, işə qəbul olunub. ##.##.1989-cu il tarixdən 3 dərəcəli mex üzrə mütəxəssis olub. ##.##.1994-cü il tarixə kimi həmin sahədə çalışıb. Onun həmin Kooperativdə işləməyini, onunla həmin kooperativdə həmin illərdə işləmiş X2 və X11 təsdiq edə bilərlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva) ərizənin təmin edilməsi, Ərizəçi ##.##.1989-cu il tarixdən 1992-ci ilin noyabr ayınadək “xxxx” Kooperativində tikiş sahəsində işləməsi faktının müəyyən edilməsi və sosial sığorta stajının işlədiyi müddətə qədər müəyyən edilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun Ərizəçi aid edilməsi qət edilmişdir.
5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi iş stajını başqa qaydada müəyyən edə bilmədiyindən, yəni 1989-cu il tarixdən 1992-ci ilin noyabr ayınadək “xxxx” Kooperativində işləməsini sübut edəcək hər hansı sənəd mövcud olmadığından onun ##.##.1989-cu il tarixdən 1992-ci ilin noyabr ayınadək “xxxx” Kooperativində tikiş sahəsində əmək fəaliyyəti ilə məşğul olması və sosial sığorta stajının işlədiyi müddətə qədər müəyyən edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
6. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əvvəlki icraat zamanı olan şahid ifadələrinə istinad etmişdir. Lakin həmin iş baxılmamış saxlanıldığından və qanuni qüvvəsini almadığından qeyd edilən şahid ifadələri mötəbər sayıla bilməz. Bu səbəbdən e-2(007)- ****/**** nömrəli qətnamə əsassızdır və ləğv edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, ərizəçi qeyd edir ki, uşaqları tərəfindən əmək kitabçası cırılaraq yararsız hala salınmışdır. Məhkəmə iclasında ərizəçi Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərlə eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, pensiyaya çıxmaq üçün 3 ili çatmır. Əmək kitabçasında həmin vərəqlər cırılıb, ona görə də işlədiyi illəri görmək mümkün deyil. Ərizəçi ərizəsinə əsasən o, X6 1984-cü ildən işə qəbul olunmuşdur. İdarənin adı 1989-cu ilə qədər * nömrəli X6 idi. 1989-cu ildə İdarənin adı dəyişib "xxxx" Kooperativi olmuşdur. Ərizəçinin ifadəsinə əsasən İdarə 1994-cü ildə tamamilə ləğv olunmuş və hamı işdən çıxmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ###### 2024-cü il tarixli məktubundan görünür ki, dövlət reyestrində "xxxx" firmasının ##.##.1994-cü il tarixdə 1502 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə X6 və “xxxx” Kooperativi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Ərizəçi ərizəsində əmək kitabçasının uşaqları, məhkəmə iclasında isə əri tərəfindən ailə münaqişəsi zamanı yararsız hala salındığını bildirmişdir. Sözügedən səbəblər Ali Məhkəmənin ## ##### 2019-cu il tarixli Plenum Qərarında qeyd edilən üzrlü hallara aid deyildir. Ərizəçinin ifadələrindəki ziddiyyət bir daha qətnamənin hərtərəfli, tam, obyektiv araşdırılmadan qəbul edildiyini göstərir. Yuxarıda göstərilən səbəblərdən Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e*(***)-****/**** nömrəli nömrəli qətnaməsindən qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya şikayəti vermək zərurəti yaranmışdır. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. İş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Qanunvericiliyin tələbindən görünür ki, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir İdarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Lakin hazırki iş üzrə şahidlərin əmək fəaliyyətini təsdiq edən sənədlərin mötəbərliyi şübhəlidir. Göründüyü kimi məhkəmə əvvəlki icraat zamanı olan şahid ifadələrinə istinad etmişdir. Lakin həmin iş üzrə ərizə baxılmamış saxlanıldığından və qanuni qüvvəsini almadığından qeyd edilən şahid ifadələri mötəbər sayıla bilməz. Bu səbəbdən e-*(***)- ****/**** nömrəli qətnamə əsassızdır və ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qətnamədə bu hala hüquqi qiymət verməyərək formal mülahizələrə və mötəbər olmayan şahid ifadələrinə əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Belə ki, hər iki şahid 1992-ci il tarixdə müəssisənin bağlandığını, hər kəsin işdən çıxdığını bildirmişdir. Lakin şahidlərin əmək kitabçalarında 1994-1995-ci illərə aid qeydlər müəyyən edilmişdir. Həmçinin, Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli, **************** nömrəli cavab məktubunda ərizəçinin işlədiyini iddia etiyi “xxxx” kooperativinin 1994-cü ildən qeydiyyatdan keçməsi bildirilmişdir. Bu hal yuxarıda qeyd edilən ziddiyyətli məqamın mövcudluğunu bir daha göstərir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
10. Ərizəçi Ərizəçi məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Ərizəçi Ərizəçi nümayəndəsi Qanuni nümayəndə məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 305.1.1 Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır: Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; Maddə 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; Maddə 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; Maddə 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 309.2. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 310.2. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı işdə ərizə təmin edildiyindən və qətnamə maraqlı şəxs tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. İşin halları ilə müəyyən edilir ki, Ərizəçi ##.##.1984-cü il tarixdə X6 işə qəbul olunmuşdur. 1989-cu ildə X6 “xxxx” Kooperativinə çevrilmişdir. 1994-cü il tarixdə isə “xxxx” Kooperativi bağlanmışdır. Ərizəçinin əmək kitabçasında 1989-cu ildən 1992-ci ilə kimi əmək stajı qeyd olunan vərəqələri məhv edilmişdir. Ərizəçi ona yaşa görə əmək pensiyası təyin edilməsi haqqında ərizə ilə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami Rayon Şöbəsinə müraciət etmişdir. Cavab olaraq ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi bildirilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 58 yaşının tamam olmadığı ##.##.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, lakin iki aydan sonra pensiyanın verilməsi dayandırılmışdır.
17. Hazırda iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ##.##.1989-cu il tarixdən 1992-ci ilin noyabr ayınadək “xxxx” Kooperativində tikiş sahəsində əmək fəaliyyəti ilə məşğul olması və sosial sığorta stajının işlədiyi müddətə qədər müəyyən edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı Qərarında qeyd edilir ki, “...məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır”.
19. Həmin Qərarın 13.1-ci bəndində göstərilmişdir ki, “nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2017-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir...”
20. Həmin Qərarın 13.4-cü bəndində göstərilmişdir ki, “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.”
21. Ali Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqedən aydın olur ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrin təmin edilməsi üçün ərizəçi tərəfindən belə sənədlərin başqa yolla əldə edilə bilməməsi barədə sübutlar təqdim edilməlidir.
22. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı daha əvvəl hazırki iddia ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib və məhkəmənin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi ##.##.1989-cu il tarixdən 1992-ci ilin noyabr ayınadək “xxxx” Kooperativində tikiş sahəsində əmək fəaliyyəti ilə məşğul olması və sosial sığorta stajının işlədiyi müddətə qədər müəyyən edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınn *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə ərizəçi Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007) ***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, ərizə baxılmamış saxlanılmışdır.
23. Qərardadda qeyd edilmişdir ki, “...baxılan işin yuxarıda sadalanan hallarından görünür ki, ərizəçi qeyd olunan faktın müəyyən edilməsi üçün lazımi sənədləri ala bilməməsini təsdiq edə bilməmişdir. Ərizəçi ərizəsinə bu istiqamətdə ümumiyyətlə hər hansı sübut əlavə etməmiş, birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirməmiş, ərizəni icraata qəbul etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın ##.##.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, ərizəçiyə ##.##.2022-ci il tarixindən müvafiq əmək pensiyası təyin edilmiş, lakin sonradan inzibati icraat qaydasında araşdırma aparılaraq təyin olunmuş əmək pensiyasının verilməsi dayandırılmışdır. Belə olan halda, ərizəçi inzibati orqanın ##.##.2023-cü il tarixli qərarını inzibati qaydada mübahisələndirərək hüququnun bərpa olunmasına nail olmaq imkanlarını itirməmişdir. Çünki, əmək pensiyasının təyin olunması üçün ərizəçi tərəfindən müvafiq sənədlər inzibati orqana təqdim edilmiş və sonuncu ərizəçiyə əmək pensiyasının təyin olunması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməklə müvafiq inzibati akt qəbul etmişdir. Bununla yanaşı, ərizəçi əvvəllər işlədiyi müvafiq hüquqi şəxslə bağlı zəruri məlumatları (həmin hüquqi şəxsin ləğv olunub-olunmaması və ya təşkilati hüquqi vəziyyətini dəyişməsi və s.) da ərizəsinə əlavə etməmişdir. Belə olan halda isə, ərizəçinin müvafiq iş illərinin məhkəmədən kənar qaydada təsdiqi imkanının tamamilə itməsi halı müəyyən edilmir.” Qeyd edilənlərlə müəyyən edilir ki, qətnamənin ləğv edilməsinin səbəbi ərizəçinin lazımi sənədləri ala bilməməsini (yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü) təsdiq edən sübutları tam göstərməməsi və həmin sübutların ərizəyə əlavə olunmaması olub.
24. Bundan sonra ərizəçi Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “xxxx” firmasında işləməsini nəzərə alaraq, həmin dövrün əmək stajına daxil edilməsi və ümumi iş stajının düzgün hesablanmaqla ona ##.##.2023-cü il tarixdən həmin ümumi iş stajın dövrünə müvafiq düzgün pensiya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraicət etsə də, həmin məhkəmənin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddiası təmin olunmamışdır.
25. Həmin iş üzrə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilib ki, “iddiaçının inzibati orqanda mövcud olan pensiya işi materiallarında ona məxsus MT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surəti və həmin əmək kitabçasının 4-cü səhifəsində iddiaçının “xxxx” Kooperativinə köçürülməsi qeyd edilsə də, onun “xxxx” Kooperativindən işdən çıxması ilə bağlı qeydlər mövcud deyildir. Bununla bağlı iddiaçının “xxxx” Kooperativində əmək fəaliyyəti ilə bağlı sənədlərin (əmək haqqı cədvəlləri, müəssisənin fəaliyyəti və s.) əldə edilməsi məqsədilə məhkəmə tərəfindən aidiyyəti qurumlara sorğular ünvanlansa da, sorğulara daxil olmuş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, “xxxx” Firmasının (Kooperativinin) arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialında mövcud deyildir, həmçinin, “xxxx” Firmasının ##.##.1994-cü il tarixdə 15202 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2024-cü ildən halhazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə “xxxx” Kooperativi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Göründüyü kimi, iddiaçının “xxxx” Kooperativində əmək fəaliyyəti ilə bağlı, o cümlədən müəssisənin dövlət qeydiyyatından keçməsi və fəaliyyəti ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. İddiaçının əmək kitabçası yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə müvafiq olaraq doldurulmamış, iddiaçının işdən azad edilməsi barədə əmrlərin nömrəsi və tarixləri qeyd edilməmiş, ümumiyyətlə bu barədə əmək kitabçasında qeyd aşkar edilməmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən əmək kitabçasının yararsız hala düşməsi səbəbindən əslinin məhkəməyə təqdim edilməsi də, mümkün olmamışdır. Məhkəmə tərəfindən sözügedən dövrlərin araşdırılması məqsədilə aidiyyəti orqanlara müvafiq sorğular göndərilsə də, iddiaçının sözügedən dövrlərdə həmin müəssisədə işləməsini təsdiq edəcək sənədlərin əldə edilməsi mümkün olmamışdır. Məhkəmə hazırki işin hallarını nəzərə alaraq xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, artıq iddiaçının “xxxx” Kooperativində olan iş stajının sosial sığorta stajına daxil edilməsi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması müəyyən edildiyindən, iddiaçı yenidən qanunvericiliklə müəyyən edilmiş qaydada mülki məhkəmə icraatında, xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə ümumi yurisdiksiyalı məhkəməyə müraciət edə bilər”.
26. Bakı İnzibati Məhkəməsinin qərarındakı hüquqi mövqedən aydın olduğu kimi iddiaçının “xxxx” Kooperativində işləməsi ilə bağlı fakt xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə baxılması ilə qəbul edilən məhkəmə aktı ilə təsdiq edilə bilər, başqa qaydada sənədlərin əldə edilməsi məhkəmə araşdırması zamanı mümkün olmamışdır.
27. Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında həmçinin qeyd edilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir.
28. İşə birinci instansiya məhkəməsində baxılması zamanı “xxxx” Kooperativində işləyən şahidlər X2 və X4 əmək kitabçaları təqdim edilmiş, həmçinin onlar *(***)-***/**** saylı iş üzrə şahid kimi dindirilmişlər. Şahid X2 əmək kitabçasından onun 1974-cü il tarixdən 1995-ci il tarixədək və X4 əmək kitabçasından 1979-cu il tarixdən 1994-cü il tarixədək Kooperativdə işləmələri müəyyən olunur.
29. Əmək kitabçalarında işdən çıxarılma vaxtları müxtəlif yazılsa da, şahidlər məhkəmə iclasında bütün işçilərin 1992-ci ildə işdən çıxdıqlarını bildirmişlər. Həmçinin, ərizəçiyə məxsus əmək kitabçasının 5,6,7,8-ci səhifələri mövcud deyildir. Həmin səhifələr məhv edildiyindən orada qeyd olunan 1989-cu ildən sonrakı illəri başqa yolla müəyyən etmək mümkün olmur.
30. Belə ki, Dövlət Vergi Xidmətinə etdiyi müraciətə ## ###### 2024-cü il tarixli cavabına əsasən dövlət reyestrində “xxxx” firmasının ##.##.1994-cü il tarixdə 1502 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən halhazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə X6 və “xxxx” Kooperativi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.
31. Göründüyü kimi, ərizəçi tərəfindən Ali Məhkəməsi Plenumunun qərarında göstərilən tələblərə əməl edilmiş, iş stajını təsdiq edən sənədlərin əldə edilməsi ilə bağlı bütün hüquqi hərəkətlər edilmişdir. Lakin ərizəçi iş stajını başqa qaydada müəyyən edə bilməmişdir.
32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin 1989-cu il tarixdən 1992-ci ilin noyabr ayınadək “xxxx” Kooperativində işləməsini sübut edəcək hər hansı sənəd mövcud olmadığından ##.##.1989-cu il tarixdən 1992-ci ilin noyabr ayınadək “xxxx” Kooperativində tikiş sahəsində əmək fəaliyyəti ilə məşğul olması və sosial sığorta stajının işlədiyi müddətə qədər müəyyən edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir.
33. Maraqlı şəxsin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə əvvəlki icraat zamanı olan şahid ifadələrinə istinad etmişdir. Lakin həmin iş üzrə ərizə baxılmamış saxlanıldığından və həmin qətnamə qanuni qüvvəsini almadığından qeyd edilən şahid ifadələri mötəbər sayıla bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiya məhkəməsində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ifadə verən şahidlərin biri artıq vəfat etmiş, digəri isə hazırda yataq xəstəsidir.
35. Göründüyü kimi, mübahisəli dövrlərdə ərizəçi ilə birgə işləmiş şahidlərin yenidən dinlənilməsi imkan xaricindədir. Bununla yanaşı qeyd edilməlidir ki, şahid X2 və X4 əmək kitabçalarının surətləri iş materiallarına əlavə edilmiş və sübut qismində qiymətləndirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X2 əmək kitabçasından onun 1974-cü il tarixdən 1995-ci il tarixədək və X4 əmək kitabçasından 1979-cu il tarixdən 1994cü il tarixədək Kooperativdə işləmələri müəyyən olunmuşdur.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Sabit Bəhramzadə