Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1341/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi ərizəsi üzrə QƏRARİ (Açar sözlər: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, iş stajı faktının müəyyən edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ərizəçi Ərizəçi “iş stajı faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli 12 fevral 2026-cı il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Hazırkı iş üzrə ərizəçi Ərizəçi onun 1987-1990-cı illərdə və 1992-1997-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işləməsi faktının təsdiq edilməsini tələb edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1987-1990-cı illərdə və 1992-1997-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işləməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, o, ## #### 1964-cü ildə Şəki rayonunda anadan olmuşdur. Ərizəçi 1982-ci ildən Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü kimi işləməyə başlamışdır. Həmin tarixdən 1998-ci ilə kimi Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü kimi işləmişdir. Daha sonra o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin qurumdan ## ###### 2020-ci il tarixdə verilən *********** nömrəli cavab məktubunda “şəxsiyyət vəsiqəsinin surətinin, ümumi iş stajını təsdiq edən sənədlərin əsillərinin (əmək kitabçasının), yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayış, pensiya təyin edilməsi ilə bağlı ərizənin təqdim edilməsi tələb edilmişdir. Bundan sonra hazırkı iş üzrə ərizəçi göstərilən sənədlərin toplanılmasına başlamışdır. Ancaq sonradan ərizəçiyə məlum olmuşdur ki, onun yuxarıda göstərildiyi kimi Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozunda işlədiyi dövrlərin 1987- 1990-cı illəri, həmçinin 1993-1998-ci illəri əhatə etdiyi müddəti qeydə alınmamışdr. Həmçinin Şəki rayonu Orta Zəyzid kolxozunun X2 komissiyası ## ### 2003-cü ildə Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialına ünvanladığı məktubdan müəyyən edilmişdir ki, təsərrüfatda olan kolxoz üzvlərinin idarə binasının 1961-ci ildə yanması ilə əlaqədar olaraq 1955-58-ci illərin və 1991-ci ildə həmin binanın ikinci dəfə yanması ilə əlaqədar olaraq 1987- 1990-cı illərin şəxsi hesab kitabçaları yanmışdır. Ona görə də, həmin sənədlər arxivə təhvil verilməmişdir. Eyni zamanda ## ###### 2025-ci ildə tərtib edilmiş aktdan görünür ki, Ərizəçi 1982-1997-ci illərdə Şəki rayonu Orta Zəyzid kəndində “Lenin adına kolxozda” tütünçü olaraq işləmişdir. Lakin, onun 1986, 1992-1997-ci illərdə işləməsi arxiv arayışında həmin dövrdə kolxozda uçot aparan işçinin səhlənkarlığı üzündən qeydə alınmamışdır. Halbuki, hazırkı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və məhkəmə iclasına dəvət edəcəyi şahidlərin izahatlarından hazırkı iş üzrə ərizəçi Ərizəçi digər dövrlər ilə yanaşı 1987-1990-cı illərdə və 1992-1997-ci illərdə də, Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işlədiyi tam şəkildə sübuta yetiriləcəkdir.
4. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məhkəməyə etiraz ünvanlayaraq, bildirmişdir ki, ərizə əsassızdır və təmin olunmamalıdır. Hazırda ərizəçinin müəyyən etmək istədiyi fakt onun 1987, 1990, 1993-1998ci il tarixlərində Şəki rayonu Orta Zəyzid kənd "Lenin" adına kolxozda tütünçü olaraq işlədiyini iddia etdiyi dövrlərdir. Iş materiallarına əlavə edilmiş Şəki rayonu "Orta Zəyid" X3 Komissiyasının ##.##.2003-cü il tarixli məktubunda kolxoz üzvlərinin idarə binası yandığı üçün 1987-1990-cı illərə aid şəxsi hesab kitabçalarının yandığı və bu səbəbdən də arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli şahidlərin ifadəsi ilə tərtib olunmuş aktda ərizəçiyə dair müvafiq dövrlərə aid qeydlərin kolxoz işçilərin səhlənkarlığı səbəbilə qeydə alınmaması öz əksini tapmışdır. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş sübutlar arasında müəyyən ziddiyyət vardır. Iş üzrə yanğın olması və arxiv sənədlərinin yanması hər hansı sübutla öz təsdiqini tapmır. Həmçinin aktda adları çəkilən şahidlərin ərizəçi ilə eyni vaxtda, eyni yerdə işləməsi müvafiq sənədlərlə təsdiq olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" ## ##### 2019-cu il tarixli, ** saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı, ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Lakin is üzrə icraat materiallarında ərizəçinin işlədiyi illəri təsdiq edəcək iki nəfər şahidin işə cəlb olunmadığı aydın görünür. Ərizəçi ərizədə iki şahidinin olduğunu qeyd etsə də, şahidlərin şəxsiyyətini təsdiq edən sənədləri, o cümlədən şahidlərin onunla birgə işləməsini təsdiq edən sənədləri (əmək kitabçasını) məhkəməyə təqdim etməmisdir.
5. Şahid qismində məhkəmə iclasında ifadə vermiş X9 ifadəsində göstərmişdir ki, o, ərizəçini tanıyır, ərizəçi onların kolxozunda tütünçü işləmişdir. Onun özü 1962-ci ildən Şəki rayonu Orta Zəyzid kəndi Lenin adına kolxozun üzvü olmuşdur. O, kolxozda 1998-ci ilədək iqtisadçı işləmişdir. Onun əmək kitabçası özündə olduğundan əmək kitabçası salamat qalmışdır. Ərizəçiyə dair sənədlər yanğın və səhlənkarlıq nəticəsində saxlanılmamışdır. Ərizəçi 12 ay tütünçülüklə məşğul olmuşdur. Ona təhkim edilmiş ölçüdə torpaqda tütünü becərib, sonda kolxoza məhsulu təhvil verirdi.
6. Şahid qismində məhkəmə iclasında ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, o, ərizəçini tanıyır, ərizəçi onunla qonşudur. Həmçinin ərizəçi onların kolxozunda tütünçü işləmişdir. Onun özü 1982-ci ildən Şəki rayonu Orta Zəyzid kəndi Lenin adına kolxozun üzvü olmuşdur. O, kolxozda tütünçü işləmişdir. Hazırda * saylı orta məktəbdə xidmətçi vəzifəsində işləyir. Onlar orta məktəbi bitirib, kolxozda tütündə işləmişdir. Onların çörəyi ordan çıxmışdır. O, 1989-cu ildə əlavə iş yeri kimi toxucu kooperativinin tikiş sexində qablayıcı kimi işə qəbul edilmişdir. O, əmək kitabçasını özündə saxlamışdır. Ərizəçinin əmək kitabçası barədə məlumatı yoxdur. Yəqin ki, arxivə verilmişdir. O, xatırladığı qədərilə kolxozun binası bir dövrdə yandığına görə müəyyən müddətə dair məlumat yoxdur.
7. Şəki Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-2(075)- ****/**** nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi Ərizəçi 1987-1990-cı illərdə və 1992-1997-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işləməsi faktının müəyyən edilməsi, məhkəmə xərclərinin ərizəçiyə aid edilməsi qət edilmişdir (hakim Pərvanə Məmmədova).
8. Məhkəmə hesab etmişdir ki, ərizəçi Ərizəçi 1987-1990-cı illərdə və 1992-1997-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işləməsi faktı tam sübuta yetirilir. Kolxozun binasında yanğın nəticəsində sənədlərin yanması, daha sonra səhlənkarlıq nəticəsində qeydiyyatın aparılmaması nəticəsində ərizəçiyə dair məlumatlar saxlanılmamışdır.
9. Məhkəmə qeyd etmişdir ki, mülki işin hallarından və maraqlı şəxsin məhkəməyə göndərdiyi yazılı etirazdan da görünür ki, ərizəçinin 1987-1990-cı illərdə və 1992-1997-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü kimi işləməsi ilə bağlı əmək stajının məhkəmədənkənar həll edilməsi yolu hazırkı halda mövcud deyildir.
10. Həmçinin, maraqlı şəxsin məhkəməyə göndərdiyi yazılı etirazdan müəyyən edilmişdir ki, həmin etirazda hazırki ərizənin Mülki Prosessual Məcəllənin 259.0.10 və 306.4-cü maddələrində nəzərdə tutulmuş qaydada baxılmamış saxlanılması üçün əsaslar mövcud deyildir.
11. Məhkəmə gəldiyi nəticəni “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli *** saylı qərarının 1.1-ci bəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1 və 23.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 və 4.1.1-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 17-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019-cu il tarixli ** saylı Qərarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Maraqlı şəxs Maraqlı şəxs tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə ərizəçi 1987-1990-cı illərdə və 1992-1997-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Lakin şahid qismində çıxış etmiş şəxslərin hər ikisinin ifadələrinə nəzər salındıqda onların həmin müəssisədə 1992-ci il tarixdən sonra işləməsi məhkəmə tərəfindən tam şəkildə araşdırılmamış, kolxozun həmin tarixdən sonrakı, yəni 1992-1997-ci il tarixləri arasındakı dövrdə uçot kitablarında şahidlərin fəaliyyəti öz təsdiqini tapmamışdır. Müvafiq iş üzrə şahid qismində çıxış etmiş şəxslərin əmək kitabçalarında sözügedən dövrlər üzrə adıçəkilən müəssisələrdə işləməsi ilə bağlı qeydlərdə doldurulma qaydalarına riayət edilməsi, həmçinin qeydlərin sonradan müdaxilə nəticəsində doldurulub-doldurulmaması məsələsi araşdırılmadığından məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Məhkəmə tərəfindən şahidlərin əmək kitabçasındakı qeydlərin mötəbərliyi məsələsi araşdırılmalı, işçinin işə daxil olma, işdən çıxma əmrlərinin, eləcə də müəssisə rəhbərinin imzası və möhürü ilə təsdiq olunması məsələlərinin hərtərəfli araşdırılmadan əmək kitabçalarının mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Həmçinin, ərizəçinin əmək kitabçası və digər sənədləri yanğın nəticəsində mövcud olmaması halda, şahidlərin əmək kitabçasına sahib olmaları şübhə doğurur. Əmək kitabçasının mötəbərliyi üçün sözügedən əmək kitabçasındakı qeydlərin doldurulma qaydalarına riayət edilməsi zəruridir. Belə ki, işçinin müvafiq müəssisədə işləməsi faktının mötəbərliyi üçün əmək kitabçasının doldurulması zamanı işçinin müəssisədə işə daxil olması və işdən çıxma tarix və əmrləri düzgün qeyd edilməli, sözügedən qeydlər isə yekunda müəssisə rəhbərinin möhürü və imzası ilə təsdiq olunmalıdır. Həmçinin şahidlərin mübahisəli dövrdə müəssisədə fəaliyyətini təsdiq edən arvix arayışları, əmək haqqı cədvəlləri tam şəkildə nəzərdən keçirilməlidir.
14. Belə ki, əgər məhkəmə sözügedən halları araşdırmışdırsa, yəni şahidlərin əmək kitabçalarının mötəbərliyi sübuta yetirilmişdirsə, bu zaman niyə məhz ərizəçinin sənədlərinin, o cümlədən əmək kitabçası və digər arxiv sənədlərinin müəyyən olunmaması onun qeyd olunan kolxozda işləyib-işləməməsi hissəsində sual doğurur. Məhkəmə tərəfindən sözügedən hallar araşdırılmamışdır.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli 12 fevral 2026-cı il tarixli qətnaməsi ilə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “iş stajı faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməmişdir (hakimlər: Elman Isayev-sədrlik edən və məruzəçi, Elçin Mehdiyev və Taleh Musayev).
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
17. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində göstərmişdir ki, o, ərizəçini tanıyır, ərizəçi onların kolxozunda tütünçü işləmişdir. Onun özü 1962-ci ildən Şəki rayonu Orta Zəyzid kəndi Lenin adına kolxozun üzvü olmuşdur. O, kolxozda 1998-ci ilədək iqtisadçı işləmişdir. Onun əmək kitabçası özündə olduğundan əmək kitabçası salamat qalmışdır. Ərizəçiyə dair sənədlər yanğın və səhlənkarlıq nəticəsində saxlanılmamışdır. Ərizəçi 12 ay tütünçülüklə məşğul olmuşdur. Ona təhkim edilmiş ölçüdə torpaqda tütünü becərib, sonda kolxoza məhsulu təhvil verirdi.
18. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, o, ərizəçini tanıyır, ərizəçi onunla qonşudur. Həmçinin ərizəçi onların kolxozunda tütünçü işləmişdir. Onun özü 1982-ci ildən Şəki rayonu Orta Zəyzid kəndi Lenin adına kolxozun üzvü olmuşdur. O, kolxozda tütünçü işləmişdir. Hazırda * saylı orta məktəbdə xidmətçi vəzifəsində işləyir. Onlar orta məktəbi bitirib, kolxozda tütündə işləmişdir. Onların çörəyi ordan çıxmışdır. O, 1989-cu ildə əlavə iş yeri kimi Toxucu kooperativinin tikiş sexində qablayıcı kimi işə qəbul edilmişdir. O, əmək kitabçasını özündə saxlamışdır. Ərizəçinin əmək kitabçası barədə məlumatı yoxdur. Yəqin ki, arxivə verilmişdir. O, xatırladığı qədərilə kolxozun binası bir dövrdə yandığına görə müəyyən müddətə dair məlumat yoxdur.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan Şəki Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X4 əmək fəaliyyəti ilə bağlı faktın müəyyən eidlməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
20. Məhkəmə iclasında izahat vermiş ərizəçi Nuriyyə Mahmudova bildirmişdir ki, o, 1982- 1991, 1992-1998-ci illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda tütünçü vəzifəsində işləməklə tütün düzmək işində işləmişdir. Işlədiyi müddətdə ona əmək kitabçası verilməmişdir. Hazırda yaşa görə pensiya təyin edilməsi məqsədilə müvafiq sənədlərini DSMF-nin Şəki şəhər şöbəsinə təqdim etmiş, lakin əmək kitabçası olmadığından ona pensiya təyin edilməsindən imtina edilmiş, DSMF-nin Şəki şəhər şöbəsi də ona məhkəməyə müraciət etməsini məsləhət bilmişdir. Buna görə hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
21. Lakin iş materiallarında olan Şəki rayonundakı Orta Zəyzid kəndində yerləşən Lenin adına kolxoz tərəfindən X4 adına ##.##.1984-cü ildə verilmiş **** nömrəli “Kolxozçunun əmək kitabçası”nın surətindən görünür ki, (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), o, 1982-ci ildə həmin kolxozda kolxozçu olaraq əmək fəaliyyətinə başlamışdır. Kolxozda 1982-1998- ci ilədək əmək fəaliyyəti var.
22. Göründüyü kimi Nuriyyə Mahmudovanın özünün əmək fəaliyyəti ilə bağlı faktın müəyyən edilməsinə dair müraciəti zamanı əmək kitabçasının olmaması və hazırkı iş üzrə şahid qismində dindirilərkən əmək kitabçasını təqdim etməsi əmək kitabçasının mötəbər olmasını məhkəmə kollegiyası inandırıcı hesab etməmişdir.
23. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçinin əmək kitabçası və digər sənədləri yanğın nəticəsində mövcud olmaması halında, şahidlərin əmək kitabçasına sahib olmaları şübhə doğurmuşdur. Əmək kitabçasının mötəbərliyi üçün sözügedən əmək kitabçasındakı qeydlərin doldurulma qaydalarına riayət edilməsi zəruridir. Belə ki, işçinin müvafiq müəssisədə işləməsi faktının mötəbərliyi üçün əmək kitabçasının doldurulması zamanı işçinin müəssisədə işə daxil olması və işdən çıxma tarix və əmrləri düzgün qeyd edilməli, sözügedən qeydlər isə yekunda müəssisə rəhbərinin möhürü və imzası ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb etmişdir ki, birinci instаnsiyа məhkəməsi ərizəni təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən
24. qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, maraqlı şəxs Maraqlı şəxs tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və ərizə təmin edilməməlidir.
25. Məhkəmə öz mövqeyini “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli *** saylı qərarının 1.1-ci bəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnaməyə, X6 Partiyası Mərkəzi komitəsinin və SSRI Nazirlər Sovetinin 1969-cu il ## ###### tarixli qərarı ilə təsdiq edilmiş, dəyişikliklər və əlavələr olunması Sov.IKP MK-nın və SSRI Nazirlər Sovetinin 1980-ci il ## #### tarixli qərarı ilə təsdiq edilmiş “Kolxozun nümunəvi nizamnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019-cu il tarixli ** saylı Qərarına istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Ərizəçi (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinə təqdim edilmiş şahidlərdən yalnız birinin ifadəsini şübhə altına almış, həmin şahidin ifadəsinin mötəbər olmaması qənaətinə gələrək ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, ərizəçi tərəfindən məhkəməyə qeyd edilən müddətlərlə onunla birlikdə işləmiş 3 nəfər şəxsi şahid qismində təqdim etmiş, hər üç şəxs də, ərizəçinin ərizədə qeyd edilən müddətlərdə Şəki rayonundakı Orta Zəyzid kəndində yerləşən Lenin adına kolxozda işləməsini təsdiq etmişlər. Üstəlik apellyasiya qaydasında işə baxan məhkəmə tərkibi özü belə qətnaməsində qeyd etmişdir ki, X4 əmək fəaliyyəti ilə bağlı faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qaranlıq qalan mövqeyi ondan ibarətdir ki, istər məhkəmə qətnaməsi əsasında, istərsə də, əmək kitabçası ilə ərizəçinin məhkəməyə təqdim etdiyi şahid X4 1982-1991, 1992-1998-ci illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda tütünçü vəzifəsində işləməklə tütün düzmək işində işləməsi təsdiq edilir. Hazırkı vəziyyətdə də, həmin şahid digər şahidlərlə birlikdə ərizəçinin onlarla eyni dövrdə, eyni kolxozda işləməsini təsdiq etmişdir. Məhkəmənin bir sübutu qəbul edib, digər sübutları isə diqqətdənkənar qoyması, qiymət verməməsi heç də, ədalətli hesab edilə bilməz. Hazırkı kassasiya şikayətində qeyd etdiklərinin əksini təsdiq edən sübut nə işə birinci instansiya məhkəməsi, nə də apellyasiya qaydasında baxılarkən təqdim edilməmişdir. Belə olduğu təqdirdə isə apellyasiya instansiyasının hazırkı mübahisəyə münasibətdə gəldiyi nəticə anlaşılmazdır. Qətnamədən açıq şəkildə görünür ki, apellyasiya instansiyasında məhkəmə araşdırılması gedən zaman məhkəmə iddia tələbinin mahiyyətinə düzgün hüquqi qiymət verməmiş, həqiqətə nail olmaq üçün göstərilmiş dəlillərin heç birini diqqətə almamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitisiyası
29. Maddə 60 (hissəs 1). Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu:
30. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir
31. Maddə 23.2. 1992-ci ilin ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”
32. Bənd 4.1 və 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı o cümlədən aşağıdakılara əsasən müəyyən edilir: 1) “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2) seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə:
33. Bənd 17. Iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16- cı bəndində göstərilən (iş stajı barədə sənədləri hərbi əməliyyatlar, təbii fəlakət, qəza,dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda) səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
X6 Partiyası Mərkəzi komitəsinin və SSRI Nazirlər Sovetinin 1969-cu il ## ###### tarixli qərarı ilə təsdiq edilmiş, dəyişikliklər və əlavələr olunması Sov.IKP MK-nın və SSRI Nazirlər Sovetinin 1980-ci il ## #### tarixli qərarı ilə təsdiq edilmiş “Kolxozun nümunəvi nizamnaməsi:
34. Bənd 3 (1-ci abzas). Öz əməyi ilə kolxozun ictimai təsərrüfatında iştirak etmək istədiyini bildirən 16 yaşına çatmış vətəndaşlar kolxoza üzv ola bilərlər;
35. Bənd 3. (4-cü abzas). Kolxozun hər bir üzvünə vahid formada əmək kitabçası verilir;
36. Bənd 27 (2-ci abzas) “kolxozda yerinə yetirilmiş işlərin həcminə, istehsal edilən məhsulun miqdarına görə işəmuzd, akkord əməkhaqqı, vaxtamuzd, vaxtamuzd-mükafatlı və digər əməkhaqqı sistemləri tətbiq edilir”.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ## ##### 2019-cu il tarixli ** saylı Qərarı:
37. Bənd 1.5. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim Mülki Prosessual Məcəllənin 259.0.10-cu və 306.4-cü maddələrinə görə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı,ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. -13.1-ci bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Maraqlı şəxs Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2ci bəndinin tələblərinə əsasən 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
38. 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.
39. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.
40. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən MPM-in 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətinə əsasən, qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməmiş və bunun nəticəsinə düzgün olmayan qətnamə qəbul olunmuşdur.
50. Ərizəçi 1987-1990-cı illərdə və 1992-1997-ci illərdə Şəki rayonunun Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir.
51. Ərizəçi göstərmişdir ki, 1982-ci ildən Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozunda tütünçü kimi işləməyə başlamış və 1998-ci ilə kimi işləmişdir. Daha sonra o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin qurumdan ## ###### 2020-ci il tarixdə verilən *********** nömrəli cavab məktubunda “şəxsiyyət vəsiqəsinin surətinin, ümumi iş stajını təsdiq edən sənədlərin əsillərinin (əmək kitabçasının), yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayış, pensiya təyin edilməsi ilə bağlı ərizənin təqdim edilməsi tələb edilmişdir. Onun kolxozunda işlədiyi dövrlərin 1987-1990-cı illəri, həmçinin 1993-1998-ci illəri əhatə etdiyi müddəti qeydə alınmamışdr. Təsərrüfatda olan kolxoz üzvlərinin idarə binasının 1961-ci ildə yanması ilə əlaqədar olaraq 1955-58-ci illərin və 1991ci ildə həmin binanın ikinci dəfə yanması ilə əlaqədar olaraq 1987-1990-cı illərin şəxsi hesab kitabçaları yanmışdır. Ona görə də, həmin sənədlər arxivə təhvil verilməmişdir. Lakin, onun 1986, 1992-1997-ci illərdə işləməsi arxiv arayışında həmin dövrdə kolxozda uçot aparan işçinin səhlənkarlığı üzündən qeydə alınmamışdır.
52. Birinci instansiya məhkəməsi ərizəçinin təqdim etdiyi şahidlərin ifadələrinə və iş üçün əhəmiyyətli olan digər sübutlara əsaslanmaqla ərizəni təmin, maraqlı şəxsin apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi isə maraqlı şəxsin şikayətində göstərilən formal əsaslara istinad edərək ərizənin təmin olunmaması nəticəsinə gəlmişdir.
53. Belə ki, apellyasiya şikayətində maraqlı şəxs qətnamənin tam ləğv olunmasını xahiş etmiş və dəlilləri “... 1992-ci il tarixdən sonra işləməsi məhkəmə tərəfindən tam şəkildə araşdırılmaması, kolxozun həmin tarixdən sonrakı, yəni 1992-1997-ci il tarixləri arasındakı dövrdə uçot kitablarında şahidlərin fəaliyyətinin öz təsdiqini tapmaması, ... şahid qismində çıxış edən şəxslərin əmək kitabçalarında sözügedən dövrlər üzrə adıçəkilən müəssisələrdə işləməsi ilə bağlı qeydlərdə doldurma qaydalarına riayət edilməsi, həmçinin qeydlərin sonradan müdaxilə nəticəsində doldurulub-doldurulmaması məsələsi araşdırılmaması, ... məhkəmə tərəfindən şahidlərin əmək kitabçasındakı qeydlərin möhtəbərliyi məsələsinin araşdırılmaması, işçinin işə daxil olma, işdən çıxma əmrlərinin, eləcə də müəssisə rəhbərinin imzası və möhürü ilə təsdiq olunması məsələsinin hərtərəfli araşdırmadan əmək kitabçasını mötəbər sübut kimi qəbul edilmiş, .. ərizəçinin əmək kitabçası və digər sənədlərin yanğın nəticəsində mövcud olmaması, şahidlərin əmək kitabçasına sahib olmaları şübhə doğurur və s ” ibarət olmuşdur.
54. Apellyasiya məhkəməsi həmin dəlillər üzrə belə qənaətə gəlmişdir ki, Şəki rayonundakı Orta Zəyzid kəndində yerləşən Lenin adına kolxozu tərəfindən X4 adına ##.##.1984-cü ildə verilmiş **** nömrəli “Kolxozçunun əmək kitabçası”nın surətindən görünür ki, (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), o, 1982-ci ildə həmin kolxozda kolxozçu olaraq əmək fəaliyyətinə başlamışdır. Kolxozda 1982-1998- ci ilədək əmək fəaliyyəti var. Göründüyü kimi Nuriyyə Mahmudovanın özünün əmək fəaliyyəti ilə bağlı faktın müəyyən edilməsinə dair müraciəti zamanı əmək kitabçasının olmaması və hazırkı iş üzrə şahid qismində dindirilərkən əmək kitabçasını təqdim etməsi əmək kitabçasının mötəbər olmasını məhkəmə kollegiyası inandırıcı hesab etməmişdir. Ərizəçinin əmək kitabçası və digər sənədləri yanğın nəticəsində mövcud olmaması halında, şahidlərin əmək kitabçasına sahib olmaları şübhə doğurmuşdur. Əmək kitabçasının mötəbərliyi üçün sözügedən əmək kitabçasındakı qeydlərin doldurulma qaydalarına riayət edilməsi zəruridir. Belə ki, işçinin müvafiq müəssisədə işləməsi faktının mötəbərliyi üçün əmək kitabçasının doldurulması zamanı işçinin müəssisədə işə daxil olması və işdən çıxma tarix və əmrləri düzgün qeyd edilməli, sözügedən qeydlər isə yekunda müəssisə rəhbərinin möhürü və imzası ilə təsdiq olunmalıdır.
55. Məhkəmə tərkibi apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
56. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin 17-ci bəndinin tələbinə görə iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16- cı bəndində göstərilən (iş stajı barədə sənədləri hərbi əməliyyatlar, təbii fəlakət, qəza,dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda) səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
57. Baxılan iş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərdən Əlövsət Ibrahimxəlilovun 1962-1998-ci illər ərzində, digər şahid Nuriyə Mahmudovanın isə məhz ərizəçinin fakt olaraq müəyyən olunmasının tələb etdiyi dövrlərdə Orta Zəyzid kəndində yerləşən Lenin adına kolxozda müvafiq olaraq iqtisadçı və tütünçü işləmələri təsdiq olunur. Birinci şahidin iş stajı özünün əmək kitabçası ilə, digər şahidin iş stajı isə əmək kitabçası, məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə təsdiq olunur. Həmin sənədlərin doğruluğunu təkzib edən hər hansı sübut mövcud deyildir.
58. Qeyd edilməlidir ki, kolxozda işləmiş şəxslərin bəzilərinin əmək kitabçalarının özlərində olması, ərizəçiyə məxsus olan əmək kitabçasından fərqli olaraq yanğına məruz qalmamasına dair aparılan müqayisə ayrılıqda götürülməsi mümkün olduğu halda belə ərizənin rədd olunmasının müstəqil əsası kimi qəbul edilə bilməz.
59. Bununla yanaşı qeyd edilməlidir ki, ərizəçinin tələb etdiyi 1987-1990-cı illər üzrə müvafiq kolxozda işləməsinə və ona əmək gününə görə əmək haqqının yazılmasını təsdiq edən sübutlar mövcuddur. Maraqlı şəxs apellyasiya şikayətində həmin dövrə aid olan müddətin əmək stajına daxil olunmalı olmamasına dair heç bir dəlil irəli sürməmişdir.
60. Belə olan halda həmin müddətə dair iş materilallarında mövcud olan sübutlar araşdırılmadan, digər sübutlarla qarşılıqlı olaraq qiymətləndirilmədən həmin hissədə də ərizənin təmin olunmamasının əsaslarının göstərilmədiyi məhkəmə aktı əsaslı olaraq qəbul edilə bilməz.
61. Digər tərəfdən məhkəmənin mövqeyindən aydın olmur ki, həmin dövrə aid olan sübutlar mübahisəsiz sübutlar olaraq qəbul edilmiş, onun məhkəmə qaydasında təsdiq edilməsinə ehtiyac yoxdur və yaxud onlar müvafiq dövrə görə faktın təsdiqi üçün kifayət deyil, başqa sübutlarla təsdiqlənmir.
62. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ####### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
63. Bununla əlaqədar qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi şahid ifadələri və ərizəçinin təqdim etdiyi sənədlərə hüquqi qiymət verərək kolxozda müvafiq dövrlərdə baş vermiş yanğın hadisələrinin mövcudluğunu təsdiq edən arayışı hüquqi əhəmiyyəti olan faktın başqa qaydada təsdiq edilməsinin mümkün olmamasını təsdiqləyən sübut kimi qəbul etmişdir. Bundan fərqli olaraq apellyasiya instansiyası məhkəməsi həmin sübutu qəbul etməməsinin səbəbini əsaslandırmamışdır.
64. Məhkəmə tərkibi hesab edir ki, mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, xüsusi icraat işlərinə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır.
65. Hüquqi faktın müəyyən edilməsi ilə əlaqədar məsələlərin məhkəmələr tərəfindən obyektiv araşdırılması, ərizəçinin müvafiq hüquqi nəticənin əldə olunması üçün irəli sürdüyü bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi iş üzrə qəbul edilmiş məhkəmə aktlarının prosessual qanunvericiliyin tələblərinə uyğunluğu baxımından xüsusilə vacibdir.
66. Belə ki, Mülki Prosessual Məcəllənin 80-cı maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yəni, məhkəmə ərizəçinin tələbini təsdiqləyən faktlar və hallara, yazılı və maddi sübutlara, şahid ifadələrinə müvafiq hüquqi qiymət verərək ərizənin təmin olunub-olunmaması nəticəsinə gəlməlidir.
67. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.4-cü maddələri).
68. Qeyd olunmalıdır ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır (N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il ## #### tarixli Qərarı).
69. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
70. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə ## ###### 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
71. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
72. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
73. Işə yenidən baxan məhkəmə, ərizəçinin tələbinin və apellyasiya şikayətinin dəlillərinin tam, hərtərəfli və obyektiv araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, ərizəçinin təqdim etdiyi sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli və mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə, yekun məhkəmə aktı qəbul etməlidir.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.