Məhkəmə qərarları › İş №2(1-8)-1102/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1102/2026

10.06.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1102/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı IB-nin cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qarşı iş üzrə QƏRARİ Açar sözlər: Qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi, iddianın əsl cavabdehə qarşı irəli sürülməməsinin hüquqi nəticəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qarşı “qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Istehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Işin mübahisəsiz halıdır ki, Kürdəmir şəhəri, Babək küçəsində 219 mm-lik orta təzyiqli yerüstü daşıyıcı qaz kəmərinin mühafizə zonasında (0,4 metr məsafədə) 29 kv.m torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli *** saylı Aptekın satış köşkü yerləşir.

2. Kürdəmir RIHB-nin ##.##.1998-ci il tarixli *** nömrəli Sərəncamının surətindən görünür ki, Kürdəmir rayonu Yenikənd kənd sakini *** saylı Aptekin müdiri X2 *** saylı aptekin satış köşkünün tikintisinə icazə istəməsi barədə ## ###### 1998-ci il tarixli müraciəti nəzərə alınmış və ona rayonun *** saylı Aptekinin 4x3 metr ölçüdə satış köşkünün Babək küçəsində tikintisinə icazə verilmişdir.

3. X2 ##.##.2012-ci ildə vəfat etmiş, onun ölümündən sonra aptek köşkünə sahibliyi onun arvadı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həyata keçirmişdir.

4. Kürdəmir rayon Icra və Probasiya şöbəsinin ##.##.2023-cü il tarixli “Icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarından və eyni tarixli aktından görünür ki, hazırkı iş üzrə qəbul edilmiş qiyabi qətnamənin icrası təmin edilərək 219 mm-lik orta təzyiqli yerüstü daşıyıcı qaz kəmərinin mühafizə zonasında yerləşən, icra sənədində birmərtəbəli baytarlıq apteki kimi göstərilmiş tikili sökülmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı IB cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir şəhəri Babək küçəsindən keçən İddiaçı IB-nin balansında və istismarında olan diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa olunmuş bir mərtəbəli Baytarlıq aptekinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə icraya yönəldilmiş və icra edilmişdir.

7. Maraqlarına toxunan şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs şikayətinə əsasən qiyabi qətnamə ləğv edilərək iş üzrə icraat təzələnmiş, iddiaçının ərizəsi əsasında cavabdeh Cavabdeh əsl cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə əvəz edilmişdir.

8. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-*/**** saylı qətnaməsi ilə (hakim Müseyib Bayramov) İddiaçı IB-nin iddiası rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mərhum M.M.Mürsəlovla ər-arvad olaraq bir yerdə yaşadıqları müddətdə X2 rayon Icra Hakimiyyəti Başçısı tərəfindən ona verilmiş ##.##.1998-ci il tarixli *** nömrəli sərəncamına əsasən Kürdəmir şəhəri Babək küçəsində rayonun *** saylı Aptekinin 4x3 metr ölçüdə satış köşkünü tərtib olunmuş layihə əsasında inşa etdirmişdir. Həmin aptek köşkü Kürdəmir RIHB-nin rəsmi sərəncamı əsasında inşa edildiyindən özbaşına tikili sayıla bilməz. Buna görə də sökülməsi barədə iddia təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2, 180.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə, “Insan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Iddiaçı İddiaçı IB apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/**** saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə formal mülahizələr əsasında nəticəyə gəlmiş, işin faktiki hallarını araşdırmamış, sadə bir araşdırma əsasında qətnamə çıxarılmışdır. Qətnamə MPM-in 385, 390-cı maddələrində təsbit olunmuş maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız çıxarılmışdır. Qeyd olunan ərazidən keçən qaz xəttinin zədələnməsi və qaz sızması baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən bədbəxt hadisələrə səbəb olur. Iddiaçı tərəfindən qaz kəmərinin mühafizə zonasında cavabdehin inşa etdiyi tikiliyə dair akt sənəd və fotoşəkillər məhkəməyə təqdim edilməsinə baxmayaraq onlara hüquqi qiymət verilməmişdir. Iş materiallarına əlavə edilmiş fotoşəkil və aktla müəyyən edilir ki, cavabdeh tərəfindən qaz xəttinin mühafizə zonasında tikili inşa edilmişdir. Həmin tikili potensial təhlükə mənbəyidir. Kürdəmir Rayon Məhkəməsi tərəfindən araşdırma aparılaraq belə qənaətə gəlinmişdir ki, sözügedən qanunsuz tikiliyə (aptek) aid müvafiq icra hakimiyyətinin qərarı vardır. Həmin qərar (sərəncam) cavabdehin mərhum əri X2 adına verilmişdir. Məhkəməyə təqdim edilmiş ##.##.1998-ci il tarixli *** saylı sərəncamla Babək küçəsində 3x4 metr ölçüdə aptek binasının tikintisinə icazə verilmişdir. Aptek binası d-219 mm-lik qaz xəttinə tamamilə yaxın məsafədən keçir. Bu da potensial təhlükə mənbəyidir.

13. Cavabdeh izahat verərək, bildirmişdir ki, qaz xətti obyektin tikilməsindən 12 il sonra çəkilmişdir. Həmin qaz xətti yalnız onun obyektindən deyil, həm də digər üç obyektin yaxınlığından keçir. Obyekt 1998-ci ildə tikilmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Ilham Əsədov və Tofiq Heydərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-*/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə tərkibi nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adı çəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir.

16. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2012-ci il tarixdə ölmüş X2 cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə ##.##.1989-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənib ailə quraraq ər-arvad olub M.M.Mürsəlov ölənə kimi birgə təsərrüfat idarə etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mərhum M.M.Mürsəlovla ər-arvad bir yerdə yaşadıqları müddətdə X2 rayon Icra Hakimiyyəti Başçısı tərəfindən ona verilmiş ##.##.1998-ci il tarixli *** nömrəli sərəncamına əsasən Kürdəmir şəhəri Babək küçəsində rayonun *** saylı Aptekinin 4x3 metr ölçüdə satış köşkünü tərtib olunmuş layihə əsaında inşa etdirmişdir. Həmin aptek köşkü Kürdəmir RIHB-nin rəsmi sərəncamı əsasında inşa edilmiş, həmin aptek köşkünün tikintisi üçün heç bir maneə olmamış və həmin aptek köşkü özbaşına tikili sayıla bilməz.

17. Habelə işin apellyasiya baxışı zamanı əldə edilmiş mütəxəssis rəyinə əsasən naturada göstərilən sahibkarlıq obyekti Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin ##.##.2023-cü il tarixli ********** nömrəli müraciəti (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs) əsasında Kürdəmir şəhəri Bakı prospektində yerləşən 29 kv.metr torpaq sahəsi ilə eyni ərazidə yerləşir. Həmçinin baxış zamanı iddiaçının nümayəndəsi tərəfindən naturada göstərilən sahibkarlıq obyekti ilə qaz kəmərinin arasında 0.4 metr məsafə mövcud olduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir.

18. Həmçinin işin mübahisəsiz halı kimi məhkəmə tərkibi qeyd edir ki, Kürdəmir şəhəri Babək küçəsində Kürdəmir RHIB-nin ##.##.1998-ci il tarixli *** nömrəli sərəncamı ilə rəsmiləşdirilmiş obyekt layihə üzrə 1999-cu il tarixdə tikilib istifadəyə verilmişdir. Həmin vaxt isə ərazidə mübahisələndirilən qaz xəttinin mövcudluğu iş materialları ilə təsdiq edilmir. Adıçəkilən rəyə görə idarənin elektron baza məlumatlarında qaz xətti və onun mühafizə zonası göstərilməmişdir.

19. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları belədir ki, iddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda İddiaçı IB-nin qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası tələbinə dair iddiası əsassızdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 180.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. Iddiaçı İddiaçı IB kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)***/**** saylı qətnaməsinin tam ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətində “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “ Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.13-cü bəndinə istinad edilmiş və onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf izahatında artıq qəbul və etiraf etmişdir ki, qeyri-yaşayış sahəsi orta təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşir. Cavabdehin bu etirafı, artıq işin mübahisəsiz halını təşkil etmişdir. Qaz kəməri 1984-cü ildən mövcud olmuş, müəyyən müddət istifadə edilməsə də istismardan çıxarılmamışdır. Hazırda həmin xətt vasitəsilə istehlakçılara təbii qazın çatdırılması həyata keçirilir. Layihə sənədlərinə də əsasən qeyri-yaşayış sahəsi 1999-cu ildə inşa edilmişdir, yəni qaz kəməri mövcud olduğu ildə. Nəticə olaraq Kürdəmir şəhərinin Babək küçəsi ünvanından keçən 219 mm diametrli, orta təzyiqli, yerüstü qaz xəttinin 0.4 metr məsafədə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmiş, bununla da cavabdeh qaz kəmərinin mühafizə zonasını pozmuşdur.

23. Şikayətdə Azərbaycan Respublikası MPM-in 14.2 və 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Işə yenidən baxacaq apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən olunmuş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən sübutlara AR MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 54.1. Iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə prosessual pozuntulara yol verilməklə qəbul edildiyindən ləğv edilməlidir.

33. MPM-nin 418.4.6-cı maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.

34. Işdən görünür ki, iddiaçı tərəfindən hazırkı iş üzrə ilk dəfə iddia cavabdeh Cavabdeh qarşı qaldırılmış, həmin şəxsə qarşı iddia qiyabi qətnamə ilə təmin edilmiş və qətnamə icra edilərək mühafizə zonasında yerləşmiş tikili sökülmüşdür. Qətnamə icra edildikdən sonra hazırkı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs etiraz ərizəsi verərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi MPM-nin 244-cü maddəsinin tələblərini nəzərə almadan iş üzrə cavabdeh olmayan şəxsin ərizəsi əsasında artıq qanuni qüvvəyə minmiş və icra edilmiş qiyabi qətnaməsini ləğv etmiş, iş üzrə icraatı təzələmiş və iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə vermişdir.

35. Hər iki məhkəmə instansiyası hesab etmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təqdim etdiyi sənədlərlə onun iddiaya cavab verməli şəxs olduğu və sökülməsi tələb edilmiş aptekə hüququ olduğu müəyyən edilir.

36. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq və X1 ##.##.2010-cu il tarixli *** saylı əmri ilə Kürdəmir rayonu, Babək küçəsində fəaliyyət göstərən *** saylı aptekin adı və təşkilatı hüquqi forması dəyişdirilərək “xxxx” MMC-nin təsis edilməsi və X2 MMC-nin müdiri vəzifəsinə təyin edilməsi əmr edilmişdir.

37. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən ##.##.2010-cu ildə verilmiş çıxarışda “xxxx” MMC-nin (VÖEN **********) qanuni təmsilçisinin X2 olduğu, təsisçisinin isə Əczaçılıq və Tibb Sənayesi Birliyi olduğu qeyd edilmişdir.

38. Məhkəmələrin istinad etdiyi Azərbaycan Respublikası Icra Hakimiyyəti Başçısının ##.##.1998-ci il tarixli *** saylı sərəncamının da məzmunundan görünür ki, cavabdehin həyat yoldaşı olmuş X2 *** saylı aptekin satış köşkünün tikilməsinə icazə verilməsi üçün Icra Hakimiyyətinə *** saylı aptekin müdiri olaraq müraciət etmiş və həmin sərəncamla icazə məhz *** saylı aptekə verilmişdir.

39. Cavabdehin təqdim etdiyi sübutlar sadalananlardan ibarət olduğu halda, məhkəmənin sökülməsi tələb edilən qeyri-yaşayış sahəsinin fiziki şəxs olaraq X2 məxsus olduğunu və vərəsəlik qaydasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs keçdiyini hansı sübut əsasında müəyyən etdiyi aydın deyil.

40. Kollegiya hesab edir ki, sökülməsi tələb edilmiş qeyri-yaşayış sahəsinin hüquqi şəxs “xxxx” MMC-nin əmlakı olub-olmadığını müəyyənləşdirmək üçün həmin hüquqi şəxs işə apellyasiya qaydasında yenidən baxılarkən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməli, əgər əmlak qeyd edilən hüquqi şəxsə məxsusdursa qanuna əsasən apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsinə yol verilmədiyindən mahiyyəti üzrə hüquqi qiymət verilmədən iddia əsl cavabdehə qarşı qaldırılmadığından rədd edilməlidir.

41. MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilən normanın dispozisiya şərtinə əsasən məhkəmənin müəyyən etdiyi hər bir mübahisəli hal tərəflərin qanunla müəyyən edilmiş qaydada təqdim etdiyi sübutlarla təsdiq edilməlidir. Hazırkı halda apellyasiya məhkəməsinin mübahisələndirilən qətnaməni əsaslandırarkən qeyd edilən prosessual normaların tələbləri pozulmuşdur.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Iddiaçı İddiaçı Istehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi ləğv edilsin. Iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar