Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1117/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. ünvan 1, mənzil 36 üzərində Iddiaçı mülkiyyət hüququ ## ###### 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Həmin mənzildə Iddiaçılə yanaşı, qardaşı Cavabdeh qeydiyyatdadır.
3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin ## ###### 2023-cü il tarixli məlumatından görünür ki, Cavabdeh dövlət sərhədindən hərəkəti barədə IAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: giriş ## #### 2000 çıxış ## #### 2000; giriş ## #### 2001, çıxış ## #### 2001; giriş ## #### 2002, çıxış ## #### 2002; giriş ## ###### 2003, çıxış ## ###### 2003; giriş ## ######## 2004, çıxış ## ######## 2004; giriş ## ### 2005, çıxış ## #### 2005; giriş ## #### 2005, çıxış ## #### 2005; giriş ## ###### 2005, çıxış ## ###### 2005; giriş ## ######## 2005, çıxış ## ######## 2005; giriş ## ######## 2005, çıxış ## ######## 2005; giriş ## ######## 2005, çıxış ## ######## 2005; giriş ## ######## 2005, çıxış ## ######## 2005; giriş ## ####### 2005, çıxış ## ####### 2005; ...; giriş ## #### 2013, çıxış ## #### 2013; giriş ## ##### 2018, çıxış ## ##### 2018; giriş ## ####### 2018, çıxış ## ####### 2018; giriş ## ###### 2022, çıxış ## #### 2022.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1, ** saylı mənzilə istifadə hüququna 8000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1-də yerləşən ** nömrəli mənzilin mülkiyyətçisidir. Sözügedən mənzil atasına məxsus olmuş, atası vəfat edəndən sonra həmin mənzil onun mülkiyyətinə keçmişdir. Qardaşı olan cavabdeh həmin mənzildə qeydiyyatda olmuşdur. Cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasına getmiş, onunla heç bir əlaqələri yoxdur. Buna baxmayaraq, cavabdeh iddiaçının mülkiyyətində olan ünvanda pasport qeydiyyatında qalmışdır. Cavabdeh sözügedən mənzilə 2000-ci ilin sentyabr ayın 1-dən əvvəl qeydiyyata düşdüyü üçün, mövcud mübahisə həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənməlidir. Göründüyü kimi cavabdeh ailə üzvlərin sırasına daxil olduğu üçün onun həmin mənzilə olan istifadə hüququna xitam verilməsi kompensasiya ödənilməklə mümkündür.
6. Birinci instansiya məhkəməsinə təqdim olunmuş “X1 Mərkəzi” MMC-nin ## ###### 2022-ci il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilin qiymətləndirmə tarixinə olan bazar dəyəri 93550 manat, qiymətləndirmə obyektinin aylıq kirayə haqqı 400 manat təşkil edir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** saylı qiyabi qətnaməsi ilə (hakim F.Mirzəyev) iddianın təmin edilməsi, Iddiaçı tərəfindən Cavabdeh 8000 manat kompensasiya verilməklə onun Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ** saylı evin ** saylı mənzilinə istifadə hüququna xitam verilməsi qət edilmişdir.
8. Qiyabi qətnamənin icrası ilə bağlı ## ###### 2024-cü il tarixli mədaxil qəbzi ilə Iddiaçı tərəfindən X6 hesabına 8000 manat məbləğində vəsait ödənilmişdir.
9. Sonradan cavabdehin ərizəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərardadı ilə həmin Məhkəmənin ## #### 2023-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən ** saylı evin ** saylı ümumi sahəsi 62,11 kv.m olan mənzilinin ümumi dəyəri təxminən 138000 manat müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən ** saylı evin ** saylı orta təmirli və ona oxşar şəraitli mənzilin hazırkı vaxta olan 1 aylıq icarə haqqının orta bazar qiyməti nəzəri qaydada təxminən 550 manat müəyyən edilir.
11. Birinci instansiya məhkəməsinə təqdim olunmuş “xxxx” MMC-nin ## #### 2025-ci il tarixli hesabatına əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən ** saylı evin ** saylı mənzilinin ## #### 2025-ci il tarixinə orta bazar dəyəri 175000 manat, orta aylıq kirayə haqqı 650 manat müəyyən edilmişdir. Həmçinin mənzilin 2026-cı il üzrə orta bazar dəyəri 189000 manat, orta aylıq kirayə haqqı 702 manat, 2027-ci il üzrə orta bazar dəyəri 203000 manat, orta aylıq kirayə haqqı 754 manat, 2028-ci il üzrə orta bazar dəyəri 218750 manat, orta aylıq kirayə haqqı 813 manat təşkil edir.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim S.Əliyeva) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən ** nömrəli evin ** saylı mənzilindən istifadə hüququna xitam verilməsi, iddiaçı Iddiaçı tərəfindən cavabdeh Cavabdeh 8000 manat məbləğində kompensasiya ödənilməsi, bu hissədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi üzrə ödənilən məbləğin nəzərə alınması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Cavabdeh 1964-cü ildən icarədarın ailə üzvü olaraq həmin mənzildə yaşamağa başladığından mənzildən istifadə ilə bağlı hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır.
14. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri ## ###### 1999-cu il tarixədək qüvvədə olan ## ######## 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.
15. Cavabdeh Cavabdeh mübahisə obyekti olan mənzili könüllü olaraq tərk edərək, 6 aydan uzun müddətdir ki, həmin mənzildə yaşamır. Özünə daimi yaşayış yeri seçərək ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən ** saylı mənzilə olan istifadə hüququnu itirmişdir.
16. Məhkəmə iddiaçının tələbinin cavabdehin mənzilə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, mübahisə həll edilərkən ilk növbədə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etməsi nəzərə alınmalıdır. Müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması mülkiyyətçi olaraq iddiaçı Iddiaçı mülkiyyət hüquqlarını pozduğundan, həmin mənzildən istifadə, sərəncam və digər hüquqlarını həyata keçirməsinə maneçilik törətdiyindən iddiaçı kompensasiya institutundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsini, yəni cavabdehə müvafiq kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsini istəyir.
17. Iddiaçı tərəfindən iddia tələbinin əsaslandırılmasından da aydın olur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi cavabdehin onun mülkiyyətində olan mənzildə formal qeydiyyatda qalması səbəbindən onun mülkiyyətində olan mənzilə sərbəst surətdə sərəncam verə bilməməsi olmuşdur. Həmçinin, iddiaçı tərəfindən iddia tələbinin hüquqi əsaslandırılmasından da aydın olur ki, iddiaçı iddia tələbinin hüquqi əsası qismində ## ####### 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə istinad etməklə, cavabdehin ailə üzvü olaraq mənzildən istifadə hüququ yarandığı üçün onun mənzilə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməli olduğu qənaətinə gəlmişdir. Yəni iddiaçı iddia tələbinin hüquqi əsası qismində istinad etdiyi hüquq normasına əsasən cavabdehin mənzildə istifadə hüququ olması və onun istifadə hüququna kompensasiya verilməklə xitam verilə biləcəyi qənaətinə gəlmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq iddiaçı tərəfindən iddia tələbinin hüquqi əsaslandırılmasından asılı olmayaraq iddia tələbinin hüquqi əsası iddiaçının məhkəməyə bildirdiyi faktiki hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilməlidir.
19. Hazırkı mülki iş üzrə iddiaçı tərəfindən “cavabdehin mənzilə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbi irəli sürülməsi (hüququ bilməməsi) iddiaçının üzərinə cavabdehin itirilmiş hüququna 3 illik kirayə haqqı məbləğində kompensasiya ödəməklə xitam vermə öhdəliyi qoyaraq, onun mülkiyyət hüququnu əsassız məhdudlaşdırmaqla nəticələnməməlidir.
20. Iddiaçı tərəfindən məhkəməyə bildirilənlərdən də aydın olur ki, onun kompensasiya verilməklə xitam verilməsi ilə bağlı tələb irəli sürülməsinin səbəbi cavabdehin onun mülkiyyətində olan mənzildə formal qeydiyyatının onun öz mülkiyyətinə sərəncam vermə hüququnu məhdudlaşdırmasıdır.
21. Hazırda, iddiaçı həmin əmlakın mülkiyyətçisidir və kompensasiya hüququ iddiaçıya məxsus olan hüquq olduğundan, bu hüququndan istifadə etməklə cavabdehin evdən çıxarılmasını tələb etmək onun müstəsna hüququ olub, cavabdehin mənafeyinə zidd deyildir.
22. Iddiaçı cavabdehin mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozduğundan 8000 manat kompensasiya verilməklə cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsini tələb etmiş, cavabdeh tərəf isə iddiaçı tərəfindən verilmiş kompensasiya məbləğinin evin dəyərinə mütənasib olmadığını bildirməklə, 50000 manat məbləğində kompensasiya tələb etdiklərini bildirmişlər.
23. Məhkəmə tərəfindən cavabdeh tərəfin vəsatəti ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq iş üzrə rəy almış və rəydə 3 illik kirayə haqqı məbləği müəyyən edilmişdir. Cavabdeh tərəf həmin məbləğ ilə də razı olmamış, evin dəyərinə uyğun kompensasiya verilməli olduğunu bildirmiş, iddiaçı isə hazırkı mülki iş üzrə icraata marağı itdiyi üçün məhkəmə iclaslarında iştirak etməmiş, həmin məbləğə münasibət bildirməmişdir.
24. Məhkəmə qeyd etmişdir ki cavabdeh iddia tələbini qəbul etməsə də, nəzərə alınmalıdır ki, cavabdehin həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozduğundan iddiaçının tələbi əsaslıdır.
25. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən ödənilən kompensasiya məbləği cavabdehin mənafeyinə uyğun olub, 8000 manat məbləğində kompensasiya ödənilməsi cavabdehin vəziyyətini pisləşdirməməklə, tam əksinə maddi vəziyyətini yaxşılaşdıracaqdır.
26. Həmçinin, müəyyən edilmişdir ki, məhkəmənin ləğv edilmiş ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsinin icrası mərhələsində iddiaçı tərəfindən 8000 manat məbləğində kompensasiya məbləği Icra şöbəsinin depozit hesabına ödənilmiş və cavabdeh mənzildən qeydiyyatdan çıxarılmışdır.
27. Belə olan halda, hazırkı qətnamə iddiaçının üzərinə yenidən 8000 manat kompensasiya ödəmək öhdəliyi qoyulması kimi deyil, cavabdehin ləğv edilmiş qiyabi qətnamə üzrə iddiaçı tərəfindən icra şöbəsinin depozit hesabına ödənilmiş 8000 manat kompensasiya məbləğinə olan hüququnu müəyyən edən məhkəmə aktı kimi qiymətləndirilməlidir.
28. Birinci instansiya məhkəməsi mövqeyini ## ######## 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 299, 301, 302, 305, 306, 307, 308, 313-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.4, 158.4, 228-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119, 217, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
29. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ”xxxx” MMC-nin ## #### 2025-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən ** saylı evin ** saylı mənzilinin ## #### 2025-ci il tarixinə orta bazar dəyəri 175000 manat, orta aylıq kirayə haqqı 650 manat müəyyən edilsə də, məhkəmə nədənsə iddiaçı tərəfdən təklif olunan 8000 manat məbləğində kompensasiya verilməsini ədalətli sayaraq cavabdehin mübahisəli mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxamışdır. Halbuki aylıq kirayə haqqı 550 manat hesab olunduqda kompensasiya verilməsi üç illik müddət hesablanarsa 19800 manat, aylıq kirayə haqqı 650 manat hesablandıqda kompensasiya üç illik müddəti hesablanmaqla 23400 manat olduğu halda, 8000 manat məbləğində kompensasiya verilməsi ağlabatan deyildir və bu da cavabdehə qarşı ədalətsiz qətnamə çıxarılmasına gətirib çıxarmışdır. Məhkəmə iddiaçının məhz 8000 manat kompensasiyanın ağlabatan məbləğ olmasını heç bir mötəbər sübutla əsaslandırmamışdır.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və X.Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı Iddiaçı və cavabdeh Cavabdeh qardaşdırlar. ünvan 1, ** saylı mənzil 1964-cü ildən tərəflərin atası X3 məxsus olmuş, 1992-ci ildə iddiaçının adına özəlləşdirilmiş və ## ###### 2014-cü ildə də daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsi ilə iddiaçının iddiasının təmin edilməsi, iddiaçı tərəfindən Cavabdeh 8000 manat kompensasiya verilməklə onun Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ** saylı evin ** saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Qiyabi qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Bakı şəhəri Nizami Rayon Icra Şöbəsinə göndərilmişdir. Cavabdeh mənzildən qeydiyyatdan çıxarılmış, iddiaçı tərəfindən isə 8000 manat məbləğində vəsait Icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən verilmiş “qiyabi qətnamənin ləğvi”nə dair ərizə əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. Mübahisə obyekti olan mənzil iddiaçı tərəfindən ## ####### 2024-cü il tarixində X2, ## ####### 2024-cü il tarixdə X2 tərəfindən X7 satılmışdır.
33. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi" tələbini cavabdehin uzun müddətdir Rusiya Federasiyasında yaşamasına baxmayaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması ilə əsaslandırmışdır.
34. Cavabdeh Cavabdeh 1964-cü ildən icarədarın ailə üzvü olaraq həmin mənzildə yaşamağa başladığından mənzildən istifadə ilə bağlı hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır. Bu səbəbdən həmin münasibətlərə birinci instansiya məhkəməsi haqlı olaraq ## ###### 1999-cu il tarixədək qüvvədə olan ## ######## 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin aidiyyəti müddəalarını tətbiq etmişdir.
35. Cavabdeh Cavabdeh icarədarın ailə üzvü olaraq həmin mənzildə onunla birlikdə yaşamaqla sözügedən mənzildən istifadə hüququ yaranmışdır.
36. Işin müəyyən edilmiş digər faktiki halıdır ki, cavabdeh Cavabdeh daimi yaşayış yeri Rusiya Federasiyasıdır. O, ailəsi ilə bildikdə orada yaşayır. Belə ki, cavabdehin 2000-ci ildən sonrakı tarixlərdə dövlət sərhədindən hərəkəti barədə IAMAS bazasından əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh Azərbaycan Respublikasına bəzi hallarda bir gün ərzində giriş-çıxış etmiş, qaldığı halda isə uzun müddət yaşamamış, bir həftə, bir ay müddət ərzində ölkə ərazisində qalmışdır.
37. Cavabdeh Cavabdeh mübahisə obyekti olan mənzili könüllü olaraq tərk edərək 6 aydan uzun müddətdir ki, həmin mənzildə yaşamır. Özünə daimi yaşayış yeri seçərək ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən ** saylı mənzilə olan istifadə hüququnu itirmişdir.
38. Göründüyü kimi, cavabdeh Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması mülkiyyətçi olaraq iddiaçı Iddiaçı mülkiyyət hüquqlarını pozduğundan, həmin mənzildən istifadə, sərəncam və digər hüquqlarını həyata keçirməsinə maneçilik törətdiyindən iddiaçı kompensasiya institutundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsini, yəni cavabdehə müvafiq kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsini tələb edir.
39. Iddiaçı tərəfindən iddia tələbinin əsaslandırılmasından da aydın olur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi cavabdehin onun mülkiyyətində olan mənzildə formal qeydiyyatda qalması səbəbindən onun mülkiyyətində olan mənzilə sərbəst surətdə sərəncam verə bilməməsi olmuşdur. Həmçinin iddiaçı tərəfindən iddia tələbinin hüquqi əsaslandırılmasından da aydın olur ki, iddiaçı iddia tələbinin hüquqi əsası qismində ## ####### 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə istinad etməklə, cavabdehin ailə üzvü olaraq mənzildən istifadə hüququ yarandığı üçün onun mənzilə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməli olduğu qənaətinə gəlmişdir. Yəni iddiaçı iddia tələbinin hüquqi əsası qismində istinad etdiyi hüquq normasına əsasən cavabdehin mənzildə istifadə hüququ olması və onun istifadə hüququna kompensasiya verilməklə xitam verilə biləcəyi qənaətinə gəlmişdir.
40. Hazırda, iddiaçı həmin əmlakın mülkiyyətçisidir və kompensasiya hüququ iddiaçıya məxsus olan hüquq olduğundan, bu hüququndan istifadə etməklə cavabdehin evdən çıxarılmasını tələb etmək onun müstəsna hüququ olub, cavabdehin mənafeyinə zidd deyildir. Iddiaçı cavabdehin mənzilə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozduğundan 8000 manat kompensasiya verilməklə cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsini tələb etmiş, cavabdeh tərəf isə iddiaçı tərəfindən verilmiş kompensasiya məbləğinin evin dəyərinə mütənasib olmadığını bildirməklə 50000 manat məbləğində kompensasiya tələb etdiklərini bildirmişlər.
41. Lakin birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh iddia tələbini qəbul etməsə də, nəzərə alınmalıdır ki, cavabdehin həmin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozmuş, eyni zamanda qeydiyyatda olduğu mənzildə uzun müddət yaşamadığından istifadə hüququnu da itirilməklə iddiaçının tələbi əsaslıdır. Yəni, apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdehin hazırkı evə olan istifadə hüquqları itirildiyindən sonuncunun ona verdiyi kompensasiya məbləğinin yetərli olub-olmaması barədə qeyd etdiyi apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. Iddiaçı özünün istəyi ilə istifadə hüquqlarına artıq özü-özlüyündə itirilmiş şəxsə kompensasiya qismində hər hansı məbləği vermək hüququndan istifadə etməsi cavabdehə istifadə hüquqları hazırda mövcud olan şəxs kimi həmin kompensasiya məbləğinin adekvat olmaması barədə qeyd etdikləri hər hansı bir önəm kəsb etmir. Bu baxımdan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən icra şöbəsinin depozit hesabına ödənilmiş 8000 manat vəsaitin verilməsi ilə iddianın təmini qanuni və əsaslıdır. Hazırki iddia hazırda hüquqa xitam verilməsini deyil, artıq itirilmiş hüququn təsbiti kimi qəbul edilməklə təmin edilmişdir.
42. Belə olan halda, apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilən 8000 manat məbləğində kompensasiya cavabdehin mənafeyinə uyğun olmaqla, ağlabatan və ədalətlidir.
43. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü, ## ####### 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51, 54, 60, 87-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
44. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 125-ci, Mülki Prosessual Məcəllənin 106, 386-cı maddələrinin tələbləri pozulmuşdur.
46. Apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməmiş, iş üzrə təqdim olunmuş sübutlara birtərəfli yanaşmış, ekspert rəylərini nəzərə almamışdır. Cavabdeh valideynlərinə məxsus olmuş sözügedən mənzildə 1964-cü ildə doğulmuş və yaşamış, ## ######## 1986-cı ildə qeydiyyata alınmış və uzun müddət ailə üzvü kimi orada yaşamışdır. Bu səbəbdən, onun istifadə hüququ sadə qeydiyyatdan ibarət olmamışdır. Hər iki məhkəmə instansiyası qəbul etdikləri qətnamələr 175000 manat bazar dəyəri fonunda 8000 manat məbləğində kompensasiya müəyyən edilməsi açıq şəkildə proporsionallıq prinsipinin pozulmasıdır və ədalətli balansı təmin etmir. Çünki, mənzil tərəflərin valideynlərinə məxsus olmuş və cavabdeh də iddiaçı kimi həmin yaşayış sahəsində ailə üzvü kimi uzun müddət yaşamışdır ki, bu da onun istifadə hüququna xüsusi hüquqi müdafiə verir.
47. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
48. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır.
Kassasiya baxışının hədləri
49. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
50. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
51. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və III hissələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
53. ## ####### 2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı şikayətin məzmununa oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işin hallarına və işdə olan sübutlara hüquqi qiymət verilməklə yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli yaşayış sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması və cavabdehin əvvəllər həmin sahəyə yalnız istifadə hüququnun olması işin mübahisəsiz hallarıdır. Iddiaçı cavabdehə kompensasiya verilməklə bu hüququna xitam verilməsini xahiş etmişdir.
58. Cavabdeh tərəfin mübahisələndirdiyi məsələ təklif olunan kompensasiyanın məbləği ilə bağlıdır. Belə ki, cavabdeh mübahisəli mənzilin əvvəllər tərəflərin valideynlərinə məxsus olmasına istinad etməklə, faktiki həmin əmlakın dəyərindən ona pay verilməsini tələb edir.
59. Lakin, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, həmin yaşayış sahəsi əvvəllər tərəflərin atası X4 istifadəsinə verilsə də, 1992-ci ildə yalnız iddiaçının adına özəlləşdirilmişdir. Yəni, cavabdehin həmin əmlaka vərəsəlik hüquqdan irəli gələrək, pay tələb etmək hüququ olmamışdır.
60. Cavabdehin mübahisəli mənzilə istifadə hüququ olmuşdur ki, o, bu hüququnu daimi əsaslarla xarici dövlətə köçməklə itirmişdir.
61. Belə olan halda, iddiaçının verdiyi kompensasiya məbləğini mübahisələndirməyə cavabdehin hüququ qalmamışdır.
62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.