Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1010/2025 28.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı “X5 X6 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı “X5 X6 Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X5 X6 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (FİN:xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd 3 gözlü elektrik dönər hazırlayan maşın (NG/LPG gücü 11,5 KVt, mühərrik gərginliyi: 220V, ZHONGLİAN PT-R3), 1 ədəd arxa cızıqlı iş masası (paslanmayan polad konstruksiya, fırçalanmış üzlük, Təzgah MDF paneli ilə birlikdə gəlir, üst düz kənardır, biri rəf altında, arxa səpgi və 4 çəkməcə 38 mm diametrli yuvarlaq boru), 1 ədəd toster (elektrik qızdırıcı) (16 dilim, elektrik 220V, maşın ölçüsü: L*W*H (mm) 410*350*210 REMTA R71), 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu. R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd qızartma sobası (elektrik) (50x35x20sm, BFE WG-822), 1 ədəd fransız fritöz maşını (electric-6L) (maşının ölçüsü: L*W*H mm, 285*450*300/220/50Hz, BFE WG-82), 1 ədəd PVC masa (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620) və 1 ədəd PVC kreslonun(rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı “X5 X8 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 24 avqust tarixli 2022/ÖM/08863 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Dönərxana” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd 3 gözlü elektrik dönər hazırlayan maşın (NG/LPG gücü: 11.5 KVt, mühərrik gərginliyi: 220V, ZHONGLİAN PT-R3), 1 ədəd arxa cızıqlı iş masası (paslanmayan polad konstruksiya, fırçalanmış üzlük, Tezgah MDF paneli ilə birlikdə gəlir, üst düz kənardır, biri rəf altında, arxa səpgi və 4 çəkməcə 38 mm diametrli yuvarlaq boru), 1 ədəd toster (elektrik qızdırıcı) (16 dilim, elektrik 220V, maşın ölçüsü: L*W*H (mm) 410*350*210 REMTA R71), 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd qızartma sobası (elektrik) (50x35x20sm, BFE WG-822), 1 ədəd fransız fritöz maşını (electric-6L) (maşının ölçüsü: L*W*H mm, 285*450*300/220/50Hz, BFE WG82), 1 ədəd PVC masa (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620), 1 ədəd PVC kreslo (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 24 avqust tarixli müqavilə və 2022-ci il 24 avqust tarixli aktla vətəndaş Cavabdeh ““Dönərxana” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2023-ci il 7 noyabr tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “Dönərxana” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd 3 gözlü elektrik dönər hazırlayan maşın (NG/LPG gücü: 11.5 KVt, mühərrik gərginliyi: 220V, ZHONGLİAN PT-R3), 1 ədəd arxa cızıqlı iş masası (paslanmayan polad konstruksiya, fırçalanmış üzlük, Tezgah MDF paneli ilə birlikdə gəlir, üst düz kənardır, biri rəf altında, arxa səpgi və 4 çəkməcə 38 mm diametrli yuvarlaq boru), 1 ədəd toster (elektrik qızdırıcı) (16 dilim, elektrik 220V, maşın ölçüsü: L*W*H (mm) 410*350*210 REMTA R71), 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd qızartma sobası (elektrik) (50x35x20sm, BFE WG-822), 1 ədəd fransız fritöz maşını (electric-6L) (maşının ölçüsü: L*W*H mm, 285*450*300/220/50Hz, BFE WG-82), 1 ədəd PVC masa (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620), 1 ədəd PVC kreslo (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620) yerində aşkar edilməmişdir. Vətəndaş aktivləri başqa avadanlıqlarla dəyişdirdiyini bildirmişdir. Bu barədə aktda müvafiq qeyd aparılmışdır. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-2/2-Ç-54903/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubları ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirik ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd 3 gözlü elektrik dönər hazırlayan maşın (NG/LPG gücü: 11.5 KVt, mühərrik gərginliyi: 220V, ZHONGLİAN PT-R3), 1 ədəd arxa cızıqlı iş masası (paslanmayan polad konstruksiya, fırçalanmış üzlük, Tezgah MDF paneli ilə birlikdə gəlir, üst düz kənardır, biri rəf altında, arxa səpgi və 4 çəkməcə 38 mm diametrli yuvarlaq boru), 1 ədəd toster (elektrik qızdırıcı) (16 dilim, elektrik 220V, maşın ölçüsü: L*W*H (mm) 410*350*210 REMTA R71), 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd qızartma sobası (elektrik) (50x35x20sm, BFE WG-822), 1 ədəd fransız fritöz maşını (electric-6L) (maşının ölçüsü: L*W*H mm, 285*450*300/220/50Hz, BFE WG-82), 1 ədəd PVC masa (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620) və 1 ədəd PVC kreslonun (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620)natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. İddiaçı “X5 X6 nümayəndəsi Nümayəndə2 xx.xx.2025-c il tarixli məhkəmə iclasında iddia tələbin dəqiqləşmə verərək, iddia ərizəsində qeyd olunan avadanlıqları olmadıqları təqdirdə pul dəyərinin tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, məhkəmə ekspertizası ilə müəyyən edilmiş məbləğlə razıdır, əslində onlar cavabdehdən əmlakın özünü-natura şəklində tələb edir, lakin hazırda həmin əmlaklar cavabdehdə olmadığından tələb olunana əmlaklar üçün ekspert tərəfindən müəyyən edilmiş məbləğin tutulmasını xahiş etmişdir. İddiaçı “X5 X6 nümayəndəsi Nümayəndə2 xx.xx.2025-c il tarixli məhkəmə iclasında izahatında qeyd etmişdir ki, cavabdehə verilən avadanlıqlar dönərxanaya aid aktivlər idi, 24.08 6a-ci ildə cavadehə verilərək, o vaxt da mügavilə bağlandı. Yekun monitorinqdə 07 11 2023-cu ildə cavabdehin fəaliyyətinin müqaviləyə uyğun olmadığı aşkarlandı. Cavabdehə avadanlıqları qaytarması bildirilsə də, qaytarmamışdır. Avadanlıqların olmaması aktlar əsasında müəyyən olundu. Bildiyi qədəri ilə onların müəssisədə idman sahəsi üzrə o fəaliyyət yoxdur. Onlar avadanlıqları vermədən əvvəl vətəndaş ilə müzakirə edirlər. Natura şəklində istəmək səbəbi vətəndaşı incitməmək üçün eyni növ və keyfiyyətdə olan avadanlıqların verilməsidir. Əgər avadanlıqları qaytara bilməyəcəksə, dəyərini qaytarılması xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında izahatından qeyd etmişdir ki, həmin mallar hazırda onda yoxdur, onlarda hec Resbuplikada tapmaq mümkün deyildir. Çin məhsullarıdır. İddia tələbini qəbul etmir.O idmançıdır, dəfələrlə yarışlarda Azərbaycan Respublikasını təmsil etmişdir. Hazırda da idman məşqçisi kimi fəaliyyət göstərir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, eləcə də toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “AECS” Azərbaycan Qiymətləndirmə və Konsalting Xidməti xx.xx.2025-ci il tarixli AE 05-229/25 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, tədqiqat obyektlərinin orta bazar dəyərinin hesablanması üçün Qiymətləndirici xərc yanaşmasından istifadə etmişdir.Beləliklə, aparılmış hesablamalara və təhlillərə əsasən Çin istehsalı olan 1 ədəd 3 gözlü elektrik dönər hazırlayan maşının (NG/LPG gücü 11,5 kvt, mühərrik gərginliyi: 220V. ZHONGLİAN PT-R3)-610 manat, 1 ədəd arxa cızıqlı iş masasının (paslanmayan polad konstruksiya,firçalanmış üzlük, Təzgah elektrik paneli ilə birlikdə gəlir, üst düz kənardır, biri rəf altında, arxa səpgi və 4 çəkməcə 38 mm diametrli yuvarlaq boru)-280 manat, 1 ədəd tosterin (elektrik qızdırıcı) (16 dilim, elektrik 220 V, maşın ölçüsü: L*W*H (mm) 410*350*210 REMTA R71)-240 manat, 1 ədəd soyuducunun (vitrin) (süse, 200sm69smx123sm, yenilənmiş gərginlik/tezlik: 220 V/50HZ. enerji sərfiyyatı: 1,9KWH/24h? Soyuducu doldurma tutumu, R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425)-530 manat, 1 ədəd qızartma sobasının (elektrik) (50x35x20sm, BFE WG-822)-240 manat, 1 ədəd fransız fritöz maşının (electric-6L) (maşının ölçüsü: L*W*H mm, 285*450*300/220/50Hz, BFE WG-82)-190 manat, 1 ədəd PVC masanın (rəngler: qara, sarı, qəhvəyi və mavi, X9 1620)-40 manat, 1 ədəd PVC kreslonun (rənglər qara, sarı, qəhvəyi və mavi, X9 1620)-20 manat olmaqla, 24 avqust 2022-ci il tarixinə ümumi məbləği (hesablamalar orta dəyərlərə əsasən aparıldığı nəzərə alınmaqla)-2150 (iki min bir yüz əlli) manat təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 24 avqust tarixli 2022/ÖM/08863 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən “Özünüməşğulluq” proqramı çərçivəsində Cavabdeh “Dönərxana” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd 3 gözlü elektrik dönər hazırlayan maşın (NG/LPG gücü: 11.5 KVt, mühərrik gərginliyi: 220V, ZHONGLİAN PT-R3), 1 ədəd arxa cızıqlı iş masası (paslanmayan polad konstruksiya, fırçalanmış üzlük, Tezgah MDF paneli ilə birlikdə gəlir, üst düz kənardır, biri rəf altında, arxa səpgi və 4 çəkməcə 38 mm diametrli yuvarlaq boru), 1 ədəd toster (elektrik qızdırıcı) (16 dilim, elektrik 220V, maşın ölçüsü: L*W*H (mm) 410*350*210 REMTA R71), 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd qızartma sobası (elektrik) (50x35x20sm, BFE WG-822), 1 ədəd fransız fritöz maşını (electric-6L) (maşının ölçüsü: L*W*H mm, 285*450*300/220/50Hz, BFE WG82), 1 ədəd PVC masa (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620), 1 ədəd PVC kreslo (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620) natura şəklində verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə veriməsinə dair xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 tərəfindən Cavabdeh 1 ədəd 3 gözlü elektrik dönər hazırlayan maşın, 1 ədəd arxa cızıqlı iş masası, 1 ədəd toster, 1 ədəd soyuducu, 1 ədəd qızartma sobası, 1 ədəd fransız fritöz maşını, 1 ədəd PVC masa və 1 ədəd PVC kreslo təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 2023-ci il 7 noyabr tarixli yekun monitorinq aktından görünür ki, Cavabdeh verilmiş “Dönərxana” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd 3 gözlü elektrik dönər hazırlayan maşın (NG/LPG gücü: 11.5 KVt, mühərrik gərginliyi: 220V, ZHONGLİAN PT-R3), 1 ədəd arxa cızıqlı iş masası (paslanmayan polad konstruksiya, fırçalanmış üzlük, Tezgah MDF paneli ilə birlikdə gəlir, üst düz kənardır, biri rəf altında, arxa səpgi və 4 çəkməcə 38 mm diametrli yuvarlaq boru), 1 ədəd toster (elektrik qızdırıcı) (16 dilim, elektrik 220V, maşın ölçüsü: L*W*H (mm) 410*350*210 REMTA R71), 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425), 1 ədəd qızartma sobası (elektrik) (50x35x20sm, BFE WG-822), 1 ədəd fransız fritöz maşını (electric-6L) (maşının ölçüsü: L*W*H mm, 285*450*300/220/50Hz, BFE WG-82), 1 ədəd PVC masa (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620), 1 ədəd PVC kreslo (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620) yerində aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Bildiririk ki, sizinlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 (bundan sonra Agentlik) arasında özünüməşğulluğunuzu təmin etmək məqsədi ile xx.xx.2022-ci il tarixli 08863 nömrəli müqavilə bağlanılmış və "Dönərxana" zərfi çərçivəsində nəzərdə tutulan əmlak xx.xx.2022-ci il tarixli 08863 nömrəli Aktla sizin istifadənizə verilmişdir."Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 24.2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitoringini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsın mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş "Özünüməşğulluğunun təşkili Qaydasının 8.2-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır.xx.xx.2023-cü il tarixində ünvanınızda aparılan monitorinq zamanı İstifadənizə verilmiş əmlaklardan sözügedən müqavilənin tələbini pozaraq təyinatı üzrə İstifadən etmədiyiniz (özgəninkiləşdirdiyiniz) aşkarlanmışdır.Bildirir ki, Qavdanın 8.4-cü bəndinə əsasən monitoring zamanı özünüməşğulluğa cəlb olunmus səxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiy aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı X1ytarmalıdır. Qeyd olunanları nəzərə alaraq, özünüməşğulluğun təşkili məqsədilə istifadənizə verilmiş əmlakı bu məktub Sizə təqdim olunduğu tarixdən 30 (otuz) iş günü ərzində Agentliyə geri qaytarmağınız tələb olunur. Əks təqdirdə sözügedən Qaydanın 9.2-ci bəndinə və Sizinlə bağlanmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin naturada ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsilə tələb ediləcəkdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatları nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1.İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2.Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3.Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, ilk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Cavabdeh isə məhkəmə iclasında iddia ərizəsində sadalanan əşyaların hamısının artıq onun sahibliyində olmadığını bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Hazırda məhkəmə yuxarıda sadalanan normaları və iddia tələbində tələb olunan əmlakın real bazar qiymətlərinin müəyyən edilməsinə dair ekspertiza rəyi nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Dönərxana” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd 3 gözlü elektrik dönər hazırlayan maşın (NG/LPG gücü: 11.5 KVt, mühərrik gərginliyi: 220V, ZHONGLİAN PT-R3)-610 manat, 1 ədəd arxa cızıqlı iş masası (paslanmayan polad konstruksiya, fırçalanmış üzlük, Tezgah MDF paneli ilə birlikdə gəlir, üst düz kənardır, biri rəf altında, arxa səpgi və 4 çəkməcə 38 mm diametrli yuvarlaq boru)- 280 manat, 1 ədəd toster (elektrik qızdırıcı) (16 dilim, elektrik 220V, maşın ölçüsü: L*W*H (mm) 410*350*210 REMTA R71)-240 manat, 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425)-530 manat, 1 ədəd qızartma sobası (elektrik) (50x35x20sm, BFE WG-822)-240 manat, 1 ədəd fransız fritöz maşını (electric-6L) (maşının ölçüsü: L*W*H mm, 285*450*300/220/50Hz, BFE WG-82)-190 manat, 1 ədəd PVC masa (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620)-40 manat, 1 ədəd PVC kreslo (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620)-20 manat, onlar mövcud olmadıqda isə onların cəmi dəyəri-2150 manat məbləğində pul alınaraq alınaraq iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 verilməlidir. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 200(iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, AZ74AİİB400600F**********112, BANK: Kapital Bank” ASC Mərkəz filialı, Bankın VÖENİ: **********, Müxbir hesab: AZ37NABZ********************, KOD: 200026, SWİFT: AİİBAZ2XXXX) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Dönərxana” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd 3 gözlü elektrik dönər hazırlayan maşın (NG/LPG gücü: 11.5 KVt, mühərrik gərginliyi: 220V, ZHONGLİAN PT-R3)-610 manat, 1 ədəd arxa cızıqlı iş masası (paslanmayan polad konstruksiya, fırçalanmış üzlük, Tezgah MDF paneli ilə birlikdə gəlir, üst düz kənardır, biri rəf altında, arxa səpgi və 4 çəkməcə 38 mm diametrli yuvarlaq boru)-280 manat, 1 ədəd toster (elektrik qızdırıcı) (16 dilim, elektrik 220V, maşın ölçüsü: L*W*H (mm) 410*350*210 REMTA R71)-240 manat,1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123sm,yenilənmiş gərginlik/tezlik:220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2~1, birbaşa soyutma sistemi: İce City BC-425)-530 manat, 1 ədəd qızartma sobası (elektrik) (50x35x20sm, BFE WG-822)-240 manat, 1 ədəd fransız fritöz maşını (electric-6L) (maşının ölçüsü: L*W*H mm, 285*450*300/220/50Hz, BFE WG-82)-190 manat, 1 ədəd PVC masa (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620)-40 manat, 1 ədəd PVC kreslo (rənglər: qara, sarı, qəhvəyi, və mavi, X9 1620)-20 manat, onlar mövcud olmadıqda isə onların müvafiq dəyəri alınaraq iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 xeyrinə ödənilsin. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 200(iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, AZ74AİİB400600F**********112, BANK: Kapital Bank” ASC Mərkəz filialı, Bankın VÖENİ: **********, Müxbir hesab: AZ37NABZ********************, KOD: 200026, SWİFT: AİİBAZ2XXXX) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-1010/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1010/2025
28.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver