Məhkəmə qərarları › İş №2(1-8)-1132/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1132/2026

04.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1132/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair ilk və iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı Notariat ofisində bağlanmış ## ##### 2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 11000 manat pulun, təkərin alınması üçün ödənilmiş 516 manat məbləğində pulun, ## #### 2024cü il tarixindən qətnamə qanuni qüvvəsini alanadək aylıq 1027 manat əmək haqqının, eyni zamanda iddiaçı tərəfindən ödənilmiş iddia ərizəsinin tərtibi üçün 50 manatın və pretenziyanın tərtibi üçün 30 manatın, məhkəmə üçün 127,87 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 12680 manat məbləğində ziyanın və dövlət rüsumu kimi ödənilmiş 128 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq həmin tələb üzrə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 10480 manat pul məbləğinin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,44 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, hüquqi yardım üçün ödənilmiş 80 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 1842 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh xeyrinə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,42 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həmin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1 və 112.1.2-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə; əmlakın tələb edilməsi haqqındakı iddialarda - tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən kassasiya şikayətinə görə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir.

10. Belə ki, iş materiallarından müəyyən olunur ki, ilk iddia pul tələbindən ibarət olmaqla, iddiaçı tərəfindən 127,87 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

11. Həmçinin, qarşılıqlı tələb üzrə iddiaçı tərəfindən 128 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

12. Bundan əlavə müəyyən olunur ki, kassator hazırkı şikayəti ilə ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini hər iki tələb üzrə hissələrini mübahisələndirmişdir.

13. Lakin, bu zaman kassasiya şikayəti üzrə yalnız bir tələbə münasibətdə - 64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, kassator həm ilk tələbin təmin olunan, həm də qarşılıqlı tələbin rədd olunan hissələrini mübahisələndirdiyi halda, hər iki iddiaya münasibətdə dövlət rüsumunu ödəməlidir.

14. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə apellyasiya şikayəti verilərkən 61,50 manat məbləğdə dövlət rüsumunun ödənilməsi, kassasiya şikayətinə görə də eyni məbləğdə rüsumun ödənilməsi üçün əsas ola bilməz.

15. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə uyğun olaraq, apellyasiya və kassasiya şikayətinin verilməsinə görə birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Yəni, qanunun bilavasitə mənasına görə kassasiya şikayətinə görə dövlət rüsumunun məbləği birinci instansiya məhkəməsinə qanuna əsasən ödənilməli olan dövlət rüsumuna münasibətdə hesablanmalıdır.

16. Qeyd olunanlara əsasən, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə icraata qəbul edilə bilməz. Odur ki, həmin kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

17. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə əsasən kassator hazırkı qərardadda qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra, ağlabatan müddətdə yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Həmin kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar