Məhkəmə qərarları › İş №2(1-8)-1143/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1143/2026

04.06.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1143/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh ”Cavabdeh” Istehsalat Birliyinə qarşı iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: “borcun silinməsi”; Mülki mübahisənin kateqoriyası: Istehlak münasibətlərindən irəli gələn mübahisələr; Təbii qazdan istifadə ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh ”Cavabdeh” Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ###### 2023-cü il tarixli, ******* saylı akta əsasən, İddiaçı (bundan sonra mətndə-iddiaçı) məxsus ünvan 1ndə yerləşən evə quraşdırılmış (abonent kodu: 011403100025120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar qaz xəttinin mövcud olduğu aşkar olunmuşdur.

2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ##### 2023-cü il tarixli, ******* saylı akta əsasən, iddiaçıya məxsus ünvan 1ndə yerləşən evə quraşdırılmış (abonent kodu: 011403100025120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar qaz xəttinin mövcud olduğu aşkar olunmuşdur.

3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ### 2023-cü il tarixli, ******* saylı akta əsasən, iddiaçıya məxsus ünvan 1ndə yerləşən evə quraşdırılmış (abonent kodu: 011403100025120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur.

4. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## #### 2023-cü il tarixli, ******* saylı akta əsasən, iddiaçıya məxsus ünvan 1ndə yerləşən evə quraşdırılmış (abonent kodu: 011403100025120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur.

5. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## #### 2023cü il tarixli, ******* saylı akta əsasən, iddiaçıya məxsus ünvan 1ndə yerləşən evə quraşdırılmış (abonent kodu: 011403100025120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur.

6. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ###### 2023-cü il tarixli, ******* saylı akta əsasən, iddiaçıya məxsus ünvan 1ndə yerləşən evə quraşdırılmış (abonent kodu: 011403100025120) sayğaca baxış keçirilən zaman sayğacdan kənar xəttin mövcud olduğu aşkar olunmuşdur.

7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ## ######## 2023-cü il tarixli, ******* saylı akta əsasən, iddiaçıya məxsus ünvan 1ndə yerləşən evə quraşdırılmış (abonent kodu: 011403100025120) sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuşdur.

8. ## #### 2024-cü il tarixli abonentin saldosuna əsasən, iddiaçıya məxsus ünvan 1ndə yerləşən evə (abonent kodu: 011403100025120) ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 4872,96 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 954,84 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 406,08 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 233,28 manat; ##.##.2023cü il tarixli, ******* saylı akt üzrə 164,16 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 146,88 manat; ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 164,16 manat olmaqla qeyd edilən aktlara görə cəmi 6942,36 manat məbləğində borc hesablanmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı cavabdeh «Cavabdeh» Istehsalat Birliyinə (bundan sonra mətndə-cavabdeh IB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Istehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu 011403100025120 olan sayğaca qanunsuz olaraq hesablanmış 6982,68 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinə quraşdırılmış abonent kodu 011403100025120 olan qaz sayğacından istifadə edir. Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə ona məxsus abonent kodu 011403100025120 olan sayğaca 7 akt - ##.##.2023-cü il tarixdə ******* nömrəli akt, ##.##.2023-cü il tarixdə ******* nömrəli akt, ##.##.2023-cü il tarixdə ******* nömrəli akt, ##.##.2023-cü il tarixdə ******* nömrəli akt, ##.##.2023-cü il tarixdə ******* nömrəli akt, ##.##.2023-cü il tarixdə ******* nömrəli akt və ##.##.2023cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş, ümumilikdə, 6982,68 manat məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Həmin aktlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə və istifadə edildiyi aşkar olunması qeyd olunmuşdur. Sözügedən aktlar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, onun tərəfindən sayğaca müdaxilə edilməmişdir və sayğacın özündə problem olmuşdur. Onun sözügedən aktdan qaz pulunu ödəyəndə xəbəri olmuşdur. Həmçinin o, xəstəliyi ilə əlaqədar rayonda olmuşdur. Cavabdeh IB onun yaşadığı ünvan 1ndə belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. O, Cavabdeh Istehsalat Birliyinə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı şifahi olaraq müraciət etsə də idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bütün bu qeyd etdiklərinə əsasən o, məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, təbii qazdan istifadəyə görə fevral və iyul aylarında 5 manat, dekabr ayında isə 10 manat ödəniş edilmişdir.

11. Abşeron Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdeh IB tərəfindən iddiaçıya məxsus (abonent kodu: 011403100025120) ünvan 1ndə yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 6942,36 manat borcdan 883,5 manat saxlanılmaqla, qalan 6058,86 manat cərimənin silinməsi, cavabdeh IB-dən 80,59 (səksən manat, əlli doqquz qəpik) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı məxsus ünvan 1ndə yerləşən evdə abonent kodu 011403100025120 olan sayğac üzrə Cavabdeh Istehsalat Birliyi tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ##.##.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4872,96 manat məbləğində; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ##.##.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 954,84 manat məbləğində; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ##.##.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 406,08 manat məbləğində; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ##.##.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 233,28 manat məbləğində; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ##.##.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3 , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 164,16 manat məbləğində; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ##.##.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3 , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 146,88 manat məbləğində; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ##.##.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3 , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 164,16 manat məbləğində olmaqla, ümumilikdə 6942,36 manat cərimə hesablanmışdır.

13. Bundan əlavə cavabdeh təşkilat tərəfindən ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 4872,96 manat məbləğində və ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 954,84 manat məbləğində hesablanmanın əsasları ilə bağlı və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edilməmişdir.

14. Cavabdeh təşkilatın tərəfindən ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 4872,96 manat məbləğində cərimənin hesabat müddətinin 360 gün, ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 954,84 manat məbləğində cərimənin hesabat müddətinin 60 gün qəbul edilməklə hesablanması əsasları ilə bağlı sübutlar təqdim edilmədiyini və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh Istehsalat Birliyinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 4872,96 manat və ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 954,84 manat məbləğində cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir (1. ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə - 4872,96 manat: 360 gün = 13,536 manat; 13,536 manat x 30 gün = 406,08 manat; 2. ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə - 954,84 manat : 60 gün = 15,914 manat; 15,914 manat x 30 gün = 477,42 manat). Beləliklə, məhkəmə hesab edir ki, «Cavabdeh» Istehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvan 1ndə yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 6942,36 manat borcdan 883,5 manat saxlanılmaqla, qalan 6058,86 manat borc silinməlidir.

15. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edib ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 80,59 (səksən manat, əlli doqquz qəpik) manat dövlət rüsumu cavabdeh «Cavabdeh» Istehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6, 4.7 və 4.8-ci bəndləri, “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin iddianın təmin olunan hisəsində ləğv olunması və iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinə əsasən, iddiaçı məhkəməyə müraciət edərək cavabdeh IB tərəfindən onun abonent hesabına yazılmış 6982,68 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Həmin ümumi borcun yaranma əsasını iddiaçı tərəfin 2023-cü il tarixinin fevral, aprel, may, iyun, iyul, avqust və sentyabr aylarında yaşadığı ünvanının yaxınlığından keçən küçə qaz xəttinə qanunsuz qoşulmaqla özünə məxsus fərdi yaşayış evinə özbaşına qaz xətti çəkməklə təbii qazdan qeyri-qanuni istifadə etməsi faktı təşkil etmişdir. Həmin faktlarla əlaqədar iddiaçı barəsində cavabdeh tərəfindən 7 ədəd müvafiq akt tərtib edilmiş və iddiaçının yaşadığı ünvanda faktı təsdiq edəcək fotoşəkillər çəkilmişdir. Məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfin 2023-cü ilin fevral və aprel aylarında yaşadığı ünvanda qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi faktı təsdiq edilmişdir. Istinad: 2023-cü ilin fevral və aprel aylarında iddiaçı tərəfin yaşadığı ünvanda qaz xəttinə qanunsuz qoşulması faktı ilə bağlı cavabdeh Cavabdeh IB tərəfindən aparılan hesablama qaydası ilə məhkəmə razılaşmamış və məhkəmənin özü iddiaçı tərəfin 2023-cü ilin fevral və aprel aylarında yaşadığı ünvanda qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi faktı ilə bağlı mütəxəssis qismində hesablama aparmışdır (qətnamənin 3-cü vərəqəsinin 3-cü abzası). Məhkəmənin hesablama qaydası (müvafiq 2 akt üzrə): 1) ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə - 4872,96 manat : 360 gün = 13,536 manat; 13,536 manat x 30 gün = 406,08 manat. 2) ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə - 954,84 manat : 60 gün = 15,914 manat; 15,914 manat x 30 gün = 477,42 manat. Qeyd: 2023-cü ilin fevral və aprel aylarında iddiaçı tərəfin yaşadığı ünvanda qaz xəttinə qanunsuz qoşulması faktı ilə bağlı cavabdeh Cavabdeh IB tərəfindən aparılan hesablama qaydası ilə razılaşmamış məhkəmənin apardığı hesablama metodu səhvdir və tərəfindən yol verilmiş səhv hesablama qaydası heç bir normativ hüquqi aktla əsaslandırılmamışdır. Nəticə: istehlakçı tərəfin qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə Qazdan istifadə Qaydalarının 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aparılmalı idi və qanuni hesablamanın müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyindən mütəxəssis rəyinin alınması qanunamüvafiq hesab edilə bilər. Iddiaçı İddiaçı barəsində cavabdeh Cavabdeh IB tərəfindən tərtib edilmiş və məhkəmə qətnaməsinə əsasən təmin edilməyən 3 - 7-ci aktlara münasibətdə bildirmək istəyir ki, iddiaçı tərəfindən fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə edilməsi faktı iddiaçıya məxsus ünvanda çəkilmiş fotoşəkillərlə təsdiq edilmişdir. Qeyd: Fotoşəkillərin üzərində onların çəkilmə tarixi və iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunan fərdi yaşayış evinin ünvan koordinatları qeyd edilmişdir. Nəticə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə məxsus ümumi qazpaylayıcı küçə qaz xəttinə qanunsuz qoşulmaqla hüquqi şəxsə maddi zərər vurmuş olduğundan, vurulmuş zərərin əvəzi zərərvuran iddiaçı tərəfindən tam həcmdə ödənilməlidir. Bu səbəbdən iddiaçının abonent hesabından geridə qalan 6058,86 manat məbləğində borcun məhkəmə tərəfindən silinməsi qanuni və əsaslı deyildir. Iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizamasalınır. Işə baxmış məhkəmələr tərəfindən mülki iş materiallarında olan fotoşəkillərə istinad olunmamış, həmin fotoşəkillərin hansı ünvana aid olması, nə vaxt və kim tərəfindən çəkilməsi araşdırılmamış, iş üzrə sübut əhəmiyyətinə malik olub-olmamasına hüquqi qiymət verilməmiş və qəbul edilməməsinin səbəbləri yekun məhkəmə aktında əsaslı şəkildə göstərilməmişdir. Məhkəmə tərəfindən aparılan hesablama metodu ilə cavabdeh qismində Cavabdeh IB hazırda razılaşmır və həmin 2 akta münasibətdə Cavabdeh IB-yə dəymiş maddi zərər həcminin daha böyük olduğunu hesab edir. Nəticə: Iddiaçı tərəfin 02/2023 və 04/2023cü il tarixində küçə qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi faktına münasibətdə mütəxəssis qismində məhkəmənin hesablamış olduğu maddi zərərin həcmi tam qanuni və əsaslı deyildir. Belə ki, 02/2023 və 04/2023-cü illər tarixində iddiaçı barəsində cavabdeh Cavabdeh IB tərəfindən tərtib edilmiş həmin 2 akt üzrə cavabdeh Birliyə vurulmuş maddi zərərin həcmi müəyyən edilərkən mütəxəssisin səlahiyyətləri məhkəmə tərəfindən düzgün icra edilməyərək iddianın həllində səhv nəticəyə gəlinmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər- A.M.Süleymanova (sədrlik edən və məruzəçi), S.A.Qafari, F.Ə.Məmmədov) cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ünvan 1ndə yerləşən evdə abonent kodu 011403100025120 olan sayğac üzrə Cavabdeh Istehsalat Birliyi tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ##.##.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4872,96 manat məbləğində; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ##.##.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 954,84 manat məbləğində; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ##.##.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 3,5 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 406,08 manat məbləğində; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ##.##.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,5 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 233,28 manat məbləğində; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ##.##.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3 , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 164,16 manat məbləğində; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ##.##.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3 , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 146,88 manat məbləğində; ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında ##.##.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3 , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 164,16 manat məbləğində olmaqla, ümumilikdə 6942,36 manat cərimə hesablanmışdır.

21. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia qismən təmin edilərək məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 4872,96 manat məbləğində və ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 954,84 manat məbləğində hesablanmanın əsasları ilə bağlı və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edilməmişdir.

22. Cavabdeh təşkilat tərəfindən ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 4872,96 manat məbləğində cərimənin hesabat müddətinin 360 gün, ##.##.2023cü il tarixli, ******* saylı akt əsasında 954,84 manat məbləğində cərimənin hesabat müddətinin 60 gün qəbul edilməklə hesablanması əsasları ilə bağlı sübutlar təqdim edilmədiyini və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh Istehsalat Birliyinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 4872,96 manat və ##.##.2023-cü il tarixli, ******* saylı akt əsasında 954,84 manat məbləğində cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir (1. ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə - 4872,96 manat: 360 gün = 13,536 manat; 13,536 manat x 30 gün = 406,08 manat; 2. ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə - 954,84 manat : 60 gün = 15,914 manat; 15,914 manat x 30 gün = 477,42 manat). Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh Istehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvan 1ndə yerləşən evə quraşdırılmış qaz sayğacına görə hesablanmış 6942,36 manat borcdan 883,5 manat saxlanılmaqla, qalan 6058,86 manat borc silinməlidir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, apellyator istinad olunan hallara dair qanunla nəzərdə tutulmuş qaydada sübutlar təqdim etməmiş, abonentin baş vermiş mülki hüquq pozuntusunda təqsiri iddia olunan həcmdə sübuta yetirilməmişdir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunun (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş) 6-cı maddəsinin 2-ci hissəsinə, 13-cü maddəsinin 8-1-ci hissəsinə, 20 və 21-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” 6.5, 6.5-1, 6.5-1.1, 6.5-1.2, 6.5-1.3, 6.5-3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

25. Cavabdeh IB (vəkil-Nümayəndə) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnamə ləğv edilməsini və mülki işin iddia tələbinin mübahisələndirilən hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdeh IB tərəfindən onun abonent hesabına yazılmış 6982,68 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Həmin ümumi borcun yaranma əsasını iddiaçı tərəfin 2023-cü il tarixinin fevral, aprel, may, iyun, iyul, avqust və sentyabr aylarında (cəmi 7 ayda) yaşadığı ünvanın yaxınlığından keçən küçə qaz xəttinə qanunsuz qoşulmaqla özünə məxsus fərdi yaşayış evinə özbaşına qaz xətti çəkməklə təbii qazdan qeyri-qanuni istifadə etməsi faktı təşkil etmişdir. Həmin faktlarla əlaqədar iddiaçı barəsində cavabdeh IB tərəfindən 7 ədəd müvafiq akt tərtib edilmiş və iddiaçının yaşadığı ünvanda faktı təsdiq edəcək fotoşəkillər çəkilmişdir. Müvafiq iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfin 2023-cü ilin fevral və aprel aylarında (cəmi 2 ay ərzində) yaşadığı ünvanda qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi faktı təsdiq edilmişdir. 2023cü ilin fevral və aprel aylarında iddiaçı tərəfin yaşadığı ünvanda qaz xəttinə qanunsuz qoşulması faktı ilə bağlı cavabdeh IB tərəfindən aparılan hesablama qaydası ilə Abşeron Rayon Məhkəməsi razılaşmamış və məhkəmənin özü iddiaçı tərəfin 2023-cü ilin fevral və aprel aylarında yaşadığı ünvanda qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi faktı ilə bağlı mütəxəssis qismində hesablama aparmışdır (qətnamənin 3-cü vərəqəsinin 3-cü abzası). Məhkəmənin hesablama qaydası belə olmuşdur (müvafiq 2 akt üzrə): Qazdan 1)##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə. istifadə 4872,96 manat : 360 gün = 13,536 manat; Qaydalarının 13,536 manat x 30 gün = 406,08 manat 6.5-ci, 6.5-1-ci və 6.5-3cü 2) ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə. bəndləri 954,84 manat : 60 gün = 15,914 manat;15,914 manat x 30 gün = 477,42 manat, 2023-cü ilin fevral və aprel aylarında iddiaçı tərəfin yaşadığı ünvanda qaz xəttinə qanunsuz qoşulması faktı ilə bağlı cavabdeh IB tərəfindən aparılan hesablama qaydası ilə məhkəmə razılaşmamış, məhkəmənin özü hesablama aparmış, apardığı hesablama metodu səhv olmuş və tərəfindən düzgün olmayan qaydada aparılmış hesablama metodu heç bir normativ hüquqi aktla əsaslandırılmamışdır. Istehlakçı tərəfin qazın talanmasında təqsirli olması məhkəmə tərəfindən müəyyən edildikdə, analogiya üzrə Qazdan istifadə Qaydalarının 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq qazpaylayıcıya vurulmuş zərərin miqdarının hesablanması aparılmalı idi. Qanuni hesablamanın müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyindən mütəxəssis rəyinin alınması zəruri idi. Lakin, Abşeron Rayon Məhkəməsi qanunun anologiyasını tədbiq etməmiş, mütəxəssis qismində özü düzgün olmayan hesablama aparmış və apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən törədilmiş qanunpozuntusu faktını müəyyən edə bilməmişdir. Iddiaçı İddiaçı barəsində cavabdeh IB tərəfindən tərtib edilmiş və məhkəmə qətnaməsinə əsasən təmin edilməyən 3 - 7-ci aktlara münasibətdə bildirmək istəyirik ki, iddiaçı tərəfindən fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə edilməsi faktı iddiaçıya məxsus ünvanda çəkilmiş fotoşəkillərlə təsdiq edilmişdir. Fotoşəkillərin üzərində onların çəkilmə tarixi və iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunan fərdi yaşayış evinin ünvan koordinatları qeyd edilmişdir. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə məxsus ümumi qazpaylayıcı küçə qaz xəttinə qanunsuz qoşulmaqla hüquqi şəxsə maddi zərər vurmuş olduğundan, vurulmuş zərərin əvəzi zərərvuran iddiaçı tərəfindən tam həcmdə ödənilməlidir. Bu səbəbdən iddiaçının abonent hesabında geridə haqqında qalan 6058,86 manat məbləğində borcun məhkəmə tərəfindən silinməsi qanuni və əsaslı deyildir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 3-7-ci aktlara münasibətdə yol vermiş olduğu qanun pozuntusu halını müəyyən edə bilməmişdir. Məhkəmənin özü tərəfindən aparılan hesablama metodu ilə cavabdeh qismində Cavabdeh IB hazırda razılaşmır və həmin 2 akta münasibətdə Cavabdeh IB-yə dəymiş maddi zərərin həcminin daha böyük olduğunu hesab edirik. Iddiaçı tərəfin 02/2023 və 04/2023-cü il tarixində küçə qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi faktına münasibətdə bildiririk ki, məhkəmə tərəfindən mütəxəssis qismində hesablanmış maddi zərərin həcmi qanuni və əsaslı deyildir, aparılmış həmin hesablama metodu heç bir normativ hüquqi akta uyğun əsaslandırılmamışdır. Belə ki, 02/2023 və 04/2023-cü illər tarixində iddiaçı barəsində cavabdeh Cavabdeh IB tərəfindən tərtib edilmiş həmin 2 akt üzrə cavabdeh Birliyə vurulmuş maddi zərərin həcmi müəyyən edilərkən məhkəmə tərəfindən mütəxəssisin səlahiyyətləri düzgün icra edilməyərək iddianın həllində səhv nəticəyə gəlinmişdir. Tərəfimdən qeyd olunan hüquq normasının birinci instansiya məhkəməsi tərəfindən pozulması faktına Apellyasiya Məhkəməsi qiymət verməmişdir.

27. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 443.1, 448.2, 1096, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunun 6.2 və 22-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76-77, 88, 217.3, 217.4 və 218.1-cü maddələrinə istinad etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu (## ###### 2026-cı il tarixədək qüvvədə olan):

29. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

30. Maddə 13. 8-1. (2022-ci ilin may ayından qüvvədə 8-1-ci bənd) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

31. Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

32. Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”:

33. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

34. 6.5-1. Istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 1.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 2.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 3.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

35. Bənd 6.5-3. Istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçı İddiaçı barəsində cavabdeh IB tərəfindən tərtib edilmiş və məhkəmə qətnaməsinə əsasən təmin edilməyən 3 - 7-ci aktlara münasibətdə iddiaçı tərəfindən fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə edilməsi faktının iddiaçıya məxsus ünvanda çəkilmiş fotoşəkillərlə təsdiq edildiyi, fotoşəkillərin üzərində onların çəkilmə tarixi və iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunan fərdi yaşayış evinin ünvan koordinatlarının qeyd edildiyi barədə dəlili ilə əlaqədar bildirir ki, iş materialları ilə qeyd edilən fotoşəkillərin birinci və ya apellyasiya insansiyası məhkəməsinə təqdim edilməsi təsdiq edilmir.

48. Kassasiya kollegiyası onu da qeyd edir ki, məhkəmələr müəyyən etmişdir ki, cavabdehin istinad etdiyi aktlar 2023-cü ildə tərtib edilmişdir.## ### 2026-cı il tarixədək qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

49. Lakin cavabdehin tərtib etdiyi aktı(aktları) inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etdiyinə və müvafiq araşdırmalarla istehlakçının qazın talanmasında təqsirli olmasının müəyyən edildiyinə dair sübutlar təqdim etməsi iş materialları ilə təsdiqlənmir. Apellyasiya instansiyası məhkəməsi də qeyd etmişdir ki, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, apellyator istinad olunan hallara dair qanunla nəzərdə tutulmuş qaydada sübutlar təqdim etməmiş, abonentin baş vermiş mülki hüquq pozuntusunda təqsiri iddia olunan həcmdə sübuta yetirilməmişdir.

50. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış onlara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar