Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1161/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (üçüncü şəxs Gəncə şəhəri * saylı xüsusi notariat ofisi) iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər:əqdin etibarsız sayılması,subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində 0.0465 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 52.3 kv.m yaşayış, 101.1 kv.m köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) cavabdeh cavabdeh2 məxsus olmuşdur;
3. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh2 65400 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Qətnamə ilə müəyyən olunmuşdur ki, cavabdeh2 mübahisəli evi iddiaçı İddiaçı satmaq barədə razılaşmış və sonuncu məhz həmin fərdi yaşayış evini satın almaq məqsədlə 65400 manat pulu cavabdeh2 vermişdir;
4. ##.##.2022-ci ildə cavabdeh cavabdeh2 mübahisəli evi qızı olan digər cavabdeh cavabdeh1 bağışlamışdır;
5. Mübahisəli ev hazırda cavabdeh cavabdeh1 mülkiyyətindədir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı məhkəməyə müraciət edərək, mübahisəli evə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə əsasında cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad edərək iddiasını belə əsaslandırmışdır ki, mübahisəli evi cavabdeh2 151000 manata almış, lakin, alqı-satqı müqaviləsini rəsmiləşdirməmişdir. Buna görə cavabdehdən ilkin olaraq ödədiyi 110000 manat məbləğində pula dair yazılı qəbz almışdır. Cavabdehlə aralarında olan razılığa əsasən o, 2 ay müddətində özünə başqa yerdən ev alıb, evi ona təhvil verəcəkdi. Həmin 2 ay müddətində isə o, ona borclu olduğu 41000 manat pulun hamısını hissə-hissə vermişdir. Lakin, müddət gəlib çatdıqda cavabdeh2 evi sənədləşdirməkdən imtina etmişdir. Ona görə də, o, məhkəmədə ona qarşı 151000 manat pul tələbinə dair iddia qaldırmışdır. Lakin, məhkəmə tərəfindən onun işinə düzgün baxılmayaraq, yalnız ona verdiyi 151000 manat puldan 65400 manat pulun cavabdeh cavabdeh2 alınıb ona verilməsi qət edilmişdir. Həmin iş məhkəmənin icraatında olduğu vaxt cavabdeh2 qətnamənin icrasından yayınmaq üçün mübahisəli evi qızına bağışlamışdır. Mübahisəli əmlak uydurma əqdbağışlama müqaviləsi əsasında başqa şəxsin adına keçirildiyindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır.
8. Cavabdehin vəkili etirazını belə əsaslandırmışdır ki, onların mübahisəli evi məqsədli şəkildə əldən çıxarmaq kimi istəkləri olsa idi, bunu əvvəlki məhkəmə mübahisəsi vaxtı edə bilərdilər. Hətta, həmin icraat zamanı evin özgəninkiləşdirilməsinə qadağa qoyulması ilə bağlı vəsatət olsa da, məhkəmə əsaslı olaraq təmin etməmişdir. Sonradan, cavabdeh cavabdeh2 səhhətindəki ciddi problemləri nəzərə alaraq evi qızına bağışlamışdır. Bağışlamanın vaxtına nəzər salınsa görülər ki, cavabdehin tibbi müayinəsinin nəticələrinin pis çıxmasından 2 ay sonraya təsadüf edir ki, bu hal iddiaçının dediklərini təkzib edir.
9. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim: Ə. Məmmədov).
10. Məhkəmənin mövqeyinə görə, cavabdeh məlum borcun onun əmlakına yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə formal olaraq mübahisə olunan bağışlama müqaviləsini rəsmiləşdirməklə uydurma əqd bağlamışdır. Qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının hazırkı vəziyyətdə davam etməsi o anlama gəlir ki, 70-ə yaxın yaşı olan cavabdeh 70-ə yaxın yaşı olan iddiaçıya olan borcunu 20 ilə yaxın müddət ərzində ödəyə bilər. Odur ki, cavabdehin iddiaçıya olan borcunun məhz həmin əmlak hesabına ödənilməsi istisna edilmir. Belə ki, cavabdeh məhz həmin əmlakı iddiaçıya satmaq adı altında iddiaçıdan pul almışdır. Yəni, cavabdehin iddiaçıdan aldığı pul vəsaiti hesabına başqa yedən özünə yaşayış yeri seçəcəyi məlum məsələdir və bütün faktiki hallara məcmu halında hüquqi qiymət verildikdə hesab edilir ki, cavabdehin iddiaçıya olan borcunun məhz həmin əmlak hesabına ödənilməsi üçün tutmanın həmin əmlaka yönəldilməsi mümkündür. 11.Məhkəmə mövqeyini Mülki Məcəllənin 337.1, 337.3, 337.5 və 340.1-ci maddələrinə istinad edərək etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Cavabadeh cavabdeh1 şikayətini belə əsaslandırmışdır ki, məhkəmə bağışlama müqaviləsini etibarsız hesab edərkən sübutlara deyil, ehtimallara və formal mülahizələrə əsaslanmış, cavabdehin gələcək davranışı barədə heç bir sübutla təsdiqlənməyən nəticələr çıxarmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2002-ci il tarixli qərarının 1-ci bəndi nəzərə alınmamış, borclunun yeganə yaşayış yerinə icranın yönəldilməsinin yolverilməzliyi pozulmuşdur. Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə ziddiyyət təşkil edən nəticəyə gəlinmiş, halbuki həmin aktda əmlaka yönəlmənin istisna olunduğu göstərilmişdir. Məhkəmə həmçinin Mülki Məcəllənin 340.1-ci maddəsini yanlış tətbiq edərək “üçüncü şəxs” anlayışını Icra Idarəsinə aid etmiş, uydurma əqd barədə nəticəni sübut etməmişdir. Cavabdehin əmlakı borcdan yayınmaq məqsədilə özgəninkiləşdirməsi barədə də heç bir mötəbər sübut təqdim olunmamış, əksinə, işin faktları bu nəticəni təsdiqləməmişdir. Nəhayət, iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququnun mövcudluğu hüquqi əsaslarla sübuta yetirilməmişdir.
14. Digər şikayət belə əsaslandırılmışdır ki, mübahisəli bağışlama müqaviləsinin bağlanmasının əsas səbəbi onun səhhətində ciddi problemlərin yaranması olmuş, bu halı təsdiq edən tibbi sənədlər məhkəməyə təqdim edilmişdir. Onun məqsədi əmlakı icradan yayındırmaq olsaydı, bunu daha əvvəl edərdi. Bağışlama 2022-ci ilin iyul ayında xəstəliyin ağırlaşması və əməliyyata hazırlıq dövrünə təsadüf etmiş, bu da onun iradəsinin real və ciddi səbəblərə əsaslandığını göstərir. Bundan başqa, icra sənədi üzrə pensiyasından ödənişlər tutulmuş və əlavə olaraq mütəmadi qaydada könüllü ödənişlər həyata keçirilmişdir.
15. Cavabdeh cavabdeh2 izahatında bildirmişdir ki, borcdan 15000 manat ödəmişdir, hər ay isə pensiyasından 200 manat tutulmaqdadır. Mübahisəli evdən başqa yaşamağa yeri yoxdur.
16. Digər cavabdeh izahatında bildirmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur.
17. Iddiaçı izahatında bildirmişdir ki, borcdan 8000 manat ödənilmişdir, hər ay isə 170 manat ödənir. Cavabdehin 70-ə yaxın yaşı var.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir (hakimlər: F.Mehtiyev - sədrlik edən və məruzəçi, G.Cavadova və T.Məmmədov).
19. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 (üçüncü şəxs Gəncə şəhəri * saylı Xüsusi Notariat Ofisi) qarşı ##.##.2022-ci il tarixli 4Ə-*** reyestr nömrəli, ##.##.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş ##.##.2022-ci il tarixli, 201013000981-***** reyestr nömrəli Çıxarışın ləğv olunması tələbinə dair iddia qaldırması üçün subyektiv hüququ yoxdur.
20. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ yoxdur.
21. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə materialları, tərəflərin izahatlarını, təqdim edilmiş sübutları və birinci instansiya məhkəməsinin qətnaməsini hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisənin hüquqi təbiətini və tətbiq ediləcək maddi hüquq normalarını düzgün müəyyən etməmiş, eləcə də iddianın baxılması üçün zəruri olan ilkin prosessual şərtləri, xüsusilə də iddiaçının subyektiv hüquqa malik olub-olmaması məsələsini araşdırmadan qətnamə qəbul etmişdir.
23. Mülki hüquq sistemində iddia hüququ yalnız tələb irəli sürmək hüququ olan – yəni subyektiv hüquqa malik şəxslər tərəfindən həyata keçirilə bilər. Subyektiv hüquq dedikdə, şəxsə aid olan və qanunla qorunan, icrası üçün hüquqi müdafiə tələb etməyə əsas verən konkret hüquqi maraq başa düşülür.
24. Hazırkı işdə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 ilə X1 arasında bağlanmış bağışlama müqaviləsi və həmin müqavilə əsasında alınmış çıxarışın etirbarsız hesab edilməsini tələb edir. Lakin, məhkəmə araşdırması zamanı aydın olur ki, qeyd edilən müqavilə cavabdehlərin öz aralarında bağlanmışdır.
25. Iddiaçı İddiaçı mübahisələndirdiyi müqavilə üzrə tərəf deyildir. 88. Bu hal iddiaçının sözügedən mülki hüquq münasibətində birbaşa iştirak etmədiyini, yəni tərəf statusuna malik olmadığını, nəticə etibarilə isə iddia irəli sürmək hüququnun (subyektiv hüququnun) mövcud olmadığını göstərir. Yuxarıda Konstitusiya Məhkəməsinin qeyd etdiyi kimi, mülki mübahisəyə baxılarkən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin bu mübahisə üzrə subyektiv hüququnun olubolmamasını
26. müəyyən etməlidir. Əgər iddia subyektiv hüquqa malik olmayan şəxs tərəfindən irəli sürülürsə, belə iddia baxılmamış saxlanılmalı və ya məhkəmə baxışında iddia rədd edilməlidir.
27. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu əsas prinsipi nəzərə almamış, iddiaçının tələbə malik olmaq hüququnu ilkin qaydada araşdırmadan, maddi hüquq normalarının tətbiqi ilə işə mahiyyəti üzrə baxmış və nəticə etibarilə subyektiv hüququ olmayan şəxs tərəfindən verilmiş iddianı təmin etmişdir. Bu isə prosessual baxımdan ciddi pozuntu olmaqla, həm məhkəmə araşdırmasının hüdudlarına, həm də ədalətli məhkəmə araşdırması prinsipinə ziddir.
28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının sözügedən münasibətdə tərəf statusu olmaması sübuta yetirildiyindən, onun iddia qaldırmaq hüququ mövcud deyil. Belə olan halda isə, subyektiv hüquqa malik olmayan şəxs tərəfindən verilmiş iddia, mülki prosessual qanunvericiliyin mahiyyətinə və prinsiplərinə zidd olaraq irəli sürüldüyündən təmin edilə bilməz.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
29. Iddiaçı (vəkil: Vəkil ) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə bu nəticəyə gələrkən işin faktiki hallarını və mübahisənin mahiyyətini düzgün araşdırmamış, iddiaçının kreditor kimi borclu cavabdeh2 əmlakını icra prosesindən yayındırmaq məqsədilə özgəninkiləşdirmə hərəkətləri barədə dəlillərinə hüquqi qiymət verməmişdir. Iddiaçı bildirmişdir ki, cavabdeh cavabdeh2 ona olan 65400 manat borcunun ödənilməsinin qarşısını almaq üçün əmlakın formal olaraq bağışlama müqaviləsi ilə başqa şəxsin adına keçirilməsi həyata keçirilmiş, bu isə əslində uydurma əqd xarakteri daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd hüquqi nəticə yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və belə əqd əhəmiyyətsiz sayılır. Bu baxımdan mübahisə edilən müqavilənin həqiqi iradə ifadəsinə uyğun olub-olmaması, tərəflərin hüquqi niyyəti və əqdin bağlanma motivləri araşdırılmalı olduğu halda məhkəmə yalnız formal yanaşma tətbiq etmişdir. Eyni zamanda Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmələr subyektiv hüququ müəyyən edərkən şəxsin öz hərəkətlərinə hüquqi ixtiyarı, başqalarından tələb etmək hüququ və müdafiə hüququnu birlikdə qiymətləndirməli, yalnız formal əsaslarla iddiaçını müdafiə hüququndan məhrum etməməlidir. Apellyasiya məhkəməsi isə bu yanaşmanı nəzərə almamış, sübutları hərtərəfli və obyektiv araşdırmamış, iddiaçının təqdim etdiyi dəlilləri qiymətləndirməmişdir. Iş materiallarından görünür ki, borclu cavabdeh2 kassasiya şikayətinə baxıldığı dövrdə də əmlakın başqa şəxslərin adına keçirilməsi ilə bağlı hərəkətlər etmiş, bu isə kreditorun hüquqlarının pozulmasına səbəb olmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
“Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin ##.##.2002-ci il tarixli qərarı
34. Bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının sözügedən bağışlama müqaviləsini mübahisələndirməyə subyektiv hüququ yoxdur.
45. Kassasiya məhkəməsi qeyd edir ki, iddiaçının subyektiv hüququnun yoxluğu onun mübahisə edilən əqdin tərəfi olmamasından deyil, cavabdehdən pul alacağını məcburi icra qaydasında mübahisəli əmlaka yönəltmək imkanının olmamasından irəli gəlir. Belə ki, “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin ##.##.2002-ci il tarixli qərarına əsasən, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçının öz tələbini sözügedən evə yönəltmək imkanı onsuz da qanunvericiliklə istisna olunurdu. Bu xüsusi hal nəzərə alındıqda belə qənaətə gəlmək mümkündür ki, iddiaçının sözügedən daşınmaz əşayaya dair bağlanmış müqavilənin etibarsızlığının irəli sürülməsi imkanı istisna olunur.
46. Qanuna əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (§ 35).
47. Bu baxımdan apellyasiya məhkəməsinin iddianı rədd etməsi nəticə etibarilə doğru olmuşdur, qətnamən əsaslarla ləğv edilməməlidir.
48. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış, onların dəlillərinə hüquqi qiymət verilmişdir. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.