Məhkəmə qərarları › İş №2(1-8)-1168/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1168/2026

10.06.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1168/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı Şirkətinin cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI İş № *(102)-1168/2026 (Açar sözlər: özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı Şirkətinin cavabdeh Cavabdeh qarşı “cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı Şirkəti (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azen X1.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında ## ######## 2004-cü il tarixdə “Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Saziş (“Saziş”) imzalanmış, ## ##### 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı *** nömrəli Qanuna əsasən həmin Saziş Qanun statusunu almışdır. ## ### 2005-ci il tarixdən qüvvəyə minmiş Saziş üzrə Əməliyyat şirkəti qismində İddiaçı şirkəti fəaliyyət göstərir.

2. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **** saylı Cabbarov Hidayət İslam oğluna torpaq sahəsinin alğı-satqı qaydasında ayrılması haqqında sərəncamından müəyyən olunur ki, Cabbarov Hidayət İslam oğlu ərizə ilə Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət edərək istifadəsində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmiş və Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisinin istifadəsində olan 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cabbarov Hidayət İslam oğlunun alğı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. Ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə fərdi yaşayış evinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlanması vətəndaşın nəzərinə çatdırılmışdır.

3. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin may 2005-ci il tarixli AİT ****** saylı mədaxil orderindən müəyyən olunur ki, 2.400.000 AZM Cabbarov Hidayət İslam oğlu tərəfindən Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə ödənilmişdir.

4. Binəqədi rayon İcra Hakimiyyətinin Memarlıq Xidməti ilə razılaşdırılmış, vətəndaş Cabbarov Hidayət İslam oğlunun torpaq sahəsinin eskizindən görünür ki, Binəqədi qəsəbə bələdiyyəsinin ərazisində Binəqədi-Biləcəri yolunun sağ hissəsində vətəndaş Cabbarov Hidayət İslam oğluna fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır.

5. Cabbarov Hidayət İslam oğlunun ** saylı notariat ofisi tərəfindən ##.##.2018-ci il tarixdə təsdiq edilmiş ərizədən müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin **** saylı ##.##.2004-cü il tarixində verilmiş sərəncamına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 100 kv.m. torpaq sahəsinə olan hüquqlarının Bakı şəhəri Biləcəri qəsəbəsi Ordubadi küçəsi * saylı evdə qeydiyyatda olan Cavabdeh keçməsinə etiraz etmədiyini və gələcəkdə bununla bağlı heç bir iddia irəli sürməyəcəyini bildirmişdir.

6. Cabbarov Hidayət İslam oğlunun, X4 vasitəsi ilə Cavabdeh verdiyi ## ######## 2018ci il tarixli etibarnamədən görünür ki, X8 rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin **** saylı ##.##.2004-cü il tarixində verilmiş sərəncamına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 100 kv.m. torpaq sahəsi ilə əlaqədar sənədləşdirmə işləri aparmağı, bütün dövlət orqanlarında, idarə və təşkilatlarda onu təmsil etməyi, lazım olan sənədləri toplamağı, almağı, təqdim etməyi, kadastr planı, həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra üzərində sərəncam verməyi, satmağı, ipoteka (girov) qoymağı, bağışlamağı, dəyişməyi, pulu almağı, buna dair müqaviləni imzalamağı, çıxarış almağı və digər hərəkətləri etməyi ##.##.2060-cı il tarixə kimi etibar etmişdir.

7. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin ##.##.2021-ci il tarixli *** saylı arayışından müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən korpus 8 ünvanı üzrə 2020-ci ilin sonuna kimi torpaq və əmlak vergi borcu yoxdur.

8. Cavabdeh Cavabdeh inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin coğrafi koordinatlarından müəyyən olunur ki, 1. 398574.596 4478526.485; 2. 398588.104 4478519.086; 3.398582.942 4478509.536; 4. 398515.565 4478528.840 koordinatlarda yerləşən torpaq sahəsi 901-IIQD №-li ##.##.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2004-cü il tarixli № *** Sərəncamı əsasında iddiaçıya ayrılan torpaq sahəsində yerləşir.

9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2021-ci il tarixli qərardadı ilə, iddiaçı İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı, Cabbarov Hidayət İslam oğlu və Cavabdeh üçüncü şəxslər qismində cəlb edilməklə, “sərəncamın etibarsızlığının tanınması” tələbi üzrə, Hidayət Cabbarova torpaq sahəsinin ayrılmasına dair **** saylı ##.##.2004-cü il tarixli Sərəncamının Sazişin qüvvəyə mindiyi ## ### 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ***-IIQD saylı, ## ##### 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X1.Vi. və xxxx-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş ## ### 2005-ci il tarixində qanuni qüvvəyə minmişdir. Sözügedən Sazişin qanuni qüvvəsini aldığı ## ### 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da müəyyən olunur ki, iddia ilə mübahisə edilən Bələdiyyəsinin Sərəncamı da artıq qüvvədən düşmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı İddiaçı Şirkəti (bundan sonra iddiaçı, yaxud Şirkət) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin * saylı mədənin 5-ci sahəsində və ****** saylı neft quyusunun mühafizə zolağı (1. 398574.596 4478526.485; 2. 398588.104 4478519.086; 3. 398582.942 4478509.536; 4. 398515.565 4478528.840 koordinatlar) daxilində ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmasına, ödənilmiş 10 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı Şirkətin Saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində * saylı mədənin 5-ci sahəsində və ****** saylı neft quyusunun mühafizə zolağı (1. 398574.596 4478526.485; 2. 398588.104 4478519.086; 3. 398582.942 4478509.536; 4. 398515.565 4478528.840 koordinatlar) daxilində ünvan 1 ünvanında lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neftqaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, iddiaçı Şirkətin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi ##.##.2004-cü il tarixdə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“xxxx”), Azen X1.Vi. və xxxx-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və ## ##### 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı *** saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ##.##.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8ci maddələrinin və Azen X1.Vi., xxxx-in Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və İddiaçı şirkətləri arasında imzalanmış X7 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən iddiaçı Şirkətə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (Hökumət) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə xxxx-in verdiyi hüquqlara, o cümlədən, Neftqaz əməliyyatları üçün podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının olması mübahisələndirilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına mane olmur. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” (##.##.2005-ci il tarixli 901-IIQD M-li) Azərbaycan Respublikası Qanununun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən isə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Beləliklə sözügedən Saziş qanuni qüvvəsini aldığı ## ### 2005ci il tarixdən sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilən bilən bütün hüquq və vəzifələr ləğv edilir. Bundan başqa, cavabdeh tərəfindən Dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsi zəbt olunaraq üzərində özbaşına tikili inşa edilməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də, iddia ərizəsinin təmin edilərək Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2 və 111.3-cü maddələrinin, Yerin təki haqqında Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə əsasən, cavabdeh Cavabdeh * saylı mədənin 5-ci sahəsində və ****** saylı neft quyusunun mühafizə zolağı (1. 398574.596 4478526.485; 2. 398588.104 4478519.086; 3. 398582.942 4478509.536; 4. 398515.565 4478528.840 koordinatlar) daxilində ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmasına, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir.

12. Məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış ##.##.2019-cu il tarixli ***** saylı rəydən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınma Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis arayışında mübahisəli torpaq sahəsinə dair İddiaçı Şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş koordinatlar ərazinin konfiqurasiyasını düzgün əks etdirmədiyindən müvafiq rəyin verilməsinin mümkün olmadığı qeyd edilmişdir.

13. Məhkəmə tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış ##.##.2020-ci il tarixli **/**** saylı rəydən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən İddiaçı Şirkətinin Cavabdeh tərəfindən özbaşına tikili inşa etməsi iddia etdiyi torpaq sahəsi İddiaçı Şirkətinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-**/**** nömrəli, ## #### 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsində araşdırma zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, “Azen X1.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında ## ######## 2004-cü il tarixdə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Saziş (“Saziş”) imzalanmış, ## ### 2005-ci il tarixdən qüvvəyə minmiş Saziş üzrə Əməliyyat şirkəti qismində iddiaçı Şirkət fəaliyyət göstərir. Daha sonra araşdırma zamanı tədqiq olunmuş sübutlarla cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, iddiaçının isə saziş üzrə istifadəsində olan torpaq sahəsində, yəni şirkətin saziş ərazisi hüdudları (1.398574.596 4478526.485;2. 398588.104 4478519.086; 3. 398582.942 4478509.536; 4. 398515.565 4478528.840 koordinatlar) daxilində özbaşına tikili inşa etməsi müəyyən olunmuşdur.

16. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin inşa etdiyi tikilinin Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratmasını bildirsə də, hazırkı iddia ərizəsi ilə ##.##.2019-cu il tarixdə məhkəməyə müraciət edərək cavabdehin uzun müddət yaşadığı yaşayış evinin cavabdehin öz hesabına sökülərək torpaq sahəsindən çıxarılmasını xahiş edir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, Əhmədovanın Azərbaycana qarşı işi üzrə ## ###### 2021-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi * saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə * saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın: Saqinadze və başqaları Gürcüstana qarşı, № *****/**, § 103, ## ### 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № *****/**, § 41, ## ###### 2016-cı il). İstinad olunan işdə Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın: İvanova və Çerkezov, Bolqarıstana qarşı, № *****/**, § 68, ## ##### 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № *****/**, § 52, ## ######## 2018-ci il). Hazırkı işdə ərizəçi evi özü tikməmişdir, başqa şəxsdən almışdır. Daxili qanunlar daşınmaz əmlakla bağlı əqdlərin notarius tərəfindən təsdiqini açıq şəkildə tələb edir. Mübahisəli tikili ilə bağlı Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinə uyğun olaraq Dövlət reyestrinə heç bir qeyd daxil olmamışdır. Ərizəçinin alğı-satqı müqaviləsinin notarius tərəfindən təsdiq edilməməsi və dövlət reyestrində qeyd edilməməsi Hökumətin iddia etdiyi kimi, evə dair müvafiq tikinti və mülkiyyət sənədlərinin olmaması ilə izah edilə bilər. Buna görə də ərizəçi evi alarkən onun icazəsiz tikinti olduğunu bilirmiş və ya bilməli imiş.

18. Məhkəmə onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İstismar İdarəsi tərəfindən sənəd verilmişdir və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmişdir və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (Yuxarıda göstərilən Öneryıldız, § 105 və Barahona Guachamin və Digərləri İtaliyaya qarşı kk. № *****/**, § 67, # ###### 2018, ilə müqayisə edin). Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıda qeyd olunan Öneryıldız, §§ 105 və 127, Hamer Belçikaya qarşı, № *****/**, § 83, AİHM 2007 V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin). Müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu, özlüyündə evin sökülməməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı * nömrəli Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olmaq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonaviçius və başqaları Rusiyaya qarşı, № *****/**, §§ 117-18, ## ####### 2016-cı il, və Barahona Quachamin və başqaları, §§ 67-68 baxın). Məhkəmə qeyd etmişdir ki, iş materiallarından ərizəçinin evi aldıqdan sonra təmir etdirdiyi görünsə də, evin qanuni sahibi olmayan ərizəçi bilməli idi ki, evdə abadlıq işləri aparmaqla ona məxsus olmayan daşınmaz əmlaka investisiya etmişdir. Bundan əlavə, ərizəçi söküntü qərarının onun daşınan şəxsi əşyalarına təhlükə yaradacaq şəkildə icra olunacağını iddia etməmişdir. Ona görə məhkəmə belə qənaətə gəlmişdir ki, şikayətin bu hissəsi (* saylı Protokolun 1-ci maddəsi) 35-ci maddənin 3-cü bəndinin (a) yarımbəndinin mənasında Konvensiyanın müddəaları ilə bir araya sığmır və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.

19. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikili cavabdehin yaşayış yeri olduğundan, neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində yerləşən mübahisəli tikilidə yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğundan, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsini qeyri-mümkün hesab edir. Belə ki, iddia ərizəsinin hazırkı vəziyyətdə təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda istinad olunan Azərbaycana qarşı qərarına əsasən Konvensiyanın 8-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnəcəkdir.

20. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, 43, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 1391.1, 159, 180.1, 180.2, 180.3, 180.4-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən də göründüyü kimi, məhkəmə Şirkətə qarşı birmənalı olaraq qərəzli mövqe nümayiş etdirməklə mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək, mübahisəli tikili özbaşına tikili olduğu halda və ərazi Şirkətə məxsus olduğu halda, yalnız cavabdehə Şirkət tərəfindən kompensasiya ödənilməklə iddianın təmin edilməsinin mümkün olduğunu bildirmiş və bu əsasla da Şirkətin qanuni iddiasını təmin etməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, mübahisəli torpaq sahəsinin vətəndaş Cabbarov Hidayət İslam oğlunun adına ayrılması barədə Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin **** saylı, ##.##.2004-cüil tarixli Sərəncamının heç bir hüquqi qüvvəsi yoxdur. Yəni, cavabdehin həmin arqumenti ## ### 2005-ci il tarixdən öz hüquqi qüvvəsini itirmişdir. Şirkət Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin **** saylı, ##.##.2004cü il tarixli Sərəncamı Bakı İnzibati Məhkəməsində mübahisələndirmiş və Şirkətin iddiası həmin məhkəmənin *-*(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Şirkətin iddiasının mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərardadının məzmun və mahiyyəti aşağıda qeyd edilənlərdən ibarət olmuşdur: “Azərbaycan Respublikasının ***-IIQD saylı, ## ##### 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “X5 haqqında Saziş” ## ### 2005-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin Qanunun 4-cü və 5-ci bəndlərinin tələbinə görə, “sözügedən Sazişin qanuni qüvvəsini aldığı ## ### 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da müəyyən olunur ki, Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, **** nömrəli sərəncamı artıq öz qüvvəsini ##.##.2005-ci il tarixdən itirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları müəyyən edildiyindən (yuxarıda qeyd olunan ***-IIQD saylı, ## ##### 2005-ci il tarixli Qanunla) onun qanunsuzluğunun məhkəmə qaydasında tanınması barədə iddia mümkün sayıla bilməz”. Göründüyü kimi, cavabdehin mübahisəli torpaq sahəsinə dair Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin **** saylı, ##.##.2004-cü il tarixli Sərəncamının hüquqi qüvvəsi mövcud deyil və bu fakt Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə də öz təsdiqini tapmışdır. Beləliklə də, Binəqədi Rayon Məhkəməsi qətnamə qəbul edərkən nəzərə almamışdır ki, cavabdeh Cavabdeh arqumenti olan Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin müvafiq sərəncamı öz qüvvəsini itirdiyi üçün onun mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir və bununla da torpaq sahəsi üzərində inşa edilmiş tikili özbaşına tikili statusundadır. Həmçinin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, istənilən torpaq sahəsinin təyinatı hər hansı qurumun və ya təşkilatın deyil, yalnız Nazirlər Kabinetinin müvafiq qərarı ilə dəyişdirilə və ya müəyyən edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli, ##.##.2020-ci il tarixli ekspert rəyindən də müəyyən olunur ki, iddiaçı Şirkətin Cavabdeh tərəfindən özbaşına tikili inşa etməsi iddia etdiyi torpaq sahəsi iddiaçı Şirkətə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ məlum Beynəlxalq Saziş imzalanmamışdan öncə də sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və ## ######## 2004-cü il tarixində Podratçı şirkətlər arasında bağlanmış “X5 haqqında Saziş”ə və “X7”nə əsasən neftqaz əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə ayrılmışdır. Beləliklə, Binəqədi Rayon Məhkəməsinin qətnaməsində gəldiyi nəticə ilə razılaşmadan qeyd edir ki, məhkəmənin qətnaməsində göstərdiyi bu əsaslar tam qanunsuz və qərəzlidir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin qeyri-qanuni dəlillərinə hüquqi don geyindirilməklə onun əsassız arqumentlərini əsaslı hesab etmiş, lakin məhkəmə gedişatı zamanı Şirkətin (nümayəndəsinin) təqdim etdiyi dəlillərə heç bir əhəmiyyət verməmişdir. Bununla da, Şirkətin hüquqlarının pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. Binəqədi Rayon Məhkəməsinin “mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması yalnız bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər” fikrinə münasibətdə Şirkət qeyd edir ki, iddiaçı Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Buna baxmayaraq, həmin Sazişdə kontrakt sahəsinin hər hansı hissəsi ilə bağlı torpaq sahələrini zəbt edən şəxslərə kompensasiyanın ödənilməsi nəzərə tutulmamışdır. Bundan başqa, Mülki Məcəllədə torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda yalnız torpaq sahəsinin mülkiyyətçisinə kompensasiyanın ödənilməsi nəzərədə tutulmuşdur. Lakin göründüyü kimi hazırkı iş üzrə torpaq sahəsinin mülkiyyətçisi bu iş üzrə cavabdeh deyildir. Yəni torpaq sahəsi müvafiq Beynəlxalq Sazişlə Şirkətin istifadəsinə verildiyi üçün Şirkətin özünə aid olan torpaq sahəsinə görə cavabdehə kompensasiya ödəməsi absurd fikirdir. Binəqədi Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, onun özbaşına tikili inşa etməsi ilə Şirkətin Dövlət tərəfindən verilmiş hüquq və təminatları pozulur və eyni zamanda sənaye təyinatlı ərazidə inşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda, heç bir hüquqi tənzimləmə qaydasından söhbət gedə bilməz. Qeyd olunanlardan əlavə olaraq, Ali Məhkəmənin *(***)-***/** nömrəli, ##.##.2023cü il tarixli və *(***)-****/** nömrəli, ##.##.2023-cü il tarixli qərarlarında məhkəmənin mövqeyinə görə, mübahisəli özbaşına tikilinin inşa edildiyi zaman cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almamasını, inşaat aparmamışdan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair Sazişin coğrafi koordinatları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallara dair sübutlar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir (qərarların surətləri əlavə olunur). Həmçinin, məlum olduğu kimi neftqaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin Şirkətə qaytarılması tələbləri ilə bağlı olan Şirkətin mülki iddialarına baxan məhkəmələr tərəfindən obyektiv və qəti qərarların qəbul edilməsi Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli *-*-*/*-****/**** saylı tövsiyə məktubunda öz əksini tapmışdır (məktubun surəti əlavə olunur). Hesab edir ki, Binəqədi rayon məhkəməsinin qətnamədə qeyd etdiyi mövqeyi tamamilə yanlışdır ona görə ki, Şirkətin əsaslı iddiasının təmin edilməsi üçün Azərbaycan Respublikasının kifayət qədər qüvvədə olan Qanunvericilik norması olduğu halda, məhkəmə cavabdehin özbaşına və qanunsuz, eləcə də iddiaçı Şirkətin hüquqlarını pozan əməllərinin leqallaşdırılması üçün presedent hüququ yönümündə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq qərarına istinad etməsi özü əsassız və qanunsuzdur. Yəni, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində presedent hüququ nəzərdə tutulmadığı halda, məhkəmə əsassız olaraq bu hüquqa istinad etməklə sözügedən qətnaməni qəbul etmişdir. Belə ki, məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir.

23. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin # ##### 2025-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin yaxınlığında göz ilə görünə bilən neft quyusu, neft qurğusu və neft kəməri müəyyən olunmamış və iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmamışdır.

24. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti və Bakı şəhər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, mülki iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli məktubu ilə məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azen X1.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında ## ######## 2004-cü il tarixdə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Saziş (“Saziş”) imzalanmış, ## ### 2005-ci il tarixdən qüvvəyə minmiş Saziş üzrə Əməliyyat şirkəti qismində iddiaçı Şirkət fəaliyyət göstərir. Daha sonra araşdırma zamanı tədqiq olunmuş sübutlarla cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, iddiaçının isə saziş üzrə istifadəsində olan torpaq sahəsində, yəni şirkətin saziş ərazisi hüdudları (1. 398574.596 4478526.485; 2. 398588.104 4478519.086; 3.398582.942 4478509.536; 4. 398515.565 4478528.840 koordinatlar) daxilində özbaşına tikili inşa etməsi müəyyən olunmuşdur.

28. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli tikilinin mövcud qanunvericiliyə əsasən qanunsuz tikili sayılması işin mübahisəsiz halı olsa da, mövcud yaşayış yerinə uyğun (mənzil hüquqlarına) təminat verilmədən cavabdehin yaşayış yerindən məhrum edilməsi yolverilməzdir. Belə ki, cavabdehin bələdiyyədən əldə etdiyi daşınmaz əmlaka (mülkiyyət hüquqlarına) dair gözləntilərini istisna edən hallar müəyyən edilmir.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, 43, 71-ci, Mülki Məcəllənin 139-1.1, 139-1.1.1, 139-1.1.2, 139-1.1.3, 139- 1.1.4, 139-1.1.5, 139-1.1.6, 139-1.1.7, 139-1.1.8, 139-1.1.9, 139-1.1.9.1, 139-1.1.9.2, 139- 1.1.10, 139-1.1.10.1, 139-1.1.10.2, 139-1.1.11, 139-1.1.12, 158, 238.3-cü, Torpaq Məcəlləsinin 55, 103, 108, 111-ci, Mənzil Məcəlləsinin 2.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

30. Qətnamədən iddiaçı Şirkət (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlət təşkilatlarının daimi istifadəsində olan, habelə təbii ehtiyatlar yatağı təsdiq edilmiş olan torpaq sahələri dövlətin müstəsna mülkiyyətində olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kobud pozuntuya yol verməklə cavabdehin qanunsuz inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehə məxsus olması qənaətinə gəlmişdir.

32. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Lakin apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin bu normalarına da əhəmiyyət verməmiş, cavabdehin mübahisəli torpaq sahəsinə dair hüququ dövlət reyestrində dövlət qeydiyyatına alınmadan, çıxarışı rəsmiləşdirilmədən, məhkəmə dolayısı ilə cavabdehin həmin torpağa dair hüququnu tanımışdır.

33. Cavabdehin mübahisəli torpaq sahəsində özbaşına tikili inşa etməsi Şirkətin hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin bu qanunsuz hərəkətinə göz yumaraq Şirkətin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bundan başqa, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin göstərilən normalarının tələblərini də kobud surətdə pozmaqla, cavabdehin qanunsuz inşa etdiyi tikiliyə qanuni don geyindirməklə həmin tikilini özbaşına tikili hesab etməmiş və bununla da Şirkətin qanuni iddia tələbinin təmin edilməməsi qənaətinə gəmişdir.

34. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçdiyi halda, cavabdehin mübahisəli torpaq sahəsinə hüququ dövlət reyestrində qeydə alınmamış, bir sözlə mülkiyyət hüququ yaranmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

35. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

36. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

37. Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

39. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

40. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

41. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi.

42. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi.

43. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X1.Vi. və xxxx-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

44. 1-ci bənd. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X1.Vi. və xxxx-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra “Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.

45. 4-cü bənd. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

46. 5-ci bənd. Bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

55. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

61. Belə ki, Mülki Məcəllənin 180.1 və 184.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

62. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmiş, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

63. İddiaçı kassasiya şikayətində qeyd etdiyi tələbi ondan ibarətdir ki, irəli sürdüyü iddianın faktiki halları Mülki Məcəllənin 180.1 və 180.4-cü maddələrinin dispozisiya şərtləri ilə uyğunluq təşkil edir.

64. Apellyasiya instansiya məhkəməsi iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirmədən saxlayarkən qeyd etmişdir ki, Azen X1.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında ## ######## 2004-cü il tarixdə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında» Saziş (“Saziş”) imzalanmış, ## ### 2005-ci il tarixdən qüvvəyə minmiş Saziş üzrə Əməliyyat şirkəti qismində iddiaçı Şirkət fəaliyyət göstərir. Daha sonra araşdırma zamanı tədqiq olunmuş sübutlarla cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, iddiaçının isə saziş üzrə istifadəsində olan torpaq sahəsində, yəni şirkətin saziş ərazisi hüdudları (1. 398574.596 4478526.485; 2. 398588.104 4478519.086; 3.398582.942 4478509.536; 4. 398515.565 4478528.840 koordinatlar) daxilində özbaşına tikili inşa etməsi müəyyən olunmuşdur. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli tikilinin mövcud qanunvericiliyə əsasən qanunsuz tikili sayılması işin mübahisəsiz halı olsa da, mövcud yaşayış yerinə uyğun (mənzil hüquqlarına) təminat verilmədən cavabdehin yaşayış yerindən məhrum edilməsi yolverilməzdir. Belə ki, cavabdehin bələdiyyədən əldə etdiyi daşınmaz əmlaka (mülkiyyət hüquqlarına) dair gözləntilərini istisna edən hallar müəyyən edilmir.

65. Məhkəmə kollegiyası iddia tələbinin həllinə dair apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır ona görə ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi koordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallara dair sübutlar, cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir.

66. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə ## ####### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki,“...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”;

67. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.

68. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin əldə etdiyi Binəqədi qəsəbə bələdiyyəsinin ərazisində, Binəqədi-Biləcəri yolunun sağ hissəsində yerləşən 100 kv.m. torpaq sahəsi, Binəqədi qəsəbə Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **** saylı Sərəncamına əsasən alğı-satqı yolu ilə Cabbarov Hidayət İslam oğluna 2.400.000 AZM-ə satılmış 600 kv.m. torpaq sahəsinin tərkibinə daxil olsa da, həmin alğı-satqı özü qanuni hesab edilə bilməz.

69. Belə ki, Azərbaycan Respublikasının ***-IIQD saylı, ## ##### 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X1.Vi. və xxxx-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş ## ### 2005-ci il tarixində qanuni qüvvəyə minmişdir. Sözügedən Sazişin qanuni qüvvəsini aldığı ## ### 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Odur ki, Bakı şəhəri, Binəqədi qəsəbə Bələdiyyəsinin mülkiyyətində olmayan həmin torpaq sahəsinə dair qərar qəbul etmək və alğı-satqı həyata keçirmək səlahiyyəti olmadığından, əvvəlcədən rəsmiləşdirilmiş Binəqədi qəsəbə Bələdiyyəsinin ##.##.2004-cü il tarixli **** saylı Sərəncamının hər hansı hüquqi qüvvəsi olmamışdır.

70. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbləri və cavabdehin etirazları əmlak hüquqlarına müdaxilənin qanuniliyi (qanunda nəzərdə tutulması, qanuni məqsədə yönəlməsi və mütənasibliyi) baxımından qiymətləndirilməli, gəlinən nəticə mülki qanunvericiliyin müvafiq normasının dispozisiya şərtlərinə uyğun şəkildə əsaslandırılmalıdır.

71. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

72. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almamasına, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi koordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmamasına, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmamasına və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsinə, həmçinin digər bu kimi hallara dair sübutlara, cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.3 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar