Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1238/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İbadova Sədaqət Əli qızının (Sərdarov İlqar Ziyatxan oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh X1 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməsinin nədən ibarət olduğu göstərilmədikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İbadova Sədaqət Əli qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İbadova Sədaqət Əli qızı (Sərdarov İlqar Ziyatxan oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim G.Abidova).
2. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
3. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
4. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir.
5. Maddə 408.1.1 kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə;
6. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Kassasiya şikayətində şikayətin dəlilləri, maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olduğu göstərilməmişdir.
8. Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin forma isə MPM-ə * saylı Əlavədə müəyyən olunmuşdur. MPM-ə * saylı Əlavədə müəyyən edilmiş tələblərdən biri də şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq normasının sıralanmaqla göstərilməsi, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeyi aydın şəkildə ifadə edən müvafiq izah verilməsidir.
9. Təqdim olunmuş kassasiya şikayətində müəyyən hüquq normaları sadalansa da, qarşısında yalnız həmin normaların məzmunu qeyd olunmuş, onların apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulması və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olması ilə bağlı mövqe göstərilmədiyindən kassasiya şikayətinin dəlillərini müəyyən etmək mümkün olmamışdır.
10. Qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM, maddə 416.1). Mövcud hal isə mübahisələndirilən məhkəmə aktı üzrə şikayətin dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.
11. Mülki prosessual qanunvericiliyə əsasən kassasiya şikayəti MPM-in 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə (maddə 408.1.1), kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə (maddə 408.1.5) apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
12. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.
13. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti MPM-in 408.1.1-ci və 408.1.5-ci maddələrinə əsasən qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
14. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İbadova Sədaqət Əli qızı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.