Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1240/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçı barəsində tərtib edilmiş 2019- 2022-ci illər üzrə çoxsaylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən evdə təbii qazdan qeyri-qanuni istifadə aşkar olunduğu qeyd edilmişdir.
2. Abonent saldosunda iddiaçıya 2019-cu il tarixə ümumilikdə 558 manat, 2020-ci il tarixə ümumilikdə 2.332,80 manat, 2021-ci il tarixə ümumilikdə 2.053,44 manat, 2022-ci il tarixə ümumilikdə 1.192,32 manat məbləğində borc hesablandığı əks olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən evinə (kod: 100625600110001) 2019 ilin iyun ayına 147,60 manat, 2019-cu ilin iyul ayına 32,40 manat, 2019-cu ilin avqust ayına 32,40 manat, 2019-cu ilin sentyabr ayına 32,40 manat, 2019-cu ilin oktyabr ayına 32,40 manat, 2019-cu ilin noyabr ayına 57,60 manat, 2019-cu ilin dekabr ayına 223,20 manat, 2020-ci ilin yanvar ayına 223,20 manat, 2020-ci ilin fevral ayına 223,20 manat, 2020-ci ilin mart ayına 223,20, 2020-ci ilin aprel ayına 223,20 manat, 2020-ci ilin may ayına 223,20 manat, 2020-ci ilin iyun ayına 223,20, 2020-ci ilin iyul ayına 165,60 manat, 2020-ci ilin avqust ayına 165,60 manat, 2020-ci ilin sentyabr ayına 165,60 manat, 2020-ci ilin oktyabr ayına 165,60 manat, 2020-ci ilin noyabr ayına 165,60 manat, 2020-ci ilin dekabr ayına 165,60 manat, 2021-ci ilin yanvar ayına 165,60 manat, 2021-ci ilin fevral ayına 165,60, 2021-ci ilin mart ayına 165,60 manat, 2021-ci ilin aprel ayına 165,60 manat, 2021ci ilin may ayına 165,60 manat, 2021-ci ilin iyun ayına 165,60 manat, 2021-ci ilin iyul ayına 165,60 manat, 2021-ci ilin avqust ayına 165,60 manat, 2021-ci ilin sentyabr ayına 165,60 manat, 2021ci ilin oktyabr ayına 165,60 manat, 2021-ci ilin noyabr ayına 198,72 manat, 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar ayına 198,72 manat, 2022-ci ilin fevral ayına 198,72 manat, 2022-ci ilin mart ayına 198,72 manat, 2022-ci ilin aprel ayına 198,72 manat, 2022-ci ilin may ayına 198,72 manat, 2022-ci ilin iyun ayına 198,72 manat olmaqla ümumilikdə 2019-cu il üçün 558 manat, 2020-ci il üçün 2332,80 manat, 2021 -ci il üçün 2053,44 manat və 2022-ci il üçün 1192,32 manat yazılmış əsassız borcların silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanı qazla təmin edilmiş, iddiaçı istifadə etdiyi sərfiyyata uyğun qazın dəyərini ödəmişdir. Cavabdeh İstehsalat Birliyi tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Cavabdeh təşkilat tərəfindən hesablanmış borc iddiaçının abonent koduna əsassız olaraq işlənmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Küçədə quraşdılmış qaz sayğacına kimin müdaxilə etməsindən hər hansı məlumatı yoxdur. Həmçinin iddiaçı bildirir ki, sayğac mərhum atasının adınadır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(011)- ****/**** nömrəli qərardadı ilə mülki iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunmuşdur.
6. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 3-15-2-1/2- ****/**** nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” müvafiq Qərarını nəzərə alaraq qaz xəttinə qeyri-qanuni qoşulma halında yuxarıda göstərilən dövrlər üzrə hesablanan zərərin məbləği : 2019-cu il ərzində hesablanan 972 m3 qaz həcminin dəyərinin hər 1m3-i 972 m3-a qədər 0.10 manat nəzərə alınmaqla (972x0.10=97.2 manat) ümumi məbləğ 97.2 manat, 2020-ci il ərzində hesablanan 1692 m3 qaz həcminin dəyərinin hər 1m3-i 2200 m3-a qədər 0.10 manat nəzərə alınmaqla (1692x0.10=169.20 manat) ümumi məbləğ 169.20 manat, 2021- ci il ərzində hesablanan 414 m3 qaz həcminin dəyərinin hər 1m3-i 2200 m3-a qədər 0.10 manat nəzərə alınmaqla (414x0.10=41.4 manat) ümumi məbləğ 41.4 manat, 2022-ci il ərzində hesablanan 414 m3 qaz həcminin dəyərinin hər 1m3-i 2200 m3-a qədər 0.10 manat nəzərə alınmaqla (414x0.10=41.4 manat) ümumi məbləğ 41.4 manat, cəmi göstərilən illər üzrə qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan qaz həcminin dəyəri 97.20+169.20+41.40+41.40=349.2 manat məbləğində müəyyən edilə bilər.
7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaçının ümumilikdə 4956,56 manat borcu olduğunu, mütəxəssis rəyi ilə razılaşmadıqlarını buna görə də, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia qismən təmin edilmiş, ünvan 1 yerləşən fərdi yaşayış ünvanı (abonent kodu: 100625600110001 olan) üzrə abonentə hesablanmış: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2019-cu il tarixli akta əsasən hesablanmış 147.60 manat məbləğində borcdan 50.40 manat; “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2019-cu il tarixli akta əsasən hesablanmış 32,40 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2019-cu il tarixli akta əsasən hesablanmış 32,40 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2019-cu il tarixli akta əsasən hesablanmış 32,40 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı ##.##.2019-cu il tarixli akta əsasən hesablanmış 32,40 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2019cu il tarixli akta əsasən hesablanmış 57,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2019-cu il tarixli akta əsasən hesablanmış 223,20 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2020-ci il tarixli akta əsasən hesablanmış 223,20 manat məbləğində borcdan 54 manat; “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2020-ci il tarixli akta əsasən hesablanmış 223,20 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2020-ci il tarixli akta əsasən hesablanmış 223,20 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2020-ci il tarixli akta əsasən hesablanmış 223,20 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2020-ci il tarixli akta əsasən hesablanmış 223,20 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2020ci il tarixli akta əsasən hesablanmış 223,20 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2020-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2020-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2020-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2020-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2020ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2020-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat məbləğində borcdan 124,20 manat; “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2021ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2021ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2021-ci il tarixli akta əsasən hesablanmış 165,60 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2021-ci il tarixli akta əsasən hesablanmış 198,72 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2021-ci il tarixli akta əsasən hesablanmış 198,72 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2022ci il tarixli akta əsasən hesablanmış 198,72 manat məbləğində borcdan 157,32 manat; “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2022-ci il tarixli akta əsasən hesablanmış 198,72 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2022-ci il tarixli akta əsasən hesablanmış 198,72 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2022-ci il tarixli akta əsasən hesablanmış 198,72 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2022ci il tarixli akta əsasən hesablanmış 198,72 manat, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2022-ci il tarixli akta əsasən hesablanmış 198,72 manat borcun cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən silinməsi, cavabdeh Cavabdeh İstehsalat Birliyindən 77,87 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Təqdim edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktların surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. İşdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktların bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir.
11. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.
12. Abonent hesabına borcun hesanlanmasına dair əsas həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz.
13. Həmçinin, cavabdeh tərəf keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir.
14. Məhkəmə baxışı zamanı isə, cavabdeh təşkilat tərtib olunmuş aktlarda göstərilən pozuntulara görə iddiaçının təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Bununla yanaşı, lobarator baxış zamanı, qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 6.136,56 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir.
15. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcu tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, qaz sərfinə görə hesablanmış 5.787,36 manat məbləğində borc silinməlidir.
17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 6.5, 6.7-ci bəndinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-1 maddəsinə, 13-cü maddəsinin 8-ci, 8-1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, “Dövlət rüsumu haqqında” 9.1.5, 9.4-cü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 119.1, 119.2, 124.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. İddiaçıya aid olan 100625600110001 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmi (qeydə alınmayan) hesablanaraq müvafiq aktda qeyd edilmişdir. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Eyni zamanda qanunsuz istifadə ilə bağlı videoçəkiliş təqdim edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi), F.Qasımov və G.Axundova) cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehin özünə aid edilməsi qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlanış keçirilən zaman cavabdehin əməkdaşları tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunması ilə bağlı 2019-2022-ci illər üzrə çoxsaylı aktlar tərtib olunmuş və iddiaçıdan itirilmiş qazın dəyəri olaraq ümumilikdə 6.136,56 manat məbləğində borc tələb edilmişdir.
22. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının
29. Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyindən mütəxəssis rəyi alınmış, Energetika rəyə əsasən iddiaçı tərəfindən göstərilən illər üzrə qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan qaz həcminin dəyəri 97.20+169.20+41.40+41.40=349.2 manat məbləğində müəyyən edilmişdir.
23. O da qeyd edilməlidir ki, mütəxəssis tərəfindən rəy tərtib edilərkən həmin illər üzrə cavabdeh tərəfindən tərtib edilmiş aktlarda göstərilən qurğular nəzərə alınmaqla hesablama aparılmışdır.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, mütəxəssis tərəfindən müəyyən edilən məbləğ saxlanılmaqla aktlar üzrə tərtib edilmiş qalan 5.787,36 manat məbləğində borcun silinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur.
25. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
26. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6cı, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (vəkil vəkil1 İlyaz qızı) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026–cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissədə ( iddianın təmin edilən hissəsində) ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti Mülki Məcəllənin 21.1-ci və MPM-in 88-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı küçə qaz xəttinə qeyri-qanuni qoşulmadığını bildirsə də, işin halları, o cümlədən AGİS proqramı üzrə saldosu, fotoşəkillər, elektrik enerjisindən istifadə ilə bağlı sayğacı üzrə saldo təsdiq edir ki, onun tərəfindən 2019-cu ilin iyun ayından 2022ci ilin iyun ayınadək olan müddət ərzində özbaşına qaz xəttinə qeyri-qanuni qoşulma halı mövcud olmuşdur. İddiaçının qəsdi müqavilə bağlamadan, sayğacdankənar təbii qazdan istifadə etməklə dövlətin əmlakını talamaq olmuşdur. Barəsində tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında aktları imza etməkdən imtina etməklə maddi məsuliyyətdən azad olacağına ümid bəsləmişdir. İddiaçının ünvanında yalnız 2022-ci ilin ##.##.2022-ci il tarixdə ************* saylı sayğac quraşdırılmışdır. Daha sonrakı tarixlərdə 2022-ci ilin 6 ayı üçün 133.50 manat, 2023cü il üçün 477.50 manat, 2024-cü il üçün 371.50 manat,2025-ci il üçün 205.00 manat ödəniş edilmişdir. Beləliklə aktların tərtib edildiyi 2,6 il müddət üçün məhkəmə 349.20 manat məbləğində qaz istehlakını müəyyən etdiyi halda, sayğac quraşdırılandan sonrakı eyni zaman kəsiyində yəni 2 il yarım müddətində sayğac vasitəsi ilə istehlak edilən qazın məbləği 1187.50 manat təşkil etmişdir. Saldo iş üzrə ən mötəbər sübut olduğu üçün həmin sübut üzrə məhkəmənin gəldiyi nəticənin ədalətli olmadığı müəyyən edilir. Beləliklə cavabdehə vurulmuş zərər tam şəkildə qiymətləndirilməmiş, 2, 6 il üçün real ziyanın cüzi hissəsi təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi, o cümlədən apellyasiya məhkəməsi tərəfindən sübutlar hərtərəfli araşdırılmamışdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyindən mütəxəssis rəyi alınmış, rəyə əsasən iddiaçı tərəfindən göstərilən illər üzrə qaz xəttinə qeyriqanuni qoşulma halında hesablanan qaz həcminin dəyəri 97.20+169.20+41.40+41.40=349.2 manat müəyyən edilmişdir. AGİS proqramı üzrə istehlakçının hesablaşma hesabındakı rəqəmlər mütəxəssis rəyinin etibarlı sübut kimi qiymətləndirilməsini istisna etdiyi halda, bu sübut növü digər sübut növləri ilə əlaqəli şəkildə qiymətləndirilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu(# ###### 2026-cı il tarixədək qüvvədə olmuş)
35. Maddə 13. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”
36. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
37. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
38. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apelyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
55. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və gəlinən nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası məhkəmələrin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.