Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1276/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “mirasın vərəsələr arasında bölünüb payın müəyyən edilməsi, miras əmlakdan payının naturada ayrılıb verilməsi və miras payının naturada ayrılması mümkün olmadığı halda, əmlakın satılaraq dəyərinin payına uyğun həddə ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, mirasın qəbulu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. XXX rayonu, XXX kəndində yerləşən 0,10 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon AIK-in ## ### 1998-ci il tarixli ** nömrəli qərarı ilə XXX , X2 və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmişdir.
2. XXX rayonu, XXX kəndi, 28 May küçəsi, ev ** (yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 83,2 kv.m olan fərdi yaşayış evi tam olaraq XXX nun, həmin evin yerləşdiyi 0,57 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə XXX nun, X2 və Cavabdeh mülkiyyətində olmuşdur.
3. Iddiaçı və Cavabdeh qardaşdırlar.
4. Onların ataları XXX ## ### 2001-ci ildə, anaları X2 isə ## ######## 2023-cü ildə ölmüşlər.
5. ## ### 2007-ci il tarixli, 2V-** reyestr nömrəli vəsiyyətnamə ilə X2 bütün əmlakını, o cümlədən XXX rayonu, XXX kəndində yerləşən yaşayış evini, bütün tikililəri və həyətyanı torpaq sahəsini oğlu Cavabdeh vəsiyyət etmişdir.
6. Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, **** nömrəli məlumata əsasən ## ### 2001-ci il tarixdə vəfat etmiş XXX ndan və ## ######## 2023-cü il tarixdə vəfat etmiş X2 qalmış mirasa dair Iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən miras şərikləri arasında ixtilaflar mövcud olduğuna görə imtina edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ### 2001-ci il tarixdə vəfat etmiş XXX ndan və ## ######## 2023-cü il tarixdə vəfat etmiş X2 miras qalmış XXX rayonu, XXX kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin vərəsələr arasında bölünərək, iddiaçıya düşən payın müəyyən edilib naturada ayrılıb verilməsi, payın naturada ayrılması mümkün olmadığı halda bütöv əmlakın satılaraq, satışdan əldə olunan vəsaitin paylara uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflərin valideynlərinə məxsus olan XXX rayonu, XXX kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi üzərindəki fərdi yaşayış evində həddi-buluğa çatanadək yaşamışdır. Evləndikdən sonra o, başqa yaşayış sahəsinə köçmüş, qardaşı Cavabdeh isə valideynləri ilə birlikdə qalmışdır. Torpaq islahatı aparılarkən XXX rayonu, XXX kəndində yerləşən cəmi 0,57 ha həyətyanı torpaq sahəsi (JN ***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə) və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN **** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı) XXX , X2 və Cavabdeh mülkiyyətinə verilmişdir. Valideynləri sağ olarkən həyətyanı torpaq sahəsindən 0,20 ha ayırıb ona vermiş, onun tərəfindən həmin torpaq sahəsində 2013-cü ildə 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tikilərək şəxsi əmlak kimi istifadə edilmişdir. ## ######## 2023-cü il tarixdə X2 vəfat etdikdən sonra Cavabdeh onu həyətə buraxmamış, miras qalmış əmlaka və onun şəxsi vəsaiti hesabına tikdiyi fərdi yaşayış evinə yiyələnərək vərəsəlik hüquqlarını pozmuşdur.
9. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, o, valideynlərinə məxsus olan XXX rayonu, XXX kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi üzərindəki fərdi yaşayış evində həddi-buluğa çatanadək yaşamışdır. Iddiaçı evləndikdən sonra Bakı şəhərinə köçmüş, o, isə valideynləri ilə birlikdə qalmış və sonuncular vəfat edənədək onlara qulluq etmişdir. Iddiaçı XXX rayonu, XXX kəndində yaşamadığından torpaq islahatı nəticəsində ona torpaq payı düşməmiş, Qəbələ rayon AIK-nin qərarı ilə XXX rayonu, XXX kəndində yerləşən cəmi 0,57 ha həyətyanı torpaq sahəsi (JN ***F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə) və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN **** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı) XXX , X2 və onun mülkiyyətinə verilmişdir. X2 bütün əmlakını ona vəsiyyət etmiş və Iddiaçı həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikməsinə etiraz etmişdir. ## ######## 2023-cü il tarixdə X2 vəfat etmişdir. Iddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evi qanunsuz tikili olduğu üçün üzərində əmlak hüquqları yaranmamış və dövlət qeydiyyatına alınmamışdır. Iddiaçı XXX rayonu, XXX kəndində yaşamadığından valideynlərindən qalmış miras əmlakı idarə etməmiş və mirasın qəbulu müddətini ötürmüşdür.
10. Qəbələ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ü.Qənbərov) iddia qismən təmin edilərək, ## ### 2001-ci il tarixdə vəfat etmiş XXX və ## ######## 2023-cü il tarixdə vəfat etmiş X2 miras qalmış XXX rayonu, XXX kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin (JN-***F nömrəli Şəhadətnamə; reyestr nömrəsi: 406013095624-10301) 8/12 hissəsi və XXX rayonu, XXX kəndində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN-**** nömrəli Dövlət aktı) 8/12 hissəsinin 1-ci növbədə vərəsələr - Iddiaçı və Cavabdeh arasında 3/12 və 5/12 hissələr üzrə bölünərək iddiaçı Iddiaçı payının 3/12 hissədə müəyyən edilməsi, ## ### 2001-ci il tarixdə vəfat etmiş XXX ndan miras qalmış XXX rayonu, XXX kəndi, 28 May küçəsi, **-də yerləşən ümumi sahəsi 83,2 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin (reyestr nömrəsi: 406013095624-10301) 1-ci növbədə vərəsələr - Iddiaçı və Cavabdeh arasında bərabər qaydada bölünərək iddiaçı Iddiaçı payının 1/2 hissədə müəyyən edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ## ### 2001-ci il tarixdə vəfat etmiş XXX və ## ######## 2023-cü il tarixdə vəfat etmiş X2 vərəsələri - Iddiaçı və Cavabdehdur. Onların hər biri qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulundan imtina etməyərək miras kütləsindən (XXX rayonu, XXX kəndi, 28 May küçəsi, **-də yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 83,2 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evi (reyestr nömrəsi: 406013095624-10301) və XXX rayonu, XXX kəndində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN-**** nömrəli Dövlət Aktı) özünə düşən payı qəbul etmişdir.
12. X2 öz növbəsində XXX ndan qalmış mirası faktiki surətdə qəbul etmiş olsa da, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından həmin paya düşən hissə üzərində vəsiyyət sərəncamı vermək hüququ əldə etməmişdir. Ona görə də, X2 miras qalmış XXX rayonu, XXX kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/12 hissəsi qanun üzrə vərəsələr, Iddiaçı və Cavabdeh arasında 3/12 və 1/12 hissələr üzrə, XXX ndan miras qalmış XXX rayonu, XXX kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi və 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/12 hissəsi, o cümlədən XXX rayonu, XXX kəndi, 28 May küçəsi, **-də yerləşən ümumi sahəsi 83,2 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evi bərabər qaydada bölünərək iddiaçı Iddiaçı payı müəyyən edilməlidir.
13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 1133.1, 1134.1, 1145, 1146, 1159.1.1, 1166, 1170.1, 1193, 1194, 1195, 1196, 1243.2, 1255, 1256, 1301.1, 1301.2, 1301.3-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir hüquq normalarına əsaslanmayaraq, iddiaçı Iddiaçı mirasın qəbulundan “imtina etmədiyini“ və “mirasın bölüşdürmək niyyəti barəsində bildirişin” almadığını bəhanə edərək iddiaçının valideynlərinə məxsus miras kütləsindən onun özünə düşən payın qəbul etdiyi kimi qiymətləndirərək səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının atasına məxsus miras əmlakını ## ### 2001-ci il tarixdən miras açıldığı gündən ## ###### 2001-ci il tarixinədək və anasına məxsus miras əmlakını miras açıldığı ## ######## 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək qəbul etməsi, iddiaçının mirasın qəbulu üçün hər hansı bir hərəkətin etməsi, iddiaçının mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi və ya iddiaçının miras qoyan valideynlərinin əmlaklarına sahiblik etməyə və ya əmlaklarını idarə etməyə faktik başlamаsı və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi və bununla da özünə düşən payının qəbul etməsi qanunla göstərilən heç bir sübutla təsdiq edilməmişdir. Məhkəmə iddiaçının hər iki valideynin vəfat etdiklərini və onlardan qalan mirasların açıldığını bilmiş olduğunu və iddiaçının valideynlərinin yas mərasimlərində qısa müddətli iştirak edərək daimi yaşadığı müəyyən olmayan Bakı şəhərində yerləşən və cavabdehə məlum olmayan ünvana qayıtmış, iddiaçının cavabdehlə əlaqə saxlamamasını nəzərə almamışdır. Məhkəmə iddiaçını vərəsəliyə çağırılmış və olduğu yer müəyyənləşdirilmiş vərəsə kimi tanımaqla, səhv olaraq həmin münasibətə Mülki Məcəllənin 1301.1-ci maddəsini və 2025-ci ildə mülki hüquq subyekt olan cavabdehə ziyan vuran və cavabdehin vəziyyətini pisləşdirdiyi üçün geriyə qüvvəsi olmayan dəyişikliklər edilmiş 1301.2 və 1301-3-cü maddələrin normalarını əsassız səhv tətbiq etmişdir. Məhkəmə qətnaməsində cavabdehin iddiaçıya mirası bölüşdürmək niyyəti barəsində bildiriş göndərməli borclu olduğunu göstərmişdir. Lakin cavabdeh XXX rayonu, XXX kəndi, 28 May küçəsi, **-də yerləşən evdə doğulandan sonra həmin ünvanda qeydiyyatda olmaqla hazıra kimi, daimi olaraq həmin ünvanda yaşamış və yaşayır. Cavabdeh vəfat etmiş valideynlərinin əmlaklarına sahiblik etmiş, əmlaklarını idarə etmiş və hazıra qədər həmin əmlaka sahiblik edərək bu əmlaklarını idarə etməklə hər iki valideynlərinin miraslarını qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Iddiaçı isə hər iki valideynin dəfnində iştirak etdiyi üçün həmin vaxtdan mirasların açıldığını bilsə də, belə vərəsə kimi mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməyərək mirasları qəbul etməkdən imtina etmişdir. Vəfat etmiş X2 bütün daşınmaz miras əmlakını vəsiyyətnamə əsasında oğlu Cavabdeh vəsiyyət etmişdir. Buna görə də, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən iddiaçının ## ######## 2023-cü il tarixdən mirasın açıldığı an miras kütləsindən ancaq məcburi payı tələb etmək hüququ əmələ gəlmişdir. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Belə vəziyyətdə həmin vaxt qüvvədə olan qanunvericiliyinin tələblərinə görə XXX və X2 miras qalmış torpaq sahələri 1-ci növbədə qanun və vəsiyyətnamə üzrə yeganə vərəsə Cavabdeh məxsusdur. Həmçinin XXX ndan miras qalmış XXX rayonu, XXX kəndi, 28 May küçəsi, **-də yerləşən fərdi yaşayış evi 1-ci növbədə qanun vərəsə üzrə yeganə vərəsə Cavabdeh məxsusdur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh vəfat etmiş valideynlərin dəfn mərasimlərinin bütün xərclərini təkbaşına ödəmişdir. Belə ki, iddiaçı həmin dəfn mərasimlərində formal olaraq qısa müddətli iştirak etmiş olsa da, valideynlərinin evində heç bir gün də qalmayaraq, yas mərasiminə gələn şəxslərlə görüşməyərək yaşadığı Bakı şəhərinə müəyyən olunmayan ünvana qayıtmışdır. Bundan sonra da, valideynlərinin dəfn mərasimlərindən sonra yaranmış xərclərdə də (qəbir daşlarının hazırlanması və sair), həmçinin dəfndən sonra adətlə təşkil olunmuş mərasimlərin heç birində iştirak etməyərək bununla bağlı maddi xərcləri çəkən cavabdehə heç bir maddi yardım göstərməmiş və ümumiyyətlə cavabdehlə heç bir əlaqə saxlamamışdır. Iddiaçı yaşadığı XXX kəndindən 1991-ci ildən qeydiyyatdan çıxıb Bakı şəhərində müxtəlif müəyyən olunmayan ünvanlarda yaşamışdır. Buna görə də iddiaçı 1995-ci ildən XXX kəndində keçirilən aqrar islahat zamanı Islahat Komissiyası tərəfindən torpaq payı ala bilən subyektlərin siyahısına daxil edilməmişdir və ona islahat zamanı heç bir torpaq payı da verilməmişdir. Belə ki, iddiaçı ancaq atasının ölümündən 6 il keçdikdən sonra 2007-ci ildə daimi yaşadığı Bakı şəhərindən qeydiyyatdan çıxaraq formal olaraq XXX kəndində qeydiyyata düşmüşdür. Lakin iddiaçı bundan sonra, hazıra qədər faktiki olaraq Bakı şəhərində cavabdehə məlum olmayan ünvanda yaşayır və qeydiyyatda olduğu XXX kəndində heç vaxt yaşamamışdır və hazırda da yaşamır. Birinci instansiya məhkəməsi qeyd olunan mirasın açıldığı vaxt qüvvədə olan və tətbiq edilməli olan Mülki Məcəllənin 7, 1194, 1202, 1243, 1246, 1273-1 və 1262-ci maddələrində göstərilən normaları tətbiq etməməklə maddi hüquq normalarını pozmuş, həmçinin həmin dövr qüvvədə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilən normaları tətbiq etməməklə də maddi hüquq normalarını pozmuşdur. Məhkəmə hüququn tətbiq edilməsində səhv buraxaraq, yuxarıda qeyd olunan vərəsəlik münasibətlərinin yaranan vaxtı qüvvədə olmayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli və ## #### 2024-cü il tarixli Qərarlarında göstərilən normaları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.1, 1301.2 və 1301-ci maddələrini səhv olaraq tətbiq etmişdir. Bununla da, birinci instansiya məhkəməsi MPM-in 386-cı maddəsinin tələblərini pozaraq yuxarıda qeyd etdiyi maddi hüquq normalarının pozulması və düzgün tətbiq etməməsi ilə nəticələnən apellyasiya qaydasında ləğv olunması üçün əsas olan aktı qəbul etmişdir.
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim T.Musayevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Mehdiyev və E.Isayev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməməsi qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, baxılan iddia tələbi ## ######## 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.
19. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, miras qoyanlar XXX nun və X2 vəfatından sonra mərhumlardan miras qalmış əmlakı qanun üzrə vərəsə, hazırkı iş üzrə iddiaçı Cavabdeh istifadə etməklə faktiki idarə etmişdir. Miras qoyanın digər birinci növbə vərəsəsi, Iddiaçı tərəfindən miras qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyri-formal üsulla (yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla) qəbul olunmamışdır. Iddiaçı ## #### 2025-ci il tarixdə (qanunvericiliklə mirasın qəbulu üçün müəyyən olunmuş 6 aylıq müddət keçdikdən sonra) Qəbələ Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət edərək, ## ### 2001-ci il tarixdə vəfat etmiş atası XXX ndan və ## ######## 2023-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, notariat kontoru tərəfindən isə vərəsələr arasında ixtilaflar mövcud olduğu üçün tərəflərə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur.
20. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı Iddiaçı atasının və anasının ölümündən məlumatlı olmuşdur. Əgər Iddiaçı atasının və anasının ölümündən sonra mirası qəbul etmək niyyəti olmuş olsaydı bu halda sonuncu ən geci 6 ay müddətində notariat ofisinə mirasın qəbulu barədə ərizə verərdi. Lakin, işdən göründüyü kimi iddiaçı mirasın qəbulu barədə ərizə verməmişdir. Eləcə də miras qalmış əmlaka faktiki olaraq sahibliyi həyata keçirməmişdir. Işdə iştirak edən şəxslərin izahatları və digər sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Iddiaçı uzun müddətdir, hələ ata-anasının sağlığından ailəli olmaqla Bakı şəhərində yaşayır. O, atası və anası vəfat edərkən qısa müddətdə onların yas mərasimində iştirak etmiş, sonra isə yaşadığı Bakı şəhərinə qayıtmışdır. Atasının və anasının ölümündən sonrakı 6 ay müddətində mirasın qəbulu ilə bağlı hər hansı hərəkət nümayiş etdirməmişdir.
21. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin iddiaçının atasına məxsus miras əmlakını ## ### 2001-ci il tarixdən miras açıldığı gündən ## ###### 2001-ci il tarixinədək və anasına məxsus miras əmlakını miras açıldığı ## ######## 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək qəbul etməsi, iddiaçının mirasın qəbulu üçün hər hansı bir hərəkətin etməsi, iddiaçının mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi və ya iddiaçının miras qoyan valideynlərinin əmlaklarına sahiblik etməyə və ya əmlaklarını idarə etməyə faktik başlamаsı və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi və bununla da özünə düşən payının qəbul etməsi qanunla göstərilən heç bir sübutla təsdiq edilməməsinə dair dəlili ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı Iddiaçı miras açılarkən Bakı şəhərində yaşadığından, onun tərəfindən miras qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyri-formal üsulla (yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla) qəbul olunmamış, iddiaçı mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etdiyini təsdiq edən sübut təqdim etməmişdir.
22. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı Iddiaçı mirası istər qanun üzrə, istərsə də, faktiki olaraq qəbul etmədiyindən atasının və anasının birinci növbə vərəsəsi olsa belə onlardan qalmış mirasdan pay almaq hüququnu itirmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu, Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1246-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
24. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.
26. Belə ki, mübahisənin yaranma vaxtını bilmək üçün iş materiallarında olan məhkəmə araşdırmasına (protokola, audio-video yazıya) baxdıqda görünmüşdür ki, cavabdeh birinci instansiya məhkəməsində hakimin sualına cavab olaraq bildirmişdir ki, “anam öldükdən sonra qardaşımı torpaq sahəsinə buraxmamışam”. Iddiaçı bildirmişdir ki, “qardaşım anam öldükdən sonra məni torpaq sahəsinə buraxmadığına görə fevral 2024-cü il tarixdə vərəsəlik işinin açılması ilə bağlı notariusa müraciət etmişəm. Həm vərəsələrə aid Torpaq Şəhadətnaməsində, həm də Iddiaçı sənədlərindəki adlarda yanlışlıq olduğuna görə Şəki Inzibati Məhkəməsinə müraciət edilmiş və yanlışlığın aradan qaldırılması haqqında Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı çıxarılmışdır”. Buradan görsənir ki, bu icraat xeyli vaxt aparmışdır. Bundan başqa, XXX kəndi Ərazi Nümayəndəliyindən Torpaq Şəhadətnaməsindəki adlarda düzəlişlərin edilməsi haqqında arayışlar və digər məlumatlar notariata, notariatın 2024-cü ildə verdiyi sorğuları əsasında, təqdim edilmişdir. Beləliklə notariatın tapşırıqlarının icrası ilə bağlı məhkəmə qərarı çıxdıqdan və sənədlərdə düzəlişlər qurtardıqdan sonra, may 2025-ci ildə iddiaçı təkrar olaraq notariata müraciət etmişdir. Ona görə də vərəsəlik üzrə notariat işi yalnız ## #### 2025-ci il tarixdə açılmışdır. Notariat bu barədə apellyasiya məhkəməsinin sorğusuna cavab verərkən göstərmişdir. Əslində isə, notariata ilk müraciət fevral 2024-cü il tarixdə olmuşdur. Bütün bu qeyd olunanlara baxmayaraq, məhkəmə, haqsız olaraq, qeyd etmişdir ki, iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir və buna görə məhkəmə birinci instansiyada aparılan icraat ilə mükəmməl tanış olmamışdır.
27. Yalnız 2024-cü ilin əvvəlindən başlayaraq cavabdeh iddiaçını torpaq sahəsinə buraxmamış və tərəflər arasında mübahisə yaranmışdır. Həmin vaxtadək hər iki vərəsə miras əmlakdan mübahisəsiz istifadə etmişlər. Tərəflər arasında vərəsəlik haqqında mübahisə 2024cü ilin əvvəlindən başlamışdır. Münasibətinin yaranması məhz həmin vaxtdan hesablanmalıdır. Məhz həmin vaxt vərəsəliyə aid hüquq münasibətlərində mübahisənin yaranma vaxtı kimi qeydə alınmalıdır. Yuxarıda artıq qeyd olduğu kimi: 1) Iddiaçı mirası faktiki qəbul etmişdir, 2) Vərəsəlik münasibətlərində mübahisə yalnız 2023-cü ildən sonra, yəni məlum Plenum Qərarı qüvvəyə mindikdən sonra yaranmışdır. Məhkəmə qətnamə qəbul edən zaman (## ###### 2026-cı il) Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlar a istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət vərəsəlik hüququna təminat verir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, iddiaçı Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən miras qoyanın birinci növbədə vərəsəsi olsa da, onun həmin Məcəllənin 1246-cı maddəsi ilə nəzərdə tutulmuş müddətdə üzrsüz səbəbdən mirası qəbul etməməsi apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi haldır.
37. Iddiaçı hazırkı kassasiya şikayətinin dəlillərində bu halı təkzib etməyə yönələn – hüquq müəyyənedici sənədlərdə yanlışlıq olduğundan qanunla müəyyən olunmuş müddətdə inzibati məhkəməyə müraciət etməsi barədə dəlillər irəli sürsə də, işin faktiki hallarını araşdıran məhkəmələrə bununla bağlı hər hansı mötəbər sübutu təqdim etməmişdir.
38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarına istinadı da əsassızdır.
40. Belə ki, həqiqətən, Konstitusiya Məhkəməsinin həmin Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
41. Bununla belə, Konstitusiya Məhkəməsi mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarı qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və Qərar qəbul edilərkən məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil etmişdir.
42. Iddiaçının atası XXX ## ### 2001-ci ildə, anası X2 isə ## ######## 2023-cü tarixdə ölməklə, iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsi ilə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədiyindən, hazırkı iddia isə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarından sonra – ## #### 2025-ci il tarixdə məhkəməyə verildiyindən, bu qərarda göstərilmiş hüquqi mövqeyi bu mübahisəyə tətbiq etmək mümkün deyildir.
43. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, **1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.