Məhkəmə qərarları › İş №2(1-8)-1277/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1277/2026

23.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1277/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: öhdəliyin icra edilməməsi, miras əmlakı hesab edilən mənzillərin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “miras əmlaka daxil olan mənzillərin təhvil verilməsi və s” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. ## ##### 2020-ci il tarixli müqaviləyə əsasən “Kooperativ” - “Sahil-S İnşaat” MTK “Payçı” - X1 qəbul etdiyi pay şəkilində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu Müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan mərtəbə planında göstərilən, 1 kv.m 700 AZN olmaqla, “Kooperativ“ tərəfindən ünvan 2 ünvanında inşa edilən yeni binanın 12-ci mərtəbəsində, ümumi sahəsi (mənzilin xarici məhəccərinin daxili tərəfi hesablanmaqla) 71,2 kv.m. olan, 1 otaqlı yaşayış mənzilini “Payçı” - Abbas Əzimovun mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür.”Payçı”nın pay şəkilində qoyacağı pul vəsaiti 49.840,0 manat təşkil edir və tam şəkildə ödənilmişdir.

2. ##.##.2021-ci il tarixli, ** saylı müqaviləyə əsasən “Kooperativ” - “Sahil-S İnşaat” MTK “Payçı” - X1 qəbul etdiyi pay şəkilində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu Müqaviləyə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan mərtəbə planında göstərilən, 1 kv.m. 800.00 AZN olmaqla, “Kooperativ” tərəfindən ünvan 3 ünvanında inşa edilən yeni binanın 1-ci mərtəbəsində, ümumi sahəsi (mənzilin xarici məhəccərinin daxili tərəfi hesablanmaqla) 117 kv.m. olan, 3 otaqlı,** saylı yaşayış mənzilini “Payçı” - Abbas Əzimovun mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür. “Payçı”nın pay şəkilində qoyacağı pul vəsaiti 93.600,0 manat təşkil edir.

3. ##.##.2021-ci il tarixli müqaviləyə əsasən “Kooperativ” - “Sahil-S İnşaat” MTK “Payçı” – X1 qəbul etdiyi pay şəkilində qoyulmuş pul vəsaitinə uyğun olaraq, bu Müqavilə əlavə olunmuş və onun ayrılmaz hissəsi olan mərtəbə planında göstərilən, 1 kv.m. 800 AZN olmaqla, “Kooperativ“ tərəfindən ünvan 3 ünvanında inşa edilən yeni binanın 12-ci mərtəbəsində, ümumi sahəsi 71,2 kv.m. olan,1 otaqlı *** saylı mənzilini “Payçı” - Abbas Əzimovun razılığını nəzərə alaraq, alıcı- mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətinə təhvil verməyi öhdəsinə götürür. “Payçı”nın pay şəkilində qoyacağı pul vəsaiti 56.960,0 manat təşkil edir.

4. ## #### 2021-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “A-B” massivində yerləşən yaşayış binası “Sahil-S İnşaat” MTK-ya məxsusdur. Bu binanın 12-ci mərtəbəsində ümumi sahəsi 71,2 kv.m olan 1 otaqlı ** saylı mənzilin 56.960 manat dəyəri “Payçı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən ödənilərək borc qalmamışdır.

5. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən tərtib edilən ## ##### 2022-ci il tarixli “şahidi dindirmə” protokolundan görünür ki, X1 şahid qismində dindirilmişdir. İfadəsində göstərilir ki, “...Həmin ərəfələrdə Taleyin mənə və Ceyhuna olan 96.000 manat borcuna görə Taley mənim adıma 1ci mərtəbədə 117 kv.metr sahəli mənzili rəsmiləşdirdi, həmin zaman mənzilin Şükufə adlı şəxsin adına rəsmiləşdirildiyini, ancaq onun mənzilin dəyərini tam ödəmədiyini, Şükufənin ödədiyi məbləği sonuncuya qaytaracağını dedi və mənim razılığımı alaraq mənzili mənim adıma rəsmiləşdirdi. Həmçinin Taley həmin zaman tikintini dayandırmamağı məndən xahiş etdi, mən də 12-ci mərtəbənin fasadının tikintisini görsəm də, Taley onun dəyəri olan 10.000 manatı mənə ödəmədi...Bildirirəm ki, qeyd edilmiş mənzil (71,2 kv.metr sahəli *** nömrəli) X6 sonuncunun evinin barterinə görə verilmiş, ümumilikdə Şəhriyara 3 mənzil və 100.000 manat verilmişdir. Həmin mənzillərdən 71,2 kv.metr sahəli mənzil Şəhriyarla Ceyhunun razılaşmalarına əsasən sonuncuya düşən pay olmuş, bu səbəbdən Ceyhunun xahişi əsasında mənzil mənim adıma rəsmiləşdirilmişdir. Sonradan mən mənzili əslən Qubadlı rayonundan olan Nuralı adlı şəxs vasitəsilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satdım, mənzilin dəyəri 56.000 manat olduğu üçün mən həmin məbləği Nuralıdan istədim, sonuncu da ilkin ödəniş kimi 12.000 manat ödəyəcəyini, qalan məbləği də aylıq 5.000 manat məbləğlərlə ödəyəcəyini dedi, mən də ona inanaraq dediyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına mənzili Taley vasitəsilə rəsmiləşdirdim, tam ödəniş barədə maliyyə arayışı da verdim. Sonradan Nuralı mənə əlavə olaraq 2.000 manatı kart vasitəsilə ödədi, qalan məbləği isə ödəmədi. Həmin zaman mən Rəşaddan öyrəndim ki, sonuncu mənzili 33.000 manata almışdır.”

6. Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən # ###### 2022-ci il tarixdə məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Baş İdarədə “Sahil-S İnşaat” MTK-nın sədri X3 və “xxxx” MMCnin direktoru X2 barəsində istintaq olunmuş ******** nömrəli cinayət işi üzrə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, həmin MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa olunmuş binada 1-ci mərtəbədə 3 otaqlı 117 kv.metr sahəli ** nömrəli mənzil ##.##.2020-ci il tarixli müqavilə ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, ##.##.2021-ci il tarixli müqavilə əsasında X1 adına rəsmiləşdirilmişdir. Bu səbəbdən istintaq zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 və Abbas Əzimov zərər çəkmiş şəxs qismində tanınmışlar. ##.##.2022-ci il tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə iş baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyindən qeyd edilmiş mənzil üzrə müqavilə və maliyyə arayışlarının surətlərinin sizə təqdim edilməsi mümkün deyildir. Qeyd edilmiş cinayət işi üzrə aparılmış istintaq zamanı “Sahil-S İnşaat” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa olunmuş binada 12-ci mərtəbədə 1 otaqlı 71,2 kv.metr sahəli *** nömrəli mənzilin ilkin olaraq Abbas Əzimova məxsus olduğu, 2021ci ilin iyul ayında həmin mənzilin Abbas Əzimov tərəfindən Nuralı adlı şəxs vasitəsilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (ünvan 4 ünvanda qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 17-ci məhəllə, bina 206A ünvanda yaşayan; mobil telefon: 055-819- 56-96) satıldığı və mənzilin ##.##.2021-ci il tarixli müqavilə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına rəsmiləşirildiyi müəyyən edilmişdir. İstintaq zamanı həmin mənzil üzrə ##.##.2020-ci il tarixli müqavilə, o cümlədən müvafiq mənzil üzrə hər hansı təkrar satış halı müəyyən edilməmişdir.

7. ## ###### 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən ##.##.2022-ci il tarixdə vəfat etmiş – X1 vərəsələri Azımova Aınura, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6dır. Miras əmlaka aiddir: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi, “Toyota Land-Cruiser” minik markalı **-HD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Toyota Land-Cruiser-Prado” minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.

8. Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ## ###### 2024-cü il tarixli sorğuya cavab olaraq bildirilir ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin icraatında olan X3 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair *(***)-**/**** nömrəli cinayət işi üzrə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində ümumilikdə 117 kv.metr ibarət olan 3 otaqlı ** saylı mənzilə dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 və X1 zərər çəkmiş şəxs qismində tanınmış, lakin Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumilikdə 71,2 kv.m. ibarət olan 1 otaqlı *** saylı mənzil dair zərər çəkmiş şəxs qismində tanınmış hər hansı şəxs cinayət işinin materiallarından müəyyən edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil1 cavabdeh “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinə (bundan sonra cavabdeh, yaxud MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının vərəsə olmağını nəzərə alınaraq, mərhum atası X1 ilə cavabdeh MTK arasında bağlanılmış ##.##.2020-ci il tarixli müqaviləyə əsasən əldə edilən, yəni - Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumilikdə 71,2 kv.m. ibarət olan 1 otaqlı *** saylı, eləcə də həmin binanın 1-ci mərtəbəsində ümumilikdə 117 kv.m. ibarət olan 3 otaqlı ** saylı mənzillərin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin ödənilmiş 100 manat dövlət rüsumu xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2022-ci il tarixində vəfat etmiş miras qoyan X1 övladıdır. O, qanuna görə birinci növbəli vərəsə hesab edilir. Abbas Əzimov cavabdeh MTK ilə bağladığı ##.##.2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumilikdə 71,2 kv.m. ibarət olan 1 otaqlı *** saylı mənzil əldə etmişdir. Həmin əmlak tərəflərin birgə nikah dövründə əldə olduğundan iddiaçının da əmlaka dair pay hüququ vardır. Məlumdur ki, həmin mənzil müqaviləyə əsasən ümumilikdə 71,2 kv.m. və 1 otaqdan ibarətdir və müvafiq maliyyə arayışına əsasən Abbas Əzimov tərəfindən mənzilin pay dəyəri tam həcmdə cavabdeh MTK-ya ödənilmişdir. Mərhum atası Abbas Əzimovun rəsmi nikahda olduğu şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 hələ 2022-ci ildə ona və digər “xxxx” MTK-ya qarşı iddia tələbi Nərimanov Rayon Məhkəməsində irəli sürərək “cavabdeh Abbas Əzimovun birgə nikah dövründə “xxxx” MTK-nın bağladığı ##.##.2020-ci il tarixli müqaviləyə əsasən əldə etdiyi, yəni-Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi "A-B massivindi inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumilikdə 71 kv.m. ibarət olan 1 otaqlı *** saylı mənzil üzrə paylarının müəyyənləşdirilməsi, eləcə də ödənilmiş 100 manat rüsum xərci cavabdehlərdən birgə tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iş icraatda olarkən atası Abbas Əzimov 2022-ci ilin dekabr ayında vəfat etmişdir. Buna görə icraat dayandırılmışdır. İddiaçı və digər vərəsələrin hamısı (yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, nənəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və atasının övladı Aynur Əzimova) Sumqayıt “Regional ASAN Xidmət”inin notariat ofisində qanuna müvafiq qaydada vərəsəlik işi açılmış və iddiaçıya, o cümlədən digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Abbas Əzimovun adına Sumqayıt “Regional ASAN Xidməit”inin notariat ofisində vərəsəlik işi açılmış və nəticədə, 6 ay keçdikdən sonra qanuna müvafiq qaydada həm iddiaçı İddiaçı və onun azyaşlı övladı Abdullah Əzimov, həm də Abbas Əzimovun anası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, əvvəlki nikahlardan olan övladları İddiaçı və Aynur Əzimova qanun üzrə vərəsələri hesab olunmuşlar. Nəticədə, Abbas Əzimovdan miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra, ##.##.2023-cü il tarixli qərardad qəbul olunaraq iş üzrə icraat təzələnmişdir. İş təzələndikdən sonra yaranmış zərurətlə əlaqədar məhkəmənin təşəbbüsü ilə iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb olunmuşdur. İddiaçıda olan məlumata əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi və vəkili məhkəmədə izahat verərək, mübahisə predmeti olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumilikdə 71,2 kv.m. ibarət olan 1 otaqlı *** saylı mənzili ##.##.2021-ci il tarixli alğı-satqı müqaviləsi cavabdehlə bağlayaraq həmin mənzili əldə etdiyini bildirmişdir. Belə olduğu halda, iş üzrə müstəqil tələblər irəli sürməyən şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb olunduğunu, eləcə də cavabdehlərin biri Abbas Əzimovun vəfat edərək onun hüquqi varisliyinə prosessual cəhətdən əvəz olunması mümkün olmadığını nəzərə alaraq hazırkı iddia tələbinin dəyişdirilməsinə zərurət yaranıbdır. Ona görə də hazırkı iddia tələbi üzrə Nərimanov Rayon Məhkəməsinin *(***)-****-**** nömrəli məhkəmə işi üzrə müstəqil tələblər irəli sürən 3-cü şəxs qismində qoşulmağı zəruridir və prosessual cəhətdən də mümkündür. Cavabdeh olmalı olan şəxs məhz cavabdeh MTK-dır. Nəzərə alınsa ki, həmin hüquqi əsaslar bu yaxınlarda yaranıb. Çünki cavabdeh MTK qanuna zidd olaraq, artıq satılmış və sahibliyində olan (mənzil) əmlakı heç bir qanuni əsas olmadan təkrarən satışa çıxarmışdır. Bu da gələcəkdə müəyyən problemlər yarada bilər. Birmənalı olaraq mərhum atası Abbas Əzimovun 2020-ci ildə cavabdeh MTK-dan pay almış və həmin pay mənzilə də atasına çatan hissəsinə iddiaçının da hüququ çatır. Belə olduğu halda, əvvəlki alğı-satqı müqaviləsi qüvvədə olaraq, təkrarən mənzilin satışı qanunsuzdur və bu müqavilə bağlandığı andan etibarsızdır. Hazırda yaranmış zərurətlə əlaqədar hazırkı iddia tələbinin dəyişdirilməsinə zərurət yarandığından və bunun üçün hüquqi əsaslar tam olaraq iddiaçıya indi aydın olunduğundan iddia tələbini dəyişdirərək müvafiq qətnamə qəbul etməsini məhkəmədən xahiş edir. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 iddiası üzrə aparılmış *(***)-****/**** nömrəli məhkəmə işi üzrə Səlim Əzimova özünün mübahisə predmeti üzrə müstəqil tələblər irəli sürən şəxs qismində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək hazırkı tələblərlə əlaqədar müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin işə baxan məhkəmə *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadla iddia ərizəsini və ona əlavə edilmiş bütün sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan şikayət verilsə də, şikayət təmin edilməmiş və şikayətə baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməmiş və bu haqda qərardad da qəbul edilmişdir. Hazırda həmin qərardad qanuni qüvvəsini almışdır. Məhz bu səbəbdən də, hazırkı iddia tələblərinin irəli sürülməsinə zərurət yaranıbdır.

11. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

12. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi və vəkili vəkil2 izahat verərək bildirmişdir ki, mülki iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında cinayət işi vardır, həmin cinayət işi hazırkı mülki iş ilə birbaşa bağlıdır. Cavabdeh MTK ilə iddiaçının mərhum atası Abbas Əzimov arasında mənzilin alğı-satqı ilə əlaqədar olmayan münasibətlər olub. Abbas Əzimov vəfat etməmişdən öncə istintaq orqanında verdiyi izahatda da bu halları təsdiq edib.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İzahatında həmçinin qeyd edilmişdir ki, iddiaçı mərhum Abbas Əzimovun qızıdır. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 mərhumun həyat yoldaşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mərhumun sonuncu ilə birgə nikahdan olan oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 anası, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 qızıdır. Əvvəl məhkəməyə iddiaçı qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 müraciət etmiş, lakin mülki iş baxılmamış saxlanılmışdır. Hesab edir ki, iddiaçının varisi olaraq iddianı qaldırmağa subyektiv hüququ vardır. Mərhumun ölümündən əvvəl istintaq orqanında verdiyi ifadəni mötəbər hesab etmirlər. Üçotaqlı mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 sahibliyi və istifadəsindədir. Digər mənzil heç kimin istifadə və sahibliyində deyil. Həmin mənzil üzrə istintaq orqanında və cinayət işinə baxılan Bakı Ağır Cinayətlər Məhkəməsində də heç kim zərərçəkmiş şəxs qismində tanınmamışdır.

14. Üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbi təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Abbas Əzimov ilə cavabdeh MTK arasında bağlanılmış ##.##.2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumilikdə 71,2 kv.m. ibarət olan 1 otaqlı *** saylı, eləcə də həmin binanın 1-ci mərtəbəsində ümumilikdə 117 kv.m. ibarət olan 3 otaqlı ** saylı mənzillər əldə edilmişdir.

17. Hazırkı iş üzrə iddiaçı mərhum Abbas Əzimovun övladıdır. Abbas Əzimov ##.##.2022ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra Sumqayıt “Regional ASAN Xidmət”inin notariat ofisində qanuna müvafiq qaydada vərəsəlik işi açılmış və iddiaçıya, o cümlədən digər vərəsələrə (yəni, arvadı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, nənəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və övladı Aynur Əzimova) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.

18. İşin materiallarından görünür ki, Abbas Əzimovun sağlığında arvadı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 2022-ci ildə cavabdehlər Abbas Əzimova və cavabdeh MTK-ya qarşı iddia tələbi irəli sürərək birgə nikah dövründə MTK ilə bağladığı ##.##.2020-ci il tarixli müqaviləyə əsasən əldə etdiyi, yəni Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi. “A-B” massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumilikdə 71,2 kv.m. ibarət olan 1 otaqlı *** saylı mənzil üzrə paylarının müəyyənləşdirilməsi, eləcə də ödənilmiş 100 manat (yəni, həm mediasiya xərci, həm də dövlət rüsumu) rüsum xərci cavabdehlərdən birgə tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin 2022-ci ilin dekabr ayında vəfat etdiyindən iş üzrə məhkəmə icraatı dayandırılmış, icraat təzələndikdən sonra baxılmamış saxlanılmışdır.

19. Hazırkı iddianın predmeti olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində ümumilikdə 117 kv.m. ibarət olan 3 otaqlı ** saylı mənzil 2022-ci ildə qaldırılmış iddianın predmeti olmamışdır.

20. Hazırda iddiaçı qeyd edilən 1 və 3 otaqlı mənzillərin atasından qalmış miras əmlakı olmasına istinad edərək həmin mənzillərin cavabdeh MTK tərəfindən ona təhvil verilməli olmasını iddia edir. İddiaçı ##.##.2022-ci il tarixində vəfat etmiş mərhum Abbas Əzimovun İ növbə vərəsələr sırasına aid olsa da, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumilikdə 71,2 kv.m. ibarət olan 1 otaqlı *** saylı mənzil miras qoyan Abbas Əzimovdan miras qalmış əmlaklara aid olmamışdır. Belə ki, işin materiallarından görünür ki, sözügedən 1 otaqlı mənzil Abbas Əzimovun MTK ilə bağladığı ##.##.2020-ci il tarixli müqaviləyə əsasən onun adına rəsmiləşdirilsə də, ##.##.2021ci il tarixindən həmin mənzil MTK ilə bağlanmış müqavilə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adınadır. Mübahisəli 1 otaqlı mənzilin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına rəsmiləşdirilməsi ilə bağlı xüsusatlar Abbas Əzimovun şahid qismində dindirilməsinə dair Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən tərtib edilən ## ##### 2022-ci il tarixli “şahidi dindirmə” protokolunda ətraflı qeyd edilmişdir.

21. Məhkəmə hesab etmişdir ki, Abbas Əzimovun sağlığında ikən şahid qismində verdiyi ifadəsində mübahisəli 1 otaqlı mənzilin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına rəsmiləşdirilməsi ilə bağlı göstərilənlər onlar arasında baş vermiş hadisələri olduğu kimi əks etdirməklə bu halları şübhə altına alınmasına əsaslar müəyyən edilməmişdir. Başqa sözlə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına rəsmiləşdirilməsi Abbas Əzimovun sağlığında iradə ifadəsi əsasında baş vermişdir ki, bu da iddiaçının atasının həmin əmlak üzrə 1\2 pay hissədə özünün vərəsəlik hüquqlarının pozulması kimi qiymətləndirilmir. Abbas Əzimov həmin əmlak üzərində istifadə və sahiblik hüquqlarına malik olmaqla gözlənilən mülkiyyət hüququ da olmuşdur. Buna görə də həmin əmlakla bağlı öz mülahizəsinə görə hərəkət etməkdə sərbəst idi.

22. Atasının sağlığında birgə nikah dövründə əldə etdiyi əmlakı özgəninkiləşdirilməsi ilə bağlı əqdin qanuniliyini onun ölümündən sonra mübahisələndirmək üçün iddiaçı subyektiv hüquqa malik olmamışdır. Bu hüquq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 aiddir ki, onun da bu əqdi mübahisələndirməsinə dair tələbinin olması işin materiallarından görünmür.

23. Məhkəmə həmçinin Abbas Əzimovun sağlığında arvadı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 hələ 2022-ci ildə ona və digər cavabdeh MTK-ya qarşı iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırması ilə bağlı dəlilinə qiymət verərək qeyd etmişdir ki, belə bir iddianın qaldırılması da həmin vaxt 1 otaqlı mənzilin Abbas Əzimovun əmlakının mövcud olmasını təsdiq etmir. Yuxarıda qeyd edildiyi kimi həmin iddia üzrə yekun məhkəmə qərarı qəbul edilməmişdir.

24. İddiaçı iddia ərizəsində cavabdeh MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış müqavilənin qanunsuzluğunu (etibarsızlığını) vurğulasa da, tələbində bu əqdin qanuniliyini mübahisələndirməmiş, yalnız müqavilə predmeti olan 1 otaqlı mənzilin ona verilməli olmasını iddia etmişdir.

25. Beləliklə də məhkəmə hesab etmişdir ki, hazırda digər şəxsin sahibliyində və istifadəsində olan əmlaka, yəni Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B" massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumilikdə 71,2 kv.m. ibarət olan 1 otaqlı *** saylı mənzilə münasibətdə iddia əsaslı olmadığı üçün rədd edilməlidir.

26. Məhkəmə iddia tələbinin digər hissəsi olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində ümumilikdə 117 kv.m. ibarət olan 3 otaqlı ** saylı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulmasına qiymət verərək qeyd etmişdir ki, iddia bu hissədə də əsassızdır. Belə ki, iddiaçının özünün də qeyd etdiyi kimi, bu 3 otaqlı mənzil də Abbas Əzimov ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 birgə nikah dövründə əldə edilmiş əmlakı olmaqla hər birinin həmin əmlakda bərabər payları vardır. Atası öldüyündən o, atasının payına münasibətdə qanun üzrə vərəsəsidir. Başqa sözlə, iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 həmin mənzildə 1/2 hissədə payının olmasını qəbul edir. Lakin qeyd edilən əmlak dövlət reyestrində qeydiyyata alınmamış və verilən qanun üzrə şəhadətnamələrdə miras əmlak kimi vərəsələrin pay hüquqları tanınmamışdır. İddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 3 otaqlı mənzildə 1/2 hissədə payının olmasını təsdiq edərək hazırkı tələbində vərəsəlik hüququ üzrə ona düşən payının müəyyən edilməsini deyil, mənzilin ona bütünlüklə təhvil verilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması tələbi əsaslı sayıla bilməz.

27. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, 1151.1, 1159.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

28. İddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti işin faktiki hallarına istinad edilməkə iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxılan zaman tərəflərindən MTT haqqında ərizə verilmiş və Abbas Əzimovun MTK ilə bağladığı ##.##.2020-ci il tarixli müqaviləyə əsasən əldə etdiyi, yəni – Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa edilmiş yaşayış binasının 12-ci mərtəbəsində ümumilikdə 71,2 kv.m. ibarət olan 1 otaqlı *** saylı, eləcə də həmin binanın 1-ci mərtəbəsində ümumilikdə 117 kv.m. ibarət olan 3 otaqlı ** saylı mənzillərin (qaytarılması) satılması, dəyişdirilməsi və digər əməliyyatların aparılması, orada hər hansı bir təmir və ya digər işlərin görülməsi cavabdehə və digər şəxslərə qadağan olunması haqqında qərardad qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Ərizə qismən təmin olunmuş və iş üzrə **-(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardad qəbul edilmişdir. Beləliklə, 1 otaqlı mənzil boş olaraq saxlanılır və yuxarıda qeyd etdiyim yerli baxış zamanı həmin fakt açıq-aşkar üzə çıxmış və yerli iclas zamanı da məhkəmə tərəfindən keçirilmiş video-audio çəkilişə qeydə alınmışdır. Bu qərardadla məhkəmə iddiaçının prosessual hüquqlarını kobud surətdə pozmuşdur. İddiaçı bu iş haqqında məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırılmamış və hətta işə belə cəlb olunmamışdır. Halbuki, bu işin mövcduluğu belə gələcəkdə iddiaçının hüquqlarına təsir göstərə biləcək. Hesab edir ki, bu qətnamə qanunsuzdu və ləğv olunaraq iddia tam həcmdə təmin olunmalıdır.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi bir otaqlı *** nömrəli mənzilə dair tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, iddiaçının atası Abbas Əzimov sağlığında bildirib ki, həmin mənzili mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satıb. Bu məlumat iddiaçının atasının cinayət işi üzrə şahid kimi ##.##.2022-ci il tarixdə prokurorluğa verdiyi ifadədə qeyd olunub (cild 1, iş v. 86). Prokurorluğun məktubunda da bu məlumat təsdiq olunub (cild 1, iş v. 81). Mənzilə dair MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında ##.##.2021-ci il tarixli müqavilə bağlanıb (cild 1, iş v. 96). İddiaçının mənzilin ona təhvil verilməsini MTK-dan tələb edə bilməsi üçün əvvəlcə MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında bağlanmış müqavilə etibarsız sayılmalıdır. Lakin həmin müqavilənin etibarsız sayılması barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı iddia verilməyib, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 isə hazırkı iş üzrə üçüncü şəxsdir. Məhkəmə öz təşəbbüsü ilə üçüncü şəxsin adına olan müqavilənin etibarsız sayılmasını qət edə bilməz. Nəzərə alınmalıdır ki, bu müqavilə iddiaçının atasının sağlığındakı iradə ifadəsinə (mənzili mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satması barədə iradə ifadəsinə) əsaslanır və həmin iradə ifadəsi rəsmi sənəddə (prokurorluğun şahidi dindirmə protokolunda) əks olunub. İddiaçı (vərəsə) atasının (miras qoyanın) sağlığında ifadə etdiyi iradəni və bunun nəticəsində bağlanmış müqaviləni mübahisələndirmədən mənzilin miras kimi ona təhvil verilməsini tələb edə bilməz. Belə tələbin təmin edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqd anlayışını müəyyən edən 324cü maddəsinin və miras anlayışını müəyyən edən 1151-ci maddəsinin göstərişlərinə ziddir.

32. Birinci instansiya məhkəməsi üç otaqlı ** nömrəli mənzilə dair tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, iddiaçı iddia ərizəsi verərkən bu mənzilə dair tələb irəli sürməyib, sonradan iddianın dəyişdirilməsi barədə ərizə verərək tələb edib ki, həmin mənzilin də ona təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun (cild 1, iş v. 48). Bu ərizədə həmin mənzilə dair tələb bir cümlə ilə “hazırda həmin mənzilin də iddiaçıya təhvil verilməsinə ehtiyac yaranıb” kimi əsaslandırılıb. İddiaçının özünün məhkəməyə verdiyi məlumatlardan görünür ki, atasının ondan başqa digər vərəsələri (atasının arvadı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 və s.) də var. Mənzilə dair iddiaçı ilə cavabdehin arasında hər hansı mübahisənin olması (cavabdehin müqavilə öhdəliyini icra etməkdən imtina etməsi və s.) barədə sübut təqdim edilməyib. İddiaçı özü ilə atasının digər vərəsələri arasında olan münasibətlərə müəyyənlik gətirilməsinı tələb etmək əvəzinə, mənzilin bütünlüklə ona təhvil verilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Müqavilə tərəfi kimi cavabdehin iddiaçının atasının qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina etdiyi müəyyən edilmədiyinə görə, tələb təmin edilə bilməz.

33. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 324, 452.1, 1151-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

34. Qətnamədən iddiaçı (vəkil1 Arif oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından müəyyən olunur ki, mirasqoyan ilə cavabdeh arasında mənzilin alğı-satqısına dair müqavilə bağlanmış, müqavilə üzrə ödəniş tam həcmdə həyata keçirilmiş, lakin cavabdeh müqavilədən irəli gələn əsas öhdəliyini - mənzilin təhvil verilməsi öhdəliyini icra etməmişdir. Bununla belə, həmin müqavilə nə tərəflər tərəfindən ləğv edilmiş, nə də etibarsız hesab olunmuşdur. Bu səbəbdən, müqavilədən irəli gələn hüquq və öhdəliklər qüvvədə qalmışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 324-cü və 1151-ci maddələrinə istinad etməklə iddia tələbini əsassız hesab etsə də, həmin normaların tətbiqi işin müəyyən edilmiş faktiki hallarına uyğun olmamışdır. Çünki miras qoyanın sağlığında bağladığı müqavilənin mövcudluğu və qüvvədə olması mübahisə predmeti deyil. Miras hüququ məhz mirasqoyana məxsus olan və onun ölümü anında mövcud olan əmlak və əmlak hüquqlarını əhatə etdiyindən, müqavilədən irəli gələn tələb hüququ da vərəsəyə keçir. Sonradan eyni mənzil üzrə üçüncü şəxslə bağlanmış müqavilə əvvəlki müqaviləni avtomatik olaraq ləğv etmir və ya hüquqi qüvvədən salmır. Bundan başqa, iş materiallarında sonradan başqa şəxslə bağlandığı iddia edilən müqavilənin əvvəlki müqaviləyə hansı hüquqi əsaslarla üstün tutulması, əvvəlki müqavilənin hansı əsasla xitam verilməsi və ya etibarsız hesab olunması müəyyən edilməmişdir. Əksinə, işdə olan sübutlar əvvəlki müqavilə üzrə ödənişin həyata keçirildiyini təsdiq etdiyi halda, həmin müqavilənin hüquqi taleyi məhkəmə tərəfindən araşdırılmamış, cavabdehin vəzifəli şəxsləri barəsində aparılan cinayət icraatının mübahisəyə təsiri də qiymətləndirilməmişdir. Eyni zamanda, mübahisə predmeti olan digər mənzil üzrə də apellyasiya məhkəməsi Mülki Məcəllənin 452.1-ci maddəsini formal şəkildə tətbiq etmişdir. Halbuki işin hallarından cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyi, mənzili iddiaçıya təhvil vermədiyi və nəticədə iddiaçının məhz bu səbəbdən məhkəməyə müraciət etdiyi açıq şəkildə görünür. Buna baxmayaraq, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi cavabdehin öhdəliyi icra etməməsinin səbəblərini, müqavilənin faktiki icra vəziyyətini və iddiaçının tələb hüququnun pozulmasını tam araşdırmamış, nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

36. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

38. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

39. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

40. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

41. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

42. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

43. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

44. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

45. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

46. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

47. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

56. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübut edə bilməmişdir.

64. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.

65. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Həmçinin, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.

66. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

69. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

70. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

72. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar