Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1280/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh "Icbari Sığorta Bürosu” X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayəti icraata qəbul edildikdən sonra iddianın qiymətinə görə kassasiya şikayətinin yolverilməzliyi əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəc i hakim), Nurməmmədov Əhməd Güləhməd og lu və Abbasov Aqil Əzizağa og lundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “Icbari Sığorta Bürosu” X2 ( mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Mərkəzi Bankı və "xxxx” ASC cəlb edilməklə) qarşı “Bonus –Malus 3 tətbiqinin ləğv edilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “Icbari Sığorta Bürosu” X2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi:
1. Iddiaçı İddiaçı cavabdeh “Icbari Sığorta Bürosu” X1rşı “Bonus-Malus 3 tətbiqinin ləğv edilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona ##.##.2025-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə hesablanan sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə baş vermiş sığorta hadisəsinə görə hesablanan sığorta haqqına tətbiq edilən bonus-malus 3 əmsalının ləğv edilməsi vəzifəsinin cavabdeh "Icbari Sığorta Bürosu” X3 üzərinə qoyulması, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh "Icbari Sığorta Bürosu” X5 tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim - F.Əlizadə).
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - F.Talışinski (məruzəçi), G.Abbasova və M.Məmmədov).
5. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Kasasiya instansiyası məhkəməsi mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, cavabdehin kassasiya şikayəti üzrə apelyasiya instansiyası məhkəməsi qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan azdır. Buna görə də iş üzrə Ali Məhkəmənin # ### 2026-cı il tarixli *(*-*)-****/**** nömrəli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmasına aid hissədə ləğv edilməli, həmin kassasiya şikayəti baxışdan çıxarılmaqla, kassasiya şikayəti geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
7. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
8. Göründüyü kimi, MPM-də əmlak xarakterli iddialar üzrə yalnız qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan yuxarı olduqda kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur.
9. Hazırkı işdən görünür ki iddiaçının mənafeyi sığorta haqqı olaraq ondan 36 manat deyil, 3 dəfə artıq hesablanmış 103 manatla bağlıdır, başqa sözlə, iddia tələbi 103 manat həddindədir. Buna görə də iddiaçının tələbi (bərpa olunmasın xahiş etdiyi bonus məbləği) qanunvericilikdə kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş məbləğdən az olmuşdur. Belə olan halda, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz.
10. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
11. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində həmin qətnamədən kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izah verərkən iddianın qiyməti ilə bağlı yuxarıda şərh edilən hallara diqqət yetirməməklə səhvə yol vermişdir.
12. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
13. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
14. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh “Icbari Sığorta Bürosu” X2 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəmsinin Mülki kollegiyasının # ### 2026-cı il tarixli *(*-*)-****/**** nömrəli qərardadı ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı, şikayətin qaytarılması məsələsinin həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
15. Göstərilənləri və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh “Icbari Sığorta Bürosu” X2 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəmsinin Mülki kollegiyasının # ### 2026-cı il tarixli *(*-*)-****/**** nömrəli qərardadı ləğv edilsin. Cavabdeh “Icbari Sığorta Bürosu” X2 kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.