Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1285/2026 16.06.2026 ALI MƏHKƏMƏ İddiaçıblikası adından İddiaçıblikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi İddiaçıblikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin cavabdeh Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Sabunçu Böyükşor DS- 200 mm-lik yerüstü neft kəmərinin 39 T 0409035; ******* saylı koordinat üzrə, neft boru kəmərinin mühafizə zonasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisi ünvanında cavabdeh Cavabdeh tərəfindən qanunsuz tikililər inşa olunmuşdur.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *-****/**** saylı, ##.##.2004-cü il tarixli qətnaməsi ilə X2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci mədən küçəsi, ** saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir.
3. ünvan 1 ünvanına quraşdırılmış *************** nömrəli işıq sayğacı və *************** nömrəli qaz sayğacı X1 adına rəsmiləşdirilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCARın “Neft
4. Kəmərləri” Idarəsinin istismarında olan Sabunçu Böyükşor DS200 mm-lik yerüstü neft kəmərinin 0.8-ci km-də, 39 T 0409035, ******* saylı koordinat üzrə, kəmərə paralel 2-ci sırada, kəmərdən təqribən 18 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisi ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıblikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və ##.##.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən “Neft Kəmərləri” Idarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c)boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. İddiaçıblikası Prezidentinin ##.##.2002-ci il tarixli *** saylı Fərmanında, eləcə də Nazirlər Kabinetinin ##.##.2004cü il tarixli *** saylı Qərarında Ixrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.
6. Cavabdehin nümayəndəsi nümayəndə1 məhkəməyə ##.##.2024-cü il tarixdə etiraz ərizəsi təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan yeni tikilməyib. Sözügedən ərazidə 2002-ci ildən məskunlaşmışlar. 2004-cü il Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ev (pasport) qeydiyyatına alınmışlar. Hazırda yaşadığı ev də həmin vaxtdan tikilmiş və 2009cu ildən orada yaşayırlar. Ünvana kommunikasiya xətləri də həmin vaxtdan başlayaraq çəkilmişdir. 2011-ci ildə də “xxxx” MMC tərəfindən əmlakın qiymətləndirilməsi aparılmış və evin eskizi hazırlanmışdır. Həmin evə dair sənədləşmə işləri (kommunikasiya xətləri və s.) anası X1 adına rəsmiləşdirilmişdir Sadəcə olaraq cari ilin iyun ayında evin dam örtüyü yararsız olduğundan (yağış və qar yağan zaman su birbaşa evə tökülürdü və yaşayış üçün ciddi çətinlik törədirdi) sökülüb yenisi ilə əvəz olunmuşdur. Yəni iddia ərizəsində qeyd olunduğu kimi hər hansı bir əlavə tikinti işləri aparılmamışdır. Dam örtüyünün dəyişdirilməsi ilə bağlı SOCAR-ın tikinti işlərinə nəzarət edən Sabunçu rayonu üzrə Balaxanı neft idarəsinə müraciət olunmuşdur. Idarənin nümayəndələrinin iştirakı ilə evə baxış keçirilmiş və dam örtüyünün həqiqətən yararsız olduğuna dair video və şəkillər çəkilmişdir. Dam örtüyünün təmiri də bitdikdən sonra yenidən baxış keçirərək yeni tikinti işinin aparılmamasını müəyyən etmişlər. Yaşadığı ərazi böyük yaşayış massividir. Burada sakinlər hətta 80-90-cı illərdən məskunlaşmağa başlamışdır. Hazırda ərazidə on minlərlə fərdi yaşayış evləri mövcuddur. Ərazidə böyük məktəb binası, mərasim evi və iri super marketlərin filialları fəaliyyət göstərir. Necə olur bu qədər tikilinin heç biri boru kəmərinin mühafizə zonasına düşmür, yalnız onun yaşadığı evin sahəsi düşür. Hətta bəzi evlərin yola olan qapısı birbaşa boru kəmərinin üstünə düşür. Bütün bunları yazmaqda məqsədi odur ki, qeyd olunan məsələ təkcə onlara aid evin mövcudluğu ilə şərtləndirilə bilməz.
8. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, cavabdeh mübahisəli evi 2004-cü ildən inşa etmiş və həmin ildən etibarən orada yaşamaqdadır, iş materiallarından da göründüyü kimi, bu hal iddiaçıya məlum olmuşdur. Lakin iddiaçı yalnız 2024-cü ilin iyun ayında evin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanuna əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir, odur ki, iddia tələbinin müddətin ötürülməsi səbəbilə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə İddiaçıblikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsinin” hüdudları daxilində yerləşir. Həmçinin torpaq sahəsi bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşir. Sahə daxilində 1 ədəd və ətrafında çox sayda ləğv edilmiş neft quyularının baza məlumatı var.
10. Iş üzrə alınmış İddiaçıblikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyi ilə, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə İddiaçıblikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsinin” hüdudları daxilində yerləşir. Həmçinin torpaq sahəsi bütövlüklə neft kəmərinin mühafizə zolağında yerləşir. Sahə daxilində 1 ədəd və ətrafında çox sayda ləğv edilmiş neft quyularının baza məlumatı olduğu qeyd edilmişdir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddianın təmin edilməsi, SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Sabunçu-Böyükşor DS-200 mmlik yerüstü neft kəmərinin mühafizə zonasında 39 T 0409035; ******* saylı koordinat üzrə, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisi ünvanında cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar cavabdehin hesabına sökülərək ərazidən çıxarılması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərinin 39 T 0409035; ******* saylı koordinat üzrə neft boru kəmərinin mühafizə zonasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisi ünvanında cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni İddiaçıblikasının Torpaq Məcəlləsinin 55, 66, 67, 68 və 111-ci, Mülki Məcəllənin 155.1, 155.2, 180.1, 180.2, 180.4 və 384.0.4-cü maddələrinə, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti etiraz ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə mühəndis-texniki ekspertizası təyin edərkən, ekspert qarşısında cavabdehin yaşadığı fərdi yaşayış evi ilə neft kəməri arasında olan məsafədə yerləşən neçə fərdi yaşayış evinin olması barəsində ekspert qarşısında heç bir sual qoymamışdır. Bu da artıq iddiaçının hansı səbəblərə görə cavabdehə qarşı bu iddianın qaldırıldığını, digər şəxslərə qarşı isə belə bir iddianın qaldırılmaması sualı yaratmışdır. Bu səbəbdən də, məhkəmə qarşısında vəsatət qaldırılaraq, iş üzrə əlavə məhkəmə mühəndistexniki-ekspertizasının təyin edilməsi və ekspert qarşısında cavabdehin yaşadığı fərdi yaşayış evi ilə neft kəməri arasında olan məsafədə neçə fərdi yaşayış evinin mövcud olması barədə sualın qoyulmasını xahiş etsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Halbuki, məhkəmə bu vəsatəti təmin edərdisə, o zaman məlum olacaqdır ki, cavabdehin ailə üzvləri ilə birlikdə yaşadıqları mübahisəli özbaşına tikilmiş fərdi yaşayış evindən neft kəmərinə qədər çoxsaylı evlər mövcuddur. Hazırki iş üzrə iddiaçının iddia tələbləri rədd edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə təqdim etdiyi dəlilləri nəzərə almamışdır. Daha sonra, İddiaçıblikası Ali Məhkəməsi Plenumunun ## ######## 2022-ci il tarixli **(***)-*(a)**** saylı Qərarının 30-cu bəndinə görə, söküntünün aparılmasında iddiaçının maraqları, torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olubolmamasına dair sübutların mövcudluğu araşdırılmalıdır. Iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar sırasında mübahisələndirdiyi əmlakın söküntünün aparılmasında iddiaçının maraqları, torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmamasına dair sübutlar yerləşdirməmişdir. Belə bir zərurət yaranarsa, o zaman neft kəmərinə daha yaxın olan və cavabdehin evi ilə neft kəməri arasında olan evlərin ilk növbədə söküntüsü tələb olunardı, bundan sonra isə digər evlərin. İddiaçıblikası Ali Məhkəməsinin Mülki Kollegiyasının məhkəmələrə ünvanladığı *-*-*/*****/**** saylı, ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halınmövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azerbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. Icra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin" məzmununda bənd əlavə edə bilərlər. İddiaçıblikası Ali Məhkəməsinin Mülki Kollegiyasının məhkəmələrə ünvanladığı *-*-*/*- ****/**** saylı, ##.##.2023-cü il tarixli məktubuna uyğun olaraq, digər məhkəmələrdə baxılan anoloji işlər üzrə qətnamələr qəbul edilərkən, qətnamələrin nəticə hissəsində “Qətnamə neftqaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin.” cümləsi əlavə edilir. Bu da onu göstərir ki, vətəndaşların ziyanına qətnamələr çıxarılsa da, əmlakların yerləşdiyi torpaq sahələrində neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman əmlakların söküntüsü həyata keçirilir. Göründüyü kimi, iddiaçı öz tələblərini əsaslandırmamış, məhkəmədə hazırki iş üzrə tələb irəli sürsə də, cavabdehə məxsus olan əmlakın yerləşdiyi ərazidə, neft kəmərinə qədər yerləşən özbaşına tikilmiş fərdi yaşayış evlərinə qarşı iddiaların qaldırılması və ya həmin əmlakların sökülməsi ilə bağlı qətnamələrin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Iddiaçı öz tələbində göstərir ki, İddiaçıblikasına Nazirlər Kabinetinin ##.##.2004cü il tarixli *** saylı Qərarında Ixrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Məhkəmə iddiaçının tələbini yuxarıda qeyd olunan Qərara istinad etməklə əsaslandırmasını göstərsə də, mübahisəli ərazidə yerləşən kəmərin ixrac kəməri olub olmamasını aydınlaşdırmamışdır. Daha sonra, həm iddiaçı, həm də məhkəmə bu akta istinad etməklə, mübahisəli evin köhnədən inşa edilməsini və bu evin dam örtüyünün dəyişməsi səbəbindən iddiaçı tərəfindən hazırki iddianın qaldırması faktını təsdiq etmişdir. Cavabdeh yaşadığı evin dam örtüyünü dəyişməsə idi, belə bir iddia da iddiaçı tərəfindən qaldırılmayacaqdır. Təqdim edilmiş Google Earth proqramında 2008-ci ildən olan məlumatlar əsasında bu proqram vasitəsi ilə çəkilmiş, evin və onun yerləşmə ərazisindən də görünür ki, mübahisəli fərdi yaşayış evinin ətrafında çoxsaylı evlər mövcuddur. Bu fotoşəkillərlə mübahisəli özbaşına tikilinin 2008-ci ildən əvvəl inşa edilməsi və bu halın iddiaçıya məlum olması tam təsdiqini tapır. Nümayəndə olaraq işə qoşulduğu zaman, məhkəmənin hazırlıq iclasının təxirə salınmasını məhkəmədən xahiş olunsa da, məhkəmə işin mahiyyəti üzrə baxılması üçün məhkəmə iclasını təyin etdiyindən, adı çəkilən sübutların təqdim edilməsi mümkünsüz olmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Azad Imanov (sədrlik edən və məruzəçi), Akif Isgəndərov və Səadət Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
39. Apellyasiya instansiya məhkəsəsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı cavabdeh tərəfindən neft kəmərinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evinin və hasar cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
18. Məhəkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə hesab etmişdir ki, SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Sabunçu Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərinin 39 T 0409035; ******* saylı koordinat üzrə, neft boru kəmərinin mühafizə zonasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisi ünvanında cavabdeh Cavabdeh tərəfindən qanunsuz tikililər inşa olunması iş materiallarında olan mütəxəssiz rəyi və ekspert rəyi ilə təsdiq edilmişir. Cavabdeh tərəfindən məhkəmənin müəyyən etdiyi halları təkzib edən hər hansı sübut təqdim olunmamışdır.
19. Həmçinin birinci instansiya məhkəməsinin Mülki Məcəllənin iddia müddətinin şamil edilmədiyi tələbləri əks etdirən 384.0.4-cü maddəsinə əsasən hazırkı iddianın həmin maddənin təsiri altına düşdüyündən, bu tələbə iddia müddətinin şamil edilmədiyinə dair gəldiyi nəticə əsaslı olmuşdur.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya məhkəməsində baxılması üçün mülki işin apellyasiya instansiyasına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh Fərzaliyev Ruslan Fərzalı oğlunun vəkili və nümayəndəsi Məmmədli Aytac Fəxrəddin qızı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq İddiaçıblikasının Mülki Məcəlləsi
20. Maddə 155.1. İddiaçıblikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir.
21. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya xxxxlərin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.
22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
24. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
İddiaçıblikasının Torpaq Məcəlləsi:
25. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya xxxxlərin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
26. Maddə 66. Dövlət və xxxx mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya xxxxnin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
27. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və xxxx mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
28. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
29. Maddə 111. İddiaçıblikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
İddiaçıblikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə İddiaçıblikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının # ### 2007-ci il tarixli qərarının İddiaçıblikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarı:
30. “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”:
31. Bənd 6.7. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir.
İddiaçıblikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. Cavabdeh Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.