Məhkəmə qərarları › İş №2(1-8)-1293/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1293/2026

16.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1293/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Zhukova Tatiananın (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 * saylı Bakı Ərazi Idarəsi cəlb edilməklə) cavabdehlər cavabdeh2, cavabdeh1 və Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): vərəsələrin miras paylarının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Zhukova Tatiananın cavabdehlər cavabdeh2, cavabdeh1 və Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 * saylı Bakı Ərazi Idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “Vərəsəlik hüququ haqqında şəhadətnamələr və onlar əsasında verilmiş çıxarışların ləğvi və miras əmlakda payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı Zhukova Tatiana və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Zhukova Tatiana mərhum əri X3 ##.##.1989-cu il tarixdə nikaha daxil olmuş, X3 ##.##.2018-ci il tarixdə vəfat etmişdir.

2. Iddiaçı Zhukova Tatiana və cavabdehlər cavabdeh2, cavabdeh1 və Jukova Tamara Vladimirovna mərhum X4 üzrə birinci dərəcəli vərəsələri olaraq miras qalmış əmlakları qəbul etmək üçün Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna müraciət etmişlər və 24-159, 2V-160, 2V-161 və 2V-*** reyestr nömrəli ##.##.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras əmlak olan ünvan 1 ünvanda yerləşən mənzil üzərində iddiaçı və cavabdehlərin hər birinin ¼ hissədə payları müəyyən olunmuşdur.

3. ##.##.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Jukova Tamara Vladimirovna ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 29,2 kv metr olan mənzilin (bundan sonra mübahisəli mənzil) paylı mülkiyyət üzrə ona məxsus ¼ (7,3 kv metr) hissəsini qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlamışdır.

4. Mübahisəli mənzil ##.##.2006-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, mərhum Jukov Vitaliynin adına ##.##.2016-cı il tarixdə qeydiyyata alınması müəyyən olunmuşdur.

5. ##.##.2004-cü il tarixli, **** nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 atası X1 ##.##.2004-cü il tarixdə vəfat etmiş, Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən ##.##.1995-ci il tarixdə təsdiq edilən vəsiyyətnamədə göstərilən mübahisəli mənzil 16,22 kv metr olan və ümumi sahəsi 29,22 kv metr olan 1 otaqlı mənzili qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və oğlu X4 vəsiyyət etmiş, həmin mənzilə paylar üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və X4 adlarına xüsusi mülkiyyət hüquqi tanınmış, daha sonra ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ona düşən payını X4 satmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı Zhukova Tatiana cavabdehlər cavabdeh2, cavabdeh1, Jukova Tamara Vladimirovna və Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı (Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 * saylı Bakı Ərazi Idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 24-159, 2V-160, 2V-161 və 2V-*** reyestr nömrəli ## ###### 2018-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında dövlət reyesterindən verilmiş çıxarışların ləğv edilməsi, nikah dövründə əldə olunmuş əmlak kimi həmin mənzil üzərində iddiaçının ½ hissədə pay hüququnun müəyyən edilməsi, həmin mənzilin qalan ½ hissəsi üzərində iddiaçının 1/8, cavabdeh cavabdeh2nın 1/8, cavabdeh cavabdeh1 1/8 və digər cavabdeh Jukova Tamara Vladimirovnanın 1/8 hissədə miras paylarının müəyyən olunmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, bütün əmlaklar iddiaçı ilə mərhum X4 nikahı dövründə əldə olunmuşdur. Miras qalmış “Hyundai Tucson” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil və bank hesabında olan pul vəsaitlərinin ½ hissəsinə dair Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru tərəfindən iddiaçı-Zhukova Tatianaya ər (arvadın) ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin avtomobil və bank hesablarında olan pul vəsaitləsinin qalan ½ hissəsi iddiaçı və cavabdehlər arasında bərabər paylarda bölünüb və müvafiq olaraq hər birinə qanun üzrə vərəsəlik şəhadnamələri verilmişdir. Lakin Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru iddiaçının Rusiya Federasiyası vətəndaşı olmağından və Azərbaycan dilini bilməməyindən istifadə edərək nikah dövründə əldə olunmuş mübahisəli mənzilə dair arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verməmişdir. Qanunsuz olaraq həmin mənzil vərəsələr arasında bərabər paylara bölünmüşdür. Belə ki, mirasın predmeti olmuş mübahisəli mənzilə dair Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 24159, 2V-160, 2V-161 və 2V-*** reyester nömrəli ##.##.2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrlə iddiaçı və cavabdehlərin hər birinə həmin mənzildən ¼ hissədə pay verilmişdir. Iddiaçının vəkili tərəfindən verilmiş vəkil sorğusundan məlum olmuşdur ki, mübahisəli mənzil nikah dövründə alqı-satqı yolu ilə əldə olunmuşdur. Həmin mənzil ##.##.2006-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Jukov Vitaliynin adına qeydiyyata alınmışdır. Mübahisəli mənzil Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru tərəfindən miras əmlak kimi bölünməmişdən öncə Iddiaçının sağ qalmış arvad kimi payı müəyyən edilməli ümumi mülkiyyətdə olan əmlaka payının müəyyən edilməsi barədə şəhadətnamə verilməli, bundan sonra mənzilin qalan hissələri vərəsələr arasında bölüşdürülməlidir. Iddiaçıya məxsus olan əmlakdakı paylar hazırda digər vərəsələrin qanunsuz sahibliyindədir.

8. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi və vəkili nümayəndə2 elekton kabinet vasitəsilə məhkəməyə etiraz verərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, ##.##.2018-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qardaşı X4 vəfat etmişdir. Onun ölümündən sonra dörd vərəsə qalmışdır – arvadı X7, oğlu cavabdeh1 Vitalyeviç, qızı – cavabdeh2 və anası Jukova Tamara Vladimirovna. ##.##.2018-ci il tarixdə onlar Bakı şəhəri ** saylı notariat ofisində X4 ölümündən miras qalmış əmlaka vərəsəlik hüququna daxil olmuşlar və həmin gün Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr almışlar. Alınmış vərəsəlik haqqında şəhadətnaməyə əsasən Jukova Tamara Vladimirovna qeyd edilən ünvanda yerləşən mənzildə ona məxsus ¼ hissəsinə mülkiyyət hüququ haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. ##.##.2019-cu il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində Jukova Tamara Vladimirovna mübahisəli mənzildə ona məxsus ¼ hissəsini qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlamışdır. Bununla əlaqədar Bakı şəhəri ** saylı notariat ofisində reyestrdə *Ə* nömrəli ilə qeydə edilmiş ##.##.2019-cu il tarixli bağışlama müqaviləsi bağlanılmışdır. Bağışlama müqaviləsinə əsasında ##.##.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz dövlət reyestrindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 öz adına çıxarış almışdır. Həmin vaxtdan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qeyd edilən mənzilin ¼ hissənin mülkiyyətçisidir. Mübahisəli mənzil mülkiyyət hüququ üzrə Vitaliy və Nelli Jukovların atası Sergey Jukova məxsus idi. 2006-ci ildə Sergey Jukov vəfat etmişdir. Sergey Jukovun ölümündən sonra onun övladları Nelli və Vitaliy Jukovları miras qalmış qeyd edilən mənzilə vərəsəlik münasibtlərinə daxil olmuşlar və mənzilə ½ hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr almışlar. Bir neçə ildən sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mənzildə ona məxsus olan ½ hissəni qardaşı Vitaliy Jukova satmışdır. ##.##.2018-ci il tarixdə Vitaliy Jukov vəfat etmişdir. ##.##.2018-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində miras qalmış mübahisəli mənzilə onun vərəsələri - arvadı X7, oğlu cavabdeh1, qızı – cavabdeh2 və anası Jukova Tamara Vladimirovna mənzilə ¼ hissədə vərəsəlik hüququna daxil olmuşlar. ##.##.2019-cu il tarixdə Jukova Tamara Vladimirovna ona məxsus olan mübahisəli mənzilin ¼ hissəsini Bakı şəhəri ** saylı notariat ofisində müqavilə bağlayaraq qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reystrindən çıxarış almışdır. Həmin vaxtdan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisəli mənzilin ¼ hissəsinin mülkiyyətçisidir. Tərəflərin vərəsəlik şəhadətnamələrini mübahisələndirmək üçün iddiaçı həm xüsusi iddia müddətini, həm də müvafiq hüquq normaları ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Iddiaçı Bakı şəhəri ** saylı notariat ofisində 2018-ci ilin dekabr ayında mübahisəli mənzilin ¼ hissəsinə vərəsəlik hüququna daxil olarkən mənzilin ½ hissəsinin onunla mərhum əri X4 arasında birgə nikah dövründə əldə edilməsi barədə notariat ofisində məlumat verməmişdir. Ona görə də, notarius vərəsələr haqqında mövcud olan məlumatlara əsasən məhrum Vitaliy Jukovunun ölümündən sonra miras qalmış mənzili dörd hissəyə bölünərək vərəsələrə hər birinə ¼ hissədə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Vərəsələrdən biri Jukova Tamara Vladimirovna mənzildən ona düşən ¼ paya daşınmaz əmlakın dövlət reyestrindən öz adına çıxarış almışdır. O, mənzilin ¼ payının mülkiyyətçisi olduğu üçün bu paya öz mülahizəsinə görə sərəncam vermiş və qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hədiyyə vermişdir. Tamara Jukovanın mənzilin ¼ hissəsinə vərəsəlik hüququna daxil olması və bunun üçün vərəsəlik şəhadətnaməsi almasından altı ildən çox vaxt keçmişdir. Bundan başqa, iddiaçı Tatyana Jukova altı ildən artıq müddət keçdikdən sonra mirasın qəbul edilmiş payını mübahisələndirmək üçün iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı mirasın qəbulunu mübahisələndirmək üçün Mülki Məcəllənin 373.2 və 1272-ci maddələri ilə müəyyən edilmiş müddəti ötürmüşdür.

10. Daha sonra iddiaçının nümayəndəsi və vəkili nümayəndə1 elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini və həmin şəhadətnamələr əsasında dövlət reyesterindən verilmiş çıxarışların ləğv edilməsini, nikah dövründə əldə olunmuş əmlak kimi mübahisəli mənzil üzərində iddiaçının ¼ hissədə pay hüququnun müəyyən edilməsini, mübahisəli mənzilin qalan 3/4 hissəsi üzərində iddiaçının 3/16, cavabdeh cavabdeh2nın 3/16, cavabdeh cavabdeh1 3/16 və Jukova Tamara Vladimirovnanın 3/16 hissədə miras paylarının müəyyən edilməsini xahiş etmişdir.

11. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi və vəkili nümayəndə2 elekton kabinet vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, *(***)-****/**** nömrəli mülki iş üzrə iddia müddətin tətbiq edilməsini xahiş etmişdir.

12. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflərin aldıqları vərəsəlik şəhadətnamələrini mübahisələndirmək üçün iddiaçı həm xüsusi iddia müddətini, həm də müvafiq hüquq normaları ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı altı ildən artıq müddətdə mirasın qəbul edilmiş payını mübahisə etmək üçün iddia tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da, Mülki Məcəllənin 373.2 və 1272-ci maddələri ilə müəyyən edilmiş müddəti ötürmüşdür.

13. Daha sonra iddiaçının nümayəndəsi və vəkili nümayəndə1 elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2V159, 2V-160, 2V-161 və 2V-*** reyestr nömrəli ##.##.2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini və həmin şəhadətnamələr əsasında dövlət reyesterindən verilmiş çıxarışların ləğv edilməsini, nikah dövründə əldə olunmuş əmlak kimi mübahisəli mənzil üzərində iddiaçının ¼ hissədə pay hüququnun müəyyən edilməsini, mübahisəli mənzilin qalan 3/4 hissəsi üzərində iddiaçının 3/16, cavabdeh cavabdeh2nın 3/16, cavabdeh cavabdeh1 3/16 və digər cavabdeh Jukova Tamara Vladimirovnanın 3/16 hissədə miras paylarının müəyyən edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Zhukova Tatiananın adına verilmiş Bakı şəhəri ** saylı notariat ofisində təsdiq edilmiş reyestrdə 2V-159 nömrə ilə qeyd edilmiş ##.##.2018-ci il tarixli, cavabdeh cavabdeh1 adına verilmiş Bakı şəhəri ** saylı notariat ofisində təsdiq edilmiş reyestrdə 2V-160 nömrə ilə qeyd edilmiş ##.##.2018-ci il tarixli, cavabdeh cavabdeh2 adına verilmiş Bakı şəhəri ** saylı notariat ofisində təsdiq edilmiş reyestrdə 2V-161 nömrə ilə qeyd edilmiş ##.##.2018-ci il tarixli, cavabdeh Jukova Tamara Vladimirovnanın adına verilmiş Bakı şəhəri ** saylı notariat ofisində təsdiq edilmiş və reyestrdə 2V-*** nömrə ilə qeyd edilmiş ##.##.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlar əsasında mübahisəli mənzilə dair Zhukova Tatiana, cavabdeh2, cavabdeh1 və Jukova Tamara Vladimirovnanın adına verilmiş çıxarışların ləğv edilməsi, mübahisəli mənzil üzərində X4 üzrə vərəsələri kimi Zhukova Tatiananın 7/16 hissədə, cavabdeh1 Vitalyeviçin 3/16 hissədə, cavabdeh2 3/16 hissədə, Jukova Tamara Vladimirovnanın 3/16 hissədə paylarının müəyyən edilməsi qət olunmuşdur(hakim A.Oruclu).

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzilin ½ hissəsi vərəsəlik qaydasında, qalan ½ hissəsi isə alqı-satqı müqaviləsi əsasında iddiaçının mərhum əri X3 tərəfindən onları birgə nikah dövründə əldə olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən, ər-arvaddan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyəti olduğu üçün, X3 vərəsəlik qaydasında aldığı mənzilin ½ hissəsi ər-arvadın ümumi birgə mülkiyyəti kimi qiymətləndirilə bilməz. Həmin əmlakın birgə mülkiyyət hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur.

16. Bundan başqa, mənzilin qalan ½ hissəsi isə X3 tərəfindən Zhukova Tatiana ilə X3 nikah dövründə alqı-satqı müqaviləsi əsasında əldə olunmuşdur. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınmaz əşyalar ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak sağ qalan arvadın birgə mülkiyyətindəki ona çatası əmlak hissəsi (1/2) istisna olmaqla, qalan hissədə (1/2) miras qoyanın sağ olan qanun üzrə vərəsələrinə bərabər pay hüququ ilə keçir. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmiş daşınmaz əmlak ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, həmin mənzilin alqı-satqı müqaviləsi əsasında keçən ½ hissəsinin yarısı (½ hissə : 2 = ¼ hissə) iddiaçının şəxsi mülkiyyəti kimi hesab edilməlidir. Ümumi sahəsi 29,2 kv metr olan mübahisəli mənzilin yerdə qalan hissəsi ( 1 – ¼ hissə = ¾ hissə) miras əmlaka daxil edilməli və birinci növbədən olan 4 vərəsə mərhumun arvadı, 2 övladı və anası arasında bərabər paylara (3/4 : 4 = 3/16 hissə) bölünməlidir.

17. Məhkəmə hesab etmişdir ki, ümumi sahəsi 29,2 kv metr olan mübahisəli mənzil üzərində cavabdeh2 3/16 hissədə, cavabdeh1 Vitalyeviçin 3/16 hissədə, Jukova Tamara Vladimirovnanın 3/16 hissədə və Zhukova Tatiananın 7/16 hissədə (1/4 hissə + 3/16 hissə) miras payları müəyyən edilməlidir.

18. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 152.1, 152.5, 178.1, 225.1, 225.2, 372, 375.2, 377.1, 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1.1,1***, 1243.1, 1255, 1272, 1274, 1291, 1321 və 1325-ci, Ailə Məcəlləsinin 32.1 və 32.2.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 216-220-ci maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli qərarlarına, istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Iddiaçı Zhukova Tatiana qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin qismən (payların müəyyən edilməsi hissəsində) ləğv edilməsi, nikah dövründə əldə olunmuş əmlak kimi mübahisəli mənzil üzərində iddiaçının ¼ hissədə pay hüququnun müəyyən edilməsi, həmin mənzilin qalan 3/4 hissəsinin üzərində iddiaçının, 3/16 hissəsinin cavabdeh cavabdeh2nın, 3/16 hissəsinin cavabdeh cavabdeh1, 3/16 hissəsinin digər cavabdeh Jukova Tamara Vladimirovnanın miras paylarının müəyyən edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 3 tələbi vardır - vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi, nikah dövründə əldə olunmuş əmlak kimi mənzil üzərində iddiaçının ¼ hissədə pay hüququnun müəyyən edilməsi, mənzilin qalan ¾ hissəsi üzərində vərəsələrin bərabər hissədə pay hüquqlarının müəyyən edilməsi. Iddia tələbinin 2 və 3-cü hissəsində olan pay hüquqlarının yaranma əsasları fərqlidir. Belə ki, 2-ci hissədə olan pay hüququn yaranma əsası əmlakın bir hissəsinin nikah dövründə əvəzi ödənilməklə əldə olunmuş olmasıdır. 3-cü hissədə olan pay hüququnun yaranma əsası isə şəxsin vəfat etməsi nəticəsində onun qanun üzrə vərəsələri tərəfindən miras əmlakın qəbul edilməsi olmuşdur. Ona görə də, iddiaçı iddia ərizəsinin “xahiş etdi” hissəsində həmin tələbləri ayrı qeyd etmişdir. Həmçinin mirasın bölünməsi ilə bağlı təcrübədə də notariuslar nikah dövründə əldə olunmuş əmlaka münasibətdə sağ qalmış ər və ya arvada 2 şəhadətnamə verirlər - mülkiyyət hüququ haqqında şəhadətnamə (ər (arvadın) ümumi əmlakındakı paya münasibətdə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (yəni qanun üzrə vərəsə kimi ərə (arvada) çatmalı olan paya münasibətdə). Bu da öz növbəsində həmin payların şəxs tərəfindən hansı əsaslarla əldə edilməsini təsdiq edir. Eyni zamanda, gələcəkdə şəxsə qarşı yönələ biləcək əsaslı və əsassız tələblərə münasibətdə həqiqətin və işin hallarının müəyyən edilməsini asanlaşdırır. Hazırkı qətnamədə məhkəmə həm nikah dövründə əldə olunmuş hissəyə, həm də vərəsə kimi iddiaçıya çatacaq payları (7/16 hissəni) tam olaraq ona vermişdir (müəyyən edib). Hətta qətnanmənin mətnində də iddiaçıya müəyyən edilən payın bir hissənin (¼ hissənin) nikah dövründə əldə olunmuş ümumi mülkiyyətdən yarandığı, digər hissənin (3/16 hissənin) isə vərəsəlik yolu ilə keçdiyi qeyd olunmuşdur. Lakin iddiaçı bununla razılaşmayaraq hesab edir ki, qətnamənin “qət etdi” hissəsində nikah dövründə əldə olunmuş əmlak kimi mənzil üzərində ¼ hissədə payının müəyyən edilməsi ayrıca qeyd olunmalıdır. Bu gələcəkdə həmin mənzillə bağlı yarana biləcək əsaslı və əsassız mübahisələrə qarşı iddiaçını sığortalamış olacaqdır. Beləliklə də, qətnamə qismən ləğv edilməli və payların müəyyən edilməsi hissəsində mübahisəli mənzilə münasibətdə iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak kimi payı və vərəsələrə miras əmlak kimi çatan payları ayrıca müəyyən olunmalıdır.

21. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsi vermək üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin buraxılmadığı barədə səhv nəticəyə gəlmişdir. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi və vəkili 2024-cü ilin yay aylarında və ##.##.2024-cü il tarixdə paylı mülkiyyətdə olan mənzilin satılması və satışından əldə edilmiş pul vəsaitin paylara uyğun olaraq bölünməsi barədə təklifi ilə müraciət etmiş, lakin Tatiana Jukovanın bu təkliflərə reaksiyası olmamışdır. Təklifin surətini poçt qəbzi ilə birlikdə elektron kabinet vasitəsilə məhkəməyə göndərilsə də, məhkəmə bu mühüm əhəmiyyəti olan faktiki hallarını nəzərə almamışdır və iddia ərizəsi vermək üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin buraxılmadığı barədə səhv nəticəyə gəlmişdir. Həmçinin məhkəmə prosesində müəyyən olunmuşdur ki, cavabdehlərdən biri Jukova Tamara Vladimirovna ##.##.2023-cü il tarixdə, yəni iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən (##.##.2025-ci il) əvvəl ölmüş, mülki iş üzrə icraata cavabdeh Jukova Tamara Vladimirovnaya dair hissədə xitam verilmiş və X11 cavabdehlər siyahısından çıxarılmışdır. Buna baxmayaraq, məhkəmə iddiaçı Tatiana Jukovanın iddia ərizəsini qismən təmin edərək, qətnaməsinin 16-ci vərəqdə sonuncu abzasda, ##.##.2018-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində verilmiş və müvafiq nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onlar əsasında verilmiş çıxarışları ləğv edərək, X11 yenidən cavabdeh kimi göstərmişdir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 2019-cu ilin yanvar ayında qanuni yol ilə mübahisəli mənzilin ¼ hissəsinə mülkiyyət hüququna daxil olmuşdur. Lakin mübahisəli mənzilin bir hissəsinin üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus olmasına baxmayaraq, məhkəmə notariat ofisi tərəfindən 2018-ci ildə verilmiş şəhadətnamələrini ləğv etmiş və miras qalmış əmlakın (mənzilin) iddiaçı və cavabdehlər (onlardan biri vəfat etmiş və cavabdehlər sırasından çıxarılmış Tamara Jukovanın) arasında yenidən payları müəyyən etmişdir. Bununla da, mübahisəli mənzilin mülkiyyətçisindən birinin (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) qanunla qorunan (Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri) hüquqları və maraqları pozulmuşdur. Məhkəmə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən təqdim edilmiş sübutları nəzərə almamışdır və yalnız iddiaçı Tatiana Jukova tərəfindən təqdim edilmiş mülahizələr və dəlillər nəzərə alınmışdır. Nəticədə məhkəmə iş üzrə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Rəşid Səmədov (sədrlik edən və məruzəçi), Sabit Bəhramzadə və Vahid Sadıqov) iddiaçı Zhukova Tatiana müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınmaz əşyalar ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak sağ qalan arvadın birgə mülkiyyətindəki ona çatası əmlak hissəsi (1/2) istisna olmaqla, qalan hissədə (1/2) miras qoyanın sağ olan qanun üzrə vərəsələrinə bərabər pay hüququ ilə keçir. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmiş daşınmaz əmlak ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, həmin mənzilin alqı-satqı müqaviləsi əsasında keçən ½ hissəsinin yarısı (½ hissə : 2 = ¼ hissə) iddiaçı Zhukova Tatiananın şəxsi mülkiyyəti kimi hesab edilməlidir. Ümumi sahəsi 29,2 kv metr olan mjübahisəli mənzilin yerdə qalan hissəsi (1 – ¼ hissə = ¾ hissə) miras əmlaka daxil edilməli və birinci növbədən olan 4 (dörd) vərəsə mərhumun arvadı, 2 övladı və anası arasında bərabər paylarla (3/4 : 4 = 3/16 hissə) bölünməlidir.

25. Məhkəmə ilk növbədə iddiaçının apellyasiya şikayətində qeyd etdiyi nikah dövründə əldə olunmuş əmlak kimi mənzil üzərində iddiaçının ¼ hissədə pay hüququnun qətnamədə ayrı göstərilməsi tələbinə münasibət bildirərək qeyd etmişdir ki, nə mülki qanunvericilikdə, nə də məhkəmə təcrübəsində qətnamədə vərəsələr arasında payların bölüşdürülməsi zamanı vərəsələrdən birinin paylarının (nikah dövründə əldə olunmuş əmlaka pay və vərəsəlik payı) ayrı-ayrılıqda göstərilməsi nəzərdə tutulmamışdır. Belə olan halda, apellyasiya məhkəməsi iddiaçının bu dəlilini əsassız hesab etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi həmçinin müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətində qeyd etdiyi iddiaçı tərəfindən iddia ərizəsi vermək üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin buraxılması barədə dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, ##.##.2018-ci il tarixdə mübahisəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən həmin mənzilin ½ hissəsinin mərhum əri X3 tərəfindən nikah dövründə alqı-satqı müqaviləsi əsasında əldə edildiyi barədə iddiaçının məlumatı olmamışdır. Belə ki, ##.##.2024-cü il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cavabdehlər Tatiana Zhukovaya, cavabdeh1 və cavabdeh2 qarşı mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun bölünməklə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Zhukova Tatiana 2024-cü ilin dekabr ayında hüquqi yardım almaq üçün “Kredo” vəkil bürosuna müraciət etmiş, verilmiş vəkil sorğusuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən mübahisəli mənzilin Zhukova Tatiananın mərhum əri X3 tərəfindən ##.##.2006-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə olunduğu müəyyən olunmuşdur. Bundan sonra iddiaçı Zhukova Tatiana ##.##.2025-ci il tarixdə həmin mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv olunması və payların yenidən müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətində qeyd etdiyi 2024-cü ilin yay aylarında və ##.##.2024-cü il tarixdə paylı mülkiyyətində olan mənzillərin satılması və satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun olaraq bölünməsi barədə təklifi ilə müraciət etməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu təklifin iddiaçıya çatdırılması iş materialları ilə öz təsdiqini tapmamışdır.

27. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin iddia müddətinin tətbiqi ilə bağlı müraciət etmək hüququ nəzərdə tutulmamışdır.

28. Bundan başqa, müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətində göstərilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 2019cu ilin yanvar ayında qanuni yol ilə mübahisəli mənzilin ¼ hissəsinə mülkiyyət hüququna daxil olmuş, lakin mübahisəli mənzilin bir hissəsinin ona məxsus olmasına baxmayaraq, məhkəmə notariat ofisi tərəfindən 2018-ci ildə verilmiş şəhadətnamələri ləğv etmiş və miras qalmış əmlakın (mənzilin) iddiaçı və cavabdehlər (onlardan biri vəfat etmiş və cavabdehlər sırasından çıxarılmış Tamara Jukovanın) arasında yenidən payları müəyyən etmiş, bununla da, mübahisəli mənzilin mülkiyyətçsindən birinin (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) qanunla qorunan (Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri) hüquqları və maraqları pozulmuş, məhkəmə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən təqdim edilmiş sübutlar nəzərə almamış və yalnız iddiaçı Tatiana Jikova tərəfindən təqdim edilmiş mülahizələr və dəlillər nəzərə alınmış, nəticədə məhkəmə iş üzrə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki mübahisənin predmeti 2018-ci ildə miras əmlak kimi mübahisəli mənzilə dair vərəsələr arasında vərəsəlik paylarının bölüşdürülməsidir. Buna görə məhkəmə hesab edir ki, vərəsələrdən biri olmuş Tamara Jukova 2018-ci ildə sağ olduğundan, onun da vərəsəlik payı nəzərə alınmalı, lakin Tamara Jukovanın artıq vəfat etdiyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə onun miras əmlakda olan payının vərəsəlik üzrə keçməsi məsələsi onun vərəsələri tərəfindən müraciət olunaraq həll edilməlidir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

29. Iddiaçı (vəkil nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini, nikah dövründə əldə edilmiş əmlak kimi mübahisəli mənzil üzərində iddiaçı – Zhukova Tatiananın ¼ hissədə pay hüququnun müəyyən edilməsini, qalan ¾ hissə üzərində iddiaçının 3/16 hissədə müras paylarının müəyyən edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır.

31. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (vəkil nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin Jukova Tamara Vladimirovnaya aid olan hissədə təmin edilməməsi və həmin hissədə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti iddia tələbinə etiraz və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

36. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

37. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

38. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

39. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

40. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

41. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

42. 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

43. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

44. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

45. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

46. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

47. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

48. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

49. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.

50. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

51. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

52. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

53. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarı

55. Vərəsəlik hüquq normaları nəzərdən keçirilərkən vərəsəliyin sosial-iqtisadi mahiyyətini, onun hüquqi məzmununu və hüquqi tənzimlənməsinin xarakterini müəyyən edən vərəsəlik hüququnun prinsiplərinin mühüm əhəmiyyət kəsb etdiyi aydın görünür. Bu prinsiplər vərəsəlik hüququnun əsasını təşkil etməklə, şəxsin ölümü nəticəsində onun əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsi ilə bağlı yaranan vərəsəlik münasibətlərini tənzimləyən hüquq normalarında ifadə olunmuş əsas ideyalar və rəhbər başlanğıclardır. Vərəsəliyin hüquqi nizamlanması məhz həmin prinsiplərin vasitəsilə həyata keçirilir. Vərəsəlik hüquq prinsiplərinə vəsiyyət azadlığı, vərəsəliyin mühafizəsi, növbəlik, ailə mənafeyinin qorunması, miras paylarının bərabər olması, miras əmlakın vərəsəlik hüququ üzrə dövlətə keçməsi kimi prinsiplər aiddir. Mülki hüquq nəzəriyyəsində və mülki qanunvericilikdə vərəsəliklə bağlı normalarda əks olunmuş bu prinsiplərdən məhz növbəlik, ailə mənafeyinin qorunması, miras əmlakın dövlətə keçməsi kimi qaydalar qanun üzrə vərəsəlik institutunda özünü biruzə verir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

61. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdeh tərəfdən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, ləğv olunmuş hissədə yeni qərar çıxarılmaqla iddia qismən təmin edilməli, iddiaçının kassasiya şikayəti i isə təmin edilməməlidir.

70. Belə ki, məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarına görə iddiaçı mirias qoyan X3 adına dövlət qeydiyyatına alınmış ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 29,2 kv metr olan mənzilin ¼ hissəsi iddiaçı Tatiana Zhukovanın ayrıca mülkiyyəti, ¾ hissəsi isə Vitaliy Jukovdan qalmış miras əmlakın kütləsinə daxildir. Mənzilin ¾ hissəsi 4 nəfər vərəsə, miras qoyanın arvadı olmuş iddiaçı Zhukova Tatiana, uşaqları cavabdeh2 və cavabdeh1, miras qoyanın anası Jukova Tamara Vladimirovna arasında payları bərabər olmaqla bölünməlidir.

71. Iş materiallarından görünür ki, miras qoyanın anası Tamara Jukova Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorundan verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mirası qəbul etmiş, mənzildən ¼ hissədə payı müəyyən olunmuşdur. Tamara Jukova ümumi sahəsi 29,2 kv metr olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus ¼ (7,3 kv metr) hissəsini qızı, hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlamış, sonuncunun mülkiyyət hüququ dövlət qeydiyatına alınmışdır. Bundan sonra Tamara Jukova ## ###### 2023-cü ildə ölmüş, birinci instansiya məhkəməsinin ## ### 2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata cavabdeh Jukova Tamara Vladimirovnaya dair hissədə xitam verilmişdir.

72. Işdən görünür ki, miras əmlakın ¼ hissəsinin Jukova Tamara Vladimirovna tərəfindən hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağışlama barədə ## ###### 2019cu il müqavilə, sonuncunun mülkiyyət hüququnun dövlət qeydiyatına alınmasına dair ## ###### 2019-cu il tarixli çıxarış mübahisələndirilməmiş, iddia ərizəsində, apellyasiya şikayəti və kassasiya şikayətlərində iddiaçı Zhukova Tatiana mənzildən Tamara Jukovaya 3/16 hissədə miras payı verilməsini xahiş etmiş, digər vərəsələr cavabdeh2 və cavabdeh1 həmin halı mübahisələndirməmiş, bu barədə olan birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər.

73. Digər tərəfdən isə vərəsəlik haqqında qanunvericiliyə görə iddiaçı X2 Jukovanın birinci növbədə vərəsəsi deyildir, sonuncuya çatası 3/16 hissədə paydan onun hər hansı bir gözləntisi yoxdur. Tatiana Zhukova mənzildən ona çatası 1/4 hissə ayrıca mülkiyyətini və 3/16 hissədə miras payı tələb edir.

74. Göstərilən vəziyyətdə Tamara Jukovanın adına Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru tərəfindən ##.##.2018-ci il tarixdə verilmiş 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tamamilə ləğv olunmasına ehtiyac qalmır, məhkəmə həmin şəhadətnaməni 1/16 paya dair hissədə ləğv etməli, 3/16 paya aid hissədə hissədə isə qüvvəsində saxlamalı idi.

75. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Tamara Jukovanın adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni tamamilə ləğv etməkdə səhv nəticəyə gəlmişdir, ona görə həmin hissədə qətnamə ləğv olunmaqla şəhadətnaməni 1/16 paya dair hissədə ləğv olunması qalan 3/16 paya aid hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

76. Iddiaçı Tatiana Jukovanın kassasiya şikayətinin dəlillərindən görünür ki, o, mübahisəli mənzil üzərində 7/16 payının1/4 hissəsinin nikah dövründə əldə edilmiş ayrıca əmlak və 3/16 hissəsinin miras əmlak kimi qətnamədə göstərilməsini xahiş edir.

77. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti dəlillərinə münasibətdə qeyd edir ki, onun həm ayrıca mülkiyyəti, həm də miras qalmış əmlakı düzgün müəyyən edilmiş, mənzildə 7/16 hissədə payın olması düzgün qeyd edilmişdir. Iddiaçının göstərdiyi halların nəzərə alınması onun payının artmasına təsir göstərmir. Kassasiya şikayəti dəlilləri formal mülahizələrdən ibarətdir.

78. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMnin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

79. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı Tatiana Jukovanın kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən, cavabdeh Jukova Tamara Vladimirovnanın adına verilmiş, Bakı şəhəri ** saylı notariat ofisində təsdiq olunmuş və reyestrdə 2V-*** nömrə ilə qeyd edilmiş ## ###### 2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Jukova Tamara Vladimirovnanın adına verilmiş dövlət reyestrindən çıxarışın tam ləğv olunması hisssədə ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılsın. X5 Tamara Vladimirovnanın adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın ləğv olunması barədə iddiası qismən təmin edilsin. Jukova Tamara Vladimirovnanın adına verilmiş Bakı şəhəri 38 notariat ofisində təsdiq edilmiş və reyestrdə 2V-*** nömrə ilə qeyd edilmiş ## ###### 2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında mübahisəli mənzilə dair Jukova Tamara Vladimirovnanın adına verilmiş çıxarış miras əmlakın 1/16 payına dair hissədə ləğv edilsin. Jukova Tamara Vladimirovnanın adına verilmiş Vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın 3/16 paya aid hissədə ləğv olunması tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdrilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar