Məhkəmə qərarları › İş №2(1-8)-1297/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1297/2026

18.06.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1297/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “kompensasiya ödənilməklə özbaşına tikilinin sökülməsi”; Mülki mübahisələrin kateqoriyaları: Özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kompensasiya ödənilməklə özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli *(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Azərbaycan Respublikası Bakı Şəhər icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir.

2. xxxxnin ## ### 2024-cü il tarixli, ** saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əzizovun “Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” *** nömrəli, ##.##.2021-ci il tarixli sərəncamı ilə, “xxxx” ASC-yə (bundan sonra mətndə-iddiaçı) verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən torpaq sahəsində Cavabdeh (bundan sonra mətndə-cavabdeh) tərəfindən M-83 ünvanında inşa olunmuş tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 65.000,00 (altmış beş min) manat məbləğində müəyyən edilir.

3. “xxxx” Qiymətləndirmə Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, ümumi sahəsi 134,67 kv.m təşkil edən cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolunun kənar hissəsində yerləşən M-** saylı evin bazar (söküntü məqsədilə) ## ###### 2024-cü il tarixinə bazar dəyəri 270.000 (iki yüz yetmiş min) manat təşkil edir.

4. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli Mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 ünvanında cavabdehin istifadəsində tikilinin qiymətləndirmə tarixinə 75.000 manat (yetmiş beş min) manat müəyyən edilir.

5. Iş materiallarında “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə mütəxəssis rəyi mövcuddur. Həmin rəyə əsasən Cavabdeh istifadəsində olan, Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi yolunun kənar hissəsində yerləşən ** saylı MKIS tərəfindən tərtib edilmiş ** nömrəli akta əsasən ümumi sahəsi 134,67 kv.m olan fərdi yaşayış evinin ## ###### 2025-ci il tarixinə bazar dəyəri 268300 (iki yüz altmış səkkiz min üç yüz manat) təşkil edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat:

7. Iddiaçı ASC cavabdehə qarşı "kompensasiya ödənilməklə qanunsuz tikilinin boşaldılaraq sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ASC tərəfindən cavabdehə 65.000 (altmış beş min) manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 ünvanda ona məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** №-li Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** №-li sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırkı iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırki iddia üzrə cavabdehlə dəfələrlə tərəflərindən danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, iddiaçı ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından suiistifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə tərəflərindən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan, xxxxnin ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ** №-li rəyə əsasən cavabdeh tərəfindən M-83 ünvanında inşa olunmuş tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, tikilinin ümumi dəyəri - 65.000 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikilinin fotoşəkillərdən görünür ki, həmin tikili tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədir. Göründüyü kimi bu vəzifələrin həyata keçirilməsi müvafiq sərəncama əsasən iddiaçı ASC-yə həvalə edilmişdir. Yuxarıda qeyd olunan rəylərdən göründüyü kimi cavabdeh tərəfindən inşa edilmiş tikilinin istismara yararsız olması və eləcə də qanunsuz (özbaşına) tikili olması qeyd edilmişdir. Bununla belə iddiaçı ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olaraq iddiaçı ASC-nin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə iddiaçı ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. ASC olaraq tərəflərindən sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidəki qəzalı və istifadəyə yararsız olan qanunsuz tikilinin dəyəri cavabdehə ödənilməklə, həmin qanunsuz (özbaşına) tikili boşaldılaraq sökülməlidir.

9. Məhkəmə gedişatında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehə 75.000 (yetmiş beş min) manat məbləğində kompensasiyanın ödənilməsinə razılıqlarını bidirmişdir.

10. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin ## ######## 2024-cü il tarixli qərardadı üzrə “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş “Daşınmaz əmlakın qiymətləndirilməsi” barədə hesabata əsasən, aparılmış təhlil və hesablamalar nəticəsində ümumi sahəsi 134,67 kv.metr təşkil edən Cavabdeh istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənarında (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən M-** saylı evin bazar dəyəri 75.000 manat təşkil edir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddianın təmin edilməsi, iddiaçı ASC tərəfindən cavabdehdən 75.000 (yetmiş beş min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M- 83 ünvanda cavabdehə məxsus özbaşına tikili boşaldılaraq sökülməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, M-83 ünvanda tikdiyi özbaşına tikili Bakı Şəhər icra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** №-li Sərəncamına əsasən yeni yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçı ASC-nin icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində yerləşir.

13. Tərəflər özbaşına tikilinin söküldüyü halda kompensasiya məbləğinə dair razılığa gələ bilmədiklərindən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.

14. ## ####### 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən M-83 ünvanında inşa olunmuş tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 75.000 (yetmiş beş min) manatdır.

15. Məhkəmə hesab etmişdir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin dispozisiya şərtləri müəyyən edildiyindən, cavabdeh tərəfindən tikilmiş özbaşına tikili məhkəmənin qərarı əsasında boşaldılaraq sökülməli, kompensasiya olaraq, 75.000 manat məbləğində pul cavabdehə ödənilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2, 180.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

17. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və ona məxsus evin bazar qiyməti ilə bağlı çoxsaylı qiymətləndirici rəylərinin, hesabatlarının olmasını nəzərə almamış və evin sökülməsi ilə bağlı ona təklif olunan 75.000 manat kompensasiyanın nəyə görə yetərli olmasını qətnamədə lazımı qaydada əsaslandırmamışdır. Habelə birinci instansiya məhkəməsi işin başqa vaxta təxirə salınmasına dair onun nümayəndəsinin və vəkilinin göndərdiyi vəsatəti nəzərə alınmamış və işə onun iştirakı olmadan baxılmışdır.

19. Cavabdehin sifarişi üzrə “xxxx” MMC-in ## ###### 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, aparılmış təhlil və hesabatlar nəticəsində müəyyən edilmişdir ki, ** saylı MKIS tərəfindən tərtib edilmiş ** saylı Akta əsasən ümumi sahəsi 134,67 kv.metr təşkil edən cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənar hissəsində yerləşən M- ** saylı evin bazar dəyəri 268.300 manat təşkil edir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2025-ci il tarixli qərardadı üzrə “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən verilmiş ## ### 2025-ci il tarixli hesabatından əsasən, cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənar hissəsində yerləşən M-** saylı evin bazar dəyəri 79.000 manat təşkil edir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)****/**** saylı qətnaməsi ilə (hakimlər V.N. Sadıqov (sədrlik edən və məruzəçi), S.X. Bəhramzadə və X.A.Mərdanova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir.

22. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, mübahisəli özbaşına tikili iddiaçının icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində yerləşir. Tərəflər arasında özbaşına tikilinin söküldüyü halda kompensasiya məbləğina dair razılıq əldə etmək mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmişdir.

23. Iddiaçı cavabdehə qiymətləndirici tərəfindən müəyyən olunmuş 79.000 manat kompensasiya verməyə razıdır, cavabdeh isə evin pulla kompensasiyasına razı deyil, əvəzində həmin yerdə inşa olunan binaların birində eyni ölçülü mənzil tələb edir. Iddiaçı bu tələbi qəbul etmir.

24. Birinci instansiya məhkəməsi keçirdiyi qiymətləndirmənin rəyini ağlabatan hesab edərək qeyd etmişdir ki, həqiqətən də yaxın ərazidə (xüsusilə də * saylı Asan Xidmət Mərkəzinin arxasında) analoji sənədsiz evlərin real bazar qiyməti təmir vəziyyətindən və s. şəraitindən asılı olaraq təqribən 70.000-90.000 manat civarındadır.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, normal vəziyyətdə, yəni iddiaçı həmin ərazidə tikinti işləri aparmasaydı və cavabdeh evini sərbəst şəkildə satmaq istəsəydi, çətin ki, göstərilən qiymətdən baha sata bilərdi.

26. Odur ki, ilk baxışdan iddiaçının təklifi ədalətli görünür. Ancaq nəzərə almaq lazımıdr ki, sökülməsi tələb olunan ev cavabdeh və ailəsinin yeganə yaşayış yeridir və cavabdehin başqa yaşayış yerinin olması müəyyən olunmur.

27. Cavabdeh artıq uzun illərdir (37 ildir) həmin evdə yaşayır və məhz həmin ev hesabına ailəsinin mənzil tələbatını ödəyə bilmişdir. Iddiaçının nümayəndəsi həmin evi şəraitsiz mənzil hesab etsə də, cavabdeh üçün bu evin əhəmiyyəti çox böyükdür.

28. Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından da mübahisəli ev cavabdehin yaşayış yeri hesab olunur. Iddiaçı tərəfindən təklif olunan 75.000 manata Bakı şəhərində ümumi sahəsi 134,67 kv.m təşkil edən evin alınması real deyil.

29. Nəzərə alınmalıdır ki, sakinlərin yaşayış səviyyəsi nə qədər aşağı olsa belə, onlar illər boyu həmin ərazidə yaşamaqla öz mənzil tələbatlarını ödəyirlər.

30. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, qeyd olunan ərazidəki torpaq sahəsi iddiaçının icarəsinə kommersiya məqsədləri üçün verilib, yəni iddiaçının gördüyü iş (binaların inşası) dövlət ehtiyaclarını ödəmək məqsədini daşımır, iddiaçı həmin ərazidə çoxsaylı binalar inşa edərək qazanc əldə edir.

31. O da nəzərə alınmalıdır ki, sakinlərin bir qismi ilə “evləri daha yaxşıdır” deyərək yeni mənzillə əvəzləşdirmə etmək, digərlərinə isə “evləri şəraitsizdir” deyərək təxminən bir kvadrat metr üçün 500 manat kompensasiya vermək ayrı-seçkilik və hüquqdan sui-istifadə hesab olunur.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, evinin sökülməsi müqabilində ona ödəniləcək kompensasiyanın formasını (naturada və ya pulla) seçmək cavabdehin hüququdur.

33. Iddiaçı cavabdehin uzun illər əvvəl tikilmiş evinin yerində kommersiya məqsədi ilə hündürmərtəbəli yaşayış kompleksi inşa etmək məqsədi ilə həmin evi sökmək qərarına gəlibsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakını” onun istəyinə uyğun kompensasiya etməlidir.

34. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.1, 180.2, 180.4, 560.1, 560.3.5.1-ci maddələrinə, Azərbaycan Respublikası habelə MPM-in 107, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyasındakı birinci icraat:

35. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə (hakimlər Ə.A. Əhmədov (sədrlik edən və məruzəçi), İ.Ə. Şəfiyev və V.T. Həsənov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

37. Məhkəmə kollegiyasının hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçı tərəfindən cavabdehə ümumi sahəsi 134,67 kv.metr olan söküləcək evinə görə təklif olunan (1 kv.metr üçün 500 manat olmaqla) 75.000 manat kompensasiya məbləğini ədalətli saymamışdır.

38. Əvvəla, kassasiya instansiyası məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evin (statusundan asılı olmayaraq) 1 kv.metr sahəsinə görə 500 manat kompensasiya təklif olunması açıq-aşkar ədalətli sayıla bilməz.

39. Belə ki, hazırda Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayış sahəsinin 1 kv.metrinin dəyərinin 500 manat olması faktı işə əlavə edilmiş çoxsaylı qiymətləndirici rəylərlə və hesabatlarla təkzib olunur.

40. Həmin rəy və hesabatlardan görünür ki, cavabdehin və ailə üzvlərinin faktiki sahibliyində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənar hissəsində (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən M-** saylı evin (hüquqi vəziyyəti nəzərə alınmaqla) 1 kv.metrinin bazar dəyəri təqribən 2.004 manat olmaqla, təqribən 268.300- 270.000 manat təşkil edir.

41. Belə olan halda iddiaçı tərəfindən cavabdehə ümumi sahəsi 134,67 kv.metr olan tikilinin sökülməsinə görə cəmi 75.000 manat (1 kv.metr üçün 500 manat olmaqla) kompensasiyanın təklif olunması, ən azından həmin ərazidə olan evlərin real bazar dəyərini özündə əks etdirmir.

42. Göründüyü kimi, cavabdeh artıq uzun illərdir (37 ildir) ki, sözügedən evdə yaşayır və o, həmin evin sökülməsi nəticəsində ödəniləcək kompensasiya hesabına ailə üzvlərinin mənzil təlabatını ödəmək istəyir. Iddiaçının nümayəndəsi qeyd olunan evi şəraitsiz mənzil hesab etsə də, cavabdeh üçün bu evin əhəmiyyəti çox böyükdür. Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından da mübahisəli ev cavabdehin yaşayış yeri hesab olunur.

43. Belə olan halda iddiaçı tərəfindən təklif olunan 75.000 manat kompensasiya məbləği Bakı şəhərində ümumi sahəsi 134,67 kv.metr olan evin satın alınması üçün ağlabatan, ədalətli məbləğ sayıla bilməz.

44. Eyni zamanda işdən görünür ki, qeyd olunan evin də yerləşdiyi 25,31 ha torpaq sahəsi yeni hündür mərtəbəli yaşayış binalarının tikintisi üçün icarə əsasında iddiaçının istifadəsinə verilib və sərəncamın icrası ilə bağlı iddiaçı həmin ərazidə yerləşən digər istifadəçilərlə danışıqlar apararaq razılıq əldə etsə də, cavabdehlə belə bir razılıq əldə edə bilmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib.

45. Iddiaçı, həmçinin iddia edir ki, cavabdeh hüququndan sui-istifadə etməklə, ondan ədalətsiz məbləğdə kompensasiya tələb edir və onun hesabına əsassız varlanmaq niyyətindədir. Eyni zamanda, cavabdeh, bu hərəkətləri ilə həm ona, həm də digər mülkiyyətçilər və istifadəçilərə ziyan vurur.

46. Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinin mənasına görə, özbaşına tikili, qanuni əsas olmadan tutulmuş torpaq üzərində, icazəsiz inşa edilən, tikinti qaydalarına uyğun olmayan, gələcəkdə təhlükəli ola bilən tikilidir. Bu baxımdan cavabdehin evi özbaşına tikilidir və buna görə də cavabdeh, sözügedən tikiliyə tam mülkiyyət hüququna malik deyil.

47. Analoji mübahusə ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” MMCnin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2021-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən, həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Beləki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.

48. Göründüyü kimi Konstitusiya Məhkəməsi də bu növ mübahisələr üzrə çox mühüm meyarlar müəyyən etmişdir: özbaşına tikili ilə qanuni əsaslarla mülkiyyətdə olan tikililər eyni əsaslarla kompensasiya edilə bilməz və bu, hüquqdan sui-istifadə və ədalətin pozulması ilə nəticələnə bilər.

49. Buradan birmənalı olaraq o, nəticə hasil olur ki, cavabdehin qanuni mülkiyyətçilərlə eyni kompensasiya (yeni mənzil və s.) tələb etmək hüququ yoxdur. Kompensasiyanın forması cavabdehin istəyinə uyğun deyil, tikilinin hüquqi statusu və mütənasiblik əsasında müəyyən edilə bilər.

50. Lakin bu hallar o demək deyildir ki, cavabdehə məxsus 37 il fasiləsiz və etirazsız yaşadığı ev real bazar dəyərinə uyğun olmayan kompensasiya ödənilməklə sökülə bilər. Kompensasiyanın məbləği evin hüquqi vəziyyəti nəzərə alınmaqla müəyyən edilərkən də, hər bir halda işin halları nəzərə alınmalı, söküntüyə məruz qalmış şəxslər arasında ayrıseçkiliyə yol verilməməli, mübahisə üzrə tərəflərə münasibətdə ədalətlilik və mütənasiblik prinsipləri gözlənilməli və bu nəticədə hüquqdan sui-istifadəyə səbəb olmamalıdır.

51. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, sözügedən özbaşına tikilinin sökülməsi müqabilində ödəniləcək kompensasiyanın formasını (naturada və ya pulla) seçmək hüququnun cavabdehə məxsus olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur.

52. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinə olan hüquq müdafiə olunur, lakin şəxsin bu sahə üzərində qanuni mülkiyyət hüququnun olmaması, həmin sahə ilə bağlı təminatların səviyyəsi baxımından fərqli yanaşmaya səbəb olur. Bu vəziyyətdə mütənasiblik prinsipi, şəxsin özbaşına tikilidə yaşamaq hüququnun sonsuz müdafiəsi kimi qəbul oluna bilməz.

53. Deməli, cavabdehin 37 il yaşaması kompensasiya formasını seçmək hüququ yaratmır, sadəcə kompensasiyanın əhəmiyyətsiz olmamasını, mövcud vəziyyətlə müqayisədə adekvat olmasını tələb edir. Cavabdehin “mütləq şəkildə mənzil” tələb etməsi hüquqi cəhətdən birmənalı şəkildə müdafiə edilə bilməz. Bu, yalnız analoji hüquqi statusda olan digər şəxslərə də iddiaçı tətəfindən eyni yanaşma nümayiş etdirildiyi hallarda mümkün ola bilər. Əks halda özbaşına tikili ilə mülkiyyət hüququ olan tikili arasında təhlükəli eyniləşdirmə təcrübəsi yaranmış olar.

54. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi əlavə araşdırma aparmaqla, cavabdeh tərəfindən tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq “gözləntilərinin” olub olmamasını, həmin ərazidə analoji vəziyyətdə olan sakinlərlə əldə edilmiş razılaşmaları, torpaq və evə mülkiyyət hüququ qeydiyyata alınmamış şəxslərə həqiqətən də mənzil verilib-verilməməsini, verilmişdirsə nəyə görə cavabdehlə bu cür razılaşmanın mümkün olmadığını, analogi vəziyyətdə olan digər şəxslərə ödənilən kompensasiya məbləğinin meyarları, məbləği və s. (eyni statusda olan başqa şəxslərə nə verilib, kompensasiya meyarları nədən ibarət olub, kompensasiyanın naturada verilməsi iddiaçı tərəfindən hansı hallarda tətbiq edilib, cavabdehlə digərləri arasında fərq hansı hüquqi meyarlara əsaslanır və s.) kimi hallar araşdırılmalı, kifayət sayılan kompensasiya məbləği müəyyən edilməli idi. Lakin bu istiqamətdə araşdırma aparılmamışdır.

55. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.

58. Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə ## ###### 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə # ###### 1994-cü il tarixli qərar).

59. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə ## ##### 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

60. Avropa Məhkəməsinin Kraska Isveçrəyə qarşı iş üzrə ## ##### 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.

61. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-in tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.

62. Işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

63. Kassasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1, 180.1, 180.2, 180.4., 560.1, 560.3.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 407.2, 416.1, 416.2 -ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

64. Təkrar apellyasiya baxışı zamanı cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

65. Iddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

66. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.Isgəndərov (sədrlik edən və məruizəçi) A.N.Imanov, S.R.Səlimova) cavabdehin apellyasiya şikayəti qismən təmin olunması və birinci instansiya məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi cavabdehə 75 000 manat kompensasiya ödənilməsi hissəsində dəyişdirilsin və cavabdehə ödəniləcək kompensasiyanın məbləği 79 000 (yetmiş doqquz min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

67. Apellyasiya instansiyası mövqeyini belə əsaslandırmışdır ki,işin mübahisə olunmayan hallarına görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənarı-“Qanlı gölün” şimal-qərb hissəsində yerləşən, ümumi sahəsi 134,67 kv.metr olan M-** saylı ev cavabdehin və ailə üzvlərinin faktiki sahibliyindədir. Həmin ev lazımi icazələr alınmadan, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməklə, hüquqi statusuna (vəziyyətinə) görə özbaşına tikinti sayılsa da, cavabdeh və ailə üzvləri son 37 ildir ki, həmin tikilidən yaşayış sahəsi kimi istifadə edirlər və istifadələrində başqa yaşayış sahələri yoxdur. Həmçinin, işin mübahisə olunmayan digər hallarına görə, Bakı şəhər Icra Hakimiyyəti başçısının ## ###### 2021-ci il tarixli, *** saylı sərəncamı ilə sözügedən evin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, bütövlükdə 25,31 ha torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilib və həmin sərəncamda və ona əlavə edilmiş sənədlərdə 25,31 ha torpaq sahəsində, ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunverciliyin tələblərinə uyğun olaraq qarşılıqlı razılıq əsasında tənzimləmək və orada yeni yaşayış kompleksi tikmək vəzifəsi iddiaçının öhdəsinə qoyulub. Həmin sərəncam və ona əlavə edilmiş sənədlər bu gündə qüvvədədir.

68. Iddiaçı, sözügedən sənədlərə əsaslanaraq 25,31 ha torpaq sahəsinin icarə əsasında istifadəsinə verildiyini, humanistlik nümayiş etdirərək sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürdüyünü, cavabdehin faktiki istifadəsində olan tikilinin sökülməsi qarşılığında ona 75.000 manat kompensasiya təklif etsə də, bununla razılaşmadığını, nəticədə yeni yaşayış kompleksinin tikintisinin yubanmasına görə onunla müqavilə bağlamış digər şəxslərin hüquqlarının pozulduğunu və beləliklə də sərəncamın icrasına maneə olduğunu, bu səbəbdən də ona külli miqdarda maddi ziyan dəydiyini göstərib, cavabdehə 75.000 manat kompensasiya ödənilməklə sözügedən özbaşına tikilinin boşaldılaraq sökülməsini iddia edir.

69. Cavabdeh isə 1994-cü ildən qeyd olunan tiklidə yaşamaqla, evin bütün kommunal xidmət haqlarını ödədiyini, hazırda evin real bazar qiymətinin mütəxəssis rəyinə əsasən 270.000 manat təşkil etdiyini, iddiaçı tərəfindən təklif olunan 75.000 manat kompensasiya məbləğinin ağlabatan olmadığını, iddiaçı tərəfindən evin real bazar dəyərinə uyğun kompensasiya təklif edilərsə və yaxud sözügedən tikilinin sahəsinə uyğun başqa bir evlə təmin olunarsa mübahisənin sülh yolu ilə həllinə etiraz etmədiyini göstərib, iddia etiraz edib.

70. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinin mənasına görə, özbaşına tikili, qanuni əsas olmadan tutulmuş torpaq üzərində, icazəsiz inşa edilən, tikinti qaydalarına uyğun olmayan, gələcəkdə təhlükəli ola bilən tikilidir. Bu baxımdan cavabdehin evi özbaşına tikilidir və buna görə də cavabdeh, sözügedən tikiliyə tam mülkiyyət hüququna malik deyil.

71. Analoji mübahusə ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” MMCnin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2021-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən, həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.

72. Göründüyü kimi, Konstitusiya Məhkəməsi də bu növ mübahisələr üzrə çox mühüm meyarlar müəyyən etmişdir: özbaşına tikili ilə qanuni əsaslarla mülkiyyətdə olan tikililər eyni əsaslarla kompensasiya edilə bilməz və bu, hüquqdan sui-istifadə və ədalətin pozulması ilə nəticələnə bilər.

73. Buradan birmənalı olaraq o, nəticə hasil olub ki, cavabdehin qanuni mülkiyyətçilərlə eyni kompensasiya (yeni mənzil və s.) tələb etmək hüququ yoxdur. Kompensasiyanın forması cavabdehin istəyinə uyğun deyil, tikilinin hüquqi statusu və mütənasiblik əsasında müəyyən edilə bilər.

74. Lakin bu hallar o demək deyildir ki, cavabdehə məxsus 37 il fasiləsiz və etirazsız yaşadığı ev real bazar dəyərinə uyğun olmayan kompensasiya ödənilməklə sökülə bilər. Kompensasiyanın məbləği evin hüquqi vəziyyəti nəzərə alınmaqla müəyyən edilərkən də, hər bir halda işin halları nəzərə alınmalı, söküntüyə məruz qalmış şəxslər arasında ayrıseçkiliyə yol verilməməli, mübahisə üzrə tərəflərə münasibətdə ədalətlilik və mütənasiblik prinsipləri gözlənilməli və bu nəticədə hüquqdan sui-istifadəyə səbəb olmamalıdır.

75. Nəzərə alınmalıdır ki, kompensasiya - latın sözü olub “compencatio” sözündün götürülüb - tarazlaşdırmaq, ödəmək, bərpa etmək, haqqını vermək və sair mənalarda işlədilir. Kompensasiya institutundan bilavasitə şəxsiyyətə, əmlaka və ya şəxsin nüfuzuna dəymiş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin ödənilməsi məqsədilə istifadə olunur.

76. Digər tərəfdən, sözügedən sərəncam və ona əlavə edilmiş sənədlərdə də 25,31 ha torpaq sahəsinə düşən ərazidə yerləşən istifadəçilər, mülkiyyətçilərlə danışıqlar aparmaq, orada olan tikililərin sökülüb ərazidən çıxarılması, daşınmaz əmlakların mülkiyyətsçiləri və istifadəçilərinə yeni tikiləcək binalardan mənzillərin verilməsi və yaxud söküləcək tikililərin əvəzinə onlara müvafiq kompensasiyaların ödənilməsini təmin etmək vəzifəsi iddiaçının öhdəsinə qoyulub.

77. Işdən göründüyü kimi, cavabdeh artıq uzun illərdir (37 ildir) ki, sözügedən evdə yaşayır və o, həmin evin sökülməsi nəticəsində ödəniləcək kompensasiya hesabına ailə üzvlərinin mənzil təlabatını ödəmək istəyir. Iddiaçının nümayəndəsi qeyd olunan evi şəraitsiz mənzil hesab etsə də, cavabdeh üçün bu evin əhəmiyyəti çox böyükdür. Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından da mübahisəli ev cavabdehin yaşayış yeri hesab olunur.

78. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı tərəfindən cavabdehə 75.000 manat kompensasiya məbləği təklif olunmuşdur. Apellyasiya baxışı zamanı iddiaçı “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən verilmiş ## ### 2025-ci il tarixli hesabatla müəyyən olunmuş məbləğə müvafiq olaraq 79 000 manat kompensasiya ödənilməsini təklif etdi.

79. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2025-ci il tarixli qərardadı üzrə “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən verilmiş ## ### 2025-ci il tarixli hesabatından görünür ki, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənar hissəsində yerləşən M-** saylı evin bazar dəyəri 79.000 manat təşkil edib.

80. Məhkəmə kollegiyası təklif olunan kompensasiya məğləbini ağlabatan və ədalətli sayaraq hesab etmişdir ki, qətnamə ödəniləcək kompensasiyanın məbləği hissəsində dəyişdirilməli və kompensasiyanın məbləği 79 000 manat müəyyən edilməlidir. Qətnamənin qalan hissəsi (özbaşına tikilinin boşaldılaraq sökülməsi) qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

81. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 180.1, 180.2, 180.4, 560.1, 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

Kassasiya şikayətinin dəlilləri

82. Cavabdeh (onun vəkili-vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-*)-***/**** saylı qətnaməsinin tam ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

83. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil etəklə əlavə olaraq belə əsaslanmışdır ki, Bakı Apellyasiya Mahkamasinin Mülki Kollegiyası AR Mülki Macllasinin İ l-ci maddasina istinad edarak analoji işlər üzrə Qanunun analogiyasını tətbiq edərək "Torpaqların Dövlat ehtiyacları üçün götürülməsi haqqında Qanun"-a istinad etməli idi. Belə ki, AR Mülki Məcəlləsinin 1 1-ci maddəsində göstərilir ki, 11,1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, agar bu, onların mahiyyətinə zidd deyildirsa, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibatlari tanzimlayan mülki hüquq normaları olmadıqda taraflarin hüquq və vəzifələri mülki qanunvericilik prinsiplari asas götürülmakla tanzimlanir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəvi tələbləri nəzərə alınmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin tərəfindən MPM-nin bu tələbləri pozulmuşdur. Göründüyü kimi cavabdeh yaşadığı torpaqla bağlı qanuni hüquqları olmayan şəxs kimi kompensasiya alan şəxslər qrupuna daxildir. Torpaqların Dövlət ehtiyaclarının alınması üçün Qanunun 58.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiymati hamin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 58.2-ci maddəsinə əsasan Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 an yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Lakin, Baki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Qanunun bu tələblərinə əməl etməyərək kobud qanun pozuntusuna yol vermişdir. Həmin Qanunun 58.3-cü maddəsinə əsasən Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Lakin, qiymətləndiricinin rəyində, nə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Qanunun bu tələblərinə qanunsuz olaraq əməl olunmamışdır.

84. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11 1.1, 11.2-ci maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 58.1, 58.2, 58.3, 58.4, 66.1, 66.2, 66.4.1, 66.4.2, 66.4.3, 66.4.4, 66.4.5, 66.4.6-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 416.1, 418,1, 418,4, 418.4.7-ci maddələrinə istinad etmişdir.

ç) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

85. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

86. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

87. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

88. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

89. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

90. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

91. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

92. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

93. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

94. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

95. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

96. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

97. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

98. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

99. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

100. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

101. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

102. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Kassasiya baxışının hədləri:

103. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

104. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

105. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələbinə uyğun deyil.

106. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənarı-“Qanlı gölün” şimalqərb hissəsində yerləşən, ümumi sahəsi 134,67 kv.metr olan M-** saylı ev cavabdehin və ailə üzvlərinin faktiki sahibliyində olması həmin evin lazımi icazələr alınmadan, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməklə, hüquqi statusuna (vəziyyətinə) görə özbaşına tikinti sayılsa da, cavabdeh və ailə üzvlərinin son 37 ildir ki, həmin tikilidən yaşayış sahəsi kimi istifadə etməsi və istifadələrində başqa yaşayış sahələrinin olmaması işin mübahisə olunmayan hallarıdır.

107. Həmçinin işin mübahisə olunmayan digər hallarına görə, Bakı şəhər Icra Hakimiyyəti başçısının ## ###### 2021-ci il tarixli, *** saylı sərəncamı ilə sözügedən evin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, bütövlükdə 25,31 ha torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilib və həmin sərəncamda və ona əlavə edilmiş sənədlərdə 25,31 ha torpaq sahəsində, ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunverciliyin tələblərinə uyğun olaraq qarşılıqlı razılıq əsasında tənzimləmək və orada yeni yaşayış kompleksi tikmək vəzifəsi iddiaçının öhdəsinə qoyulub. Həmin sərəncam və ona əlavə edilmiş sənədlər bu gündə qüvvədədir.

108. Hazırda iddiaçı, sözügedən sənədlərə əsaslanaraq 25,31 ha torpaq sahəsinin icarə əsasında istifadəsinə verildiyini, humanistlik nümayiş etdirərək sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürdüyünü, cavabdehin faktiki istifadəsində olan tikilinin sökülməsi qarşılığında ona 75.000 manat kompensasiya təklif etsə də, bununla razılaşmadığını, nəticədə yeni yaşayış kompleksinin tikintisinin yubanmasına görə onunla müqavilə bağlamış digər şəxslərin hüquqlarının pozulduğunu və beləliklə də sərəncamın icrasına mane olduğunu, bu səbəbdən də ona külli miqdarda maddi ziyan dəydiyini göstərib, cavabdehə 75.000 manat kompensasiya ödənilməklə sözügedən özbaşına tikilinin boşaldılaraq sökülməsini iddia etmiş, iş üzrə ikunci apelyasiya baxışı zamanı isə 79000 manat kompensasiya ödənilməsini təklif etmişdir.

109. Cavabdeh isə 1994-cü ildən qeyd olunan tiklidə yaşamaqla, evin bütün kommunal xidmət haqlarını ödədiyini, hazırda evin real bazar qiymətinin mütəxəssis rəyinə əsasən 270.000 manat təşkil etdiyini, iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğinin ağlabatan olmadığını, iddiaçı tərəfindən evin real bazar dəyərinə uyğun kompensasiya təklif edilərsə və yaxud sözügedən tikilinin sahəsinə uyğun başqa bir evlə təmin olunarsa mübahisənin sülh yolu ilə həllinə etiraz etmədiyini göstərib, iddia etiraz etmişdir.

110. Işə ikinci dəfə apellyasiya qaydasında baxılarkən iddiaçı “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən verilmiş ## ### 2025-ci il tarixli hesabatla müəyyən olunmuş məbləğə müvafiq olaraq 79 000 manat kompensasiya ödənilməsini təklif etmiş, apelyasiya məhkəməsi də təklif olunan kompensasiya məğləbini ağlabatan və ədalətli sayaraq hesab etmişdir ki, qətnamə ödəniləcək kompensasiyanın məbləği hissəsində dəyişdirilməli və kompensasiyanın məbləği 79 000 manat müəyyən edilməlidir.

111. Işə birinci dəfə apelyasiya qaydasında baxan məhkəmə, iddiaçı tərəfindən cavabdehə ümumi sahəsi 134,67 kv.metr olan söküləcək evinə görə təklif olunan (1 kv.metr üçün 500 manat olmaqla) 75.000 manat kompensasiya məbləğini ədalətli saymamışdır.

112. Işə əvvəl kassasiya qaydasında baxan məhkəmə tərkibi də apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evin (statusundan asılı olmayaraq) 1 kv.metr sahəsinə görə 500 manat kompensasiya təklif olunması açıq-aşkar ədalətli sayıla bilməz.

113. Belə ki, hazırda Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayış sahəsinin 1 kv.metrinin dəyərinin 500 manat olması faktı işə əlavə edilmiş çoxsaylı qiymətləndirici rəylərlə və hesabatlarla təkzib olunur. Həmin rəy və hesabatlardan görünür ki, cavabdehin və ailə üzvlərinin faktiki sahibliyində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənar hissəsində (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən M-** saylı evin (hüquqi vəziyyəti nəzərə alınmaqla) 1 kv.metrinin bazar dəyəri təqribən 2.004 manat olmaqla, təqribən 268.300- 270.000 manat təşkil edir. Belə olan halda iddiaçı tərəfindən cavabdehə ümumi sahəsi 134,67 kv.metr olan tikilinin sökülməsinə görə cəmi 75.000 manat (1 kv.metr üçün 500 manat olmaqla) kompensasiyanın təklif olunması, ən azından həmin ərazidə olan evlərin real bazar dəyərini özündə əks etdirmir.

114. Digər tərəfdən, sözügedən sərəncam və ona əlavə edilmiş sənədlərdə də 25,31 ha torpaq sahəsinə düşən ərazidə yerləşən istifadəçilər, mülkiyyətçilərlə danışıqlar aparmaq, orada olan tikililərin sökülüb ərazidən çıxarılması, daşınmaz əmlakların mülkiyyətsçiləri və istifadəçilərinə yeni tikiləcək binalardan mənzillərin verilməsi və yaxud söküləcək tikililərin əvəzinə onlara müvafiq kompensasiyaların ödənilməsini təmin etmək vəzifəsi iddiaçının öhdəsinə qoyulub.

115. Göründüyü kimi, cavabdeh artıq uzun illərdir (37 ildir) ki, sözügedən evdə yaşayır və o, həmin evin sökülməsi nəticəsində ödəniləcək kompensasiya hesabına ailə üzvlərinin mənzil təlabatını ödəmək istəyir. Iddiaçının nümayəndəsi qeyd olunan evi şəraitsiz mənzil hesab etsə də, cavabdeh üçün bu evin əhəmiyyəti çox böyükdür. Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından da mübahisəli ev cavabdehin yaşayış yeri hesab olunur.

116. Belə olan halda iddiaçı tərəfindən təklif olunan 75.000 manat kompensasiya məbləği Bakı şəhərində ümumi sahəsi 134,67 kv.metr olan evin satın alınması üçün ağlabatan, ədalətli məbləğ sayıla bilməz.

117. Eyni zamanda işdən görünür ki, qeyd olunan evin də yerləşdiyi 25,31 ha torpaq sahəsi yeni hündür mərtəbəli yaşayış binalarının tikintisi üçün icarə əsasında iddiaçının istifadəsinə verilib və sərəncamın icrası ilə bağlı iddiaçı həmin ərazidə yerləşən digər istifadəçilərlə danışıqlar apararaq razılıq əldə etsə də, cavabdehlə belə bir razılıq əldə edə bilmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib.

118. Iddiaçı, həmçinin iddia edir ki, cavabdeh hüququndan sui-istifadə etməklə, ondan ədalətsiz məbləğdə kompensasiya tələb edir və onun hesabına əsassız varlanmaq niyyətindədir. Eyni zamanda, cavabdeh, bu hərəkətləri ilə həm ona, həm də digər mülkiyyətçilər və istifadəçilərə ziyan vurur.

119. Kassasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, ədalətlilik, mütənasiblik prinsipləri gözlənilməklə, hazırkı mübahisə Azərbaycan Respublikası Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 180-cı, Avropa Konvensiyasının 8-ci (yaşayış sahəsinə müdaxilə), * saylı Protokolun 1-ci maddəsinin, habelə Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021 tarixli qərarının tələblərinə uyğun həll edilməlidir.

120. Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinin mənasına görə, özbaşına tikili, qanuni əsas olmadan tutulmuş torpaq üzərində, icazəsiz inşa edilən, tikinti qaydalarına uyğun olmayan, gələcəkdə təhlükəli ola bilən tikilidir. Bu baxımdan cavabdehin evi özbaşına tikilidir və buna görə də cavabdeh, sözügedən tikiliyə tam mülkiyyət hüququna malik deyil.

121. Analoji mübahisə ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2021-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən, həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.

122. Göründüyü kimi Konstitusiya Məhkəməsi də bu növ mübahisələr üzrə çox mühüm meyarlar müəyyən etmişdir: özbaşına tikili ilə qanuni əsaslarla mülkiyyətdə olan tikililər eyni əsaslarla kompensasiya edilə bilməz və bu, hüquqdan sui-istifadə və ədalətin pozulması ilə nəticələnə bilər.

123. Buradan birmənalı olaraq o, nəticə hasil olur ki, cavabdehin qanuni mülkiyyətçilərlə eyni kompensasiya (yeni mənzil və s.) tələb etmək hüququ yoxdur. Kompensasiyanın forması cavabdehin istəyinə uyğun deyil, tikilinin hüquqi statusu və mütənasiblik əsasında müəyyən edilə bilər.

124. Lakin bu hallar o demək deyildir ki, cavabdehə məxsus 37 il fasiləsiz və etirazsız yaşadığı ev real bazar dəyərinə uyğun olmayan kompensasiya ödənilməklə sökülə bilər. Kompensasiyanın məbləği evin hüquqi vəziyyəti nəzərə alınmaqla müəyyən edilərkən də, hər bir halda işin halları nəzərə alınmalı, söküntüyə məruz qalmış şəxslər arasında ayrı-seçkiliyə yol verilməməli, mübahisə üzrə tərəflərə münasibətdə ədalətlilik və mütənasiblik prinsipləri gözlənilməli və bu nəticədə hüquqdan sui-istifadəyə səbəb olmamalıdır.

125. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinə olan hüquq müdafiə olunur, lakin şəxsin bu sahə üzərində qanuni mülkiyyət hüququnun olmaması, həmin sahə ilə bağlı təminatların səviyyəsi baxımından fərqli yanaşmaya səbəb olur. Bu vəziyyətdə mütənasiblik prinsipi, şəxsin özbaşına tikilidə yaşamaq hüququnun sonsuz müdafiəsi kimi qəbul oluna bilməz. Deməli, cavabdehin 37 il yaşaması kompensasiya formasını seçmək hüququ yaratmır, sadəcə kompensasiyanın əhəmiyyətsiz olmamasını, mövcud vəziyyətlə müqayisədə adekvat olmasını tələb edir. Cavabdehin “mütləq şəkildə mənzil” tələb etməsi hüquqi cəhətdən birmənalı şəkildə müdafiə edilə bilməz. Bu, yalnız analoji hüquqi statusda olan digər şəxslərə də iddiaçı tərəfindən eyni yanaşma nümayiş etdirildiyi hallarda mümkün ola bilər. Əks halda özbaşına tikili ilə mülkiyyət hüququ olan tikili arasında təhlükəli eyniləşdirmə təcrübəsi yaranmış olar.

126. Buna görə də hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi əlavə araşdırma aparmaqla, cavabdeh tərəfindən tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq “gözləntilərinin” olubolmamasını, həmin ərazidə analoji vəziyyətdə olan sakinlərlə əldə edilmiş razılaşmaları, torpaq və evə mülkiyyət hüququ qeydiyyata alınmamış şəxslərə həqiqətən də mənzil verilibverilməməsini, verilmişdirsə nəyə görə cavabdehlə bu cür razılaşmanın mümkün olmadığını, analoji vəziyyətdə olan digər şəxslərə ödənilən kompensasiya məbləğinin meyarları, məbləği və s. (eyni statusda olan başqa şəxslərə nə verilib, kompensasiya meyarları nədən ibarət olub, kompensasiyanın naturada verilməsi iddiaçı tərəfindən hansı hallarda tətbiq edilib, cavabdehlə digərləri arasında fərq hansı hüquqi meyarlara əsaslanır və s.) kimi hallar araşdırılmalı, kifayət sayılan kompensasiya məbləği müəyyən edilməli idi. Lakin bu istiqamətdə araşdırma aparılmamışdır.

127. Yuxarıda qeyd edilənlərə baxmayaraq işə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərində qeyd olunan qaydada kifayət qədər araşdırma aparmamışdır. Həmçinin işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibi təklif olunmuş 75 min manat kompensasiya məbləğini ədalətli hesab etmədiyi halda işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini tam icra etməməklə, qeyd edilən məbləğdən az fərqlənən 79 min manat kompensasiyanı ağlabatan və ədalətli hesab etmişdir.

128. Iş materiallarında cavabdehin və ailə üzvlərinin faktiki sahibliyində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənar hissəsində (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən M-** saylı evin (hüquqi vəziyyəti nəzərə alınmaqla) 1 kv.metrinin bazar dəyəri təqribən 268.300- 270.000 manat təşkil etməsi barədə rəylər mövcuddur. Lakin apellyasiya instansiyası məhkəməsi həmin rəylərə hüquqi qiymət verməmişdir. Belə olan təqdirdə ümumi sahəsi 134,67 kv.metr olan tikilinin sökülməsinə görə cəmi 79.000 manat kompensasiyanın həmin ərazidə olan evlərin real bazar dəyərini özündə əks etdirməsinin ağlabatan və real olması apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər əsaslandırılmamışdır.

129. Məhkəmə kollegiyası qeyd edir ki, kompensasiyanın məbləği tikilinin hüquqi statusu və mütənasiblik əsasında müəyyən edilməlidir. Özbaşına tikili də olsa , cavabdehə məxsus 37 il fasiləsiz və etirazsız yaşadığı ev real bazar dəyərinə uyğun olmayan kompensasiya ödənilməklə sökülə bilməz. Kompensasiyanın məbləği evin hüquqi vəziyyəti nəzərə alınmaqla müəyyən edilərkən də, hər bir halda işin halları nəzərə alınmalı, söküntüyə məruz qalmış şəxslər arasında ayrı-seçkiliyə yol verilməməli, mübahisə üzrə tərəflərə münasibətdə ədalətlilik və mütənasiblik prinsipləri gözlənilməli və bu nəticədə hüquqdan sui-istifadəyə səbəb olmamalıdır.

130. Göründüyü kimi işə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərini tam icra etməmiş, yuxarıda şərh edilən nöqsanlara yol vermişdir. Qətnamə işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-in tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

131. Işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərini icra etməklə yuxarıda şərh edilən nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verərək, maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

132. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar