Məhkəmə qərarları › İş №2(1-8)-1307/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1307/2026

18.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1307/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin mənzilindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müəyyən müddətə istifadə hüququ saxlanılmaqla mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### **26-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Imişli Rayon Icra Hakimiyyətinin ## ###### **07-ci il tarixli *** nömrəli orderinə əsasən X1, X5, X6 və X2 ünvan 1 ünvanında yerləşən, iki otaqdan ibarət 27,99 kv.m sahəsi olan mənzil verilmişdir.

2. X1 və Cavabdeh ## ######## **12-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından ## ###### **12-ci il təvəllüdlü X3 və X4 əkiz övladları anadan olmuşlar.

3. Nikaha daxil olduqdan sonra Cavabdeh Imişli şəhəri, T.Ismayılov küçəsi, ev **, * saylı mənzilə köçmüş və hazırda övladları ilə birlikdə həmin mənzildə yaşayır.

4. Imişli Rayon Məhkəməsinin ## ###### **22-ci il tarixli qətnaməsi ilə Cavabdeh və X1 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların Cavabdeh yanında saxlanılması, X1 uşaqlar üçün alimentin tutulması qət edilmişdir.

5. Imişli şəhəri, T.Ismayılov küçəsi, ev **, * saylı mənzil üzərində Iddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ## #### **23-cü il tarixdə qeydiyyata alınmışdır.

6. Şirvan Inzibati Məhkəməsinin ## #### **24-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh cavabdeh Azərbaycan Respublikası IN yanında ƏMDX DƏDKR PHŞ-nin * saylı Beyləqan Ərazi Idarəsinə qarşı “Imişli şəhəri, T.Ismayılov küçəsi, ** nömrəli evin, * saylı mənzilinə dair Iddiaçı adına tam mülkiyyət hüququ əsasında verilmiş 907011000113-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ## #### **23-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmiş, həmin qərar Şirvan Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının ## ####### **24-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının ## ##### **25-ci il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilmiş, iddia mümkün sayılmamışdır.

7. Ali Məhkəmənin həmin qərarı onunla əsaslandırılmışdır ki, Imişli şəhəri, T.Ismayılov küçəsi, ** nömrəli evin, * nömrəli mənzilə dair hazırda mübahisələndirilən çıxarışın verilməsinə əsas Imişli rayon XDS IK-in ## ###### 1989-cu il tarixli, daha sonra Imişli Rayon Icra Hakimiyyətinin ## ###### **07-ci il tarixli *** nömrəli sərəncamı və sərəncam əsasında verilən ## ###### **07-ci il tarixli, *** nömrəli order olmuşdur. Mübahisələndirilən çıxarış verilərkən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında ## ###### 1993-cü il tarixli *** nömrəli Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzil istismar təşkilatının arayışı (* №-li forma) və mənzil sahəsinin orderi təqdim olunmuşdur. Həmin sənədlər qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin sənədlər mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədlərin qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması iddiaçı və digər şəxslər tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda həmin inzibati aktlarda mənzil sahəsinin mülkiyyətçisi (payçısı) kimi Cavabdeh adı mövcud deyildir. Lakin məhkəmə kollegiyası qeyd etmişdir ki, belə hallarda, yəni şəxsin mübahisə predmetinə subyektiv hüququ olmadığından, iddia rədd edilməli deyil, mümkün sayılmamalıdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı Iddiaçı cavabdeh cavabdehna qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 nömrəli ünvanda yerləşən xüsusi mülkiyyətində olan mənzilə cavabdehin istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia onunla əsaslandırılmışdır ki, nənəsi XXXnın adına Imişli Rayon Icra Hakimiyyəti tərəfindən ünvan 1-yə dair order verilmiş, nənəsi **07-ci ildə vəfat etdikdən sonra order qardaşı - X1 adına verilmiş, sonradan isə həmin evi o, almışdır. ünvan 1 ünvanda yerləşən evin xüsusi mülkiyyətində olması barədə AR IN yanında ƏMDX DƏDKR PHŞ-nin * saylı Beyləqan Ərazi Idarəsindən texniki pasport və çıxarış almışdır. O, hazırda ailəsi ilə birlikdə Belarus Respublikasının Minsk şəhərində yaşayır. Belarus Respublikasında yaranmış vəziyyətlə əlaqədar daimi yaşamaq üçün xüsusi mülkiyyətində olan ünvan 1-yə köçmək istəyir. Qardaşı - X1 **12-ci ildə cavabdeh ilə ailə həyatı qurmuş, həmin vaxtdan da qardaşı ailəsi ilə birlikdə ona məxsus xüsusi mülkiyyətində olan ünvan 1-də yaşamışlar. Onların birgə yaşadıqları dövr ərzində əkiz qız uşaqları anadan olmuşdur. Lakin sonradan qardaşı ilə cavabdeh arasında olan münasibətlər pozulmuş, **22-ci ildə qardaşı cavabdehdən məhkəmə qaydasında boşanmışdır. Hazırda o, ailəsi ilə həmin evə köçüb yaşamaq istəyir, lakin cavabdeh evdən çıxmır.

10. Imişli Rayon Məhkəməsinin ## ####### **25-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim O.Mahmud) iddia qismən təmin edilərək, cavabdehin iddiaçı Iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36,8 kv.m olan mənzil iddiaçının mülkiyyətindədir. Buna görə də, onun əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam vermək və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ mövcuddur. Cavabdeh tərəfindən həmin mənzilə hər hansı subyektiv hüququnun olmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksinə olaraq ünvan 1 ünvanında yaşayış evi üzərində Iddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, iddiaçının öz mülkiyyətinə sərbəst sərəncam vermək hüququ təmin olunmalıdır.

12. Bundan başqa, qanuni qüvvəsini almış Ali Məhkəmənin Inzibati kollegiyasının ## ##### **25-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “apellyasiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, Imişli şəhəri, T.Ismayılov küçəsi, ** nömrəli evin, * nömrəli mənzilə dair hazırda mübahisələndirilən çıxarışın verilməsinə əsas Imişli rayon XDS IK-in ## ###### 1989-cu il tarixli, daha sonra Imişli Rayon Icra Hakimiyyətinin ## ###### **07-ci il tarixli *** nömrəli sərəncamı və sərəncam əsasında verilən ## ###### **07-ci il tarixli, *** nömrəli order olmuşdur. Mübahisələndirilən çıxarış verilərkən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında ## ###### 1993-cü il tarixli *** nömrəli Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzil istismar təşkilatının arayışı (* №-li forma) və mənzil sahəsinin orderi təqdim olunmuşdur. Həmin sənədlər qüvvədədir və ləğv olunmamışdır, eyni zamanda yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin sənədlər mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Qeyd olunan sənədlərin qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması iddiaçı və digər şəxslər tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda həmin inzibati aktlarda mənzil sahəsinin mülkiyyətçisi (payçısı) kimi Cavabdeh adı mövcud deyildir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, belə hallarda, yəni şəxsin mübahisə predmetinə subyektiv hüququ olmadığından, iddia rədd edilməli deyil, mümkün sayılmamalıdır”.

13. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin həmin mənzildə istifadə hüququnun yaranması üçün onun iddiaçının ailə üzvü olması və ya digər qohum kimi yaşayış sahəsinə köçürülməsi zəruridir. Məhkəmə araşdırması zamanı isə cavabdehin iddiaçı ailə üzvü olması və onun məhz iddiaçı tərəfindən yaşayış sahəsinə köçürülməsi faktı öz təsdiqini tapmamışdır. Əksinə, cavabdehi iddia ilə bağlayan yeganə qohumluq əlaqəsi olan onunla iddiaçı qardaşı arasında nikah da Imişli Rayon Məhkəməsinin ## ###### **22-ci il tarixdə pozulmuşdur. Həmçinin, məhkəmə bir daha qeyd etmişdir ki, qanuni qüvvəsini almış Ali Məhkəmənin Inzibati kollegiyasının ## ##### **25-ci il tarixli qərarına əsasən cavabdehin mübahisə predmetinə heç bir subyektiv hüququ mövcud deyil.

15. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olmadığı üçün xitam verilə bilməz. Buna görə də, iddia tələbi cavabdeh Cavabdeh iddiaçı Iddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi hissəsində təmin edilə bilməz.

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 157-ci, Mənzil Məcəlləsinin 30-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### **14-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### **26-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İ.Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər T.Heydərov və P.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mənzildən çıxarılmasına dair hissədə dəyişdirilmiş, cavabdeh Cavabdeh, iddiaçı Iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 2 il müddətinə istifadə hüququ saxlanılmaqla çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddianın hüquqi dəyərləndirilməsi aparılarkən ilk növbədə iddia üzrə cavabdehin mübahisəli evə nə kimi hüquqlarının olduğunu müəyyən etmək zəruridir, belə ki, cavabdehin yaşayış sahəsindən çıxarılması onun bu sahəyə istifadə hüququnun olub-olmamasından asılıdır. Cavabdehin yaşayış evinə hüquqlarının olmadığı halda iddiaçının tələbi təmin edilməlidir.

20. Işin hallarından görünür ki, cavabdeh ## ######## **12-ci ildən iddiaçının qardaşı ilə nikahda olmuş, evləndikdən sonra mübahisəli yaşayış evinə köçüb həmin mənzildə ailə üzvü kimi yaşamışdır. Onların arasında olan nikah ## ###### **22-ci ildən sonra rəsmi olaraq pozulmuşdur. Mübahisəli mənzilə dair iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən çıxarış ## #### **23-cü il tarixdə verilmişdir. Beləliklə, tərəflər arasındakı münasibətlər **12-ci ildə yaranmışdır.

21. Işin hallarından göründüyü kimi sözügedən mübahisəli mənzil əvvəlcə dövlət mənzil fonduna aid olmuş, cavabdeh mənzilə köçüb orada ailə üzvü olaraq digər ailə üzvləri ilə birgə həmin mənzildə yaşamışdır. Sonradan yaşayış sahəsinin mülkiyyət forması dəyişdirilmiş, yəni iddiaçının xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Mənzilə dair xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olmuşdur.

22. Bununla yanaşı, cavabdehin iddiaçının qardaşı ilə olan nikahlarına xitam verilmişdir. Cavabdeh hazırda iddiaçının ailə üzvü deyil. Onların arasında hər-hansı razılaşma da yoxdur. Bu baxımdan hazırda onun mənzildən istifadə hüququ saxlanılmamışdır.

23. Apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin öhdəsində əkiz məktəbli uşaqları vardır. Onlar mübahisəli mənzildə dünyaya gəlmişlər, orada yaşayırlar. Təqdim edilmiş sənədlərdən görünmüşdür ki, cavabdehin uşaqları Imişli şəhəri * nömrəli tam orta məktəbdə 8-ci sinifdə təhsil alırlar və həmin ünvandan məktəbə gedirlər. Cavabdehin hazırda başqa yaşayış yeri yoxdur və onun özünü mənzillə təmin etmək imkanı da yoxdur. Qətnamə icraya yönəldikdən sonra cavabdehin uşaqları ilə birgə mənzildən çıxarılması uşaqların məktəbdə dərsə davamiyyətinə, onların təhsilinə də təsir edə bilər.

24. Kollegiya cavabdehin imkanlarını, onun öhdəsində əkiz məktəbli uşaqlarının olmasını, onların mənzildən çıxarılmasının uşaqların təhsilinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsini, cavabdehin mənzildən 2 il müddətinə istifadə hüququ saxlanılmaqla çıxarılmasını mümkün saymışdır.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139, 152, 157, 228-ci, Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

26. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 139, 152, 228-ci, Mənzil Məcəlləsinin 30-cu, Mülki Prosessual Məcəllənin 14, 76, 77, 78, 372, 382, 384, 392-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə cavabdehə mənzildə 2 il müddətinə istifadə hüququ saxlanılmışdır. Lakin, bu qərar iddiaçının xüsusi mülkiyyət hüquqlarını, yəni əmlakından istifadə etmək və ona sərəncam vermək hüquqlarını qeyrimütənasib

28. surətdə məhdudlaşdırır. Iddiaçı Iddiaçı həmin mənzilin yeganə qanuni mülkiyyətçisidir, mülkiyyət hüququ dövlət reyestrində ## #### **23-cü il tarixdə qeydiyyata alınmışdır. Lakin apellyasiya qətnaməsi iddiaçıya öz mülkiyyəti üzərində tam sərəncam verməyə, mənzili istifadə etməyə, icarəyə verməyə, satmağa və ya başqa şəkildə sərəncam verməyə mane olur. Mülkiyyətçinin öz əmlakına bu cür bərabərsiz müdaxilə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.5 və 157.2-ci maddələrinə açıq surətdə ziddir. Cavabdeh ilə iddiaçı arasında heç bir qohumluq münasibəti mövcud deyildir. Cavabdeh iddiaçının qardaşının keçmiş həyat yoldaşıdır. Nikahın ## ###### **22-ci il tarixli məhkəmə qətnaməsi ilə rəsmi olaraq pozulmasından sonra cavabdeh iddiaçının ailəsinin üzvü olmaqdan çıxmışdır. Belə olan halda iddiaçının üçüncü şəxsin - keçmiş baldızının - xeyrinə öz mülkiyyət hüququnun məhdudlaşdırılmasına heç bir hüquqi əsas yoxdur. Qanunvericilik çərçivəsində mülkiyyət hüququnun belə məhdudlaşdırılması yalnız konstitusion əsaslarla və mütənasiblik prinsipi gözlənilməklə mümkündür ki, bu iş üzrə apellyasiya məhkəməsi həmin tələblərə əməl etməmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi üçün bir sıra vacib şərtlər mövcud olmalıdır: birincisi, şəxs mülkiyyətçinin ailə üzvü olmuş olmalıdır; ikincisi, nikahın pozulması nəticəsində keçmiş ailə üzvü vəziyyətinə düşmüş olmalıdır. Həmin maddə yalnız mülkiyyətçinin keçmiş ailə üzvünə şamil olunur. Halbuki bu işdə cavabdeh iddiaçının keçmiş ailə üzvü deyil - o, iddiaçının qardaşının keçmiş həyat yoldaşıdır. Cavabdeh heç bir zaman iddiaçı Iddiaçı ailə üzvü olmamışdır, onunla birgə yaşamamışdır, aralarında heç bir qohumluq münasibəti yoxdur. Bu səbəbdən Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bu işdə tətbiq edilə bilməz. Bundan əlavə, iddiaçı öz mülkiyyətindən faktiki istifadə edə bilmir. Mənzil cavabdehin nəzarəti altındadır, iddiaçı isə öz əmlakına daxil olmaq, orada yaşamaq, icarəyə vermək və ya başqa yolla istifadə etmək hüququndan məhrumdur. Bu vəziyyət Mülki Məcəllənin 152.5-ci maddəsindəki mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququna birbaşa ziddir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh rəsmi şəkildə **22-ci ildə boşanmağına baxmayaraq, həmin dövrdən 4 il ərzində həmin mənzili istifadə etmişdir. Eyni zamanda iddiaçı **23-cü ildə həmin mənzilə dair çıxarış alsa da, 3 il ərzində cavabdeh həmin mənzildə yaşamış və istifadə etmişdir. Beləliklə, cavabdehə subyektiv hüququ olmadığı təqdirdə 3 il mənzildə yaşaması, eləcə də yenidən əlavə olaraq 2 il istifadə hüququnun verilməsi, iddiaçının mülkiyyət hüququnun tənasübsüz surətdə məhdudlaşdırılmasına və faktiki olaraq istifadə etməsinin mümkünsüz hala gətirilməsinə səbəb olur ki, bu da aşıq-aşkar ədalətin pozulmasına və qanunsuzluğa gətirib çıxarır. Apellyasiya məhkəməsi cavabdehin başqa yaşayış yeri olmadığını qeyd etsə də, bu faktı sübut edən hüquqi cəhətdən mötəbər sənəd - mülkiyyəti, icarə müqaviləsi və ya digər sənəd - işdə mövcud deyildi. Məhkəmə sübutsuz bəyanatlara əsaslanaraq iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır.

29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

30. Kassasiya şikayətinə etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

32. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirmədiyindən, hazırkı kassasiya baxışının predmetini iddiaçının kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə - cavabdehin mübahisəli mənzildən istifadə hüququnun 2 il müddətində saxlanılması hissəsində - yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

34. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası gəlinən nəticə ilə tam razılaşır.

38. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli mənzilə köçərkən onun həmin yaşayış sahəsindən istifadə hüququ yarandığından, iddiaçının mülkiyyət hüququnun isə cavabdehin iddiaçının qardaşı ilə nikahları pozulduqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etmişdir.

39. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun # ####### **13-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. ... Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür.

40. Konstitusiya Məhkəməsinin Palatası “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” ## ###### **15-ci il tarixli Qərardadında isə qeyd etmişdir ki, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq digər halları nəzərə almalıdır.

41. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ######## **04-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

43. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### **26-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun 2 (iki) il müddətində saxlanılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar