Məhkəmə qərarları › İş №2(102)-2511/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2511/2024

23.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2511/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr; mülkiyyət hüququnun müdafiəsinə dair tələblər, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi); torpaq sahəsinin boşaldılması; özbaşına tutulmuş torpaqların qaytarılması; mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim Əhmədova Mehparə Tofiq qızının məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən və to rpaq sahəsindən çıxarma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1340/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Saatlı rayonu Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı (bundan sonra – iddiaçı) və anası X3 birgə mülkiyyətinə 0,04 ha torpaq sahəsi verilmiş, qərar əsasında JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmiş, şəhadətnamədə torpaq üzərində 98,4 kvadrat metr yaşayış sahəsinin olduğu göstərilmişdir. 2. 10 iyun 2004-cü il tarixdə Saatlı rayonu, H.B.Zərdabi küçəsində yerləşən fərdi yaşayış evi 1 yaşayış otaqlı, ümumi sahəsi 29,25 kv.m olmaqla X3 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Qeydiyyat vəsiqəsində qeydiyyata əsas kimi Saatlı Rayon İHB-nin 12 aprel 2004-cü il tarixli, 72 Nli sərəncamı göstərilmişdir. 3. 11 iyun 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 tərəfindən Saatlı şəhəri, H.B.Zərdabi küçəsi 1285,2 kvadrat metr torpaq sahəsində yerləşən 1961-ci ildə tikilmiş bir mərtəbəli bir otaqlı ev Məmmədova Ticarət Əzizulla qızına on milyon manata satılmışdır.

4. Bir gün sonra - 11 iyun 2004-cü il tarixdə satılmış mənzil 4 otaqlı, ümumi sahəsi 171 kvadrat metr olan yaşayış sahəsi kimi Ticarət Məmmədovanın adına qeydiyyata alınmışdır. 5. 29 iyun 2004-cü il tarixdə Siyarə Feyziyeva ölmüşdür.

6. Məmmədova Ticarət Əzizulla qızı 19 avqust 2004-cü il tarixdə sözügedən mənzili 1323,3 kvadrat metr sahədə yerləşən, 1961-ci ildə tikilmiş 4 otaqlı mənzil kimi X4 on doqquz milyon manata satmışdır. Tərbiyə Fətiyeva 27 dekabr 2021-ci ildə ölmüşdür. Hazırda mənzildə sonuncunun kürəkəni Cavabdeh (bundan sonra-cavabdeh) yaşayır.

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsindən iddiaçıya bildirilmişdir ki, JN 1237A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinə dair hər hansı əməliyyat aparılması ilə bağlı məlumat aşkar olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehin Saatlı şəhəri, H.Zərdabi küçəsi D-1, ev 2 ünvanında ona və mərhum anasına məxsus 0.04 hektar torpaq sahə sindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, o, uzun müddət Rusiya Federasiyasında olmuş və yaxın vaxtlarda Azərbaycan Respublikasına qayıtmışdır. Qayıtdıqdan sonra həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən cavabdehin istifadə etdiyini, fərdi yaşayış evinin isə satıldığını öyrənmişdir. Cavabdeh uzun müddətdir ki, qeyd etdiyi yaşayış evini və torpaq sahəsini istifadə edir. O, həmin yaşayış evi və torpaq sahəsindən qanunsuz istifadəsini dayandırmasını cavabdehdən tələb etməsinə baxmayaraq, cavabdeh yaş ayış evi və torpaq sahəsini qaytarmamış, qanunsuz istifadəsini davam etdirmişdir. Fərdi yaşayış evinin satılmasından məlumatı olmamış, onun razılığı olmadığı halda yaşayış evi alqı-satqı edilmiş, nəticədə mülkiyyət hüququ pozulmuşdur. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, o və ailə üzvləri, həqiqətən də, iddiaçının iddia etdiyi ünvan 1 ünvanda 0.04 hektar torpaq sahəsini istifadə edir və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində yaşayırlar. Lakin həmin evi iddiaçının mərhum anası X7 11 iyun 2004-cü ildə Məmmədova Ticarət Əzulla qızına, sonuncu isə 19 avqust 2004-cü ildə onun qayınanası X1. Tərbiyə Fətiyeva həmin evi alqı-satqı etdikdən sonra yaşamağa yerləri olmadığından ona və ailə üzvlərinə istifadəyə vermişdir. Onun və ailə üzvlərinin torpaq sahəsinə və fərdi yaşayış evinə dair hər hansı sənədləri yoxdur.

11. Saatlı Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(055)-1043/2022 saylı qətnaməsi ilə (hakim Mirlətif Sadıqov) iddia qismən təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 05 saylı qərarı ilə JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı şəhəri, H.Zərdabi küçəsi D-1, ev 2 ünvanında yerləşən 0.04 hektar torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

12. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddia tələbi iki hi ssədən-torpaq sahəsindən çıxarma və fərdi yaşayış sahəsindən çıxarmadan ibarətdir.

13. Mübahisəli yaşayış sahəsi X3 adına qeydiyyatdan keçəndən sonra iki dəfə alqısatqının predmeti olmuşdur.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi X7 ilə yanaşı iddiaçının da mülkiyyətidir. Həmin şəhadətnamə hazırda da qüvvədədir. Cavabdehin isə torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də, iddiaçının mülkiyyət hüququ qanunla nəzərdə tutulan qaydada qorunmalı, yəni iddia tələbi əsaslı olduğundan həmin hissədə təmin edilməlidir.

15. Məhkəmə iddia tələbinin ikinci hissəsi, yəni fərdi yaşayış evindən çıxarma ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin 493 saylı Qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mərhum anası X5 məxsus olmuş, sonuncu Saatlı rayon Dövlət Notariat Ofisində bağlanmış 11 iyun 2004-cü il tarixli, 4Ə-83 saylı alqı-satqı müqaviləsinə əsasən həmin evi Məmmədova Ticarət Əzulla qızına, Ticarət Məmmədova isə 19 avqust 2004-cü il tarixli, 4Ə-101 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin qayınanası mərhum X1. İddiaçı həmin evdə mülkiyyətçi olmadığından və vərəsəlik əsasında mülkiyyət hüququ yaranmadığından onun da mübahisə predmeti olan ev üzərində hər hansı hüququ yoxdur. Beləliklə, hazırki iş üzrə iddiaçının sözügedən fərdi yaşayış evinə münasibətdə subyektiv hüququ olmadığından iddia təmi n edilə bilməz. Həmçinin, iddiaçının subyektiv hüququ olmadığı halda cavabdehin sözügedən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olub-olmamasının da iş üçün əhəmiyyəti olmamışdır.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, birgə torpaq mülkiyyətçisi X7 və mübahisə predmeti olan fərdi yaşayış evini alan cavabdehin qayınanası X6 vəfat etdiyindən məhkəmə tərəfindən onların üçüncü şəxs qismində işə cəlb olunmasının qeyri mümkünlüyü nəzərə alınmışdır.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 213.6-cı maddələri, Torpaq Məcəlləsinin 111-ci maddələri, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yo xlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətə görə, məhkəmə iddianı qisməm təmin etsə də, müvafiq JN 1237A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mübahisəli fərdi yaşayış evinin 98.4 kv.m olmaqla mülkiyyətində olması aydı nlaşdırmamışdır. Belə ki, məhkəmə iddianı qismən təmin edərək iddianın fərdi yaşayış evi ilə bağlı hissəsini təmin etməmişdir. Halbuki həm torpaq sahəsi, həm də torpağın üzərində olan 98.4 kv.m. fərdi yaşayış evi onun və mərhum anası Feyziyeva Səyyarənin mülkiyyətində olmuşdur.

20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(106)-1340/2023 saylı qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən, və məruzəçi), Tofiq Heydərov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Saatlı Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.

21. Məhkəmə kollegiyası mövqeyini birinci instansiya məhkəməsi ilə eyni məzmunda əsaslandırmış və hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinin, Torpaq Məcəlləsinin 111-ci maddələrinə və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi, yəni cavabdehin ünvan 2 ünvanındakı 0,04 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən qanunsuz istifadəsinin dayandırılaraq həmin evdən çıxarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayət iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə alqı-satqı müqavilələrini əsas tutaraq iddianı qismən təmin etsə də, həmin müqavilələrdə göstərilmiş torpağın və üzərində olan fərdi yaşayış evinin ölçülərinin onların mülkiyyətində olan həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin ölçüləri ilə heç bir halda üst-üstə düşmədiyini və fərqli ölçülərdə olmasını, müqavilələrin tarixləri ilə nömrələrinin düz gəlmədiyini nəzərə almamışdır.

24. Kassasiya şikayətinin dəlillərinə görə, Konstitusiyanın 13, 29, 33, 43, MM-nin 152.1, 17.1, MPM-in 14.2, 88, 217, 218-ci maddələrinin tələbləri poz ulmuşdur.

25. İddiaçı kassasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, alqı-satqı müqavilələrinə və qeydiyyat vəsiqələrinə diqqət verdikdə saxtalığı və onların mülkiyyətinə aidiyyəti olmaması açıq şəkildə görünsə də, hakim buna əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakı nı geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və yabilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlak dan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

30. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin ii bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarı

31. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üç üncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. K assasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. 4

4. Belə ki, məhkəmələr 0,04 ha torpaq sahəsinin JN1237A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında iddiaçının da mülkiyyətində olduğu qənaətinə gələrək cavabdehin torpaq sahəsindən çıxarılması nəticəsinə gəlsələr də, mənzilin əvvəldən iddiaçının anasına məxsus olması və ardıcıl iki dəfə satılmasına istinad edərək fərdi yaşayış evinə münasibətdə iddiaçının subyektiv hüququnu tanımamışlar.

45. Məhkəmə Kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, məhkəmələr tərəfindən işin faktiki hallarının araşdırılmasında natamamlığa yol verilmiş, istinad olunan sübutlardakı uyğunsuzluqlara əhəmiyyət verməmişdir.

46. Belə ki, 0,04 ha torpaq sahəsinin iddiaçı və anasının paylı mülkiyyətinə verilməsinə dair hazırda da qüvvədə olan JN seriyalı, 1237A nömrə li şəhadətnamədə torpaq sahəsinin Saatlı rayon Aqrar İslahatı Komissiyasının 18 may 1998-ci il tarixli qərarı əsasında verildiyi göstərilmiş, həmçinin həmin torpaq sahəsi üzərində 98,4 kv.m yaşayış sahəsinin olması qeyd edilmişdir. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsindən iddiaçıya ünvanlanan məktubdan müəyyən olunur ki, sözügedən şəhadətnamə əsasında sənədləşmə işləri aparılmamışdır, yəni, şəhadətnamə hazırda qüvvədədir. İddiaçı məhz paylı torpaq sahəsində yerləşən həmin tikilidən cavabdehin çıxarılmasını tələb etmişdir. Göründüyü kimi, sözügedən şəhadətnamə əsasında iddiaçının torpaq sahəsi ilə yanaşı üzərindəki tikiliyə də paylı mülkiyyəti var.

47. Bundan başqa, cavabdeh iddiaya etiraz edərkən həmin torpaq sahəsindən və üzərindəki tikilidən faktiki olaraq istifadə etdiyini bildirmişdir. Məhkəmələr həm də bu əsasa söykənərək cavabdehin torpaq sahəsindən çıxarılmalı olması qənaətinə gəlmiş, lakin fərdi yaşayış evinə münasibətdə iddianı rədd etmiş, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən Saatlı şəhəri, H.B.Zərdabi küçəsində yerləşən mənzilə dair alqı-satqı proseslərinin həyata keçirilməsi və həmin sənədlərə əsasən tikilinin iddiaçının mülkiyyətində olmaması qənaətinə gəlmişlər. Halbuki, təqdim edilən sənədlərdə göstərilən torpaq sahəsinin və fərdi yaşayış evinin ölçüləri ilə iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi arasında əhəmiyyətli dərəcədə fərq vardır. Belə ki, alqısatqı predmetinin əsası olan mənzilə dair ilkin çıxarış iddiaçının a nası – X5 məxsus olmuşdur ki, 10 iyun 2004-cü ildə 2 nömrəli reyestr kitabında 23-cü səhifədə 493 reyestr nömrəsi ilə aparılmış həmin qeydin əsasının Saatlı rayon İHB-nin 12 aprel 2004-cü il tarixli, 72 Nli sərəncamının olması, tikilinin ümumi sahəsinin isə 29,25 kvadrat metr olması birbaşa qeydiyyat vəsiqəsində göstərilmişdir. Həmin mənzil barəsində 11 iyun 2004-cü ildə bağlanmış alqı-satqı müqaviləsinə dair notariat işində olan arayışda və alqı-satqı müqaviləsinin özündə həyətyanı sahənin 1285,2 kvadrat metr olması göstərilmişdir. Lakin bundan bir gün sonra Ticarət Məmmədovanın (alıcı) adına verilmiş çıxarışda tikilinin ümumi sahəsi 171 kvadrat metr, təqdim edilmiş arayışda və 19 avqust 2004-cü il tarixli (cəmi 1 ay 8 gün sonra) alqı-satqı müqaviləsində isə Tərbiyə Fətiyevaya (cavabdeh in qaynanası) satılmış mənzilin 4 otaqlı olması, 1323,3 kvadrat metr sahədə yerləşməsi göstərilmişdir. Göründüyü kimi, həm məhkəmənin istinad etdiyi – sonuncu cavabdehin qaynanasına satılmış mənzilə dair ilkin mülkiyyət hüququnun qeydinin (iddiaçının anasının adına) əsası fərqli olmuş (Saatlı rayon İHB-nin 12 aprel 2004-cü il tarixli, 72 Nli sərəncamı), həm də həmin mənzilin və yerləşdiyi torpaq sahəsinin ölçüsü fərqli olmaqla yanaşı öz aralarında belə kəskin ziddiyyət olmuşdur. (29 kvadrat metr sahə 1 cəmi gün sonra 171 kvadrat metr kimi qeydiyyatdan keçmiş, torpaq sahəsi də 1285,2 kvadrat metr olmuş, sonradan artmışdır)

48. Beləliklə, məhkəmələr Saatlı rayon Aqrar İslahatı Komissiyasının 18 may 1998-ci il tarixli qərarı əsasında verilmiş və JN seriyalı, 1237A nömrəli şəhadətnamədə əks ol unmuş 0,04 ha torpaq sahəsinin koordinatları ilə 11 iyun 2004-cü il tarixli müqavilədə göstərilən və sonradan sahəsi artan 1285,2 kvadrat metr torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi, ümumiyyətlə 1285,2 kvadrat metr torpaq sahəsinin hüquqi statusuna aydınlıq gətirilməmiş, 0,04 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin həqiqətən də müqavilədə göstərilən fərdi yaşayış evi ilə eyni tikili olub-olmamasını müəyyənləşdirməmiş, bu ziddiyyətli məqamlara aydınlıq gətirilməsi üçün Saatlı rayon İHB-nin 12 aprel 2004-cü il tarixli, 72 Nli sərəncamını və plan-cizgisini tələb etməmiş, mübahisəli ünvana yerində müayinə keçirməmişlər, xüsusi bilik tələb etdiyi halda ekspertiza təyin etməmiş, bu iki sahənin (Saatlı rayon Aqrar İslahatı Komissiyasının 18 may 1998-ci il tarix li qərarı əsasında paylı mülkiyyətə ayrılan və Saatlı rayon İHB-nin 12 aprel 2004-cü il tarixli, 72 Nli sərəncamına əsasən iddiaçının anasına ayrılan) ayrı-ayrı yoxsa eyni torpaq sahələri və ya tikili olmasına aydınlıq gətirmədiyi halda, əsassız olaraq iddiaçının fərdi yaşayış evi üzərində subyektiv hüququnun olmaması qənaətinə gəlimişlər.

49. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (Konstitusiya, maddə 13, bənd İ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (maddə 29, bənd İİ) Dövlət vərəsəlik hüququna təminat verir. (maddə 29, bənd Vİİ).

50. Göründüyü kimi, məhkəmələr iddianı rədd edərkən hüququn tətbiqində səhvə yol vermiş, işin faktiki hallarını tam araşdırmamış, süb utları düzgün qiymətləndirməmiş, təqdim edilmiş sübutların mötəbərliyinə (o cümlədən sübutlar arasında olan ziddiyyətə) əhəmiyyət verməmiş, iddiaçının torpaq sahəsinə paylı mülkiyyət hüququnun olduğu halda, üzərindəki tikiliyə mülkiyyət hüququnun olmaması (iddiaçının fərdi yaşayış evinə münasibətdə iddianın qaldırılmasına dair subyektiv hüququnun olmaması) ilə bağlı yanlış qənaətə gəlməklə mülkiyyət hüququnun qorunmasını tənzimləyən maddi hüquq normalarının, o cümlədən mülkiyyətin müdafiəsinə dair təməl prinsiplərin pozulması və iddiaçının mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnən qətnamə qəbul etmişdir.

51. Habuki “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və pro sessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. (2.2-ci bəndi) Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. (2.4-cü bəndi)

52. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda göstərilən məsələlər yenidən araşdırılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1340/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar