Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1321/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (** saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (** saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən tərtib edilmiş 3-M/8-**** reyestr nömrəli bağışlama müqaviləsinin materiallarında olan ##.##.1994-cü il tarixli etibarnaməyə əsasən İddiaçı bu etibarnamə əsasında ünvan 1 ünvanında yaşayan vətəndaş X4 bütün əmlakını, nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq idarə etmək və sərəncam vermək, buna müvafiq olaraq qanunla icazə verilən bütün əqdləri bağlamaq, xüsusən, tikililəri və digər əmlakı satmaq, almaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, girov qoymaq və girovu qəbul etmək və s. etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmişdir.
2. Azərbaycan Respublikası Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 2 ünvanında yerləşən evin “B” hissəsinin 1/4 hissəsi və “A” hissəsi İddiaçı adına ##.##.1994-cü il tarixdə qeydə alınmışdır.
3. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən tərtib edilmiş 3-M/8-**** reyestr nömrəli bağışlama müqaviləsinin materiallarında olan ** saylı notariat kontorunda ##.##.1994-cü il tarixdə 4-m/9-3002 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamə əsasında İddiaçı Həsən qızının adından hərəkət edən X4 və X1 arasında bağlanmış ##.##.1994-cü il tarixli tikilinin bağışlanması müqaviləsinə əsasən İddiaçı Həsən qızı şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən “V” və “A” tikilisində 1/4 payı öz qardaşı vətəndaş X1 bağışlayır və X1 göstərilən hədiyyəni qəbul edir.
4. ## ###### 2012-ci il tarixli əmlakın icarəyə verilməsi haqqında müqaviləyə əsasən ünvan 5 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisi X1 həmin ünvanda yerləşən 50 kv.m. əsas, 20 kv.m. köməkçi sahəni sərgi-satış salonu kimi “Azərpak” BM-ə aylıq 500 manat icarə haqqı ödənilməsi şərtilə icarəyə vermişdir.
5. * saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilən ##.##.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2018-ci il tarixdə ölmüş X1 vərəsəsi arvadı-Cavabdehdır. Şəhadətnamə verilən miras əmlaklardan biri ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2018-ci il tarixdə X1 verilmiş 008013000907-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 122.1 kv.m olan fərdi yaşayış evindən və yerləşdiyi 0,01239 ha torpaq sahəsi olmuşdur.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına ##.##.2018-ci il tarixində qeydiyyata alınmışdır.
7. Bakı şəhəri Nəsimi rayon Icra Hakimiyyəti başçısının ## ###### 2018-ci il tarixli, *** nömrəli vətəndaş Cavabdeh mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamına əsasən Cavabdeh məxsus Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi *** saylı evin ümumi sahəsi 160 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən ****** nömrəli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh adına ##.##.2019-cu il tarixində qeydiyyata alınmışdır.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən iddiaçıya ünvanlanan ##.##.2024-cü il tarixli cavab məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, *** saylı fərdi yaşayış evinin “B” tikilisinin 1/4 hissəsi ##.##.1994-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.1994-cü il tarixli, 3-M/8-**** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilən ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, *** saylı fərdi yaşayış evinin “B” tikilisinin 1/4 hissəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 3-M/7-**** reyestr nömrəli, ##.##.1994-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən ##.##.1994-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmış, lakin Bakı şəhəri ** saylı dövlət notariat kontorunun ##.##.1994-cü il tarixli, 3-M/8-**** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
11. Iddiaçı X2 cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.1994-cü il tarixli, 3-M/8-**** reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, anası İddiaçı adından cavabdeh Həsənova (Gülmalıyeva) Tamella Həsən qızına ## ######## 1994-cü il tarixdə etibarnamə alınmışdır. Lakin həmin etibarnamə hüquqi əsası olmayan və qanunsuz sənəddir. Belə ki, etibarnaməni imzaladığı zaman İddiaçı ağır xəstə vəziyyətində olub, nəyə qol çəkdiyini dərk etmə qabiliyyətinə malik olmayıb. Onun xəstəliyə tutulmasından və etibarından sui-istifadə edən qardaşı və həyat yoldaşı Gülmalıyeva (Həsənova) Tamella Həsən qızı notariat ofisinə gedə biləcək fiziki gücdə olmadığından qonşunun evini almaq niyyəti ilə evə ** saylı notariat ofisinin nümayəndəsini gətirməklə onun adından etibarnamə almışlar. Verdiyi etibarnamənin məzmunundan xəbəri olmamışdır. Həmin dönəmdə ** saylı notariat ofisinin müdiri elə qardaşının baldızı olub. Bu hadisədən 2024-cü ilin aprel ayının sonları anasının atasından qalan əmlakın satılması prosesi gedişində məlumatı olmuşdur. Belə ki, onun Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə müraciətinə cavab olaraq Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, *** saylı fərdi yaşayış evinin “B” tikilisinin 1/4 hissəsi ##.##.1994-cü-il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhər ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.1994cü il tarixli, 3-M/8-**** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilməsi barədə yazılı cavab verilmişdir. Bu məlumatı aldıqdan sonra anası insult keçirmişdir. Təcili tibbi yardımla “Kliniki Tibb” Mərkəzinə çatdırılmış və 21 gün reanimasiya şöbəsində müalicə alınmışdır.
13. Daha sonra, verilən vəsatət əsasında iddiaçı X2 əsl iddiaçı İddiaçı (bundan sonra iddiaçı) ilə əvəz edilmişdir.
14. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddia tələbinə görə İddiaçı ağır xəstəlik səbəbindən imza atdığı sənədin mahiyyətini dərk etmək qabiliyyətindən məhrum olmuş, bu səbəbdən tərəfin iradə ifadəsinin pozulduğu hallar nəticəsində hüquq münasibətlərin formalaşması, müqavilənin mübahisələndirilməsinə və nəticədə, onun etibarsız hesab edilməsinə əsas yaradır. Odur ki, əqdin etibarsızlığını iddia edən tərəf bunu sübut etməlidir. Iddiaçı əqdi bağladığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyini mütləq olaraq sübuta yetirməlidir. Bundan başqa, mübahisələndirilən əqd 1994-cü ildə bağlanılıb və əqdin bağlanmasından 30 ildən çox vaxt keçib. Həmçinin göründüyü kimi iddiaçının vaxtın keçməsi səbəbindən məhkəməyə müraciət etmək hüquq artıq mövcud deyil.
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş sənədlərdən biri saxtadır. Belə ki, orada iddiaçının ata adı “Əziz” yox, “Həsən” kimi qeyd olunmuşdur. Etibarnamə anası xəstə olduğu üçün evlərində, 2 notariusun iştirakı ilə tərtib edilmiş, həmin vaxt Cavabdeh da evdə olmuşdur. Cavabdeh bildirmişdir ki, dayısı vəzifəli şəxs olduğuna görə öz adına ev almaqdan çəkinir və bunun üçün ona etibarnamə lazımdır. Anası da buna etiraz etməmiş və yataqda uzandığı halda bir jurnala imza atmışdır. Eibarnamənin notariat ofisində yox, evdə tərtib olunması ilə bağlı sübutunun təkcə ailə üzvləri olaraq anasının evdə ikən etibarnaməyə qol çəkdiyinin şahidi olmaları, etibarnamənin yalnız qonşu Rəhilənin evini almaq üçün verildiyini, anasının hələ də sağ olduğunu, onun da öz evinin bağışlanmasına razı olmadığını, Ağcabədi rayonunda yerləşən ata mülkiyyəti satılmasa idi, bundan xəbərlərinin olmayacağını, həmin mənzilin ərazisində yerləşən qeyri-yaşayış sahəsinin 2000-2001-ci ildən fəaliyyət göstərdiyini, qeyri-yaşayış sahəsinin “A” və “B” tikililərinin hər ikisini ehtiva etdiyini, həmin qeyri-yaşayış sahəsindən İddiaçı gəlir əldə etmədiyini, dayısı Həsənin həmin sahəni Ibrahim Tatlısəsə icarəyə vermək istədiyini, anasının da dayısının xahişini yerə salmadığını və buna etiraz etmədiyini, iddiaçının mübahisəli mənzildə 1964-cü ildə evlənənə qədər yaşadığını, həmin mənzilin tələbə evi kimi kirayəyə verilmədiyini, dayısının 1979-cu ildə evlənənə qədər Ağcabədi rayonundan gələn tələbə qohumlarının həmin mənzildə yaşadıqlarını, 2000-ci ildə dayısının başqa bir mənzilə köçdükdə isə həmin sahəni icarəyə verdiyini, iddiaçının heç vaxt icarə pulu istəmədiyini, çünki buna ehtiyacının olmadığını, qarşı tərəfin nümayəndəsi-vəkilinin suallarına cavab olaraq isə iddiaçının qonşu Rəhilənin evini almaq üçün qardaşına etibarnamə verdiyini, lakin bundan əlavə, anasının öz mülkünün də bağışlandığını, halbuki anasının belə bir niyyəti olmadığını, alğı-satqı müqaviləsində satıcı olaraq qonşu Rəhilə xanımın qeyd olunduğunu, “B” tikilisinin İddiaçı məxsus olması ilə bağlı qeydiyyat vəsiqəsinin orijinalının Cavabdeh tərəfindən necə əldə edildiyini bilmədiyini, onların bundan xəbərlərinin olmadığını, ola bilsin ki, xəlvətcə evdən götürdüyünü, çünki heç vaxt rəfləri açarla bağlamadıqlarını, Ağcabədi rayonundakı mülklə bağlı məsələdən sonra prokurorluğa müraciət etmək istədiklərini, ancaq anasının icazə vermədiyini bildirmişdir.
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən, notariat hərəkətləri notariat ofisindən kənarda aparılarsa, sənəd üzərində bu qeyd olunmalıdır. Lakin mübahisələndirilən etibarnamənin arxa hissəsində əqdin İddiaçı evində tərtib olunması ilə bağlı hər hansısa bir qeyd yoxdur. Deməli, etibarnamə elə ** saylı Notariat ofisində verilmişdir. Həmçinin etibarnaməni Zəminə Abdullayeva yox, Qabıtov soyadlı bir şəxs təsdiqləmişdir. Bundan əlavə, əmlakın həm alqısı, həm də satılması etibarnamə ilə həyata keçirilmişdir. Etibarnamələrdən birində onun müəyyən bir əmlakın satılması üçün 1 ay müddətinə verilməsi konkret göstərilmişdir. Digər mübahisəli etibarnamə isə ümumi etibarnamədir və 1 il müddətinə verilmişdir, yəni iddiaçının iradəsi bu yöndə olmuşdur ki, o, bütün növ əqdlərin bağlanmasına razıdır. Əgər şəxs sırf 1 əmlakın alğı-satqısı üçün Notariat ofisinə gedib etibarnamə verə bilirdisə, alğı-satqı müqaviləsini də özü imzalaya bilərdi. Yəni etibarnamə sadəcə bir hərəkətin yerinə yetirilməsi üçün verilmiş ola bilməz.
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanan ## #### 2025-ci il tarixli cavab məktubuna əsasən “A” və “B” tikililərindən ibarət Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, *** saylı fərdi yaşayış evi Cavabdeh adına qeydiyyatdan keçmişdir, lakin sonradan sözügedən fərdi yaşayış evinin təyinatı dəyişdirilərək Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, *** saylı qeyri-yaşayış binası kimi qeydiyyata alınmışdır və Cavabdeh mülkiyyətindədir. Sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rahim Xəlilov) iddia tələbi təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, *** saylı fərdi yaşayış evinin “B” tikilisinin 1/4 hissəsinin iddiaçı tərəfindən cavabdehə verilən etibarnamə əsasında ##.##.1994-cü il tarixli, 3-M/8-**** reyestr nömrəli bağışlama müqaviləsi ilə cavabdeh tərəfindən iddiaçının qardaşına bağışlanması, sonuncu vəfat etdikdən sonra fərdi yaşayış evinin bütövlükdə cavabdehin mülkiyyətinə keçməsi işin mübahisəsiz hallarıdır. Iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə verilən etibarnamə ümumi (mülkiyyət ilə əlaqədar) etibarnamə olmuşdur. Belə ki, həmin etibarnamə üzrə iddiaçı mülkiyyətində olan bütün əmlakını, nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq idarə etmək və sərəncam vermək, buna müvafiq olaraq qanunla icazə verilən bütün əqdləri bağlamaq, xüsusən, tikililəri və digər əmlakı satmaq, almaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, girov qoymaq və girovu qəbul etmək və s. etibar etmişdir. Lakin iddiaçı iddia edir ki, etibarnaməni verərkən iddiaçının niyyəti təkcə qonşudakı evin qardaşının adına alğı-satqısının həyata keçirilməsi olmuş, öz əmlakına dair hansısa bir səlahiyyəti qarşı tərəfə etibar etməmişdir. Iddiaçının iddia etdiyi hallar sadəcə mülahizə xarakteri daşımışdır. Belə ki, həmin halları təsdiq edə biləcək sübutlar (etibarnamə verildiyi zaman niyyətin ancaq bir əmlaka münasibətdə olması, eləcə də etibarnamənin verildiyi zaman onun ağır xəstə vəziyyətində olması, nəyə imza çəkməsini dərk etmək qabiliyyətinə malik olmaması) iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı etibarnaməni cavabdehə vermiş, lakin cavabdeh həmin etibarnamə əsasında öz xeyrinə əqd bağlamamış, bunun əksinə əqdi etibarnamə əsasında iddiaçının oğluna bağışlamış, yəni özünün xeyrinə hüquqdan sui-istifadə etməmişdir. Bundan başqa, mübahisələndirilən bağışlama müqaviləsinin bağlanmasından artıq 30 ildən çox vaxt keçmişdir. Həmin vaxtdan indiyə kimi iddiaçının sözügedən müqavilədən xəbərsiz olması halını da məhkəmə ağlabatan hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, hazırkı iş üzrə iddianın dəlilləri sübuta yetirilməmiş, iddia yalnız fərziyyələrə əsaslanmışdır. Mövcud sənədlər və tərəflərin izahatları ilə bağışlama müqaviləsinin notariat qaydasında, hüquqi iradə əsasında və qanunvericiliyə uyğun şəkildə bağlandığı, nəticələrinin isə tərəflər tərəfindən qəbul edildiyin təsdiqləmişdir. Deməli, iddiaçının tələbi sübutlarla təsdiqlənməmiş və müqavilənin etibarsız hesab olunması üçün qanuni əsaslar mövcud deyil.
21. Birinci instansiya məhkəməsi mövqeyini “Azərbaycan SSR Mülki Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il ## ######## tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39, 41, 43, 44, 52, 55, 58, 60, 245-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
22. Iddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd edilmişdir ki, həyat yoldaşı ilə ailə-məişət və iqtisadi birlik bağı mövcuddur. Bu halda belə bir bağışlama dolayı şəkildə nümayəndənin öz xeyrinə əqd hesab olunmalıdır. Həmçinin məhkəmə nəzərə almamışdır ki, X1 vəfatından sonra vərəslik işi açılmış və sonuncu olaraq sözügedən əmlak Gülmalıyeva (Həsənova) Tamella Həsən qızının adına rəsmiləşdirilmişdir. Işin faktiki hallarından görünür ki, Gülmalıyeva (Həsənova) Tamella Həsən qızı bağladığı əqdlə sonuncu olaraq yenə özü faydalanmış, etibardan sui-istifadə etmişdir. Həmçinin qeyd edilməlidir ki, etibar edən şəxs ağır xəstə olub, nəyə imza atdığını dərk edə bilməyib. Etibarnamənin verilməsi cavabdehin ailəsinin tələbi və təşkili ilə həyata keçirilmişdir. Etibarnamə məhz cavabdehin bacısının işlədiyi notariat kontorundan evə gəlmiş nümayəndələr vasitəsilə (** saylı dövlət notariat ofisi) təsdiqlənib. Başqa notarius seçilməyib, bu da obyektiv tərəfsizlik prinsipinə şübhə yaradır. Notariat ofisindən etibarnamənin evə gəlməsi ilə bağlı şahidlər mövcuddur. Mübahisəli etibarnamənin üzərində “ofisdən kənar hərəkət” barədə heç bir qeyd olmaması Təlimatın tələblərinə zidd olduğu halda, məhkəmə bu ziddiyyəti aydınlaşdırmadan, forma natamamlığını cavabdehin mövqeyinə uyğun şərh etmişdir. Nəticədə, etibarnamənin məhz ev şəraitində, iddiaçının ağır xəstə vəziyyətində və cavabdehin ailəsinin təşəbbüsü və təşkilatçılığı ilə alınıb-alınmaması sual altında qalmış, bu isə nəticəyə bilavasitə təsir edə biləcək faktiki hal kimi araşdırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, şahidlər orada olarkən və iddiaçıya etibarnamənin verilməsinin məqsədi, qonşunun evini alğısatqı etmək üçün verilir, buna səbəb olaraq isə, X1 öz adına ev ala bilmədiyi üçün iddiaçının adına etmək istədiyini bildirmişdir. Iddiaçı ağır xəstə olub, ailə təsiri və “etimaddan sui-istifadə” mövcuddur. Məhkəmə heç bir ekspertiza təyin etmədən, işin hallarını araşdırmadan, şahidləri dindirmədən qərar qəbul etmişdir. Nəticə etibarilə iddiaçının hüquqları pozulmuşdur. Bundan başqa, bağışlama müqaviləsinin mövcudluğundan və iddiaçının payının qardaşının adına keçirilməsindən iddiaçının nə vaxt xəbər tutması da aydınlaşdırılmamışdır. Məlumatlara görə, iddiaçı və onun nümayəndəsi bağışlama müqaviləsindən yalnız 2024-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestrindən alınmış cavab məktubu əsasında xəbərdar olmuşlar. Bununla belə, məhkəmə iddianı əsassız hesab edərkən yalnız “əqddən 30 ildən çox vaxt keçməsi” faktını arqument kimi istifadə etmiş, iddia müddətinin başlanğıc anının nə vaxt hesab olunmalı olduğunu, iddiaçının bu müddət ərzində özünü hansı mövqedə bildiyini, əmlakdan faktiki istifadə və gəlir götürmə hallarını, bağışlama faktının iddiaçıdan gizlədilib gizlədilmədiyini araşdırmamışdır. Bu isə iddiaçıya qarşı etibarnamə və bağışlama müqaviləsi ilə bağlı hüquq pozuntusunun uzun müddət gizli saxlanılması ehtimalını nəzərə almadan qərar qəbul olunmasına gətirib çıxarmışdır.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi) Vahid Sadıqov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, *** saylı fərdi yaşayış evinin “B” tikilisinin 1/4 hissəsi iddiaçı İddiaçı mülkiyyətində olmuş, daha sonra ##.##.1994-cü il tarixli, 3-M/8-**** reyestr nömrəli bağışlama müqaviləsi əsasında iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh verilən etibarnamə əsasında sonuncunun yoldaşıiddiaçının qardaşı X1 bağışlanmışdır. X1 vəfat etdikdən sonra “A” və “B” tikililərindən ibarət olan Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, *** saylı fərdi yaşayış evi bütövlükdə cavabdehin adına qeydiyyatdan keçmiş, daha sonra isə cavabdehin müraciəti əsasında fərdi yaşayış evinin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsinə çevrilmiş və hazırda da qeyriyaşayış sahəsi kimi icarəyə verilmişdir.
26. Hazırda iddiaçı iddia tələbinin əsası kimi ##.##.1994-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə verilən etibarnamənin yalnız qonşudakı evin alınması ilə əlaqədar olaraq verildiyini, lakin cavabdehin iddiaçının etibarından sui-istifadə edərək həmin evin alğı-satqısından əlavə eyni zamanda iddiaçının mülkiyyətində olan evi də həmin etibarnamə əsasında 3-M/8-**** reyestr nömrəli bağışlama müqaviləsi əsasında həyat yoldaşı, yəni iddiaçının qardaşı X1 bağışladığını qeyd edir. Iddiaçı sözügedən etibarnaməni cavabdehə verdiyi zaman xəstə, yatalaq vəziyyətində olduğu üçün etibarnamənin mahiyyətini, nəyə imza çəkdiyini dərk etmədiyini bildirir. Odur ki, hazırda iddiaçı tərəf qeyd edilənlərə əsasən ##.##.1994-cü il tarixli, 3-M/8-**** reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb edir.
27. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki-Prosessual Məcəllənin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
28. Hazırkı mübahisə üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Iddiaçı etibarnaməni verərkən niyyəti təkcə qonşudakı evin qardaşının adına alğısatqısının
29. həyata keçirilməsi olmasını, öz əmlakına dair hansısa bir səlahiyyəti qarşı tərəfə etibar etmədiyini iddia edir. Lakin iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə verilən etibarnamə ümumi (mülkiyyət ilə əlaqədar) etibarnamə olmuşdur. Belə ki, həmin etibarnamə üzrə iddiaçı mülkiyyətində olan bütün əmlakını, nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq idarə etmək və sərəncam vermək, buna müvafiq olaraq qanunla icazə verilən bütün əqdləri bağlamaq, xüsusən, tikililəri və digər əmlakı satmaq, almaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, girov qoymaq və girovu qəbul etmək və s. etibar etmişdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi hallar sadəcə mülahizə xarakteri daşımış, belə ki, həmin halları təsdiq edə biləcək sübutlar (etibarnamə verildiyi zaman niyyətin ancaq bir əmlaka münasibətdə olması, eləcə də etibarnamənin verildiyi zaman onun ağır xəstə vəziyyətində olması, nəyə imza çəkməsini dərk etmək qabiliyyətinə malik olmaması) iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Iddiaçı iddiasında verilmiş etibarnamədən sui-istifadə edildiyini qeyd edir və bu halla bağlı qeyd edilməlidir ki, mübahisənin yarandığı zaman qüvvədə olan “Azərbaycan SSR Mülki Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il ## ######## tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 58-ci maddəsinə əsasən nümayəndə, təmsil etdiyi şəxs adından nə şəxsən özü üçün, nə də eyni zamanda təmsil etdiyi digər şəxs üçün əqd bağlaya bilməz. Bu maddədən göründüyü kimi nümayəndə özü barəsində və ya təmsil etdiyi digər şəxs barəsində əqdlər bağlaya bilməz. Cavabdeh isə bağışlamanı nə özü, nə də təmsil etdiyi digər şəxsə etməmiş, iddiaçının qardaşına etmişdir. Bununla da etibarnamədən sui-istifadə halları müəyyən edilməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan SSR Mülki Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il ## ######## tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) 39, 41, 43, 44, 52, 55, 58, 60-cı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
32. Qətnamədən iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 52-ci maddəsinə əsasən aldatma nəticəsində bağlanmış əqd zərərçəkənin iddiası üzrə etibarsız hesab edilə bilər. Iş materiallarından görünür ki, iddiaçı etibarnaməni qonşusu Rəhilənin evinin alınması məqsədilə vermiş, xəstəliyi ilə əlaqədar notarius əməkdaşı onun yaşadığı ünvana gəlmiş, lakin iddiaçı etibarnamənin həqiqi məzmunundan xəbərdar olmamışdır. Həmin etibarnamə əsasında isə əvvəlcə mübahisəli əmlak iddiaçının adına rəsmiləşdirilmiş, daha sonra həmin əmlak cavabdehin həyat yoldaşına bağışlanmışdır.
34. Etibarnamə əsasında həyata keçirilmiş əməliyyatların ardıcıllığı və məzmunu iddiaçının həqiqi iradəsi ilə uzlaşmır. Əgər iddiaçının məqsədi əmlakı qardaşına bağışlamaq olsaydı, bunun üçün geniş səlahiyyətli etibarnamə verməsinə ehtiyac olmazdı, o, birbaşa bağışlama müqaviləsi bağlaya bilərdi. Bundan əlavə, etibarnamə ilə müxtəlif hüquqi hərəkətlər etmək səlahiyyəti verilməsinə baxmayaraq, həmin səlahiyyətdən yalnız mübahisəli əmlakın özgəninkiləşdirilməsi məqsədilə istifadə edilmişdir. Bu hallar etibarnamənin verilmə məqsədi ilə ondan faktiki istifadə arasında açıq ziddiyyətin mövcud olduğunu göstərir.
35. Məhkəmə tərəfindən bu xüsusatlara lazımi hüquqi qiymət verilməmiş, həmçinin həmin dövrdə ** saylı Dövlət Notariat Kontorunun rəhbərinin cavabdehin bacısı olması kimi iş üçün əhəmiyyətli hal da nəzərə alınmamışdır.
36. Bundan başqa, mübahisə yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 58-ci maddəsinə əsasən nümayəndə təmsil etdiyi şəxs adından nə özü üçün, nə də eyni zamanda təmsil etdiyi digər şəxs üçün əqd bağlaya bilməz. Iş materialları ilə müəyyən edilir ki, ##.##.1994-cü il tarixli etibarnamə əsasında cavabdeh Gülmalıyeva (Həsənova) Tamella Həsən qızı mübahisəli əmlakı öz həyat yoldaşı X1 bağışlamışdır. Sonradan, X1 vəfat etməsi ilə açılmış vərəsəlik işi nəticəsində həmin əmlakın mülkiyyəti yenidən cavabdeh Cavabdeh keçmişdir. Beləliklə, nümayəndə formal olaraq əmlakı həyat yoldaşına bağışlasa da, nəticə etibarilə əmlak ailənin ümumi maraqlarına xidmət etmiş və sonradan bilavasitə onun öz mülkiyyətinə keçmişdir. Bu isə 58-ci maddədə nəzərdə tutulmuş qadağanın mahiyyətinə tam uyğundur və nümayəndənin dolayısı ilə özü üçün əqd bağladığını təsdiq edir.
37. Apellyasiya instansiyası məhkəməsinin “cavabdehin bağışlamanı nə özü, nə də təmsil etdiyi digər şəxs üçün etmədiyi” barədə nəticəsi formal xarakter daşıyır və hüquq normasının məqsədinə uyğun gəlmir. Çünki nümayəndə əmlakı öz həyat yoldaşına bağışlamış, sonradan isə həmin əmlak vərəsəlik qaydasında yenidən onun mülkiyyətinə keçmişdir. Bu baxımdan, ##.##.1994-cü il tarixli bağışlama müqaviləsi Azərbaycan SSR Mülki Məcəlləsinin 58-ci maddəsinin tələblərinin pozulması ilə bağlanmış etibarsız əqd hesab edilməli idi.
38. Eyni zamanda, Azərbaycan SSR Mülki Məcəlləsinin 44-cü maddəsinə əsasən qanunun tələblərinə uyğun olmayan əqd etibarsızdır və belə əqd üzrə tərəflər aldıqlarını qarşılıqlı qaydada qaytarmalıdırlar. Bu səbəbdən, 58-ci maddənin tələblərinin pozulması bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün müstəqil və kifayət qədər hüquqi əsas təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. (##.##.2000-ci il tarixə kimi qüvvədə olan).
39. Maddə 39. Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Qanunla müəyyən forması nəzərdə tutulmayan əqdlər şəxsin hərəkətindən onun əqd bağlamağa razı olduğu açıq-aşkar göründüyü halda da bağlanmış hesab edilir.
40. Maddə 41. Yazılı əqdlər onları bağlayan şəxslər tərəfindən imzalanmalıdır. Əgər vətəndaş fiziki qüsuruna, xəstəliyinə və ya hər hansı sair səbəblərə görə əqdi özü imzalaya bilmirsə, onun tapşırığı ilə başqa vətəndaş imzalaya bilər.
41. Maddə 43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur.
42. Maddə 44. Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Etibarsız əqd üzrə tərəflərdən hər biri, əqd üzrə alınmış bütün şeyləri digər tərəfə qaytarmağa borcludur, alınmış şeyləri eyni ilə qaytarmaq mümkün olmadıqda, qanunda əqdin etibarsızlığının sair nəticələri nəzərdə tutulmamışsa, onların dəyərini pulla ödəməlidir.
43. Maddə 52. Aldatma, zor, hədə təsiri altında və ya bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağladığı əqd, habelə vətəndaşın ağır vəziyyətə düşməsi nəticəsində onun üçün son dərəcə əlverişsiz şəraitdə məcburən bağladığı əqd zərər çəkənin, yaxud dövlət təşkilatının, kooperativ və ya sair ictimai təşkilatın iddiası üzrə etibarsız hesab edilə bilər. Əqd göstərilən əsaslardan birinə görə etibarsız hesab edildikdə, digər tərəfin əqd üzrə aldığının hamısı zərər çəkənə qaytarılır, alınanı eyni ilə qaytarmaq mümkün olmadıqda, onun dəyəri pulla ödənilir. Zərər çəkənin əsassız olaraq aldığı dövlət mədaxilinə keçirilir. Bundan əlavə, digər tərəf zərər çəkənin çəkdiyi xərcləri, əmlakın itirilməsi və ya zədələnməsi xərclərini ödəməlidir.
44. Maddə 55. Etibarsız sayılan əqd, bağlandığı vaxtdan etibarsız hesab olunur. Lakin əqdin məzmunundan, onun ancaq gələcək vaxtda xitam edilə biləcəyi məlum olarsa, əqdin qüvvəsi gələcək vaxtda xitam edilmiş sayılır.
45. Maddə 58. Vətəndaşlar və hüquqi şəxslər, öz xarakterinə görə ancaq vətəndaşlar tərəfindən şəxsən bağlanılmalı olan, habelə qanunda göstərilən digər əqdlər istisna olmaqla, əqdləri özlərinin seçdikləri nümayəndələr vasitəsi ilə bağlaya bilərlər. Bir şəxsin (nümayəndənin) digər şəxs (təmsil olunan) adından etibarnaməyə, qanuna, yaxud inzibati akta əsaslanan səlahiyyət üzrə bağladığı əqd bilavasitə təmsil olunan üçün mülki hüquq və vəzifələri yaradır, dəyişdirir və xitam edir. Səlahiyyət, nümayəndənin (pərakəndə satışda - satıcı, kassir və s.) fəaliyyət göstərdiyi şəraitdən də aydın ola bilər. Nümayəndə, təmsil etdiyi şəxs adından nə şəxsən özü üçün, nə də eyni zamanda təmsil etdiyi digər şəxs üçün əqd bağlaya bilməz.
46. Maddə 60. Bir şəxs (etibar edən) adından üçüncü şəxslər qarşısında təmsil olunmaq üçün digər şəxsə (etibar edilənə) verilmiş yazılı səlahiyyət etibarnamə hesab edilir. Bağlanması notariat forması tələb edən əqdlər, habelə dövlət, kooperativ və sair ictimai təşkilatların hərəkətinə dair etibarnamə, bu Məcəllədə nəzərdə tutulan hallar və xüsusi qaydalarla etibarnamənin sair formasına yol verilən digər hallar istisna edilməklə, notariatda təsdiq edilməlidir.
47. Maddə 245. Bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. Bağışlama müqaviləsi əmlak verilən vaxt bağlanmış hesab olunur. Yaşayış evini və tikinti materiallarını bağışlama müqaviləs müvafiq surətdə bu Məcəllənin 230 və 230-1-ci maddələrində müəyyən edilən formada bağlanmalıdır (10, 15, 16, 22). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
56. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
63. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübut edə bilməmişdir.
64. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.
65. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Həmçinin, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.
66. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
69. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
70. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
72. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.