Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1329/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildə təmir işlərinin aparılmasına icazə verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə “İnşaat Konstruksiyaları” MMC arasında ##.##.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ** saylı ünvanda yerləşən 1140 kv.m qeyri-yaşayış sahəsini “İnşaat Konstruksiyaları” MMC-nin sahibliyinə verməyi, sonuncu isə həmin tikilini söküb, 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə etməklə, həmin ərazidə inşa ediləcək binanın, təmirsiz 1-ci, 2-ci, 3-cü mərtəbələrdə hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m sahəsi olan təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
2. Həmçinin müqavilənin 2.1.2-ci və 2.2.2-ci bəndlərinə əsasən “İnşaat Konstruksiyaları” MMC yeni binanın tikintisi başa çatanadək qeyri-yaşayış sahəsini təhvil verdiyi andan aylıq 8.600 manat kirayə haqqı verməyi və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən qeyri-yaşayış sahəsini İddiaçı təhvil verməyi, sonuncu isə söküntüsü nəzərdə tutulan qeyri-yaşayış sahəsində ona məxsus qeyri-yaşayış sahəsinin boşaldılmasını və “İnşaat Konstruksiyaları” MMC-nə təhvil verməyi öhdəsinə götürmüşdür.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı “İnşaat Konstruksiyaları” MMC-nə qarşı 219.142 manat əsas borc, əldən çıxmış faydaya görə 60.000 manat, bank uçot dərəcəsinə görə 12.000 manat olmaqla, ümumilikdə 291.142 manatın “İnşaat Konstruksiyaları” MMC tutularaq ona ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ** saylı ünvanda “İnşaat Konstruksiyaları” MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinə və 3-cü mərtəbədə sahəsi 86 kv.m olan təmirsiz mənzilə İddiaçı mülkiyyət hüququnun tanınması, həmin qeyri-yaşayış və yaşayış sahələrinin onun sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək tərəflər arasında bağlanmış ## #### 2018-ci il tarixli müqavilə ləğv edilməklə “İnşaat Konstruksiyaları” MMC tərəfindən İddiaçı 1.600.000 manat ödənilməklə, onun Bakı şəhəri, Nobel prospekti 13 “A” saylı ünvanda yerləşən sahəsi 1140 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı iddiası qismən- ## ###### 2021-ci il tarixədək kirayə haqqının ödənilməsi hissəsində təmin edilərək, “İnşaat Konstruksiyaları” MMCdən kirayə haqqına görə 206.400 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 206,430 manatın tutularaq İddiaçı verilməsi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ** saylı ünvanda “İnşaat Konstruksiyaları” MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30 faiz əlavə edilməklə həmin binada təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinə və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilinə İddiaçı mülkiyyət hüququnun tanınması, həmin qeyri-yaşayış və yaşayış sahələrinin onun sərəncamına, istifadəsinə, sahibliyinə verilməsinə dair hissədə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh “İnşaat Konstruksiyaları” MMC-nə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nobel pr-ti ** saylı ünvanda cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1-ci, 2-ci və 3-cü mərtəbəsində hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzildə onun tərəfindən təmir işlərinin aparılmasına icazə verilməsi, cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması, nə səbəbdən onun tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbləri barədə qətnamə çıxarılması və cavabdehin rəhbərliyi barədə xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi xahiş olunmuşdur.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflər arasında ##.##.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Nobel pr-ti ** saylı ünvanda cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1-ci, 2-ci və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə sahəsi 86 kv.m olan təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməyi, həmçinin qeyd olunan 1482 kv.m qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilənə qədər hər ay 8.600 manat kirayə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İlk olaraq cavabdeh kirayə haqqı olaraq ödəməli olduğu 8.600 manatı ödəmədiyindən yaranmış borca dair tələb irəli sürülmüşdür. Müqavilə üzrə iddiaçıya təhvil verilməli olan yaşayış və qeyri-yaşayış sahəsi və ümumiyyətlə bina tam inşa olunduğundan mülkiyyətinə, istifadəsinə və sahibliyinə təhvil verilərək, iddiaçının mənzilə köçürülməsi barədə ikinci tələb irəli sürülmüşdür. Hər iki tələbin irəli sürülməsi üçün hüquqi zəmin və subyektiv hüquq yaranmışdır. Belə ki, müqavilə üzrə cavabdeh üzərinə düşən öhtəliklərini icra etmirdi və bu səbəbdən də məhkəməyə müraciət olunmuşdur. Cavabdehlə aralarında bağlanmış ##.##.2018-ci il tarixlin notariatda *M*** saylı reyestrdə qeyd edilmiş müqavilənin ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun pozulması ilə əlaqədar 1.600.000 manatın cavabdeh tərəfindən ödənilməklə Bakı şəhəri, Nobel prospekti 13 “A” saylı ünvanda yerləşmiş 1140 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamənin qəbul olunması barədə qarşılıqlı iddia ərizəsi irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının iddia ərizəsi qismən ## ###### 2021-ci il tarixə kimi kirayə haqqının ödənilməsi hissəsində təmin olunmuş, cavabdehdən cəmi 206.430 manatın alınaraq iddiaçıya verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. AR Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdehdən ##.##.2021-ci il tarixə kimi kirayə haqqı tutulmuşdur. Lakin, həmin tarixdən bu günə kimi cavabdeh tərəfindən ## #### 2018-ci il tarixli müqavilə üzrə öhtəliklər yerinə yetirilmir, o cümlədən hər ay ödənilməli olan 8.600 manat icarə haqqının ödənilməsindən imtina edilir. Belə ki, cavabdeh müqavilə üzrə Bakı şəhəri, Nobel pr-ti ** saylı ünvanda cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1-ci, 2-ci və 3-cü mərtəbədə, hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsininin (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə sahəsi 86 kv.m olan təmirsiz mənzilin ona təhvil verilməsi öhdəliyini icra etməkdən imtina edir. Baxmayaraq ki, bina yalnız sonuncu mərtəbə istisna olmaqla tam inşa olunmuşdur və sonuncu mərtəbənin bilərəkdən inşası dayandırılıb ki, binada olan yaşayış və qeyri-yaşayış sahələrinin təhvil verilməsinin qarşısı alınsın. Tərəflər arasında sonuncu məhkəmə aktı 2023cü ilin fevral ayında qəbul olunsa da, bu günə kimi qüvvədə olan məhkəmə aktlarının heç biri cavabdeh təfərindən icra olunmur. Həmçinin qeyd olunan binanın inşasının yekunlaşması üçün heç bir addım atılmır. Bundan başqa, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində təmir işləri aparılır. İddiaçı həmin binaya buraxılmır və müqavilənin şərtlərinə əsasən ona verilməli olan yaşayış və qeyri-yaşayış sahələri təmirsiz olaraq verilməlidir. Hal-hazırda orda aparılan təmir işləri, iddiaçını narahat edir ki, ona məxsus əmlak cavabdeh tərəfindən qeyri-qanuni yolla özgəninkiləşdirilə bilər. Baxmayaraq ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərardadı ilə Bakı şəhəri, Nobel pr-ti ** saylı ünvanda cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1-ci, 2-ci və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsininin (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə sahəsi 86 kv.m olan təmirsiz mənzilin cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilməsinə dair, həmçinin qeyd olunan 1482 kv.m qeyri-yaşayış sahəsinin özgəninkiləşdirməsinə qadağa qoyulmuşdur. Cavabdeh bilərəkdən məhkəmələrə yalan məlumat verərək, guya binanın tikilib yekunlaşması üçün hələ 2 mərtəbəsi qaldığını və onun inşasına imkanı olmadığını bildirir. Lakin, bina artıq inşa edilmişdir və ilkin lahiyə sənədlərində binanın 18 mərtəbədən ibarət olması göstərilsə də, hal-hazırda guya binanın 20 mərtəbəli olması barədə yalan fikir formalaşdırılır. İddiaçıya məxsus yaşayış və qeyri-yaşayış sahəsi inşa olunub və hal-hazırda əgər orda kimlərinsə, təmir aparmasına icazə verilirsə, ona da icazə verilməlidir və ən azından ona məxsus əmlakı təmir etsin. Cavabdeh binanın inşa olunub yekunlaşması istiqamətində heç bir addım atmır, həmçinin ödəməli olduğu kirayə haqqını da ödəməkdən imtina edir. Belə olan halda ən azından iddiaçıya məxsus əmlakın təmir olunması, ən əsası isə pəncərələrin qoyulmasını təmin etməklə, yağış suyunun içəri axmasının qarşısının alınması tələb olunur.
8. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən təhvil verilməsi nəzərdə tutulan binanın tikintisi hələ başa çatmamışdır. Təxminən 3 ay müddətində binaların tikintisi başa çatacaqdır. Həmçinin iddiaçının ona verilməsini iddia etdiyi və binaya yerli baxış zamanı göstərdiyi sahə müqavilə ilə ona təhvil verilməsi nəzərdə tutulan sahə deyil.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi mahiyyət etibarilə mənzilin və qeyri-yaşayış sahəsinin təhvil verilməsi deməkdir. Lakin, mənzildə və qeyri-yaşayış sahəsində təmir işlərinin aparılması təmin edilə bilməz. Belə ki, həm məhkəmə araşdırması zamanı, həm də mübahisə predmeti olan yüksək mərtəbəli yaşayış binasına yerində baxış zamanı müəyyən olunmuşdur ki, binanın inşası tam başa çatmamış, binada təmir tikinti işləri hələ də davam etməkdədir.
11. İddiaçı, iddia tələbinin əsası kimi mənzildə təmir tikinti işlərinin başa çatdığını bildirsə də, qeyd edildiyi kimi təmir tikinti işləri hələ də davam etməkdədir. Tikintisi başa çatmayan, istismara buraxılma aktı mövcud olmayan binada müvafiq mənzil və ya qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına icazə verilməsi həm mümkün deyil, həm də iddia təmin edildiyi təqdirdə qətnamənin icrası mərhələsində qeyri-müəyyənliklərə səbəb olacaq və icrası mümkün olmayan qətnamə qəbul edilmiş olacaqdır.
12. Məhkəmə, həmçinin onu da qeyd etmişdir ki, iddiaçı əvvəllər də mənzilin və qeyri yaşayış sahəsinin ona təhvil verilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etsə də, həmin iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, “qeyd edilən ünvanda inşa edilməkdə olan çoxmənzilli yaşayış binasında tikinti işləri başa çatmamışdır və hal-hazırda da davam etməkdədir. Burada həmçinin nəzər alınmalıdır ki, qarşılıqlı iddiaçı artıq bir dəfə eyni tələbə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının yuxarıda qeyd edilən ##.##.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddianı rədd edərkən məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, inşa edilən binanın tikintisi tam başa çatdırılmadığına və bina istismara verilmədiyinə görə inşa edilən binanın 1-ci, 2-ci və 3-cü mərtəbəsində, hər bir mərtəbədə 494 kv.metr olmaqla, ümumi sahəsi 1482 kv.m olan təmirsiz qeyri-yaşayış sahəsinə (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə sahəsi 86 kv.metr olan təmirsiz mənzilə iddiaçının mülkiyyət hüququnun tanınması, həmin qeyri-yaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsi mümkün deyildir.
13. Göründüyü kimi, qarşılıqlı iddiaçı eyni tələbi yenidən irəli sürərkən həmin qətnamənin qəbul edilməsindən sonrakı müddət ərzində binanın tikintisinin başa çatmasına istinad etmişdir. Lakin qeyd edildiyi kimi, hazırkı işin araşdırılan halları ilə binanın tikintisinin yekunlaşmadığı və tikinti işlərinin davam etdiyi müəyyən olunmuşdur.
14. Həmçinin mülki iş materiallarında Bakı şəhəri, Nobel prospekti ** saylı ünvanda cavabdeh tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının layihəsindən görünür ki, layihədə binanın 20 mərtəbədən ibarət olması nəzərdə tutulmuşdur. Lakin, məhkəmə araşdırması sazanı müəyyən edilmişdir ki, hal-hazıradək binanın 18 mərtəbəsi inşa edilmişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının sözügedən qətnaməsi qəbul edildikən sonra da hər hansı dəyişiklik baş verməmiş, binanın inşası başa çatdırılmamışdır.
16. Digər tərəfdən, məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçının təmir işlərinin apraılmasına icazə verilməsini tələb etdiyi və binaya yerin də baxış zamanı da onun iddia etdiyi sahə tərəflər arasında ##.##.2018-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilməsi nəzərdə tutulan sahə deyil.
17. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında razılaşmaya əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ** saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi sökülməli onun yerində bina tikilməli və həmin qeyri-yaşayış sahəsinin yanındakı binadan iddiaçıya mənzil verilməli idi. Lakin, yerli baxış zamanı məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçının təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi sahə iddiaçıya məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerində deyil.
18. Beləliklə, məhkəmə qeyd etmişdir ki, iddiaçının təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi sahəyə dair onun sahiblik və istifadə hüququnun tanınması öz təsdiqini tapmadığından, iddia tələbi təmin edilə bilməz.
19. Məhkəmə, iddia tələbinin cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin qanunsuz hərəkətlərin dəqiq olaraq nədən ibarət olmasını iddia tələbində qeyd etməmişdir.
20. Məhkəmə öz hüquqi mövqeyini AR MPM-nin 216-220-ci maddələrinə istinad eetməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddianın irəli sürülməsinin əsası kimi iddiaçıya məxsus qeyri-yasayıs sahəsində cavabdeh və ya 3-cü şəxslər tərəfindən təmir işlərinin aparılması olmuşdur ki, cavabdehlə aralarında olan müqaviləyə əsasən əmlaklar təmirsiz şəkildə iddiaçıya təhvil verilməli idi. Bu səbəbdən cəvabdeh binanın inşa olunmasında maliyyə çətinliyi çəkdiyi halda nə səbəbdən ona təmirsiz verilməli olan əmlakların təmir etdirməsi şübhələr yaratdığından, həmin əmlakların iddiaçının özü tərəfindən təmir olunması tələbi irəli sürülmüşdür. Bina layihədə nəzərdə tutulduğu kimi 20 mərtəbəsi inşa olunmuşdur və yalnız cavabdehin özünündə qeyd etdiyi kimi komunikasiya xətlərinin quraşdırılması işləri aparılır. İddianın əsas məqsədi tərəflər arasında müqavilədə əmlakların təmirsiz verilməsi nəzərdə tutulduğu halda cavabdehin qanunsuz hərəkətlərindən narahat olması və əgər təmir aparılması mümkündürsə, həmin təmir işlərinin özü tərəfindən aparılması olmuşdur. Əgər binanın tikintisi başa çatmayıbsa nə səbəbdən cavabdeh və ya onun icazəsi ilə 3-cü şəxslər orada təmir işləri aparırlar. İddiaçı tərəfindən cavabdehə qarşı 2021 və 2023-cü illərdə mənzilin və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər 2 halda məhkəmələr binanın inşasının yekunlaşmaması səbəbindən, yəni həmin illərdə binanın 20 mərtəbəsindən yalnız 18 mərtəbəsi inşa olunduğundan iddia tələbi rədd edilmişdir. Lakin indiki halda binanın 20 mərtəbəsinin 20-də inşa olunmuşdur. Lakin məhkəmə yerli baxış keçirsə də binanın bütün mərtəbələrinin inşa olunub yekunlaşmasına diqqət yetirməmişdir. Qəbul edilsə ki, məhkəmə dediyi kimi bina tam inşa olunmayıb, onda sual yaranır nə səbəbdən iddiaçıya məxsus olan əmlakı cavabdeh təmir elətdirir. Onun buna nə marağı var. Əgər müqavilə üzrə belə bir öhdəliyi yoxdursa. Qətnamədə qeyd edilmişdir ki, məhkəmə qeyd edir ki, tərəflər arasında razılaşmaya əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ** saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi sökülməli, onun yerində bina tikilməli və həmin qeyri-yaşayış sahəsinin yanındakı binadan iddiaçıya mənzil verilməli idi. Lakin, yerli baxış zamanı məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi sahə iddiaçıya məxsus əvvəlki qeyriyaşayış sahəsinin yerində deyil. Beləliklə, məhkəmə qeyd etmişdir ki, iddiaçının təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi sahəyə dair iddiaçının sahiblik və istifadə hüququ tanınması öz təsdiqini tapmadığından, iddia təmin edilə bilməz. Mübahisələndirilən qətnamənin bu bəndi ümumiyyətlə iddia tələbinin rədd olunmasına dair məhkəmənin gəldiyi digər bəndlərlə, ən əsası isə indiyə kimi qəbul olunmuş 9 məhkəmə aktı ilə tam ziddiyət təşkil edir. İlk olaraq cavabdeh özü bu prosesin əvvəlki iclaslarında binanın tam inşa olunmaması səbəbi ilə iddianın təmin olunmasının mümkünsüzlüyünü qeyd etmişdir. Bununla da mübahisələndirilən qətnamənin 16-cı abzası ilə məhkəmə cavabdehin qanunsuz əməllərinə hüquqi don geyindirməyə çalışmışdır. Qətnamənin 17-ci abzasında qeyd edilmişdir ki, məhkəmə iddia tələbinin cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin qanunsuz hərəkətlərin dəqiq olaraq nədən ibarət olmasını iddia tələbində qeyd etməmişdir. Bununla bağlı bildirmək istəyir ki, ilk olaraq cavabdeh iddiaçıya məxsus əmlaklarda qanunsuz təmir işlərini aparırdı və elə məhkəmənin qərardadı ilə MTT olaraq bu işlərin aparılması müvvəqəti olaraq dayandırılmışdır. Həmçinin binanın inşası yekunlaşsa da və orada təmir işlərinin aparılması mümkündürsə, deməli iddiaçıya da bu icazə verilməlidir. Üçüncü şəxslərin iddiaçıya məxsus əmlaklardan istifadə etmələrinin qadağan olunması ilə bağlı bu fakt MTT barədə qərardadın icrası zamanı icra məmuruna orda olan üçüncü şəxslərin izahatları ilə təsdiq olunur. Əgər cavabdehin əməlində qanunsuzluq yox idisə nə səbəbdən onun barəsində xüsusi qərardad qəbul olunur. Nə səbəbdən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbləri barədə cavabdeh tərəfindən məlumatın verilməsi barədə iddia tələbinə ümumiyyətlə məhkəmə mövqe bildirməmişdir. Cavabdehin nümayəndələri məhkəmə iclasında bu barədə mövqe olaraq 6 ay ərzində binanın inşa olunacağını və tezliklə iddiaçı ilə barışığın əldə olunacağını bildirmişdilər və məhkəmə iclasının video və audio yazısına baxış keçirilsə bu fakt öz təsdiqini tapar. Lakin, cavabdeh sonradan iddiaçıda əmlakın cizgi planının olmamasını bildirərək mövqeyini dəyişmişdir. Bu əsas vermir ki, məhkəmə bu tələbə dair mövqe bildirməsin və cavbdehin üzərinə belə bir öhdəlik qoymasın. Apellyasiya şikayətində mübahisələndirilən qətnamədə inşası yekunlaşmayan bina ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmayaraq, bildirmək istəyir ki , bina lahiyədə nəzərdə tutulan hündürlükdə inşa olunmuşdur, binan qarşısında olan qoruyucu hasar tam olaraq sökülmüşdür və iddiaçının ona məxsus əmlakda təmir işlərinin başlamsı üçün heç bir maneə qalmamışdır. Bundan başqa, nəzərə almaq lazımdır iddiaçıya məxsus əmlak 2018-ci ildə sökülüb və həmin tarixdən sonra məhkəmə aktları ilə ümumilikdə 335.400 manatın cavabdehdən tutulması qət olunsa da, bu günədək nə icarə haqqı ödənilir, nə də məhkəmə aktları ilə ödənilməli olan vəsait ödənilir, nə də ki, həmin əmlakların təmir olunmasına imkan verilir. Məhkəmə işin hallarına və sübutlara düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə heç bir əsas olmadan qeyd etmişdir ki, iddiaçıya məxsus əvvəlki əmlak, hazırda inşa olunan binanın yerində olmadığından, belə bir iddia tələbi irəli sürmək üçün əsas yoxdur. Halbuki, məhkəmə özü etiraf etmişdir ki, həmin qeyri-yaşayış sahəsinin yanındakı binadan iddiaçıya mənzil verilməli idi. Məhkəmə aktları ilə təsdiq olunmuş bir faktın qəbul edilməməsi yolverilməzdir. Yerli baxış keçirən məhkəmə qeyd etmişdir ki, binanın 18 mərtəbəsi inşa olunmuşdur. Halbuki, binanın lahiyədə göstərildiyi kimi 20 mərtəbəsinin hamısı inşa olunub. Müayinənin nəticələri məhkəmə iclasının protokolunda yazılır. Müayinə zamanı tərtib olunmuş və yoxlanılmış planlar, sxemlər, çertyojlar, hesablamalar, sənədlərin surətləri, müayinə zamanı çəkilmiş videoyazılar, yazılı və maddi sübutların fotoşəkilləri, habelə ekspertin yazılı rəyi və mütəxəssisin şərhi protokola əlavə edilir, yuxarıdada qeyd etdiyi kimi, məhkəmə yerli baxış keçirsə də, mahiyyətdən kənar çıxaraq tərəflər arasında gedən 5 illik məhkəmə proseslərində indiyə kimi səslənməyən bir fikri, yəni cavabdeh tərəfindən inşa olunan bina iddiaçıya məxsus əvvəlki əmlakın yerində tikilmədiyini əsas gətirərək, iddiaçını cavabdehin inşa etdirdiyi binada olan əmlakdan məhrum etməyə çalışaraq əsassız olaraq iddianı rədd etmişdir. Halbuki, bu fakt müzakirə predmeti belə ola bilməzdi. Çünki məhkəmə aktları ilə bu məsələyə qiymət verilmişdir.
23. AR Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən göndərilmiş məktuda qeyd edilmişdir ki, işlərin çox böyük həcmli olduğunu, ölkənin müxtəlif şəhər və rayonlarını əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsi birbaşa Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə tapşırıldığı və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, ekspertiza tədqiqatının aparılması üçün hazırda hər hansı mütəxəssisin ayrılması mümkün olmamışdır. Ona görə də ekspertizanın keçirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və ya bu sahədə ixtisaslaşmış özəl qurumların mütəxəssislərinin cəlb edilməsi xahiş olunmuşdur.
24. ##.##.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ** saylı ünvanda F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində Bakı şəhəri, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən möhür və imza ilə razılaşdırılmış layihədə üç ədəd 20 mərtəbəli yaşayış binası, iki ədəd 3 mərtəbəli qeyri-yaşayış binası və 1 ədəd iki mərtəbəli qeyri yaşayış binası layihələndirildiyindən, tərəflər arasında ##.##.2018-ci il tarixdə bağlanmış müqavilədə qeyd olunan Bakı şəhəri, Nobel pr-ti ** saylı ünvanda cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1-ci, 2-ci və 3- cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinin hansı binada (layihələndirilən 20 mərtəbəli yaşayış binasında və ya üç mərtəbəli qeyri-yaşayış binalarında) yerləşməsi göstərilmədiyindən və müqaviləyə qeyd olunan sahənin cizgisi əlavə olunmadığından, ##.##.2018-ci il tarixli müqavilədə qeyd olunan 1-ci, 2-ci, və 3cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyriyaşayış sahəsinin hansı binanın (binaların) hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. AR Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ##.##.2018-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ** saylı ünvanda F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən möhür və imza ilə razılaşdırılmış layihədə üç ədəd 20 mərtəbəli yaşayış binasının layihələndirilməsini və həmin yaşayış binalarında 4-20-ci mərtəbələrdə yaşayış mənzillərinin layihələndirilməsini nəzərə alaraq, tərəflər arasında ##.##.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Nobel pr-ti ** saylı ünvanda cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 3-cü mərtəbədə sahəsi 86 kv.m olan mənzilin yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır. Tədqiqatın ikinci sualı üzrə AR Fövqəladə Hallar Nazirliyinin çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binasının kompleksinin) istismara hazır olması ilə bağlı rəyi təqdim edildikdən sonra, qeyriyaşayış və yaşayış sahələrində təmir işlərinin aparılması mümkün ola bilər.
25. “xxxx” MMC tərəfindən verilmiş rəydə göstərilir ki, Bakı şəhəri, Nobel prospekti 13 “A” (3 mərtəbəli, mansard və zirzəmi ilə birlikdə) saylı ünvanda söküntüdən öncə iddiaçıya məxsus olan 1140,0 kv.metr qeyri-yaşayış sahəsinin hər mərtəbə üzrə təqribən 118,0 kv.metr sahəsinin (ümumilikdə 590,0 kv.metr) Bakı şəhəri, Nobel prospekti ** saylı ünvanda cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1-ci, 2-ci və 3-cü mərtəbələrində hər mərtəbədə 494,0 kv.metr olmaqla, ümumi sahəsi 1482,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Yəni, yaşayış binasının bir hissəsi faktiki olaraq iddiaçıya məxsus qeyri-yaşayış binasının sökülərək yerində inşa edilmişdir. Tədqiq olunan yaşayış binasının 1-ci, 2-ci və 3-cu mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin ayrıayrılıqda hər birinin sahəsi 494,0 kv.metr müəyyən olunmuşdur ki, bu da tərəflər arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilədə göstərilən sahə ilə üst-üstə düşür. Yəni müqavilədə qeyd olunan hər mərtəbə üzrə 494,0 kv.metr olmaqla, ümumi sahəsi 1482,0 kv.metr olan yaşayış binasının 1-ci, 2-ci və 3-cu mərtəbəsində mövcud olan sahəyə uyğundur. Tədqiq olunan tikililərin planlı şəkildə üst-üstə düşməsi və üst-üstə düşən sahənin hansı hissədə yerləşməsi tədqiqat hissədə tərtib edilmiş sxemdə ətraflı göstərilmişdir. Qeyd olunur ki, cavabdeh tərəfindən tədqiq olunan ərazidə inşa edilmiş hündür mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində mənzil sahəsi mövcud deyil. Cavabdeh tərəfindən tədqiq olunan ərazidə inşa edilmiş hündür mərtəbəli yaşayış binasının 1-ci, 2-ci və 3-cü mərtəbələrində yeləşən tikililərdə lift qurğusu istisna olunmaqla, digər tikinti-quraşdıma işlərinin əsasən başa çatdığını nəzərə alaraq, tikinti- təhlükəsizlik normalarının tələblərinə müvafiq mübahisə (müəyyən) edilən qeyri-yaşayış sahələrində təmir işləri aparılmasının mümkün olduğu müəyyən edilir.
26. AR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza aparılmasından imtina edilməsi haqqında ## ### 2025-ci il tarixli məlumatdan görünür ki, ##.##.2025-ci il tarixə təyin edilmiş məhkəmə tikinti ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə dair AR Fövqaladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyinin təqdim olunması zəruri olduğundan, bu barədə məhkəməyə ##.##.2025-ci il tarixli vəsatət göndərilmişdir. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq vəsatətdə qeyd olunan əlavə materiallarla bağlı hər hansı məlumat Mərkəzə təqdim olunmamışdır. Bu səbəbdən də qərardadda qoyulmuş suallar üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi və vəkili vəkil1 tərəfindən təqdim edilmiş texniki pasport və əlavə sənədlərə əsasən, ünvan 3 “D” saylı ünvanda yerləşən qeyriyaşayış
27. sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Füzuli oğlunun adına qeydiyyatda keçmiş və texniki pasport verilmişdir.
28. Məhkəmə kollegiyası tərəfindən yerində müayinə keçirilmiş, müayinə zamanı Bakı şəhəri, Xətai rayonu, A.Cəlilovla F.Bayramov küçələrinin kəsişməsində mübahisə edilən tikilidə müqaviləyə uyğun qeyri-yaşayış sahəsinin mövcudluğu, lakin binanın 3-cü mərtəbəsində yaşayış sahəsinin mövcud olmadığını, yaşayış sahələrinin binanın üst mərtəbələrində və bitişik binada olduğu, üst mərtəbələrdə bəzi yaşayış sahələrinin qapılarının bağlı olduğu, qapısı açıq olan mənzillərdə isə bəzilərində ilkin təmir işlərininin başlandığı və müəyyən təmir üçün nəzərdə tutulan əşyaların mövcudluğu müəyyən edilmişdir.
29. Məhkəmə kollegiya tərəfindən Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu edilmiş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olmadığından, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır.
30. AR Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinnin ## ###### 2025-ci il tarixli ekspert rəyində göstərilir ki, AR Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ##.##.2018-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ** saylı ünvanda F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinın möhür və imzası ilə razılaşdırılmış layihədə üç ədəd 20 mərtəbəli yaşayış binası, iki ədəd 3 mərtəbəli qeyri-yaşayış binası və 1 ədəd iki mərtəbəli qeyri yaşayış binası layihələndirildiyindən, tərəflər arasında ##.##.2018-ci il tarixdə bağlanmış müqavilədə qeyd olunan Bakı şəhəri, Nobel pr-ti ** saylı ünvanda cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1-ci, 2-ci və 3- cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinin hansı binada (layihələndirilən 20 mərtəbəli yaşayış binasında və ya üç mərtəbəli qeyri-yaşayış binalarında) yerləşməsi göstərilmədiyindən və müqavilədə qeyd olunan sahənin cizgisi əlavə olunmadığından, ##.##.2018-ci il tarixli müqavilədə qeyd olunan 1-ci 2-ci və 3- cü mərtəbədə hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinin hansı binanın (binaların) hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. ##.##.2018-ci il tarixli AR Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ##.##.2018-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekkti ** saylı ünvanda F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin möhür və imza ilə razılaşdırılmış layihədə üç ədəd 20 mərtəbəli yaşayış binasının layihələndirilməsi və həmin binaların 4-20-ci mərtəbələrdə yaşayış mənzillərinin layihələndirilməsi müəyyən edilmişdir. Layihə sənədlərinə əsasən 3-cü mərtəbədə sahəsi 86 kv.m olan mənzil layihələndirilməmişdir. Bakı şəhəri, Nobel pr-ti 13 “A” (3 mərtəbəli mansard və zirzəmi ilə birlikdə) saylı ünvanda söküntüdən öncə iddiaçıya məxsus olan 1140 kv.m qeyri-yaşayış sahəsinin koordinatları barədə iş materiallarında məlumat olmadığından, ##.##.2018-ci il tarixdə bağlanmış müqavilədə qeyd olunan 1-ci, 2-ci və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinin hansı binanın (binaların) hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmadığından, qeyd ounan sahələrin üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. AR Fövqəladə Hallar Nazirliyinin çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binasının kompleksinin) istismara hazır olması ilə bağlı rəyi təqdim edildikdən sonra qeyri-yaşayış və yaşayış sahələrində təmir işlərinin aparılması mümkün ola bilər. ##.##.2018-ci il tarixli müqavilədə qeyd olunan 1-ci, 2-ci və 3- cü mərtəbədə hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinin hansı binanın (binaların) hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmadığından, qeyd olunan sahənin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Füzuli oğlunun mülkiyyətində olan ünvan 2 “D” saylı ünvanda yerləşən 1684.2 kv metr qeyri-yaşayış sahəsi ilə tam və ya qismən üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən, məruzəçi), Günel Abbasova və Məmməd Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilməklə, yeni qətnamə qəbul edilmiş, Bakı şəhəri, Nobel pr-ti ** saylı ünvanda cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1-ci, 2-ci və 3-cü mərtəbədə hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyriyaşayış sahəsi ( lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə sahəsi 86 kv.m olan təmirsiz mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməklə, təhlükəsizlik qaydalarına uyğun olaraq iddiaçıya təmir işlərinin aparılmasına olan maneələrin (müqavilə üzrə öhdəliklərin icrasından yayınmasına yönəlik qanunsuz hərəkətləri) cavabdeh tərəfindən dayandırılması, qətnamə icra olunan vaxt qətnamənin icrası naturada mümkün olmadıqda isə, cavabdehin təhvil verilməli əmlakın dəyərinin (icra qaydasında müəyyən edilərək) iddiaçıya verilməsininin təmin etməsi qət edilmişdir.
32. Məhkəmə kollegiyası işin hallarını tədqiq edərək belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, hazırkı mübahisə tərəflər arasında ilk məhkəmə mübahisəsi deyil. Bundan əvvəl də tərəflər arasında kirayə pulunun ödənilməsi və məzilin təhvil verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarları olmuşdur. Həmin qərarları nəzərdən keçirərkən müəyyən edilmişdir ki, hazırkı məhkəmə mübahisəsinə qədər olan işlərdə iddiaçının təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi sahənin iddiaçıya məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerində olmaması ilə bağlı cavabdeh tərəfindən hes bir fikir səsləndirilməmiş, sadəcə binanın inşasının başa çatmaması ilə bağlı mövqe nümayiş olunmuşdur. Hazırkı mərhələdə binanın tikilib başa çatdığı, sadəcə cavabdehin müqavilə münasibətlərindən irəli gələn öhdəliklərindən yayınmaq istəyərək hüquqdan sui-istifadə etdiyi müəyyən edilir.
33. Belə ki, məhkəmə kollegiyası işin araşdırılması zamanı Bakı şəhəri, Xətai rayonu, A.Cəlilovla F.Bayramov küçələrinin kəsişməsində mübahisə edilən tikilidə müqaviləyə uyğun qeyri-yaşayış sahəsinin mövcudluğunu, lakin üçüncü mərtəbədə yaşayış sahəsinin mövcud olmadığını, yaşayış sahələrinin binanın üst mərtəbələrində və bitişik binada olduğunu, habelə qeyd edilən və ona bitişik binada olan mənzillərdə təmir işlərinin aparıldığını müəyyən etmişdir.
34. Müqavilədə qeyd edilmiş yaşayış sahəsinə dair məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əmlakının söküldüyü mübahisə edilən ərazidə yerləşən binada yaşayış sahələrinin mərtəbələrinin hesablanması qaydası, yəni yaşayış sahələri üzrə mərtəbələrin sayının rəsmiləşdirilməsinə dair məlumatların olmaması, habelə bu binaya bitişik olan binadan verilməsinin mümkün olub-olmadığı müəyyən edilmir. Cünki, yerində müayinə zamanı göstərilən binaya bitişik binanın üçüncü mərtəbəsində mənzillərin olduğu və təmir işlərinin aprıldığı müəyyən edilmişdir.
35. Beləliklə, birinci instansiya məhkəməsi tələbin mahiyyətinə düzgün hüquqi qiymət versə də, nəticə etibarilə iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması müstəvisində müqavilə öhdəliklərinin təmin edilməsindən yayınan cavabdehin mülki məsuliyyətinə zəruri qiymət verməmişdir. Halbuki, məhkəmə bu pozuntuya əsas olan halların araşdırılması üçün cinayət təqibinin zəruriliyini müəyyən edən (“İnşaat Konstruksiyaları” MMC-nin rəhbərlərinin əməlində cinayətin əlamətlərinin olub-olmamasının yoxlanılması üçün) iş üzrə xüsusi qərardadda qəbul etmişdir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçının əmlak hüquqları tanındığından və mübahisələndirilmədiyindən, lakin icrası təmin edilmədiyindən, hazırki münasibətlərin qayəsini təşkil edən iddiaçının əmlak hüquqları təmin edilməlidir. Bu yönəmdə qeyd edilməlidir ki, bu təminat cavabdehin mübahisələndirilməyən müqavilə öhdəliklərindəndən irəli gəlir.
37. Diqqətə çatdırılmalıdır ki, iddiaçı ona mənsub olan və kifayət qədər yüksək dəyərə malik olan (1140 kv.m qeyri-yaşayış) əmlak hüquqlarından mərhum olunmuş, müqavilə müddətində onun bu hüquqları bərpa olunmamışdır. Cavabdehin hazırki iş üzrə dəlillərinin əsası ondan ibarətdir ki, iddiaçıya aid binanın yerində yeni bina inşa edilməmişdir. Lakin məhkəmə kollegiyasının araşdırma zamanı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerinin bir hissəsində, yəni Bakı şəhəri, Xətai rayonu, A.Cəlilovla F.Bayramov küçələrinin kəsişməsində məhz tələb edilən yeni tikilinin olduğu müəyyən edilir və ümumiyyətlə, müqavilədə yeni əmlakların verilməsi “həmin ərazidə inşa ediləcək bina”da göstərilmişdir.
38. Beləliklə “həmin ərazidə inşa ediləcək bina” anlamı birbaşa (biləvasitə) iddiaçıya məxsus olmuş sökülən binanın yerində olması demək deyil. Podrat, dəyişdirmə və alğı-satqı müqavilələrinin ünsürlərini cəmləyən qarışıq müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilmə vəzifəsi və mülki məsuliyyəti, faktoloji və qanunvericilik əsaslarla müəyyən edilən, işin mübahisə edilməyən hallarıdır. Tələbdə təmir işlərinin təmin edilməsi və cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması və s. əks edilsə də tələbin mahiyyəti əmlakların ona təqdim edilməsi ilə bağlı cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsi olmuşdur.
39. Qeyd edilməlidir, şəxsin məhkəməyə müraciəti zamanı tələbin düzgün tərtib edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən müvafiq izahlar verməklə onun əsl mahiyyətindən irəli gələrək formalaşdırılması üzrə prosessual hərəkətlər aparılmamışdır. Baxmayaraq ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir.
40. Ona görə, cavabdeh iddiaçının pozulmuş hüquqlarının bərpasının təmin edilməsində təxirəsalınmaz həssaslıq nümayiş etdirməli müqavilədə qeyd edilən əmlakların təqdim etməklə və ya razılıq əsasında digər formada (natura və ya pul şəklində) əvəzləşdirmə aparmaqla öhdəliklərini yerinə yetirməlidir (öhdəliklərin xitamına nail olmalıdır). Hazırki mülki münasibətlərdə əmlakların təhvil verilməklə təmir işlərinin aparılmasına olan maneələrin mövcudluğu yalnız təhlükəsizlik qaydaları ilə məhdudlaşa bilər ki, bu amillər baxımından da təmir işlərinin aparılması buna ixtisaslı hüququ olan peşəkar şəxslər tərəfindən həyata keçirilməsini tələb edir. Bu zaman (istismara verilənədək) şəxslərin təhlükəsizliyinin təmin edilməsində cavabdeh tərəfindən təmin edilməlidir.
41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilməli, müqavilə öhdəlikləri üzrə qeyri-yaşayış sahəsi və mənzil iddiaçıya təhvil verilməklə, təhlükəsizlik qaydalarına uyğun olaraq, iddiaçıya təmir işlərinin aparılmasına cavabdeh tərəfindən edilən maneələr (cavabdehin müqavilə üzrə öhdəliklərin icrasından yayınmasına yönəlik qanunsuz hərəkətləri) dayandırılmalı, müqavilə azadlığı müstəvisində münasibətlər və əmlakların dəyişkən qiymətləri nəzərə alınmaqla, icra olunan vaxt əmlakların mövcud (uyğun) olmadığı və ya digər səbəblərdən qətnamənin icrası naturada mümkün olmadığı halda, cavabdehdən alınmalı əmlakın dəyərinin (icra qaydasında müəyyən edilərək) iddiaçıya verilməsi təmin edilməlidir.
42. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 386.1, 404.1, 404.2, 404.3, 404.4, 404.5, 425.1, 425.2, 560.1, 560.2, 560.3, 648.1, 648.2-ci, habelə MPM-in 14.1, 77.1, 88, 103.1-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
43. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, identifikasiya edilə bilməyən və ya layihədə nəzərdə tutulmayan obyektə dair sərəncam verilməsi və ya onun kiməsə təhvilinin qət edilməsi AR Mülki Məcəlləsinin 442-ci maddəsinin mənasına görə icranın obyektiv mümkünsüzlüyüdür. Apellyasiya məhkəməsi layihədə və təbiətdə mövcud olmayan “fiksiv” bir mənzilin və identifikasiyası mümkün olmayan qeyri-yaşayış sahəsinin təhvilini qət etməklə maddi hüququn imperativlərini kobudcasına pozmuşdur. Təhvil verilməsi qət edilən 1482 kv.m sahə ilə bağlı AR Ədliyyə Nazirliyinin ## ###### 2025-ci il tarixli ekspert rəyində mütləq şəkildə təsbit edilmişdir ki, iddiaçıya məxsus olmuş (sökülmüş) 1140 kv.m qeyri-yaşayış sahəsinin koordinatları barədə iş materiallarında məlumat olmadığından, həmin söküntüsü aparılan tikintinin özünün yerini müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar olaraq, iddiaçının sökülmüş obyekti ilə hazırda tələb edilən obyektin eyni olması müəyyən edilməmişdir və onların üst-üstə düşməsini təsdiq edən heç bir hüquqi-faktiki sübut mövcud deyil. Ekspertiza tərəfindən yeri və eyniliyi müəyyən edilə bilməyən bir sahəni cavabdehdən alıb iddiaçıya təhvil vermək obyektsiz və hüdudları bəlli olmayan qanunsuz icra öhdəliyi yaratmaqdır. Məhkəmə kollegiyası qətnamənin nəticə hissəsində üçüncü mərtəbədə sahəsi 86 kv.m olan mənzilin təhvilini qət etsə də, AR Fövqəladə Hallar Nazirliyinin ##.##.2018-ci il tarixli rəyində birmənalı olaraq müəyyən edilmişdir ki, mübahisə edilən binanın layihə sənədlərinə əsasən, üçüncü mərtəbədə sahəsi 86 kv.m olan mənzil ümumiyyətlə layihələndirilməmişdir. Məhkəmə layihədə olmayan bir əşyanın “təhvilini” qət etməklə mülki dövriyyədə mövcud olmayan xəyali obyekt daxil etmişdir. Qanunun mənasına görə, bina tam inşa olunub dövlət komissiyası tərəfindən istismara qəbul edilənədək, o, hüquqi cəhətdən daşınmaz əmlak deyil, sadəcə podrat müqaviləsi üzrə “görülməli olan işin nəticəsidir” və “işin nəticəsinin” təhvil verilməsi yalnız bina istismara qəbul edildikdən sonra mümkündür. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 102.1-ci maddəsi istismarına icazə verilməyən obyektdə hər hansı təmir-istismar fəaliyyətinin aparılmasını imperativ qaydada, dövlət təhlükəsizliyi naminə qadağan edir. Apellyasiya məhkəməsi bu münasibətləri qanunsuz olaraq “alğı-satqı” kimi qiymətləndirmiş, faktiki olaraq binanın inşasının başa çatmadığını və istismara qəbul edilmədiyini təsdiq etdiyi halda, iddiaçıya orada “təmir işlərinin aparılmasına” icazə vermiş və əmlakın “təhvilini” qət etmişdir. Mülki hüquq doktrinasına və AR Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli qərarında formalaşmış məhkəmə təcrübəsinə görə, podrat münasibətlərində “mülkiyyət hüququ ilə verilmə” anlayışı yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə məhdudlaşmır, həm də əmlakın üçüncü şəxsə faktiki təhvil verilməsini və onun tərəfindən sahibliyin əldə olunmasını əhatə edir. Məhkəmə iddiaçının tələbini təmin edərkən AR Mülki Məcəlləsinin 452.1-ci maddəsinin dispozisiyasını və Ali Məhkəmənin yuxarıda qeyd olunan formalaşmış təcrübəsini kobud şəkildə təhrif etmişdir. Hazırkı işdə mübahisə predmeti olan qeyri-yaşayış sahəsi (Afiyəddin Cəlilov küçəsi, 80 “D” ünvanı) artıq rəsmi olaraq üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Füzuli oğlunun adına rəsmi dövlət qeydiyyatına alınmış (texniki pasport verilmiş) və onun faktiki sahibliyindədir. Əmlak artıq üçüncü şəxsin qanuni sferasına daxil olduğu andan borclunun (cavabdehin) həmin əşya üzərində sərəncam hüququ aradan qalxır, iddiaçının isə obyekti naturada tələb etmək hüququ qəti şəkildə aradan qalxır. Şəxsin malik olmadığı hüququ başqasına verməsi (Nemo dat quodnon habet prinsipi) hüquqən qeyri-mümkündür. Apellyasiya məhkəməsi üçüncü şəxsin adına olan əmlakın təhvilini qət etməklə mülkiyyət toxunulmazlığı prinsipini və AR Mülki Məcəlləsinin 452.1-ci maddəsinin qanunvericilik mənasını tamamilə inkar etmiş, iddiaçının aradan qalxmış tələb hüququnu qanunsuz olaraq bərpa etmişdir. AR MPM-nin 9.1-ci maddəsinə əsasən, mülki mühakimə icraatı dispozitivlik prinsipi əsasında həyata keçirilir, yəni tərəflər öz prosessual hüquqlarından, o cümlədən iddianın predmeti və əsaslarından sərbəst şəkildə sərəncam verirlər. Həmin Məcəllənin 372.4-cü maddəsi birmənalı olaraq məhkəmənin tərəflərin apellyasiya şikayətində göstərdiyi tələblər hüdudunda işə baxmalı olduğunu, yalnız iddiaçının irəli sürdüyü tələb üzrə çıxarılmasını tələb edir. Məhkəmə iddiaçının iradəsi xaricində iddia predmetini genişləndirə və ya mahiyyətini dəyişə bilməz. Apellyasiya məhkəməsi bu fundamental prosessual normaları inkar edərək, iddiaçının belə bir tələbi olmadığı halda, cavabdehin üzərinə “əmlakın təhvil verilməsi” öhdəliyini qoymuşdur. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinin predmetini birmənalı olaraq “mənzildə təmir işlərinin aparılmasına icazə verilməsi və maneələrin aradan qaldırılması” tələbi təşkil edir. İddiaçı tərəfindən cavabdehə qarşı mülkiyyətin “təhvil verilməsi” barədə heç bir iddia qaldırılmamışdır. Məhkəmə kollegiyası qətnamənin əsaslandırma hissəsində (Bənd 29- 30) özbaşına bir hüquqi fərziyyə irəli sürərək qeyd etmişdir ki, “təmirə icazə tələbi mahiyyət etibarilə əmlakın təhvil verilməsi deməkdir”. Bu yanaşma ilə məhkəmə iddiaçının hüquqi iradəsini öz subyektiv qənaəti ilə əvəzləmişdir. “Təmirə şərait yaratmaq” öhdəliyi ilə “əmlakın fiziki təhvili” öhdəliyi maddi hüquq müstəvisində tamamilə fərqli hüquqi kateqoriyalardır. Məhkəmə tərəfindən iddia predmeti olmayan bir məsələ üzrə qərar çıxarılması cavabdehin müdafiə hüququnu iflic etmişdir, çünki cavabdeh yalnız “təmirə icazə” tələbinə qarşı prosessual müdafiə qurmuşdur. Bu pozuntu AR MPM-in 418.1-ci maddəsinə əsasən qətnamənin mütləq ləğvi üçün əsas olan ciddi prosessual xətadır. İş materiallarında olan AR FHN-in ##.##.2018-ci il tarixli rəydə üçüncü mərtəbədə mənzilin layihədə olmadığını, Ədliyyə Nazirliyinin ##.##.2025-ci il tarixli rəyində isə iddiaçının sökülən sahəsi ilə hazırkı sahənin üst-üstə düşməsini müəyyən etməyin mümkün olmadığını birmənalı təsbit etmişdir. Apellyasiya məhkəməsi bu rəsmi sübutları görməzdən gələrək, özbaşına vizual “yerində müayinə” (Bənd 28) ilə obyektin yerini “təyin etmişdir”. Apellyasiya məhkəməsinin texniki ekspert rəyini öz subyektiv rəyi ilə əvəz etməsi AR MPM-in 88-ci maddəsinin ağır pozuntusudur. Apellyasiya məhkəməsi iş materiallarında mövcud olan təkzib olunmaz elmi-texniki sübutları (ekspert rəylərini) nəinki düzgün qiymətləndirməmiş, hətta onlara tam zidd olan və heç bir mötəbər sübuta söykənməyən nəticəyə gəlmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
47. Maddə 14.2.1 Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.
48. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq cu 49. sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
50. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
51. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
52. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
53. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
54. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.
55. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
56. Maddə 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.
57. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
58. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
59. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
60. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi;...
61. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
62. Maddə 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.
63. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
64. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 68.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 69.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 70.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 71.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 72.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Cavabdehin kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
75. Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya məhkəməsi müqavilə üzrə cavabbeh tərəfindən iddiaçıya veriləcək qeyri-yaşayış və yaşayış sahələrinin ünvanını dəqiq müəyyən etməməklə icrası mümkün olmayan qətnamə qəbul edib.
76. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ** saylı ünvanda yerləşən 1140 kv.m qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olub və tərəflər arasında bağlanmış ## #### 2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı həmin qeyriyaşayış sahəsini cavabdehin sahibliyinə verməyi, cavabbeh isə həmin tikilini söküb, 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə etməklə, həmin ərazidə inşa ediləcək binanın, təmirsiz 1-ci, 2-ci, 3-cü mərtəbəsində hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə sahəsi 86 kv.m olan təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürüb.
77. Həmçinin qeyd olunan müqaviləyə əsasən, cavabdeh yeni binanın tikintisi başa çatanadək qeyri-yaşayış sahəsinin təhvil verdiyi andan aylıq 8.600 manat kirayə haqqı ödəməyi, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra isə tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən, yaşayış, qeyri-yaşayış sahələrini iddiaçıya təhvil verməyi, sonuncu isə söküntüsü nəzərdə tutulan qeyri-yaşayış sahəsini boşaldıb cavabdehə təhvil verməyi öhdəsinə götürüb.
78. İşə əlavə edilmiş mütəxəssis, ekspert rəylərindən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ** saylı ünvanda yerləşən 1140 kv.m qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən sökülüb və məhz həmin ünvanda F.Bayramov, A.Cəlilov və A.İsmayılov küçələrinin kəsişməsində cavabdeh tərəfindən 3 ədəd 20 mərtəbəli yaşayış binası, 2 ədəd 3 mərtəbəli qeyri-yaşayış binası və 1 ədəd 2 mərtəbəli qeyri yaşayış binası layihələndirilməklə inşa edilib.
79. Hazırda iddiaçı, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini, müqavilədə göstərilən qeyri-yaşayış və yaşayış sahələrini bu günədək ona təhvil vermədiyni göstərib, bilavasitə Bakı şəhəri, Nobel pr-ti ** saylı ünvanda cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasından təmirsiz 1-ci, 2-ci və 3-cü mərtəbədə hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsində (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə sahəsi 86 kv.m olan mənzildə təmir işlərinin aparılmasına cavabdeh tərəfindən icazə verilməsini, cavabdehin qanunsuz hərəkətlərinin dayandırılmasını, habelə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinin səbəblərinin aydınlaşdırılmasını iddia edir.
80. Cavabdeh isə qeyd olunan ünvanda 3 ədəd 20 mərtəbəli yaşayış, 2 ədəd 3 mərtəbəli qeyri-yaşayış və 1 ədəd 2 mərtəbəli qeyri-yaşayış binalarının layihələndirildiyini, tərəflər arasında bağlanmış müqavilədə iddiaçıya yeni tikiləcək hansı binanın 1-ci, 2-ci və 3-cü mərtəbəsindən hər mərtəbədən 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan təmirsiz qeyriyaşayış sahəsinin (layihələndirilən 20 mərtəbəli yaşayış binasından və ya 3 mərtəbəli qeyriyaşayış binalarında) veriləcəyənin göstərilmədiyini, həmin yaşayış və qeyri-yaşayış sahələrinin cizgisinin, layihəsinin müqaviləyə əlavə edilmədiyini, binanın 3-cü mərtəbəsində ümumiyyətlə yaşayış sahəsinin layihələndirlmədiyini, binanın yalnız 4-20-ci mərtəbələrində yaşayış sahələrinin layihələndirildiyini, habelə iddiaçıya təhvil verilməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşaış sahələrinin qanuni əsaslarla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Füzuli oğlunun mülkiyyətinə verildiyini göstərib, iddiaya etiraz edib.
81. Əvvəla, mülki qanunverciliyə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa rədd edilir.
82. O, da qeyd olunmalıdır ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənibsöykənmədiyini müəyyən etmək işə baxan məhkəmənin vəzifəsidir. Çünki, hüququn tətbiqinə bilavasitə işə baxan məhkəmə cavabdehlik daşıyır və tərəflərin faktlar barədə hüquqi mövqeyi məhkəmə üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “mənə faktları ver, sənə uyğun hüququ verim” (da mihi factum, dabo tibi ius) prinsipinə əsaslanır.
83. Bu baxımdan kassasiya məhkəməsi hesab edir ki, iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi AR Mülki Məcəlləsinin podrat münasibətlərini tənzimləyən normalarının dispozisiya şərtləri nəzərdən keçirilə bilər.
84. Həmin Məcəllənin 752.1-ci maddəsində göstərilir ki, podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış muzd ödəmək öhdəliyini nəzərdə tutur.
85. Podrat müqaviləsinin predmetini- podratçı tərəfindən müəyyən bir işin görülməsi və həmin işin nəticəsini sifarişçiyə təhvil verilməsi təşkil edir.
86. Podratçının podratın nəticəsini qüsursuz icra etməsi vəzifəsi isə AR Mülki Məcəlləsinin 762-ci maddəsində nəzərdə tutulub. Belə ki, podratçı podratın nəticəsinin qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad şəkildə icra etmək vəzifəsini daşıyır (AR Mülki Məcəlləsinin 762.1-ci maddəsi).
87. Eyni zamanda, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad olmalıdır. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Əks halda podratın nəticəsi qüsurlu hesab edilir.
88. Hazırkı işdə, iddiaçı sözügedən müqavilə üzrə öhdəliyini icra edərək özünə məxsus olan qeyri-yaşayış sahəsini cavabdehin sahibliyinə, istifadəsinə verdiyi və cavabbeh həmin qeyri-yahayış sahəsini sökdüyü halda, ötən 8 il müddət ərizəndə cavabeh müqavilə üzrə öhdəliyini icra edərək, məhz həmin ərazidə yeni inşa etdiyi 3 ədəd 20 mərtəbəli yaşayış, 2 ədəd 3 mərtəbəli qeyri-yaşayış və 1 ədəd 2 mərtəbəli qeyri-yaşayış binalarından müqavilə ilə razılaşdırılmış 1140 kv.m qeyri-yaşayış sahəsini- faktiki sahəsinə 30% əlavə etməklə, təmirsiz 1-ci, 2-ci, 3-cü mərtəbədən hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla), habelə binanın 3-cü mərtəbəsindən sahəsi 86 kv.m olan təmirsiz mənzili iddiaçıya təhvil verməməklə asıq-aşkar müqavilə üzrə öhdəliklərini pozub.
89. Göründüyü kimi məhz cavabdeh sözügedən müqavilə üzrə öz vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, habelə öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməyib və nəticədə AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərini pozub.
90. Halbuki sözügedən normanın mənasına görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər.
91. Cavabdeh iddiaya etiraz ərizəsində, iddiaçı ilə bağlanmış müqavilədə ona hansı binadan yaşayış və qeyri-yaşayış sahələrinin verildiyinin göstərilmədiyini, həmin yaşayış və qeyri-yaşayış sahələrinin cizgisinin, layihəsinin müqaviləyə əlavə edilmədiyini, binanın 3-cü mərtəbəsində ümumiyyətlə yaşayış sahəsinin layihələndirlmədiyini, binanın yalnız 4-20-ci mərtəbələrində yaşayış sahələrinin layihələndirildiyini, habelə iddiaçıya verilməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşaış sahələrinin qanuni əsaslarla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Füzuli oğlunun mülkiyyətinə verildiyini göstərsə də, kassasiya məhkəməsi bununla razılaşmır.
92. Belə ki, hazırkı mübahisə əslində tərəflər arasındakı ilk məhkəmə mübahisəsi deyil. Bundan əvvəl də onlar arasında kirayə pulunun ödənilməsi, məzilin təhvil verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktları vardır. Həmin məhkəmə aktlarından görünür ki, hazırkı məhkəmə mübahisəsinə qədər olan işlərdə iddiaçının təmir işlərinin aparılmasına icazə verilməsini tələb etdiyi mübahisələndirilən yaşayış və qeyri- yaşayış sahələrinin ona məxsus sökülən qeyri-yaşayış sahəsinin yerində olmaması ilə bağlı cavabdeh tərəfindən heç bir fikir, dəlil səsləndirilməyib, sadəcə olaraq qeyd olunan binanın inşasının tam başa çatmaması ilə bağlı mövqe nümayiş etdirilib.
93. Hazırkı işdə isə sözügedən binaların tikilib tam başa çatdığı, sadəcə olaraq cavabdehin müqavilə üzrə öhdəliklərindən yayınmaq üçün hüququndan sui-istifadə etdiyi müəyyən olunur.
94. Belə ki, cavabdehin öz hüququndan iddiaçıya ziyan vurmaq məqsədilə sui-istifadə etməsi- onun son 8 il müddət ərzində sözügedən müqavilə üzrə öhdəliklərini könüllü icra edərək yaşayış və qeyri-yaşayış sahələrini iddiaçıya təhvil verməməsi; kirayə haqqını ödəməməsi (iddiaçı kirayə haqqını cavabdehdən məhkəmə aktlarına əsasən alıb); habelə yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini iddiaçıya ödəməyə çalışması (bu barədə tərəflər arasında məhkəmə mübahisələri olub) və.s hallarla da təsdiq olunur. Halbuki, AR Mülki Məcəlləsinin 560.1-ci maddəsində göstərilir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
95. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
96. Digər tərəfdən, işə əlavə edilmiş ekspert rəylərindən fərqli olaraq, “xxxx” MMC-nin verdiyi rəydən görünür ki, Bakı şəhəri, Nobel prospekti 13 “A” (3 mərtəbəli, mansard və zirzəmi ilə birlikdə) saylı ünvanda söküntüdən öncə iddiaçıya məxsus olan 1140,0 kv.m qeyri-yaşayış sahəsinin hər mərtəbə üzrə təqribən 118,0 kv.m sahəsinin (ümumilikdə 590,0 kv.m) Bakı şəhəri, Nobel prospekti ** saylı ünvanda cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1-ci, 2-ci və 3-cü mərtəbəsində, hər mərtəbədə 494,0 kv.m olmaqla, ümumi sahəsi 1482,0 kv.m olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Yəni, yaşayış binasının bir hissəsi faktiki olaraq iddiaçıya məxsus qeyri-yaşayış binasının sökülərək yerində inşa edilib. Yeni inşa edilən binanın 1-ci, 2-ci və 3-cu mərtəbəsində yerləşən qeyriyaşayış sahələrinin ayrı-ayrılıqda hər birinin sahəsi 494,0 kv.m təşkil edir ki, bu da tərəflər arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilədə göstərilən sahə ilə üst-üstə düşür. Müqavilədə qeyd olunan hər mərtəbə üzrə 494,0 kv.m olmaqla, ümumi sahəsi 1482,0 kv.m olan yaşayış binasının 1-ci, 2-ci və 3-cu mərtəbəsində mövcud olan sahəyə uyğundur. Habelə, ## #### 2018-ci il tarixli müqavilədə qeyd olunan 1-ci, 2-ci və 3- cü mərtəbədə hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinin hansı binanın (binaların) hansı hissəsində yerləşdiyini müəyyən etmək mümkün olmadığından, həmin sahənin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Füzuli oğlunun mülkiyyətində olan ünvan 2 “D” saylı ünvanda yerləşən 1684.2 kv.m qeyri-yaşayış sahəsi ilə tam və ya qismən üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmayıb.
97. Göründüyü kimi, apellyasiya məhkəməsi iddiaçının tələblərini haqlı olaraq əsaslı hesab etsə də, işə əlavə edilmiş ekspert rəyləri arasındakı ziddiyyətlərə aydınlıq gətirməməklə, habelə iddiaçıya müqavilə ilə verilməli olan qeyri-yaşayış və yaşayış sahələrinin dəqiq ünvanını, yəni həmin yaşayış və qeyri-yaşayış sahələrinin sözügedən ərazidə yeni inşa edilən 3 ədəd 20 mərtəbəli yaşayış binasının və 2 ədəd 3 mərtəbəli qeyri-yaşayış binasının hansında yerləşdiyini müəyyən etməməklə səhv nəticəyə gəlib və gələcəkdə icrası mümkün olmayan qətnamə qəbul edib.
98. Ona görə də kassasiya məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iş üzrə təkrar və ya əlavə ekspertizalar keçirilməklə qeyd olunan müqavilə üzrə iddiaçıya veriləcək yaşayış və qeyri-yaşayış sahələrinin, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Füzuli oğlunun mülkiyyətinə verilən qeyri-yaşayış sahələrinin dəquq ünvanları müəyyən edilməli (iddiaçı ilə bağlanın müqavilədə ünvan Bakı şəhəri, Nobel prospekti 13 “A” ev; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Füzuli oğluna verilən qayri-yaşayış sahəsində isə ünvanı ünvan 1 göstərilib), onların üst-üstə düşüb-düşmədiyi bir daha araşdırılmaqla iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.
99. Bundan başqa apellyasiya məhkəməsi, qətnamənin naturada icrası mümkün olmadıqda, cavabdehin təhvil verilməli əmlakın dəyərini (icra qaydasında müəyyən edilərək) iddiaçıya ödəməsini qət etməklə də səhvə yol verib.
100. Beləki, əvvəla iddiaçı qətnamədən kassasiya şikayəti verməsə də, işdən görünür ki, o əmlakın dəyərinin cavabdeh tərəfindən ona ödənilməsinə razı deyil. Bu fakt tərəflər arasında əmlakın dəyərinin ödənilməsi barədə cavabdehin iddiasının rədd olunmasına dair qanuni qüvvədə olan məhkəmə aktlarının olması ilə də təsdiq olunur. Həmçinin apellyasiya məhkəməsi əmlakın dəyərini belə müəyyən etməmişdir.
101. Digər tərəfdən işdə, sözügedən müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən icrasının mümkünsüzlüyünü, yəni öhdəliyin icra edilməməsinin tərəflərin heç birinin cavabdeh olmadığı halda irəli gəlməsini özündə ehtiva edən heç bir yazılı sübut yodur.
102. Belə olan halda, apellyasiya məhkəməsi sözügedən müqavilə üzrə öhdəliyin icra edilməməsi üçün bilavasitə məsuliyyət daşıyan cavabdehin üzərinə vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyumaqla yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozub.
103. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq baxımından AR MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, sözügedən normanın mənasına görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
104. Həmin Məcəllənin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
105. Kassasiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, cavabdehin kassasiya şikayətində göstərdiyi digər dəlilləri də müzakirə edərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.
106. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Qərara aldı: Cavabdeh “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.