Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1330/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: lizinq müqaviləsi üzrə öhdəliyin icrası, maddi ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 (vəkili nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. ##.##.2018-ci il tarixli ****/**** nömrəli “Daxili lizinq” müqaviləsindən görünür ki, İddiaçı MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2018-ci il tarixli ****/**** nömrəli “Daxili lizinq” müqaviləsinə və 1 və * nömrəli Əlavəyə əsasən, İddiaçı MMC cavabdeh cavabdeh1 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqu cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmiş və lizinq müqaviləsinin ümumi məbləği 56.000 manat, lizinq müddəti 36 ay, bir illik faiz dərəcəsi 29% təşkil etmişdir.
2. “Daxili lizinq” müqaviləsinin 3.1.,3.2.1, 3.3-cü bəndlərindən müəyyən olunur ki, lizinq obyektinin lizinq alana təhvil-təslimi bu müqavilə ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi bu müqavilənin * saylı Əlavəsi olan təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Lizinq obyektinin təhvil-təslim aktı imzalandığı andan lizinq obyektinə sahiblik və istifadə hüququ lizinq alana keçir və lizinq verənin lizinq obyektinin lizinq alana lizinqə verilməsi üzrə öhdəliyi icra edilmiş sayılır. Təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadə zamanı buraxılan səhvlərdən və istismar zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır.
3. “Daxili lizinq” müqaviləsinin 11.1.-ci bəndindən müəyyən olunur ki, lizinq obyekti müqavilənin bütün müddəti ərzində lizinq alan tərəfindən lizinq verənin seçdiyi sığorta şirkətində lizinq alanın vəsaiti hesabına sığortalanır.
4. ##.##.2018-ci il tarixli ****/****/ZM-** nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2018-ci il tarixli ****/**** nömrəli “Daxili lizinq” müqaviləsi üzrə cavabdeh2 öhdəliklərin icra edilməsi üçün zamin durmuş, zaminlik lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən lizinq müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və lizinq müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir.
5. Zaminlik müqaviləsinin 2.1-ci bəndindən müəyyən olunur ki, zamin və lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və peniya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar.
6. Nəqliyyat vasitəsinin ##.##.2018-ci il tarixli qeydiyyat şəhadətnamələrinin surətindən görünür ki, **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqu İddiaçı MMCin mülkiyyətindədir.
7. Bakı Sığorta ASC-in MİL-10835/18 nömrəli ##.##.2018-ci il tarixli xxxx üzrə sığorta şəhadətnaməsindən müəyyən olunur ki, İddiaçı MMC-in mülkiyyətində olan buraxılış ili 2007ci il olan **-JS-*** nömrə nişanlı DAF yük markalı nəqliyyat vasitəsi ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək olan dövr ərzində baş verəcək sığorta hadisələrindən “xxxx” sığorta növü üzrə sığortalanmışdır.
8. Bakı Sığorta ASC-in MİL-10836/18 nömrəli ##.##.2018-ci il tarixli xxxx üzrə sığorta şəhadətnaməsindən müəyyən olunur ki, İddiaçı MMC-in mülkiyyətində olan buraxılış ili 2008ci il olan **-ZJ-*** nömrə nişanlı Semi Treyler yük yarımqoşqu markalı nəqliyyat vasitəsi ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək olan dövr ərzində baş verəcək sığorta hadisələrindən “xxxx” sığorta növü üzrə sığortalanmışdır.
9. İddiaçı MMC-in ****/**** saylı, ##.##.2019-cu il tarixli etibarnaməsinin surətindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı yük avtomobilini lizinq alan cavabdeh1 ərizəsi ilə X1 ##.##.2018-ci il tarixli ****/**** nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən nəqliyyat vasitəsini istifadə etmək üçün 12 ay müddətinə, ##.##.2020-ci il tarixədək etibar edilmişdir.
10. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Emil Abdullayevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2021-ci il tarixli qərarından görünür ki, cavabdeh1 şikayət ərizəsi ilə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət etmiş, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, cavabdeh1 Qazaxıstan Respublikasına yük daşıma həyata keçirməsi və qazanc əldə edilməsi məqsədilə özünə məxsus olan **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı qoşqulu avtomobili Türkiyə Respublikası vətəndaşı Yığcı Nihata vermiş, sonuncu 2020-ci ilin dekabr ayında məlumat verərək, borcları ilə əlaqədar maddi sıxıntı yaşadığı üçün borclarını qaytarmaq məqsədilə avtomobili sataraq Türkiyə Respublikasına getdiyini bildirmişdir. Əməldə cinayət tərkibi aşkar edilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
11. Qərardan daha sonra müəyyən olunur ki, müraciət üzrə izahatı alınmış cavabdeh1 bildirmişdir ki, ##.##.2018-ci il tarixdə lizinq-kredit yolu ilə DAF markalı **-JS-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili almışdır. Həmin avtomobili 2019-cu ilin avqust ayınadək oğlu Abbas Orucovun idarə etmiş, sonradan digər işləri yarandığından həmin avtomobili idarə etməsi üçün 15 illik tanıdığı və dostu olan Türkiyə Respublikası vətəndaşı Nihat Yığıcıya vermişdir. O, heç bir narazıçılıq etmədən oğlunun təklifi ilə razılaşaraq avtomobili idarə etməsi üçün Nihata vermişlər. 2020-ci ilin mart ayından Bakı şəhərinə daşınan yüklər azaldığından, Nihat təklif etmişdir ki, yaxşı gəlir əldə edilməsi üçün Qazaxıstan Respublikasına yük daşıma həyata keçirilsin. Bununla da Nihat 2020-ci ilin mart ayından həmin avtomobillə Qazaxıstan Respublikasında yükdaşıma ilə məşğul olmuşdur. ##.##.2020-ci il tarixdə Nihat zəng edərək, avtomobillə piyada vurduğunu, avtomobili Qazaxıstanda saxlayıb, özü isə Türkiyəyə getdiyini bildirmişdir. Bir müddət ərzində oğlu öz tanışları vasitəsi ilə avtomobili axtarmağa başlamış və Nihatla bərabər sürücü işləyən Hüseyin Ayyıldızdan məlumat almışdır ki, Nihat avtomobili özününkü kimi qələmə verməklə avtomobili satmış və pulları götürüb Türkiyəyə getmişdir. ##.##.2021-ci il tarixdə oğlu Abbas Türkiyə Respublikası Trabzon şəhərinə getmiş, Nihatın ünvanını tapmış, Nihat borcu olduğunu ehtiyacı olduğundan avtomobili sataraq həmin pul ilə borclarını ödədiyini bildirmiş, həmçinin bir neçə telefon nömrəsi verərək avtomobili həmin şəxslərə satdığını bildirmişdir. Lakin həmin nömrələrlə əlaqə yarada bilməmiş və çıxılmaz vəziyyətdə qalaraq Bakı şəhərinə qayıtmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, həmin avtomobili Eco lizinq şirkətindən almış və lizinq ödənişində olduğu üçün şirkət tərəfindən verilmiş etibarnamə əsasında idarə edilmiş, daha sonra avtomobil Nihata verildikdə isə lizinq şirkəti tərəfindən etibarnamə Nihatın adına verilmiş və Nihat həmin etibarnamə əsasında avtomobili idarə etmişdir.
12. cavabdeh1 tərəfindən İddiaçı MMC-yə ünvanlanan ##.##.2021-ci il tarixli ərizədə aşağıdakılar qeyd olunmuşdur: “Yazıb sizə bildirmək istəyirəm ki, mən ##.##.2018-ci il tarixində sizdən **-JS-*** nömrə nişanlı DAF avtomobilini (**-ZJ-*** SEM Trailer yarımqoşqu) lizinqə götürmüşəm və ödəmələrimdə heç bir zaman gecikməm olmayıb. Mən avtomobili Türkiyə vətəndaşı Yığıcı Nihat (u 235 90 667) sürücü kimi mənim avtomobilimi 15 ay idarə etmişdir. Ən son noyabr ayında Türkiyədən yükləyib Qazaxıstanın Almata şəhərinə qetmişdi. Dekabr ayında yükü boşaltdıqdan sonra mənim telefonlarıma cavab verməmişdir. Uzun axtarışdan sonra məlum oldu ki, avtomobilimi satıb, apardığı yükün pulu ilə birlikdə yaşadığı Türkiyənin Trabzon şəhərinə geri dönmüşdür. Məsələ ilə bağlı oğlum Türkiyənin Trabzon şəhərinə getmiş və araşdırmalar aparmışdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Ayyıldız Hüseyin ona köməklik etmiş, Nihatın yoldaşı Sevil Yığıcıya iki dəfə 4800 $ və 3000$ pul da göndərmişlər. Avtomobilin işlədiyi müddətdə mənim gecikməm olmamışdır. Avtomobilim itdikdən sonra ödənişləri gəlir olmadığından ödəyə bilmirəm. Bütün bunları nəzərə alaraq yazıb sizdən xahiş edirəm ki, avtomobilim tapılana qədər ödənişimin dayandırılmasında və tapılıb yenidən mənə təhvil verilməsində mənə köməklik göstərəsiniz. İmza cavabdeh1 tarix ##.##.2021”
13. ##.##.2023-cü il tarixli maliyyə arayışından görünür ki, ##.##.2018-ci il tarixli ****/**** nömrəli “Daxili lizinq” müqaviləsi üzrə cavabdeh1 və cavabdeh2 23.781 manat əsas, 69.817 manat dəbbə borcu olmaqla, 98.826 manat borcu mövcuddur.
14. ##.##.2023-cü il tarixli xəbərdarlıq məktubunudan görünür ki, İddiaçı MMC tərəfindən cavabdeh1 və cavabdeh2 ##.##.2018-ci il tarixli ****/**** nömrəli “Daxili lizinq” müqaviləsi üzrə mövcud 98.826 manat borcu beş gün müddətinə ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
15. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı, yaxud MMC) cavabdehlər cavabdeh1 və cavabdeh2 (cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı MMC-nin mülkiyyətində olan **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcını və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqunu cavabdeh cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi MMC-yə qaytarılması, cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaçı MMC-nin xeyrinə 15.419,0 manat əsas lizinq borcu, 4.090,0 manat vaxtı keçmiş faiz borcu, 10.844,0 manat hesablanmış penya, cəmi 30.353,0 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 181,06 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı MMC-nin mülkiyyətində olan **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcını və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqununun bazar dəyəri 36.000 manat məbləğində pul vəsaitinin və cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaçı MMC-nin xeyrinə 15.419,0 manat əsas lizinq borcu, 4.090,0 manat vaxtı keçmiş faiz borcu, 10.844,0 manat hesablanmış penya, cəmi 66.353 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 181,06 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2018-ci il tarixli ****/**** saylı Daxili Lizinq müqaviləsinə əsasən, MMC cavabdeh cavabdeh1 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №*-də göstərilən və ümumi dəyəri 56.000,0 manat olan 99-JS761 dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcını və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqunu öz mülkiyyətinə keçirərək, cavabdeh1 müvəqqəti sahiblik və istifadəyə vermişdir. cavabdeh1 isə öz növbəsində 39.200,0 manat məbləğində borcu illik 29% faiz hesablanmaqla, 36 ay müddətinə iddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh cavabdeh1 Lizinq müqaviləsinə Əlavə № *-də (Lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 29% faiz olmaqla mütəmadi olaraq hər ay 1.643 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Eyni zamanda lizinq borcunu da ödəmir. Hazırda öhdəliklərini tam icra etməyən cavabdeh cavabdeh1 ##.##.2021-ci il tarixədək iddiaçıya 15.419,0 manat əsas lizinq borcu, 4.090,0 manat vaxtı keçmiş faiz borcu, 10.844,00 (on min səkkiz yüz qırx dörd) manat hesablanmış penya, cəmi 30.353,0 manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Eyni zamanda, ##.##.2018-ci il tarixli ****/****/ZM-** saylı zaminlik müqaviləsinə əsasən cavabdeh2 cavabdeh1 ##.##.2018-ci il tarixli ****/**** saylı Daxili Lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərinə zamin durmuş və lizinq alanın lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilmişdir. Həmin zaminlik müqaviləsinə əsasən zamin və lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. ##.##.2018-ci il tarixli ****/**** saylı Daxili Lizinq müqaviləsinin 7.9-cu bəndinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır.
18. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, lizinq vasitəsi ilə avtomobilin götürülməsi və istifadə edilməsi ilə oğlu cavabdeh2 məşğul olub. Avtomobilə dair lizinq şirkəti onun razılığı və məlumatı olmadan şirkətlə əlbir olaraq etibarnamə verilmiş, nəticədə sürücü avtomobili Qazaxıstan Respublikası ərazisində erməni millətindən olan birinə sataraq qaçmışdır. Bu hadisədən sonra oğlu ona məlumat vermiş və vəziyyətlə bağlı şirkətə ərizə ilə müraciət etməli olmuşdur. Onun bu məsələlərdə rolu yalnız müqaviləyə imza etmək olmuş, hər hansı sənəd oxumamış, oğluna inanmışdır. Sürücünü tapmaq üçün Trabzon şəhərinə getsə də, müsbət nəticə əldə edə bilməmişdir. Dəfələrlə şirkətə müraciət etmiş, avtomobilin tapılmasında köməklik istəmişdir. Onun tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilsə də, avtomobil şirkətin mülkiyyətində olduğundan müraciətləri nəticəsiz qalmışdır. Hazırda olmayan bir avtomobil üçün pul ödəməsini mənasız hesab edir. Hesab edir ki, baş verən hadisədə şirkətin qanunsuzluğu və laqeyd münasibəti var. Məhkəmədən avtomobilin oğurlanması faktı ilə bağlı xüsusi qərardad qəbul edilməsini xahiş edərək hətta doğma övladı belə təqsirli olduğu halda qanun qarşısında məsuliyyət daşımalı olduğunu bildirmişdir.
19. Məhkəmənin təyin etdiyi məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları üzrə müvafiq rəylər alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən aldığı ##.##.2024-cü il tarixli, */****-*/**** saylı ekspert rəyindən görünür ki, “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqu üçün cavabdeh1 tərəfindən MМС-yə ##.##.2018-ci il tarixli ****/**** saylı Daxili lizinq müqaviləsinə əsasən ümumilikdə 41.440,00 manat ödəniş edilmiş, eyni zamanda yuxarıda göstərilən cədvəl məlumatlarından da göründüyü kimi, təqdim edilmiş iş materiallarında öz əksini tapmış çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış ##.##.2018-ci il tarixli, ****/**** saylı daxili lizinq müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh cavabdeh1 iddiaçı MMC-yə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: ##.##.2021-ci il tarixə: əsas borc üzrə 15.363,43 manat, faiz borcu üzrə 4.071,74 manat, ##.##.2021-ci il tarixə: əsas borc 15.363,43 manat, faiz borcu üzrə 4.702,92 manat.
20. Məhkəmənin təyin etdiyi məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı ##.##.2025-ci il tarixli, **** saylı hesabatından müəyyən olunur ki, “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcının və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqunun real bazar dəyəri 36.000 manat təşkil edir.
21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonda birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elnarə Vəliyeva) iddia tələbi qismən təmin edilərək **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqunun dəyəri olan 36.000 manat pulun cavabdehlər cavabdeh2 və cavabdeh1ndan müştərək qaydada tutularaq iddiaçı MMC-yə ödənilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1ndan müştərək qaydada 15.363,43 manat əsas lizinq borcu, 4.071 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, 19.934,43 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 175 manat hissəsi tutularaq iddiaçı MMC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 manat məbləğində pulun cavabdehlər cavabdeh2 və cavabdeh1ndan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, aparılmış qiymətləndirmənin 200 manat dəyərinin cavabdehlər cavabdeh2 və cavabdeh1ndan müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
22. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2018-ci il tarixli ****/**** nömrəli “Daxili lizinq” müqaviləsinə və 1 və * nömrəli Əlavəyə əsasən, cavabdeh1 ərizəsi əsasında sonuncu tərəfindən seçilmiş, **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcını və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqu cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmiş və lizinq müqaviləsinin ümumi məbləği 56.000 manat təşkil etmiş, həmçinin eyni tarixli ****/****/ZM-** nömrəli zaminlik müqaviləsi ilə cavabdeh2 iddiaçı MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2018-ci il tarixli ****/**** nömrəli “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün birgə məsuliyyət götürərək lizinq verən qarşısında zamin durmuşdur. Bununla da tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Lakin cavabdehlər üzərlərinə götürdükləri öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçıya borcları yaranmışdır. İddiaçı da həmin müqavilə üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində cavabdehin 15.419,0 manat əsas lizinq borcu, 4.090,0 manat vaxtı keçmiş faiz borcu, 10.844,0 manat hesablanmış penya, cəmi 30.353,0 manat borcun yarandığını iddia edərək, bu məbləğin, həmçinin avtomobilin ölkə ərazisində mövcud olmadığından qaytarılmasının mümkün olmadığı səbəbi ilə avtomobilin dəyərinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir. Hazırda cavabdeh cavabdeh1 lizinq obyektinin onun razılığı olmadan ölkə ərazisindən çıxarıldığını, nəticədə Nihat Yığıcı adlı sürücü tərəfindən oğurlanmaqla satıldığını əsas gətirərək müqavilə üzrə öhdəliyin onun tərəfindən pozulmadığını bildirmiş və iddia tələbinə etiraz etmişdir.
23. Məhkəmə cavabdehin etirazı ilə bağlı qeyd etmişdir ki, cavabdeh1 müraciəti əsasında Binəqədi RPİ-nin İstintaq şöbəsində araşdırılma aparılmış və ##.##.2021-ci il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı müraciət edən şəxsin izahatı alınmış, izahatında cavabdeh1 göstərmişdir ki, oğlu Abbas Orucovun təklifi əsasında razılaşaraq avtomobili idarə etmək üçün oğlunun 15 illik dostu və işçisi X2 Respublikasına yük daşıma həyata keçirmək üçün vermiş, ##.##.2020-ci il tarixdə sürücü avtomobil ilə piyada vurduğunu, nəticədə avtomobili Qazaxıstan Respublikasında qoyaraq Türkiyəyə qayıtdığını, daha sonra oğlunun tanışları vasitəsi ilə avtomobili axtarmağa başladığını və nəticədə sürücünün avtomobili sataraq pulları götürüb qaçdığını öyrənmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2018-ci il tarixli lizinq müqaviləsinin 3.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, onun təsadüfən məhv olması, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Eləcə də zaminlə lizinq verən arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 2.1-ci bəndində qeyd edilir ki, zamin lizinq verən qarşısında lizinqin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətdə və məbləğdə qaytarılması, lizinq müqaviləsinin şərtlərinin lizinq alan tərəfindən pozulması ilə bağlı lizinq verən qarşısında məsuliyyət daşıyır. Yuxarıda sadalanan qanunvericilik normaları, tərəflər arasında bağlanmış müqavilənin şərtləri və işin araşdırılan halları ilə yanaşı məhkəmə tərəfləri dinləyib hesab etmişdir ki, lizinq obyektinin üçüncü şəxsin istifadəsinə verilməsində cavabdeh cavabdeh1 məlumatlı olmaqla müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, onun təsadüfən məhv olması, itirilməsi, korlanması, talanmasında məsuliyyət daşıdığından və zamin lizinq obyektinin vaxtında qaytarılması üçün lizinq alan qarşısında məsuliyyət daşıdığından avtomobilin dəyəri cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və lizinq alan öhdəliyini lazımi qaydada icra etməmişdir. Əvvəla lizinq alan müqavilə üzrə nəzərdə tutulmuş lizinq ödənişlərini vaxtında və tam həyata keçirməmişdir. Bundan əlavə lizinq alan müqavilə şərtlərini pozaraq lizinq obyektini başqa şəxsin istifadəsinə vermiş, nəticədə lizinq obyekti üçün risk yaranmaqla avtomobil xarici ölkə ərazisində mülkiyyətçinin razılığı olmadan satılmışdır. Bununla belə lizinq verən mülkiyyətində olan avtomobili geri qaytara bilməmişdir. Cavabdeh lizinq obyektini lizinq verənin razılığı ilə başqa şəxslərin sublizinqinə verildiyini bildirsə də, məhkəmə araşdırması nəticəsində lizinq obyektinin digər şəxslərin istifadə və sahibliyinə verilməsi ilə bağlı lizinq verən tərəfindən lizinq alanın müraciəti əsasında yalnız etibarnamə verildiyi müəyyən edilmişdir.
25. Məhkəmə lizinq müqaviləsi üzrə yaranmış borca münasibətdə iddianı qismən əsaslı hesab edib qeyd etmişdir ki, keçirilmiş ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, lizinq müqaviləsi üzrə cavabdehin ##.##.2021-ci il tarixə əsas borcu 15.363,43 manat, faiz borcu 4.071,74 manatdır.
26. Məhkəmə iddia tələbinin gecikdirilmiş müddət üçün penya məbləğinin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, müqavilə üzrə razılaşmaya əsasən cavabdeh ödənişlərin gecikdirilməsinə yol verdiyi halda şərtləşdirilmiş dərəcə ilə cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilədə öz əksini tapmışdır. Hazırda da iddiaçı lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış cərimə borcunun ödənilməsini tələb edir.
27. Məhkəmə lizinq obyektinin dəyərini, aparılmış ödənişləri, yaranmış borcun məbləğini, avtomobilin ölkə ərazisinə çıxarılmaqla satılmasını, habelə gecikdirilmiş müddəti nəzərə alıb, iddia tələbinin bu hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, əsas borca tənasübsüz olaraq hesablanmış dəbbə borcu azaldılmalıdır.
28. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, **-JS-*** dövlət nömrə nişanlı “DAF yük” markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqunun dəyəri olan 36.000 manat pul, həmçinin 15.363,43 manat əsas lizinq borcu, 4.071 manat faiz borcu, 500 manat cərimə və ödənilmiş dövlət rüsumunun 175 manat hissəsi cavabdehlər cavabdeh2 və cavabdeh1ndan müştərək qaydada tutularaq iddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
29. Məhkəmə xərclərini münasibətdə məhkəmə qeyd etmişdir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 manat məbləğində pul cavabdehlər cavabdeh2 və cavabdeh1ndan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, aparılmış qiymətləndirmənin 200 manat dəyəri cavabdehlər cavabdeh2 və cavabdeh1ndan müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir.
30. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 385.1, 427.3, 442, 462.1, 463.1, 467, 470.1, 747.1, 748-1.12, 748-2.1, 748- 10.1, 748-10.2.-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 217.3, 217.4.-cü maddələrinə istinadən əsaslandırmışdır.. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
31. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır və ləğv edilməlidir. Çünki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı MMC cavabdeh1 ilə daxili lizinq müqaviləsi bağlayaraq sözügedən maşını onun istifadəsinə vermişdir. Avtomobilə dair etibarnamə onun məlumatı və razılığı olmadan şirkət tərəfindən verilmiş nəticədə maşının sürücüsü Türkiyə Respublikası vətəndaşı Nihat Yağcı avtomobili Qazaxıstan Respublikası ərazisində satmışdır. Maşının satılması ilə əlaqədar olaraq hüquq mühafizə orqanlarına müraciət etsə də müraciətləri nəticəsiz qalmışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmənin qətnaməsinin ləğv olunması üçün əsasdır. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə çıxarılması xahiş olunur.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonda apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Azad İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2018-ci il tarixli lizinq müqaviləsinin 3.3-cü bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, onun təsadüfən məhv olması, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Müqavilənin 11.1.-ci bəndinə əsasən, lizinq obyekti müqavilənin bütün müddəti ərzində lizinq alan tərəfindən lizinq verənin seçdiyi sığorta şirkətində lizinq alanın vəsaiti hesabına sığortalanır. Eləcə də zaminlə lizinq verən arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 2.1-ci bəndində qeyd edilir ki, zamin lizinq verən qarşısında lizinqin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətdə və məbləğdə qaytarılması, lizinq müqaviləsinin şərtlərinin lizinq alan tərəfindən pozulması ilə bağlı lizinq verən qarşısında məsuliyyət daşıyır.
35. İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlmişdir ki, lizinq obyektinin üçüncü şəxsin istifadəsinə verilməsində cavabdeh cavabdeh1 məlumatı və razılığı olduğundan, bağladığı müqavilənin bütün müddəti ərzində lizinq obyektini zərərin bütün növlərindən qorumaq, müqavilənin bütün müddəti ərzində lizinq obyektini öz vəsaiti hesabına sığortalanmasını təmin etmək, müqavilə üzrə müəyyən edilən ödənişləri vaxtında ödəmək lizinq alanın vəzifəsi olduğundan, birinci instansiya məhkəməsinin mülkiyyətçiyə vurulan ziyana görə **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqunun dəyəri olan 36.000 manatın, müqavilə öhdəliklərini icra etmədiyinə görə 15.363,43 manat əsas lizinq borcu, 4.071 manat faiz borcu, cəriməyə görə 500 manatın birgə borclulardan iddiaçının xeyrinə tutulmasına dair gəldiyi nəticə əsaslı və qanunidir.
36. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 5.3, 152.1, 385.1, 386.1, 427.3, 442, 448.1, 462.1, 465.2, 467, 472.1, 472.2, 747.1, 747-1, 747-2, 747-3, 747-5, 748.1, 748.2, 748.3, 748-2, 748- 6, 748-7, 748-9, 748-10, 748-11, 748-12, 748-13, 750-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il ## ###### tarixli Qərarına, “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya və Mülki Kollegiyalarının ##.##.2021-ci il tarixli Qərardadına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
37. Qətnamədən birinci iş üzrə cavabdeh (vəkil vəkili nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işi araşdırarkən iddiaçı MMC tərəfindən Türkiyə Respublikası vətəndaşı Yığcı Nihat adlı vətəndaşa etibarnaməni kimin razılığı ilə verilməsini obyektiv araşdırmamış bu isə əsassız qətnamənin çıxarılmasına səbəb olmuşdur. Belə ki, məhkəmə iclasında iddiaçı MMC-nin nümayəndəsi tərəfindən etibarnamənin Türkiyə Respublikası vətəndaşına kimin razılığı ilə verilməsi sualına cavabdeh1 yazılı razılığı ilə verildiyini qeyd etsə də bunu təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.
39. İddiaçı MMC-nin direktoru Pərvin Bədirxanov kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
44. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
45. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
46. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
47. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
48. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
49. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
50. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
51. Maddə 748-11.1.5. Lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
52. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
56. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
59. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
62. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:
64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnamə birinci iş üzrə cavabdeh cavabdeh1 tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, “**-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqunun dəyəri olan 36.000 manat pulun cavabdehlər cavabdeh2 və cavabdeh1ndan müştərək qaydada tutularaq iddiaçı MMC-yə ödənilməsi”nə münasibətdə iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi müəyyən edilmişdir.
67. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, tərəflər arasında ##.##.2018-ci il tarixli ****/**** nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, MMC cavabdeh cavabdeh1, 56.000 manat dəyərində olan **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqu 36 ay müddətinə bir illik faiz dərəcəsi 29% müəyyən edilməklə verilmişdir. Lakin lizinq alan öhdəliyini lazımi qaydada icra etməmişdir. Yəni lizinq alan müqavilə üzrə nəzərdə tutulmuş lizinq ödənişlərini vaxtında və tam həyata keçirməmiş, həmçinin müqavilə şərtlərini pozaraq lizinq obyektini başqa şəxsin istifadəsinə vermiş, nəticədə lizinq obyekti üçün risk yaranmaqla avtomobil xarici ölkə ərazisində mülkiyyətçinin razılığı olmadan satılmışdır. Bununla belə lizinq verən mülkiyyətində olan avtomobili geri qaytara bilməmişdir. Cavabdeh lizinq obyektini lizinq verənin razılığı ilə başqa şəxslərin sublizinqinə verildiyini bildirsə də, məhkəmə araşdırması nəticəsində lizinq obyektinin digər şəxslərin istifadə və sahibliyinə verilməsi ilə bağlı lizinq verən tərəfindən lizinq alanın müraciəti əsasında yalnız etibarnamə verildiyi müəyyən edilmişdir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində, iddiaçı MMC-nin mülkiyyətində olan **-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcını və **- ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqunun bazar dəyəri 36.000 manat məbləğində pul vəsaitinin və cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaçı MMC-nin xeyrinə 15.419,0 manat əsas lizinq borcu, 4.090,0 manat vaxtı keçmiş faiz borcu, 10.844,0 manat hesablanmış penya, cəmi 66.353 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 181,06 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
69. Məhkəmə kollegiyası iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini “cavabdehlər cavabdeh2 və cavabdeh1ndan müştərək qaydada 15.363,43 manat əsas lizinq borcu, 4.071 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, 19.934,43 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 175 manat hissəsinin tutularaq iddiaçı MMC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 manat məbləğində pulun cavabdehlər cavabdeh2 və cavabdeh1ndan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, aparılmış qiymətləndirmənin 200 manat dəyərinin cavabdehlərdən müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi”nə dair hissələrdə dəyişdirilmədən saxlaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı cavabdeh cavabdeh1 kassasiya şikayətinə münasibətdə hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə bağlı sübutetmə yükünü qeyd olunan hissədə düzgün bölüşdürmüş, həmin tələblərin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Göstərilən hissələrlə bağlı kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşır.
70. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, qeyd olunan hissələrdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, yuxarıda qeyd olunan hissələrdə işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
71. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan hissələrlə bağlı cavabdeh cavabdeh1 kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən iddia tələbinin tam rədd olunması hissəsində cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır. Ona görə də mübahisələndirilən, yuxarıda qeyd olunan hissələrə münasibətdə kassasiya şikayəti rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır.
72. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini “**-JS-*** dövlət nömrə nişanlı “DAFyük” markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqunun dəyəri olan 36.000 manat pulun cavabdehlər cavabdeh2 və cavabdeh1ndan müştərək qaydada tutularaq iddiaçı MMC-yə ödənilməsi”nə münasibətdə dəyişdirmədən saxlamaq barədə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.
73. Məhkəmə kollegiyası hesab edir ki, lizinq obyektlərinin dəyəri olan 30.000 manat məbləğində pulun geri qaytarılması hissəsində də iddia təmin edilə bilməz. Lizinq verənin həm bütün lizinq ödənişlərinin ödənilməsini, həm də lizinq obyektlərinin geri qaytarılmasını tələb etməsi əsassızdır.
74. Belə ki, Mülki Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrindən göründüyü kimi lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququ yalnız lizinq müqaviləsi qüvvədə olduğu müddət ərzində mümkündür və lizinq verənə həm də lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yaranır.
75. Hazırkı işin hallarından isə müəyyən olunur ki, lizinq verən həmin hüququndan istifadə etməmiş, hazırda isə iddia ərizəsində lizinq verən həm bütün lizinq ödənişlərinin ödənilməsini, həm də lizinq obyektlərinin dəyəri olan 30.000 manat məbləğində pulu tələb edir.
76. Halbuki, tərəflər arasından bağlanmış lizinq müqaviləsinin 15.1-ci bəndinə görə lizinqalan yalnız bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən sonra lizinq obyektinə olan mülkiyyət hüququnu əldə edə bilər.
77. Hazırkı qətnamə ilə də müqavilə üzrə ödənilməli olan bütün ödənişlərin lizinqalandan tutulması qət edilmişdir.
78. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, lizinq obyektlərinin dəyəri olan 30.000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində iddia rədd edilməlidir. Əks yanaşma lizinq verənin əsassız varlanmasına səbəb ola bilər. Çünki belə olan halda lizinq verən həm bütün lizinq ödənişlərini əldə etməklə yanaşı, həm də lizinq obyektinin dəyərini də əldə edir.
79. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır. Qeyd olunmalıdır ki, “**-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqunun dəyəri olan 36.000 manat pulun cavabdehlər cavabdeh2 və cavabdeh1ndan müştərək qaydada tutularaq iddiaçı MMC-yə ödənilməsi”nə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Apellyasiya instansiyası məhkəməsi hazırkı işdə qeyd olunan hissədə iddia tələbini həll edilərkən yuxarıda göstərilənlər nəzərə alınmamış, işin müəyyən olunmuş faktiki hallarına sadalanan maddi hüquq normalarının tətbiqindən irəli gələn hüquqi dəyərləndirmə aparılmamışdır. Bu hal isə qətnamənin həmin hissələrdə işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.
80. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə, yaxud qismən ləğv edilməsi üçün əsasdır.
81. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, “**-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqunun dəyəri olan 36.000 manat pulun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı MMC-yə ödənilməsi”nə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıldığı hissəsində ləğv edilməli, həmin hissələrdə iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi - “**-JS-*** dövlət nömrə nişanlı “DAF-yük” markalı (q/ş AD 357660) yəhərli dartıcı və **-ZJ-*** dövlət nömrə nişanlı “Semi Trailer” markalı (q/ş AD 357661) yarımqoşqunun dəyəri olan 36.000 (otuz altı min) manat pulun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi”nə münasibətdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanıldığı hissəsində ləğv edilsin. Həmin hissələrdə iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.