Məhkəmə qərarları › İş №2(1-8)-1343/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1343/2026

18.06.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1343/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) “torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılaraq bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdə olan əşyadakı payın ayrılması, paylı mülkiyyətdə olan əşyanın hərracdan satılması, paylı mülkiyyətin hər bir mülkiyyətçinin işə cəlb edilməməsinin nəticəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Əmlak məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən tərtib olunmuş Çıxarışa əsasən Göyçay şəhəri, XXX küçəsində yerləşən 0,0443 ha torpaq sahəsi və ümumi sahəsi 260,9 kv.m olan ** nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Iddiaçı (fərdi yaşayış evində 36/56 hissə və torpaq sahəsində 36/56 hissə), Cavabdeh (fərdi yaşayış evində 3/56 hissə və torpaq sahəsində 3/56 hissə), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (fərdi yaşayış evində 3/56 hissə və torpaq sahəsində 3/56 hissə), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 (fərdi yaşayış evində 1/16 hissə və torpaq sahəsində 1/16 hissə), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 (fərdi yaşayış evində 1/16 hissə və torpaq sahəsində 1/16 hissə), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 (fərdi yaşayış evində 1/16 hissə və torpaq sahəsində 1/16 hissə) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 (fərdi yaşayış evində 1/16 hissə və torpaq sahəsində 1/16 hissə) mülkiyyətlərindədir.

2. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı ünvan 1 nömrəli ünvanda yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində olan 12/14 payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı Iddiaçı cаvаbdеh Cavabdeh оğlunа qаrşı iddiа ərizəsi ilə və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə mürаciət еdərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun cavabdehlə iddiaçının payına mütənasib surətdə aralarında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin ## ###### 2021-

4. qətnaməsi ilə ünvan 1 nömrəli ünvanda yerləşən 0,0443 ha torpaq sahəsi və həmin ci il tarixli torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin X4 məxsus miras əmlak olan 3/4 hissənin 1/14 hissəsinə Cavabdeh, 1/14 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və 12/14 hissəsinə isə Iddiaçı payının müəyyən edilməsi, eləcə də həmin əmlak üzərində onların paylarına uyğun vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi qanuni qüvvəsini almış, icra edilməsi üçün Göyçay rayon Icra və Probasiya şöbəsinə göndərilmişdir. Icra vərəqəsi əsasında DƏDRX PHŞ ** saylı Ucar Ərazi Idarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən 0,0443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh 1/14, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 1/14, Iddiaçı isə 12/14 hissəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə cavabdehin payı müəyyən edilsə də, lakin cavabdeh heç bir əsas olmadan onun payına düşən hissədən də istifadə edir. Bu barədə aralarında mübahisələr yaranmış, hələdə cavabdeh öz qanunsuz hərəkətlərini davam etməkdə israrla dayanmışdır. Mülkiyyətində olan evdən cavabdehin yaratdığı maneələr səbəbindən təyinatı üzrə istifadə edə bilmir. Cavabdehlə paylı mülkiyyətdə olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikləri üçün məhkəməyə müraciət edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Iddianın təmin edilməməsinə əsas kimi məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli ekspert rəyinə əsaslanmışdır. Ekspert rəyinə görə mülkiyyətində olan 12/14 payın naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Mülki Məcəllənin 220.4cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddənin tələbindən görünür ki, yalnız cüzi payı olan mülkiyyətçi digər mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi tələbini yalnız cavabdeh irəli sürə bilər.

5. Birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası IN yanında ƏMDX DƏDKR PHŞ-nin ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssis rəyi ilə ünvan 2-də yerləşən fərdi yaşayış evinin ## #### 2025-ci il tarixinə bazar dəyəri 60.000 manat təşkil etməsi müəyyən edilmişdir.

6. Iddiaçı tərəfindən ## #### 2025-ci il tarixdə Cavabdeh ünvanlanmış təklifə əsasən hazırkı iddia tələbi üzrə obyektiv nəticəyə gəlmək üçün məhkəmə tərəfindən iş üzrə müvafiq ekspertiza təyin edilərək, DƏDKR PHŞ-nin ** saylı Ucar Ərazi Idarəsindən daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəy alınmışdır. Həmin rəyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2025-ci ilə bazar qiyməti 60.000 manat müəyyən edilmişdir. Mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə fərdi yaşayış evinin real bazar qiymətinin 12/14 hissəsinin əvəzi kimi 51430 manat pulun ona ödənilməsi və bununla da evin Cavabdeh mülkiyyətinə keçirilməsi təklif edilmişdir.

7. Cаvаbdеh Cavabdeh birinci instansiya məhkəməsində iddiаnı qəbul etməyərək göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən 0,0443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaqlı 260,9 kv.m ibarət fərdi yaşayış evinin 1/14 hissəsi onun xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinin 18 kv.m hissəsi onun payına düşməsinə baxmayaraq, ailə üzvləri ilə birlikdə mübahisəli fərdi yaşayış evindən demək olar ki, yarısından istifadə edir. Fərdi yaşayış evindən istifadə ilə bağlı iddiaçı ilə tez-tez mübahisələri düşür, hətta bu barədə Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Iddiaçı ona məktubla müraciət edərək, 12/14 hissədə mülkiyyətində olan evin dəyərinin ona ödəməsini təklif etmiş, lakin maddi imkanı olmadığından onun təklifini qəbul etməmişdir. Payının az olmasına baxmayaraq, iddiaçıya kompensasiya ödəməyə razı deyildir. Buna görə də, iddianın rədd edilməsini xahiş etmişdir.

8. Göyçay Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia təmin edilərək, ünvan 1 ünvanında 0,0443 ha torpaq sahəsində yerləşən 260,9 kv.m fərdi yaşayış evinin açıq hərracdan satılması, daşınmaz əmlakın ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, satış pulunun Iddiaçı, X2, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hər birinin payına mütənasib surətdə aralarında bölünməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı paylı mülkiyyətdə olan əmlakdan istifadə edə bilmədiyindən payının (12/14) naturada ayrılmasını tələb etmiş, lakin texniki cəhətdən əmlakı naturada bölmək mümkün olmadığından iddia tələbi təmin edilməmiş, qəbul edilən qətnamə mübahisələndirilməmişdir. Iddiaçı mərhələ üzrə sonra paylı mülkiyyətdə olan əmlakda ona çatası payın dəyərinin ödənilməsi və bunun müqabilində mülkiyyət hüquqlarına xitam verilməsi barədə təkliflə cavabdehə müraciət etmiş, lakin cavabdeh təklifə heç bir münasibət bildirməsə də, məhkəmə iclasında maddi imkanı olmadığından iddiaçıya mülkiyyətində olan payın dəyərini ödəmək imkanının olmadığını bildirmişdir. Bundan sonra növbəti mərhələ üzrə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını xahiş etmişdir.

10. Göründüyü kimi iddiaçı, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə bu sahəni nizama salan Mülki Məcəllənin 220-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinə cəhd göstərsə də, hazırkı iddia tələbinədək istəyinə nail ola bilməmişdir.

11. Yuхаrıdа istinаd еdilən mаddi hüquq nоrmаlаrının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istinad olunan “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2014-cü il tarixli Qərarında, eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ###### 2024-cü il tarixli Qərardadında sərgilənən hüquqi mövqeyi nəzərə alan məhkəmə hеsаb еtmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci, Mülki Məcəllənin 220-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2014-cü il tarixli Qərarına və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” ## ###### 2024-cü il tarixli Qərardadına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və X3 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

15. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 izahatında bildirmişdir ki, həmin evdə qardaşı ilə birgə yaşayır, təqaüdçüdür. Evin satılmasını istəmir. Qardaşı olan cavabdeh Cavabdeh ilə razıdır.

16. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəməyə teleqram göndərərək, ünvan 1 nömrəli ünvanda yerləşən mülkdən onlara düşən hissələri mərhum yoldaşının vəsiyyətinə uyğun olaraq Cavabdeh verilməsinə etiraz etmədiklərini qeyd etmişdir.

17. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 tərəfindən göndərilmiş ərizədə qeyd edilmişdir ki, 2019-cu ildə əmlakda payı olan şəxslər arasında olan razılaşmaya əsasən Iddiaçı оğlunun Cavabdeh оğlunа 2 sot torpaq verməsi və həmin torpaq sahəsində iki otaqlı ev inşa etməsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Iddiaçı ilə qalması şərti ilə X1 öz payına düşən hissəni Iddiaçı оğluna verəcək, lakin Iddiaçı razılaşmaya əməl etməsə X1 öz payını Cavabdeh оğlunа verəcək. Həmin razılaşmanın üstündən yeddi il keçməsinə baxmayaraq əməl edilməmişdir. O, X1 vərəsəsi olaraq razılaşmanın tərəfdarıdır. Əgər əməl olunmayacaqsa o, öz payının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Cavabdeh ilə qalması şərti ilə Cavabdeh оğluna verilməsinə etiraz etmir.

18. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ilə eyni məzmunda ərizə göndərərək bildirmişdir ki, razılaşmaya əməl olunmayacaqsa öz payının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Cavabdeh ilə qalması şərti ilə Cavabdeh оğluna verilməsinə etiraz etmir.

19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.Isayevin sədrliyi və məruzəsi ilə, hakimlər T.Musayev və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etməməsi, prosessual hüquq normasının tələblərinin pozulmasına dair dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, işdə olan iddiаçı Iddiaçı оğlunun cаvаbdеh Cavabdeh оğlunа qarşı paylı mülkiyyətdə olan evdən və torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli qətnaməsi ilə iddiаçı Iddiaçı оğlunun iddiası təmin edilməmişdir.

21. Lakin iş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin digər mülkiyyətçiləri də vardır.

22. Belə ki, işdə olan ƏMDX DƏDKR PHŞ-nin ## #### 2025-ci il tarixli yeni alınmış çıxarışından görünür ki, ünvan 1 nömrəli fərdi yaşayış evində Iddiaçı payı 36/56 hissə və 36/56 hissə torpaq sahəsi, Cavabdeh fərdi yaşayış evində 3/56 hissə və torpaq sahəsində 3/56 hissə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 fərdi yaşayış evində payı 1/16 hissə və torpaq sahəsində 1/16 hissə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 fərdi yaşayış evində payı 3/56 hissə və torpaq sahəsində 3/56 hissə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 fərdi yaşayış evində payı 1/16 hissə və torpaq sahəsində 1/16 hissə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 fərdi yaşayış evində payı 1/16 hissə və torpaq sahəsində 1/16 hissə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 fərdi yaşayış evində payı 1/16 hissə və torpaq sahəsində 1/16 hissədir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi bütün mülkiyyətçilərə münasibətdə Mülki Məcəllənin 220 və 221-ci maddələrində göstərilən müvafiq ardıcıllıqla araşdırma və yoxlama aparmadan iddianın təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir.

24. Apellyasiya kollegiyası qeyd etməyi vacib hesab etmişdir ki, hazırkı vəziyyətdə iddianın rədd edilməsi, iddiaçının mübahisənin mərhələli həll proseduruna riayət edildikdən sonra yenidən eyni iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanlarını aradan qaldırmır.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” ## ###### 2024-cü il tarixli Qərardadına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

26. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 220-ci, Mülki Prosessual Məcəllənin 2, 82, 372, 384-ci maddələrinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2014-cü il tarixli Qərarının və Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” ## ###### 2024-cü il tarixli Qərardadının tələbləri pozulmuşdur.

28. Belə ki, Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri iddiaçı tərəfindən tam keçilmişdir. Baxılan işdə Mülki Məcəllənin 220.6-cı maddəsinin tətbiqi üçün bütün şərtlər mövcuddur. Naturada bölünmə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə texniki cəhətdən qeyri-mümkün hesab edilmiş, kompensasiya isə cavabdeh tərəfindən açıq şəkildə rədd edilmişdir. Bu iki mərhələnin tükənməsi Mülki Məcəllənin 220.6-cı maddəsi mənasında ümumi əmlakın bölünməsinin mövcud qaydalar üzrə açıq-aşkar məqsədəuyğun olmadığını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2014-cü il tarixli Qərarına əsasən əmlakın hərracdan satılmasından əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrindəki mərhələli qaydalara əməl olunmalıdır. Bu Qərarda həmçinin qeyd edilmişdir ki, mərhələli həll qaydası mülkiyyət hüququnun toxunulmazlığını qorumaqdır. Apellyasiya məhkəməsi bu Qərara istinad edərək birinci instansiyanın qətnaməsini ləğv etmişdir. Lakin, məhkəmə Qərarın mahiyyətini düzgün dərk etməmişdir. Belə ki, Qərarda nəzərdə tutulan mərhələli qaydalar iddiaçı tərəfindən tam keçilmişdir. Naturada bölünmə qanuni qüvvəyə minmiş aktla qeyri-mümkün hesab edilmiş, kompensasiya isə cavabdeh tərəfindən rədd edilmişdir. Bundan sonra məhkəmənin iddiaçıya yenidən eyni prosedurdan keçməyi tövsiyə etməsi Konstitusiya Məhkəməsinin həmin Qərarının ruhuna açıq ziddir. Apellyasiya məhkəməsi iddiaçının yalnız cavabdeh Cavabdeh kompensasiya təklifi göndərməsini, lakin digər mülkiyyətçilər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mərhumun vərəsələrinə ayrıca kompensasiya təklifi göndərməməsini əsas gətirmişdir. Lakin, bu arqument hüquqi baxımdan əsassızdır. Belə ki, Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadəsində mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 payı 1/14, sonrakı çıxarışda isə 3/56 təşkil edir. Bu pay həcmi Mülki Məcəllənin 220.4-cü maddəsi mənasında cüzi pay kateqoriyasına aiddir. Həmçinin, həmin fərdi yaşayış evinin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir. Bu isə o deməkdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 payı da real surətdə ayrıla bilmir. Beləliklə, Mülki Məcəllənin 220.4-cü maddəsinin tətbiqi üçün zəruri olan hər iki şərt, yəni payın cüzi olması və naturada ayrılmasının qeyri-mümkünlüyü mövcuddur. Bu halda məhkəmə onun razılığı olmadan da kompensasiya məsələsini həll edə bilər, yəni ona ayrıca kompensasiya təklifi göndərilməsi Mülki Məcəllənin 220.4-cü maddəsi çərçivəsində zəruri prosedur deyildir. X1 vərəsələrinə gəldikdə isə qeyd etmək lazımdır ki, onlar apellyasiya mərhələsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmiş və öz mövqelərini açıq şəkildə bildirmişlər. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 teleqramla, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 isə ərizələrlə həmin əmlakdakı paylarının Cavabdeh verilməsinə etiraz etmədiklərini ifadə etmişlər. Yəni mərhumun vərəsələrinin mövqeyi məhkəmə prosesinin özündə artıq aydınlaşmış, onlar kompensasiya məsələsinin həllinə mane olmaq niyyətlərinin olmadığını bildirmişlər. Belə olan halda, onlara ayrıca kompensasiya təklifi göndərilməməsi prosedur baxımından heç bir əhəmiyyət kəsb etmir. Çünki onların mövqeyi məhkəmə iclasında açıqlanmış faktdır. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, apellyasiya məhkəməsinin mövqeyi, yəni iddiaçının bütün mülkiyyətçilərə ayrıca kompensasiya təklifi göndərməli olması tələbi, nə Mülki Məcəllənin 220.3-220.4-cü maddələrinin məzmunundan, nə Konstitusiya Məhkəməsinin 2014-cü il Qərarından, nə də Ali Məhkəmənin ## ###### 2024cü il tarixli Qərardadından irəli gəlir.

29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

32. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən daşınmaz əmlakın digər paylı mülkiyyətçilərinin iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilərək, onlara qarşı iddia irəli sürülmədiyini müəyyən etməklə, əsaslı olaraq iddianın rədd etmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” ## ###### 2024-cü il tarixli Qərardadının 30-cu bəndinə əsasən bu iddialara baxılması zamanı mərhələli həll qaydasının müəyyən edilməsində məqsəd mülkiyyətçilərdən birinin (və ya bir neçəsinin) digər paylı mülkiyyətçiləri öz mülkiyyət hüquqlarından iradələrinə zidd şəkildə istədikləri vaxt istədikləri formada məhrum etmələrinə müəyyən məhdudiyyətlər qoymaqla, mülkiyyət hüququnun toxunulmazlığını qorumaqdan, həmçinin bütün mülkiyyətçilərin hüquqi mənafelərinin balanslı müdafiəsinə nail olmaqdan ibarətdir. Məhz bu məqsədlə qanunverici bu kateqoriyadan olan mübahisələrin həlli zamanı qanunla müəyyən edilmiş mərhələlərdən birini və ya bir neçəsini istisna etməklə, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqinin tələb edilməsini qadağan etmişdir. Bu baxımdan iddiaçının dispozitivlik prinsipindən çıxış edərək, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqini tələb etməsi iddianın rədd olunması üçün əsasdır.

40. Göründüyü kimi, paylı mülkiyyətçilərin işə cavabdeh qismində cəlb edilmədən, ümumi paylı mülkiyyətin hərracdan satılması barədə qətnamə qəbul edilməsi, həmin şəxslərin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər.

41. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında əvvəlki məhkəmə mübahisəsinin nəticəsinin nəzərə alınmaması, paylı mülkiyyətin paylara uyğun olaraq naturada ayrılmanın mümkün olmaması ilə bağlıdır.

42. Məhkəmə kollegiyası şikayətin həmin dəlillərini əsaslı hesab etmir bu səbəbdən ki, iddianın rədd olunmasının əsası prosessual məsələ - iddiaya cavab verməli olan bütün cavabdehlərə qarşı iddianın irəli sürülməməsi olmuşdur.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

44. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar