Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-135/2026 05.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: dəbbə pulu tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4522/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh X2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 mart 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları
1. İddiaçı ilə X2 "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, "xxxx" ASC İddiaçı məxsus olan “Mersedes Benz EQB 300 4 Matic” markalı, **LT-*** dövlət nömrə nişanlı avtomobili 1 il müddətinə tam sığortalamışdır. Bununla bağlı ASC tərəfindən İddiaçı **********3 nömrəli “Sığorta şəhadətnaməsi” verilmişdir.
2. Şəhadətnamədə qeyd edilmişdir ki, avtomobilin bazar dəyəri 70.000 manat, sığorta məbləği 70.000 manat, sığorta haqqı 1960 manat, aylıq ödəniş 392 manat, azadolma məbləği 200 manat təşkil edir, sığorta haqqı 5 ay müddətinə hissə-hissə, hər ayın 8-də ödənilməlidir, sığorta müddəti xx.xx.2023-xx.xx.2024-cü il tarixdədir. 3. xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermiş, İddiaçı özünə məxsus həmin avtomobil ilə yol-nəqliyyat hadisə si törətmiş, avtomobil qəzaya uğrayaraq istismara yarasız vəziyyətə düşmüşdür.
4. Baş vermiş hadisə ilə əlaqədar ASC müqavilə şərtinin İddiaçı tərəfindən pozulması, yəni sığorta haqqının xx.xx.2023-cü il tarixdə ödənilməli olan 3-cü hissəsinin ödənilməməsi səbəbi ilə birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verildiyini bildirərək sığorta ödənişinin verilməsindən imtina etmiş, İddiaçı bununla razılaşmamış, ASC-yə qarşı “müqavilənin ləğv edilməsinin qanunsuz hesab edilməsi və sığorta ödənişinin tutulması tələbi barədə” iddia irəli sürmüşdü.
5. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-305/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək sığorta ödənişi qismində 29.945,02 manat məbləğində pul vəsaitinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüs umunun bir hissəsinin əvəzi olaraq 179,84 manat məbləğində pulun ASC-dən tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamə xx.xx.2024cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, buna baxmayaraq ASC həmin qətnaməni xx.xx.2025-ci il tarixdə icra edərək, qətnamə ilə müəyyən edilmiş vəsaiti İddiaçı hesabına köçürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta ödənişinin gecikdirilməsinə görə qətnamə icra olunan günədək, yəni xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2025-ci il tarixədək (489 gün) hər gecikdirilmiş gün üçün sığorta ödənişi olan 29.945,02 manat məbləğin 0,1 faizi həcmində, yəni hər gün üçün 29,94 manat, ümumilikdə isə 14.640,66 (489 x 29,94 = 14.640,66) manat dəbbə pulunun onun xeyrinə tutulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hadisə barədə hadisədən dərhal sonra cavabdehə telefon vasitəsi ilə məlumat vermişdir. Cavabdehin əməkdaşları iddiaçını etmiş və ilk olaraq sığorta ödənişini həyata keçirəcəklərini bildirərək dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə “X1” Mercedes-Benz-in Azərbaycandakı rəsmi dillerinə müraciət etməsini tövsiyə etmişlər. Buna görə də, iddiaçı həmin şirkətə müraciət edərək, avtomobilinə dəymiş ziyanın müəyyən edilməsini xahiş etmişdir. Şirkət avtomobilə baxış keçirmiş və müəyyən etmişdir ki, avtomobilin istismara yararlı vəziyyətə salınması üçün 28.373,43 manat məbləğində vəsait tələb olunur. Şirkət bu barədə idd iaçıya xx.xx.2023-cü il tarixli “Ziyan aktı” vermiş və iddiaçı həmin aktı cavabdehə təqdim etmişdir. Cavabdehin əməkdaşları ilkin olaraq dəymiş ziyanı ödəyəcəklərini qeyd etsələr də, sonradan, yəni xx.xx.2023-cü il tarixdə günorta iddiaçı ilə əlaqə yaradaraq sığorta ödənişindən imtina edəcəklərini bildirmişlər. Onlar bunu onunla izah etmişlər ki, hadisə baş verdiyi zaman aylıq sığorta haqqı ödənilməmişdir. Bundan sonra iddiaçının ünvanına cavabdeh tərəfindən sürətli poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixli sığorta müqaviləsinə xitam verilməsinə dair bildiriş göndərilmiş və həmin bildirişdə qeyd olunmuşdur ki, iddiaçı sığorta haqqının üçüncü hissəsini müqavilə üzrə müəyyən edilmiş müddətdə tam ödəmək vəzifəsini icra etməmiş və gecikdirmişdir. Bundan sonra iddiaçı, cavabdehə qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, yuxarıda qeyd edilən “Nəqliyyat vasitəsinin tam sığortası haqqında” müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulmuş sığorta hadisəsi nəticəsində ona verilməli olan 30.145,02 manat məbləğində sığorta ödənişinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsi həmin iddiaya dair 2(009)-305/2024 saylı mülki işə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, sığorta ödənişi olaraq 29.945,02 manat vəsaitinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 179,84 manatın cavabdehdən tutula raq iddiaçıya ödənilməsini və qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, buna baxmayaraq cavabdeh həmin qətnaməni xx.xx.2025-ci il tarixdə icra edərək, qətnamə ilə müəyyən edilmiş vəsaiti iddiaçının hesabına köçürmüşdür. Göründüyü kimi, sığorta hadisəsi xx.xx.2023-cü il tarixdə baş verdikdən sonra, xx.xx.2023cü il tarixdən sığorta şirkəti sığorta ödənişini ödəməkdən imtina etmişdir və nəticədə iddiaçının hüquqlarını pozmuşdur. xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2025-ci il tarixədək sığorta ödənişinin gecikdirilməsi müddəti 489 gün təşkil edir. Belə olan halda, cavabdeh sığorta ödənişinin gecikdirilmiş hər 1 günü üçün sığorta ödənişi olan 29.945,02 manatın 0,1 faizi həcmində, yəni hər gün üçün 29,94 manat, ümumilikdə isə (489 x 29,94=) 14.640,66 manat dəbbə pulunu iddiaçıya ödəməlidir. İddiaçı, bu pulun ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubunu təqdim edərək, 14.640,66 manat dəbbə pulunun 5 gün ərzində ödənilməsini xahiş etsə də, onun müraciətinə rəsmi qaydada heç bir cavab verilməmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1221/2025 nömrəli, 11 iyun 2025ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə tərəflər arasında müqavilə olmalı və həmin müqavilə üzrə cavabdehdən dəbbə pulunun tələb edilməsi ilə bağlı yazılı formada şərt nəzərdə tutulmalıdır. Halbuki işin hallarında sadalan halların olması faktı da məhkəmə araşdırması zamanı müəyyən edilmir.
10. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, hazırkı mübahisənin tərəfləri sığortaçı ilə vurulmuş zərərin ödənilməsi nəticəsində reqres tələbinin yönəldiyi cavabdeh digər sığorta firmasıdır və mübahisənin predmetini reqres tələbindən irəli gələn məbləğin tutulmasıdır.
11. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik sığorta ödənişinin gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan sığorta pulunun verilməsi ilə əlaqədar sığorta təşkilatı tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla sığorta təşkilatı qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Cavabdeh sığorta təşkilatı tərəfindən sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilmişdi r. Belə olan halda sığorta ödənişinin verilməsi ilə bağlı mübahisə olduğu üçün, bu hal sığorta ödənişinin verilməsinin gecikdirilməsi hesab edilmir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sığorta təşkilatı tərəfindən sığorta ödənişinin verilməsindən imtina hadisə barədə məlumat verildiyindən 7 gün ərzində edilmişdir. Yəni qanunda nəzərdə tutulmuş müddəti cavabdeh pozmamışdır. Qanuni qüvvəyə minmiş məhkəməyə qətnaməsi icraya yönəldikdən sonra isə sığorta təşkilatı tərəfindən ödəniş tam həyata keçirilmişdir.
12. Məhkəmə mövqeyini AR Mülki Məcəlləsinin 462.1, 463.1, 934.1, 934.2-ci, habelə MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya mə hkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4522/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən, məruzəçi), Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia t əmin edilmiş və cavabdehdən 14.640,66 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehin icranı gecikdirmiş sayılmaması üçün əsaslar müəyyən edilmir. Öhdəliyin icrasından qanuni hesab edilməmiş imtina isə öhdəliyin icrasının gecikdirilməmiş sayılması üçün əsas deyil. Beləliklə Məhkəmə tərəfindən müəyyən edilir ki, sığorta ödənişi öhdəliyinin icrası cavabdeh tərəfindən gecikdirilmişdir.
17. Məhkəmə cavabdehin iddiaçı tərəfindən sığorta ödənişinin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etdikdən (xx.xx.2023-cü il tarix) sonra hüquqi imkanları (yəni qəbul edilmiş məhkəmə aktlarının yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanları) tükənənədək ol an müddətin gecikmə müddəti sayılmaması ilə bağlı dəlilini əsassız hesab etmişdir. Çünki öhdəliyin icrasının gecikdirilməsinə görə yaranan məsuliyyətin riskləri borclunun üzərinə düşür.
18. Məhkəmə qeyd etmişdir ki, cavabdeh sığorta haqqını müqavilə bağlanarkən tam tələb edə bilərdi. Sığorta hadisəsi baş verdikdən sonra sığorta ödənişinin icrasından sığorta haqqının 1/3 hissəsinin ödənilməməsi əsası ilə xəbərdarlıq müddəti müəyyən etmədən imtina edərkən, bu imtinanın qanuniliyini, şərtlərini müəyyən edərkən üzərinə götürdüyü riskləri də nəzərə almalı, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu bilməli idi. Əks yanaşma mülki dövriyyənin sabitliyinin pozulmasına, hüquqlardan sui-istifadəyə yol aça bilər. Üstəlik hüquq sahibi bu sahədə ixtis aslaşmış təkilat olduqda bu cür sui-istifadə digər mülki dövriyyə iştirakçılarının hüquqlarının pozulmasına gətirib çıxara bilər ki, qanunverici bu halı risklərin bölüşdürülməsi zamanı nəzərə almış, normalarını münasibətlərin xarakterini nəzərə almaqla ədalət prinsipinə əsaslanaraq müəyyən etmişdir.
19. Məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 934.2-ci maddəsi ilə müəyyən edilmiş dəbbə pulunun sığorta ödənişi tələbi ilə bağlı məhkəmədə iddia irəli sürülməsi ilə eyni vaxtda tələb edilməsi barədə qanunvericilikdə imperativ norma nəzərdə tutulmamışdır. Öhdəliyin icrası bunun üçün müəyyən edilmiş vaxtdan öhdəlik icra edilən vaxtadək gecikdirilmiş sayılır. Odur ki, öhdəliyin gecikmə günlərinin sayının 12 gün olması ilə bağlı cavabdehin dəlili də əsassız hesab edilir. Öhdəliyin icrası tələbini qəbul etməyən cavabdeh tərəfindən icranın gecikdirilməsinə görə dəbbə pulunun icrası tələbini də qəbul etməyəcəyi aşkardır. Bundan əlavə, cavabdeh tərəfindən də öhdəlik icra edilən günədək öhdəliyin icrası ilə bağlı kreditor sayılan iddiaçıya hər hansı təklif irəli sürmədiyi işin mübahisəsiz halı olduğundan iddiaçı tərəfindən hər hansı sui-istifadəyə yol verildiyi müəyyən edilmir. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdehdən sığorta ödənişinin icrasından imtina cavabını aldıqdan ağlabatan müddətdə, yəni 12 gün sonra (xx.xx.2023-cü il tarixdə) sığorta ödənişi tələbi ilə məhkəməyə müraciət etmişdir.
20. Öhdəliyin gecikdirilməsi müddətinin xx.xx.2023-cü il tarixdən, yəni imtina cavabının iddiaçıya çatdırıldığı tarixdən başlanması ilə bağlı cavabdehin dəlili ilə də razılaşmayan məhkəmə bildirmiş dir ki, cavab məktubunda xx.xx.2023-cü il tarixdən sığorta müqaviləsindən imtina edilməklə ona xitam verilməsi ilə bağlı iradə ifadəsi bildirilmişdir.
21. Məhkəmə dəbbə pulu barədə yazılı razılaşma olmaması ilə bağlı cavabdehin dəlilini də əsassız hesab edərək bildirmişdir ki, qanunvericilikdə qanun üzrə dəbbə pulunun ödənilməsi imkanı da nəzərdə tutulmuşdur. İddiaçının hazırkı tələbi qanun üzrə dəbbə pulunun ödənilməsi barədədir.
22. Mülki Məcəllənin 934.2-ci maddəsində nəzərdə tutulmuş dəbbə pulu tələbi qanundan irəli gələn tələbdir. Tərəflər arasında dəbbə pulu razılaşmasının nəzərdə tutulmaması iddiaçını qanun üzrə dəbbə pulu ödənilməsi tələbini irəli sürmək hüququndan məhrum edə bilməz.
23. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sığorta ödənişinin ödənilməsinin gecikdir ildiyi günlərin sayının 489 gün olması nəzərə alınaraq hər gecikdirilmiş gün üçün dəbbə pulu (29.945,02 x 0,1% =) 29,94 manat, 489 gün üçün isə (29,94 x 489 =) 14.640,66 manat təşkil edir.
24. Məhkəmə həmçinin dəbbə pulunun azaldılmalı olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə bildirmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Cavabdeh iddianın tam təmin ediləcəyi halda ASC-nin ləğvedilmə prosesinin həyata keçirilməsini məhdudlaşdıra biləcəyini təsdiq edən sübutlar təqdim etməmişdir. Sübuta söykənməyən fakt real, bu barədə dəlil isə əsaslı sayıla bilməz. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, öhdəliyin icrası kifayət qədər uzun bir müddət ərzində, 489 gün gecikdirilmişdir. Bu gecikmənin bütün təqsiri cavabdehdə olmuşdur. Ötən müddət ərzində iddiaçının da müəyyən məhrumiyyətlərə məruz qalması qaçılmazdır. Dəbbə pulunun məbləği müəyyən edilərkən kreditorun mənafeyi işin bütün halları ilə müqayisəli şəkildə nəzərə alınmalıdır. Qeyd edilənlər Məhkəmədə belə qənaət formalaşdırır ki, dəbbə pulunun miqdarının azaldılması üçün yetərli əsas müəyyən edilməmişdir.
25. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 445.1, 445.2.1, 445.2.2, 445.9, 446.1, 448.1, 464.1, 467, 934.2-ci, habelə MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası mə hkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş bütün dövlət rüsumlarının iddiaçının özünə aid edilməsi, kassasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 67 manatın, cavabdeh tərəfindən bütün instansiyalar üzrə ödənilmiş vəkil xərcinin əvəzi olan cəmi 963 manat pul vəsaitinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin hazırki işlə bağlı mövqeyi tamamilə yanlışdır və qanuni əsası yoxdur. Sığorta ödənişinin gecikdirilməsi məsələsinə münasibətdə də apellyasiya instansiya məhkəməsinin mövqeyi yalnışdır. Çünki, cavabdeh sığorta ödənişini gecikdirməmişdir. Belə ki, sığorta hadisəsi xx.xx.2023-cü il tarixdə baş verib və həmin gün sığortalı zəng vuraraq məlumat verib. Sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən əsaslandırılmış imtina bildirişi xx.xx.2023-cü il tarixdə göndərilib və xx.xx.2023-cü il tarixdə sığortalı alıb. Sığorta ödənişinin məlumat verilməsindən 7 iş günü müddətində verilməsi və ya verilməsindən imtina nəzərdə tutulduğundan, bu işdə sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilmə və ya verilməsindən imtina bildirişinin müddətinin son günü xx.xx.2023cü il tarixdə bitirdi. Sığortaçı- sığorta ödənişinin verilməsindən əsaslandırılmış imtina bildirişi ilə bağlı 7 iş günü müddəti tələblərini pozmamışdır. İddiaçının istinad etdiyi Mülk Məcəlləsinin 934.2-ci maddəsi isə sığortaçıdan sığorta ödənişini sığorta müqaviləsi ilə müəyyən olunmuş, yəni məlumat daxil olduğu gündən 7 iş günü müddətində ödəmədikdə, dəbbə pulu ödəməsini tələb edir. Belə olan halda sığortaçı ödənişinin verilməsindən vaxtında imtina etməklə qanunvericiliklə müəyyən edilmiş 7 iş günü müddətini ötürməmiş və hər hansı gecikməyə yol verməmişdir. Hətta hesab edilsə ki, sığortaçı tərəfindən sığorta ödənişi gecikdirilmiş, onda sığortalı ən yaxşı halda sığortaçının imtinasını aldığı xx.xx.2023-cü il tarixdən, əsas tələb olan sığorta ödənişi tələbi barədə məhkəməyə iddia ərizəsi ilə ilk dəfə müraciət etdiyi xx.xx.2023-cü il tarixədək olan dövrü, yəni 12 günü gecikmə kimi götürməli və hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,1 faiz həcmində (12 x 29,94 = 359.28) dəbbə pulunu tələb edə bilərdi. Lakin, iddiaçının hazırki iddia tələbini bilərəkdən uzatmaqla bugünki gün tələb etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Digər bir məsələ isə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinin nəzərə alınmaması, tətbiq edilməməsidir. İddiaçı 29.945,02 manat sığorta ödənişinə münasibətdə həmin məbləğin 50% həcmində (14.640,66 manat məbləğində) dəbbə pulunu tələb etməsi və apellyasiya instansiyası məhkəməsinin həmin məbləği olduğu kimi təmin etməklə, "xxxx" ASC-nin ləğv prosesində olmasını və ləğv prosesindən irəli gələn əmlak mənafelərini nəzərə almadan, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmağa səlahiyyəti olduğu halda bunu etməmişdir. Bundan başqa iddiaçı xx.xx.2023-cü il tarixində ödəməli olduğu 392 manat sığorta haqqının (3 cü hissə) 276 manat ödənilməmiş hissəsini və 124 manat əlavə olmaqla xx.xx.2023-cü il tarixdə (hadisə baş verdikdən sonra) ödədikdən (cəmi 400 manat) sonra sığorta haqqı üzrə ödənilməli olan digər hissələri (məbləğləri) ümumiyyətlə ödəməmişdir. Halbuki, iddiaçının qüvvədə saxlamaq istəyini bildirdiyi sığorta müqaviləsi üzrə xx.xx.2023-cü ildə 392 manat (4-cü hissə) və xx.xx.2024cü ildə 392 manat (5-ci hissə) məbləğləri ödəməyə öhdəlik götürmüşdür. Yəni, məhkəmə müqavilənin tərəfin olan sığortaçının üzərinə nəinki sığorta ödənişinin ödənilməsi, hətta həmin müqavilə üzrə dəbbə pulunun ödənilməsi öhdəliyi qoyduğu halda sığortalı tərəfindən sığorta haqqı ödənilib-ödənilməməsi və ödənilmədiyi halda hansı səbəbdən ödənilməmə si ümumiyyətlə araşdırılmamış və buna münasibət bildirilmir. Bu isə mülki qanunvericiliyinin əsas prinsipi olan mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə ziddir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilmə məsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
31. Maddə 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır.
32. Maddə 446.1. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasınd a onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.
35. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
36. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübut lara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
46. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
48. Belə ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehin icranı gecikdirmiş sayılmaması üçün əsaslar müəyyən edilmir və öhdəliyin icrasından qanuni hesab edilməmiş imtina öhdəliyin icrasının gecikdirilməmiş sayılması üçün əsas deyil. Beləliklə, sığorta ödənişi üzrə öhdəliyin icrası cavabdeh tərəfindən gecikdirilmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh- sığorta haqqını müqavilə bağlanarkən tam tələb edə bilərdi. Sığorta hadisəsi baş verdikdən sonra sığorta ödənişinin icrasından sığorta haqqının 1/3 hissəsinin ödənilməməsi əsası ilə xəbərdarlıq müddəti müəyyən etmədən imtina edərkən, bu imtinanın qanuniliyini, şərtlərini müəyyən edərkən üzərinə götürdüyü riskləri də nəzərə almalı, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu bilməli idi. Əks yanaşma mülki dövriyyənin sabitliyinin pozulmasına, hüquqlardan sui-istifadəyə yol aça bilər. Üstəlik hüquq sahibi bu sahədə ixtisaslaşmış təkilat olduqda bu cür sui-istifadə digər mülki dövriyyə iştirakçılarının hüquqlarının pozulmasına gətirib çıxara bilər ki, qanunverici bu halı risklərin bölüşdürülməsi zamanı nəzərə almış, normalarını münasibətlərin xarakterini nəzərə almaqla ədalət prinsipinə əsaslanaraq müəyyən etmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 934.2-ci maddəsi ilə müəyyən edilmiş dəbbə pulunun sığorta ödənişi tələbi ilə bağlı məhkəmədə iddia irəli sürülməsi ilə eyni vaxtda tələb edilməsi barədə qanunvericilikdə imperativ norma nəzərdə tutulmamışdır. Öhdəliyin icrası bunun üçün müəyyən edilmiş vaxtdan öhdəlik icra edilən vaxtadək gecikdirilmiş sayılır. Odur ki, öhdəliyin gecikmə günlərinin sayının 12 gün olması ilə bağlı cavabdehin dəlili də əsaslı sayıla bilməz. Öhdəliyin icrası tələbini qəbul etməyən cavabdeh tərəfindən icranın gecikdirilməsinə görə dəbbə pulunun icrası tələbini qəbul etməyəcəyi aşkardır.
51. Bundan əlavə, cavabdeh tərəfindən öhdəlik icra edilən günədək öhdəliyin icrası ilə bağlı kreditor sayılan iddiaçıya hər hansı təklif irəli sürmədiyi işin mübahisəsiz halı olduğundan, iddiaçı tərəfindən hər hansı sui-istifadəyə yol verildiyi müəyyən edilmir.
52. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdehdən sığorta ödənişinin icrasından imtina cavabını aldıqdan ağlabatan müddətdə, yəni 12 gün sonra (xx.xx.2023-cü il tarixdə) sığorta ödənişi tələbi ilə məhkəməyə müraciət etmişdir. Öhdəliyin gecikdirilməsi müddətinin xx.xx.2023-cü il tarixdən, yəni imtina cavabının iddiaçıya çatdırıldığı tarixdən başlanması ilə bağlı cavabdehin dəlili ilə də razılaşmayan məhkəmə bildirmişdir ki, cavab məktubunda xx.xx.2023-cü il tarixdən sığorta müqaviləsindən imtina edilməklə ona xitam verilməsi ilə bağlı iradə ifadəsi bildirilmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi, dəbbə pulu barədə yazılı razılaşma olmama sı ilə bağlı cavabdehin dəlilini əsassız hesab edərək bildirmişdir ki, qanunvericilikdə qanun üzrə dəbbə pulunun ödənilməsi imkanı da nəzərdə tutulmuşdur. İddiaçının hazırkı tələbi qanun üzrə dəbbə pulunun ödənilməsi barədədir.
54. Mülki Məcəllənin 934.2-ci maddəsində nəzərdə tutulmuş dəbbə pulu tələbi qanundan irəli gələn tələbdir. Tərəflər arasında dəbbə pulu razılaşmasının nəzərdə tutulmaması iddiaçını qanun üzrə dəbbə pulu ödənilməsi tələbini irəli sürmək hüququndan məhrum edə bilməz.
55. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sığorta ödənişinin ödənilməsinin gecikdirildiyi günlərin sayının 489 gün olması nəzərə alınaraq, hər gecikdirilmiş gün üçün dəbbə pulu 29,94 manat, 489 gün üçün isə (29,94 x 489 =) 14.640,66 manat təşkil edir.
56. Apellyasi ya instansiyası məhkəməsi həmçinin dəbbə pulunun azaldılmalı olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə bildirmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
57. Cavabdeh iddianın tam təmin ediləcəyi halda ASC-nin ləğvedilmə prosesinin həyata keçirilməsini məhdudlaşdıra biləcəyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən fakt real, bu barədə dəlil isə əsaslı sayıla bilməz.
58. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, öhdəliyin icrası kifayət qədər uzun bir müddət ərzində, 489 gün gecikdirilmişdir. Bu gecikmənin bütün təqsiri cavabdehdə olmuşdur. Ötən müddət ərzində iddiaçının müəyyən məhrumiyyətlərə məruz qalması qaçılmazdır. Dəbbə pulunun məbləği müəyyən edilərkən kreditorun mənafeyi işin bütün halları ilə müqayisəli şəkildə nəzərə alınmalıdır. Qeyd edilənlər apellyasiya instansiyası məhkəməsində belə qənaət formalaşdırır ki, dəbbə pulunun miqdarının azaldılması üçün yetərli əsas müəyyən edilməmişdir.
59. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlib, maddi və prosessual hü quq normasının tətbiqində səhvə yol verməyib, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh LPO "xxxx" ASC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 sentyabr 2025-ci il tarixli, 2(103)-4522/2025 saylı qətnaməsi diyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.