Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1379/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı şirkətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı İddiaçı Şirkəti cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(001)- ***/**** nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbi təmin edilmişdir.
3. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermiş, şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə təmin edilməmişdir.
5. Cavabdehin həmin qərardaddan verdiyi şikayət məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Bundan sonra, cavabdehin nümayəndəsi və vəkili yenidən məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə vəsatət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili tərəfindən prosessual müddətin bərpasına dair vəsatət və ona əlavə edilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
9. Daha sonra cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizəsi məhkəməyə bir daha daxil olmuşdur.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(001)- ***/**** nömrəli qərardadı ilə həmin məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Sonuncu dəfə cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə2 məhkəməyə prosessual müddətin bərpasına dair vəsatətlə və ona əlavə edilmiş apellyasiya şikayəti ilə təkrar müraciət etmişdir.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(001)- ***/**** nömrəli qərardadı ilə prosessual müddətinin bərpasına dair vəsatət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(3-6)- ***/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır və qərardadın nəticə hissəsində göstərilmişdir ki, qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
16. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iş üzrə mübahisələndirilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 402.2, 408.1.1 və 408.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(*- *)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadını ləğv edilməsi barədə qərardad qəbul edilərək, həmin məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən verilən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətə əməl edilmədiyindən ## ###### 2025-ci il tarixli qərardad ilə geri qaytarılmışdır. Halbuki qətnamə cavabdehə aid olan elektron kabinetə yerləşdirildiyi qeyd edilsə də, cavabdeh qətnaməni imza ataraq ##.##.2025-ci il tarixdə məhkəmədən götürmüşdür. Cavabdeh adına hər hansı bir elektron kabinetin olmasından xəbərsiz olmuşdur. Apellyasiya şikayəti vəkil nümayəndə2 tərəfindən ##.##.2025-ci il tarixdə verilmişdir. apellyasiya şikayətinin verilməsi üçün müddət ötürülməmişdir. Lakin apellyasiya şikayəti tərəfindən vaxtında verilsə də, müddətin ötürülməsi ilə bağlı qərardadın ##.##.2025-ci il tarixdə qəbul edilməsi barədə məlumat vəkil tərəfindən yalnız may ayında hakimin icraatında başqa bir mülki işlə əlaqədar məhkəmə iclasında olarkən bu iş barəsində apellyasiya şikayətinin, apellyasiya instansiyasına gedibgetməməsi barədə soruşduqdan sonra elektron kabinetə əlavə olunmuş, bunu gördükdən sonra ##.##.2025-ci il tarixdə müddətin bərpası ilə birgə apellyasiya şikayəti vermişdir. Hakim başqa məhkəməyə keçdikdən sonra bir müddət ərizəyə baxış yubandı və başqa hakimin icraatına daxil olduqdan sonra ##.##.2025-ci il tarixdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin olunmamışdır. Qərardad elektron kabinetə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. Həmin qərardad səbəbindən cavabdeh ##.##.2025-ci il tarixli qətnaməni apellyasiya qaydasında mübahisələndirə bilmir, bu hüquqdan məhrum olmuş və nəticədə hüquqları pozulur. Cavabdehin qətnaməni elektron qaydada alması və hansı tarixdə oxumağı məlum deyildi, çünki cavabdeh elektron kabinetdən istifadə etməmiş və bu səbəbdən də qətnaməni məhkəmə bildirişinə imza atmaqla götürmüşdür. Belə ki, göstərilən hallara əsaslanaraq bildirmək istəyirəm ki, mənim tərəfimdən ##.##.2025-ci il tarixdə verilmiş apellyasiya şikayətinin müddəti ötürülməmiş, lakin uzun-uzadı müddət ötürülməsi ilə bağlı verilən qərardadlar əsassızdır. Qətnamədən şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə əsas ola biləcək sübut kimi ilk dəfə qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verilməsi, həmçinin ##.##.2025-ci il tarixdə Məhkəmə-Hüquq Şurasına müraciətində və ##.##.2025-ci il “xxxx” MMC-nin cavab məktublarında cavabdehin adına e-kabinet olmaması nəzərə alınmalı və mülki iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. E-kabinetin yaradılması üçün “Elektron imza” (Asan imza, e-imza, Sima imza) və ya “Digital Login”, e-poçt ünvanının, mobil telefon nömrəsi kimi şəxsi məlumatların mövcudluğu və daxil edilməsi zəruridir. Qeyd olunan məlumatlar üçüncü şəxsdə olduqda həmin şəxs tərəfindən kabinetin yaradılması mümkün hesab olunur. Lakin kabinet üzrə qeydiyyat əməliyyatlarını həyata keçirən şəxsin kimliyini müəyyən etmək mümkün deyildir. Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Vaxt ötürmədən apellyasiya şikayəti yazıb məhkəmə elektron kabinetinin şəxsi kabinetində yerləşdirilməsinə baxmayaraq “saxta” kabinet səbəbindən haqlı şikayətinə baxılması mümkünsüz sayılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Iddiaçı İddiaçı Şirkəti kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-ct il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər:
22. Maddə 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
23. Maddə 408.1.1 Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti qaytarılır.
24. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi və həmin müddətin bərpası üçün əsasların olmaması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
29. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli iş üzrə ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.