Məhkəmə qərarları › İş №2(102)-1085/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1085/2022

29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1085/2022 29.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8257/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 mart 2022-ci il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X və X iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən “X20” ərazisində İddiaçı-nin hüquqi varisi olduğu hissəsində qanunsuz inşa edilmiş daş hasarların və tikililərin İddiaçı-nin vəsaiti hesabına sökülməsi, son 2 il ərzində (01 oktyabr 2014-cü il tarixdən 01 oktyabr 2016-cı il tarixədək) qanunsuz hərəkətlər nəticəsində X-yə ayrılmış 4 ha ərazidə cəmiyyətin fəaliyyəti məhdudlaşdırıldığı üçün müəssisəyə orta hesabla 249216 manat məbləğində dəymiş ziyanın cavabdehlərdən müştərək qaydada tutulub İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188, 222-1, 255 və 322-ci maddələrinin tələblərinə uyğun olaraq xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

2. İş materiallarından görünür ki, 01 iyul 1947-ci il tarixdə X yaradılmış və həmin müəssisə 1960-cı ilin əvvəllərinədək X kəndinin yaxınlıqında yerləşən əhəngdaşı yatağında əhəngdaşının hasilatı ilə məşğul olmuşdur. Sonradan bu karxanaların bazasında X yaradılmış və Kombinatın strukturuna X, X və x kəndləri yaxınlıqında yerləşən daş karxanalarının sahələri daxil edilmişdirlər.

3. X üçün X sahəsində əhəngdaşının hasilatı məqsədi ilə X 04.06.1980-cı il tarixli 66 saylı Yatağayırma aktına əsasən, xxx kəndinin inzibati ərazisində 68 hektar sahə təşkil edən əhəngdaşı yatağı ay rılmışdır.

4. Azərbaycan SSR Nazirlər Sovetinin “Abşeronda bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” 195 saylı 02.06.1988-ci il tarixli Qərarı ilə, X 68 ha təşkil edən X sahəsindən 34.5 ha sahə X istifadəsinə verilmiş, 33.5 ha sahəsi isə X istismarında saxlanılmışdır.

5. Azərbaycan SSR NS-nın 01.04.1988-ci il tarixli və Bakı Şəhər İK-nın 14.04.1988-ci il tarixli sərəncamlarına əsasən X16 təsərrüfatı yaradılmış və yaradıldıqdan sonra “Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə X tabeçiliyinə verilmişdir.

6. Qeyd edilən trestin tabeliyində olan hüquqi şəxs kimi X16 təsərrüfatı 06.07.1994cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. 7. 10.03.2003-cü ildə Ədliyyə Nazirliyində “X (bundan sonra MMC) dövlət qeydiyyatından keçmişdir. MMC-nin nizamnaməsindən görünür ki, cəmiyyət X16 təsərrüfatının bazasında yaranmışdır və onun hüquqi varisidir. 8. 09.09.2014-cü ildə X tərəfindən 00879 saylı X14 ilə "xxxx" əhəngdaşı yatağında MMC-yə 5 il müddətinə 5 ha torpaq sahəsi ayrılmışdır. X 14.12.2018-ci il tarixli, 63/ü saylı əmri ilə həmin aktın qüvvədə olma müddəti dayandırılmışdır.

9. Eyni zamanda 28.11.2013-cü ildə X tərəfindən MMC-yə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün 5 il müddətinə lisenziya verilmişdir. Həmin lisenziyanın müddəti 28.11.2018-ci il tarixdə bitmişdir.

10. Həmçinin iş materialları ilə müəyyən edilir ki, xxx yerləşən 0.02709 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 212.1 kv.m. təşkil edən qeyri-yaşayış binası (inzibati bina, hamam, gözətçi binası) MMC-nin xüsusi mülkiyyətindədir. 1

1. X tərəfindən xxx 05/463 nömrəli 28.02.2005-ci il tarixli qərarla Cavabdeh1 ümumi ölçüsü 0,12 ha olan 881 nömrəli; 05/483 nömrəli 03.03.2005-ci il tarixli qərarla Cavabdeh2 ümumi ölçüsü 0,12 ha olan 882 a nömrəli; 05/482 nömrəli 03.03. 2005-ci il tarixli qərarla X ümumi ölçüsü 0,12 ha olan 882 nömrəli; 05/498 nömrəli 05.03.2005-ci il tarixli qərarla Cavabdeh4 ümumi ölçüsü 0,12 ha olan 883 nömrəli və 05/499 nömrəli 05.03.2005-ci il tarixli qərarla Cavabdeh3 ümumi ölçüsü 0,12 ha olan 883a nömrəli bağ sahəsi ayrılmışdır.

12. Bakı şəhər İH Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 22.04.1991-ci il tarixdə verilmiş 33 saylı orderdən görünür ki, Cavabdeh6 xx 0,12 ha ölçüdə torpaq sahəsi olan 631”B” nömrəli bağ ayrılmışdır.

13. İddiaçı bildirir ki, İddiaçı əhəngdaşı hasilatı ilə məşğuldur. Cavabdeh lər qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsini zəbt etmiş və orada özbaşına tikinti və hasarçəkmə işləri aparmışdır. İddiaçı tərəfindən dəfələrlə cavabdehlərə, eləcə də müxtəlif səlahiyyətli dövlət orqanlarına müraciət etmələrinə baxmayaraq hər hansı nəticə olmamışdır, cavabdehlər bu özbaşınalıqları ilə onlara külli miqdarda ziyan vurmuş və iddiaçının normal fəaliyyətinə əngəllər törətmişlər. Cavabdehlər bu özbaşınalıqlarını pərdələmək üçün torpaq ayrılmasına dair sərəncamlarının olmasına istinad etmişlər. Lakin istinad etdikləri həmin sənədlər saxtadır və onların hər hansı hüquqi qüvvəsi yoxdur. Çünki, “X5” idarə olunması “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 1999-cu il tarixli Qərarı ilə tənzimlənir ki, həmi n sənədlərə əsasən də vahid dövlət fonduna aid olan həmin torpaqların təyinatının dəyişdirilməsi, onun üzərində hər hansı tikintinin aparılması yolverilməzdir, faydalı qazıntıların yerləşdiyi sahələrdə bu cür işlərin aparılması yalnız müvafiq icra orqanının icazəsi və rəyi əsasında həyata keçirilə bilər, bundan başqa, yerli icra hakimiyyətləri haqqında əsasnaməyə əsasən Bakı şəhərinin ərazisində bu cür sərəncamların verilməsi, nəinki kənd icra nümayəndəsinin, hətta rayon icra başçısının da səlahiyyətinə aid olmayıb, yalnız Bakı ŞİHB-nın səlahiyyətində olan bir məsələdir.

14. Cavabdehlər bildirirlər ki, Sabunçu RİH-nin Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 05.03.2005-ci il tarixli, 05/499 saylı qərarı ilə onların hər birinə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrıl mışdır. “X13 haqqında” Qanunun 15-ci maddəsinə əsasən təbiətdən istifadəsi ilə müvafiq icra hakimiyyəti orqanı arasında təbii resurslardan istifadəyə görə müqavilə bağlanmalıdır. Lakin işdə olan sənədlərdən görünür ki, İddiaçı torpaqdan istifadəyə görə müvafiq icra hakimiyyəti-torpaq sahibi olan Bakı Şəhər İcra Hakimiyyəti ilə müqavilə bağlamamışdır və buna görə də onun fəaliyyəti tamamilə qanunsuzdur. Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir. Karxananın fəaliyyət göstərməsi ekoloji cəhətdən də təhlükəlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2(008)181/2018 nömrəli qətnaməsi ilə (hakim İ.R.Burcayev) iddia q ismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 tərəfindən “X10” ərazisində İddiaçı-nin istifadəsinə verilmiş hissədə qanunsuz inşa edilmiş daş hasarların və tikililərin İddiaçı-nin vəsaiti hesabına sökülməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçının istifadəsində olan torpaq sahəsində, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özlərinə yaşayış evi tikmiş, ərazini zəbt etmişlər. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda “Yerin təki haqqında” Qanunun müddəalarına əsasən dövlətin müstəsna mülkiyyətindədir, dövlətin müvafiq icra hakimiyyəti orqanları vasitəsilə həmin sahə iddiaçı “X16 LTD” MMC-yə akt əsasında verilməklə xüsusi razılıq verilmiş və məhz həmin xüsusi razılıq və təhkim aktı əsasında iddiaçı həmin ərazidə fəaliyyət göstərir. Buna görə də iddiaçı fəaliyyəti ilə əlaqədar maneələrin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, “Yerin təki haqqında” qanunun 4, 5, 13, 23, 46-cı, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 107, 119.1. 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Qətnamədən cavabdehlər apelyasiya şikayəti vermişlər.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(103)-12292/2018 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məru zəsi ilə, hakimlər T.S.Səmədovdan və E.C.Kazımovdan ibarət tərkibdə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2(008)-181/2018 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır.

20. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı (qismən) təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Qətnamədən cavabdehlər kassasiya şikayəti vermişlər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli, 2(102)-4974/2019 nömrəli qərarı ilə (hakim M.T.Əhmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər Ə.M.Rüstəmovdan və Ə.G.Nurməmmədovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2(103)-12292/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

23. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli araşdırmamış, iş materiallarında olan sübutlara düzgün qiymət verməmişdir. 24. məhkəmə baxışı zamanı cavabdehlərin istifadəsində olan torpaq sahəsinin karxana ərazisində ye rləşməsi məhkəmə tərəfindən araşdırılaraq sübuta yetirilməmiş, iddiaçıya verilmiş lisenziya müddətinin başa çatmasının mübahisənin həllinə təsiri baxımından, həmçinin iddiaçıya 5,0 ha ərazidə yerin təki sahəsindən açıq (yeraltı) üsulla "xxxx" əhəngdaşı yatağında mişar daşı istehsalı üçün "xxxx" aktı verildiyi halda, onun sökülməsini tələb etdiyi cavabdehlərin istifadəsində olan torpaq sahəsinin cəminin 6 ha təşkil etməsi (0.12ha x 5 = 6ha), sökülməsi tələb edilən torpaq sahəsi ilə mişar daşı istehsalı üçün iddiaçıya ayrılmış torpaq sahəsi arasında olan ölçü ziddiyyəti ilə bağlı araşdırma aparılmamışdır.

25. Bundan başqa işdən, iş materiallarından görünür ki, X tərəfindən cavabdeh təşkilatın adına verilmiş 09 sentyabr 2014-cü il tarixli, 00879 nömrəli "xxxx" aktının qüvvədə olma müddəti isə 14 dekabr 2018-ci il tarixli, 63/ü saylı əmrlə dayandırılmışdır.

26. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən qeyd olunan hallar nəzərə alınmaqla yanaşı, yuxarıda sadalanan normaların tələbləri baxımından cavabdeh təşkilatın yerin təkindən istifadə hüququna xitam verilməsi üçün əsasların olub-olmaması bir daha yoxlanılmaqla, iddia tələbinin əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(103)-462/2020 nömrəli qətnaməsi ilə (hakim Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışınksidən və R.M.Həsənovdan ibarət tərkibdə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təm in edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli, 2(008)-181/2018 nömrəli qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı “cavabdehlər tərəfindən “X10” ərazisində onun hüquqi varisi olduğu hissədə qanunsuz inşa edilmiş daş hasarların və tikililərin MMC-nin vəsaiti hesabına sökülməsi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən məhkəməyə ona torpaq sahəsinin ayrılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin rəyinin alınması, həmin torpaq sahəsinin sərhədlərinin yerdə və xəritədə müəyy ən edilməsi, plan və ölçüsünün tərtib edilməsi, torpaq sahəsinə dair MMC ilə müvafiq icra hakimiyyəti orqanı arasında müqavilə bağlanması, torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hər hansı mötəbər sübut təqdim olunmamışdır.

29. Əksinə, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26.10.2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, mütəxəssislər tərəfindən tədqiqat obyektinə baxış keçirilib mübahisəli ərazinin koordinatları müəyyən edilmiş, lakin İddiaçı-yə və cavabdehlərə torpaq sahəsinin ayrılması barədə müvafiq qərarların ayrılmaz hissəsi olan torpaqayırma sənədləri, eləcə də iş üzrə hüquqmüəyyənedici, həmçinin torpaq sahəsinin texniki göstəricilərini ə ks etdirən sənədlərin (ayrıc aktı, texniki pasport, torpaq sahəsinin plan və ölçüsü, sxem və sair) mülki iş materiallarına əlavə edilməməsi səbəbindən cavabdehlər tərəfindən daş hasara alınmaqla aparılmış tikinti işlərinin İddiaçı-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

30. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26.01.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddia olunan (naturada müəyyən edilmiş koordinatlara əsasən) mübahisəli torpaq sahəsi xəritələrdə göstərilən koordinatlar çərçivəsində yerləşən torpaq sahəsinin daxilində yerləşir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ar xivində “X10”na torpaq sahəsinin ayrılıbayrılmaması barədə heç bir sənəd aşkarlanmamışdır.

31. Bundan başqa, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi də **********41 nömrəli, 06.12.2019-cu il tarixli məktubunda idarənin arxivində “X10”nın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilmədiyini bildirmişdir.

32. Kollegiya, İddiaçı, hazırkı iddianı qaldırarkən mübahisəli tikililərin yerləşdiyi əraziyə subyektiv hüququnun olmasına dair istinad etdiyi X 00879 saylı, 09.09.2014-cü il tarixli "xxxx" aktına münasibətdə isə bildirmişdir ki, bu akta əsasən, MMC-yə xxx rayonunda yerləşən, X planı üzrə 1, 2, 3, 4, 5, 6, 7 və 8 künc nöqtələri ilə nömrələnmiş 5,0 ha ərazidə yerin təki sahəsindən açıq (yeraltı) üsulla “X10”nda mişar daşı istehsalı üçün 5 il müddətində qüvvədə olmaqla ic azə verilmişdir. Lakin X 14.12.2018-ci il tarixli, 63/ü saylı əmri ilə həmin aktın qüvvədə olma müddəti dayandırılmışdır.

33. İddiaçı tərəfindən X qarşı qeyd olunan əmrin ona aid hissəsinin ləğv edilməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıldığından Bakı Apelyasiya Məhkəməsinin 18.12.2019-cu il tarixli qərardadı ilə, həmin mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırkı işin icraatı dayandırılmışdır. Lakin Bakı İnzibati Məhkəməsinin 26.08.2020-ci il tarixli qərardadına əsasən həmin iş üzrə iddia ərizəsi iddiaçının (İddiaçı-nin) vəsatəti ilə geri qaytarılmışdır.

34. X 30.07.2020-ci il tarixli məktubunda isə qeyd olunmuşdur ki, 11 saylı X tərəfindən İddiaçı-yə verilmiş 22.05.2020-ci il tarixli, 036 nömrəli məcburi göstərişin tələblərinin yerin ə yetirilməsi ilə bağlı qeyd olunanlar nəzərə alınaraq, MMC-nin mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada fəaliyyət göstərməsinə etiraz olunmur.

35. Göründüyü kimi, qeyd olunan iş üzrə iddiaçıya verilmiş "xxxx" aktının qüvvədə olma müddətinin dayandırılması barədə əmrin ləğv edilməsi ilə bağlı yekun məhkəmə aktı qəbul edilməmiş və iddiaçı həmin iş üzrə iddia ərizəsini geri götürməsini aralarında razılıq əldə olunması və X 30.07.2020-ci il tarixli yuxarıda məktubunda qeyd olunanlarla əsaslandırsa da, Kollegiya bu dəlilləri əsaslı saymır, ona görə ki, sözügedən aktın hüquqi qüvvəsinin davam etməsi üçün onun dayandırılması barədə əmrin ləğv edilmiş olması lazımdır. Hazırkı işin halları baxımından isə bu fakt müəyyən olunmur.

36. Beləliklə, Kollegiya yuxarıda qeyd olunanları nəzərə ala raq bu qənaətə gəlmişdir ki, İddiaçı-nin mübahisəli torpaq sahəsi üzərində hər hansı hüququnun olması faktı müəyyən olunmadığından onun hazırkı iddia ilə mürcaiət etmək üçün subyektiv hüququ olmamışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

37. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(102)-3018/2021 nömrəli qərarı ilə (hakim E.Şamayev sədrliyi və məruzəsi ilə, hakimlər E.Vəliyeva və A.Abbasovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2(103)-462/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qayt arılmışdır.

39. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarını pozmuş, MPM-in 420-ci maddəsinə zidd olaraq əvvəlki kassasiya icraatında verilmiş göstərişlər üzrə araşdırmanı tam aparmamışdır.

40. Belə ki, “Abşeronda bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 195 saylı 02 iyun 1988-ci il tarixli Qərarı ilə, X 68 ha təşkil edən X sahəsindən 34,5 ha sahənin X istifadəsinə verilməsi, İddiaçı-nin isə son nəticədə həmin Trestin əsasında yaradılaraq onun hüquqi varisi olması işin mübahisəsiz hallarıdır.

41. Həmçinin iş materiallarında olan X tərəfindən 09 sentyabr 2014-cü il tarixli, 00879 saylı "xxxx" aktı ilə İddiaçı-yə BX rayonu ərazisində "xxxx" əhəngdaşı yatağında mişar daşı istehsalı üçün cəmi 5 ha təşkil edən 2 torpaq sahəsi ayrılmışdır. Dağ-mədən ayrılması sahəsinin künc nöqtələrinin koordinatları həmin aktda qeyd olunmuşdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi X tərəfindən 09 sentyabr 2014-cü il tarixli aktın qüvvədə olma müddətini 14 dekabr 2018-ci il tarixli əmri ilə dayandırması ilə iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik olmamasına dair mövqeyi əsassız olmuşdur.

43. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, aktın qüvvədə olma müddətinin dayandırılması onun ləğvi demək deyil və iddiaçının həmin torpaqdan istifadə hüququnun xitamına səbəb olmur.

44. Digər tərəfdən müəyyən olunur ki, X yanında X6 Xidmətinin 30 iyul 2020-ci il tarixli məktubu ilə İddiaçı-nin mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada fəaliyyət göstərməsinə etiraz edilməməsi qeyd olunmuşdur.

45. Apellyasiya instansiyası məhkəməsi həmin məktuba hüquqi qiymət verərkən hesab etmişdir ki, iddiaçıya verilmiş "xxxx" aktının qüvvədə olma müddətinin dayandırılması barədə əmr ləğv edilmədiyi üçün qeyd olunan məktuba istinad əsassızdır.

46. Lakin məhkəmə nəzərə almamışdır ki, iş materiallarında olan X X18 X1 30 iyul 2020-ci il tarixli məktubuna əsasən İddiaçı-yə məxsus olan hüquqi sənədlərə baxılmış və fəaliyyət göstərdiyi əraziyə “İşçi qrupu” tərəfindən monitorinq keçirilmişdir. Araşdırmanın nəticəsi olaraq bildirilmişdir ki, 18 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akt ının 4-cü maddəsinin tələblərinə uyğun olaraq, 1988-ci il tarixli 10 saylı Yataqayırma Aktı öz hüquqi qüvvəsini saxlayır və karxana öz konturları daxilində X12 Bərpası üzrə Dövlət Fonduna müvafiq ödənişləri təmin etməklə fəaliyyət göstərə bilər.

47. Beləliklə müəyyən olunur ki, Xtərəfindən iddiaçının fəaliyyətinin davam etdirilməsinə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi 09 sentyabr 2014-cü il tarixli akta əsasən deyil, 1988-ci il tarixli 10 saylı akta əsasən icazə verilmişdir. Odur ki, məhkəmənin 09 sentyabr 2014-cü il tarixli aktının dayandırılmasına dair 14 dekabr 2018-ci il tarixli əmrinin ləğv edilməməsinə istinadı əsassız olmuşdur

48. Belə ki, iş materiallarında olan SSRİ-nin X15 X3 və X tərəfindən tərtib olunmuş Dağmədən ayrılması haqqında 05 noyabr 1988-ci il tarixli, 10 №-li aktına əsasən X xxx rayonunda müəyyən olunmuş künc nömrələri əsasında 34,5 ha torpaq sahəsi ayrılmışdır.

49. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 yanvar 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddia olunan (naturada müəyyən edilmiş koordinatlara əsasən) mübahisəli torpaq sahəsi 04 iyun 1980-ci il tarixli 66 saylı ayrıc aktının əlavəsi kimi və X, X13 Departamenti ilə birlikdə tərtib olunmuş xəritələrdə göstərilən koordinatlar çərçivəsində yerləşən torpaq sahəsinin daxilində yerləşir.

50. İş materiallarında Dağ-mədən ayrılması haqqında 05 noyabr 1988-ci il tarixli, 10 №- li aktı lazı mi qaydada təsdiq olunmuş surəti əlavə olunsa da, mübahsələndirilən torpaq sahələrinin həmin aktla müəyyən olunmuş koordinatlar daxilində yerləşməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır.

51. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının torpaq sahəsi üzərində hüququnun yaranması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65, 66, 67 və 68-ci maddələri, habelə Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Komitəsi Haqqında” Əsasnamə ilə müəyyən olunmuş tələblərə əməl edilməməsini göstərsə də, nəzərə almamışdır ki, iddiaçının torpaq sahəsindən istifadə hüququ qeyd olanan normativ hüquqi aktlar qəbul olunmamışdan əvvəl yaranmışdır. Bununla da, məhkəmə tərəfindən MPM-in 217.2-ci maddə sinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

52. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8257/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Mehdiyev və X.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin olunmuş, hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 15.03.2018-ci il tarixli qətnaməsi iddianın təmin edilməsinə aid olan hissədə ləğv olunmuş, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 qarşı “qanunsuz tikililərin sökülməsi barədə” tələbinin rədd olunması, mütəxəssis rəyinin verilməsinə görə 229 (iki yüz iyirmi doqquz) manat pulun İddiaçı-dən X xeyrinə tutulması qət edilmişdir.

53. Apelyasiya instansiyası m əhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi sənədlər torpaq səhəsinə deyil, yerin təkinə aiddir. Həmin sənədlərdə “yataq” ifadəsinin işlədilməsi də bunu təsdiq edir. Nəzərə alınmalıdır ki, “torpaq sahəsi” və “yerin təki” fərqli anlayışlardır.

54. Torpaq sahəsi yer səthinin bir hissəsidir. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1ci hissəsində qeyd olub ki, torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

55. Torpaq sahəsindən fərqli olaraq yerin təki yer səthindən aşağıda yerləşir. “Yerin təki haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub ki, yerin təki - yer qa bığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineralxammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsidir.

56. İddiaçıya və ya onun hüquqi varisi olduğu təşkilata torpaq sahəsi ayrılmayıb. Odur ki, iddiaçının torpaq sahəsinə hər hansı hüququ (istifadə və s.) yoxdur. Buna baxmayaraq iddiaçı toraq sahəsində yerləşən hasarın və tikililərin sökülməsini tələb edir. “Yerin təki haqqında” Qanunun 13-cü maddəsinin axırcı cümləsində qeyd olunub ki, yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istifadəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanu nvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır. Odur ki, iddiaçının yerin təkindən istfadə hüququnun (icazəsinin) olması torpaq sahəsinə hüququnun olması demək deyil, torpaq sahəsi torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ona ayrılmalıdır. Belə ayrılma isə olmayıb.

57. Bu, mütəxəssis rəyi ilə də təsdiq olunur. Belə ki, X məhkəməyə verdiyi 26.01.2018-ci il tarixli mütəxəssis rəyində (cild 1, iş v. 173) qeyd olunub ki, DX arxivində “X10”na torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə heç bir sənəd aşkarlanmadı.

58. Beləliklə, iddiaçının torpaq səhəsinə (yerin səthinə) dair hər hansı hüququ olmadığından o, yerin səthindəki hasarın və tikililərin sökülməsini tələb etmək hüququna malik deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

59. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

60. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

61. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kassasiya baxışının hədləri

62. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

63. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

64. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

66. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (maddə 180.1)

67. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bu na lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. (maddə 180.4) Mülki Prosessual Məcəllə

68. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (maddə 4.1)

69. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

70. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

71. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

72. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

73. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

74. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmi ş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. (maddə 417.1.4)

75. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

77. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. (71-72)

78. İşin hallarından göründüyü kimi iddiaçı verdiyi iddia ərizəsində “X10” ərazisində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsinə dair iddia vermişdir.

79. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə verilən iddia tələbinin əsaslı olub-olmamasının yoxlanılması üçün ilk növbədə “X10” ərazisində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin inşa edilməsinin iddiaçının subyektiv hüququnun pozuntusuna səbəb olub-olmamasının araşdırılması və araşdırılmış hallara hüquqi qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir.

80. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şə rtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanu ni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkət lərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz

82. İşin halları ilə müəyyən edilir ki, 01 iyul 1947-ci il tarixdə X yaradılmış və həmin müəssisə 1960-cı ilin əvvəllərinədək X kəndinin yaxınlıqında yerləşən əhəngdaşı yatağında əhəngdaşının hasilatı ilə məşğul olmuşdur. Sonradan bu karxanaların bazasında X yaradılmış və Kombinatın strukturuna X, X və X kəndləri yaxınlıqında yer ləşən daş karxanalarının sahələri daxil edilmişdirlər.

83. Bu məqsədlə X üçün X 04.06.1980-cı il tarixli 66 saylı Yatağayırma aktına əsasən, xxx kəndinin inzibati ərazisində 68 hektar sahə təşkil edən əhəngdaşı yatağı ayrılmışdır.

84. Bundan sonra Azərbaycan SSR Nazirlər Sovetinin “Abşeronda bağ təsərrüfatının qaydaya salınması və gələcək inkişafı üzrə tədbirlər haqqında” 195 saylı 02.06.1988-ci il tarixli Qərarı ilə, X 68 ha təşkil edən X sahəsindən 34.5 ha sahə BX istifadəsinə verilmiş, 33.5 ha sahəsi isə X istismarında saxlanılmışdır.

85. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, Azərbaycan SSR NS-nın 01.04.1988-ci il tarixli və Bakı Şəhər İK-nın 14.04.1988-ci il tarixli sərəncamlarına əsasən X16 təsərrüfatı yaradılmış və yaradıldıqdan sonra “Əhaliyə xidmət, fərdi və bağ evlərini n tikintisi üzrə X tabeçiliyinə verilmişdir.

86. Qeyd edilən trestin tabeliyində olan hüquqi şəxs kimi X16 təsərrüfatı 06.07.1994-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. 87. 10.03.2003-cü ildə Ədliyyə Nazirliyində “X16 Təsərrüfatı LTD” adlı MMC (bundan sonra MMC) dövlət qeydiyyatından keçmişdir. MMC-nin nizamnaməsindən görünür ki, cəmiyyət X16 təsərrüfatının bazasında yaranmışdır və onun hüquqi varisidir. 88. 09.09.2014-cü ildə X tərəfindən 00879 saylı X14 ilə "xxxx" əhəngdaşı yatağında MMC-yə 5 il müddətinə 5 ha torpaq sahəsi ayrılmışdır. X 14.12.2018-ci il tarixli, 63/ü saylı əmri ilə həmin aktın qüvvədə olma müddəti dayandırılmışdır.

89. Eyni zamanda 28.11.2013-cü ildə X tərəfindən MMC-yə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün 5 il müddətinə lis enziya verilmişdir. Həmin lisenziyanın müddəti 28.11.2018-ci il tarixdə bitmişdir.

90. Həmçinin iş materialları ilə müəyyən edilir ki, xxx 0.02709 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 212.1 kv.m. təşkil edən qeyri-yaşayış binası (inzibati bina, hamam, gözətçi binası) MMC-nin xüsusi mülkiyyətindədir.

91. Hazırkı iddia ilə pozulmuş hüquqlarının bərpası üçün subyektiv hüququnun olması ilə bağlı iddiaçının dəlili ondan ibarətdir ki, SSRİ-nin X15 X3 və Xi tərəfindən tərtib olunmuş Dağmədən ayrılması haqqında 05 noyabr 1988-ci il tarixli, 10 №-li aktına əsasən X Bxxx rayonunda müəyyən olunmuş künc nömrələri əsasında 34,5 ha torpaq sahəsi ayrıldığından İddiaçı də həmin Trestin hüquqi varisi kimi qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququna malikdir.

92. Belə ki, X X18 X1 30 iyul 2020-ci il tarixli məktubunda 1988-ci il tarixli 10 saylı Yataqayırma Aktının öz hüquqi qüvvəsini saxladığı və karxananın öz konturları daxilində X12 Bərpası üzrə Dövlət Fonduna müvafiq ödənişləri təmin etməklə fəaliyyət göstərə biləcəyi öz əksini tapmışdır.

93. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə İddiaçı-yə mübahisəli torpaq sahəsinin SSRİ-nin X15 X3 və Xtərəfindən tərtib olunmuş Dağmədən ayrılması haqqında 05 noyabr 1988-ci il tarixli, 10 №-li aktının əsasında hüquqi varislik qaydasında deyil, məhz X 09.09.2014-cü il tarixli 00879 saylı X14 ilə verildiyi öz təsdiqini tapmışdır. EX 14.12.2018-ci il tarixli, 63/ü saylı əmri ilə Qeyd edilən aktın qüvvədə olma müddəti dayandırılmışdır. Eyni zamanda iş materiallarından görünür ki, 5 il müddətinə verildiyindən hal-hazır da həmin aktın qüvvədə olma müddəti bitmişdir.

94. Həmçinin göstərilənlərlə yanaşı o da nəzərə alınmalıdır ki, iddiaçı verdiyi iddia tələbində məhz 09.09.2014-cü il tarixli X14 ilə ona ayrılmış 5 ha torpaq sahəsinə münasibətdə cavabdehlər tərəfindən hüquqlarının pozulduğunu göstərməklə sonuncular tərəfindən həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsini və ərazinin boşaldılmasını tələb etmişdir.

95. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən dəlili onun hazırkı iddia üzrə pozulmuş hüquqlarının bərpası üçün subyektiv hüquqa malik olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.

96. Bununla yanaşı nəzərə alınmalıdır ki, X tərəfindən MMC-yə həmin ərazidə dağmədən işləri, dağ və buruq qazmalarının aparılması üçün verilən lisenziyanın hüquqi qüvvəsi 5 il müəyyən edildiyindən həmin lisenziyanın da müddəti 28.11.2018-ci il tarixdə bitmişdir.

97. Göründüyü kimi MMC-nin mübahisəli torpaq sahəsinə münasibətdə əldə etdiyi hüquqlar müəyyən müddətə verildiyindən və müddətin keçməsi əsası ilə hal-hazırda bu hüquqlar itirildiyindən həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və ərazinin boşaldılmasına dair iddianın təmin edilməsi qanuni və əsaslı sayıla bilməz.

98. Bundan başqa nəzərə alınmalıdır ki, müvafiq dövlət orqanları tərəfindən cavabdehlərə həmin ərazidə torpaq sahələri 2013-cü ilə qədər, yəni MMC-yə qeyd edilən ərazidə yuxarıda göstərilən hüquqlar verilənə qədər ayrılmışdır və cavabdehlər tərəfindən həmin torpaq sahələrində yaşayış evləri tikilmişdir.

99. Yəni göstərilənlər onu təsbit edir ki, qeyd edilən t orpaq sahəsinə MMC-yə yuxarıda göstərilən hüquqlar verilənə qədər həmin torpaq sahələrində inşa edilmiş tikililər cavabdehlərin istifadə, sahiblik və gözlənilən mülkiyyət hüququ ilə yüklü olmuşdur.

100. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlsə də iddianı rədd etmə əsaslarını düzgün müəyyən etməmişdir.

101. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər

102. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8257/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X və X qarşı cavabdehlər tərəfindən “X20” ərazisində İddiaçı-nin hüquqi varisi olduğu hissəsində qanunsuz inşa edilmiş daş hasarların və tikililərin İddiaçınin vəsaiti hesabına sökülməsi, son 2 il ərzində (01 oktyabr 2014-cü il tarixdən 01 oktyabr 2016-cı il tarixədək) qanunsuz hərəkətlər nəticəsində X ayrılmış 4 ha ərazidə cəmiyyətin fəaliyyəti məhdudlaşdırıldığı üçün müəssisəyə orta hesabla 249216 ma nat məbləğində dəymiş ziyanın cavabdehlərdən müştərək qaydada tutulub İddiaçı-yə ödənilməsi barədə iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar