Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1381/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh5, cavabdeh6, cavabdeh3, cavabdeh2, cavabdeh8onal “ASAN Xidmət” mərkəzində Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi Idarəsi, cavabdeh7 qarşı iddiası ilə bağlı mülki işlərə dair QƏRARI (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh5, cavabdeh6, cavabdeh3, cavabdeh2, cavabdeh8onal “ASAN Xidmət” mərkəzində Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi Idarəsi, cavabdeh7 qarşı “qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlar əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Azərbaycan Respublikası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Lənkəran Ərazi Idarəsi tərəfindən verilmiş 802013009221-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3 ünvanında ünvanda yerləşən 0,11515 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 246,6 kv.m. olan fərdi yaşayış evi ##.##.2010-cu il tarixdə cavabdeh3 Əlişan oğlunun adına qeydə alınmışdır.
2. Ölüm haqqında şəhadətnaməyə əsasən, cavabdeh3 Əlişan oğlunun arvadı X1 ##.##.2007-ci il tarixdə ölmüşdür.
3. ##.##.2013-cü il tarixli, *E-***** nömrəli vəsiyyətnamə ilə cavabdeh3 Əlişan oğlu (miras qoyan) ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsini nəvəsi cavabdeh3, həmin fərdi yaşayış evinə məxsus torpaq sahəsinin 1/3 hissəsini isə nəvəsi cavabdeh2 vəsiyyət etmişdir.
4. Ölüm haqqında şəhadətnaməyə əsasən, cavabdeh3 Əlişan oğlu ##.##.2018-ci il tarixdə ölmüşdür.
5. Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 4000 8 0221 ******** nömrəli ölüm haqqında Akt qeydində qeyd edilmişdir ki, ##.##.1948-ci il tarixdə doğulan cavabdeh3 Əlişan oğlu Lənkəran RMX-nin ******* nömrəli Tibbi Şəhadətnaməsinə əsasən ##.##.2018-ci il tarixdə ölmüş və bu barədə xəbər verən X8 AZ-İ seriyalı, ****** nömrəli, ##.##.2018-ci il tarixli ölüm şəhadətnaməsi verilmişdir.
6. cavabdeh3 Əlişan oğlunun ölümündən sonra vərəsələri - Abdullayeva (Bayramova) Zərminə Allahverdi qızı, Abdullayeva (Bayramova) Günay Allahverdi qızı, İddiaçı, cavabdeh4, cavabdeh6 və cavabdeh5 qalmışdır.
7. Bakı şəhəri ** saylı notariat kontoru tərəfindən verilən 0*.08.2018-ci il tarixli, *İ-*** nömrəli ərizədə qeyd edilmişdir ki, X9 ##.##.2018-ci tarixdə vəfat etmiş cavabdeh3 Əlişan oğlundan qalmış mirasdan imtina edərək adının vərəsəlik şəhadətnaməsinə salınmasını istəməmişdir.
8. Bakı şəhəri ** saylı notariat kontoru tərəfindən verilən 24.1*.2018-ci il tarixli, ************* nömrəli ərizədə qeyd edilmişdir ki, X11 ##.##.2018-ci tarixdə vəfat etmiş cavabdeh3 Əlişan oğlundan qalmış mirasdan imtina edərək adının vərəsəlik şəhadətnaməsinə salınmasını istəməmişdir.
9. Lənkəran rayon * saylı notariat kontorundan verilən ************* nömrəli ərizədə qeyd edilmişdir ki, cavabdeh4 ##.##.2018-ci tarixdə vəfat etmiş cavabdeh3 Əlişan oğlundan miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir.
10. Lənkəran rayon * saylı notariat kontorundan verilən ************* nömrəli ərizədə qeyd edilmişdir ki, cavabdeh6 ##.##.2018-ci tarixdə vəfat etmiş cavabdeh3 Əlişan oğlundan miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir.
11. Lənkəran rayon * saylı notariat kontorundan verilən ************* nömrəli ərizədə qeyd edilmişdir ki, cavabdeh5 ##.##.2018-ci tarixdə vəfat etmiş cavabdeh3 Əlişan oğlundan miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir.
12. Lənkəran rayon * saylı notariat kontorundan verilən ************* nömrəli ərizədə qeyd edilmişdir ki, cavabdeh2 ##.##.2018-ci tarixdə vəfat etmiş cavabdeh3 Əlişan oğlundan miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir.
13. Lənkəran rayon * saylı notariat kontorundan verilən ************* nömrəli ərizədə qeyd edilmişdir ki, cavabdeh3 ##.##.2018-ci tarixdə vəfat etmiş cavabdeh3 Əlişan oğlundan miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mirası qəbul edib adına şəhadətnamə verilməsini xahiş etmişdir.
14. Lənkəran Şəhər * nömrəli Sahə Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ## ###### 2018-ci il tarixli, **-**/*** nömrəli arayışında qeyd edilmişdir ki, cavabdeh4 mərhum atası - cavabdeh3 Əlişan oğlu ##.##.2018-ci il tarixdə vəfat etmiş, mərhumun daimi yaşayış yeri Lənkəran şəhəri olmuş və aşağıdakı vərəsələri ilə birlikdə yaşamışdır: həyat yoldaşı - X1 (ölüb), oğlu - cavabdeh5, oğlu- cavabdeh4, oğlu- cavabdeh6, qızı - Bayramova (Abdullayeva) Zərminə Allahverdi qızı, qızı- Bayramova (Qasımova) Günay Allahverdi qızı. Mərhum cavabdeh3 Əlişan oğlunun yuxarıda qeyd olunan vərəsələrdən başqa digər vərəsələri olmamışdır.
15. Reyestrdə 2-V-***№ ilə qeyd edilmiş, vərəsəlik işin nömrəsi 698 olan, ## ###### 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən ##.##.2018-ci il tarixdə vəfat etmiş cavabdeh3 Əlişan oğlunun vərəsəsi ünvan 3 ünvanında yaşayan cavabdeh5, cavabdeh4 və cavabdeh6 miras əmlakdan pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Lənkəran Ərazi Idarəsi tərəfindən ##.##.2010-cu il tarixdə cavabdeh3 Əlişan oğluna verilmiş 802013009221-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 246,6 kv.m. olan fərdi yaşayış evindən və həmin ünvanda yerləşən 0,11515 ha torpaq sahəsindən ibarətdir.
16. -##.##.2018-ci il tarixdə vəfat etmiş cavabdeh3 Əlişan oğlunun vəsiyyətnamədə göstərilən əmlakının vəsiyyətnamə üzrə vərəsələri cavabdeh3- ünvan 3 və cavabdeh2 miras əmlakdan hər birisi 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Lənkəran Ərazi Idarəsi tərəfindən ##.##.2010-cu il tarixdə cavabdeh3 Əlişan oğluna verilmiş 802013009221-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 246,6 kv.m. olan fərdi yaşayış evinin 1/3 hissəsi cavabdeh3 və həmin ünvanda yerləşən 0,11515 ha torpaq sahəsinin 1/3 hissəsi cavabdeh2 çatası əmlakdan ibarətdir.
17. Lənkəran Şəhər * nömrəli Sahə Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin # ###### 2025-ci il tarixli, **-**/** nömrəli arayışında qeyd edilir ki, ünvan 2 ünvanında qeydiyyatda olan mərhum cavabdeh3 Əlişan oğlunun aşağıdakı vərəsələri olmuşdur: həyat yoldaşı - X2 (ölüb) övladı- cavabdeh5, övladı- X11, övladı - cavabdeh4, övladı - İddiaçı, övladıcavabdeh6 , övladı- X5. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat (birinci iş üzrə):
18. Iddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər cavabdeh4, cavabdeh5, cavabdeh6, cavabdeh3, cavabdeh2, cavabdeh8onal “ASAN Xidmət” mərkəzində Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi Idarəsi, cavabdeh7 (bundan sonra birinci cavabdehlər, yaxud ad, soyadı, Notariat Ofisi, Ərazi Idarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh4, cavabdeh5 və cavabdeh6 adına verilmiş ##.##.2018-ci il tarixli 2V-*** reyestr nömrəli, cavabdeh3 və cavabdeh2 adına verilmiş ##.##.2018-ci il tarixli 2V-*** reyestr nömrəli qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlar əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1979-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, hazırda isə ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Atası cavabdeh3 Əlişan oğlu, anası isə X1r. Valideynlərinin birgə nikahından, o, özü də daxil olmaqla, altı uşaq doğulmuşdur. Anası X1 ##.##.2007-ci il tarixdə, atası cavabdeh3 Əlişan oğlu isə ##.##.2018-ci il tarixdə vəfat etmişdir. Onlar atalarına məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar və həmin evdə böyüyüb boya-başa çatmışlar. Atası vəfat etdikdən sonra iş üzrə cavabdeh şəxslər onun xəbəri olmadan icra nümayəndəliyindən mərhum atasının vərəsələrinin dairəsi barədə arayış alaraq Lənkəran rayon * saylı Notariat ofisinə təqdim etmiş və öz adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Lakin o, mərhum atasının vərəsəsi olmaqla, miras əmlakdan ona da pay çatmalı olduğu halda, həmin vərəsəlik arayışında onun adı qeyd edilməmiş, bu barədə ona heç bir məlumat da verilməmişdir. Ona görə də hesab edir ki, cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş digər hüquq müəyyənedici sənədlər etibarsız hesab edilməlidir.
20. Məhkəmə iclasında cavabdeh cavabdeh5 izahat verərək bildirmişdir ki, o, əvvəlcədən ərizə verərək öz miras payından imtina etdiyini bildirmişdir. Mərhum atası sağlığında ikən evin bir hissəsini onun övladları Elnur və Allahverdiyə vəsiyyət etmişdir və hazırda özü də övladları ilə birgə həmin evdə yaşayır. Mübahisə predmetinə aid miras əmlakda payı olmadığı üçün iddia tələbini qəbul edib-etməməsi ilə bağlı hazırda hər hansı fikir bildirməkdən imtina edir.
21. Məhkəmə iclasında cavabdeh cavabdeh6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, atasının vəfatından sonra qardaşının yanında yaşamış və ailədə mehriban olmuşlar. Ev bölüşdürülərkən digər bacıları mirasdan imtina barədə ərizə yazmış, o özü etibarnamə vermiş, bacısı Kəmalə isə şəxsən zəng edib onun tərəfindən problem olmadığını və evi istədikləri kimi bölüşdürmələrini bildirmişdir. Həmin vaxtdan neçə ildən sonra mülk üstündə yaranan söz-söhbətin səbəbkarının isə Kəmalənin əri Bəylər olduğunu hesab edir. Belə ki, başqa bir işlə əlaqədar qardaşı ilə Bəylər arasında fikir ayrılığı olmuş, bu səbəbdən aralarında münaqişə yaranmışdır. Hazırda miras əmlakla bağlı olan söz-söhbət və narazılığın da həmin münaqişədən yarandığını düşünür. Eyni zamanda, onun adından vərəsəlik ərizəsini evlər idarəsinin Məhəmməd adlı əməkdaşı tərtib etmiş və həmin vaxt o özü şəxsən adı çəkilən şəxsin yanında bacısı Kəmaləyə zəng edərək onun mirasa olan münasibətini öyrənmişdir. Kəmalə miras əmlakdan pay istəmədiyini demişdir. Bu səbəbdən o, vərəsəlik ərizəsində Kəmalənin adını göstərməmişdir. Məhəmməd adlı şəxs isə hazırda vəfat etdiyi üçün onu məhkəməyə dəvət edə bilmir.
22. Cavabdehlər cavabdeh2 və cavabdeh3 məhkəmə hazırlıq iclasında izahat verərkən ayrı-ayrılıqda iddia tələbini qəbul etmədiklərini və hazırda mübahisə predmetinə aid olan evdə yaşadığlarını bildirmişlər.
23. Məhkəmə iclasında cavabdeh cavabdeh8onal “ASAN Xidmət” mərkəzinin notariat ofisinin nümayəndəsi nümayəndə2 hazırkı vərəsəlik işi üzrə icra nümayəndəliyindən verilən arayışın surətini məhkəməyə təqdim edərək bildirmişdir ki, nə həmin arayışda, nə də vərəsəlik ərizələrində vərəsə kimi İddiaçı adı qeyd olunmamışdır. Vərəsəlik işləri ilə bağlı notarial hərəkətlər əsasən icra nümayəndəlikləri tərəfindən verilən arayışlar əsasında aparılır. Mərhum cavabdeh3 vərəsələri müəyyən edilərkən notariat ofisi tərəfindən İddiaçı vərəsə kimi nəzərə alınmamasının səbəbi onun adının məhz arayışda qeyd olunmaması ilə əlaqədardır. “Elektron notariat” sisteminə baxış keçirməklə də vərəsələrin adlarını müəyyən etmək texniki cəhətdən mümkündür və elektron sistemlə icra nümayəndəliyinin verdiyi məlumatlar arasında ziddiyyət yarandığı təqdirdə, bu hal notariat orqanı tərəfindən icra nümayəndəliyinin nəzərinə çatdırılır. Hazırda İddiaçı ilə bağlı “Elektron notariat” sisteminə baxış keçirilmiş və onun adı sistemdə də aşkarlanmamışdır. İddiaçı adının elektron sistemdə aşkarlanmamasının səbəbi həmin sistemdə baş verə biləcək texniki xəta ilə, həmçinin İddiaçı Azərbaycan Respublikasının deyil, Rusiya Federasiyasının vətəndaşı olması ilə əlaqədar ola bilər.
24. Məhkəmə iclasında cavabdeh cavabdeh8onal “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu nümayəndə1 Yusufəli oğlu izahat verərək bildirmişdir ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən notarius miras qoyanın ölüm faktını və vərəsələrin dairəsini müəyyənləşdirir, mirasın tərkibinə münasibət bildirir. Vərəsələrin dairəsinin müəyyənləşdirilməsi iki yolla - icra orqanları və yerli icra hakimiyyəti nümayəndələrinin verdiyi arayışlarla müəyyən edilir. Mirası qəbul edən vərəsə mirası qəbul etməyən vərəsənin adını təqdim etməyə və şəhadətnamədə qeyd etdirməyə borcludur. Lakin hazırkı iş üzrə vərəsələrin heç birinin ərizəsində mirası qəbul etməyən vərəsənin adı olmamışdır. Həmçinin əgər vərəsə susursa, yəni mirası qəbul etdiyini bu və ya digər şəkildə bəlli etmirsə, qanun onun payının başqa vərəsəyə verilməsinə imkan verir. Buna baxmayaraq, mirasın qanun üzrə vərəsəlik qaydasında qəbul olunması üçün nəzərdə tutulan 6 ay müddət notariat orqanı tərəfindən gözlənilir. Indiki halda isə həmin 6 ay müddət ötürülmüş, bundan sonra notarius vərəsəlik işinin rəsmiləşdirilməsində mirasın qəbulu və vərəsələrin dairəsinin müəyyənləşdirilməsi prosesini təlimata uyğun həyata keçirmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixdə qəbul etdiyi qərar həmin qərarın qəbul olunduğu tarixdən sonrakı vərəsəlik işlərinə şamil olunduğundan, hazırkı vərəsəlik işi isə 2018-ci ilə aid olduğu üçün mövcud qərar bu işə şamil oluna bilməzdi. 2018-ci ildə notariat orqanları elektron sistemə inteqrasiya olunmadığı üçün vərəsələrin dairəsi təlimata uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən arayışa əsasən müəyyənləşdirilirdi. Elektron sistem vətəndaşların doğum tarixlərini, qohumluq əlaqələrini, ölüm şəhadətnamələrinin götürülməsi və sair yardımçı funksiyaları həyata keçirməkdə notariat orqanlarına kömək etmək məqsədi ilə yaradılmış bir sistemdir. Ancaq vətəndaşların ailə tərkibi haqqında məlumatlar o sistemdə mövcud deyildir. Sonradan, digər orqanların məlumat bazaları elektron notariat sistemə inteqrasiya olunsa da, bəzən bazada məlumatlar tam görünmür. Belə ki, hətta 1970 - 1990-cı illər aralığında doğulan elə şəxslər var ki, onlara aid məlumatlar hazırkı vəziyyətdə də elektron sistemdə mövcud deyildir.
25. Məhkəmə iclasında cavabdeh cavabdeh7 əməkdaşı şahid1 Yadulla oğlu iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, o, həmin inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində işləyir. O, bu vəzifəyə 2024-cü ildə təyin olunmuşdur. Şəhər ərazisində qarışıqlıq olduğu və ünvanların tapılmasında çətinlik yarandığı üçün vərəsəlik arayışı vətəndaşın verdiyi məlumata əsasən deyil, qeydiyyat şöbəsinin arayışına əsasən yazılır. Məhkəməyə təqdim edilmiş sonuncu arayış tərtib olunarkən də qeydiyyat şöbəsinin arayışına istinad olunmuşdur. Eyni zamanda, o, 2018-ci ildə cavabdeh7 işləmədiyindən həmin ildə verilən və hazırkı işə əlavə olunan arayış barədə məlumatı yoxdur.
26. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 verdiyi izahatında qeyd etmişdir ki, 2009-cu ildən etibarən ölkədə yeni nəsil şəxsiyyət vəsiqələri verildikdən sonra elektron notariat sistemi notariat orqanlarının xidmətinə verilmişdir və vərəsə tərkibi ilə bağlı müvafiq icra hakimiyyəti orqanları, o cümlədən, icra nümayəndəlikləri tərəfindən verilən arayışlar artıq notariat orqanları üçün əsas deyildir. Hazırkı iş üzrə icra hakimiyyəti tərəfindən verilən ailə tərkibi haqqında arayışda nöqsana yol verilmişdir. Belə ki, iddiaçı kimi digər vərəsələr də həmin ünvanda yaşamadıqları halda, onların adları vərəsə kimi arayışda qeyd edilmiş, lakin iddiaçının adı arayışda göstərilməmişdir. Bu kobud pozuntusu olduğuna və iddiaçının hüquqlarına toxunduğuna görə iddia tələbinin təmin edilməsi, eyni zamanda, bununla bağlı qanun pozuntusuna yol vermiş aidiyyəti şəxslər barəsində xüsusi qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Eyni zamanda, iddiaçının hazırkı iddia ərizəsindən məlumatsız olması barədə cavabdeh cavabdeh4 izahatında göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsini özü poçt vasitəsi ilə Rusiya Federasiyasında yaşayan iddiaçıya göndərmiş və iddiaçı ərizənin hər səhifəsini şəxsən imzalamışdır. Həmçinin, 2018-ci ildə vəfat edən atasının ölüm tarixini düzgün xatırlamayan şəxsin (yəni cavabdehin) mərhum atasının dəfnində iştirak etməyə gəlmək üçün iddiaçı və ailə üzvlərinin yol xərclərini ödəyəcəyi ilə bağlı iddiaçıya təklif göndərməsi inandırıcı deyildir və qeyri-səmimi izahat kimi qiymətləndirilməlidir. Həmçinin iddiaçı Azərbaycana gələrək atasının dəfnində iştirak etmiş və bir müddət həmin evdə yaşadıqdan sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. Ümumiyyətlə, iddiaçı hər dəfə ölkəyə gələndə atasının evində qalmışdır.
27. ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında “WhatsApp” mobil tətbiqi üzərindən video zəng vasitəsilə prosesə qoşulan iddiaçı öz iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, sonuncu dəfə 2022-ci ildə Azərbaycan Respublikasına gəlmişdir. Atası 13.1*.2017-ci il tarixdə vəfat etsə də, ölüm haqqında şəhadətnamədə atasının ##.##.2018-ci il tarixdə ölməsi qeyd edilmişdir. 2007-ci ildə vəfat edən anasının ölüm xəbərini qardaşları ondan gizlətmiş və o bu barədə bir il sonra xəbər tutmuşdur. Atasının vəfat etməsini isə ölümündən iki gün sonra bilmişdir. Cavabdehlərin sözü ilə razılaşmayaraq Azərbaycana gəlmiş və valideynlərinin qəbrini ziyarət etmişdir. Atasının vəfatından sonra qardaşı cavabdeh4 ona zəng edərək mirasdan imtina etməsini tələb etmiş, əks halda ölkəyə gələcəyi təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. Elçin ona atasının yas mərasimində iştirak etməyə gəlmək üçün təklif etdiyi yol xərcini də məhz mirasdan imtina edəcəyi halda göndərəcəyini bildirmişdir. O vaxt təklifdən imtina etdiyi üçün Elçin onu nalayiq sözlərlə təhqir etmişdir, lakin Elçinin onu təhdid və təhqir etməsi ilə bağlı hazırda heç bir sübutu yoxdur.
28. Cavabdeh cavabdeh4 məhkəmə iclasında iştirak edərkən ona qarşı olan iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək bildirmişdir ki, Rusiyada yaşayan bacısı İddiaçı bu işdən məlumatlı yoxdur. Hazırkı iddianın isə onlarla ədavət aparan və Lənkəranda bir çox insana qarşı dələduzluq edən şəxs - bacısı Kəmalənin əri Bəylər tərəfindən məhkəməyə verildiyini düşünür. Belə ki, Bəylər dəfələrlə telefonda onların ailə üzvlərini və valideynlərini söyüb təhqir etmişdir. 2007-ci ildə anaları vəfat edəndə ailə üzvləri ilə məsləhətləşib onun ölümünü bir müddət Kəmaləyə bildirməmişlər. 2017-ci ildə isə ataları bir il xərçəng xəstəliyindən əziyyət çəkdikdən sonra vəfat etmişdir. Həmin vaxt o, Azərbaycana gəlməyə pulu olmadığını bəhanə edən bacısı Kəmaləyə özünün və ailə üzvlərinin yol xərcini ödəməyə hazır olduğunu bildirsə də, Kəmalə nə atasının xəstə yatdığı vaxtında ziyarətinə, nə də dəfninə gəlməmiş, ümumiyyətlə, valideynlərinin heç birinin məzarını görməmişdir. Həmçinin atasının vəfatından sonrakı 6 ay ərzində də Kəmalə Azərbaycana gəlməmiş və atasının məzarını ziyarət etməmişdir. Ümumiyyətlə, iddiaçı mərhum atalarından qalan miras əmlakı nə sənəd üzrə, nə də faktiki olaraq qəbul etməmişdir. Atası 2017-ci ildə vəfat etsə də, ölüm şəhadətnaməsində ölüm tarixinin ##.##.2018-ci il kimi qeyd olunmasının səbəbini bilmir. Bacısı Kəmalə vərəsəliyi qəbul etmədiyindən o, öz adından vərəsəlik ərizəsi tərtib edərkən Kəmalənin adının ərizəyə salınmasını lazım bilməmişdir. Çünki həmin vaxt Kəmalə artıq vərəsəlik üçün qanunda nəzərdə tutulan müraciət müddətini də ötürmüşdür və onun adının ərizəyə salınması heç nəyi dəyişmirdi.
29. Məhkəmə hazırlıq iclasında şahid qismində iştirak edən şahid2i oğlu ifadəsində bildirmişdir ki, 2018-ci ilin sonlarında o, cavabdeh7 işləmişdir. Həmin vaxt baza sistemi mövcud olmadığından ailə tərkibi haqqında arayışlar ailə üzvlərindən hər hansı birinin nümayəndəliyə təqdim etdiyi müvafiq sənədlər əsasında verilmişdir. Hazırda isə nümayəndəlikdə elektron baza mövcuddur və baza əsasında bütün məlumatlar görünür. 2018-ci ildə imzaladığı arayışdan fərqli olaraq Icra nümayəndəliyi tərəfindən 2025-ci ildə verilən sonuncu arayışda İddiaçı adı arayışa əlavə edilməklə vərəsələrin sayının bir nəfər artıq göstərilməsi də nümayəndəliyin hazırda bazadan istifadə imkanlarının olması ilə əlaqədardır. Arayışdakı ölüm tarixləri isə məzar daşında göstərilən ölüm tarixlərinə görə deyil, ölüm haqqında şəhadətnamədə qeyd olunan ölüm tarixinə əsasən yazılmışdır. Eyni zamanda, o, həmin vəzifədə 7 il əvvəl işləmişdir. Hazırda məhkəmə iclas zalında oturan cavabdehləri tanımır, cavabdeh cavabdeh4 isə ondan arayış aldığını xatırlamır. Lakin hər hansı şəxsin arayış alarkən ailə üzvlərindən kiminsə adının arayışa salınmaması barədə xahişi, təklifi ilə rastlaşmamış və işlədiyi müddətdə belə hallara yol verməmişdir. Nümayəndəliyin sakinlərə verdiyi ailə tərkibi haqqında arayış sadə arayışdır və onu hər bir ailə üzvü müraciət edib ala bilir. Həmin arayış nümayəndəliyə təqdim olunan sənədlər əsasında nümayəndəliyin işçiləri tərəfindən hazırlanır və sonda imza etmək üçün ona təqdim edilir. Notariat xidmətinin özünün istifadəsində elektron baza vardır və vərəsəlik zamanı notariat orqanı bütün lazım olan məlumatları o bazada görür. Hesab edir ki, nümayəndəliyin verdiyi arayış miras əmlakı bölüşdürmür və notariat orqanı həmin arayış olmadan da fəaliyyətini həyata keçirə bilər.
30. Məhkəmə hazırlıq iclasında şahid qismində iştirak edən Lənkəran rayon qeydiyyat şöbəsinin nümayəndəsi X4 ifadəsində bildirmişdir ki, vətəndaşların ölüm tarixləri Səhiyyə Nazirliyi tərəfindən onlara elektron qaydada göndərilən ölüm haqqında tibbi şəhadətnamələrdəki məlumatlar əsasında yazılır. Hesab edir ki, vəfat etmiş şəxsin həqiqi ölüm tarixi ilə ölüm haqqında şəhadətnaməsindəki ölüm tarixi arasında yaranmış ziddiyyət ölüm haqqında tibbi şəhadətnamədəki tarixin texniki səhv olaraq yazılması ilə əlaqədar ola bilər.
31. Lənkəran rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elvin Əsgərov) iddia tələbi təmin edilməmişdir.
32. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçının atası cavabdeh3 Əlişan oğlu özünün xüsusi mülkiyyətindəki, hazırkı iş üzrə miras əmlak kimi mübahisə predmetinə aid olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsini nəvəsi cavabdeh3, həmin fərdi yaşayış evinə məxsus torpaq sahəsinin 1/3 hissəsini isə digər nəvəsi cavabdeh2 vəsiyyət etmişdir. cavabdeh3 Əlişan oğlunun vəfatından sonra qeyd olunan əmlakların vəsiyyətdə qeyd olunan hissələri həmin vəsiyyətnaməyə uyğun olaraq adı çəkilən şəxslərin adına rəsmiləşdirilmişdir.
33. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
34. Göründüyü kimi, hazırkı mübahisə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarının təsiri altına düşmür. Yəni hazırkı iş üzrə tərəflər arasında vərəsəliklə bağlı mübahisəli hüquq münasibətləri qeyd olunan Qərarın qəbul edilməsindən daha əvvəl yaranmışdır.
35. Hazırkı işdə iddiaçının və cavabdehlərdən üçünün atası olmuş mərhum cavabdeh3 Əlişan oğlunun 13.1*.2017-ci il tarixdə və ya ##.##.2018-ci il tarixdə ölməsindən asılı olmayaraq iddiaçı həmin şəxsin vəfatından sonrakı 6 ay ərzində ondan qalan mirası (mirasın bir hissəsini) qəbul etdiyi barədə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermiş olduğu və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başladığı və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş olduğu, bununla da qanun üzrə vərəsə olaraq mirası qəbul edilmiş şəxs sayıldığı barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Iddiaçı iddia tələbində atasının vəfat etməsini ölümündən iki gün sonra bilmiş olsa da, cavabdehlərin sözü ilə razılaşmayaraq Azərbaycana gəldiyini və valideynlərinin qəbrini ziyarət etdiyini ziyarət etdiyini qeyd etməsinə baxmayaraq, həmin vaxtdan sonra, ümumiyyətlə, Azərbaycana gəlməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddiaçı Azərbaycan Respublikası vətəndaşı olmadığından onun Azərbaycana gəlib-gəlmədiyini “elektron məhkəmə” informasiya sistemi vasitəsilə də müəyyən etmək mümkün olmamışdır. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi isə iddiaçının Azərbaycana gələrək atasının dəfnində iştirak etdiyini və bir müddət həmin evdə yaşadıqdan sonra yenidən Rusiya Federasiyasına qayıtdığını, ümumiyyətlə, iddiaçının hər dəfə ölkəyə gələndə atasının evində qaldığını qeyd etmişdir. Lakin cavabdeh cavabdeh4 bunun əksinə olaraq məhkəmə iclasında verdiyi izahatında iddiaçının nə atasının xəstə yatdığı vaxtında ziyarətinə, nə də dəfninə gəlmədiyini, həmçinin, atasının vəfatından sonrakı 6 ay ərzində də Azərbaycana gəlmədiyini və atasının məzarını ziyarət etmədiyini, ümumiyyətlə, valideynlərinin heç birinin məzarını görmədiyini bildirmişdir.
36. Iddiaçı mərhum cavabdeh3 Əlişan oğlunun birinci növbədə vərəsəsi kimi qanunla müəyyən edilmiş müddətdə və şərtlərdə mirası qəbul etdiyini açıq-aşkar şəkildə şəksiz nümayiş etdirsəydi, miras əmlakın vəsiyyətnamədən kənarda qalan hissəsindən ona çatmalı olan payı və ya məcburi payının əskik hissəsinin tamamlanmasını tələb etməkdə haqlı sayıla bilərdi, ancaq iddiaçı miras əmlakı qəbul etdiyini sübuta yetirə bilmədiyindən onun belə bir tələbi, o cümlədən qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması barədə tələbi irəli sürməyə subyektiv hüququ yaranmamışdır. Hətta 2018-ci ildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş vərəsə tərkibi barədə arayışda iddiaçının adı vərəsələr sırasında olsaydı da, iddiaçı mərhum atasından qalmış mirası nə sənəd üzrə, nə də faktiki olaraq qəbul etmədiyindən məhkəmə hesab etmişdir ki, onun adının arayışa salınıb-salınmaması hazırkı işdə mirasda payların müəyyən olunması ilə bağlı heç bir hüquqi əhəmiyyət kəsb etmir. Hazırkı vəziyyətdə iddiaçı tərəfindən mübahisələndirilən qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarlılığını şübhə altına ala biləcək hər hansı səbəb, dəlil və ya sübut məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir.
37. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 115*.1, 1159.*.1, 1243.1, 1246-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
38. Iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
39. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
40. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Ilham Əsədov və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. Iddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin göründüyü kimi miras qoyan - iddiaçının və cavabdehlərdən üçünün atası olmuş mərhum cavabdeh3 Əlişan oğlunun 13.1*.2017-ci il tarixdə və ya ##.##.2018-ci il tarixdə ölməsindən asılı olmayaraq həmin şəxsin vəfatından sonrakı 6 ay ərzində iddiaçı tərəfindən miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi üçün hər hansı bir tədbir görülməmişdir.
42. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən mirasın qəbul üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Mirası qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən iddiaçı mirası qəbul etmə hüququnu itirmişdir.
43. Iddiaçıya miras əmlakı qəbul etmək üçün hər hansı bir şəxs tərəfindən maneə də törədilməmişdir. Belə ki, iddiaçı vəfat etməsindən xəbərdar olmadığını bildirsə də, məhkəmə həmin izahatı səmimi qəbul etmir. Azı, vəfatının üzərindən 7 ildən çox vaxt keçən şəxsin övladının onun vəfatından xəbərdar olmaması ağlabatan kimi qəbul edilə bilməz. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir, ona görə ki, mirasın qəbulu birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin iradəsini ifadə edir. Digər tərəfdən həm də ona görə ki, o hər hansı şəxsin cavab və qarşılıqlı iradə ifadəsindən asılı olmayaraq hüquqi nəticə doğurur. Mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Lakin buna baxmayaraq, iddiaçı tərəfindən miras açıldıqdan sonra həmin iradə hər hansı bir formada ifadə edilməmişdir. Iddiaçı miras açıldığı vaxtdan miras əmlakdan istifadə etməmiş, əmlakı idarə etməmiş və mirası qəbul etmək niyyətində olması ilə bağlı belə iradə ifadələrini bildirməmişlər.
44. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı mane mövcud olmamışdır. Iddiaçı atasının vəfatından, mirasın açılmasından xəbəri olmamasını sübut edə bilməmiş, beləliklə mirasın qəbul edilməsi üçün hər hansı bir hüquqi hərəkət etmədiyi üçün mirasın qəbul edilməsi müddətini ötürmüşdür və bununla da miras əmlakdan pay almaq hüququnu itirmişdir.
45. Iddiaçı tərəfindən miras əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Yəni mirasın qəbul edilməsinin qeyri-formal üsulla olur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı tərəfindən miras əmlakı qeyri-formal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, yəni iddiaçının miras açıldıqdan xeyli müddət əvvəl və miras açılan zaman miras əmlakda yaşamaması, onun həmin əmlakı qeyri-formal üsulla da qəbul etməməsini göstərir və belə olan halda, hesab edilir ki, iddiaçı tərəfindən miras əmlak heç faktiki olaraq da qəbul edilməmişdir.
46. Iddiaçının mirasın qəbul edilmə müddətinin ötürülməsinə də hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd etmişdir ki, miras həm formal üsulla, həm də qeyri-formal üsulla yalnız müəyyən müddət ərzində qəbul edilə bilər. Həmin müddətə mirasın qəbul edilməsi müddəti deyilir. Mirasın qəbul etmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər.
47. Göründüyü kimi, miras qoyan vəfat etdiyi anda və sonra, miras qalmış fərdi yaşayış evində miras qoyanın birinci növbəli vərəsələrindən məhz oğlu cavabdehlər cavabdeh4, Bayramov və cavabdeh6 miras əmlakı qəbul etmişdir. Lakin iddiaçı mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində notariat orqanına hər hansı bir ərizə verməmiş, həmçinin miras əmlak olan evdə də yaşamamaqla miras əmlakı faktiki olaraq qəbul etməmişdir.
48. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2020-ci il tarixli Qərarında göstərilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.
49. Göründüyü kimi hazırkı mübahisə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarının təsiri altına düşmür. Yəni vərəsəliklə bağlı hüquq münasibəti qeyd olunan qərarın qəbulundan əvvəl yaranmışdır.
50. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 115*.1, 1159.*.1, 1243.1-1243.3, 1246, 1248.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri: 51.
52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmadan qəbul edilmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, habelə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelər nəzərə alınmamışdır.
53. Iş materialları ilə müəyyən olunur ki, miras qoyanın həqiqi ölüm tarixi iddiaçıdan gizlədilmiş, ölüm tarixi barədə yanlış məlumatlardan istifadə olunmuş, nəticədə iddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində öz hüququnu həyata keçirmək imkanından məhrum edilmişdir. Eyni zamanda, digər vərəsələr qanunvericiliyin tələblərinə zidd olaraq miras qoyanın ölümündən xeyli müddət keçdikdən sonra notariat orqanına müraciət etmiş, lakin bu hal məhkəmə tərəfindən hüquqi qiymətləndirilməmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mirası qəbul etməməsini onun öz iradəsi ilə bağlasa da, müddətin ötürülməsinin səbəblərinin cavabdehlərin davranışları ilə bağlı olub-olmamasını, ölüm tarixinin gizlədilməsi faktını və bunun iddiaçının hüquqlarına təsirini araşdırmamış, sübutlara birtərəfli qiymət vermişdir. Məhkəmənin iddiaçının atasının vəfatından xəbərdar olmalı olması barədə nəticəsi ehtimallara əsaslanır və iş materialları ilə təsdiq olunmur.
55. Notarius tərəfindən vərəsəlik şəhadətnamələrinin verilməsi zamanı notariat qanunvericiliyinin tələblərinə əməl edilməməsi, digər vərəsələrin müəyyən edilməsi üçün zəruri tədbirlərin görülməməsi, habelə hüquqi əhəmiyyət daşımayan arayışın sübut kimi qəbul edilməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır.
56. Apellyasiya instansiyası həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2021-ci il və ## ###### 2023-cü il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeləri tətbiq etməmişdir. Həmin qərarlara əsasən, mirasın qəbuluna dair altı aylıq müddət vərəsəlik hüququnu aradan qaldıran kəsici müddət deyil, notariat qaydasında rəsmiləşdirmə müddətidir və müddətin ötürülməsinin səbəbləri hər bir konkret iş üzrə ətraflı araşdırılmalıdır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı hazırda məhkəmələrin icraatında olan işlərə də şamil edilir və şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran hüquqi mövqe kimi nəzərə alınmalıdır. Belə olan halda, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti ötürməsi onun iradəsindən asılı olmayan obyektiv səbəblərlə bağlı olduğundan, həmin müddətin üzrlü hesab edilməsi və ya Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri tətbiq edilməklə vərəsəlik hüququnun müdafiə olunması zəruridir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
57. Maddə 13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
58. Maddə 29. VII hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
59. Maddə 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
60. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
61. Maddə 1133.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
62. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
63. Maddə 1134.*. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
64. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
65. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
66. Maddə 115*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
67. Maddə 1159.*.*. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
68. Maddə 1243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
69. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (## #### 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada)
70. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (## ###### 2023-cü il tarixədək qüvvəd olmuş redaksiyada)
71. Maddə 1248.*. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. (## #### 2025-ci il tarixədək qüvvəd olmuş redaksiyada)
72. Maddə 132*.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli Qərarı. 73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarı.
74. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
75. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
76. Maddə 4.*. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
78. Maddə 76.*. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
79. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
80. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
83. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
84. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
85. Maddə 416.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
86. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
87. Maddə 417.*.*. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
88. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
89. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
90. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
91. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
92. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
93. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
94. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
95. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.*.4, 408.*.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
96. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
97. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
98. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
99. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.