Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1389/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər * saylı Dövlət Notariat Kontoru, cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər * saylı Dövlət Notariat Kontoru, cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs işə cəlb edilməklə) qarşı “vərəsəlik işinə əsasən verilmiş şəhadətnamənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Musayev Elbəy Musa oğlu ##.##.2007-ci il tarixdə, X2 ## #### 2012-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişlər. Mərhum E.Musayev barəsində ##.##.2012-ci il tarixində və mərhum Y.Musayeva barəsində ##.##.2013-cü il tarixində Sumqayıt şəhər * saylı notariat ofisində vərəsəlik işi açılmışdır.
2. Musayev Elbəy Musa oğlunun vəsiyyətnaməsindən görünür ki, ünvan 1, ** nömrəli mənzildə qeydiyyatda olan Musayev Elbəy Musa oğlu ölən günədək ona məxsus olan bütün əmlakı oğlu X3 vəsiyyət etmişdir.
3. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2007-ci ildə vəfat etmiş, ünvan 1, ** nömrəli mənzildə yaşamış Musayev Elbəy Musa oğlunun vərəsəsi ünvan 1, ** nömrəli mənzildə qeydiyyatda olan oğlu cavabdeh1 miras əmlakdan tam pay irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi Idarəsinin ##.##.2012-ci il tarixli, **/**** №-li arayışına və AR Sumqayıt şəhər texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi-59.69 kv.m, yaşayış sahəsi 47.05 kv.m, yardımçı sahəsi-12.64 kv.m olan 3 otaqlı ** nömrəli mənzildən ibarətdir.
4. cavabdeh1 Sumqayıt şəhəri, məhəllə 18, ev 6/27 B, mənzil 3-də yaşayan iddiaçı2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hərəkətləri etmək barədə etibarnamə vermişdir.
5. ünvan 1, ** nömrəli mənzil mülkiyyət hüququ əsasında cavabdeh1 adına rəsmiləşdirilmişdir.
6. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi Idarəsinin texniki pasportundan görünür ki, ünvan 1, ** nömrəli mənzil cavabdeh1 adınadır.
7. ##.##.2024-cı il tarixli bildirişindən görünür ki, ünvan 1, ** nömrəli mənzilin vergi ödəyicisi cavabdeh1dur.
8. Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, cavabdeh1 adına ünvan 1, ** nömrəli mənzil “xxxx” sığorta şirkəti ASC tərəfindən sığorta olunmuşdur.
9. ##.##.2025-ci il tarixli aktdan görünür ki, * saylı MKS-nin sahə ustası X6, ünvan 1, ** nömrəli mənzildə qonşu X7, ünvan 1, ** nömrəli mənzildə qonşu X4 təsdiq etmişdilər ki, ünvan 1, ** nömrəli mənzildə cavabdeh1, Musayev Elbəy Musa oğlu, X2 göstərilən ünvanda 1988-ci ildən yaşamışlar. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, qızı X5, oğlu X1 göstərilən ünvanda Musayev Elbəy Musa oğlu vəfat etdikdən sonra X2 ilə birlikdə yaşamışlar. X2 vəfatından bir müddət sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs uşaqları ilə birlikdə köçüb öz evlərinə getmişdir. Həmin vaxtdan mənzildə daim yaşayan olmamışdır. Mənzilə Tovuz nəzarət etmişdir. Son 4-5 ildir ki, mənzil kirayədədir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər * saylı Dövlət Notariat Kontoru, cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər * saylı notariat ofisində ## ######## 2012ci il tarixdə 2V-1509 və ## ###### 2013-cü il tarixdə 2V-43 reyestr nömrələri ilə açılmış vərəsəlik işinə əsasən verilmiş şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 vəkili vəkil2 ##.##.2025-ci il tarixdə ərizə təqdim edərək bildirmişlər ki, mərhumların 5 övladı vardır. Buna baxmayaraq, miras əmlakı vərəsələr arasında düzgün bölünməmişdir. Məhkəmədən Sumqayıt Şəhər * saylı notarius ofisində ## ######## 2012-ci il tarixdə 2V-1509 və ## ###### 2013-cü il tarixdə 2V-43 reyestr nömrələri ilə açılmış vərəsəlik işinə əsasən verilmiş şəhadətnamənin ləğvi, miras əmlakının vərəsələr arasında bərabər bölünməsi və yeni şəhadətnamələrin verilməsini xahiş etmişlər.
12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ** saylı mənzil xüsusi mülkiyyət hüququ ilə mərhum Musayev Elbəy Musa oğluna məxsus olmuşdur. ##.##.2007-ci il tarixdə onun vəfatından sonra sözügedən mənzil onun həyat yoldaşı X2 mülkiyyətinə keçmişdir. ## #### 2012-ci ildə Musayeva Yaxşının vəfatından sonra miras əmlakı üzrə vərəsəlik işi açılmışdır. Iddiaçılar və cavabdeh bacı qardaşdırlar. Ailədə 5 bacıqardaş olmuşlar. Valideynlərin vəfatından sonra cavabdeh yalan məlumat verərək miras əmlakını yalnız özü qəbul etmiş və sözügedən mənzili xüsusi mülkiyyətinə keçirmişdir və mənzilə mülkiyyət hüququna dair çıxarış almışdır. Iddiaçılar miras əmlakından imtina etmədikləri halda, onlara düşən pay cavabdehə verilmişdir. Cavabdeh ümumiyyətlə sözügedən mənzildə yaşamır. Hesab edirlər ki, Sumqayıt şəhəri 1saylı notariat ofisində ## ######## 2012-ci il tarixdə 2V-1509 və ## ###### 2013-cü il tarixdə 2V-43 reyestr nömrələri ilə açılmış vərəsəlik işinə əsasən verilmiş şəhadətnamə ləğv olunmalı, miras əmlakı vərəsələr arasında bərabər bölünməli və vərəsələrə yeni vərəsəlik şəhadətnamələri verilməlidir.
13. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil1 tərəfindən məhkəməyə etiraz ərizəsi göndərmiş və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbini qəbul etmir, tələbi aşağıda sadaladığı hallara görə əsassız hesab edir. Belə ki, mübahisələndirilən şəhadətnamələrdən ## ######## 2012-ci il tarixdə 2V-1509 reyestr nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən atası Musayev Elbəy Musa oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən ** saylı mənzilə tam vərəsəlik hüququ tanınaraq mənzil onun mülkiyyətinə keçmişdir. Qeyd edir ki, atası ##.##.2007-ci ildə vəfat etmişdir. Yəni mirasın açılmasından artıq 18 il müddət keçmişdir. Qanunverici mirasın qəbulu üçün 6 ay müddət müəyyən etmişdir ki, vərəsə miras qalmış əmlaka həmin müddətdə faktiki sahiblik etsin və ya notariat orqanına ərizə ilə müraciət etmiş olsun. Iddiaçılar miras açılandan sonra həmin mirasın faktiki qəbulu ilə bağlı hər hansı hərəkət etməmişlər və ya rəsmi notariat orqanına ərizə ilə müraciət etməmişlər. Atası vəfat edəndən sonra mənzil faktiki onun sahibliyində olmuş, həmin vaxt mənzildə mərhum anası X2, bacısı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və bacısının övladları Vüsalə və Ətraf yaşamışlar. Mənzilin bütün saxlanma kommunal xərclərini anası sağ ikən də özü qarşılamışdır. Mənzillə bağlı vərəsələr olaraq iddiaçılar ilə arasında hər hansı ixtilaf olmamışdır. Çünki atası hələ sağlığında həmin mənzili ona vəsiyyət etmiş, eyni zamanda anasına bacısı Tovuza arxa dayaq olmağı tapşırmışdır. Belə ki, bacısı boşandıqdan sonra 1999-cu ildə ata-anasının yaşadığı həmin miras qalmış mənzilə köçüb gəlmişdir. Ona görə də atası vəfat edəndən sonra mənzili onun ixtiyarına vermişdir. Həmişə o, xəstə anasının qayğısına qalmış, anası vəfat edənə kimi ona baxmış yanında yaşamışdır. Mənzilin saxlanmasını hazırkı vaxta kimi Tovuz idarə edir, evin əmlak vergisini, kommunal xərclərinin ödənilməsini və sair işləri onun adından o, həyata keçirir. Miras qalmış mənzilin adına sənədləşməsinə gəldikdə isə bununla bağlı iddiaçılardan iddiaçı2 etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Savatın müraciətinə əsasən vərəsəlik işi açılmış həmin mənzil üzərində tam paya dair adına Sumqayıt şəhəri * saylı notariat ofisində ## ######## 2012-ci il tarixdə 2V-1509 qeyd alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmçinin mənzilə mülkiyyət hüququna dair çıxarış Savat tərəfindən əldə edilmişdir. Amma iddiaçılar iddia edirlər ki, guya o, yalan məlumat verərək miras əmlakı qəbul etmişdir və sözügedən mənzil üzərində mülkiyyət hüququ əldə edilmişdir. Yuxarıda qeyd etdiyi xüsusatlar Sumqayıt şəhəri * saylı notariat ofisinin ## ######## 2012-ci il tarixli *V**** nömrəli vərəsəlik işinin materialları, həmin vərəsəlik üzrə mirasın predmeti - ünvan 1 ünvanında yerləşən ** saylı mənzilə dair kommunal xərclərin ödənilməsinə dair qəbzlər, əmlak vergisinə dair ödəniş qəbzləri, * saylı MKS-i tərəfindən qonşuların iştirakı ilə tərtib edilmiş akt və sair sübutlarla öz təsdiqini tapır. Həmçinin etirazda qeyd etdiyi xüsusatlarla bağlı məhkəmədə şahidləri ifadə verəcəklər. AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı mübahisə edilən vərəsəlik hüquq münasibətləri yarandığı zaman qüvvədə olan AR Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin zaman qüvvədə olan AR Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. AR Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Yuxarıda göstərilənlərə əsasən iddia tələbəni əsassız hesab edir, AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 nümayəndəsi və vəkili vəkil2 tərəfindən məhkəməyə ərizə daxil olmuş və ərizədə qeyd olunmuşdur ki, icraatda olan hazırkı mülki iş üzrə iddia tələbini tam həcmdə müdafiə etməklə yanaşı, həm də iddianın hüquqi əsasına əlavə edirlər. Belə ki, ötən məhkəmə iclasında cavabdeh tərəfin vəkili məhkəməyə vəsiyyətnamə təqdim etmişdir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, xeyrinə vəsiyyətnamə olduğu halda, cavabdeh digər vərəsələri mirasda məcburi pay almaq hüququndan məhrum etməyin ən asan yolunu seçərək, notariusla əlbir olmaqla qanun üzrə vərəsəlik açılmasına nail olub və bu yolla bütün mirasa asanlıqla yiyələnmişdir. Halbuki, vəsiyyətnamə vardırsa, vəsiyyət üzrə vərəsəlik açılmalıdır, qanun üzrə vərəsəlik açıla bilməz. Odur ki, həm də bu əsasa görə iddia tələbi təmin olunmalıdır. Qeyd olunanlara əsasən ##.##.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmədiyi halda, işə iştirakı olmadan baxaraq, hazırkı ərizəni də nəzərə almaqla mülki işi məhkəmə baxışına təyin etməyi xahiş etmişlər.
15. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirmişdir ki, ailədə 5 uşaqdırlar. Hamı evlənib, ayrılıb getmişdir. Valideynləri qeydiyyatda Şahhüseyni saxlayıb ki, ev də Şahhüseynə qalsın. Atası sağ ikən Savat notariusa gedib, evi Şahhüseynin adına keçirsin. O zaman Şahhüseyn Rusiyada olmuşdur. Atası öldükdən sonra qardaşı demişdir ki, gəlib anasının yanında qalsın, bütün xərci çəkəcək. Ev təmirini, kommunal pulunu, zibil pulunu, hər şeyin xərcini qardaşı çəkmişdir. Anası öldükdən sonra Şahhüseyn gəlmişdir. Azad onu aparıb, ölüm kağızını alıb gətirmişlər. Şahhüseyn etibarnaməni Savatın adına vermişdir ki, o gedir bütün işləri bacısı Savat görsün. Nə iş görmüşsə, Savat etmişdir. Şahhüseynin xəbəri olmamışdır. Şahhüseyn digər bacı qardaşlarına da pul vermişdir. 2023-cü ildə Şahhüseyn Azadın ürək əməliyyatına 5000 dollar pul vermişdir. 2012-ci ildən 2020-ci ilə qədər o ev boş qalmışdır. Şahhüseyn pulu göndərmiş, o da evin xərclərini ödəmişdir. 2020-ci ildə Şahhüseynin göstərişi ilə kirayəyə vermişdir. 2024-cü il # ###### tarixdə bildiriş gəldi ki, evə həbs qoyulmuşdur. Söhbət ondan sonra başlamışdır.
16. Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim - A.Behbudova).
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar tərəfindən miras əmlakın mövcudluğundan, ən əsası vəsiyyətnamə və miras əmlakın kim tərəfindən faktiki qəbulundan məlumatlı olduqları halda, həmin miras əmlakla bağlı mübahisə yaratmadıqları, üzərindən uzun müddət keçdikdən sonra qardaş və bacılar arasında narazılığın yaranması səbəbindən mübahisələndirmələri məhkəmə tərəfindən əsaslı və qanunvericiliyin tələbinə uyğun sayılmır. Iddiaçılar bundan əlavə miras əmlakın faktiki qəbul etməyərək, miras əmlak cavabdeh tərəfindən qəbul edildikdən, ən əsası şəxsi narazılıq yarandıqdan sonra mübahisələndirmişlər. Iş materiallarında olan iddiaçı iddiaçı2 cavabdeh cavabdeh1 tərəfindən verilmiş ƏN-İ seriyalı, ****** nömrəli etibarnamədən görünür ki, cavabdeh1 Sumqayıt şəhəri, məhəllə 18, ev 6/27 B, mənzil 3-də yaşayan iddiaçı2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hərəkətləri etmək barədə etibarnamə vermişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin III, V hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1243.1, 1243.2, 1246, 1248.1, 1202.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin İ və VII hissələrinə, 71-ci maddəsinin İ və II hissələrinə və 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Iddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin hazırkı iş üzrə miras açılarkən qüvvədə olan mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Iş materiallarından görünür ki, hazırkı iş üzrə miras Musayev Elbəy Musa oğlu ##.##.2007-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi ilə açılmışdır. Vərəsəlik işi isə, Sumqayıt Şəhər * saylı notarius ofisində ## ######## 2012-ci il tarixdə, miras açılanda 5 il sonra açılmış, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə isə, ## ###### 2013-cü ildə verilmişdir. Halbuki, vərəsə mirasın qəbulu müddətini ötürmüşdür və o, ya mirasın qəbulu faktının müəyyən edilməsi barədə, yaxud da mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılaraq bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim etdikdə, yaxud da bütün vərəsələrin razılıq ərizəsini təqdim etməkdə notarius ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verə bilərdi. Iş materiallarından görünür ki, belə hal müəyyən olunmur. Bundan əlavə, notarius hətta cavabdehin nümayəndəsi kimi etibarnamə təqdim edərək vərəsəlik işini aparan nümayəndəsinin də qanun üzrə vərəsə olduğunu bildiyi və ya bilməli olduğu halda, onun mirasın qəbuluna münasibətini aydınlaşdırmamış, müvafiq imtina və ya qəbul ərizəsi almamaqla qanunvericiliyin və notariat hərəkətlərinin aparılmasına dair təlimatın tələblərini pozmuşdur. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, xeyrinə vəsiyyətnamə olduğu halda, cavabdeh digər vərəsələri mirasda məcburi pay almaq hüququndan məhrum etməyin ən asan yolunu seçərək, notariusla əlbir olmaqla qanun üzrə vərəsəlik açılmasına nail olub və bu yolla bütün mirasa asanlıqla yiyələnmişdir. Halbuki, vəsiyyətnamə vardırsa, vəsiyyət üzrə vərəsəlik açılmalıdır, qanun üzrə vərəsəlik açıla bilməz. Göründüyü kimi, hazırkı iş üzrə vəsiyyətnamə vardır və bu o deməkdir ki, yalnız vəsiyyət üzrə vərəsəlik mövcud ola bilər, qanun üzə vərəsəlik istisna olunur. Digər vərəsələrin heç biri mirasın qəbulundan və ya mirasda məcburi payın qəbulundan imtina etməmişlər. Notarius digər vərəsələri axtarmamış, onları məlumatlandırmamışdır. Məhkəmənin guya cavabdehin mirası faktiki qəbul etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh miras açılandan sonra ölkədə olmamışdır.
21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – L.Rəhimli (məruzəçi), A.Mahmudov və A.Hüseynzadə).
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılar miras əmlakın mövcudluğundan, ən əsası vəsiyyətnamə və miras əmlakın kim tərəfindən faktiki qəbulundan məlumatlı olduqları halda, həmin miras əmlakla bağlı mübahisə açmamaları, üzərindən uzun müddət keçdikdən sonra qardaş və bacılar arasında narazılığın yaranması səbəbindən mübahisələndirmələri düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən əsaslı və qanunvericiliyin tələbinə uyğun sayılmamışdır. Bundan əlavə, iddiaçılar miras əmlakı faktiki qəbul etməmiş, miras əmlak cavabdeh tərəfindən qəbul edildikdən, ən əsası isə şəxsi narazılıq yarandıqdan sonra mübahisələndirmişlər.
23. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçılar Mülki Məcəllənin 1246cı maddəsinin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmişlər, yəni mirası qəbul etmək arzusunda olduğunu bəyan etməmişlər, notariat kontoruna müraciət etməmişlər. Iddiaçılar miras açıldığı vaxtdan sonra yuxarıda göstərilən müddət daxilində, yəni 6 ay ərzində notariat orqanına ərizə vermədiklərindən, miras qoyanın mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirmədiklərindən, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29 (VII), Mülki Məcəlləsinin 1133, 1146, 1151, 1159, 1202, 1243, 1248, 1255, 1272-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarına, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətlərinin dəlilləri
25. Iddiaçılar (vəkil vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, işdə olan ƏN-İ seriyalı, ****** nömrəli etibarnamədən görünür ki, cavabdeh1 Sumqayıt şəhəri, məhəllə 18, ev 6/27 B, mənzil 3-də yaşayan iddiaçı2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hərəkətləri etmək barədə etibarnamə vermişdir. Hazırda iddiaçı olan iddiaçı2 vərəsəlik işini etibarnamə əsasında apardığı halda, notarius onun vərəsə olmasını nəzərə almamış, onun mirası qəbul edib-etməməsini araşdırmamış, ondan mirasdan imtina barədə ərizə almamışdır. Məhkəmə kollegiyası mirasın qəbulu müddətinin iddiaçılar tərəfindən ötürüldüyünə istinad etsə də, nəzərə almamışdır ki, cavabdeh tərəfindən də mirasın qəbulu müddəti ötürülmüşdür. Belə ki, miras 2007-ci ildə açıldığı halda, cavabdeh 2013-cü ildə mirası qəbul etmək üçün müraciət etmişdir. Mirasın qəbulu faktının müəyyən edilməsi və ya mirasın müddətinin ötürülməsinin üzrlü sayılması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadan qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verən notarius ən azından etibarnamə əsasında cavabdehi təmsil etdiyindən fiziki olaraq notariat kontorunda olan digər vərəsə iddiaçı2 da pay verməli idi. Çünki hər ikisi eyni vaxtda müraciət edirdilər. Bundan əlavə, məhkəmə kollegiyası nəzərə almamışdır ki, işdə olan AZ-İ seriyalı, ****** nömrəli, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, miras qoyanın arvadı və hazırkı iş üzrə tərəflərin anası olan X2 ## #### 2012-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu isə, o deməkdir ki, ölənədək həmin ünvanda faktiki yaşamaqla X2 mirası faktiki qəbul etmiş və mirası hüquqi cəhətdən qəbul etmədən vəfat etmişdir. Bundan əlavə, miras əmlakın birgə nikah dövründə əldə olunması, onu həmin əmlakın yarı hissəsinin mülkiyyətçisi edir ki, bu da, o deməkdir ki, qanun üzrə vərəsəlik işi açılırdısa, mirasın bölgüsü təkcə Musayev Elbəy Musa oğlunun deyil, həm də X2 miras əmlakına münasibətdə aparılmalı idi. Məhkəmə Mülki Məcəllənin 1133-cü maddəsini tətbiq etməli olduğu halda, tətbiq etməmiş, bununla da maddi hüquq normasını pozmuş, tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir.
b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
29. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
30. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
31. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
32. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
33. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
34. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
35. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
36. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
37. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.
38. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
39. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
40. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
41. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
42. Maddə 60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarı
43. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.
A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarı
44. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarı
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
46. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarı
47. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
55. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçılar hazırkı hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı aktiv hərəkətlər etməmişlər, həmçinin mirasın qəbuluna dair notariat kontoruna müraciət etməmişlər, yəni mirası qəbul etmək arzusunda olduqlarını bəyan etməmişlər. Bununla da, onlar vərəsə olaraq mübahisəli miras əmlakla bağlı hüquqlarını itirmişlər.
59. Kassasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
63. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.