Məhkəmə qərarları › İş №2(1-8)-1397/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1397/2026

24.06.2026 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1397/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “məzildən çıxarılma, mənzilin boşaldılması, əvəzində yeni mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)- **/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. X4 ilə alıcı Cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı X4 tam mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Bülbül Məmmədov (X1 ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 67 kv/m, yaşayış sahəsi 22 kv/m olan mənzilin 15 kv/m-dən ibarət 1 otağını və 22 kv/m olan köməkçi sahəsini alıcı Cavabdeh mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 82.000 manat qiymətinə satmış, alıcı isə həmin qiymətə almışdır.

2. ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 67 kv.m olan mənzilin 37 kv.m hissəsi Cavabdeh adına 1119111347 qeydiyyat nömrəsi ilə ##.##.2019-cu il tarixdə, 30 kv.m hissəsi X2 adına 1120063965 qeydiyyat nömrəsi ilə ##.##.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ## ###### 2022-ci il tarixli, *** saylı Sərəncamı ilə, Bakı şəhəri, Yasamal rayonu, Ilqar ismayılov, Cəlil Məmmədquluzadə, Ibrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad Ibrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi sahə icarə əsasında iddiaçı İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ünvan 8 ünvanında yerləşən ona məxsus mənzilin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdeh və onun ailə üzvlərinin həmin fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi İddiaçı MMC tərəfindən ünvan 8 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 45,8 kvadrat metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin Cavabdeh mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ## ###### 2022-ci il tarixli *** saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon Icra Hakimiyyətinin, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, Ilqar ismayılov, Cəlil Məmmədquluzadə, Ibrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad Ibrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında iddiaçı İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. ##.##.2023-cü il tarixli, **** nömrəli torpağın icarəyə verilməsi haqqında müqavilə ilə Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2022-ci il tarixli *** saylı sərəncamına və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2022-ci il tarixli MIHO/2.1.2-2-2022- **** nömrəli cizgisinə əsasən Bakı şəhəri Yasamal rayonu Ilqar Ismayılov, Cəlil Məmmədquluzadə, Ibrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad Ibrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi Bakı şəhər Icra Hakimiyyəti tərəfindən İddiaçı MMCyə 49 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin icarə haqqı ##.##.2023-cü il tarixdən hesablanır və icarəçi hər il 161.740 manat icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. Azərbaycan Respubikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İddiaçı MMC-yə ünvanlanmış ## ###### 2023-cü il tarixli *-**/*-****/**** saylı məktubundan görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ###### 2023-cü il tarixli *-**/*-*-***/**** nömrəli Sərəncamı ilə təsdiq edilmiş Bakı şəhəri, Yasamal rayonu, İ.Ismayılov, C.Məmmədquluzadə, İ.Əbilov və Z.Əhmədbəyov küçələrinin əhatəsində layihələndirilən yaşayış və qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırmaları təsdiq edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-ə yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin ünvan 8 ünvanındakı daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsi 38 kvadrat metr olan fərdi yaşayış evinin xxxxsi cavabdeh Cavabdeh ilə iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Binanın tikilməsi barəsində Bakı şəhər Icra Hakimiyyətinin ## ###### 2022-ci il tarixli *** saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarında bu xarakterli mübahisələrə ətraflı izah verilmişdir. Iddiaçı cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından, yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır.

6. Cavabdeh Cavabdeh iddiaya qarşı etirazı təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi həqiqətdə qanunun reallığına əsaslanmır. Fakt üzrə mübahisə predmetinin real həqiqi əsası budur ki, iddiaçı gələcək yaxın zamanda ona məxsus xüsusi mülkiyyətinin yerləşdiyi torpaq sahəsinin xüsusi xxxxsi olacaqdır, iddia tələbində bu faktın əsası olaraq ədalətli kompensasiya əvəzlənməsi ilə ödənişin həyata keçirilməsi barədə heç bir təklif edilən real fakt mövcud deyildir. Iddia tələbində iddiaçının xüsusi mülkiyyətinin əvəzində ədalətli bazar qiymətinə uyğun kompensasiya ödənilməsi nəzərdə tutulmaması və bu faktın real sübutlarla əsaslandırılmaması bir daha mübahisə predmeti üzrə iddiaçının iddia tələbinin qanuni faktlara əsaslanmamasını bir daha özündə ehtiva edir. Belə ki, bu əsasda rəsmi fakt olaraq bildirir ki, 2019-cu il tarixində Cavabdeh məxsus olmuş ünvan 3 ünvanı üzrə 2 otaqdan ibarət 23.7 kv.m 2 otaqlı mülkiyyətinə dövrün indeksasiyalaşdırma tələbinə uyğun olmaqla sökünti-tikinti işləri aparan müvafiq şirkət tərəfindən 210000 min manat ədalətli kompensasiya məbləği ödənilməklə ədalətli bazar qiymətinə uyğun əsaslandırılması həyata keçirilmiş və xüsusi mülkiyyətinin hər kv.m sahəsi üçün təxminən 8 min AZN civarında ədalətli dəyəri ödənilməklə tikinti şirkəti tərəfindən halallığı alınmışdır. Hal-hazırda mübahisə predmeti üzrə iddiaçı İddiaçı MMC tikinti şirkəti tərəfindən ünvan 5 ünvanı üzrə ailəliklə yeganə yaşayış yerləri olan xüsusi mülkiyyətinin əvəzində Cavabdeh ödənilməsi nəzərdə tutulan kompensasiya məbləği və ya ona bərabər tutulan əvəzləmə növü həddindən artıq aşağı qiymətə, dövrün bazar qiyməti ilə mövcud reallığın müqayisəli təhlili aparılmaması şərtləri daxilində təklif edilməsi və bu şərtlərlə razılaşmağa məcbur edilməkləri bir daha sübut edir ki, iddiaçı mübahisə predmeti üzrə yalnız özünün qanunsuz diqtə etdiyi şərtləri daxilində Azərbaycan Respublikası vətəndaşını öz maraqları naminə aldatma yolu ilə əqdi müqavilə bağlamağa məcburiyyət cəhdləri etməkdə birbaşa maraqlıdırlar. Bu da qanunla nəzərdə tutulmayan qeyri-qanuni hərəkətlər olmaqla məhkəmədə mübahisələndirilməsi hüquqi şərtlərdəndir.

7. Iddiaçı sonuncu dəfə ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ünvan 8 ünvanında yerləşən ona məxsus mənzildən çıxarılması, həmin mənzilin tam olaraq boşaldılaraq sökülməsi və ərazinin boşaldılması, cavabdehin mülkiyyətində olan mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad Ibrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,50 kv.m olan 1 ədəd 2 otaqlı yeni, təmirli mənzilin cavabdehin mülkiyyətinə verilməsi, mənzil “xxxx” MMC tərəfindən cavabdehə təhvil verilənədək “xxxx” MMC tərəfindən cavabdehə hər ay cəmi 500 (beş yüz) manat məbləğində kirayəyə görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh Cavabdeh dəqiqləşdirilmiş iddiaya da etiraz verərək, ##.##.2025-ci il tarixli “X7 mərkəzi” MMC-nin ekspertiza rəyini düzgün olmayan hesab edilməsi ilə yanaşı tərəfindən işə daxil edilmiş mülkiyyətinin faktiki sahəsi üzrə “xxxx” MMC-nin Daşınmaz Əmlakın Texniki Ekspertinin ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyi üzrə məhkəmə mübahisələndirilməsinin aparılmasını xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı *(***)-***/**** nömrəli mükli iş üzrə iddia tələbinin dəqiqləşdirlməsi ərizəsi ilə ##.##.2025 il tarixində məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ünvan 1 ünvanı üzrə ümumi sahəsi 67.20 kv.m. olmaqla 38 kv.m 2 otaqlı həyət tipli xüsusi mülkiyyətinin əvəzində gələcək inşası nəzərdə tutulan çoxmərtəbəli * saylı yaşayış binasının 2-ci bloku, 5-ci mərtəbəsi, 20% əlavələr nəzərə alınmaqla ümumi sahəsi 82.5 kv.m. 1 ədəd 2 otaqlı mənzilin verilməsi vədləri şərtləri ilə və həmin binanın gələcəkdə inşa ediləcəyi dövrdə aylıq kirayə haqqı 500 manat ödəməklə kirayədə yaşamağı təklif olunmaqla qeyd edilən xüsusi mülkiyyətimin boşaldılması – sökülməsi barədə məhkəmədən qərar çıxarılmasını xahiş edir. Eyni zamanda məhkəməyə daxil olmuş ##.##.2025 tarixli “X7 mərkəzi” MMC-nin ekspertiza rəyi əsasında xüsusi mülkiyyətinə dair çıxarılmış dövrün hazır qiymətinə uyğun olmayan təyin edilməsi nəzərdə tutulan kompensasiya məbləği ilə bağlı məhkəmə mübahisələndirilməsi nəzərdə tutulur. Bu əsasda hər iki halda hesab edir ki, hər iki halda ilin mübahisələndirilməsində ədalətlilik, bərabərlik və qanunun alilik prinsipləri nəzərə alınmır və işin faktiki halları üzrə aşağıdakı faktları məhkəmənin nəzərinə çatdırır. “X7 Mərkəzi” MMC-nin ##.##.2025-ci il hesabat tarixi dövrü üzrə ##.##.2025-ci il tarixində məhkəməyə daxil olmaqla ##.##.2025-il tarixində məhkəmədə iddia tələbi üzrə mübahisələndirmə məhkəmə icraatı prosesi başlamışdır. “X7 Mərkəzi” MMC-nin hesabatında qiymətləndirilən obyektin istirahət parklarının, ticarət, xidmət obyektlərinin, həmçinin “Nizami” metrosu, “Kaspian Plaza”, Nizami Moll və çoxmərtəbəli yaşayış binalarının əhatəsində ümumi gediş-gəliş yolu yaxşı vəziyyətdə olan xüsusi yaşayış mülkiyyəti obyekti olduğu dəqiq təsvir edilib. Bu yanaşmadan iddiaçının iddia tələbində göstərilən onun yaşayış mülkiyyətinə dair köhnə yararsız tikili və buna oxşar yalan məlumatların redaktəsi birdəfəlik aradan qalxmış olur. Həmçinin həmin ekspertiza rəyi digər hissəsi yəni, bu formada şəhərin əsas mərkəzi hissəsində yerləşən normal yaşayış qaydalarına uyğun yaşayış mülkiyyətlərinin alınmasında və onun dəyərinə kompensasiya ödənilməsində yanaşması həqiqəti əks etdirmir, baxmayaraq ki, həmin ekspertiza rəyində çoxlu sayda qiymətləndirmə standartlarına istinad edilmişdir. Onun həqiqi, yekun olaraq gəldiyi nəticə tam və çoxlu sayda şübhələr doğurmaqdadır. Bunların ən əsası odur ki, həmin ekspertizanın heç bir eksperti bir dəfə də olsun, onun yaşayış mülkiyyətinə baxış keçirməmiş, bu qismində də onun ekspertiza rəyində yalnız yaşayış sahəsi üzrə göstərilən 2 otaqdan ibarət mənzilinin 37 kv.m yaşayış sahəsi hissəsi üzrə mübahisələndirilməsi aparılmasında özünü analoji olaraq digər aid etdiyi hansısa obyektlərin təsvirində özünü haqlı saymaq cəhdləri etmişdir. Onun gəldiyi nəticə mənzilinin 2 yaşayış otağı üzrə (37.kv.m) ümumi nəticə 91083 manat kompensasiya məbləği təşkil etdiyi göstərilərək normal yaşayış mülkiyyəti təsvir edilir. Hansı ki, normal yaşayış mülkiyyətində insanların yaşaması üçün ən sadə halda mülkiyyətin sanitar qovşağı, mətbəxi, mövcud giriş hissəsi və digər yardımçı köməkçi hissələri mövcud olmalıdır və iş üzrə bundan əvvəlki ekspertiza rəyində həqiqətdə həmin ekspertiza nümayəndələri yaşayış mülkiyyətinə yerli baxış keçirmiş və mülkiyyətinin ümumi faktiki sahəsini müəyyən etməklə onun faktiki bazar qiymətini alan və satan arasında müstəqil razılaşma əsasında həyata keçirilməsinin mövcud bazar qiyməti daxilində münasib olmağı ilə birbaşa əlaqələndirilməsi verilmişdir. Bu yanaşmadan işə daxil edilmiş daşınmaz əmlakın AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əvvəllər ünvan 4 ünvanı üzrə ona məxsus olan 23.7 kv.m olan 1 otaqlı mənzili “xxxx” şirkəti tərəfindən 2019-cu il tarixində 210000 manat kompensasiya ödənilərək alınmış, aralarında heç bir məhkəmə çəkişməsi və ya ekspertiza tədqiqinə ehtiyac olmamış çünki, həmin həyət tipli onun mənzilinin mülkiyyətinin üzərində halhazırda həmin şirkətin çox mərtəbəli yaşayış mülkiyyəti mövcuddur, o, da öz-özlüyündə orada özünə məxsus sahibkarlıq fəaliyyəti nəticəsi ilə faktiki qazanc əldə etməkdədir. Bu əsasda da həmin yanaşma hal-hazırkı, məhkəmədə mübahisələndirilən mülkiyyəti üzrə eyni mütənasiblikdə eyni uyğunluq təşkil etməkdədir. Belə ki, hal-hazırda ümumi faktiki sahəsi 93.5 kv.m olan ümumi girişdən 1 zal otaq, bir hissəsi mətbəx olmaqla və qarşı tərəf üzrə yan-yana 2 ayrı-ayrı otaqlardan ibarət ümumilikdə yaşayış mənzilinin əgər hazırkı bazar qiymətinə uyğun olaraq hazırkı iddiaçı şirkət tərəfindən ədalətli kompensasiya məbləği ilə alınması qanunauyğun sayılsa, onun mülkiyyətinin üzərində onun inşa etdiyi 17 mərtəbədən ibarət çoxmərtəbəli yaşayış binası üzrə 17 mülkiyyət mövcud olacaqdır və onların satışı və idarəetməsindən gələcəkdə həmin sahibkar şirkət çoxlu sayda gəlir, qazanc götürəcək, baxmayaraq ki, o bunun bir hissəsini dövlətə vergilər ödəməklə əlaqələndirir, eyni zamanda dövlət tərəfindən xxxxni qanunla qorunan hüquq və azadlıqlarına qarşı zidd hərəkətlər də qeyri-mütənasib sayılır. Halhazırda həmin iddiaçı şirkət tərəfindən ərazinin bir hissəsi üzrə çoxmərtəbəli binanın tikinti hissəsinə başlanılmış və bir neçə mərtəbəsi inşa edilməsi davam etməkdədir. Tikintinin qarşısına vurulmuş reklam lövhəsində hündür çoxmərtəbəli yaşayış binası göstərilməklə ilkin qiymətlər hər kv.m üzrə 3300 AZN başlamaqla fərdi xxxxlərin kapital yığımı və satışı işlərinə start verilmişdir. Həmin ekspertiza rəyində isə hər kv.m üzrə 2400 manat hesablanmaqla onun yaşayış mülkiyyətinin alınması nəzərdə tutulur, digər bir hissədə həmin iddiaçı şirkət tərəfindən eyni ərazi üzrə X6 85 kv.m mülkiyyəti əvəzində 270000 manat nəğd kompensasiya ödəməklə (hər kv.m 3200 manat olmaqla) mükiyyətini almış və ərazidə olan digər xxxxlərlə bu hissədə nəğd razılaşmaları mövcud olmuşdur. Ona münasibətdə isə evinə gələrək, onunla söhbət etmiş və bir müddət gözləməyi təklif etmiş, sonradan bəlli olmuşdur ki, məhkəməyə müraciət etməklə və əldə etdikləri həqiqəti əks etdirməyən ekspertiza rəyi ilə 91000 min manat dəyərində mənzilini faktiki məcburetmə qaydasında ədalətli olmayan şəkildə ondan almaqla bağlı məhkəmə mübahisələndirilməsi aparmaqda birbaşa maraqlıdırlar. Bu əsasda da həmin “X7 Mərkəzi” MMC-nin ##.##.2025-ci il hesabatına tam qəti etirazını bildirir, orada qeyd edilən müqayisə metodu yalnız bəyanedici xarakter daşıyır, müqayisəli yanaşmanın şərtlərindən faktiki reallıq büruzə verilmir, orada qeyd edilmiş bazar dəyəri simvolik verilmiş, gəlir yanaşması isə prinsipcə ümumiyyətlə nəzərə alınmamış və göstərilməmişdir ki, onun mülkiyyətinin üzərində inşa ediləcək çox mərtəbəli yaşayış binasından iddiaçı gələcəkdə hansı məbləğdə qacanc əldə edəcək və ya ümumiyyətlə həmin binada 91 min manat dəyərində mənzil satışı mövcud olacaqdırmı?

10. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, **-**/** nömrəli rəyi ilə aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 8 ünvanında yerləşən, tikintialtı sahəsi 37,0 kv.metr təşkil edən fərdi yaşayış evinin ## #### 2024-cü il tarixinə bazar dəyəri 61.000,0 (altmış bir min) manat təşkil edir. ünvan 8 ünvanında yerləşən, tikintialtı sahəsi 37,0 kv.metr təşkil edən fərdi yaşayış evinin (təmir vəziyyəti və yerləşdiyi ərazi nəzərə alınmaqla) hazırkı dövrə olan orta aylıq kirayə haqqının məbləği 400.0 (dörd yüz) manat /1 ay təşkil edir.

11. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, **-**/** nömrəli rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq “Google Earth” xəritə programının ortofoto görüntülərinə əsasən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki istifadəsində olan tikintialtı sahəsinin təqribən 37 kv.m təşkil etdiyi müəyyən edilir.

12. Iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, *-**-**/*-**/****-*/**** nömrəli ekspert rəyinə əsasən ünvan 9 ünvanında yerləşən cavabdehin faktiki istifadəsində olan evin faktiki sahəsinin (içdən-içə) 67.2 kv.metr (daxili arakəsmələr və xarici divarlar nəzərə alınmadan) təşkil etdiyi müəyyən edilmişdir. Yaşayış evlərinin qəzalı vəziyyətdə olubolmamasının və istismar müddətinin bitib-bitməməsinin müəyyən edilməsi tikinti texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, ikinci sual üzrə tədqiqat aparılmamışdır. Tədqiq olunan mənzilin yerləşdiyi ərazidə söküntü işləri getdiyindən, eləcə də internet saytlarında anoloji mənzillər olmadığından, həmin mənzilin orta bazar dəyərinin və kirayə haqqının dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır.

13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin ##.##.2024-cü il tarixli mətəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 8 saylı ünvanda yerləşən fərdi yaşayış evinin əsas yükdaşıyan divarlarında çat və deformasiyalar müşahidə edilmədi. Evin əsas yükdaşıyan divarlarının torpaqla təmasda olan divarlarında atmosfer sularının təsirindən hörgü və suvaq məhlulları aşınmışdır. Yaşayış evinin yaxınlığında digər fərdi evlərin sökülməsini və ərazidə (yaşayış evinin yaxınlığında) hal hazırda söküntü və tikinti-quraşdırma işlərinin aparıldığını nəzərə alsaq yaşayış evinin istismarı təhlükəlidir.

14. “X7 Mərkəzi” MMC-nin ##.##.2025-ci il tarixli, ***-***/**** nömrəli ekspert rəyinə əsasən aparılmış hesablamalar nəticəsində, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh faktiki istifadəsində olan yaşayış sahə üzrə əmlakın hazırkı dövrə olan bazar dəyəri 91.000 AZN, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh faktiki istifadəsində olan yaşayış sahə üzrə əmlakın kirayə dəyəri 300 AZN müəyyən edilmişdir.“xxxx” MMC-nin fiziki şəxslər tərəfindən tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatına əsasən X5 mülkiyyətində olan ümumi sahəsi 93.50 kv.m olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin uyğun satışları müqayisəli metodu ilə bazar dəyəri 374000 manat müəyyən edilmişdir.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh ünvan 6 ünvanında yerləşən mənzildən çıxarılması, mənzil tam olaraq boşaldılaraq sökülməsi, sökülmüş mənzilin əvəzinə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad Ibrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək * nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,50 kv.m olan 1 ədəd 2 otaqlı, yeni, təmirli mənzilin cavabdeh Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir (hakim Aydan Orucova).

16. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin mülkiyyət hüququnu pozmur, əksinə, onun mülkiyyətini ədalətli şəkildə qoruyur və mütənasib şəkildə kompensasiya edir, cavabdehə onun mövcud mənzilinin sahəsindən daha geniş olmaqla, müasir tələblərə cavab verən yeni tikilən binada mənzil verilir. Bu, onun mülkiyyətinin daha yaxşı və daha dəyərli bir şəkildə yenilənməsini təmin edir, həmçinin cavabdehin yaşayış şəraitinin yaxşılaşmasına imkan verir.

17. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, cavabdeh istismar müddəti bitmiş, şəhərin görkəminə xələl gətirən evinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə və hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın həyata keçirilməsinə mane olur.

18. Məhkəmə xüsusi qeyd etmişdir ki, iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh tərəfin mülkiyyət, istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzil verilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehlərə aylıq kirayə haqqını verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz.

19. Məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, məhkəmə iclasları bu məqsədlə dəfələrlə təxirə salınmış, tərəflərin barışması üçün tədbirlər görülmüş, lakin tərəflər arasında razılıq əldə edilməmişdir.

20. Məhkəmə hesab etmişdir ki, qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər Icra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı MMC-yə ayrıldığından, həmçinin Bakı şəhər Icra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı MMC öz üzərinə götürdüyündən, iddia tələbi irəli sürülərkən cavabdehin hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 13-cü maddəsinin İ və III hissəsinə, 29-cu maddəsinin IV hissəsinə, 43cü maddəsinin II hissəsinə, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2, 560.3.5.1, Mənzil Məcəlləsinin 3.1, 28.1, 28.3, 28.4, Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 17 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ünvan 2 ünvanında yerləşən ümumi faktiki 93.50 kv.m sahəyə malik fərdi yaşayış sahəsinə 1 kv.m üçün 4000 manat məbləğində hesablanmaqla ümimilikdə 374000 manat ədalətli kompensasiya məbləğinin ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə bütövlükdə qüsurludur, işin faktiki halları üzrə qanunların tələblərinə əsaslanmamışdır, halbuki, eyni mübahisə predmeti üzrə eyni iddiaçının tələblərinə münasibətdə iddiaçının haqsız olması və iddia tələbinin rədd edilməsi barədə çıxarılan Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarları birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün vacib hüquqi əsas olan zəruri şərtlərdən sayılır. 2(102)-694/2025 və *(***)- ****/**** saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında mübahisə predmeti üzrə “mülkiyyət hüququna müdaxilənin qanuni və mütənasib olması” barədə hüquqi müstəvidə qeyd edir ki, “Ali Məhkəmə Kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, cavabdehləri iddiaçı (R.R.Consrtuction”MMC) ilə onun təklif etdiyi formada razılaşması mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Əks yanaşma, cavabdehlərin mülkiyyət hüquqlarına qanuni və mütənasib əsaslar olmadan pozulması ilə nəticələnmiş olur. Çox mənzilli yaşayış binalarından fərqli oaraq fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları istisna olmaqla digər hər hansı halda (cəmiyyətin ictimai maraqları və s.) xxxxnin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz, iddiaçı yalnız xxxxlərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Bundan əlavə, nəticə etibarı ilə Konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırlmaması, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması əsasında bütün hüquq normaları nəzərə alınmaqla həyata keçirilməlidir”... Məhkəmə tərəfindən özünəməxsus tərzdə işin faktiki hallarında və hər hansı işə daxil edilən ekspert rəylərində təsdiqlənmədiyi hal üzrə fərdi yaşayış mülkiyyətinin guya köhnə və yararsız kimi verilməsi də elə ilkin haldan məhkəmənin işin faktiki hallarına zidd olmaqla qərəzli mövqedən obyektiv əsaslara malik olmayan məhkəmə qərarı çıxarmaqda iddiaçı tərəfindən maraqlı olmasının real təsdiqinə əsaslanır halbuki, işin faktiki hallarını təsdiqləyən ekspert rəylərində belə faktiki ailəliklə yaşadıqları fərdi yaşayış evi “Nizami” metrosuna yaxın ətrafı “Caspian Plaza” “Nizami Mall” və istirahət parkları və ticarət obyektləri ərazisi daxil olmaqla ümumi magistral yola mövcud çıxışı olan ayrıca istilik təchizatı kombi sisteminə malik müasir yeni təmir edilmiş xüsusi həyət tipli mülkiyyətin mövcud olması işin təsdiqlənən sübutları sırasındadır.

24. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh, mülkiyyətinə münasibətdə əvəzləşdirmə müqaviləsi bağlamaqdan imtina etdiyini bildirərək, əmlakının dəyərinin ədalətli şəkildə ödənilməsini xahiş etmiş, həmçinin qeyd etmişdir ki, yaşayış sahəsi içdən içə ölçülmüşdür. Yaşayış evinin sahəsi divarın çöl hissəsindən ölçdükdə faktiki olaraq 93 kv.m təşkil edir.

25. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi cavabdehin apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmiş, həmçinin qeyd etmişdir ki, fərdi yaşayış evi 67,2 kv.m təşkil etdiyi halda belə, MMC hər kv.m üçün 4000 manat kompensasiya ödənilməsinə razı deyildir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir (hakimlər: Vahid Sadıqov-sədrlik edən və məruzəçi, Rəşid Səmədov və Xumar Mərdanova).

27. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 67 kv.m olan mənzilin 37 kv.m hissəsi cavabdeh Cavabdeh mülkiyyətindədir. Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ## ###### 2022-ci il tarixli, *** saylı Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ilqar Ismayılov, Cəlil Məmmədquluzadə, Ibrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad Ibrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi sahə icarə əsasında iddiaçı İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Bu məqsədlə ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 37 kv.metr olan mənzilin xxxxsi cavabdeh Cavabdeh ilə iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul edilməsi təklif olunmuş, lakin razılıq əldə etmək mümkün olmamışdır.

28. Birinci instansiya məhkəməsində işə baxılarkən ekspert və mütəxəssis rəyləri ilə fərdi yaşayış evinin sahələri fərqli müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh həmin ərazidə inşa edilən binadan ev almaqdan imtina etdiyini və əmlakının dəyərinin ona ödənilməsini xahiş edir, əmlakının hər kv.m üçün 4000 manat tələb edir. Iddiaçı isə fərdi yaşayış evinin sahəsindən asılı olmayaraq həmin məbləği ödəməkdən imtina edir.

30. Məhkəmə kollegiya qeyd etmişdir ki, hazırkı halda qəzalı vəziyyətdə olan yaşayış evinin sökülməsindən söhbət gedə bilməz, çünki Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin ##.##.2024-cü il tarixli mətəxəssis rəyi ilə cavabdehə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması müəyyən edilməmişdir. Bununla belə, yaşayış evinin yaxınlığında digər fərdi evlərin sökülməsi və ərazidə (yaşayış evinin yaxınlığında) hal hazırda söküntü və tikintiquraşdırma işləri aparıldığından evin istismarı təhlükəli hesab olunmuşdur.

31. Odur ki, məhkəmənin Mənzil Məcəlləsinin qəzalı vəziyətdə olan mənzillərə aid normalarının tətbiqi səhv olmuşdur.

32. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə mülkiyyət hüququ ilə bağlı olduğundan, habelə mülkiyyət hüququnun pozulması (mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə) mübahisənin əsas dəlilini təşkil etdiyindən mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı Avropa Insan Hüquqları Konvensiyasının (AHIK) * saylı Protokolunun 1-ci maddəsinin hazırkı işə tətbiq edilib-edilməməsi məsələsi müəyyən edilməlidir.

33. AIHK-in * saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

34. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən * saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Ikinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş).Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və xxxxnin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.

35. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfin Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ## ###### 2022-ci il tarixli *** saylı Sərəncamına əsaslanmaqla Bakı şəhəri, Yasamal rayonu, Ilqar Ismayılov, Cəlil Məmmədquluzadə, Ibrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad Ibrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazinin ümumi görüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün cavabdehə ayrılmış torpaq sahəsində yerləşən mənzillərdən cavabdehin çıxarılması və həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli binada yaşayış sahəsi ilə cavabdehin təmin edilməsi və çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək aylıq kirayə haqqının verilməsi tələblərinin təmin olunması mülkiyyət hüququ əsasında cavabdehə məxsus olan yaşayış sahəsinə dair əmlaka mülkiyyət hüquqlarının pozulması, bu hüquqa müdaxilə və həmin hüququn “şərti və qeyri-sabit” xarakter almasına səbəb ola bilər.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot Isveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb-yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).

37. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino Italiyaya qarşı iş).

38. Məhkəmə kollegiya hesab etmişdir ki, cavabdehə məxsus əmlakın sökülərək onun yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmişdir və əmlakın xxxxnin iradəsinə zidd sökülməsi qanunsuzdur.

39. Sözügedən sərəncamda həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (xxxxləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçı MMC tərəfindən tənzimlənməsi şərti nəzərdə tutulmuş və yalnız bu cür razılıq tərəflərin də mənafelərinə uyğun olaraq əldə edildiyi halda söküntünün qanuni olması öz təsbitini tapmışdır.

40. Məhkəmə kollegiyası hesab etmişdir ki, çoxmənzilli yaşayış binalarından fərqli olaraq, fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları istisna olmaqla digər hər hansı halda (cəmiyyətin maraqları və s.) xxxxnin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz. Iddiaçı yalnız xxxxlərlə razılıq etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, cavabdehlə bu cür razılıq əldə olunmamışdır.

41. Iddiaçı tərəfindən cavabdehin mülkiyyət hüququna edilən müdaxilə onun maraqlarını əhəmiyyətli dərəcədə pozmaqla istər milli, istərsə də beynəlxalq qanunvericilikdə nəzərdə tutulan ədalətli tarazlıq prinsipinin pozulması ilə nəticələnməsinə səbəb ola bilər.

42. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin iddiaçı ilə onun təklif etdiyi formada razılaşmaması mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Əks yanaşma, cavabdehlərin mülkiyyət hüquqlarının qanuni və müntənasib əsaslar olmadan pozulması ilə nəticələnmiş olar.

43. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tələbinin əsasında duran halların hazırkı iş üçün yeganə həll yolu olmasını sübut edə bilmədiyindən və tələbin əsasını təşkil edən hallar qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun gəlmədiyindən cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir.

44. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ, III hissələrinə, 29-cu maddənin İ, II, III, IV hissələrinə, 43-cü maddənin İ, II hissələrinə, Mülki Məcəllənin 5.3, 16.1, 152.1, 152.5, 169.1, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 3.1, 28.1, 28.3, 28.4, 28.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. Iddiaçı (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş materiallarını obyektiv və tam şəkildə araşdırmamış və yanlış qənaətə gəlmişdir. Sözügedən sərəncamdan irəli gələrək Bakı Şəhər Icra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanan 2023-cü il ## ###### tarixli 1761 və **** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün icrayə verilmişdir. Belə ki, sözügedən ərazidə söküntü işlərinin aparılması və həmin ərazidə yaşayış və qeyri-yaşayış binalarının tikilməsi sözügedən yaşayış binasının inşası digər şəxslərin daha yaxşı şəraitdə yaşamaq hüququnun həyata keçirilməsinə yönəldilmişdir və bu işlərin görülməsi həmin şəxslərin hüquqlarına və qanuni mənafelərinə tam mütənasibdir, çünki həmin şəxslərə sökülən evlərinin əvəzində eyni yerdən daha yaxşı şəraitli və mövcud ölçüsündən daha artıq ölçüdə mənzil verilir və həmin mənzil verilənə qədər sakinlər kirayə haqqı il təmin olunurlar.

47. Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən iddiaçı şirkət tərəfindən cavabdeh tərəfin mülkiyyət, istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və iddiaçı şirkətin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 20%-dən artıq əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzil verilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehlərə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin ##.##.2024-cü il tarixli mətəxəssis rəyinə əsasən yaşayış evinin yaxınlığında digər fərdi evlərin sökülməsi və ərazidə (yaşayış evinin yaxınlığında) hal hazırda söküntü və tikintiquraşdırma işləri aparıldığından cavabdehə məxsus evin istismarı təhlükəli hesab olunmuşdur.Bakı Şəhər Icra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyinəzərindən icra olunmalıdır.

48. Cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, yaşamaq üçün təhlükəli vəziyyətdə olan yaşayış evlərindən köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Bakı şəhərinin abadlaşdırılmasına və gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur.Həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin Bakı Şəhər Icra Hakimiyyətinə və digər qurumlara ünvanladığı ## ###### 2024-cü il tarixli müraciətdə qeyd edilib ki, qeyd edilən ünvanda yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icazə verilmiş mövcud ərazidəki mövcud yaşayış evlərinin bir hissəsinin MMC tərəfindən söküldüyü, digər hissəsində bir neçə sakinin yaşadığı faktı tədiqlənmişdir. Bu da hər an xoşagəlməz hadisənin yaranmasına səbəb ola bilər. Buna görə də həmin müraciətlə sözügedən sakinlərin təhlükəsizliyini və köçürülməsini təmin etmək məqsədilə aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Əgər çoxmənzilli yaşayış binalarına münasibətdə məhkəmə qaydasında mənzilin ədalətli kompensasiya (əvəzli mənzil) verilməsi şərtilə sökülməsi mümkün hesab edilibsə eyni qayda fərdi yaşayış evlərinə də şamil edilməlidir. Bunun əksinə dair əsaslı bir yanaşma varsa işə baxan məhkəmə qətnamədə bunu izah etməli və öz mövqeyini əsaslandırmalı idi.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Cavabdeh Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

50. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

51. Maddə 13, III hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

52. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

53. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

54. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ xxxxnin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

55. Maddə 29, IV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

56. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

57. Maddə 43, II hissə. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

58. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

59. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

60. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

61. Maddə 152.5. xxxx qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

62. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

63. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

64. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

65. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

66. Maddə 28.1. xxxx ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya xxxxdən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

67. Maddə 28.3. Mənzilin (yaşayış binasının) xxxxsi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) xxxxsi tərəfindən və onun hesabına həyata keçirilir.

68. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) xxxxləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

77. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığına görə ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

78. Belə ki, iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın da yerləşdiyi torpaq sahəsində Bakı Şəhər Icra Hakimiyyəti Başçısının # ###### 2022-ci il tarixli Sərəncamına əsasən çoxmənzilli yaşayış kompleksinin tikməli olmasını göstərib, cavabdehə yeni tikiləcək binada başqa mənzil və binanın tikintisi başa çatana kimi kirayə haqqı formasında kompensasiya verilməklə, həmin tikilinin sökülməsini tələb edir.

79. Cavabdehin iddiaya qarşı verdiyi etirazından, həmçinin hazırkı kassasiya şikayətindən müəyyən olunur ki, o, mahiyyət etibarı ilə yeni tikilən binada mülkiyyətinə kompensasiya verilməsi şərti ilə, mülkiyyətində olan evin sökülməsinə etiraz etmir. Lakin, mübahisə kompensasiya olaraq verilməli məbləğlə bağlıdır.

80. Belə ki, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü tələbi ünvan 2 ünvanında yerləşən ümumi faktiki 93.50 kv.m sahəyə malik fərdi yaşayış sahəsinə 1 kv.m üçün 4000 manat məbləğində hesablanmaqla ümumilikdə 374.000 manat ədalətli kompensasiya məbləğinin ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı olmuşdur.

81. Iddiaçı cavabdehin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 37 kv.m sahənin qeydə alındığını göstərməklə, həmin sahəyə əlavə sahə verilərək cavabdehə 82,5 kv.m sahəsi olan yeni mənzil təklif edir.

82. Cavabdeh isə daşınmaz əmlakın dövlət reyestrində mənzilinin sahəsinin 37 kv.m olması qeyd olunsa da, faktiki əlavə tikililərinin olmasını, yaşadığı evin sahəsinin 93,5 kv.m təşkil etdiyini bildirməklə, həmin sahəyə uyğun ona kompensasiya (hər kv m 4000 manat olmaqla) ödənilməli olmasını iddia edir.

83. Işin faktiki hallarını araşdıran apelyasiya məhkəməsi onun apellyasiya şikayətində olan tələbini nəzərə almadan mübahisəli daşımaz əmlakın cavabdehin mülkiyyətində olmasını, onun sökülməsi üçün veriləcək kompensasiya ilə bağlı tərəflərin razılığa gələ bilməmələrini əsas gətirməklə, iddianı rədd etmişdir.

84. Kassasiya kollegiyası razılaşır ki, xxxxnin yaşayış evinin alınaraq sökülməsi barədə qərar üç şərtə uyğun olmalıdır: “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməli, “ictimai maraqlara” cavab verməli və xxxxnin hüquqları ilə ictimai maraqlar arasında ədalətli tarazlıq təmin edilməlidir.

85. Formalaşmış məhkəmə təcrübəsinə əsasən çoxmənzilli yaşayış binalarından fərqli olaraq fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları istisna olmaqla digər hər hansı halda (cəmiyyətin ictimai maraqları və s.) xxxxnin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz. Iddiaçı yalnız xxxxlərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər.

86. Hazırkı halda, cavabdehin mülkiyyətində olan yaşayış evinə hüququnun məhdudlaşdırılması dövlət ehtiyacları ilə bağlı deyil. Belə ki, Bakı Şəhər Icra Hakimiyyətinin Başçısının # ###### 2022-ci il tarixli sərəncamının bu kateqoriya qərarlara aid olunmur.

87. Lakin, nəzərə alınmalıdır ki, xxxxnin yuxarıda ifadə olunmuş mövqeyi onu ehtiva edir ki, o, yaşayış evinin sökülməsi üçün qanuni əsasların olmasını (mülkiyyət hüququnun məhdudlaşdırılması barədə qərarın qanuniliyi, dövlət ehtiyacları ilə bağlı olması) mübahisələndirmir və evin sökülməsi məqsədi ilə kompensasiya ödənilməklə (etiraz və apelyasiya şikayətində olan tələbində göstərilən qaydada) mülkiyyət hüququnun sonlandırılmasına razılığını ifadə edir.

88. Iş materiallarına görə, iddiaçı mübahisəli əmlakla qonşuluqda yerləşən başqa daşınmaz əmlakların sahibləri ilə müvafiq kompensasiya verilməklə, evlərinin sökülməsi ilə bağlı razılığa gəlmişdir. Cavabdeh isə etirazında dövlət qeydiyyatına alınmayan sahəyə görə kompensasiya verilməsindən imtina etməsini, təklif olunan kompensasiyanın (mənzil formasında verilməli olmaması, kompensasiyanın pul formasında verilməli olmasına istinad edərək) kifayət edən həcmdə olmamasını və məhz bu səbəbdən kompensasiyanın ədalətli həcmdə olmasını göstərmişdir.

89. Göründüyü kimi, cavabdehin mövqeyindən aydın şəkildə görünür ki, evinə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış sahələri də daxil olmaqla, ağlabatan bazar dəyərinə uyğun kompensasiya ödənilmək şərti ilə evin sökülməsinə razılaşır.

90. Lakin, apellyasiya instansiyası məhkəməsi iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdehin razılaşmadığını göstərməklə, cavabdehin apellyasiya şikayətində olan tələbini, onun etirazının dəlillərini nəzərə almadan iddianın rəddini əsaslı hesab etmişdir.

91. Halbuki, apellyasiya məhkəməsi təklif olunan kompensasiyanın adekvatlığını, onun mübahisələndirilən əmlakın bazar dəyərinə uyğun olub-olmamasını araşdırmamış, ədalətli kompensasiya məbləğini konkret müəyyən etməmiş və bu kompensasiya əsasında tərəflərin iddiaya münasibətlərini öyrənməklə, yekun nəticəyə gəlməmişdir.

92. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmadığı, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermədiyi üçün, Mülki Prosessual Məcəllənin 217.3, 218.1 və 372.7-ci maddələrinin tələblərini pozmuşdur.

93. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

94. Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.

95. Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə ## ###### 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə # ###### 1994-cü il tarixli qərar).

96. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə ## ##### 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

97. Avropa Məhkəməsinin Kraska Isveçrəyə qarşı iş üzrə ## ##### 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.

98. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

99. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

100. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)- **/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar