Məhkəmə qərarları › İş №2(3-6)-38/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-38/2026

17.02.2026 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-38/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh oğluna qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(3-6)-38/2026 (Açar sözlər:mənzildən çıxarılma, mənzilin boşaldılması, mülkiyyət hüququna xitam verilməsi, kirayə haqqı) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X6 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məzildən çıxarılma, mənzilin boşaldılması, əvəzində yeni mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-120/2025 nömrəli 03 noyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X7 ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X7 tam mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Bülbül Məmmədov (X13 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67 kv/m, yaşayış sahəsi 22 kv/m olan mənzilin 15 kv/m-dən ibarət 1 otağını və 22 kv/m olan köməkçi sahəsini alıcı Cavabdeh mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 82000 manat qiymətinə satmış, alıcı isə həmin qiymətə almışdır.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X13 Naxçıvani küçəsi, ev 32, mənzil – ünvanında yerləşən, ümumi sahəsi 67 kv.m olan mənzilin 37 kv.m hissəsi Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə, 30 kv.m hissəsi X4 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli, 265 saylı Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi sahə icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “məzildən çıxarılma, mənzilin boşaldılması, əvəzində yeni mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 32 ünvanında yerləşən ona məxsus mənzilin üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh və onun ailə üzvlərinin ünvan 9 fərdi yaşayış evindən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 32 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 45,8 kvadrat metr ümumi sahəsi olan tam təmirli, bütün sayğaclarla təchiz edilmiş yeni mənzilin Cavabdeh mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-nə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli, 1761 nömrəli torpağın icarəyə verilməsi haqqında müqavilə ilə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022- ci il tarixli 265 saylı sərəncamına və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2-2022- 6461 nömrəli cizgisinə əsasən Bakı şəhəri Yasamal rayonu İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı MMC-yə 49 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin icarə haqqı xx.xx.2023cü il tarixdən hesablanır və icarəçi hər il 161.740 manat icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. Azərbaycan Respubikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İddiaçı MMC-nə ünvanlanmış 26 dekabr 2023-cü il tarixli 3- 35/2-9080/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respubikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 dekabr 2023-cü il tarixli 3-35/3-3-131/2023 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, İ.Əbilov və Z.Əhmədbəyov küçələrinin əhatəsində layihələndirilən yaşayış və qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırmaları təsdiq edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 32 ünvanındakı daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsi 38 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh ilə iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəflərindən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında bu xarakterli mübahisələrə ətraflı izah verilmişdir. Həmin Qərarda göstərilir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm dəmühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1- ci maddələrinin şərh edilməsinə dair”2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan RespublikasıQanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. İddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onların mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmadığından yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikintisinin icrasına maneçilik yaranır. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılmasışəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz.

6. Cavabdeh iddiaya etirazını məhkəməyə verərək, etirazını onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsası ilə bildirilir ki, guya iddiaçı özünün tələbində cavabdehin mülkiyyət hüquqlarını bu və ya digər formada pozulmasının marağında deyildir, cavabdehin halhazırda özünəməxsus xüsusi mülkiyyətindən məhrum edilməsi guya müvəqqəti hal olaraq nəzərdə tutulur, əgər cavabdehlə aralarında müstəqil Razılaşama Protokolu imzalanması ilə razılaşma olduğu halında cavabdehin xüsusi mülkiyyətinin əvəzi olaraq gələcəkdə ona daha müasir standartlara malki olan yaşayış sahəsi ilə təmin edilməsi ilə xüsusi mülkiyyət hüquqi bərpa ediləcəkdir. Bu hüquqda iddiaçı onacavabdehə qarşı iddia tələbinin əsaslandırılmasını Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 150 saylı, xx.xx.2021-il tarixli və 265 saylı, xx.xx.2022-il tarixli Sərəncamı ilə əlaqəli iddia tələbində qeyd edilən ərazi üzrə vətəndaşların xüsusi mülkiyyətlərindən köçürülməsini və tərəflər arasında müstəqil razılaşma müqavilələri imzalanmasını hüquqi əsasda mübahisələndirilməsini aparır. Hesab edir ki, iddiaçının iddia tələbi həqiqətdə qanunun reallığına əsaslanmır, iddiaçı iddia tələbini yalnız öz maraqlarına uyğun şərtlər daxilində mübahisələndirilməsinin aparılmasına çalışması bir daha onu təsdiqləyir ki, guya o, iddia tələbində tam olaraq haqlıdır, lakin iddia tələbi ilə həmin ərazidə yaşamış və fəaliyyət göstərmiş, mülkiyyətləri xüsusi mülkiyyət kimi qeydə alınmış Azərbaycan Respublikası vətəndaşları öz qanuni hüquqlarının müdafiəsində guya ki, haqlı deyildirlər. Bu da qanunla nəzərdə tutulan qeyri-hüquq mübahisələndirməsidir və kimlərin isə marağı naminə vətəndaşların Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının qorunmasının dövlət təminatına qarşı məhdudiyyətlərin qoyulması kimi qeyri-qanuni cəhdlərin edilməsi kimi qiymətləndiriləcək mübahisələndirilməsi aparılmasını qanuni hüquqda nəzərdə tutur. Bu əsasda həmin iddia tələbinə qəti etirazını bildirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Qərarları ilə vurğulanır ki, “xüsusi mülkiyyət hüququ Konstitusiyanın 13-cü və 29-cu maddələrinə əsasən təsbit olunmuş qaydada qorunmasına dövlət təminat verir, Konstitusiyanın 12-ci maddəsinin tələbində insan və vətəndaş hüquq və əsas azadlıqlarının təminatçısı olan dövlətin onların layiqli həyat səviyyəsinin təminatşısı olması hüququ müəyyənləşdirilir. Həmçinin, Konstitusiyanın 43-cü maddəsinin tələbində da heç kəsin yaşadığı mənzildən qanunsuz məhrumedilməsi mümkünsüz sayılması ehtiva edilir. Xüsusi mülkiyyətçilərin mülkiyyətlərinə mütənasib mübahisələndirilməsi ilə qiymətləndirməsinin aparılması zamanı onların üzərinə həttən artıq yükün qoyulmaması xüsusi şərt olaraq əsaslandırılır. Həmçinin dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla xüsusi mülkiyyət hüququnun məhdudlaşdırılması mülkiyyətçilərin əmlak hüquqlarının qanuniləşdirilməsinin mümkünlüyü araşdırıldığı zaman bununla bərabər onların mülklərinin söküntüsünü aparan tikinti təşkilatları tərəfindən tikintini aparan şəxsin “gözləniltiləri ilə” uyğunlaşdırılaraq müqayisəli təhlili aparılmalıdır. Bu əsasda iddiaçının iddia tələbi ilə əsaslandırmağa çalışdığı özünün marağı dairəsindəki istinad etdiyi mövqeyi heç də hüquqi əsasda qanunçuluğun predmetini təşkil etmir, iddiaçı onun xüsusi mülkiyyətinin yerləşdiyi torpaq sahəsi üzrə inşa etdirmək məqsədində olduğu özünün şəxsi qazanc marağının hüquqi izahını verməməklə həmin onun mülkiyyətinin torpaq sahəsi üzərində inşa etdirəcəyi çoxmərtəbəli hündür binanın hər mərtəbəsi üzrə yerləşən mənzillərdən əldə edəcəyi qazanc məbləğini bildirməməklə həqiqi açıqlanmasını verməkdən çəkinir, onun mənzilinin alınması dəyəri ilə onun əvəzinin ədalətli olubolmamasının müqayisəli təhlilini aparmır, bu da nəticədə onun xüsusi mülkiyyətinin ədalətli qiymətini ödəməməklə iddiaçının özünün çoxlu qazanc mənbəyi kimi ədalətsiz varlanma prinsipi anlamına gəlir, bu hüquqi əsasında iddiaçı tərəfindən məhkəmədə həqiqəti əks etdirən real sübutlarla əsaslanmasının verilməsi qanuni əsaslardandır. Fakt üzrə mübahisə predmetinin real həqiqi əsası budur ki, iddiaçı gələcək yaxın zamanda ona məxsus xüsusi mülkiyyətinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətçisi olacaqdır, iddia tələbində bu faktın əsası olaraq ədalətli kompensasiya əvəzlənməsi ilə ödənişin həyata keçirilməsi barədə heç bir təklif edilən real fakt mövcud deyildir. Bu əsasda da hesab edir ki, iddia tələbində iddiaçının xüsusi mülkiyyətinin əvəzində ədalətli bazar qiymətinə uyğun kompensasiya ödənilməsi nəzərdə tutulmaması və bu faktın real sübutlarla əsaslandırılmaması bir daha mübahisə predmetti üzrə iddiaçının iddia tələbinin qanuni faktlara əsaslanmamasını bir daha özündə ehtiva edir. Belə ki, bu əsasda rəsmi fakt olaraq bildirir ki, 2019-il tarixində Cavabdeh məxsus olmuş ünvan 3 ünvanı üzrə 2 otaqdan ibarət 23.7 kv.m 2 otaqlı mülkiyyətinə dövrün indeksasiyalaşdırma tələbinə uyğun olmaqla sökünti-tikinti işləri aparan müvafiq şirkət tərəfindən 210000 min manat ədalətli kompensasiya məbləği ödənilməklə ədalətli bazar qiymətinə uyğun əsaslandırılması həyata keçirilmiş və xüsusi mülkiyyətinin hər kv.m sahəsi üçün təxminən 8 min AZN civarında ədalətli dəyəri ödənilməklə tikinti şirkəti tərəfindən halallığı alınmışdır. Hal-hazırda mübahisə predmeti üzrə iddiaçı "xxxx" MMC- tikinti şirkəti tərəfindən ünvan 4 ünvanı üzrə ailəliklə yeganə yaşayış yerləri olan xüsusi mülkiyyətinin əvəzində Cavabdeh ödənilməsi nəzərdə tutulan kompensasiya məbləği və ya ona bərabər tutulan əvəzləmə növü həddindən artıq aşağı qiymətə, dövrün bazar qiyməti ilə mövcud reallığın müqayisəli təhlili aparılmaması şərtləri daxilində təklif edilməsi və bu şərtlərlə razılaşmağa məcbur edilməkləri bir daha sübut edir ki, iddiaçı mübahisə predmeti üzrə yalnız özünün qanunsuz diqtə etdiyi şərtləri daxilində Azərbaycan Respublikası vətəndaşını öz maraqları naminə aldatma yolu ilə əqdi müqavilə bağlamağa məcburiyyət cəhdləri etməkdə birbaşa maraqlıdırlar. Bu da qanunla nəzərdə tutulmayan qeyri-qanuni hərəkətlər olmaqla məhkəmədə mübahisələndirilməsi hüquqi şərtlərdəndir.

7. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 32 ünvanında yerləşən ona məxsus mənzilə dair mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh və onun ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 32 ünvanında yerləşən mənzildən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi cavabdehin mülkiyyətində olan mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,50 kv.m olan 1 ədəd 2 otaqlı yeni, təmirli mənzilin Cavabdeh mülkiyyətinə verilməsi, mənzil "xxxx" MMC tərəfindən cavabdehə təhvil verilənədək "xxxx" MMC tərəfindən cavabdehə hər ay cəmi 500 (beş yüz) manat məbləğində kirayəyə görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 32 ünvanında yerləşən ona məxsus mənzildən çıxarılması, həmin mənzilin tam olaraq boşaldılaraq sökülməsi və ərazinin boşaldılması, cavabdehin mülkiyyətində olan mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,50 kv.m olan 1 ədəd 2 otaqlı yeni, təmirli mənzilin Cavabdeh mülkiyyətinə verilməsi, mənzil "xxxx" MMC tərəfindən cavabdehə təhvil verilənədək "xxxx" MMC tərəfindən cavabdehə hər ay cəmi 500 (beş yüz) manat məbləğində kirayəyə görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh dəqiqləşdirilmiş iddiaya da etiraz verərək, xx.xx.2025-ci il tarixli “X9 mərkəzi” MMC-nin ekspertiza rəyini düzgün olmayan hesab edilməsi ilə yanaşı tərəfindən işə daxil edilmiş mülkiyyətinin faktiki sahəsi üzrə "xxxx" MMC-nin Daşınmaz Əmlakın Texniki Ekspertinin xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyi üzrə məhkəmə mübahisələndirilməsinin aparılmasını xahiş etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2(004)-120/2025 nömrəli mükli iş üzrə iddia tələbinin dəqiqləşdirlməsi ərizəsi ilə xx.xx.2025 il tarixində məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 5 ünvanı üzrə ümumi sahəsi 67.20 kv.m. olmaqla 38 kv.m 2 otaqlə həyət tipli xüsusi mülkiyyətinin əvəzində gələcək inşası nəzərdə tutulan çoxmərtəbəli 7 saylı yaşayış binasının 2-ci bloku, 5-ci mərtəbəsi, 20% əlavələr nəzərə alınmaqla ümumi sahəsi 82.5 kv.m. 1 ədəd 2 otaqlı mənzilin verilməsi vədləri şərtləri ilə və həmin binanın gələcəkdə inşa ediləcəyi dövrdə aylıq kirayə haqqı 500 manat ödəməklə kirayədə yaşamağı təklif olunmaqla qeyd edilən xüsusi mülkiyyətimin boşaldılması – sökülməsi barədə məhkəmədən qərar çıxarılmasını xahiş edir. Eyni zamanda məhkəməyə daxil olmuş xx.xx.2025 tarixli “X9 mərkəzi” MMC-nin ekspertiza rəyi əsasında xüsusi mülkiyyətinə dair çıxarılmış dövrün hazır qiymətinə uyğun olmayan təyin edilməsi nəzərdə tututlan kompensasiya məbləği ilə bağlı məhkəmə mübahisələndirilməsi nəzərdə tutulur. Bu əsasda hər iki halda hesab edir ki, hər iki halda ilin mübahisələndirilməsində ədalətlilik, bərabərlik və qanunun alilik prinsipləri nəzərə alınmır və işin faktiki halları üzrə aşağıdakı faktları məhkəmənin nəzərinə çatdırır. “X9 Mərkəzi” MMC-nin xx.xx.2025-il hesabat tarixi dövrü üzrə xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmaqla xx.xx.2025-il tarixində məhkəmədə iddia tələbi üzrə mübahisələndirmə məhkəmə icraatı prosesi başlamışdır. “X9 Mərkəzi” MMC–nin hesabatında qiymətləndirilən obyektin istirahət parklarının, ticarət, xidmət obyektlərinin, həmçinin “Nizami” metrosu, “Kaspian Plaza”, Nizami Moll və çoxmərtəbəli yaşayış binalarının əhatəsində ümumi gediş-gəliş yolu yaxşı vəziyyətdə olan xüsusi yaşayış mülkiyyəti obyekti olduğu dəqiq təsvir edilib. Bu yanaşmadan iddiaçının iddia tələbində göstərilən onun yaşayış mülkiyyətinə dair köhnə yararsız tikili və buna oxşar yalan məlumatların redaktəsi birdəfəlik aradan qalxmış olur. Həmçinin həmin ekspertiza rəyi digər hissəsi yəni, bu formada şəhərin əsas mərkəzi hissəsində yerləşən normal yaşayış qaydalarına uyğun yaşayış mülkiyyətlərinin alınmasında və onun dəyərinə kompensasiya ödənilməsində yanaşması həqiqəti əks etdirmir, baxmayaraq ki, həmin ekspertiza rəyində çoxlu sayda qiymətləndirmə standartlarına istinad edilmişdir. Onun həqiqi, yekun olaraq gəldiyi nəticə tam və çoxlu sayda şübhələr doğurmaqdadır. Bunların ən əsası odur ki, həmin ekspertizanın heç bir eksperti bir dəfə də olsun, onun yaşayış mülkiyyətinə baxış keçirməmiş, bu qismində də onun ekspertiza rəyində yalnız yaşayış sahəsi üzrə göstərilən 2 otaqdan ibarət mənzilinin 37 kv.m yaşayış sahəsi hissəsi üzrə mübahisələndiriləsi aparılmasında özünü analoji olaraq digər aid etdiyi hansısa obyektlərin təsvirində özünü haqlı saymaq cəhdləri etmişdir. Onun gəldiyi nəticə mənzilinin 2 yaşayış otağı üzrə (37.kv.m) ümumi nəticə 91083 manat kompensasiya məbləği təşkil etdiyi göstərilərək normal yaşayış mülkiyyəti təsvir edilir. Hansı ki, normal yaşayış mülkiyyətində insanların yaşaması üçün ən sadə halda mülkiyyətin sanitar qovşağı, mətbəxi, mövcud giriş hissəsi və digər yardımçıköməkçi hissələri mövcud olmalıdır və iş üzrə bundan əvvəlki ekspertiza rəyində həqiqətdə həmin ekspertiza nümayəndələri yaşayış mülkiyyətinə yerli baxış keçirmiş və mülkiyyətinin ümumi faktiki sahəsini müəyyən etməklə onun faktiki bazar qiymətini alan və satan arasında müstəqil razılaşma əsasında həyata keçirilməsinin mövcud bazar qiyməti daxilində münasib olmağı ilə birbaşa əlaqələndirilməsi verilmişdir. Bu yanaşmadan işə daxil edilmiş daşınmaz əmlakın AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əvvəllər ünvan 6 ünvanı üzrə ona məxsus olan 23.7 kv.m olan 1 otaqlı mənzili “İmişli Qaralar” şirkəti tərəfindən 2019-cu il tarixində 210000 manat kompensasiya ödənilərək alınmış, aralarında heç bir məhkəmə çəkişməsi və ya ekspertiza tədqiqinə ehtiyac olmamış çünki, həmin həyət tipli onun mənzilinin mülkiyyətinin üzərində hal-hazırda həmin şirkətin çox mərtəbəli yaşayış mülkiyyəti mövcuddur, o, da öz-özlüyündə orada özünə məxsus sahibkarlıq fəaliyyəti nəticəsi ilə faktiki qazanc əldə etməkdədir. Bu əsasda da həmin yaşaşma hal-hazırki, məhkəmədə mübahisələndirilən mülkiyyəti üzrə eyni mütənasiblikdə eyni uyğunluq təşkil etməkdədir. Belə ki, hal-hazırda ümumi faktiki sahəsi 93.5 kv.m olan ümumi girişdən 1 zal otaq, bir hissəsi mətbəx olmaqla və qarşı tərəf üzrə yan-yana 2 ayrı-ayrı otaqlardan ibarət ümumilkdə yaşayış mənzilinin əgər hazırkı bazar qiymətinə uyğun olaraq hazırkı iddiaçı şirkət tərəfindən ədalətli kompensasiya məbləği ilə alınması qanunauyğun sayılsa, onun mülkiyyətinin üzərində onun inşa etdiyi 17 mərtəbədən ibarət çoxmərtəbəli yaşayış binası üzrə 17 mülkiyyət mövcud olacaqdır və onların satışı və idarəetməsindən gələcəkdə həmin sahibkar şirkət çoxlu sayda gəlir, qazanc götürəcək, baxmayaraq ki, o bunun 1 hissəsini dövlətə vergilər ödəməklə əlaqələndirir, eyni zamanda dövlət tərəfindən mülkiyyətçini qanunla qorunan hüquq və azadlıqlarına qarşı zidd hərəkətlər də qeyrimütənasib sayılır. Halhazırda həmin iddiaçı şirkət tərəfindən ərazinin bir hissəsi üzrə çoxmərtəbəli binanın tikinti hissəsinə başlanılmış və bir neçə mərtəbəsi inşa edilməsi davam etməkdədir. Tikintinin qarşısına vurulmuş reklam lövhəsində hündür çoxmərtəbəli yaşayış binası göstərilməklə ilkin qiymətlər hər kv.m üzrə 3300 AZN başlamaqla fərdi mülkiyyətçilərin kapital yığımı və satışı işlərinə start verilmişdir. Həmin ekspertiza rəyində isə hər kv.m üzrə 2400 manat hesablanmaqla onun yaşayış mülkiyyətinin alınması nəzərdə tutulur, digər bir hissədə həmin iddiaçı şirkət tərəfindən eyni ərazi üzrə X1 85 kv.m mülkiyyəti əvəzində 270000 manat nəğd kompensasiya ödəməklə (hər kv.m 3200 manat olmaqla) mükiyyətini almış və ərazidə olan digər mülkiyyətçilərlə bu hissədə nəğd razılaşmaları mövcud olmuşdur. Ona münasibətdə isə evinə gələrək, onunla söhbət etmiş və bir müddət gözləməyi təklif etmiş, sonradan bəlli olmuşdur ki, məhkəməyə müraciət etməklə və əldə etdikləri həqiqəti əks etdirməyən ekspertiza rəyi ilə 91000 min manat dəyərində mənzilini faktiki məcburetmə qaydasında ədalətli olmayan şəkildə ondan almaqla bağlı məhkəmə mübahisələndirilməsi aparmaqda birbaşa maraqlıdırlar. Bu əsasda da həmin “X9 Mərkəzi” MMC–nin xx.xx.2025-il hesabatına tam qəti etirazını bildirir, orada qeyd edilən müqayisə metodu yalnız bəyanedici xarakter daşıyır, müqayisəli yanaşmanın şərtlərindən faktiki reallıq büruzə verilmir, orada qeyd edilmiş bazar dəyəri simvolik verilmiş, gəlir yanaşması isə prinsipcə ümumiyyətlə nəzərə alınmamış və göstərilməmişdir ki, onun mülkiyyətinin üzərində inşa ediləcək çox mərtəbəli yaşayış binasından iddiaçı gələcəkdə hansı məbləğdə qacanc əldə edəcək və ya ümumiyyətlə həmin binada 91 min manat dəyərində mənzil satışı mövcud olacaqdırmı? Mübahisə predmeti üzrə İddiaçı iddia tələbinin təmin edilməməsi və ünvan 7 ünvanında yerləşən xüsusi mülkiyyət üzrə 93.5 kv.m ümumi faktiki sahəyə malik fərdi yaşayış evinin “alınması və sökülməsinə dair” hər 1 kv.m üzrə 4000 manat kompensasiya məbləğinin təyin edilməsi barədə məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir.

11. “Məhkəmə Ekspertizası Xidmətləri” MMC-nin xx.xx.2024-cü il tarixli, 07-95/24 nömrəli rəyinə əsasən aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 32 ünvanında yerləşən, tikintialtı sahəsi 37,0 kv.metr təşkil edən fərdi yaşayış evinin 05 iyul 2024-cü il tarixinə bazar dəyəri 61.000,0 (altmış bir min) manat təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 32 ünvanında yerləşən, tikintialtı sahəsi 37,0 kv.metr təşkil edən fərdi yaşayış evinin (təmir vəziyyəti və yerləşdiyi ərazi nəzərə alınmaqla) hazırkı dövrə olan orta aylıq kirayə haqqının məbləği 400.0 (dörd yüz) manat/1 ay təşkil edir.

12. “Məhkəmə Ekspertizası Xidmətləri” MMC-nin xx.xx.2024-cü il tarixli, 07-96/24 nömrəli rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq “Google Earth” xəritə programının ortofoto görüntülərinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 32 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki istifadəsində olan tikintialtı sahəsinin təqribən 37 kv.m təşkil etdiyi müəyyən edilir.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/5917-9/6087 nömrəli ekspert rəyinə əsasən ünvan 8 ünvanında yerləşən cavabdehin faktiki istifadəsində olan evin faktiki sahəsinin (içdən-içə) 67.2 kv.metr (daxili arakəsmələr və xarici divarlar nəzərə alınmadan) təşkil etdiyi müəyyən edilmişdir. Yaşayış evlərinin qəzalı vəziyyətdə olub-olmamasının və istismar müddətinin bitib-bitməməsinin müəyyən edilməsi tikinti texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, ikinci sual üzrə tədqiqat aparılmamışdır. Tədqiq olunan mənzilin yerləşdiyi ərazidə söküntü işləri getdiyindən, eləcə də internet saytlarında anoloji mənzillər olmadığından, həmin mənzilin orta bazar dəyərinin və kirayə haqqının dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır.

14. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2024-cü il tarixli mətəxəssis rəyinə əsasən ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin əsas yükdaşıyan divarlarında çat və deformasiyalar müşahidə edilmədi. Evin əsas yükdaşıyan divarlarının torpaqla təmasda olan divarlarında atmosfer sularının təsirindən hörgü və suvaq məhlulları aşınmışdır. Yaşayış evinin yaxınlığında digər fərdi evlərin sökülməsini və ərazidə (yaşayış evinin yaxınlığında) hal hazırda söküntü və tikinti-quraşdırma işlərinin aparıldığını nəzərə alsaq yaşayış evinin istismarı təhlükəlidir.

15. “X9 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-053/2025 nömrəli ekspert rəyinə əsasən aparılmış hesablamalar nəticəsində, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh faktiki istifadəsində olan yaşayış sahə üzrə əmlakın hazırkı dövrə olan bazar dəyəri 91.000 AZN, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh faktiki istifadəsində olan yaşayış sahə üzrə əmlakın kirayə dəyəri 300 AZN müəyyən edilmişdir.

16. "xxxx" MMC-nin fiziki şəxslər tərəfindən tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatına əsasən X2 mülkiyyətində olan ümumi sahəsi 93.50 kv.m olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin uyğun satışları müqayisəli metodu ilə bazar dəyəri 374000 manat müəyyən edilmişdir.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 noyabr 2025-ci il tarixli 2(004)-3165/2025 nömrəli qətnaməsi ilə (hakim Aydan Oruclu) aşağıdakılar qət edilmişdir: - İddia təmin edilsin; - Cavabdeh ünvan 7 ünvanında yerləşən mənzildən çıxarılsın, mənzil tam olaraq boşaldılaraq sökülsün; - Sökülmüş mənzilin əvəzinə İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun yaşayış sahəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,50 kv.m olan 1 ədəd 2 otaqlı, yeni, təmirli mənzil Cavabdeh mülkiyyətinə verilsin; - Cavabdeh ünvan 8 ünvanında yerləşən mənzildən çıxarıldığı gündən, yeni təmirli mənzil təhvil verilənədək İddiaçı MMC tərəfindən cavabdehə hər ay cəmi 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilsin; - İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün.

18. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin mülkiyyət hüququnu pozmur, əksinə, onun mülkiyyətini ədalətli şəkildə qoruyur və mütənasib şəkildə kompensasiya edir, cavabdehə onun mövcud mənzilinin sahəsindən daha geniş olmaqla, müasir tələblərə cavab verən yeni tikilən binada mənzil verilir. Bu, onun mülkiyyətinin daha yaxşı və daha dəyərli bir şəkildə yenilənməsini təmin edir, həmçinin cavabdehin yaşayış şəraitinin yaxşılaşmasına imkan verir.

19. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, cavabdeh istismar müddəti bitmiş, şəhərin görkəminə xələl gətirən evinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etməsi və həmin məbləğ verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə və hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın həyata keçirilməsinə mane olur.

20. Məhkəmə xüsusi qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən cavabdeh tərəfin mülkiyyət, istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzil verilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehlərə aylıq kirayə haqqını verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz.

21. Məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, məhkəmə iclasları bu məqsədlə dəfələrlə təxirə salınmış, tərəflərin barışması üçün tədbirlər görülmüş, lakin tərəflər arasında razılıq əldə edilməmişdir.

22. Məhkəmə hesab etmişdir ki, qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı MMC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı MMC öz üzərinə götürdüyündən, iddia tələbi irəli sürülərkən cavabdehin hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 13-cü maddəsinin İ və İİİ hissəsinə, 29-cü maddəsinin İV hissəsinə, 43-cü maddəsinin İİ hissəsinə, Mülki Məcəllənin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2, 560.3.5.1, Mənzil Məcəlləsinin 3.1, 28.1, 28.3, 28.4, Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 17 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, qeyd edilən ünvan 11 ünvanında yerləşən ümumi faktiki 93.50 kv.m sahəyə malik fərdi yaşayış sahəsinə 1 kv.m üçün 4000 manat məbləğində hesablanmaqla ümimilikdə 374000 manat ədalətli kompensasiya məbləğinin ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə bütövlükdə qüsurludur, işin faktiki halları üzrə qanunların tələblərinə əsaslanmamışdır, halbuki,eyni mübahisə predmeti üzrə eyni iddiaçının tələblərinə münasibətdə iddiaçının haqsız olması və iddia tələbinin rədd edilməsi barədə çıxarılan Azərbaycan Respublikası Ali Məhkəmə Qərarları birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün vacib hüquqi əsas olan zəruri şərtlərdən sayılır. 2(102)-694/2025 və 2(102)-1135/2025 saylı Azərbaycan Respublikası AliMəhkəmə Qərarlarında mübahisə predmeti üzrə “mülkiyyət hüququna müdaxilənin qanuni və mütənasib olması” barədə hüquqi müstəvidə qeyd edir ki, “Ali Məhkəmə Kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, cavabdehləri iddiaçı (R.R.Consrtuction”MMC) ilə onun təklif etdiyi formada razılaşması mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Əks yanaşma, cavabdehlərin mülkiyyət hüquqlarına qanuni və mütənasib əsaslar olmadan pozulması ilə nəticələnmiş olur. Çox mənzilli yaşayış binalarından fərqli oaraq fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları istisna olmaqla digər hər hansı halda (cəmiyyətin ictimai maraqları və s.) mülkiyyətçinin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz, iddiaçı yalnız mülkiyyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həata keçirə bilər. Bundan əlavə, nəticə etibarı ilə Konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırlmaması, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması əsasında bütün hüquq normaları nəzərə alınmaqla həyata keçirilməlidir”... Məhkəmə tərəfindən özünəməxsus tərzdə işin faktiki hallarında və hər hansı işə daxil edilən ekspert rəylərində təsdiqlənmədiyi hal üzrə fərdi yaşayış mülkiyyətinin guya köhnə və yararsız kimi verilməsi də elə ilkin haldan məhkəmənin işin faktiki hallarına zidd olmaqla qərəzli mövqedən obyektiv əsaslara malik olmayan məhkəmə qərarı çıxarmaqda iddiaçı tərəfindən maraqlı olmasının real təsdiqinə əsaslanır halbuki, işin faktiki hallarını təsdiqləyən ekispert rəylərində belə faktiki ailəliklə yaşadıqları fərdi yaşayış evi “Nizami” metrosuna yaxın ətrafı “Caspian plaza” “Nizami mall” və istirahət parkları və ticarət obyektləri ərazisi daxil olmaqla ümumi magistral yola mövcud çıxışı olan ayrıca istilik təchizatı kombi sisteminə malik müasir yeni təmir edilmiş xüsusi həyət tipli mülkiyyətin mövcud olması işin təsdiqlənən sübutları sırasındadır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, mülkiyyətinə münasibətdə əvəzləşdirmə müqaviləsi bağlamaqdan imtina etdiyini bildirərək, əmlakının dəyərinin ədalətli şəkildə ödənilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, yaşayış sahəsi içdən içə ölçülmüşdür. Yaşayış evinin sahəsi divarın çöl hissəsindən ölçdükdə faktiki olaraq 93 kv.m təşkil edir.

28. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, fərdi yaşayış evi 67,2 kv.m təşkil etdiyi halda belə, MMC hər kv.m üçün 4000 manat kompensasiya ödənilməsinə razı deyil.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

29. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

31. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

32. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

33. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

34. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

35. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

36. Maddə 43, İİ hissə. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

37. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

38. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

39. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

40. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

41. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

42. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

43. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

44. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

45. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

46. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.

47. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

54. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.

56. İşin hallarından göründüyü kimi, ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 67 kv.m olan mənzilin 37 kv.m hissəsi Cavabdeh mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli, 265 saylı Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi sahə icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Bu məqsədlə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 32 ünvanında yerləşən, ümumi sahəsi 37 kv.metr olan mənzilin mülkiyyətçisi Cavabdeh ilə iddiaçıdan kirayə haqqı almaqla müvəqqəti başqa yaşayış yerinə köçməsi və yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul edilməsi təklif olunmuş, lakin razılıq əldə etmək mümkün olmamışdır.

57. Birinci instansiya məhkəməsində işə baxılarkən ekspert və mütəxəssis rəyləri ilə fərdi yaşayış evinin sahələri fərqli müəyyən edilmişdir.

58. Cavabdeh həmin ərazidə inşa edilən binadan ev almaqdan imtina etdiyini və əmlakının dəyərinin ona ödənilməsini xahiş edir, əmlakının hər kv.m üçün 4000 manat tələb edir. İddiaçı isə fərdi yaşayış evinin sahəsindən asılı olmayaraq həmin məbləği ödəməkdən imtina edir.

59. Kollegiya qeyd edir ki, hazırkı halda qəzalı vəziyyətdə olan yaşayış evinin sökülməsindən söhbət gedə bilməz, çünki Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2024-cü il tarixli mətəxəssis rəyi ilə cavabdehə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması müəyyən edilməmişdir. Bununla belə, yaşayış evinin yaxınlığında digər fərdi evlərin sökülməsi və ərazidə (yaşayış evinin yaxınlığında) hal hazırda söküntü və tikinti-quraşdırma işləri aparıldığından evin istismarı təhlükəli hesab olunmuşdur.

60. Odur ki, məhkəmənin Mənzil Məcəlləsinin qəzalı vəziyətdə olan mənzillərə aid normalarının tətbiqi səhv olmuşdur.

61. Kollegiya hesab edir ki, mübahisə mülkiyyət hüququ ilə bağlı olduğundan, habelə mülkiyyət hüququnun pozulması (mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə) mübahisənin əsas dəlilini təşkil etdiyindən mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı Avropa İnsan Hüquqları Konvensiyasının (AHİK) 1 saylı Protokolunun 1-ci maddəsinin hazırkı işə tətbiq edilib-edilməməsi məsələsi müəyyən edilməlidir.

62. AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

63. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş).

64. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.

65. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür.

66. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb».

67. Kollegiya hesab edir ki, iddiaçı tərəfin Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsaslanmaqla Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazinin ümumi görüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün cavabdehə ayrılmış torpaq sahəsində yerləşən mənzillərdən cavabdehin çıxarılması və həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli binada yaşayış sahəsi ilə cavabdehin təmin edilməsi və çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək aylıq kirayə haqqının verilməsi tələblərinin təmin olunması mülkiyyət hüququ əsasında cavabdehə məxsus olan yaşayış sahəsinə dair əmlaka mülkiyyət hüquqlarının pozulması, bu hüquqa müdaxilə və həmin hüququn “şərti və qeyri-sabit” xarakter almasına səbəb ola bilər.

68. Kollegiya prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdırmağı zəruri hesab etmişdir: mülkiyyət hüququna müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yaxud həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

69. Kollegiya qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb-yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).

70. Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş).

71. Kollegiya hesab edir ki, cavabdehə məxsus əmlakın sökülərək onun yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmişdir və əmlakın mülkiyyətçinin iradəsinə zidd sökülməsi qanunsuzdur. Mülki Məcəllənin 203.3-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə.

72. Məcəllənin 203.5-ci maddəsinə görə isə, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.

73. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

74. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək əsassız halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquq tənzimetmə sistieminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

75. Sözügedən sərəncamda həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçı MMC tərəfindən tənzimlənməsi şərti nəzərdə tutulmuş və yalnız bu cür razılıq tərəflərin də mənafelərinə uyğun olaraq əldə edildiyi halda söküntünün qanuni olması öz təsbitini tapmışdır.

76. Kollegiya hesab edir ki, çoxmənzilli yaşayış binalarından fərqli olaraq, fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları istisna olmaqla digər hər hansı halda (cəmiyyətin maraqları və s.) mülkiyyətçinin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz. İddiaçı yalnız mülkiyyətçilərlə razılıq etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, cavabdehlə bu cür razılıq əldə olunmamışdır.

77. İddiaçı tərəfindən cavabdehin mülkiyyət hüququna edilən müdaxilə onun maraqlarını əhəmiyyətli dərəcədə pozmaqla istər milli, istərsə də beynəlxalq qanunvericilikdə nəzərdə tutulan ədalətli tarazlıq prinsipinin pozulması ilə nəticələnməsinə səbəb ola bilər.

78. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaçı ilə onun təklif etdiyi formada razılaşmaması mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Əks yanaşma, cavabdehlərin mülkiyyət hüquqlarının qanuni və müntənasib əsaslar olmadan pozulması ilə nəticələnmiş olar.

79. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçı tələbinin əsasında duran halların hazırkı iş üçün yeganə həll yolu olmasını sübut edə bilmədiyindən və tələbin əsasını təşkil edən hallar qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun gəlmədiyindən cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir.

80. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-120/2025 nömrəli 03 noyabr 2025ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “məzildən çıxarılma, mənzilin boşaldılması, əvəzində yeni mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar