Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2113/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, İddiaçı və vəkili Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə (T.B.Axundov, iş 2(004)-5581/2018) İddiaçı Cavabdeh qarşı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pay haqqını ödəməklə mənzil üzrə ödənilmiş paya birgə mülkiyyət hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov, iş 2 (103)-11536/2018) Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiya sının iclasında Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, İddiaçı, Cavabdeh və üçüncü şəxs “X3” MMC-nin nümayəndəsi üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə müqavilə üzrə ödənilmiş və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 79.000 manatın Cavabdeh ödənilməklə cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi, keçid 89, 22 saylı mənzil üzrə ödənilmiş paya birgə mülkiyyət hüququna, mənzildən istifadəsinə xitam verilməsi, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi, keçid 89, 22 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instan siyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan «X3» MMC ilə İddiaçı arasında bağlanmış GMPD1-22/2016 saylı, 29 avqust 2016-cı il tarixli müqavilənin surətindən aydın olur ki, MMC Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi, 89, 23 mərtəbəli, 2 bloklu, bina, «D1» bloku 11-ci mərətəbə, 22 saylı mənzilində yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 160.000 manat ümumi satış sahəsi 152.14 m2, 1 ədəd 3 otaqdan ibarət olan mənzili alıcıya verməyi öhdəsinə götürmüş, alıcı isə mənzilin dəyərini MMC-yə ödəməyi vəd etmişdir. İşdə olan Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-4477/2017 saylı, 09.06.2017-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, 23 mərtəbəli yaşayış binasının «D1» bloku 11-ci mərətəbədə yerləşən ümumi sahəsi 152.14 kv.m olan 3 otaqdan ibarət 22 saylı mənzil üzrə ödənilmi ş pay birgə mülkiyyət sayılmaqla, onun 2/3 hissəsinə X1, 1/3 hissəsinə İddiaçı pay hüququ tanınmış, X1 ünvan 2 ünvanında yerləşən, 23 mərtəbəli yaşayış binasının «D1» bloku 11-ci mərətəbədə yerləşən, ümumi sahəsi 152.14 kv.m olan 3 otaqdan ibarət 22 saylı mənzildən istifadəsinə İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş «X3» MMC-nin arayışında İddiaçı «X3» MMC ilə bağlanmış GMPD1-22/2016 saylı, 29 avqust 2016-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, ünvan 3 ünvanlarında (əvvəlki ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov 89) «xxxx» MMC tərəfindən inşa edilmiş 23 mərtəbəli binada aldığı «D1» bloku, 11-ci mərtəbə, 22 saylı mənzilə görə 09 iyul 2018-ci il tarixinə 14600,00 manat borcunun qaldığı göstərilir. İşdə olan İ ddiaçı 16 may 2018-ci il tarixli pretenziya qaydasında təklifində Yasamal rayonu, Ə.Ələkbərov (Ş.Mehdiyev) küçəsi, keçid 89, 22 saylı mənzillə bağlı ödənilmiş 79.000 manat hissəsinə müəyyən edilmiş pay hüququndan imtina etməsi və mənzildən çıxması müqabilində Cavabdeh 79.000 manat ödənilməsini təklif etmişdir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, «X3» MMC ilə İddiaçı arasında bağlanmış GMPD1-22/2016 saylı, 29 avqust 2016-cı il tarixli müqaviləyə əsasən MMC ünvan 5 ünvanında yerləşən, 23 mərtəbəli yaşayış binasının «D1» bloku 11-ci mərətəbədə yerləşən, ümumi sahəsi 152.14 kv.m olan 3 otaqdan ibarət 22 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürmüş, İddiaçı isə mənzilin dəyərini MMC-yə ödəməyi vəd etmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-4477/20 17 saylı, 09.06.2017-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, 23 mərtəbəli yaşayış binasının «D1» bloku 11-ci mərətəbədə yerləşən, ümumi sahəsi 152.14 kv.m olan 3 otaqdan ibarət 22 saylı mənzil üzrə ödənilmiş pay birgə mülkiyyət sayılmaqla, onun 2/3 hissəsinə X1, 1/3 hissəsinə isə İddiaçı pay hüququ tanınmış, X1 ünvan 2 ünvanında yerləşən, 23 mərtəbəli yaşayış binasının «D1» bloku 11-ci mərətəbədə yerləşən, ümumi sahəsi 152.14 kv.m olan 3 otaqdan ibarət 22 saylı mənzildən istifadəsinə İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Mənzilə görə 09 iyul 2018-ci il tarixinə 14600,00 manat borc qalmışdır. İddiaçı, Yasamal rayonu, Ə.Ələkbərov (Ş.Mehdiyev) küçəsi, keçid 89, 22 saylı mənzillə bağlı ödənilmiş 79.000 manat hissəsinə müəyyən edilmiş pay h üququndan imtina etməsi və mənzildən çıxması müqabilində Cavabdeh 79.000 manat ödənilməsini təklif etsə də, cavabdeh bu təklifə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. - 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət q eydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və i stifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İş materiallarından görünür ki, cavabdehin Yasamal rayonu, Ə.Ələkbərov (Ş.Mehdiyev) küçəsi, keçid 89, 22 saylı mənzillə bağlı ödənilmiş 79.000 manat pay haqqının 2/3 hissəsində mənzilə gözlənilən mülkiyyət hüququ vardır. İddiaçının da ödənilmiş 79.000 manat pay haqqının 1/3 hissəsində və qalan məbləğin bütün hissəsində mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Lakin iddiaçının gözlənilən mülkiyyətçi hüququna daxil olan pay haqqı hazırda tam ödənilməmiş və mənzil tərəflərin adına daşınmaz əmlakın dövlət reyestində qeydə alınmadığından, iddiaçının cavabdehin payının müqabilində ona kompensasiya təklif etmək hüququ yaranmamışdır. Bundan başqa, cavabdehin payı cüzi de yil, real surətdə ayrılıb-ayrılmaması məsələsi mübahisələndirilmir, hazırda həmin mənzildə yaşayan cavabdehin bu əmlakdan istifadə edilməsində mühüm mənafeyi var. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehin payının müqabilində ona kompensasiya təklif etmək hüququ yaranmadığından, cavabdehin payı cüzi olmadığından, real surətdə ayrılıb-ayrılmaması məsələsi mübahisələndirilmədiyindən, hazırda həmin mənzildə yaşayan cavabdehin bu əmlakdan istifadə edilməsində mühüm mənafeyi olduğundan iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nə zərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA Kassasiya şikayəti təmin edilməsin. ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 08 noyabr 2018-ci il tarixli, 2(103)-11536/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda
Məhkəmə qərarları › İş №2(102)-2113/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2113/2019
10.04.2019 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver