Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1191/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı1 MMC-nin vəkili Vəkil2, Cavabdeh vəkili İddiaçı3, cavabdehlər İddiaçı2 və İddiaçı4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)7894/2019 saylı qətnaməsindən İddiaçı1 MMC, Cavabdeh və digərləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 MMC Cavabdeh qarşı iddia ərizəsi və i ddianın dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh adına olan X5ünvanında yerləşən 43.6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzillərin əvəzinə X5 72-74 ünvanında inşa olunmuş binanın yaşayışının 1-ci mərtəbəsindən 4 saylı mənzilin əvəzində 52 m2 sahəli, təmirsiz mənzil, təhvil verilənədək ayda 250 manat və 6 saylı mənzilin əvəzində isə 102 m2 sahəli, təmirsiz, mənzil təhvil verilənədək isə ayda 350 manat kirayə haqqı verilməsi şərti ilə cavabdehin əmlak hüquqlarına xitam verilməklə mənzil sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda (digər iş üzrə) iddiaçılar Cavabdeh və digərləri cavabdeh İddiaçı1 MMC-nə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 MMC tərəfindən xüsusi mülkiyyət, təhlükəsiz yaşamaq, mənzil hüquqlarının kobud şəkildə pozulmaqla qanunsuz söküntü ilə onlara vurulmuş maddi ziyana görə zərərin əvəzinin ödənilməsi, yəni xüsusi mülkiyyət hüququ əsasında onlara (Cavabdeh adına sənədləşdirilmiş) məxsusX5ünvanında yerləşən birlikdə ümumi sahəsi içdən içə 202 m2 olan 4 və 6 saylı mənzillərin tamamilə sökülməsinə görə qanuna müvafiq surətdə təsdiq edilmiş layihə üzrə eyni ünvanda (yəni sökülən 76 saylı binanın yerində) içdən içə 202 m2 ölçüdə və əlavə 20% artıq olmaqla üzü həmin küçəyə baxmaqla 2 ədəd mənzilin mülkiyyətlərinə (Cavabdeh və ya onun göstərdiyi şəxsin mülkiyyətinə) verilməsi, 4 və 6 saylı mənzillərin təmiri ilə əlaqədar alınan materiallara və əşyalara görə çəkilən xərclər üzrə 62.317.35 m anatın, təmir-quraşdırma işləri ilə əlaqədar ustalara verilən zəhmət haqları üzrə 20.450 manatın, 4 və 6 saylı mənzillərin daxilində məhv olmuş əşyalar üzrə 43.277 manatın, 6 saylı mənzilin eyvanında olan məhv olmuş saxlanc yerləri və əşyalar üzrə 710 manatın, məhv olmuş kamenin aksesuarları üzrə 15.000 manatın, kitablar üzrə 1500 manatın, fotoşəkillər üzrə 3.000 manatın, xına, nişan və toy mərasimlərinin video və fotoçəkilişinə çəkilən xərclər üzrə 1100 manatın, söküntü ilə əlaqədar bəzi əşyaların qablaşdırılması və başqa ünvana daşınmasına çəkilən xərclər üzrə - 750 manatın - ümumilikdə - 148.104.35 (bir yüz qırx səkkiz min yüz dörd manat otuz beş qəpik) manatın, mənzillərimiz söküldüyü üçün 2018-ci ilin oktyabrın 7-dən hesablanmaqla yeni mənzillər mülkiyyətlərinə verilənədək hər iki mən zilə görə müvəqqəti yaşama kirayə xərcləri olaraq hər ay 1200 (min iki yüz) manatın, kirayə yaşayacaqları ünvanlara köçmələri və orada yaşamaqla əlaqədar əlavə xərclər çəkmək məcburiyyətində qalacaqları üçün birdəfəlik qaydada 2000 (iki min) manatın, həmçinin qanunsuz hərəkətləri ilə vurulmuş mənəvi ziyanın əvəzi kimi 1 milyon 600 min manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-3051/2018 saylı qərardadına əsasən hər iki iş bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-224/2019 saylı qətnaməsi ilə İddiaçı1 MMC-nin Cavabdeh qarşı iddiasının qismən təmin edilməsi, Cavabdeh adı na olanX5ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzillərin əvəzinə X5 ünvanında inşa olunmuş binada iki ədəd mənzil verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, digər iddia üzrə iddiaçılar Cavabdeh, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızının və İddiaçı6 qızının digər iddia üzrə cavabdeh İddiaçı1 MMC-nə qarşı iddialarının qismən təmin edilməsi, Cavabdeh məxsusX5ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzillərin əvəzinə X5 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 183,9 m2 olan ayrıayrılıqda iki ədəd təmirli mənzil verilməsi, habelə yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək Cavabdeh və onunla birlikdə yaşayan İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızına və İddiaçı6 qızına müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşmələri üçün xx xxxxxxx 2018-ci il tarixdən hesablanmaqla aydaX5ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı mənzilə görə 350 (üç yüz əlli) manat vəX5ünvanında yerləşən 86 m2 sahəli 6 saylı mənzilə görə aylıq 450 (dörd yüz əlli) manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqı ödənilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat məbləğində pulun cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçılar Cavabdeh, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızı və İddiaçı6 qızına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı (cavabdeh) Cavabdeh və digərləri apellyasiya şikayəti verərək, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-224/2019 sa ylı, (2(009)-3051/2019) xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı1 MMC-nin iddia tələbinin təmin edilməməsi, Cavabdeh və qeyrilərinin iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, Səbail Rayon Məhkəməsinin Xüsusi qərardad çıxarılması haqqında xx.xx.2019-cu il tarixli qərardadını ləğv edib, vəsatətlərinin təmin edilərək prokurora xəbər verilməsi üçün İddiaçı1 MMC-nin barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseyn, R.Qurbanov və E.Nəbiyev) xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-7894/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-224/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı1 MMC-nin iddias ının qismən təmin edilən “Cavabdeh adına olanX5ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzillərin əvəzinə X5 ünvanında inşa olunmuş binada iki ədəd mənzil verilməsi” hissəsində ləğv edilmiş, iddiaçı (cavabdeh) İddiaçı1 MMC-nin iddia tələbi həmin hissədə təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-224/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “Cavabdeh məxsusX5ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzillərin əvəzinə X5 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 183,9 m2 olan ayrıayrılıqda iki ədəd təmirli mənzil verilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, Cavabdeh məxsusX5ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzilləri n əvəzinə X5 X5 76 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 183,9 m2 + 20 % olan ayrı-ayrılıqda iki ədəd mənzil (üzü həmin küçəyə baxmaqla) verilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı (cavabdeh) Cavabdeh və digərləri kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin İddiaçı1 MMC-nin iddiasının təmin edilmiş hissəsində və Cavabdeh və digərlərinin iddiasının təmin edilməmiş hissəsində ləğv edilərək, İddiaçı1 MMC-nin iddiasının tam rədd edilməsi, Cavabdeh və digərlərinin iddiasının maddi zərərin, kirayə xərclərinin və mənəvi ziyan tələbi hissəsində tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı (cavabdeh) İddiaçı1 MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsini- Cavabdeh məxsusX5ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzillərin əvəzinə X5 X5 76 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 183,9 m2 + 20 % olan ayrı-ayrılıqda iki ədəd mənzil (üzü həmin küçəyə baxmaqla) verilməsi hissəsində ləğv edərək, Cavabdeh məxsusX5ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzillərin əvəzinə X5 X5 76 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 183,9 m2 olan ayrı-ayrılıqda iki ədəd mənzil verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh və digərləri tərəfindən verilmiş kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan, iş üçün əhəmiyyətli hallar sübut edilmədən, məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun olmadan, maddi və prossesual hüquq normaları pozulmaqla qəbul edilmiş, apellyasiya instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmişdir. İddianın bir hissəsinin Səbail rayon Məhkəməsində və digər hissəsinin Bakı Apellyasiya Məhkəməsində qismən təmin edilməsi, iddianın qanuni əsaslılığını təsdiq edir. İddianın təmin edilməmiş hissəsinə münasibətdə, belə qənaətə gəlinir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası bu hissədə iddianın mah iyyəti üzrə ədalətli məhkəmə araşdırılmasından və hüquqi əhəmiyyətli sübutların tədqiqindən yayınmışdır. Mülki Kollegiya nəzərə almamışdır ki, iddianın təmin edilməmiş hissəsi iddianın təmin edilmiş tələblərinin məntiqi ardıcılığından yaranan tələblərdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının №2(103)-7894/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-ci il tarixli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində natamamlığa və ədalətsizliyə yol verilmişdir. Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” olan xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarına əsasən tikinti şirkətləri tərəfindən binaların sökülüb yerində yenilərinin tik ilməsi və əvəzində sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması üçün əmlak mülkiyyətçilərinin razılığı tələb edilir. Həmin qərarın 1.2-ci bəndində konkret göstərilir ki, mənzil fondunun yenilənməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilə və ya əvəzləşdirilə bilər. Səbail rayon icra hakimiyyəti tərəfindən ünvanlanmış xx.xx.2018-ci il tarixli 10-N-50/2-071/2 nömrəli məktubda göstərilir ki, İddiaçı1 MMC-nə 76 saylı ünvanda söküntü işlərinin aparılmasına dair icra hakimiyyəti tərəfindən hər hansı bir icazə sənədi verilməmişdir. Qeyd edilən ünvanda şirkətlə qarşılıqlı razılaşma əsasında müqavilə imzalandıqdan və aidiyyəti dövlət qurumlarının rəyi alınmaqla söküntü işləri aparıla bilər. AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının 1.2-ci bəndindən göründüyü kimi qərarın icrası üçün fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakların qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya əvəzləşdirilməsinə şəraitin yaradılması barədə müvafiq yerli icra hakimiyyəti orqanına tapşırıq verilmişdir. Mülkiyyətçi olaraq Cavabdeh ilə razılıq əldə edilməmiş, təklifləri dəyərəndirilməmiş, ədalətli tarazlığa nail olunmamışdır. İddiaçı1 MMC iddia tələbinin əsaslığını sübuta yetirə bilməmişdir. Nəticə etibari ilə məhkəmə maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməməklə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində cavabdehlərin iddia tələbinin maddi ziyanla bağlı hissəsinin 4 və 6 saylı mənzillərin təmiri ilə əlaqədar alınan materiallara və əşyalara görə çəkilən xərclər üzrə 62.317.35 manatın, təmir-quraşdırma işləri ilə əlaqədar ustalara verilən zəhmət haqları üzrə 20.450 manatın ödənilməsinə dair hissəsini təmin etməməsini sökülən mənzillərin əvəzinə yeni təmirli mənzillərin verilməsi nəticəsinə gəlməsi ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə məhkəmənin bu mövqeyini iddia tələblərindən kənara çıxma kimi qiymətləndirmişdir. Baxmayaraq ki, Azərbaycan Respub likası MPM-nin 218.3-cü maddəsi hakimə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxmağa imkan verir. İddia tələbindən kənara çıxmaq üçün əsaslar da var idi. Belə ki, İddiaçı1 MMC ilkin iddia ərizəsində və xx.xx.2018-ci il tarixli iddianın dəqiqləşməsi barədə ərizəsində təmirli mənzillərin verilməsi şərtini irəli sürmüş, Səbail rayon icra hakimiyyəti başçısının xx.xx.2016-cı tarixli 117 saylı sərəncamının 2-ci və Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının 1.3-cü bəndində sökülmüş binaların yerində yeni tikiləcək çox mərtəbəli yaşayış binalarında sökülmüş mənzillərin əvəzinə müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuş, eləcə də pilot layihələrlə bağlı ümumi praktikaya əsasən tikinti şirkətləri sökülmüş mənzillərin əvəzinə yerində tikilmiş binad an təmirli mənzillər verirlər və verməlidirlər. Belə olan halda apellyasiya məhkəməsi iddia tələbi üzrə cavabdehlərə vurulmuş maddi ziyanın, yəni təmirə çəkilmiş xərclərin (62.317.35+20.450 manat) İddiaçı1 MMC-dən cavabdehlərin xeyrinə tutulmasını qət etməli idi. Lakin apellyasiya məhkəməsi təmirə çəkilən xərclər üzrə iddia tələbini guya sübut yetirilmədiyini qeyd etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş fotoşəkillərlə və digər sənədlərlə tam sübut olunur ki, mənzillər tam və əla təmirli vəziyyətdə, əşyalarla tam təchizatlı olmuşdur. Mənzildə təmir işləri görən ustaların şahid kimi məhkəmə iclasında izahatlarının alınması barədə yazılı vəsatət qaldırsalarda vəsatətləri təmin olunmamışdır. Halbuki məhkəmə işin ədalətli və qanuni həlli üçün əhəmiyyətli olan vəsatətləri təmin etməli, araşdırmalıdır. Bunlar məhkəmənin hərtərəfli araşdırma aparmadığını təsdiq edir. Bu səbəbdən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan natamam qətnamə çıxarılmışdır. 4 və 6 saylı mənzillərin daxilində məhv olmuş əşyaların (43.277 manat), 6 saylı mənzilin eyvanında olan məhv olmuş saxlanc yerləri və əşyaların (710 manat), məhv olmuş kamin aksesuarlarının (15.000 manat), kitabların (1500 manat), şəxsi və ailə fotoşəkillərinin (3000 manat) əvəzinin və məhv olmuş nişan, xına, toy mərasimlərinin video və fotoçəkiliş disklərinə görə çəkilən xərclərin (1100 manat) əvəzinin ödənilməsinə münasibətdə tələbin rədd edilməsinə birinci instansiya məhkəməsi əşyaların məhz 2018-ci ilin oktyabrında 7-də mənzillərin söküntüsü aparılan zaman mənzillər də mövcud olmasını təsdiq edən sübutun təqdim edilməməsi ilə izah etmişdir. Apellyasiya Məhkəməsi də qətnaməsində birinci instansiya məhkəməsinin bu nəticəyə gəlməkdə haqlı olmasını göstərmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin 21-ci səhifəsinin 6-cı abzasından da görünür ki, iş materialları (mənzillərin daxilinin əşyaları ilə birlikdə fotoşəkilləri, qəbzlər (qaimə fakturalar), əmlakların qiymətləndirilməsinə dair mütəxəssis rəyi ilə təsdiq edilir ki, əşyalar söküntünün başlandığı xx.xx.2018-ci il tarixədək mənzillərdə mövcud olmuşdur. Bundan başqa iş materiallarında olan diskdəki videogörüntülər və bayırdan, blokdan çəkilmiş fotoşəkillərdən də əşyaların (pəncərələr, qapılar, 6 saylı mənzil in eyvanındakı məişət əşyaları, saxlanc yerləri və s.) mənzillərdə və onların eyvanlarında mövcud olmasını sübut edir. Əşyaların söküntü günündən bilavasitə əvvəl mənzillərdə mövcud olmasının sübut olunması nəticəyə gəlmək üçün kifayət edir. “Daşınar əmlakın, eləcə də təmir xərclərinin müəyyən edilməsi” barədə Əmlak Ekspert Mərkəzinin xx.xx.2018-ci il tarixli rəyi ilə məhv olmuş əşyalara görə ziyan 32.629 manat müəyyən edilmişdir. İddiaçı1 MMC özü sübut etməli idi ki, həmin əşyalar məhz söküntü aparılan zaman mənzillərdə olmamışdır. (MMC izahatlarında mənzillərin söküntü aparılan zaman boş olmasını bildirir.) Ona görə MMC sübut etməli idi ki, mənzilləri qanunsuz olaraq sökülərkən boş olmuşlar. Mənzillərin sökülməsinin qanunsuz olması İddiaçı1 MMC iddianın təmin tədbiri kimi söküntü aparılm asının qadağan edilməsi barədə xx.xx.2018-ci il tarixli icra sənədini icra etməyərək qanunsuz olaraq mənzilləri sökdüyündən Səbail rayon icra və probasiya Şöbəsinin müvafiq protokolu əsasında Səbail rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə 3000 manat cərimə edilməsi ilə də sübut olunur. Həmçinin apellyasiya məhkəməsi İddiaçı1 MMC-nin binanın sökülməsində və sökülməsinin sənədləşmə işlərində CM-nin 186, 222, 308, 309, 322-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin əlamətləri olması ilə əlaqədar cinayət işi başlanması məsələsinə baxılması üçün xx xxxxxxxx 2019-cu ildə Azərbaycan Respublikası MPMnin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxararaq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmişdir. Məhkəmə Kollegiyası maddi ziyana (məhv edilmiş maddi əşyalara, təmir xərclərinə) münasibətdə bunların heç birini nəzərə almamışdır. Həmin xüsusatlar üzrə heç bir araşdırma aparmamışdır. Söküntü ilə əlaqədar bəzi əşyaların hissələrə ayrılaraq qablaşdırılıb başqa ünvana daşınmasına 750 manat xərc çəkilməsi ilə əlaqədar birinci instansiya məhkəməsi eynilə söküntü aparılan zamanı həmin əşyaların mənzillərdə mövcud olmasının sübut olunmaması ilə izah etmişdir. Apellyasiya Məhkəməsi də məhkəmənin bu nəticəyə gəlməkdə haqlı olmasını göstərmişdir. Məhkəmənin gətirdiyi əsas ilk baxışdan tam qanunsuz və əsassızdır. Belə ki, başqa ünvana daşınmış əşyalar onsuzda binanın sökülməsi zamanı mənzillərdə ola da bilməzdi. Həmin əşyalar əvvəldən artıq başqa ünvana daşınmışdı ki, buna da 750 manat xərc çəkilmişdi. İddiaçı1 MMC-nin nüm ayəndəsi yalan xarakterli izahatlarında mənzillərin söküntüyə qədər guya boşaldıldığını, söküntü aparılan zaman guya mənzillərin bom-boş olmasını qeyd etmişdir. Məhkəmələr də qətnamələrində mənzillərdə söküntü aparılan zaman əşyaların mövcud olmasını təsdiq edən sübutların təqdim edilmədiyini bildirir. Lap tutaq ki, İddiaçı1 MMC-nin nümayəndəsi guya düzgün izahat vermişdir. Bu ən azından o deməkdir ki, mənzillər boşaldılıbsa, məhz söküntü vaxtı mənzillər guya boş olubsa deməli əşyaların sökülərək hissələrə ayrılması, qablaşdırılması, başqa ünvana daşınması və orada quraşdırılmasına görə xərclər çəkilibdir. Apellyasiya məhkəməsi bu halları da nəzərindən qaçırmış, bu xüsusatlar üzrə obyektiv həqiqəti müəyyən etmək üçün heç bir araşdırma aparmamışdır. Bu səbəbdən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadan natamam qətnamə çıxarılmışdır. Apellyasiya instansiya məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işin hərtərəfli, tam və obyektiv həlli üçün lazimi şərait yaratmamış, hərtərəfli araşdırma aparmamış, qanuni, əsaslı, ədalətli qətnamə qəbul edilməsinə yönələn lazımi hərəkətləri etməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Maddi ziyanın ödənilməsi (təmir xərcləri, məhv olmuş əşyalara görə ziyan) ilə bağlı məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyəti olan bütün fak tiki hallar aydınlaşdırılmamaqla yanaşı, məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun olmayan qətnaməçıxarılmaqla maddi və prossesual hüquq normaları pozulmuşdur. Məhkəmənin qətnamədə kirayə xərcləri barədə gəldiyi nəticələr işin hallarına uyğun olmamaqla ağlabatan və ədalətli deyildir. Məhkəmənin mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat kimi az məbləğdə pul tutması açıq-aşkar ədalətsiz olmaqla keçirilmiş mənəvi ziyanı heç cür kompensasiya etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbini pozaraq cavabadehlərin iddialarının təmin edilməyən hissəsinə dair təqdim edilən sübutları araşdırmamış, onlardan istifadə etməmiş, sübutları əlaqələndirməmiş, heç bir sübutu qəbul etməmiş, onların qəbul edilib-edilməməsinə münasibət bildirməmiş və bunun sə bəblərini qətnamədə göstərməmişdir. Mülki-prosessual qanunvericiliyin müddəalarından irəli gələrək özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran, məhkəmənin nəticələrini əsaslandıran sübutları, bu və ya digər sübutları rədd üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları və digər normativ aktları qətnamədə göstərməməklə onu hüquqi cəhətdən əsaslandırmamış, İddiaçı1 MMC-nin iddasının təmin edilən hissəsinə, onların iddiasının təmin edilməyən hissəsinə münasibətdə əsassız və qanunsuz, ədalətsiz qətnamə çıxartmışdır. Beləliklə, Apellyasiya instansiya məhkəməsində bütün bu mübahisəli məqamlar araşdırılmamışdır. Məhkəmə obyektiv həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, heç bir ağlabatan müddəa irəli sürmədən izahatları və irəli sürülmüş arqumentləri və sübutları qəbul etməmişdir. İş üzrə qəbul etdiyi qətnamənin iddianın təmin edilməmiş hissəsinə münasibətdə, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından hərtərəfli ədalətli araşdırılma prinsipinə riayət etməmişdir, işin düzgün həlli üçün aşkar faktları və işdə olan materialları lazımınca tədqiq etməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. İddiaçı1 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququnu təsdiq edən sənədlərə əsasən, Cavabdeh adına olanX5ünvanında yerləşən 4 saylı mənzilin sahəsi 43.6 m2 6 saylı mənzilin sahəsi isə 86 m2 təşkil etmişdir. Belə olan halda Cavabdeh məxsusX5ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzillərin əvəzinə X5 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 183,9 m2 olan ayrı-ayrılıqda iki ədəd mənzilin verilməsi təklif olunmuşdur. Lakin Cavabdeh hüquqlarından sui istifadə edərək əsassız iddia qaldırmış. Apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməyərək qanunsuz və əsasız qətnamə qəbul edilmişdir. Prosessual məsələlər: İddiaçı1 MMC-nin vəkili Vəkil2 məhkəmə iclasında tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh vəkili İddi açı3 məhkəmə iclasında tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər İddiaçı2 və İddiaçı4 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏ R Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi,X5ünvanında yerləşən 4 və 6 saylı mənzillər mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olmuşdur. Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2016-cı il tarixli 117 saylı “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” sərəncamına əsasən Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 72, 74, 76, 76A ünvanlarda yerləşən 1-3 mərtəbəli yaşayış binasının söküntüsünün İddiaçı1 MMC tərəfindən yerinə yetirilməsi və həmin cəmiyyətə sahəsi 0,5 ha olan ərazi çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin “xxxx” MMC-nin vəsaiti hesabına həyata keçirilməsi və s. qərara alınmışdır. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Ni zami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarında göstərilmişdir ki, Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər Rayon İcra Hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının..., habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyina tlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmə nzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması və digər işləri həyata keçirilməsi tapşırılmışdır. İddiaçı1 MMC-nin iddia tələblərindən görünür ki, həmin ünvanda olan binanın mülkiyyətçiləri ilə qarşılıqlı razılaşma əsasında müqavilələr imzalanmış və bütün mülkiyyətçilər köçürülmüşdür. Yeganə mülkiyyətçi Cavabdeh ilə bu günə kimi razılaşma əldə edilməmişdir. Cavabdeh hər dəfə bir bəhanə ilə görüş və təklifləri rədd edir. Nəbizadə ailəsi sərəncamın icrasını gecikdirir və 26 ailənin taleyini sual altında qoyur. Cavabdehə mübahisəli sahədə malik olduğu mənzilin sahəsinin üzərinə 20% artıq sahə vermək şərtilə yeni tikilmiş binada mənzilin verilməsi və əmlak verilənə qədər hər ay mənzillərə ümumilikdə 600 manat kirayə haqqı verilməsi təklif olunsa da, cavabdehlər bundan qəti şəkildə imtina etmiş və mülkiyyətlərində olan əmlakın qiymətləndir ilərək yüksək məbləğdə pul verilməsini tələb etmişlər. Cavabdehə məxsus əmlak qəzalı və təmirsiz vəziyyətdədir. Bakı şəhəri, X5 küçəsi, 76 saylı ev Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (İnventar №-3315) dövlət qeydiyyatına götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki,X5ünvanında yerləşən memarlıq abidəsinin söküntüsünə razılıq verməmişdir. X5 ünvanında yerləşən bina ilə bağlı iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2018-ci il tari xli məktubunda da göstərilmişdir ki, sözügedən ünvandakı yaşayış binasının tikilməsi ilə əlaqədar olaraq yuxarıda qeyd olunan ünvanda yerləşən mövcud binaya “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən baxış keçirilməmişdir və hər hansı vəziyyətdə olmasına dair akt tərtib edilməmişdir. İş materiallarında yalnız Azərbaycan Respublikası FHN TTNDA “Azərdövləttikinti layihə” DLİ tərəfindən tərtib edilmiş “ünvan 6 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında” xx.xx.2016-cı il tarixli aktı mövcuddur ki, həmin aktda da qeyd olunmuşdur ki, ünvan 7 ünvanda yerləşən yaşayış binası XX əsrin əvvəllərində inşa olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına götürülmüş tarix və mədəniyyət abidəsidir. Bina 4 mərtəbəli, 1 girişli, 21 mənzillidir. Tikili planda “Q” şəkilli olub, 30 x 30 metrdir. Binanın daxili və xarici yükdaşıyan divarları 1,0-0,80 m qalınlığında əhəng daşından hörülmüşdür. Mərtəbəarası örtükləri və arakəsmə divarları çilləkəndir. Dam örtüyü çardaq tipli olmaqla, metal kirəmit vərəqələrlə üzlənmişdir. X5ünvanda yerləşən yaşayış binasına keçirilən vizual texniki baxış zamanı son illər ərzində müəyyən təmir-bərpa işləri aparılması müəyyən olundu. Yükdaşıyan divarlarda çat və deformasiyalara rast gəlinmədi. Binanın pilləkən marşlarının çilləkənlə üzlənən bəzi hissələrində çürümələr və aşınmalar müşahidə olundu. Binanın arxa fasad divarında sakinlər tərəfindən bina boyunca əlavə artırmalar inşa edilmişdir. Həmçinin, işin materiallarından görünür ki, i stər Səbail rayon İcra Hakimiyyəti Başçısının sərəncamında, istərsə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli qərarında binaların sökülməsinə yalnız sakinlərlə razılaşdırılmaqla və köçürülməsi tam şəkildə həyata keçirildikdən sonra başlanıla biləcəyi göstərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-3071/2018 saylı qərardadı ilə iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilmiş, X5 mərtəbəli binanın sökülməsinə yönəldilən söküntü işlərinin aparılması cavabdeh İddiaçı1 MMCnə qadağan edilsə də, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən İddiaçı1 MMC-nə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur ki, m ütəxəssislər tərəfindən keçirilmiş baxış zamanı Bayıl qəsəbəsi, X5 küçəsi 72, 74, 76, 76A ünvanlarda yerləşən binanın sakinləri tam köçürülmədən söküntü işləri aparıldığı müəyyən edilmişdir. İddiaçı1 MMC-nin rəhbərliyinə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilməsi və Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamının müvafiq bəndinə əsasən, ərazidə yaşayan sakinlərin tam köçürülməsinin təmin edilməsi tapşırılmışdır. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 2, 10, Mülki Məcəlləsinin 21,23-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarının 2, 4, 10-cu bəndlərinə əsasən gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki,İddiaçı1 MMCX5ünvanında yerləşən binanın memarlıq abidəsi olmasına baxmayaraq hər hansı bir icazə almadan söküntünü həyata keçirilmişdir. İddiaçı1 MMC tərəfindən aparılmış söküntü işləri nəticəsində iddiaçılar mənzillərindən məhrum olmuşlar. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticəyə əsasən İddiaçı1 MMC tərəfindən qanunsuz olsa belə Cavabdeh məxsus mənzillərin sökülməsi ona eyni ünvanda, eyni şəraitli və ümumi praktikaya uyğun olaraq ümumi sahənin (183,9 m2) üzərinə 20 % gəlməklə yeni mənzillərin verilməsini istisna etmir. Cavabdeh məxsus mənzillər X5 76 ünvanında yerləşməklə həmin küçəyə baxır ki, yeni tikil əcək binada da veriləcək mənzillərin məhz həmin binada və həmin küçəyə baxmaqla müvafiq mənzilin verilməsi İddiaçı1 MMC tərəfindən sərəncama uyğun olaraq təmin edilməli, həmçinin mənəvi ziyana tələbi 3000 manat məbləğində təmin edilməlidir. Həmçinin apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi binanın 2018-ci il oktyabrın 7-də söküldüyünü nəzərə alaraq həmin tarixdən 4 saylı mənzilə görə 350 manat, 6 saylı mənzilə görə isə 450 manat kirayə haqqı tutmaqda əsaslı nəticəyə gəlmişdir. Lakin apellyasiya məhkəməsi heç bir iddia tələbində mənzillərin təmirli verilməsinin qeyd olunmadığını, birinci instansiya məhkəməsinin qətnamədə təmirli mənzillərin verilməsini göstərməklə iddia tələbindən kənara çıxdığını, buna görə də, inşa olunmuş binadan verilməli olan iki ədəd mənzi lin təmirli şəkildə verilməməsi qənaətinə gəlmişdir. Həmçinin apellyasiya məhkəməsi iddiaçı Cavabdeh və digərlərinin 4 və 6 saylı mənzillərin təmiri ilə əlaqədar alınan materiallara və əşyalara görə çəkilən xərclər üzrə 62.317.35 manatın, təmir-quraşdırma işləri ilə əlaqədar ustalara verilən zəhmət haqları üzrə 20.450 manatın, 4 və 6 saylı mənzillərin daxilində məhv olmuş əşyalar üzrə 43.277 manatın, 6 saylı mənzilin eyvanında olan məhv olmuş saxlanc yerləri və əşyalar üzrə 710 manatın, məhv olmuş kaminin aksesuarları üzrə 15.000 manatın, kitablar üzrə 1500 manatın, fotoşəkillər üzrə 3.000 manatın, xına, nişan və toy mərasimlərinin video və fotoçəkilişinə çəkilən xərclər üzrə 1100 manatın, söküntü ilə əlaqədar bəzi əşyaların qablaşdırılması və başqa ünvana daşınmasına çəkilən xərclər üzrə - 750 manatın ümumilikdə - 148.104.35 (bir yüz qırx səkkiz min yüz dörd manat otuz beş qəpik) manatın və kirayə yaşayacaqları ünvana köçmələri və orada yaşamaqla əlaqədar əlavə xərclər çəkmək məcburiyyətində qalacaqları üçün birdəfəlik qaydada 2000 manatın ödənilməsi hissəsi ilə bağlı iddia tələblərinin müvafiq sübutlarla təsdiq edilmədiyi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri əsasında iş materiallarını araşdıraraq aşağıdakı nəticələrə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifa də edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödən ilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələr i ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, istər NK-nın 86 saylı xx.xx.2016-cı il tarixli qərarında, istərsə də Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 117 saylı sərəncamında binaların sökülərək yeni binaların tikilməsinin əsas məqsədlərindən birini vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması təşkil edir. Sərəncamın 2-ci bəndində sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması İddiaçı1 MMC-nə həvalə edilmişdir. Həmin bənddə həmçinin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin də “xxxx” MMC-nin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı1 MMC tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavininə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubda İddiaçı1 MMC Cavabdeh məxsus mənzilləri ölçdüklərini və iki mənzilin birlikdə faktiki ölçüsünün 183 m2 təsdiq edildiyini bildirmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatından Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı1 MMC-nin 29/18 saylı, xx.xx.2018-ci il tarixli arayışı əsasında iki mənzil birləşdirildiyi üçün ölçüsü 183 m2 təsdiq edilmişdir. Həmçinin iş materiallarında olan X5tərəfindən təsdiq edilmiş plan sxemdən görünür ki, Cavabdeh məxsus mənzillərin ümumi ölçüsü 183,9 kv.m müəyyən edilmişdir (3-cü cild, i.v. 193). Məhkəmə kollegiyası hesab edir ki iddiaçı Cavabdeh və digərlərinin onlara məxsus iki mənzilin istifadədə olan ümumi sahəsinin 202 kv.m olduğunu bildirsələr də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən İddiaçı1 MMC tərəfindən qanunsuz olaraq sökülmüş Cavabdeh məxsus mənzillərin əvəzində ona eyni ünvanda, eyni şəraitli və ümumi praktikaya uyğun olaraq ümu mi sahənin (183,9 m2) üzərinə 20 % gəlməklə yeni mənzillərin verilməsi, sonuncuya məxsus mənzillərin X5 76 ünvanında yerləşməklə həmin küçəyə baxdığından, yeni tikiləcək binada da veriləcək mənzillərin məhz həmin binada və həmin küçəyə baxmaqla ayrılmasının İddiaçı1 MMC-yə həvalə edilməsi işin araşdırılmış hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən İddiaçı1 MMC-nin qətnamənin yalnız iddiaçıya məxsus mənzillərin 183,9 m2 faktiki sahəsinin üzərinə 20 % sahə əlavə edilməklə yeni mənzillərin məhz həmin binada və həmin küçəyə baxmaqla ayrılması hissəsindən verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillərin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Cavabdeh məxsus mənzillərin sökülməsinin ona eyni ünvanda, eyni şəraitli və ümumi praktikaya uyğun olaraq ümumi sahənin (183,9 m2) üzərinə 20 % gəlməklə yeni mənzillərin verilməli olduğu nəticəsi ilə razılaşsa da, heç bir iddia tələbində mənzillərin təmirli verilməsi qeyd olunmadığını əsas gətirməklə birinci instansiya məhkəməsinin təmirli mənzil verilməsi barədə nəticəsini iddia tələbindən kənara çıxma kimi qiymətləndirməsi ilə razılaşmır və bu hissə üzrə Cavabdehn kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, ona həmin mənzillər İddiaçı1 MMC-i tərəfin dən təmirli vəziyyətdə verilməlidir. Belə ki, işin materiallarından görünür ki, İddiaçı1 MMC Cavabdeh qarşı ilk dəfə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh adına olanX5ünvanında yerləşən 43.6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzillərin əvəzinə X5 7274 ünvanında inşa olunmuş binanın yaşayışının 1-ci mərtəbəsindən 4 saylı mənzilin əvəzində 52 m2 sahəli, təmirli mənzil, təhvil verilənədək ayda 250 manat və 6 saylı mənzilin əvəzində isə 102 m2 sahəli, təmirsiz, mənzil təhvil verilədək isə ayda 350 manat kirayə haqqı verilməsi şərti ilə cavabdehin əmlak hüquqlarına xitam verilməklə mənzil sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra isə məhkəmə baxışı dövründə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək tələbində «təmirli» sözünü «təmirsiz» sözü ilə əvəzləmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, İddiaçı1 MMC iddia tələbində sözügedən ünvanda olan digər 26 mənzilin mülkiyyətçiləri ilə bağladıqları müqavilələrdə onların mənzil sahələrinin üzərinə 20% artıq sahəni təmirli vəziyyətdə verilməsi barədə razılaşdığını göstərərək onları köçürməsini qeyd etmişdir. Kollegiyanın qənaətinə görə, hazırki vəziyyətdə tərəflərin iddia tələbində göstərilməsindən asılı olmayaraq, sökülmüş mənzilin əvəzində eyni ünvanda e yni şəraitli mənzilin verilməsi, mənzil mülkiyyətçilərinin mənzil şəraitinin yaxşılaşdırılması MMC-nin öhdəliyi olduğundan sökülmüş mənzilin əvəzində verilən mənzil qeyd edilən tələblərə cavab verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İ ddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunların və digər normativ hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. (MPM-nin 2.1-ci maddə) Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi nəzərə almamışdır ki, vətəndaşın yaşayış üçün yararlı olan təmirli mənzilini sökən hüquqi şəxs ona Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilənin “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməli olması baxımından da, eyni şəraitli mənzillə, yəni təmirli mənzillə təmin etməlidir. Kollegiyanın qənaətinə görə əks yanaşma halında apellyasiya instansiyası məhkəməsi vətəndaşın təmirli evini sökən hüquqi şəxsin ona təmirli mənzil vermək niyyətinin olmadığı halda sökdüyü mənzilin təmir xərclərinin verilməsinin mümkünlüyünü müzakirə etməli idi. Lakin qeyd olunduğu kimi bərabərlik prinsipini də nəzərə alınmaqla binanın digər sakinləri nə təmir mənzillər verilməsi öhdəliyi üzərinə götürən İddiaçı1 MMC-nin Cavabdeh təmirsiz mənzil verilməsinə dair iddianın təmini «ədalətli tarazlığı» pozur və bu nəticə sonuncunun qanunla qorunan mənafelərin real bərpasının təmin olunmasına xidmət etmir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya iddiaçı Cavabdeh və digərlərinin kassasiya şikayətlərinin dəlilləri üzrə qiymətl əndirmə apararaq qeyd edir ki, iddiaçılara məxsus mənzillərin ümumi istifadədə olan sahəsinin əvəzində ona yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında yaşayış sahəsinin verilməsi qərara alındığından və mənzillər artıq söküldüyündən Cavabdeh mübahisəli mənzillər üzərində mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməli olmasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticələrini əsaslı və qanuni sayır. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı1 MMC binanın memarlıq abidəsi olmasına və mübahisəli binanın qəzalı vəziyyətdə olması müvafiq aktla təsdiq e dilməməsinə baxmayaraq hər hansı bir icazə almadan söküntünü həyata keçirilməsi nə qanunvericiliyə, nə də istinad etdikləri Səbail Rayon İcra Hakimiyyəti Başçısının sərəncamına uyğun olmamasına dair düzgün qənaətə gəlməklə yanaşı işin hallarını da nəzərə alaraq iddiaçı Cavabdeh və digərləri mənəvi zərəri tələb etmək haqlı olmalarına dair də əsaslı nəticəyə gəlmişdir. Lakin iddiaçı Cavabdeh və digərlərinin kassasiya şikayətində mənəvi ziyana görə tutulan 3000 manat məbləğin az olduğunu, mənəvi ziyan qiymətləndirilərkən mənzilllərin yerli əhəmiyyətli memarlıq abidəsi olması, mənzildən məhrum olmaları nəticəsində keçirilən mənəvi sarsıntının dərəcəsi və digər diqqətəlayiq halların nəzərə alınmamasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mənəvi zərəri n ödənilməsi tələbi İddiaçı1 MMC tərəfindən aparılmış söküntü işləri nəticəsində iddiaçıların mənzillərindən məhrum olması faktının özü-özlüyündə iddiaçıların psixoloji iztirab və sarsıntı keçirmələri, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalı dır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, vurulmuş mənəvi ziyanın məhkəmənin mülahizəsi 3000 manat qiymətləndirilməsi ağlabatan və ədalətli olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh və digərlərinin kassasiya şikayətinin maddi ziyan tələbi və kirayə haqqı tələbləri üzrə digər dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qanunsuz söküntü ilə bağlı vurulmuş maddi ziyana görə, kirayə xərci hissələri üzrə düzgün hüquqi nəticələrə gəldiyindən qətnamənin bu hissələrdə ləğv edilməsinə hüquqi əsas yoxdur. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün h əllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin işin həqiqi hallarının araşdırılmaması il ə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 MMC-nin kassasiya şikayəti təmin edilməməli, Cavabdeh və digərlərinin kassasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh məxsusX5ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzillərin əvəzinə X5 X5 76 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 183,9 m2 + 20 % olan ayrı-ayrılıqda iki ədəd mənzil (üzü həmin küçəyə baxmaqla) verilməsi hissəsində dəyişdirilərək ona həmin mənzillər İddiaçı1 MMC-i tərəfindən təmirli vəziyyətdə təhvil verilməli, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublik ası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)7894/2017 nömrəli qətnaməsi iddianın təmin edilmiş «Cavabdeh məxsusX5ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzillərin əvəzinə X5 X5 76 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 183,9 m2 + 20 % olan ayrı-ayrılıqda iki ədəd mənzil (üzü həmin küçəyə baxmaqla) verilsin» hissəsində dəyişdirilsin. İddiaçı1 MMC- tərəfindən sökülmüş Cavabdeh məxsusX5ünvanında yerləşən 43,6 m2 sahəli 4 saylı və 86 m2 sahəli 6 saylı mənzillərin əvəzinə X5 X5 76 ünvanında inşa ol unmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 183,9 m2 + 20 % olan ayrı-ayrılıqda iki ədəd (üzü həmin küçəyə baxmaqla)təmirli mənzil verilsin. Qalan hissədə qətnamə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1191/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1191/2020
11.03.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver