Məhkəmə qərarları › İş №2(1-8)-1402/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1402/2026

08.07.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1402/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı birinci iş, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iddia tələbi ilə bağlı birləşdirilmiş ikinci mülki iş üzrə QƏRARI (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qanunsuz tikintinin sökülməsi” tələbinə dair birinci mülki iş üzrə, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “qanunsuz tikintinin sökülməsi” tələbinə dair ikinci mülki iş üzrə iddiası ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən birinci iş üzrə iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh) İddiaçı (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsində istifadədə olan 0,016 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 22,2 kv.m. yaşayış sahəsindən ibarət ** saylı fərdi yaşayış evinin 1/5 hissəsi üzərində X2, 3/5 hissəsi üzərində X3 və 1/5 hissəsi üzərində X5 mülkiyyət hüququ ##.##.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. X3 ##.##.2011-ci il tarixdə notariat formasında yazılı vəsiyyətnamə verərək, ötən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən qeyd edilən fərdi yaşayış evindən ona məxsus 3/5 hissə payını Cavabdeh vəsiyyət etmişdir. X3 ##.##.2022-ci il tarixdə vəfat etmişdir.

3. Bakı şəhəri * saylı notariat ofisi tərəfindən ##.##.2022-ci il tarixdə verilmiş “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən X3 vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak: dövlət reyestrindən çıxarışa əsasən yuxarıda qeyd edilən fərdi yaşayış evindən X3 məxsus 3/5 hissə paydan ibarətdir.

4. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən 0,095640 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 362,60 kv.m. olan ** saylı fərdi yaşayış evi İddiaçı adına ##.##.2022-ci il tarixdə qeydə alınmışdır.

5. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinin ##.##.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanında yaşayan İddiaçı Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinə daxil olmuş və baxılması üçün X4 Xidmətinə ünvanlanmış ##.##.2022-ci il tarixli **/***** saylı müraciətinə 1-ci ərazi X4 İdarəsinin əməkdaşları tərəfindən baxılmış, sözügedən məsələ ilə bağlı həmin xidmətin əməkdaşları tərəfindən ##.##.2022-ci il tarixdə həmin ünvanda yanğın-texniki müayinə keçirilmiş, mövcud vəziyyəti səciyyələndirən akt tərtib edilərək, hadisə yerinin fotoşəkilləri çəkilmiş, aparılmış yanğın-texniki müayinə zamanı müraciətdə qeyd olunan fakt öz təsdiqini tapmamış, sözügedən ünvanda yerləşən məhəllə daxili yolun eni 7,5 metr məsafə təşkil edir (Az DTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və Qaydaları”) və hazırda həmin ərazidə yolun məhdudlaşdırılması ilə əlaqədar hər hansı bir işlər aparılmır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat: Birinci iş:

6. İddiaçı İddiaçı (bundan sonra birinci iş üzrə iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra birinci iş üzrə cavabdeh) qarşı iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən ** saylı ev üzərində mülkiyyət hüququnun pozulmasına səbəb olan ünvan 3 ünvanda cavabdeh Cavabdeh tərəfindən ara məsafəsi, təhlükəsizlik qaydaları gözlənilmədən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə riayət edilmədən inşa edilmiş tikilinin (evin) özbaşına (qanunsuz) tikinti hesab edilərək cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin inşa etdiyi həmin tikili onun evinin pəncərələrinin işığını kəsir və otaqdan istifadəni yararsız hala gətirir. Dəfələrlə bu barədə cavabdehə irad bildirsə də, heç bir nəticəsi olmamış, onun iradlarına məhəl qoymayaraq tikintini davam etdirmişdir. Bu barədə Qaradağ rayon İcra Hakimiyyətinə, Qaradağ RPİ 10-cu PB-yə və DİN-in 102 çağrı mərkəzinə müraciət etmişdir. Lakin cavabdeh bunlara məhəl qoymayaraq, tikintini inşa etdirib, başa çatdırmaq istəyir. Qanunvericiliyin tələblərinə görə evlərin arasında ən azı 4 metr məsafə olmalıdır. Lakin cavabdeh bunlara məhəl qoymayaraq öz tikdiyi evi demək olar ki, onun evinə birləşdirmişdir.

8. İddiaçı İddiaçı vəsatətinə əsasən Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

9. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən aldığı ##.##.2022-ci il tarixli, **/**** saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Cavabdeh tərəfindən istifadəsində olan torpaq sahəsinin sərhəd hasarından 0,38/0,7 m kənarda 7,3 m hündürlükdə mişar daşından iki mərtəbəli yaşayış evi inşa edildiyi və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinə əsasən ara məsafəsi 2,19 m (7,3 m x 0,3 hissəsi) müəyyən edildiyini nəzərə alaraq, tədqiq olunan ünvanda Cavabdeh tərəfindən inşa olunmuş tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun deyildir. İddiaçı mülkiyyətində olan ** saylı evinin pəncərələri qarşısını cavabdeh tərəfindən inşa olunmuş tikili kəsmədiyini nəzərə alaraq, həmin ev ona məxsus evə düşən günəş işığının qarşısını kəsmir.

10. Məhkəmə iclasında cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili vəkil3 iddianı qəbul etmədilər və onlar izahatlarında bildirmişlər ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2022-ci il tarixli **/**** saylı rəyinə əsasən onun tərəfindən inşa olunmuş tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilsə də, həmin tikili iddiaçının evinin otaqlarına pəncərədən düşən günəş işığının önünü kəsmir, otaqlarını istifadəsiz vəziyyətə gətirmir, otaqlardan təyinatı üzrə istifadə edilməsinə maneə yaratmır, iddiaçının hər hansı hüququnu məhdudlaşdırmır. Göstərilənləri nəzərə alıb onlar məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər.

11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, sənədlərdən görünür ki, cavabdeh Cavabdeh tərəfindən ünvan 1 ünvanda istifadəsində olan torpaq sahəsində inşa olunmuş tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun olmasa da həmin tikili iddiaçı İddiaçı mülkiyyətində olan evin otağına düşən təbii işığın önünü kəsmir, otağı yararsız vəziyyətə və otaqdan təyinatı üzrə istifadə edilməsinə maneə yaratmır.

13. Birinci instansiya məhkəməsi mövqelərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İkinci iş:

14. İkinci iş üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, ümumi daş hasarın üstündə tikinti normalarına uyğun olmadan tikilmiş evin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir ildən çoxdur ki, cavabdeh əvvəlki evin üstündə qanunvericiliyin tələblərini pozmaqla bir mərtəbə qaldırmışdır. Cavabdeh tərəfindən tikilmiş ev həyətlərini ayıran ümumi daş hasarın üstündə tikilmişdir ki, o da nənəsindən ona vərəsəlik qaydasında qalmış evin yan hissəsini tamamilə bağlamışdır. Nənəsindən miras qalmış evin yanında hasara tərəf inşa edilmiş tikililər isə çoxdan tikilib. Bundan başqa, cavabdeh onlara məxsus torpaq sahəsindən təxminən 1 metrə yaxın torpaq sahəsini zəbt etmişdir. Bundan əlavə, evi tikən zaman ara məsafəsinə məhəl qoyulmamış və cavabdehin evinin hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də ekspertin rəyi əsas götürülərək cavabdehin evi sökülməlidir.

16. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən İddiaçı məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, ** saylı ev və daş hasarın yerləşdiyi torpaq sahəsinin Cavabdeh sahibliyində olan, daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən mərhum X3 3/5 hissədə mülkiyyətində olmuş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, ** saylı fərdi yaşayış evinə məxsus torpaq sahəsini ayıran hasarın üzərində inşa olunmaqla ** saylı yaşayış evinin ikinci mərtəbəsi fəzada 0,40 m enində 11,20 metr uzunluğunda ** saylı ünvana aid torpaq sahəsinin (fəzada) üzərində inşa olunduğu müəyyən edilir. İddiaçı məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, ** saylı ünvanda inşa olunmuş iki mərtəbəli yaşayış evi ilə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, ** saylı ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evi ilə ara məsafəsi saxlanılmadığından Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilir.

17. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, # ### 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, tərəflərin və ekspertin izahatlarına, şahidin ifadəsinə, texniki pasportun surətinə, peyk görüntülərinə əsasən iddiaçıya miras qalmış həmin evdən cavabdehin mülkiyyətində olan ** saylı evə, həmçinin hasara qədər olan ara məsafəsi ilə bağlı hazırda qüvvədə olan normalar baxımından hər hansı pozuntu mövcud deyildir. Belə olan halda, mülki iş üzrə keçirilmiş ekspertizanın rəyi, həmin rəydə ara məsafəsi iddiaçıya miras qalmış, 2007-ci il tarixli çıxarışda qeyd olunan evdən deyil, evin yanında hasara tərəf 2007-ci ildən sonra inşa edilmiş, texniki pasportda əks olunmayan, heç bir hüquqmüəyyənedici sənədi olmayan tikililərdən hesablandığından, habelə ekspertin özünün izahatı ilə təkzib olunduğundan, mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, ** saylı evə aid torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı tərəfin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğu və ara məsafəsinin pozulduğu ilə bağlı dəlilləri məhkəmə baxışında öz təsdiqini tapmadığından və mülki iş üzrə sübutlarla təkzib edildiyindən, bununla da iddia tələbinin əsası olan hallar sübuta yetirilmədiyindən, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir.

19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152, 170.2-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 103-cü, 107-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

20. Birinci iş üzrə birinci instansiya məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsindən birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti birinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə mülki iş üzrə Qaradağ rayon İcra Hakimiyyətini və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini 3-cü şəxs kimi cəlb etsə də onların məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, qeyd olunan mülki iş ##.##.2022-ci tarixdən ##.##.2022-ci il tarixə təyin edilərkən onun bir həftə ərzində həmin orqanlara məktubun çatması barədə xəbərnamənin məhkəməyə geri qayıtmayacağını bildirməsinə baxmayaraq, məhkəmə ##.##.2022-ci il tarixdə həmin orqanlara yazılmış məktubu sistemə əlavə etmişdir. Lakin həmin orqanlara məktubun göndərilməsi barədə sifarişli xəbərnaməni əlavə etməmişdir. Məhkəmənin təyin etdiyi müddətdə isə həmin məktubun qeyd olunan orqanlara çatması isə praktik olaraq mümkün deyildir. Məhkəmə isə həmin orqanların fikrini öyrənmədən işi yekunlaşdırmışdır. Bu da ədalətli məhkəmə araşdırmasına təmin olunmamışdır. Üçüncü şəxslər, xüsusən də Fövqəladə Hallar Nazirliyi tikintiyə nəzarət edən və buna müvafiq icazələr üçün rəy verən orqandır. Bu orqanın da tikintidən xəbəri yoxdur. Ona görə də tikintidə təhlükəsizlik qaydalarına nəzarət edən orqan kimi bu qanunsuz tikintidən xəbərdar olması vacibdir. Məhkəmə qətnamədə Fövqəladə Hallar Nazirliyinin ##.##.2022-ci il tarixli məktubuna istinad etmişdir, lakin həmin vaxt mübahisəli tikili tikilməmişdir. Mübahisəli tikili sonradan aparılmışdır ki, məhkəmə də bu hala diqqət yetirmək istəməmiş, Fövqəladə Hallar Nazirliyinin iştirakı zəruri olduğu halda həmin təşkilata lazımi qaydada məlumat vermədən işə baxmışdır. Qətnamə ilə müəyyən olunur ki, ev qanunsuz tikilidir. Ora işığın düşüb düşməməsinin heç bir əhəmiyyəti yoxdur. Onda belə çıxır ki, istənilən şəxs qanunsuz tikili tikə bilər və əgər günəş işığını kəsmirsə ona həmin tikilini tikmək olar, sənədləşdirmək olar. Bu halda qanunlara əməl etməyə əsas yoxdur, təki günəş işığı kəsilməsin. Məhkəmə cavabdeh tərəfindən inşa edilmiş həmin tikinti işlərinin tikintiyə icazə almadan və şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla aparıldığına, sözügedən tikinti işləri həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsi ilə bağlı tələblərə riayət edilmədən, bu halın onun hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli şəkildə pozulmasına səbəb olmasına, cavabdehə dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoyulmadan öz mülkiyyətindən səmərəli istifadə etməyinə maneələr yaranmasına, eləcə də əmlakının dəyərinin əhəmiyyətli dərəcədə azaltmasına heç bir əhəmiyyət vermədən yalnız onun hüquqlarını gün işığının düşməsi ilə məhdudlaşdırmışdır. Əgər həmin tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və tikinti norma və qaydalarının tələblərinə uyğun olub-olmamasının müəyyən olunması zəruri deyildisə nəyə görə ekspertiza təyin edirdi? Məhkəmə cavabdeh Cavabdeh Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsində icazəsiz tikinti işləri aparmasına görə barəsində İXM-nin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə əhəmiyyət verməmiş, sübut kimi təqdim etdiyi sənədə (Bakı şəhər Baş Polis İdarəsi tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ##.##.2022-ci tarixli məktub) istinad etməmişdir. Cavabdeh Cavabdeh qanunlara məhəl qoymaması, tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qərardad olmasına baxmayaraq, həmin evdə təmir işlərinin davam etdirməsi onun əsəbləşməsinə səbəb olmuş, bu da onun sağlamlığına təsir etmişdir. O, şəkər və təzyiq xəstəliyindən əziyyət çəkdiyindən şəkəri və təzyiqi qalxmış, təcili yardım çağırmaq məcburiyyətində qalmış, ##.##.2022-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmədən işin təxirə salınmasını xahiş etsə də, məhkəmə həmin işi cəmi 2 gün təxirə salmışdır. İşdə qeyd olunan tikilinin (evin) qanunsuz tikinti olmasını təsdiq edən ekspert rəyi olsa da, cavabdeh tərəf işin baxılmasının təxirə salınmasına etiraz etmişdir. Həmçinin tikinti və təmir işlərinin aparılmasının qadağan edilməsi barədə məhkəmənin müvəqqəti təminat tədbiri olsa da, Cavabdeh bunlara məhəl qoymur və təmir işlərini davam etdirir. Bundan başqa, məhkəmə iclasının fasiləsiz video-audio yazı vasitəsi ilə keçirilməsini xahiş edərək bu barədə vəsatət təqdim edilməsinə baxmayaraq vəsatət əsassız olaraq təmin edilməmişdir. Məhkəmə isə bu vəsatətə hüquqi qiymət vermədən heç bir əsaslandırma aparmadan vəsatəti rədd etmişdir. Məhkəmə iclasının fasiləsiz video-audio yazı vasitəsi ilə keçirilməsi, eləcə də mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə göndərilmiş məktubların həmin orqanlara çatması barədə xəbərnamənin məhkəməyə geri qayıtdıqdan sonra baxılmasını təmin edilməsi barədə ##.##.2022-ci il tarixli əsaslı vəsatətlər həmin gün yəni ##.##.2022-ci il tarixdə keçirilən iclasda təmin olunmadıqdan sonra işin ədalətli araşdırılmasına əsaslı şübhələr olduğundan hakimə etiraz təqdim edilməsi üçün məhkəmədən vaxt istənilmiş, lakin hakim heç bir vaxt verilməyəcəyini, vəsatəti əsaslandırmaq üçün cəmi 10 dəqiqə vaxt verildiyini bildirmişdir. Əlbəttə ki, 10 dəqiqə vaxtda məhkəmə iclasında vəsatətin əsaslandırılması mümkün deyildi. Vəsatətin əsaslandırılması üçün cəmi 10 dəqiqə vaxt verməklə, sonra isə vəsatətin əsaslandırılmaması əsası ilə baxılmamış saxlanılması isə tam əsasızdır. Məhkəmə hakimə etirazın baxılmamış saxlanılması barədə qərardadını MPM-nin 19.2.3-cü maddəsinə istinad etmişdir. Lakin həmin maddə ##.##.2021-ci il tarixli Qanunla çıxarılmışdır. Vəsatət təqdim edərək məhkəmə iclasının fasiləsiz video-audio yazı vasitəsi ilə keçirilməsinin xahiş etmiş, əgər vəsatət təmin olunmayacağı təqdirdə əsaslandırılmış qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə isə heç bir əsaslandırma göstərmədən vəsatəti rədd etmişdir. Məhkəmə vəsatətinin tərtib edilməsi üçün vaxt verməməklə onun Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilmiş məhkəmə müdafiə hüququnu məhdudlaşdırmışdır. Əgər vəsatətin əsaslandırılması üçün vaxt verilmirsə, o, necə əsaslandıra bilərdi.

22. İkinci iş üzrə birinci instansiya məhkəməsinin # ### 2023-cü il tarixli qətnaməsindən ikinci iş üzrə iddiaçı (birinci iş üzrə cavabdeh) Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayət ikinci iş üzrə iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında həm yerli baxış protokolu ilə, həm ekspert rəyi və foto şəkillərlə cavabdehin onun evinin üstündə öz evinin ikinci mərtəbəsini tikilməsi aşkardır. Həmin tikililərin texniki pasportda öz əksini tapmaması cavabdehə belə qanunsuz hərəkəti etməyə hüquq vermir. Cavabdeh bu hərəkəti ilə onun və ailəsinin bütün hüquqlarını pozur.

24. Apellyasiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir.

25. Apellyasiya məhkəməsinin tərəfindən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən aldığı ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi H.Aslanov küçəsində yerləşən Cavabdeh məxsus ** saylı fərdi yaşayış evinin sərhəd hasarından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinə əsasən ara məsafəsi 2,19 m (7,3 m x 0,3 hissəsi) olmalı olduğu və faktiki 0,38-0,70 metr məsafədə yerləşdiyi, bu halın mövcudluğu nəticəsində evin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.52-1 bəndinin tələblərinə uyğun olmadığı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndində tikililər arasındakı məsafənin divar hündürlüyünün 0,3 hissəsi qədər olmasının göstərildiyini, lakin faktiki olaraq İddiaçı məxsus fərdi yaşayış evinin sərhəd hasarın bitişik inşa olunduğunu nəzərə alaraq həmin evin ikinci mərtəbəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı və birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli və ikinci iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnamələri apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında yer alan ekspert və mütəxəssis rəylərinə istinad edərək qeyd etmişdir ki, hazırda tərəflərin bir-birinə qarşı qaldırdıqları iddia tələbləri üzrə mübahisə predmetini təşkil edən tikililərin hər ikisinin tikinti norma və qaydaları pozulmaqla, o cümlədən ara məsafəsi saxlanılmamaqla inşa edildiyi müəyyən edilmişdir.

28. Məhkəmə kollegiyası ilk növbədə Cavabdeh iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı tərəfindən sonradan inşa edilmiş “C” ilə işarələnmiş yaşayış evi onun mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənara çıxsa da, mütəxəssis rəyi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsinin hər hansı hissəsini zəbt etmədiyi təsdiq olunur.

29. Digər tərəfdən, Cavabdeh hazırkı iddia tələbini məhz İddiaçı ona qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinin məhkəmədə qaldırılmasından sonra irəli sürmüşdür. Birinci instansiya məhkəməsindəki icraat çərçivəsində də verdiyi izahatlardan aydın olur ki, o, 1 ildir ki, birinci iş üzrə iddiaçı tərəfindən inşa edilmiş tikilinin ikinci mərtəbəsinin ara məsafəsi gözlənilmədən, sahələri ayıran daş hasarın üzərində inşa edildiyini və ona məxsus evin damına (fəzadan) birləşik olduğunu görür, bilir və yaranmış vəziyyəti qəbul edir. Bu evin sökülməsi tələbi ilə İddiaçı qarşı iddia qaldırmaq niyyətində də olmamışdır. Məhz İddiaçı ona qarşı hazırkı iddianı irəli sürdükdən sonra, o da hazırkı iddia ilə çıxış etmişdir. Başqa sözlə, Cavabdeh qarşı tərəfin tikilisinin daş hasarın üzərində inşa edildiyini və onun mülkiyyətində olan birmərtəbəli tikilinin damına birləşdiyini bu müddət ərzində görmüş və bu halın mövcudluğunu qəbul edərək etiraz etməmiş, yalnız İddiaçı ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edəndən 5 ay sonra iddia tələbi ilə məhkəməyə müraciət edərək həmin hallarla bağlı əsasları irəli sürmüşdür. Qeyd edilənlər Cavabdeh hərəkətlərində Mülki Məcəllənin 560.3.4-cü maddəsinin tərkib əlamətlərinin olduğunu təsdiq edir.

30. Belə olduğu halda, məhkəmə kollegiyası ikinci iş üzrə iddiaçının artıq xeyli müddət ərzində formalaşmış qaydaya etiraz etməməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verməlidir. Belə ki, hazırkı hərəkətləri ilə Cavabdeh ** saylı evin ikinci mərtəbəsinin ara məsafəsi gözlənilmədən, sahələri ayıran daş hasarın üzərində inşa edilməsinə və onun mülkiyyətində olan tikiliyə bitişik olmasına razılığına və bu razılıqdan irəli gələrək İddiaçı onun sökülməsi təhlükəsinin olmamasına olan güvəncinə zidd mövqedən çıxış edir ki, bu hal da hüquqdan sui-istifadə hesab edilməlidir. Qeyd edilənlər də öz növbəsində Cavabdeh iddiasının rədd edilməsini şərtləndirir.

31. Məhkəmə kollegiyası İddiaçı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh inşa etdiyi iki mərtəbəli tikilinin hüquqmüəyyənedici sənədi olmasa da, həmin tikili onun sahiblik və istifadəsində olan torpaq sahəsi üzərində inşa edilmişdir. İş materiallarında yer alan ekspert rəyləri ilə həmin tikili ilə birinci iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evi arasındakı ara məsafəsinin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. Lakin bu halın mövcudluğu öz-özlüyündə iddianın rədd edilməsini şərtləndirmir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hal - qanunsuz tikilinin onun evinə düşən günəş işığının qarşısını kəsməsi məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerində müayinə zamanı müşahidə olunanlarla, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli, **/**** saylı rəyi ilə öz təsdiqini tapmır. Xüsusilə o da qeyd edilməlidir ki, ümumiyyətlə mübahisəli tikililər yanaşı deyil və biri digərinin qarşısında yerləşmir. Bu halın mövcudluğu da birinci iş üzrə iddiaçının bu dəlilinin əsassız olduğunu göstərir.

32. Digər tərəfdən, nəzərə alınmalıdır ki, İddiaçı hazırkı iddia tələbini qaldırsa da, o da öz növbəsində ona məxsus fərdi yaşayış evini ara məsafəsi saxlamadan torpaq sahəsini ayıran daş hasarın üzərində inşa etməklə, evin ikinci mərtəbəsini ikinci iş üzrə iddiaçıya miras qalmış əmlaka (onun damına) birləşdirməklə, hətta fəzada 0,40 metr enində, 11,20 metr uzunluğunda Cavabdeh aid torpaq sahəsinə keçməklə tikinti norma və qaydalarını pozmuşdur. Hüquqi nəticə etibarı ilə Cavabdeh tərəfindən tikinti norma və qaydaları pozulmaqla, o cümlədən ara məsafəsi gözlənilməməklə tikinti inşa edildiyini iddia edən İddiaçı bundan əvvəl tikinti inşa edərkən iddia etdiyi bütün pozuntulara ilk öncə özü yol vermişdir. Halbuki, hazırkı iddia ilə pozulmuş hüquqlarının bərpasını tələb edən İddiaçı özü də eyni məsələ üzrə müəyyən edilmiş tikinti norma və qaydalara riayət etmək və bu sahədə Cavabdeh hüquqlarını pozmamaq vəzifəsi daşıyır. Bu baxımdan mövcud vəziyyətdə İddiaçı öz vəzifələrini kobudcasına pozmasına məhəl qoymayaraq hüquqlarının pozulması mövqeyindən çıxış edir. Bu halın mövcudluğu da mülki hüquqdan sui-istifadə hesab edilməklə onun da iddiasının təmin edilməsini istisna edir.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 16.1, 139.1, 152.1, 152.2, 152.3, 152.5, 180.1, 180.2, 180.4, 560.1, 560.2, 560.3.2, 560.3.4-cü, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.4, 69.5.2-1, 70.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 7, 9, 10.1 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

34. Qətnamədən birinci iş üzrə iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh) İddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onun iddiasının rədd edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə kollegiyası işin mühüm əhəmiyyət kəsb edən halını-Cavabdeh evin yanında hasara tərəf 2007-ci ildən sonra inşa edilmiş, texniki pasportda əks olunmayan, heç bir hüquqmüəyyənedici sənədi olmayan inşa etdiyi tikilinin hüquqi rejiminə qiymət verilməsini tamamilə unutmuşdur. Apellyasiya instansiyası məhkəməsi qətnamədə yalnız tərəflərin inşa etdikləri tikililərin tikinti və şəhərsalma qaydalarına uyğun olmadığı və hər iki tərəf üçün mülki qanunvericilikdə müəyyən olunmuş hüquqdan suiistifadənin mümkünlüyü baxımından məsələyə hüquqi qiymət vermişdir. Halbuki, iddiaçı İddiaçı tikdiyi tikililər 40 ilə yaxındır ki, mövcuddur, lakin Cavabdeh tikdirdiyi qanunsuz tikili qeyd edilən Qanun qüvvəyə mindikdən sonra tikilmişdir.

36. Məhkəmə kollegiyası Cavabdeh 2007-ci ildən sonra inşa etdirdiyi tikilinin tikintisini dəqiq olaraq nə vaxtdan aparıldığını, sökülməsi iddia edilən tikilinin tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanması və tikinti mərhələsində olan tikinti obyektinin və ya onun hissəsinin müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilib-edilmədiyini yoxlamadan əsassız nəticəyə gəlmişdir.

37. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsində icazəsiz tikinti işləri aparmasına görə barəsində İXM-nin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə əhəmiyyət verməmiş, sübut kimi təqdim etdiyi sənədə (Bakı şəhər Baş Polis İdarəsi tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ##.##.2022-ci tarixli məktub) istinad etməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilini ümumiyyətlə araşdırmamışdır. İşin faktiki halı məhkəmələr tərəfindən ümumiyyətlə müəyyən edilməmişdir. Ona görə də iş üzrə əsassız nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında 1985-87-ci illərə məxsus fotoşəkil əlavə edilmişdir. Həmin şəkildən də görünür ki, Cavabdeh məhkəməyə təqdim etdiyi çıxarışda qeyd olunmuş ev ona məxsus evdən təxminən 10 metr aralıdır. Şəkilə baxdıqda 5 mərtəbəli binanın arxada olduğu görünür (Şəkil əlavə olunmuşdur). Həmçinin Cavabdeh baxış zamanı göstərdiyi və 1970-ci illərdə tikildiyini bildirdiyi bir otaqlı ev sonradan təxminən 2010-cu ildə tikilmişdir. ********* nömrəli ##.##.2007-ci il tarixli çıxarış alınarkən hazırda Cavabdeh 1970-ci illərdə inşa olunmuş kimi təqdim etdiyi tikili mövcud olmamışdır. İddiaçı ekspertə səhv məlumat vermişdir. X1 proqramından illər üzrə şəkillər də təsdiq edir. Lakin sökülməsi tələb etdiyi qanunsuz tikili isə 2010-cu ildən sonra ümumi istifadədə olan yolu zəbt etməklə zəbt etdiyi ərazini artıran Cavabdeh tərəfindən inşa edilmiş evdir. Müvəqqəti təminat tədbiri olaraq həmin evin tikilməsinin dayandırılmasını tələb etsə də, buna dair məhkəmənin qərarı mövcud olmasına baxmayaraq hazırda ev tikilmişdir və gələcəkdə iddia təmin olunası halda qətnamənin icrasına maneə yaradacaq. Apellyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarını araşdırmamış, bununla da prosessual hüquq normasının (MPM-in 218-ci maddəsi) tələbini pozmuşdur. Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. Mülki iş materialı hələ Qaradağ Rayon Məhkəməsinin (hakim Fuad Hüseynov) icraatında olarkən ekspert qarşısında qoyulmalı sualları tərəflərindən təklif olaraq məhkəməyə təqdim etsək də apellyasiya instansiyası məhkəməsi olaraq həmin suallara heç bir əhəmiyyət verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də ekspert qarşısında işin ədalətli və qanuni həlli ilə bağlı suallar qoyulmamışdır. Məhkəmə qətnaməsində ümumiyyətlə qeyd edilən qərardadla bağlı ekspert tədqiqat aparılıb-aparılmamasından, hər hansı tədqiqat aparılıbsa aparılmış tədqiqatdan bir cümlə belə söz açılmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı əldə etdiyi sübutu araşdırmamaqla prosessual qanunvericiliyin tələbini pozmaqla düzgün olmayan nəticəyə gəlmişdir. İlk əvvəl ##.##.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən mərhum X3 3/5 hissədə mülkiyyətində olmuş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, ** saylı fərdi yaşayış evinin yerləşdiyi evin yeri müəyyən olunmalıdır. Odur ki, iş üzrə obyektiv rəy verilməsi üçün təqdim etdiyi sənədlərə və qeyd etdiyi hallara diqqət yetirilməsi üçün vəsatət yazmışdılar. Həmin vəsatəti, vəsatətə əlavə etdikləri fotoşəkili və sxemi ekspertə göndərilməsini xahiş etmişdilər. Lakin ekspert tərəfindən göndərdikləri fotoşəkillər, sxem nəzərə alınmamışdır. Ekspert tərəfindən ##.##.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş ev əvəzinə, həmin çıxarış alınarkən mövcud olmayan, təxminən 2010-cu ildə tikilmiş birmərtəbəli tikiliyə münasibətdə rəy verilmişdir. Həmin birmərtəbəli tikilinin heç bir sənədi yoxdur. Mübahisəli əraziyə baxış zamanı ekspert Elmar Səidov tərəfindən ##.##.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş evin koordinatları müəyyən edilməmiş, həmin evə baxış keçirilməmişdir. Əvvəlcə ##.##.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş evin koordinatları müəyyən edilməli idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

39. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

40. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

41. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

43. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

44. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

45. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

46. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

47. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

48. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

49. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

50. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.

51. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə.

52. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.

53. Maddə 69.5.2-1. Ara məsafəsi bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi qaydasında müəyyən edilir. Maddə 70.1. Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4cü maddəsində

54. müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

55. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

58. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

65. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Hazırkı kassasiya şikayətində qətnamə birinci iş üzrə iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh) İddiaçı tərəfindən birinci iş üzrə iddianın rədd edilməsi hissəsində tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

71. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

72. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

73. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

74. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

75. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

77. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Birinci iş üzrə iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar