Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1404/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (negator tələb), özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “qapının sökülməsi və hasarın bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Buzovna Bələdiyyəsi sədrinin ##.##.2005-ci il tarixli sərəncamına əsasən vətəndaş iddiaçı2 Buzovna qəsəbəsində zəbt etdiyi 320 kv.metr torpaq sahəsinin fərdi yaşayış evi tikilməsi üçün alqı-satqı yolu ilə ayrılması qərara alınmışdır.
2. Torpaqların alqı-satqısına dair akta əsasən, iddiaçı2 Buzovna qəsəbəsi ərazisində 320 m2 torpaq sahəsi satılmışdır.
3. iddiaçı2 tərəfindən notarial qaydada təsdiq olunmaqla verilmiş ##.##.2017-ci il tarixli ərizədən aydın olmuşdur ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 320 m2 torpaq sahəsini baş etibarnamə əsasında iddiaçı1 istifadə və sahibliyinə vermişdir.
4. ##.##.2017-ci il tarixli qəbzə əsasən, iddiaçı1 tərəfindən Buzovna bələdiyyəsinə 19,80 manat torpaq vergisi ödənilmişdir.
5. Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 sədrinin ##.##.2022-ci il tarixli məktubuna əsasən, iddiaçı2 Abşeron küçəsi ilə M.Dadaşov küçəsinin kəsişməsində yerləşən Buzovna Bələdiyyəsi sədrinin ##.##.2005-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinə baxış keçirilmiş və ölçülərək ona təhvil verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “qapının sökülməsi və hasarın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən 320 kv.metr olan torpaq sahəsini əhatə edən hasarda cavabdeh tərəfindən inşa edilmiş qapının sökülməsi və hasarın cavabdehin vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Buzovna Bələdiyyəsinin 134 N-li ##.##.2005-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən 320 kv.m torpaq sahəsi torpaqların alqı-satqısına dair Akt üzrə iddiaçı2 satılmışdır. iddiaçı2 ilə iddiaçı1 arasında olan razılaşma əsasən həmin torpaq sahəsi etibarnamə əsasında iddiaçı1 sahibliyinə verilmişdir. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Vahid küçəsində yerləşən 320 kv.m torpaq sahəsi 2017-ci ilin iyul ayından iddiaçı1 istifadəsində və sahibliyindədir. Həmin ildən də torpaq sahəsinə dair vergi ödənişi iddiaçı1 tərəfindən həyata keçirilməkdədir. iddiaçı1 həmin torpaq sahəsini ortadan hasar çəkməklə 2 yerə ayırmış və bir hissəsində tikili tikmiş, digər hissəsi isə boş torpaq sahəsi olmaqla qalmışdır. Qeyd olunur ki, torpaq sahəsinin boş qalan hissəsinə arxa tərəfdən qonşu olan iş üzrə cavabdeh Cavabdeh tərəfindən hasar sökülməklə təxminən eni 1.2 metr, hündürlüyü 2 metr olan dəmir qapı qoyulmuşdur. Yəni, cavabdeh tərəfindən iddiaçılara məxsus olan torpaq sahəsinə giriş qapısı qoyulmaqla, əmlakın toxunulmazlıq hüquqlarını pozmuşdur. Cavabdehdən həmin qapının sökülməsi dəfələrlə tələb olunmasına baxmayaraq, cavabdeh həmin qapının sökülməsi və hasarın bərpa edilməsi üçün heç bir addım atmamışdır. Qeyd edilənlərə əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Nahid küçəsində yerləşən 320 kv.m, olan torpaq sahəsini əhatə edən hasarda cavabdeh tərəfindən inşa edilmiş qapının sökülməsi və hasarın cavabdehin vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ə.Nahid küçəsində yerləşən 320 kv.m, olan torpaq sahəsini əhatə edən hasarda cavabdeh tərəfindən inşa edilmiş qapının sökülməsi və hasarın əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli **/**** saylı ekspert rəyinə əsasən iddiaçı2 ayrılmış torpaq sahəsinin texniki göstəriciləri ilə tədqiq olunan torpaq sahəsinin faktiki texniki göstəriciləri müqayisələndirilən zaman torpaq sahəsinin faktiki göstəriciləri ilə sənəd üzrə göstəriciləri arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, mülki iş materiallarında olan iddiaçı2 ayrılmış torpaq sahəsinin sxemində mübahisə predmeti olan torpaq sahəsinin Abşeron küçəsinə paralel olan hissəsinin uzunluğu 27.20 metr qeyd olunsa da, faktiki olaraq həmin torpaq sahəsinin Abşeron küçəsinə paralel olan hissəsinin uzunluğu 15.7 metr təşkil edir. Belə olan halda tədqiq olunan torpaq sahəsinin faktiki olaraq çatışmayan 135 kvmetr hissəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 *** nömrəli ##.##.2005-ci il tarixli sərəncamında və sərəncama ayrılmış torpaq sahəsinin sxemində faktiki olaraq cavabdeh tərəfindən inşa edilmiş qapı barəsində hər-hansı bir məlumat qeyd olunmamışdır. Belə olan halda qeyd olunan qapının Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 *** nömrəli ##.##.2005-ci il tarixli sərəncamına əsasən ayrılmadığı müəyyən olunur.
10. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, 3-16- **/*-**/** saylı digər ekspert rəyinə əsasən iddiaçı2 ayrılmış torpaq sahəsinin sxemində həmin torpaq sahəsinin Abşeron küçəsində paralel olan hissəsinin uzunluğu 27.20 metr qeyd olunsa da faktiki olaraq həmin torpaq sahəsinin Abşeron küçəsinə paralel olan hissəsinin uzunluğu 15.7 metr təşkil edir. Belə olan halda tədqiq olunan torpaq sahəsinin faktiki olaraq çatışmayan 135 kv.metr hissəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü və faktiki olaraq cavabdehə məxsus giriş-çıxış qapısının torpaq sahəsinin üst-üstə düşən hissəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur.
11. Cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçıya məxsus torpaq sahəsinə girməmişdir. Təxminən 20 ildir ki, həmin yerdə yaşayır, iddiaçı tərəf isə bir müdət əvvəl həmin yerə köçmüşdür. Tikinti-texniki ekspertizanın rəyi ilə razı olmadığını qeyd edərək iddianın təmin edilməməsini xahiş etmişdir.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/** nömrəli qətnaməsi ilə (hakim R.Xəzri) iddia təmin olunaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ə.Vahid küçəsi ilə Abşeron küçəsinin kəsişməsində cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş qapının cavabdehin hesabına sökülməsi və həmin hissədə hasarın əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddiaçı2 Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Buzovna Bələdiyyəsi sədrinin ##.##.2005-ci il tarixli sərəncamına əsasən Buzovna qəsəbəsi ərazisində 320 kv.metr torpaq sahəsi ayrılmışdır. Iddiaçı iddiaçı2 isə öz növbəsində həmin torpaq sahəsini etibarnamə əsasında digər iddiaçı iddiaçı1 istifadə və sahibliyinə vermişdir. Cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsinə qanunsuz olaraq qapı açmışdır. Belə olan halda, iddiaçının həmin daşınmaz əmlak üzərində “gözlənilən” mülkiyyət hüququ pozulmuşdur.
14. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi ilə, həmçinin aparılmış araşdırmalar nəticəsində cavabdehin inşa etdiyi qapının iddiaçının mülkiyyətinə qanunsuz müdaxilə etməsi faktı öz təsdiqini tapır. Bu hal isə iddiaçının maraqlarına toxunmaqla onun “gözlənilən” mülkiyyət hüquqlarını pozur.
15. Məhkəmə qeyd edilən işin hallarına qiymət verərək və qanunvericiliyə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157, 158, 170, 180-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən 320 kvm torpaq sahəsinin Buzovna bələdiyyəsinin balansında olub-olmamasını ümumiyyətlə araşdırmamışdır. Mübahisəli torpaq sahəsi Buzovna bələdiyyəsinin deyil, Neft şirkətinin balansında yerləşir. Həmin ərazidə elektrik dirəkləri var və ona görə də işə baxılarkən Neft şirkəti və “xxxx” ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işdə iştirak etməyə cəlb olunmalı idilər. Iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmamışdır. Lakin məhkəmə buna əhəmiyyət verməmiş, iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqlarının olmadığını nəzərə almamış, bununla bağlı hər hansı araşdırma aparmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində ekspertiza keçirilərkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməmişlər. Halbuki, onlar cəlb edilsəydilər elektron baza məlumatlarına əsasən torpaq sahəsinin təyinatı, mülkiyyət növü və s. kimi mühüm hallar aydınlaşdırıla bilərdi.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər A.Isgəndərov (sədrlik edən və məruzəçi), S.Səlimova və A.Imanov) cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə ## ###### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin heç bir mötəbər sübuta əsaslanmayan dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərinə görə iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları yoxdur.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.
22. Iş materiallarında olan sənədlərdən, o cümlədən Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Buzovna Bələdiyyəsi sədrinin ##.##.2005-ci il tarixli sərəncamından, Torpaqların alqı-satqısına dair aktın surətindən müəyyən olunur ki, iddiaçı iddiaçı2 Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Buzovna Bələdiyyəsi sədrinin ##.##.2005-ci il tarixli sərəncamına əsasən Buzovna qəsəbəsi ərazisində 320 kv.metr torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi yerində ölçülərək ona təhvil verilmiş, sonradan iddiaçı2 həmin torpaq sahəsini etibarnamə əsasında digər iddiaçı iddiaçı1 istifadə və sahibliyinə vermişdir. Eyni zamanda, aparılmış ekspertiza tədqiqatı zamanı sökülməsi tələb olunan qapı və hasarın məhz iddiaçıya məxsus torpaq sahəsində inşa olunduğu müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı alınmış mütəxəssis rəyinə əsasən mübahisələndirilən hasarın yerləşdiyi ərazi dövlət mülkiyyətinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, Dövlət və onun müvafiq qurumları ilə iddiaçılar arasında bununla bağlı hər hansı mübahisə olmadığından və həmin sahə iddiaçıya Bələdiyyə sərəncamına əsasən ayrıldığından iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları olmuşdur.
23. Göründüyü kimi, apellyasiya şikayətinin iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları olmaması barədəki dəlili əsassızdır və öz təsdiqini tapmır.
24. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh iddiaçının mübahisələndirilən sahəyə hüququ olmadığını, hüquqlarının qeydə alınmadığını bildirsə də, özünün həmin sahəyə hansı hüququ olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
25. Apellyasiya şikayətinin başqa bir dəlili iddiaçıların hüquqlarının qeydiyyatdan keçməməsi barədədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə sərəncamına əsasən ayrılmış və yerində ölçülərək iddiaçıya təhvil verilmişdir. Cavabdehin isə həmin sahəyə hər hansı hüququ olmasına dair işdə heç bir sübut yoxdur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab etmişdir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
27. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 11.2, 152.1, 152.3, 157, 158.1.2, 170.2, 164.1, 164.2, 165.1, 180.1, 180.4-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü, Azərbaycan Respublikasının MPM-in 13.4, 14.2, 77.1, 80, 88, 106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55ci, 66-cı, 68, 93-cü maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinə baxarkən iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmadıqlarını, tərəflər arasında qanunsuz tikilinin inşa edilməsi, torpaq sahəsinin zəbt edilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranıb-yaranmadığını, xüsusi mülkiyyət hüququnu təsdiq edən sənədlərin mövcud olub-olmadığını müəyyən etməli idi. Belə ki, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Buzovna Bələdiyyəsi sədrinin##.##.2005-ci il tarixli sərəncamına əsasən vətəndaş iddiaçı2 Buzovna qəsəbəsində fərdi yaşayış evi tikilməsi üçün 320 kv.metr torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması qərara alınmışdır. iddiaçı2 satılmış 320 kv.metr torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı sərəncama əlavə edilməmiş, yəni həmin sahənin məhz iddiaçı iddiaçı2 ayrılmış torpaq sahəsi olması, torpaq sahəsinin Buzovna bələdiyyəsinin balansında olması və bələdiyyə tərəfindən satılmış bütün torpaq sahələri, eyni zamanda, iddiaçı2 da ayrılmış sahə xüsusi olaraq göstərilməklə bələdiyyə torpaqlarının baş planı məhkəməyə təqdim edilməmişdir.
30. Məhkəmə, ekspert rəyi əsasında cavabdeh tərəfindən inşa edilmiş qapının iddiaçıya satılmış torpaq sahəsində yerləşməsi qənaətinə gəlsə də, ekspert məhz iddiaçıların göstərdiyi əraziyə baxış keçirərək rəy vermişdir ki, bu da tədqiqat obyektinin iddiaçılara məxsus torpaq sahəsi olduğunu deməyə əsas vermir.
31. Bundan başqa, vəkil sorğularına Buzovna Bələdiyyəsi tərəfindən aşağıdakı cavablar verilmişdir: - Buzovna Bələdiyyəsinin **/** nömrəli ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzərrayonu (keçmiş Əzizbəyov rayonu) Buzovna Bələdiyyəsinin sədrinin *** nömrəli ##.##.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsiAbşeron küçəsi ilə M.Dadaşov küçəsinin kəsişməsində yerləşən 320 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçı2 satılmışdır. iddiaçı2 ayrılmış torpaq sahəsinin sənədlərində koordinatları əks etdirən sxemi olmadığından, məktuba əlavə edilmiş sahə görüntüsünün onun torpaq sahəsinə aid olub-olmaması barədə fikir söyləmək mümkün olmamışdır.
32. Buzovna Bələdiyyəsinin **/*** nömrəli ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna bələdiyyəsi sədrinin ##.##.2005-ci il tarixli *** nömrəli sərəncamı ilə Buzovna qəsəbəsi Ə.Vahid küçəsində vətəndaş iddiaçı2Tahir qızına 320 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün alqı-satqı yolu ilə torpaq sahəsi ayrılmışdır. Buzovna bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** saylı sərəncamı Ə.Vahid küçəsində ayrılsa da, həmin torpaq sahəsi Abşeron küçəsində yerləşir və verilən sxemlə uyğunsuzdur.
33. Buzovna Bələdiyyəsinin **/*** nömrəli ##.##.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı2 Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər) Buzovna bələdiyyəsi sədrinin ##.##.2005-ci il tarixli *** saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikilməsi üçün 320 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə ayrılmışdır. Buzovna bələdiyyəsinin ##.##.2005-ci il tarixli *** saylı sərəncamı Ə.Vahid küçəsində ayrılsa da, həmin torpaq sahəsi faktiki olaraq Abşeron küçəsində yerləşir. Lakin sonradan vətəndaş iddiaçı2 ayrılmış torpaq sahəsinin Ə.Vahid küçəsində deyil Abşeron küçəsində yerdəyişmə edilməsinə dair Buzovna bələdiyyəsi tərəfindən hər hansı qərar və ya sərəncam qəbul edilməmiş, torpaq sahəsinin Ə.Vahid küçəsində yerləşməsinə dair sxem tərtib edilməmişdir. Vətəndaş iddiaçı2 faktiki olaraq Abşeron küçəsində yerləşən torpaq sahəsindən istifadəsinə dair bələdiyyə tərəfindən sərəncam verilməmişdir və ##.##.2005-ci il tarixli *** saylı sərəncam Ə.Vahid küçəsində ayrılsa da, Abşeron küçəsində yerləşən torpaq sahəsinin sərəncam və sxem ilə uyğunsuzluğu mövcuddur.
34. Bakı şəhəri Xəzər Rayon Icra Hakimiyyətinin *-**/*-****/**** nömrəli ##.##.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş Cavabdeh göstərilən hüquqi xidmətlə bağlı, Buzovna Bələdiyyəsədrinin*** nömrəli, ##.##.2005-ci il tarixli sərəncamı əsasında iddiaçı2 satılmış Buzovna qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 320 kv.m torpaq sahəsinin ayrılmasına dair Xəzər Rayon Icra Hakimiyyətinin razılıq məktubunun olub-olmaması barədə Xəzər RIH-ə daxil olmuş *** nömrəli,##.##.2024-cü il tarixli məktubunuza baxılmışdır. Bildiririk ki, Xəzər rayon Icra Hakimiyyətində iddiaçı2 adına torpaq sahəsinə dair heç bir məlumat yoxdur. Yuxarıda qeyd olunan vəkil sorğularına cavablar məhkəməyə təqdim edilmiş və elektron kabinetdə yerləşdirilmişdir. Göründüyü kimi torpaq sahəsini iddiaçı iddiaçı2 ayırmış Buzovna bələdiyyəsi torpaq sahəsinin konkret olaraq hansı küçədə yerləşməsi ilə bağlı dəqiq məlumat verməmişdir. Ən əsası iddiaçıya torpaq sahəsi ayrılarkən sərəncama torpaq sahəsinin yerləşmə cizgisinin və xəritədən çıxarışın əlavə edilmədiyi işin mübahisə edilməyən halıdır. Torpaq sahəsinin sxemi olmadığı halda, onun koordinatlarının müəyyən edilməsi mümkün deyildir. Belə olan halda, DƏDKR PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinin mühəndis-inventarlaşdırıcısı Ayaz Naibovun torpaq sahəsinin məhz iddiaçıya ayrılmış torpaq sahəsi olması qənaətinə gəlməsi tamamilə absurddur. Həmçinin, mühəndis rəydə iddiaçı tərəfindən göstərilən torpaq sahəsi ifadəsini işlətmişdir. Aydın məsələdir ki, iddiaçı mühəndisə istədiyi torpaq sahəsini göstərəcəkdir. Mühəndis isə iddiaçının göstərdiyi torpaq sahəsinin məhz ona ayrılmış torpaq sahəsi olub-olmamasını yalnız torpaq sahəsinin cizgisi olduğu halda müəyyən edə bilərdi. Bundan başqa, rəydə qeyd edilmişdir ki, iddia olunan 320.0 kv.m torpaq sahəsi daxilindən 35.0 kv-lıq elektrik xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə ARDNŞ-nin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (H.Z.Tağıyev adına NQÇI). Sahədən 37.0 m, 50.0 m, 51.0 m məsafədə ləğv olunmuş quyu məlumatları mövcuddur. Sahə dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Göstərilən torpaq sahəsinə X1 tərəfindən müraciət olunmuşdur. Lakin işə baxmış məhkəmə mütəxəssis rəyinin qeyd olunan hissələrində göstərilən xüsusatları ümumiyyətlə araşdırmamış, Dövlət Neft Şirkətini, “xxxx” ASCni, X1 üçüncü şəxs qismində işə cəlb etməmiş, həmin torpaq sahəsi ilə bağlı başqa məhkəmə mübahisəsinin olub-olmamasını müəyyən etməmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iş üzrə heç bir araşdırma aparmamış, işdə olan, həmçinin, vəkil sorğuları əsasında əldə edilərək məhkəməyə təqdim edilmiş iş üçün mühüm əhəmiyyət kəsb edən sübutlara nəinki düzgün hüquqi qiymət verməmiş, həmin sübutları ümumiyyətlə qətnamədə göstərməmiş, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqularının olubolmamasını araşdırmamışdır ki, bu da qanunsuz və əsassız qətnamənin çıxarılması ilə nəticələnmişdir.
35. Hesab edir ki, işin bütün hallarını tam, hərtərəfli və obyektiv aydınlaşdırmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
36. Apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilən qətnaməni çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, sübutlara və tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməmiş, bu isə qanunsuz və əsassız qətnamənin çıxarılması ilə nəticələnmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
39. 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
40. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir,artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
42. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
43. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ;
44. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
45. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
46. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
47. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
48. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
49. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
50. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
51. Maddə 84.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Məhkəmə kollegiyası kassasiya şikayətinin Dövlət Neft Şirkətini, “xxxx” ASC-ni, X1 üçüncü şəxs qismində işə cəlb etmədiyi barədə dəlili ilə əlaqədar bildirir ki, iş üzrə cavabdehin həmin şəxslərin adından şikayət verməyə səlahiyyətli olması iş materialları ilə təsdiqlənmir.Məhkəmə qətnaməsi ilə maraqlarına toxunulduğunu bildirən şəxslər prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirə bilər.
67. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin bütün hallarını tam, hərtərəfli və obyektiv aydınlaşdırmadığ barədə dəlili ilə əlaqədar bildirir ki,həmin dəlil üzrə kassasiya instansiyasında araşdırma aparıla bilməz.Belə ki, Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
70. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.