Məhkəmə qərarları › İş №2(1-8)-1405/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1405/2026

24.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1405/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdehlər “xxxx” X2 * saylı Bakı Ərazi Idarəsi, cavabdeh4, cavabdeh5, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): hərracın nəticələrinin həmçinin ondan sonra həyata keçirilən prosessual hərəkətlərin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdehlər “xxxx” X2 * saylı Bakı Ərazi Idarəsi, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı hərracın nəticələri barədə protokolun, alqı-satı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və s. tələbinə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Işin halları

1. “Skornyak” kooperativi 1987-ci ildə yaradılmış, 1988-ci ildə isə Şaumyan Rayon Xalq Deputatları Icraiyyə Komitəsinin qərarı ilə fəaliyyətinin təşkilati tabeliyi dəyişdirilərək “Geyimlərin kimyəvi təmizlənməsi və rənglənməsi” TIB-in nəzdində qeydiyyata alınmışdır.

2. Kooperativ uzun müddət Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən istifadə etmişdir. 1994 və 1995-ci illərdə Xətai rayon MTI və MKTB ilə bağlanmış icarə müqavilələri əsasında əvvəlcə 163 kv.m, sonradan isə 193 kv.m sahə kooperativə icarəyə verilmişdir.

3. Müxtəlif illərdə aparılmış texniki inventarlaşdırma sənədlərində həmin ünvanda yerləşən obyektlər üzrə fərqli göstəricilər əks olunmuşdur. Belə ki: ##.##.1995-ci il tarixli texniki pasportlardan birində tikinti sahəsi 181,6 kv.m, faydalı sahə 135 kv.m; digər pasportda tikinti sahəsi 65,6 kv.m, faydalı sahə 58,4 kv.m göstərilmişdir.

4. ##.##.2001-ci il tarixli texniki pasporta əsasən Gəncə prospekti 109 ünvanında yerləşən, 1979-cu ildə tikilmiş qeyri-yaşayış sahəsinin ümumi sahəsi 210,1 kv.m olmuşdur. Həmin sahə əvvəlcə Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən ##.##.2001-ci il tarixli icarə müqaviləsi ilə cavabdeh1 verilmiş, daha sonra ##.##.2001-ci il tarixli alqı-satqı müqaviləsi və ##.##.2001-ci il tarixli şəhadətnamə əsasında 18.104.000 manata onun mülkiyyətinə keçirilmişdir.

5. cavabdeh1 həmin 210,1 kv.m sahənin mülkiyyətçisi kimi ##.##.2008-ci il tarixli reyestr arayışında qeyd edilmiş, sonradan ##.##.2008-ci il tarixli notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə həmin əmlakı cavabdeh2 satmışdır.

6. ##.##.2013-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh2 həmin 210,1 kv.m sahəni cavabdeh3 vermişdir. Sonradan dövlət reyestrində qeyri-yaşayış binası cavabdeh3 tam mülkiyyəti kimi qeydiyyata alınmışdır.

7. Digər tərəfdən, ##.##.2005-ci il tarixli texniki pasporta əsasən həmin ünvanda yerləşən başqa bir qeyri-yaşayış binasının ümumi sahəsi 137,8 kv.m olmuşdur. Bu obyekt 2005-ci ildə dövlət əmlakının özəlləşdirilməsi qaydasında hərrac vasitəsilə cavabdeh4 tərəfindən satın alınmışdır. Hərrac protokolu, alqı-satqı müqaviləsi və dövlət şəhadətnaməsi ilə onun mülkiyyət hüququ rəsmiləşdirilmişdir.

8. ##.##.2007-ci il tarixli bağışlama müqaviləsi ilə cavabdeh5 həmin əmlakdakı payını cavabdeh4 bağışlamış, nəticədə 137,8 kv.m sahədən ibarət qeyri-yaşayış binası tam şəkildə Murtuzayevanın mülkiyyətinə keçmişdir. Bu hüquq dövlət reyestrində də qeydə alınmışdır.

9. ##.##.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh3 müraciəti əsasında ##.##.2014-cü il tarixdə əvvəlki sənədlər və sərəncam əsasında həmin qeyri-yaşayış binası üzrə yeni çıxarış verilmiş və obyektin ümumi sahəsi 387,9 kv.m olaraq rəsmiləşdirilmişdir.

10. Eyni ünvan üzrə müxtəlif dövrlərdə: 137,8 kv.m sahəli obyekt cavabdeh4, 210,1 kv.m sahəli obyekt isə əvvəlcə cavabdeh1, sonradan cavabdeh2 və daha sonra cavabdeh3 mülkiyyətində olmuşdur.

11. cavabdeh1 ilə X7 ##.##.1988-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmuşlar.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı X1 cavabdehlər “xxxx” X2 * saylı Bakı Ərazi Idarəsi, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti *** saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hərrac təşkilatının hərracın yekunları barədə ##.##.2005-ci il tarixli **/** nömrəli hərrac protokolulunun etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ##.##.2014 tarixli *********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri ** saylı notariat kontoru tərəfindən bağlanmış 4-Ə-2-*** reyestr nömrəli ##.##.2013-cü il tarixli alqısatqı müqaviləsinin bağlandığı andan dəyişdirilməsi və ləğv edilməsi, həmçinin icarə hüquqlarının bərpa edilərək, əmlakın X1 təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

13. Iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəyə səbəb olan əmlakla bağlı hadisələr 1987-ci ildən etibarən başlamışdır. Həmin vaxtda mübahisəli obyektin sahəsi cəmi 65 kv.m təşkil edirdi. 1988-ci ildə iddiaçı həmin obyektin rəhbəri vəzifəsinə seçilmiş və bu tarixdən etibarən hər il Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icarə müqaviləsi bağlayaraq müvafiq icarə haqlarını vaxtında ödəmişdir. Daha sonra iddiaçı o zamankı Azərbaycan Respublikası Məişət Xidməti Naziri ilə görüşərək, obyektin genişləndirilməsi ilə bağlı rəsmi qaydada müraciət etmişdir. Həmin dövrdə obyektin fəaliyyəti ilə bağlı yüksək tələbat olduğu üçün iddiaçının xahişi qanuni əsaslarla təmin edilmiş və əlavə olaraq xəzlərin təmizlənməsi xidməti də iddiaçıya həvalə olunmuşdur. Bu müddət ərzində iddiaçı obyektin inkişaf etdirilməsi istiqamətində fəaliyyəti davam etdirmişdir. Sonrakı illərdə iddiaçı müşahidə etmişdir ki, qonşuluqda yerləşən obyektin sahibi mülkiyyətini sataraq köçməyə hazırlaşır. Qeyd etmək lazımdır ki, mübahisəli obyekt bütövlükdə bir əmlak kimi qəbul edilsə də, əslində iki ayrı tikilidən ibarət olmuşdur. Həmin ərazidə yerləşən tikiş atelyesi isə qəzalı vəziyyətdə olduğu üçün iddiaçı tərəfindən satın alınmamışdır. Lakin sonradan hazırda mübahisəli əmlaka iddia edən qarşı tərəf həmin atelyeni əldə etmiş və bundan sonra iddiaçıya qarşı təzyiqlər göstərməyə başlamışdır. Qarşı tərəf mütəmadi olaraq iddiaçıya telefon zəngləri edərək hədə-qorxu gəlmiş, iş fəaliyyətinə müxtəlif maneələr törətmişdir. 1990cı ildə iddiaçının qonşusu öz mülkiyyətində olan 100 kv.m-lik əmlak sahəsini satmaq niyyətində olduğunu bildirmişdir. Iddiaçı həmin əmlakı qanuni qaydada əldə etmiş, daha sonra Azərbaycan Respublikası Məişət Xidməti Nazirliyinə yenidən müraciət etmiş və Xətai Rayon Icra Hakimiyyətindən müvafiq sərəncam almışdır. Bu sərəncama əsasən, iddiaçının mülkiyyətində olan əmlak Bakı Şəhər Icra Hakimiyyətinin balansına keçirilmişdir. Iddiaçı bundan sonra öz qanuni fəaliyyətini davam etdirmiş, əmlakda təmir-bərpa işləri aparmış və əhalinin məişət xidmətlərinə olan tələbatını ödəmək məqsədilə işini davam etdirmişdir. 1995ci ildə isə əvvəllər qəzalı vəziyyətdə olduğu üçün iddiaçı tərəfindən satın alınmayan atelyeni əldə edən qonşular həmin əraziyə köçərək, iddiaçıya qarşı süni problemlər yaratmağa başlamışdır. Bu şəxslər iddiaçıya qarşı müxtəlif yollarla təzyiq göstərmiş, obyektin fəaliyyətinə mane olmağa çalışmış və qeyri-qanuni yollarla əmlak hüquqlarını pozmağa cəhd etmişdir. Beləliklə, iddiaçı uzun illər ərzində qanuni əsaslarla fəaliyyət göstərərək əmlak üzərində sahiblik hüquqlarını əldə etmiş, dövlət orqanları ilə rəsmi prosedurları tamamlamış və fəaliyyəti dövründə bütün öhdəliklərini yerinə yetirmişdir. Lakin hazırkı mübahisənin digər tərəfi hüquqi və etik normalara zidd olaraq təzyiqlər edərək, iddiaçının mülkiyyət hüquqlarına qəsd etməyə çalışmışdır. Iddiaçı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq mübahisənin ədalətli həll olunmasını tələb edir və mülkiyyət hüququnun pozulmasına yönəlmiş hər hansı qanunsuz hərəkətlərin qarşısının alınması üçün aidiyyəti orqanlar tərəfindən müvafiq tədbirlərin görülməsini xahiş edir. Nəzərinizə çatdırıram ki, vətəndaş X1 1987-ci ildə təsis edilmiş “Skornyak” Kooperativinin təsisçisi olmuşdur, kooperativin təsisçilərinin sayı cəmi 3 nəfərdən ibarətdir və həmin kooperativin nizamnamə fondunun 98%-i X1 məxsusdur. Həmin kooperativ ## ###### 1994-cü il tarixdə Bakı şəhəri, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəsinə dair ünvan 1 Təsərrüfat Idarəsi ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən göstərilən qeyriyaşayış sahəsinin texniki pasportu tərtib edilmişdir. Məlumat üçün bildiririk ki, 1988-ci ildən 1997-ci ilədək hər il ünvan 1 Təsərrüfat Idarəsi ilə müqavilə bağlanmış və icarə haqqı tam şəkildə vaxtı-vaxtında ödənilmişdir. Bununla bağlı bütün ödəniş qəbzləri və digər sənədlər var. Iddiaçı 1998-ci ildə müqavilənin uzadılması üçün yenidən ünvan 1 Təsərrüfat Idarəsinə müraciət etdikdə ona müxtəlif hədəqorxular gəlmiş, bunun nəticəsində sonuncunun səhhətində ciddi narahatlıqlar olmuş və o müalicəsi üçün xarici ölkəyə getmişdir. Məlumat üçün onun da qeyd etmək istəyirik ki, iddiaçı aldığı travma nəticəsində hətta əlillik dərəcəsi almışdır. Daha sonra Azərbaycan Respublikasına qayıtdıqda o qeyri-yaşayış sahəsinə daxil olmaq istədikdə görmüşdür ki, qeyri-yaşayış sahəsinin qapısının qıfılları dəyişdirilib və o qeyriyaşayış sahəsinə daxil ola bilməmişdir. Iddiaçının öz vəsaiti hesabına aldığı əşyalar və avadanlıqlar belə ona verilməmişdir. Iddiaçı qapının qıfıllarını açmaq üçün çilingər çağırmış, çilingər gələdək iddiaçını polis qeyri-qanuni olaraq gəlib bölməyə aparmışdır. Bölmədə iddiaçıya bildirmişdilər ki, o qeyri-qanuni olaraq başqasının binasına daxil olmaq istəyib. Iddiaçıya bölmədə müxtəlif hədə-qorxular gəlmiş və təzyiqlər göstərilmişdir. Bundan narazı olan iddiaçı sonradan Xətai rayon polis Idarəsinə gedərək şikayət etmək istəmiş, lakin orada da onun şikayətinə heç bir məhəl qoyulmamışdır. Bütün bunlardan səhhəti daha da pisləşən iddiaçı müalicəsi üçün yenidən məcbur olaraq xarici ölkəyə getmişdir. Bir necə ildən sonra məsələnin aydınlaşdırılması üçün iddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə müraciət etmiş və məlum olmuşdur ki, Bakı şəhəri, Gəncə prospekti *** saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahəsi 137,8 kv.m olan emalatxana ilkin olaraq hərrac yolu ilə cavabdeh4 və X12 adlarına özəlləşdirilmiş və onlara Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Idarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən ##.##.2005-ci il tarixli ****** nömrəli “Dövlət müəssisələrinin hüquqi və fiziki şəxslərə” satılması haqqında şəhadətnamə verilmişdir. (##.##.2005-ci il tarixli *** nömrəli sərəncam, ##.##.2005-ci il tarixli **** nömrəli müəssisənin alqı-satqı müqaviləsi, ##.##.2005-ci il tarixli **/** nömrəli hərrac protokolu, ##.##.2005-ci il tarixli ****** nömrəli texniki pasport). Sonradan sözügedən qeyri-yaşayış binası ****** nömrəli ##.##.2005-ci il tarixli şəhadətnamə ümumbirgə əsalarla cavabdeh4 və cavabdeh5 adlarına dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, Bakı şəhəri ** saylı notariat kontorunun 4Ə/1-*** reyestr nömrəli ##.##.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən X8 adına qeydiyyata lınmış və hazırda mülkiyyətindədir. Onu da qeyd etmək istəyirik ki, Bakı şəhəri, Gəncə prospekti *** saylı ünvanında yerləşən, birmərtəbəli binanın 210,1 kv.m qeyri-yaşayış sahəsi (birmərtəbəli ayrıca tikili olaraq) icarə yolu ilə cavabdeh1 tərəfindən özəlləşdirilmiş və ona Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Idarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən ##.##.2001- ci il tarixli ****** nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə” satılması haqqında şəhadətnamə verilmişdir. Həmin qeyri-yaşayış sahəsi Bakı şəhəri * saylı notariat kontorunun 4-Ə-2/*** reyestr nömrəli ##.##.2008-ci il tarixlialqı-satqı müqaviləsinə əsasən cavabdeh2 adına qeydiyyata alınmışdır. Sonradan Bakı şəhəri ** saylı notariat kontorunun 4- Ə-2-*** reyestr nömrəli ##.##.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh3 adına qeydiyyata alınmışdır. Məlumat üçün bildiririk ki, cavabdeh3 ##.##.2014-cü il tarixli ərizəsi ilə ##.##.2013-cü il tarixli sərəcəmdan çıxarışa, RX serialı ******* nömrəli çıxarışa, o cümlədən eskiz layihəyə əsasən ümumisahəsi 387,9 kv.m olan həmin qeyri-yaşayış binasına dair *********** nömrəli ##.##.2014-cü il tarixli yeni çıxarış tərtib edilmişdir. AIHM-in qərarları və Konstitusiya Məhkəməsinin presedentləri göstərir ki, mülkiyyət hüquqlarının müdafiəsi və əqdlərin etibarsız hesab edilməsi ilə bağlı məsələlərdə hüquqi prosedurların düzgün aparılması vacibdir. Bu qərarlar, həmçinin, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydlərin həqiqiliyi və tamamlığı prinsipinin əhəmiyyətini önə çıxarır. Bu qərarlar göstərir ki, məhkəmələr alqı-satqı müqavilələrinin ləğvi və etibarsız hesab edilməsi məsələlərində tərəflərin hüquqlarını və qanunvericiliyin tələblərini diqqətlə nəzərə almalıdırlar. Bu cür hallarda, müqavilənin etibarsız hesab edilməsi nəticəsində tərəflərin ilkin vəziyyətə qaytarılması və mülkiyyət hüquqlarının qorunması vacibdir. Iddiaçıya məxsus Bakı şəhəri, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsi qanunsuz olaraq hərraca çıxarılaraq dəyərindən qat-qat aşağı məbləğə satılmışdır. Hərrac keçirilərkən iddiaçıya heç bir məlumat və xəbərdarlıq edilməmişdir. Firma qərəzli şəkildə borclandırılaraq guya hərraca çıxarılıb satılmış, nəticədə qanunsuz aparılmış sənədləşmə işi nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və həmin qanunsuzluq hazırda da davam etməkdədir. Hərraca çıxarılmış qeyri-yaşayış binasının icarəçisi məlumatsız olmuşdur. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tələblərini kobud pozmuş və bu səbəbdən Hərracın yekunları barədə ##.##.2005-ci il tarixli **/** nömrəli protokol etibarsız hesab edilməlidir. Belə ki, “əmlakın qiymətləndirilməsinə dair” hesabatın hansı meyarlarla qiymətləndirilməsini, hərracın keçirilməsi üçün əsasların olubolmamasını araşdırmaq lazımdır.

14. Cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili vəkil3 məhkəməyə yazılı etiraz ərizəsi və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildə müqavilənin uzadılması üçün yenidən ünvan 1 Təsərrüfat Idarəsinə müraciət etdikdə ona müxtəlif hədə-qorxular gəlinməsi, bunun nəticəsində sonuncunun səhhətində ciddi narahatlıqlar olması və müalicəsi üçün xarici ölkəyə getməsi və iddiaçıya aldığı travma nəticəsində hətta əlillik dərəcəsi almasını göstərsə də, onun ünvan 1 Təsərrüfat Idarəsinə müraciətini, həmin müraciətə həmin qurumun imtinasını, həmçinin həmin qurumun ona hədəqorxular gəlməsini, bunun nəticəsində onun səhhətində ciddi narahatlıqlar olmasını təsdiq edən sübutları, xarici ölkəyə getməsinin əsl səbəblərini, müraciət etdikdə aldığı travmanın (əgər almışdırsa?!) dəqiq vaxtı və səbəbi, həmin travmanın hazırkı mübahisə ilə bağlı səbəbli əlaqəsini göstərməmiş və əsaslandırmamış, eyni zamanda əgər həqiqətən ona qarşı pozuntular olmuşdusa, bu barədə müvafiq orqanlara, o cümlədən məhkəməyə müraciət etməməsinin səbəblərini əsaslandırmamış, bu halı təsdiq edən sübutları təqdim edə bilməmişdir. Iddiaçı bundan düz 27 il sonra hazırkı iş üzrə məhkəməyə müraciət etmişdir. Iddiaçı iddia ərizəsində qeyd etdiyi halları təsdiq edən sübutları da məhkəməyə təqdim etməmiş və əsaslandırmamışdır. Hesab edirlər ki, həmin halların işin nəticəsinə əhəmiyyətli təsiri olmasa da belə, işin mahiyyəti üzrə obyektiv araşdırılması baxımından zəruri hesab edilə bilər. Bundan başqa əvvəla, iddiaçı bir necə ildən sonra məsələnin aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə müraciət etməsini göstərsə də, yenə də tamamilə qərəzli və məqsədyönlü olaraq həmin tarixin dəqiq vaxtı və hazırkı mübahisə ilə bağlı səbəbli əlaqəsini göstərməmişdir, halbuki bu halın da, yəni müddətin işin nəticəsinə birbaşa təsiri vardır. Iddiaçı növbəti dəfə gizlətməyə çalışsa da, bildiririk ki, işdən göründüyü kimi, iddiaçı 2024-cü ilin sonlarında Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə müraciət etmişdir. Bundan başqa, məhz həmin müraciətdən sonra Bakı şəhəri, Gəncə prospekti *** saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ümumi sahəsi 137,8 kv.m olan emalatxana ilkin olaraq hərrac yolu ilə cavabdeh4 və X12 adlarına özəlləşdirilməsinin və onlara Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Idarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən ##.##.2005-ci il tarixli ****** nömrəli “Dövlət müəssisələrinin hüquqi və fiziki şəxslərə” satılması haqqında şəhadətnamə verilməsinin sonradan sözügedən qeyriyaşayış binası ****** nömrəli ##.##.2005-ci il tarixli şəhadətnamə ümumbirgə əsaslarla cavabdeh4 və cavabdeh5 adlarına dövlət reyestrində qeydiyyata alınmasının, Bakı şəhəri ** saylı notariat kontorunun 4Ə/1-*** reyestr nömrəli ##.##.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən X8 adına qeydiyyata alınmısının və hazırda mülkiyyətində olmasının iddiaçıya məlum olmasını göstərsə də, əslində işin həqiqi hallarından göründüyü kimi, bu barədə o, hələ uzun illər bundan əvvəl məlumatlı olmuşdur. Başqa sözlə, iddiaçı bu halı yaxşı bilə-bilə məhkəməni yönəltməyə cəhd edir. Görünən odur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədinin arxasında görünməyən məqamlar vardır. Iddia ərizəsində göstərilir ki, “Bakı şəhəri, Gəncə prospekti *** saylı ünvanında yerləşən, birmərtəbəli binanın 210,1 kv.m qeyri-yaşayış sahəsi (birmərtəbəli ayrıca tikili olaraq) icarə yolu ilə cavabdeh1 tərəfindən özəlləşdirilmiş və ona Iqtisadi Inkişaf Nazirliyinin Dövlət Əmlakının Idarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən ##.##.2001-ci il tarixli ****** nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə” satılması haqqında şəhadətnamə verilmişdir. Həmin qeyriyaşayış sahəsi Bakı şəhəri * saylı notariat kontorunun 4-Ə-2/*** reyestr nömrəli ##.##.2008ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh2 adına qeydiyyata alınmışdır. Sonradan Bakı şəhəri ** saylı notariat kontorunun 4- Ə-2-*** reyestr nömrəli ##.##.2013-cü il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdeh3 adına qeydiyyata alınmışdır. Məlumat üçün bildiririk ki, cavabdeh3 ##.##.2014-cü il tarixli ərizəsi ilə ##.##.2013-cü il tarixli sərəncəmdan çıxarışa, RX serialı ******* nömrəli çıxarışa, o cümlədən eskiz layihəyə əsasən ümumi sahəsi 387,9 kv.m olan həmin qeyri-yaşayış binasına dair *********** nömrəli ##.##.2014-cü il tarixli yeni çıxarış tərtib edilmişdir”. Iddianın həmin dəlillərinin cavabdeh4 aidiyyəti olmasa da belə, iddianı həmin hissədə də əsassız hesab edirlər. Bundan başqa, işdən göründüyü kimi, iddiaçı Almaniya Federativ Respublikası, Strassburger STR.11, 40476 Düsseldolf şəhəri ünvanında qeydiyyatda olmaqla yaşayır. Hesab edirik ki, işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə iddiaçının 1998-ci ildən 2025-ci ilə qədər Azərbaycan Respublikasına giriş-çıxışı barədə məlumatlar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tələb edilməlidir. Ümumiyyətlə, iddia tamamilə əsassızdır və formal mülahizələrə əsaslanır, eyni zamanda hesab edirik ki, əslində bu mübahisə üzrə cavab verməli olan şəxs elə iddiaçının özüdür. Beləliklə, işdən göründüyü kimi, ötən 27 il ərzində iddiaçı bir dəfə də həmin sahənin ona məxsus olması barədə yazılı qaydada heç bir aidiyyəti orqana, o cümlədən xxxx PHŞ-yə rəsmi məlumat verməmiş, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və əsaslandırmamış, əks halda, iddiaçının qanuni istifadəsində olduğunu iddia etdiyi sahəyə üçüncü şəxslərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydə alınmazdı. Göstərilənlər bir daha təsdiq edir ki, iddianın həmin dəlilləri də tamamilə əsassızdır. Hesab edirilər ki, tərəflər arasında olan mübahisəli qeyri-yaşayış sahəsinə dair münasibətlər ## ######## 2000-ci il tarixdən əvvəl yarandığından, həmin münasibətlər ## ######## 2000-ci il tarixədək qüvvədə olan mülki qanunvericiliyin müddəalarına uyğun həll olunmalıdır. Işin həqiqi hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan düz 27 il əvvəl həyata keçirdiyi hərəkətsizliyin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «Inzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «Inzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «Inzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («Inzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). O da nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 1998-ci ildə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il ## ######## tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. Iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Iddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Bundan başqa, iddiaçı guya sahibliyində olan qeyri-yaşayış sahəsini mübahisələndirir. Həmin qeyri-yaşayış sahəsi hazırda üçüncü şəxs cavabdeh4 xüsusi mülkiyyətindədir. Iddiaçı hazırda tərəflər arasında bağlanmış əqdlərin etibarsızlığını mübahisələndirsə də, hesab edirik ki, Mülki Məcəllənin 14-cü fəslində müəyyən edilmiş əqdin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilmir. Həmin əqdlərin qanunsuz olaraq bağlanması barədə iddiaçının əsas dəlili ilə bağlı isə qeyd olunmalıdır ki, həmin hal hətta təsdiq olunsa belə, bu, vicdanlı əldə edən olaraq mülkiyyətçilərin, o cümlədən üçüncü şəxs cavabdeh4 mülkiyyət hüququnun pozulmasına əsas ola bilməz. Hesab edirlər ki, hazırkı işdə alğı-satqı müqavilələrinin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337- ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. Iradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Hesab edirik ki, hazırkı işdə qeyd olunan hallardan hər hansı biri mövcud deyildir.

15. Məhkəmə iclasında iştirak edən iddiaçı X1, onun nümayəndəsi və vəkili vəkil2 ayrıayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Iddiaçı qeyd etdi ki, 1987-ci ildə yaradılan “Skornyak” kooperativinin 3 təsisçisindən biri olub, həmin kopperativin nizamnamə fondunun böyük qismi – 98 faizi ona məxsus olub. 1988-ci ildən 1997-ci ilədək mübahisəli qeyri-yaşayış sahəsində adıçəkilən kooperativ qanunauyğun şəkildə fəaliyyət göstərib. Hər il qanunvericiliyə uyğun şəkildə icarə müqaviləsi imzalamış və icarə haqqlarını ödəmişdir. Sonuncu dəfə müqavilə 1997-ci ilin sentyabr ayında uzadılıb. Iddiaçı obyekt üçün yeni avadanlıqlar almaq məqsədilə Almaniyaya səfər edir, hardasa 7 ay orada olur. Geri qayıtdıqda ona məlum olmuşdur ki, obyekti başqa şəxslər tərəfindən zəbt edilib, qıfılı dəyidirilib. Polis bölməsində onun şikayətinə məhəl qoymurlar, əksinə onun ərizəsini nümayişkaranə şəkildə cırıb tullamış, özünə fiziki şiddət göstərmişdirlər. Ona edilən hədə-qorxular nəticəsində səhhətində ciddi problemlər əmələ gəlmiş və o, Almaniya Federativ Respublikasına köçmüşdür. Bir neçə ildən sonra Bakıya qayıtdıqda Əmlak Komitəsinə müraciət etsə də, müraciəti qeydə alınmamışdır. Bundan sonra yalnız 2023-cü ildə təkrar müraciətinə rəsmi cavab verildiyində məlum olmuşdur ki, əmlakı qanunsuz şəkildə hərrac vasitəsilə özgəninkiləşdirilmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh4 vəkili vəkil3 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, iddiaçı 27 il ərzində heç bir quruma müraciət etməmişdir və tərəfindən iddia müddəti ötürülmüşdür. O bildirmişdir ki, iddiaçının heç bir subyektiv hüququ yoxdur. Belə ki, əvvəl mövcud olan icarə müqavilələri onunla deyil, “Skornyak” kooperativi ilə bağlanılıb. Özünün də etiraf etdiyi kimi 1998-ci ildə həmin müqavilə də uzadılmayıb. Hərracın keçirildiyi 2005-ci ilə qədər iddiaçı müqavilənin uzadılması ilə bağlı hər hansı müraciət etməyib. Hədə-qorxu, fiziki şiddətlə bağlı heç bir hüquq-mühafizə orqanına şikayət ünvanlamayıb.

17. Əvvəlki məhkəmə iclasında ifadə verən şahid X3 bildirdi ki, iddiaçı onun qonşusu olub. 1990-cı ildə işlə təmin edib, bundan sonra o “Skornyak” kooperativində işləməyə başlayıb. Mehriban kollektivləri olub, keyfiyyətli mallak isthsal ediblər. Hardasa 1993-1994-cü ilədək orada əmək fəaliyyəti ilə məşğul olub. Onda olan məlumata sex 1997-1998-ci ilədək fəaliyyət göstərib. Iddiaçı Almaniyaya köçəndən sonra fəaliyyəti dayanıb.

18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Mehriban Əfəndizadə).

19. Birinci instansiya məhkəməsi öz mövqeyi ilə bağlı ilk növbədə bildirmişdir ki, İddiaçı 1988-1997-ci illər ərzində “Skornyak” Kooperativinin direktoru vəzifəsində işləmiş və Baı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarə müqaviləsi əsasında həmin kooperativin istifadəsində olmuşdur. Mülki işin materiallarında olan sonuncu icarə müqaviləsi 1997-ci ilin yanvarında bağlanılmış, bir il müddətinə qüvvədə olmuşdur. Iddiaçının öz izahatında bildirmişdir ki, bundan sonra icarə müqaviləsi bağlanmamış, o öz isə ölkəni tərk edərək Almaniya Federativ Respublikasında yaşamağa başlamışdır. Qeyri-yaşayış sahəsinin başqa şəxslərin istifadə və sahibliyində olduğunu bilmiş, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmiş, (bu hissədə sübut təqdim edə bilmir), lakin iddia ərizəsi ilə indiyə qədər məhkəməyə müraciət etməmişdir.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçını hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, mübahisələndirilən hərrac 2005-ci il tarixdə keçirilmişdir. Həmin tarixdə iddiaçının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə hər hansı bağlılığı mövcud olmamışdır. Belə ki, həmin qeyri-yaşayış sahəsinə dair sonuncu icarə müqaviləsi 1997-ci ildə bağlanmışdır. Digər tərəfdən, həmin icarə müqaviləsi (və ondan əvvəlkilər də) iddiaçı ilə deyil, “Skornyak” kooperativi ilə bağlanmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının heç bir subyektiv hüququ mövcud deyil.

21. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, iddiaçının subyektiv hüququ olsaydı belə iddia tələbi təmin edilə bilməzdi, belə ki, iddiaçı tərəfindən ümumi iddia müddəti ötürülmüşdür. "hərracın nəticələrinin eibarsız hesab edilməsi" tələbinə ümumi iddia müddəti 10 illik müddət tətbiq edilir ki, iddiaçı tərəfindən həmin müddət ötürülmüş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Iddia ərizəsindən və iddiaçının izahatından birmənalı şəkildə müəyyən edilir ki, iddiaçı 1998-ci ildən etibarən icarə müqaviləsinin imzalanmadığından və əmlakın digər şəxslərin mülkiyyətində olmasından məlmatlı olmuş, lakin hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, ümumi iddia müddəti olan 10 il müddəti ötürmüşdür.

22. Məhkəmə, sonda iddiaçının irəli sürdüyü digər tələblər üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, çünki “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi, ondan törəmə olan həmin tələbələrin də əsassızlığını ehtiva edir.

23. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 311, 317, 319, 354, 372, 373, 377, 379, 380, 416 və 421-ci; “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 41, 42, 43, 44 və 46-cı; Mülki Prossesual Məcəlləsinin 4, 5, 14.2, 76, 77.1, 80, 106, 119 və 217-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarına istinadən əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

24. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsindən faktiki istifadə edib-etməməsi və istifadənin hansı tarixədək davam etməsi. Bu hal iddiaçının mübahisəli əmlakla hüquqi və faktiki əlaqəsinin mövcudluğunu göstərir və subyektiv hüququnun olub-olmaması barədə nəticəyə birbaşa təsir edir. 1997-ci ildən sonra qeyri-yaşayış sahəsinin hansı hüquqi əsasla və kim tərəfindən istifadə edilməsi. Əmlakın qanuni və ya qanunsuz istifadədə olubolmaması, eləcə də üçüncü şəxslərin hüquqlarının hansı əsaslarla yarandığı müəyyən edilmədən iddianın rədd edilməsi əsassızdır. Iddiaçıya mübahisəli əmlakın ipotekaya qoyulması və sonradan hərraca çıxarılması barədə rəsmi bildirişlərin təqdim edilib-edilməməsi. Bildirişinverilməməsi iddiaçının hüquqlarının kobud pozulmasıdır və hərracın etibarsızlığı üçün müstəqil əsas təşkil edə bilər. 2005-ci ildə keçirilmiş hərracın “Ipoteka haqqında” Qanunun 41–44-cü maddələrinin tələblərinə uyğun keçirilib-keçirilməməsi. Hərrac prosedurunun qanunauyğunluğu araşdırılmadan hərrac nəticələrinin etibarlı hesab edilməsi hüquqi cəhətdən mümkün deyil. Hərrac elanlarının qanunla nəzərdə tutulmuş müddətlərdə və qaydada dərc edilibedilməməsi. Elan qaydalarının pozulması hərracın etibarsızlığına səbəb olur və bu hal məhkəmənin gəldiyi nəticəyə birbaşa təsir göstərir. Iddiaçının hərracın keçirilməsindən faktiki olaraq nə vaxt xəbərdar olması. Iddia müddətinin başlanma anının müəyyən edilməsi üçün bu hal həlledici əhəmiyyət daşıyır və məhkəmə tərəfindən araşdırılmamışdır. Iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi üçün əsasların mövcud olub-olmaması. Məhkəmə Mülki Məcəllənin 379 və 380-ci maddələrinin tətbiq imkanlarını araşdırmadan iddia müddətinin ötürüldüyü nəticəsinə gəlmişdir. Iddiaçının hüquqmühafizə orqanlarına müraciət edib-etməməsi və bununsübutları. Bu hal iddiaçının hüquqlarını qorumaq üçün aktiv davranış göstərdiyini sübut edə və iddia müddətinin qiymətləndirilməsinə təsir göstərə bilər. Iddiaçı ilə “Skornyak” kooperativi arasındakı hüquqi münasibətlərin faktiki mahiyyəti. Iddiaçının yalnız formal olaraq deyil, faktiki olaraq əmlaka dair hüquq və mənafelərinin olub-olmamasımüəyyən edilməmişdir. Hərrac nəticəsində bağlanmış alqı-satqı müqaviləsinin məzmunu və onun hüquqi nəticələri. Müqavilənin hüquqi nəticələri araşdırılmadan, onun törəmə tələblərə təsiri düzgün müəyyən edilə bilməz. Daşınmaz əmlakın dövlət reyestrinə edilən qeydlərin hansı hüquqi əsaslara söykənməsi. Reyestr qeydlərinin hüquqi əsası yoxlanılmadan çıxarışın ləğvinin mümkünsüzlüyü barədə nəticə əsassızdır. Iddiaçının hüquqlarının pozulmasının davam edənxarakter daşıyıb-daşımaması. Hüquq pozuntusu davam edirsə, iddia müddətininaxımı başa çatmış hesab edilə bilməz və bu hal araşdırılmamışdır. Qətnamədə hərracın və sonradan bağlanmış alqı-satqı müqavilələrinin hüquqi nəticələr doğurduğu qeyd edilmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən həmin müqavilələrin Mülki Məcəlləninimperativ normalarına uyğun bağlandığını sübut edən heç bir konkret dəlilə istinad etməmişdir. Müqavilələrin bağlanması zamanı tərəflərin iradə azadlığı, hərrac prosedurunun qanunauyğunluğu və qiymətləndirmənin düzgün aparılması sübut edilməmişdir. Məhkəməmübahisəli əmlak üzrə dövlət reyestrində aparılmış qeydin etibarlı olduğunu qəbul etmişdir. Lakin reyestr qeydinin hansı hüquqi əsaslara söykəndiyi, əvvəlki hüquqi vəziyyətin necə dəyişdirildiyi və iddiaçının hüquqlarının hansı əsaslarla aradan qaldırıldığı sübut edilməmişdir. Dövlət reyestrindən çıxarışın mövcudluğu avtomatik olaraq hüququn qanuniliyini sübut etmir və bu hal Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə zidd olaraq formal sübut kimi qəbul edilmişdir. Məhkəmə iddiaçının icarə və istifadə hüquqlarının mövcud olmadığını müəyyən etmişdir. Halbuki iddiaçı tərəfindən təqdim edilmiş icarə müqavilələri, ödəniş qəbzləri və texniki sənədlər təkzib edilməmiş, saxtalaşdırıldığı və ya hüquqi qüvvəsini itirdiyi barədə hər hansı sübut təqdim olunmamışdır. Buna baxmayaraq, məhkəmə bu sənədlərin etibarsızlığını sübut etmədən onları hüquqi əhəmiyyət daşımayan sübutlar kimi qiymətləndirmişdir.

26. Cavabdeh F.A.Murtuzayenın nümayəndəsi-vəkili apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər hakimlər X6 (məruzəçi), X4 və X5 ibarət tərkibdə).

28. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası öz mövqeyinə həmçinin apelyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə bildirmişdir ki, mübahisəli qeyri-yaşayış obyekti 1998-ci ilədək “Skornyak” kooperativinin icarəsində olmuş, həmin vaxtdan sonra icarə münasibətləri davam etdirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti müstəsna olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir.

29. Buradan belə aydın olur ki, mübahisəsi gedən obyekt dövlət əmlakı olduğuna görə, Bakı şəhəri Xətai rayon MKTB artıq 1998-ci ildən onunla bağlı icarə müqaviləsi bağlamaq səlahiyyətini itirmişdir. Ona görə də iddiaçıya (“Skornyak” kooperativinə) lazım gəlirdi ki, növbəti il üçün icarə müqaviləsi bağlamaq məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etsin, lakin o, belə müraciət etməsi barədə hər hansı məlumat bildirmir.

30. Kollegiya həmçinin bildirmişdir ki, işdən görünür ki, obyektin 208,8 kv.m hissəsi “Icarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** nömrəli və ##.##.1999-cu il tarixli *** nömrəli Fərmanlarına əsasən, “Icarəyəverən” Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti ilə cavabdeh1 arasında bağlanmış ##.##.2001-ci il tarixli *** nömrəli Icarə müqaviləsinə əsasən 6 ay müddətinə sonuncunun icarəsinə verilmiş, eyni şəxslər arasında bağlanmış ##.##.2001-ci il tarixli *** nömrəli “Icarəyə verilmiş əmlakın alqı-atqı” müqaviləsinə əsasən isə həmin qeyri-yaşayış sahəsi cavabdeh1 satılmışdır.

31. Kollegiya daha sonra bildirmişdir ki, obyektin digər – 137,8 kv.m hissəsini isə (emalatxana) Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyinin Respublika Auksion Mərkəzi tərəfindən ##.##.2005-ci il tarixdə keçirilən auksionda **/** nömrəli protokola əsasən cavabdeh4 satın almış və onunla ##.##.2005-ci il tarixdə **** nömrəli “Müəssisənin (obyektin) alqı-satqı” müqaviləsi bağlanmışdır.

32. Kollegiya qeyd etmişdir ki, hazırda iddiaçı obyektin yalnız 137,8 kv.m hissəsi ilə bağlı məhkəmə mubahisəsi açaraq, ##.##.2005-ci il tarixli **/** nömrəli hərrac protokolunun etibarsız hesab olunması, ##.##.2014-cü il tarixli *********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ##.##.2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və özünün icarə hüquqlarının bərpa edilərək, əmlakın ona təhvil verilməsini tələb edir.

33. Kollegiya həmçinin qeyd etmişdir ki, iddianın 2, 3 və 4-cü hissələrinin qiymətləndirilməsi yalnız 1- ci hissənin təmin olunub-olumamasından asılıdır, yəni, yalnız tələbin 1-ci hissəsi təmin olunacağı təqdirdə digər tələblərə qiymət vermək olar. 1-ci tələb rədd olunduğu təqdirdə isə digər tələblərə qiymət verilməsinə heç bir zərurrət qalmır və məhkəmə üçün iddianın qiymətləndirilməsi həmin andan bitir.

34. Kollegiya vurğulamışdır ki, iddiaçı hesab edir ki, əmlaka dair hərrac keçirilərkən ona məlumat verilməli olduğu halda, belə məlumat verilməmiş, buna görə də hərracda iştirak edə bilməmişdir. Bununla da hərracın keçirilməsi zamanı “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur ki, bu da onun etibarsız olması anlamına gəlir.

35. Kollegiya onu da qeyd etmişdir ki, iddiaçı “Skornyak” kooperativinin adından daşınmaz əmlaka dair sonuncu dəfə 1997-ci ildə müqavilə bağlamışdır. Mübahisələndirilən hərrac isə 2005-ci ildə keçirilmişdir. Hərracın keçirilməsi zamanı iddiaçının (“Skornyak” kooperativinin) məlumatlandırılmalı olması barədə Auksion Mərkəzinin hər hansı öhdəliyi olmamışdır, çünki obyekt güzəştli şərtlərlə əmək kollektivi tərəfindən əldə olunmuşdur. Iddiaçının “Ipoteka haqqında” Qanuna istinad etməsi də əsassızdır, çünki həmin qanun ipoteka münasibətlərini (əmlakın ipoteka ilə yüklü edilməsi, tutmanın həmin əmlaka yönəldilməsi və s.) tənzimləyir və hazırkı işə heç bir aidiyyəti yoxdur.

36. Kollegiya daha sonra qeyd etmişdir ki, işdən görünür ki, mübahisələndirilən 137,8 kv.m sahəsi olan obyekt dövlət mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Ticarət-xidmət və istehsalat müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin balansında olmaqla Emalatxana kimi fəaliyyət göstərmiş və Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin ##.##.2005-ci il tarixli qərarı ilə özəlləşdirilən əmlak kimi Registrə daxil edilmişdir. ##.##.2005-ci il tarixdə cavabdeh4 əmək kollektivinin adından vəkil edilmiş şəxs kimi Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi Departamentinə ərizə ilə müraciət edərək, Emalatxananın özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ##.##.2005-ci il tarixdə Emalatxana özəlləşdirilən əmlak kimi hərracdan satışa çıxarılmış və güzəştli şərtlərlə əmək kollektivinə (cavabdeh4 və cavabdeh5) satılmışdır.

37. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı Emalatxananın özəlləşdirilməsi barədə qəbul olunmuş qərarı mübahisələndirilməmiş, yalnız həmin qərar əsasında keçirilmiş hərracın etibarsızlığını tələb etmişdir. Yəni, burada yalnız hərracın keçirilməsi proseduruna dair qaydalarının pozulmasından söhbət gedə bilər ki, iddiaçı da həmin halları mübahisələndirmək üçün sübyektiv hüquqa malik deyil. Eləcə də hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən olunmur.

38. Kollegiya hesab etmişdir ki, mübahisəndirilən obyektin özəlləşdirilməsi Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramının icrası ilə bağlı həyata keçirilmişdir və özəlləşdirmə zamanı qanun pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçını hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. 1998-ci ildən iddiaçının və ya “Skornyak” kooperativinin Emalatxana ilə bağlılığı aradan qalxmışdır və həmin obyekt dövlət əmlakı kimi əmək kollektivinin istifadəsində olmuşdur ki, həmin kollektiv də 2005-ci ildə Emalatxananı güzəştli şərtlərlə özəlləşdirmişdir.

39. Kollegiya son olaraq qeyd etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün 10 illik ümumi iddia müddətini də ötürmüşdür, lakin iddia özü əsassız olduğundan iddia müddətinin tətbiqinə ehtiyac qalmır. Həmçinin, hərracın nəticələrinin etibarsız hesab olunması barədə tələb təmin edilmədiyindən, iddianın qalan hissəsi də təmin oluna bilməz.

40. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414, 415 və 416-cı; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 384 və 385ci; maddələrinə həmçinin “Icarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** nömrəli Fərmanına istinadən əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

41. Qətnamədən iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qərarın qəbul olunmasını xahiş etmişdir.

42. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı 1997 ildə öz istəyi ilə deyil, təhdid və təzyiq nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalmışdır. 1998 ildə Bakıya qayıtdıqdan sonra o öz sahəsinə daxil olmaq istədiyi halda məcburi Bakı şəhəri Xətai Rayon Polis Idarəsinə aparılmış, orada ona fiziki güc tətbiq edilmiş və rəsmi müracitinin qəbulundan kobud formada imtina edilmişdir. Bu hadisələrdən sonra o yalnız 2005 ildə Bakıya qayıtmışdır. Sahənin özəlləşdirilməsi isə ona yalnız 2023-cü ildə məlum olmuşdur. Bununla bağlı iddiaçı məhkəmə iclaslarında tam və hərtərəfli məlumatları məhkəmələrə təqdim etmişdir. Qətnamədə qeyd olunur ki , iddiaçı hazırkı iddianı qaldırmaq üçün 10 illik ümumi iddia müddətini də ötürmüşdür(qətnamə b.73). Məhkəmə tərəfindən iddiaçının hüququnun pozulduğunu nə vaxt bildiyini və ya bilməli olduğunu araşdırmamış, onun uzun müddət ərzində hal-hazıra dək xaricdə yaşamasını nəzərə almamışdır. Məhkəmə nəzərə almamaışdır ki, iddiaçı tərəfindən icarəyə götürülən sahəyə dair icarə müqaviləsi ona heç bir xəbər vermədən pozulmuş və ona heç bir xəbər vermədən 1998 ildə başqa şəxslə icarə müqaviləsi bağlanmışdır. Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, məhkəmə qətnaməsi işin faktiki hallarına uyqun deyil. Iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qətnamədə sahənin həqiqətən iddiaçı tərəfindən icarəyə götürdüyü etiraf olunsa da, iddiaçının hüquqlarının sonradan pozulmasına dair sübutlara heç bir əhəmiyyət verilməmişdir. Qeyd etdiklərimizlə bağlı apellyasiya şikayətində maddi hüquq normalarının pozuntusu kimi dəlillərimiz qeyd edilmiş olsa da, apellyasiya instansiyası məhkəməsi verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməli olduğuna baxmayaraq, nəinki bunu etməmiş, ümumiyyətlə bu dəlilə dair məhkəmənin hər hansı bir mövqeyinin olduğunu belə bildirməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz ərizəsi məhkəməyə təqdim olunmuşdur. Etiraz ərizəsində kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

45. Maddə 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol.

46. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

47. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

48. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

49. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

50. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.

51. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

52. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

53. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

54. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

55. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (iş üzrə 2021- ci ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada):

56. Maddə 41.2 Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Icra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir.

57. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

58. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər.

59. Maddə 43.4. Ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

60. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

61. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

62. Maddə 43.8. Ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

75. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

76. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

77. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

78. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

79. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

80. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar